Ardını oxu...
Neftçala rayonunda törədilən və 9 il sonra üstü açılan qətlin təfərrüatı məlum olub.

Teref.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 9 fevral 2013-cü ildə Neftçala şəhəri Su Kanal İdarəsinin işçiləri irzə Ələkbər Sabir küçəsində təmir işləri aparan zaman onlar şəhər qəbiristanlığının yaxınlığından çürümüş kişi meyiti tapıblar. Bu barədə polisə məlumat verilib.

Meyitə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, çöllük ərazidəki meyitdən kəskin iy gəlməklə baş nahiyəsi skletləşmiş, döş qəfəsinin sol hissəsi isə didilib dağıdılıb. Məhkəmə tibb eksperti onun təxminən 1 il əvvəl ölməsi haqda rəy verir.

Fakt üzrə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət əlamətləri olduğuna görə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılır, istintaq aparılır. İstintaqla naməlum meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün həmin dövrdə axtarışda olan şəxslərin siyahısı araşdırılır.

Məlum olur ki, 28 dekabr 2012-ci ildə ailə üzvləri, həmçinin anası Neftçala şəhər sakini Mənəfov Mayis Nazim oğlunun itkin düşməsiylə bağlı polisə müraciət ediblər. Tanınmaya çağırılan Mənəfovun həyat yoldaşı və anası, onu tanıyanlar əynindəki paltarların çürüməmiş hissələrindən, ayaqqabılarından meyitin həqiqətən ona məxsus olduğunu təsdiqləyirlər.

Mənəfov Mayis Nazim oğlunun meyitinin tapılması faktı üzrə başlanılımış cinayət işinin ibtidai istintaqı bir neçə dəfə uzadılır. Nəhayət, 2015-ci il dekabr ayının 25-də Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 53.1.1 - yəni, təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılır.

26 may 2021-ci il tarixdə isə cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilova tapşırılır.

Beləliklə, 7 iyun 2021-ci il tarixdə iş üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilir.

Mayis Mənəfovun həyat yoldaşı bildirir ki, 2012-ci il dekabr ayının 28-də axşam saatlarında Mayis evdən su almaq üçün çıxdıqdan sonra evə qayıtmayıb. Mənəfovun anası isə ifadəsində deyir ki, balaca oğlu Mayis Mənəfov 1999-cu ildə Dilşadla ailə qurub və bu nikahdan onların bir qızları var. Ana əvvəlcə onlarda yaşasa da, ərlə-arvad arasında tez-tez mübahisələr olduğundan Mayis onu digər oğlunun evinə aparıb qoyub. Onlarla birlikdə yaşamadığı vaxtlarda da qonşulardan eşidirmiş ki, Mayislə Dilşad arasında yenə tez-tez mübahisə düşür. Buna səbəb əsasən Mayisin evə tez-tez içkili gəlməsi, az maaş alması, həmçinin müəyyən səbəblərə görə arvadını qısqanması olub. Məsələ bundaymış ki, Mayis Ələt deposunda işlədiyinə görə təxminən 1 ay işdə, 1 ay isə evdə olurmuş. O hər dəfə evə gələndəsə, ər-arvad arasında müəyyən səbəblərə görə dava-dalaş düşürmüş.

Ana onu da deyir ki, dekabrın 29-da gəlini ona telefonla zəng edib Mayisin su almaq üçün evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını söyləyib. Dilşad bu barədə ona deyəndən sonra özü də polis şöbəsinə gedərək oğlu Mayisin evdən çıxıb itkin düşdüyü haqda məlumat verib. Həmin vaxt qonşularla danışsa da, ona heç kim heç nə deməyib. Nəhayət, 2013-cü il fevralın 9-da Mayisin meyitinin qəbirstanlığın yanındakı kolluqların arasından tapılması haqda məlumat alıb. Meyitxanada oğlunun meyitini tanıyıb.

