![]() |
![]() ![]() ![]() |
|
İranın xarici işlər naziri Abbas Əraqçi gələn həftə Pakistan və Hindistana rəsmi səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqaiyə istinadən yayıb.
Bildirilir ki, mayın 5-də Əraqçi Pakistana səfər edəcək, orada bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək və onlarla ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək. Bundan sonra o, Hindistana getməlidir.
Aprelin 25-də İranın xarici işlər naziri bəyan edib ki, ölkəsi hazırkı vəziyyətdə Hindistan və Pakistana qarşılıqlı anlaşma tapmağa kömək etməyə hazırdır.
Musavat.com