İstanbulda güclü zəlzələnin baş vermə ehtimalı son günlər müzakirələrin mərkəzindədir. Lakin bu barədə yayılan proqnozlar bir-birini təkzib edir. Bəzi mütəxəssislər yaxın gələcəkdə İstanbulda dağıdıcı zəlzələ olacağını bildirərkən, digərləri bunun elmi əsasının olmadığını vurğulayır.

Türkiyəli zəlzələ eksperti, professor Şənər Üşüməzsoyun fikrincə, İstanbulda böyük zəlzələ təhlükəsi artıq geridə qalıb. Onun sözlərinə görə, 23 aprel tarixində baş verən 6,2 maqnitudalı zəlzələ zamanı Mərmərə dənizində aktiv fay xəttinin bir hissəsi qırılıb və bu, böyük zəlzələ ehtimalını azaldıb:

“Bu mövzuda deyilənlər şayiə xarakterlidir. Mərmərə fay xəttinin əhəmiyyətli hissəsi 1894 və 1912-ci illərdə qırılıb. Hazırda qırılmamış yalnız 50 kilometrlik bir hissə qalır. Onun da bir qismi aktiv deyil, yəni ‘ölü xətt’ hesab olunur. Hətta bu xətt qırılsa belə, maksimum 6,2 bal gücündə zəlzələ baş verə bilər”.

Professor Üşüməzsoy həmçinin Türkiyənin qərb və şərq bölgələrində zəlzələ riski qalmaqda davam etdiyini bildirib. O, xüsusilə Şərqi Anadolu və Şimal-Şərqi Anadolu fay xətlərinə diqqət çəkərək bu xətlərin Azərbaycan da daxil olmaqla qonşu ölkələrə qədər uzandığını vurğulayıb:

“Bu fay xətləri böyük deyil, ancaq çoxsaylı qırılma nöqtələrindən ibarətdir. Onların yaşayış məntəqələrinə yaxın ərazilərdə aktivləşməsi 6,5-7 bal gücündə zəlzələlərə səbəb ola bilər və nəticələr dağıdıcı ola bilər”.

Türkiyəli tanınmış geoloq və seysmoloq Celal Şengör isə Türkiyədə baş verə biləcək zəlzələlərlə bağlı ciddi xəbərdarlıq edib. Onun proqnozları xüsusilə İstanbul və ətraf bölgələr üçün narahatedici ssenarilər ortaya qoyur. Şengör son günlər baş verən zəlzələləri şərh edərkən deyib ki, bu, İstanbulda gözlənilən böyük zəlzələnin xəbərçisi ola bilər:

“6,2 bal gücündə bir zəlzələnin ardından ondan zəif təkanların olması gözlənilən bir haldır. Lakin bundan sonra 6,2-dən daha güclü bir zəlzələ və ya zəlzələlər baş verərsə, bu, İstanbulda gözlənilən böyük zəlzələnin öncüsü ola biləcəyi ehtimalını daha da gücləndirir,” - deyə bildirib. Onun fikrincə, İstanbul yaxınlığında, xüsusilə Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir.

Geoloq əlzələnin Yeşilköy və Tuzla kimi bölgələrdə 9 bal gücündə hiss ediləcəyini, təxminən 2 dəqiqə davam edəcəyini və nəticələrinin çox ağır olacağını vurğulayıb. Onun sözlərinə görə, belə bir zəlzələ nəticəsində 60-70 min bina tamamilə dağılmasa da, ciddi zərər görəcək və xilasetmə tədbirləri üçün küçələrə giriş çətinləşəcək:

“Zəlzələdən sonra ən böyük fəlakət yanğınlar, talanlar və infrastruktur problemləri olacaq. Zəlzələdən sağ çıxanlar yaşadıqları dəhşətli vəziyyətlərə görə ”kaş öləydik" deyəcəklər". O həmçinin vurğulayıb ki, Mərmərədəki zəlzələ zamanı yer sürüşməsi baş verərsə, böyük sunami riski yaranacaq.

Beləliklə, ekspertlərin açıqlamaları fonunda aydın olan odur ki, İstanbulda böyük zəlzələnin olub-olmayacağına dair yekdil elmi rəy yoxdur. Cəmiyyət isə hansı proqnoza inanacağı mövzusunda çaşqınlıq içindədir. Hər kəsi düşündürən bir sual var:  İstanbula dağıdıcı zəlzələ təhlükəsi sovuşubmu?