Yeri gəlmişkən, Mayisin həyat yoldaşı Dilşad isə həmin gün onların dalaşmadıqlarını deyir və bildirir ki, dekabrın 28-in də Mayis qızı Heyranı məktəbə aparıb, ondan sonra da su almaq üçün gedib, bir daha qayıtmayıb.

Ailənin tək övladı 2000-ci il təvəllüdlü Heyran şahid qismində ifadəsində göstərir ki, dekabrın 27-si 2012-ci il tarixdə axşam saatlarında dayısı və onun balaca oğlu onlara qonaq gəlirlər. Dayısı ilə atası bir yerdə yemək yeyib içki içirlər. Dayısı gedəndən sonra dayısıoğlu onlarda qalır. Onlar qonşu otaqda oynadıqları vaxt atası ilə anasının mübahisə etdiklərini eşidir. Bu vəziyyət əvvəllərdə də vaxtaşırı təkrarlandığından Heyran bunu adi hal kimi qəbul edir. 10-15 dəqiqə sonra evdə sakitlik yaranır. Bir azdan dayısı gəlib uşağı aparır və anası onun olduğu otağın qapısını arxadan açarla bağlayır. Bundan sonra qız otaqda yatır.

Səhərisi gün anası ona deyir ki, atası şəhərdə olan dostları ilə yeni il bayramına görə görüşməyə gedib. Həmin gün atası evə gəlməyib, o da saat 9 radələrində yatıb.

İstintaqa ifadə verən qonşu Aygül həmin gün baş verənlər barədə daha çox məlumatlı olub. Aygül ifadəsində deyir:

“Dekabrın 27-si Dilşadgillə eyni mərtəbədə olan divar qonşusugildəydim. Həmin gün axşam 8-9 radələrində Dilşadın yaşadığı evdən “guppultu” səsi eşitdim. Dedim, birdən evimizə oğru girər, öz evimə gedib, təzədən qayıtdım qonşuya. Dilşadgilin qapısının yanından keçəndə səs eşitdim. Dayanıb, dinlədim. Mayisin səsiydi. Əsəbi halda Dilşada “bas deyirəm, düyməni bas görüm kimin nömrəsidi, görüm bu nömrə kimindi" deyirdi. Başa düşdüm ki, evdə Dilşada gələn zəngə görə Mayislə dalaşırlar. Dilşad Mayisə “anamın nömrəsidi” dedi. Mayis də ona qarşı nalayiq sözlər deyərək anasının ünvanına söyüş söydü. Mən təxminən 10 dəqiqə qapının ağzında dayanıb, evdə olan söhbəti dinlədim. 10 dəqiqə ərzində Mayis ona nömrənin kimin olduğunu soruşur, söyüş söyürdü. Mən qonşugilə keçəndən bir az sonra sakitçilik oldu. Həmin gecə saat 1-ə işləyəndə binanın qarşısındakı su matorunu söndürüb evə qalxanda gördüm ki, onların yaşadığı evin qapısı açıldı və Dilşadın böyük qardaşı qapıdan çıxıb birbaşa aşağı düşdü. Dekabrın 30-da qonşulardan eşitdim ki, Mayis itkin düşüb. Mayis itkin düşəndən bir neçə gün sonra Dilşad bizə gəlib mənə dedi ki, qayınanası ondan dava-dalaşla bağlı nəsə soruşubmu? Mən də cavab verdim ki, nə işimə qalıb, heç nə demədim”.

İfadəsi alınan digər qonşular da təxminən eyni məzmunda ifadə verirlər. Beləliklə, bu və digər şahid ifadələriylə məlum olur ki, Dilşad Mənəfova ilkin ifadəsində baş verənləri xeyli dərəcədə təhrif edib.

