Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib - Onun yerinə isə...Yaradılıb 04.05.2025 09:13 | Baxış sayı: 23Milli Konservatoriyanın prorektoru vəzifədən azad edilibAzərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.APA-nın əldə etdiyi məlumata görə, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifədən azad edilib.Milli Konservatoriyadan faktı APA-ya təsdiqləyiblər.Qeyd edək ki, Malik Quliyev prorektor vəzifəsinə qədər sözügedən təhsil ocağında İnsturmental muğam kafedrasının müdiri vəzifəsində çalışıb.Milli Konservatoriyanın prorektoru vəzifəsinə kim təyin edilib?Eyni zamanda, əldə etdiyimiz xəbərə görə, Nizami Əsədov Milli Konsevatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.Qeyd edək ki, o bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Facebook-da paylaş