Qurban Yetirmişli: » Azərbaycan İnformasiya Agentliyi

Qurban Yetirmişli 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu təkanlar, əslində, Mərmərə dənizində baş verib və İstanbulda hiss olunub.

Seysmoloqun sözlərinə görə, İstanbul və ətrafı üç böyük tektonik plitənin - Ərəbistan, Afrika və Avrasiya plitələrinin - təzyiqi altında olan ən aktiv seysmogen bölgələrdən biridir. “Burada sıxılmalar gedir, Azərbaycan kimi deyil. Güclü yeraltı təkanlar baş verir,” - deyə o bildirib.

Qurban Yetirmişli həmçinin qeyd edib ki, Egey dənizinin həm Yunanıstan, həm də Türkiyə tərəfində baş verən zəlzələlər bir-biri ilə əlaqəlidir və bu bölgələr seysmoaktiv zonalardır: “Son zəlzələdən sonra 4,5-5,1 bal gücündə beş təkan qeydə alınıb və ondan sonra da saysız-hesabsız təkanlar davam edib. Bu proses bir neçə ay ərzində - bir, iki, üç ay ərzində - xırda təkanlar hesabına gərginliyin boşalması ilə davam edə bilər”. 

Azərbaycan dünyanın 3 nəhəng zəlzələ bölgəsindən biridir" - Ənvər Əliyev

Ənvər Əliyev

Ekoloq-seysmoloq Ənvər Əliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, Türkiyədəki zəlzələlərlə bağlı verilən proqnozların heç birinin elmi əsası yoxdur: “Heç dünya elmi deyə bilmir ki, seysmik zonalarda zəlzələ nə zaman olacaq və hansı gücdə olacaq. Bunu söyləmək qətiyyən mümkün deyil. Belə proqnoz verən tədqiqatçılar özlərinə hörmət etmirlər. Mükəmməl seysmoloq heç vaxt əvvəldən belə proqnoz verə bilməz. Tarixən Aralıq və Mərmərə dənizinin sahilləri zəlzələlərlə müşahidə olunub. Amma bu, o demək deyil ki, insanları qarşıda qorxunc zəlzələ gözləyir. Olmaya da bilər. Əgər güclü tədqiqat aparılmışdısa, Yunanıstanda zəlzələ olanda niyə zəlzələ ocağının Mərmərə dənizi tərəfə keçdiyini əvvəldən demirdilər? Seysmik stansiyalar bunu qeyd etmədi. Çünki yeri dəqiq deyə bilmirlər. 

Celal Şengörün açıqlamaları insanları qorxuda saxlayır. Mən hələ bir dəfə onun elmə əsaslanan fikrini eşitməmişəm. Bu, düzgün deyil. Ərazi seysmik zonada yerləşir, hər dəqiqə zəlzələ ola bilər. Fasiləsiz olaraq Afrika və Ərəbistan yarımadaları o əraziləri sıxır, nəticədə dalğalar yaranır. Amma bu dalğalar çox nadir hallarda güclü ola bilər. Güclü, dağıdıcı, uzunmüddətli  zəlzələlərin olması ilə bağlı qanunauyğunluq yoxdur. Bu situasiyada fantastik, dağıdıcı zəlzələlər ola bilməz. Doğrudur, İstanbul yeraltı silkələnmədən sığortalanmayıb. Daima tədbir görülməlidir. Orada 7-8 bala tab gətirilən evlər tikilməlidir. Çünki insanlar ən çox dağıntı altında qalıb ölürlər. Bütün bunlar mükəmməl olsa, hələlik qorxu yoxdur. Bu ərazilərin ümumi seysmoloji qanunauyğunluqlarına əsasən bu fikri yürütmək olar". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

04 May 2025 İranda gecə saatlarında DƏHŞƏT YAŞANDI - VİDEO
04 May 2025 Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi
04 May 2025 Zurabişvilinin evinin yaxınlığında ATIŞMA – Yaralananlar var
04 May 2025 Simonyan Rusiyaya getməkdən imtina etdi
04 May 2025 SON XƏBƏRLƏR! Ayyüce Türkeşə atasının məzarını ziyarət edərkən hucum ediblər
03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...

Dünyapress TV

Xəbər lenti