Dilşad Mənəfovanın tanışı Səlim istintaq zamanı ifadəsində göstərir ki, Mayıs Mənəfovu şəxsən tanımasa da, Dilşadı uşaq vaxtından, təxminən 16-17 yaşından tanıyır:

“Uşaqlıqdan tanışıq, qonşu olmuşuq. O, ailə qurduqdan sonra 2011-ci ildə təsadüfən rastlaşdıq, qısa söhbət elədik, əlaqə saxlamaq üçün ondan mobil telefon nömrəsini aldım. Bundan sonra onunla arabir telefonda danışmışıq, hal-əhval tutmuşuq, bir-iki dəfə görüşmüşük. 2013-cü ilin yanvar ayında Dilşad mənə zəng edib əri Mayisin itkin düşdüyünü dedi. Bundan sonra Dilşadla danışmamışıq. Sonuncu danışıqdan bir-iki həftə sonra eşitdim ki, əri Mayisın meyiti Neftçala şəhərində yolun kənarından kolluqdan tapılıb”.

Beləliklə, 10 iyul 2021-ci ildə Mənəfova Dilşad şübhəli şəxs qismində tutulur, 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci - qəsdən adamöldürmə maddəsiylə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilir və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilir.
Dilşad Mənəfova 2012-ci il dekabr ayının 27-də evdə əslində nə baş verdiyi haqda istintaqa ifaddə verərək bildirir ki, həmin tarixdə qardaşı 8 yaşlı oğlu ilə onlara gəlir. Qardaşı Mayislə birlikdə yeyib-içdikdən sonra çıxıb gedir. Heç 10 dəqiqə keçməmiş əriylə mübahisələri düşür. Mayis mətbəxə keçərək oradan mətbəx bıçağını götürüb onun yanına gəlir və telefondakı nömrənin kimə məxsus olmasını soruşur. Divanda oturan Dilşad ayağa durub, onu itələyir, Mayis sərxoş olduğundan yerə yıxılır. Dilşad yerə düşən bıçağı götürüb arxası ona tərəf olan Mayisin kürəyindən vurur. Bıçaq elə kürəyindəcə Mayis yerə yıxılır. Qadın özünü piss elədiyindən mətbəxə keçir, təxminən 15-20 dəqiqə orda yerdə oturur. Bundan sonra otağa keçəndə Mayisin həmin yerdə uzandığını görür, əliyə tərpətsə də, onun öldüyünü başa düşür. Mayisin bədənindən bıçağı çıxardaraq mətbəxdə onu yuyub şkafa qoyur. Sonra qardaşlarına zəng vurur. Onlar gəldikdən sonra nə baş verdiyini danışır və yalvarır ki, meyiti gizlətməkdə ona kömək etsinlər. Qardaşlardan biri qaynatasının avtomobilini gətirməli olur. Ancaq elə etmək lazımıydı ki, bundan maşının sahibi xəbər tutmasın. Böyük qardaş açarsız avtomobili işə salır və onlar maşını bacısıgilin yaşadığı evin yanına gətirirlər. Meyit ədyala bükülür, avtomobilin arxa oturacağına qoyulub şəhər kənarına çıxarılır. Onlar Mayisin meyitini qəbristanlığın yaxınlığındakı kolluq əraziyə atırlar. Sonra qərara gəlirlər ki, hamıya Mayisin evdən çıxıb evə qayıtmamasını desinlər. Hadisədən 2-3 gün sonra Dilşad ərini öldürdüyü bıçağı evdən götürüb yaşadığı binanın arxasındakı “Qobu” adlanan gölə tullayır.

1976-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində ünvanı müəyyən edilməyən fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş

Dişad Mənəfova barəsində aparılmış cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub.
 
Ardını oxu...
 
“Şəhriyarla mən heç vaxt bir yerdə yaşamamışam, oğlum Osman da onun əksikliyini hiss etməyib. Şəhriyarın əli hər zaman onun üstündə olub. Onlar çox yaxşı dostdurlar”. 

Bu sözləri aktrisa və rəqqasə Oksana Rəsulova qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib. 

Sənətçi keçmiş həyat yoldaşı, aktyor və aparıcı Şəhriyar Əbilovun oğlu Osmanla münasibətlərindən söz açıb. Oksana bildirib ki, baxmayaraq ki, onlar boşanıblar,  lakin uşaqları heç zaman atasından və onun nəvazişindən korluq çəkməyib: 

“Övladımız Osman dünyaya gələndən  ata var idi, birdən yox oldu kimi məsələ olmayıb. Oğlum elə bir travma yaşamayıb. Ailəmiz dostluq üzərində qurulub. Osmanla da atasının arasında çox böyük bağlılığı var. Bu isə çox xoşagələn bir şeydir. Düşünmürəm ki, Osman hər iki tərəfdən korluq çəkir. Çünki mənim də, Şəhriyarın da valideynləri var və bir-birilərinə qonaq gedirlər”. 
Qeyd edək ki, Osman aktrisa və rəqqasə Oksana Rəsulova ilə Şəhriyar Əbilovun  nikahından dünyaya gəlib. Cütlük ötən ilin iyulunda rəsmi şəkildə boşandıqlarını açıqlayıblar.   
 

 
Ardını oxu...
"Azadlıq" radiosunun redaktoru ABŞ vətəndaşı Alsu Kamaşeva Kazanda həbs edilib.

Alsu Kamaşeva qanunda nəzərdə tutulmuş vəzifələrin icrasından yayınmaqda şübhəli bilinərək istintaq təcridxanasına göndərilib.

Onun barəsində 1 ay 17 gün həbs qətimkan tədbiri seçilib.
TASS
 

 
Ardını oxu...
 
Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayaya məxsus Yaltanın Livadiya kəndinin mərkəzindəki mənzil hazır vəziyyətdə hərraca çıxarılıb. 

Bu barədə TASS məlumat yayıb.

Yelena Zelenskayanın 119,5 kvadratmetr sahəsi olan mənzili 2023-cü ilin martında "milliləşdirilib". Mənzil beşinci mərtəbədə yerləşir, eyvanı Qara dənizə və Livadiya sarayına bitişik bağa baxır. Krım "Əmlak və Torpaq Münasibətləri Nazirliyi"nin mətbuat xidməti "mənzil respublikanın mülkiyyətinə verildikdən sonra" regional hakimiyyət orqanlarının bununla bağlı heç bir iş görmədiyini açıqlayıb.

TASS xəbər verir ki, Zelenskayanın mənzilində eyvana panoramik pəncərəsi olan qonaq otağı, vanna olan yataq otağı və yeməkxana ilə birləşdirilmiş mətbəx var. Eyni zamanda, otaqda mebel yoxdur, ancaq hamam var.

"RİA Novosti"nin məlumatına görə, Krımın cənub sahilində satışa çıxarılan mənzilə potensial alıcılar tərəfindən böyük tələbat var. Bunu "Krım parlamenti"nin rəhbəri Vladimir Konstantinov deyib.


Konstantinovun sözlərinə görə, hazırda açıq hərraclarda yaşayış binalarının, o cümlədən Zelenskilərin mənzilinin satışı ilə bağlı bildirişlər yerləşdirilir. O, qeyd edib ki, bu obyekt hərraca çıxarılanlar arasında ən populyarı olub.
 
Ardını oxu...

Oktyabrın 11-də Krımın "Əmlak və Torpaq Münasibətləri Nazirliyi"nin mətbuat xidməti Zelenskilər ailəsinin Krımda "milliləşdirilmiş" mənzilinin satışa çıxarıldığını bildirib. "Nazirlik" yaşayış sahəsinin açıq hərrac yolu ilə satılacağına aydınlıq gətirilib. Lot "GIS Auctions” rəsmi portalında yerləşdirilib və hərracın təşkilatçısı "Krım Respublikasının Əmlakın İdarə Edilməsi Müdirliyi" olub. Hərrac elektron qaydada keçiriləcək.

Mənzilin alınması ilə bağlı müraciətlər oktyabrın 26-dək qəbul olunacaq. Bu halda hərrac iştirakçılarından ilkin qiymətin 50%-i məbləğində depozit qoyulması tələb olunacaq. Hərracın özü oktyabrın 30-da baş tutacaq.

2022-ci ildə "Krım Respublikası"nın "rəhbəri" Sergey Aksenov Ukrayna hökuməti ilə əlaqəli təşkilatların və şəxslərin əmlakının "milliləşdirilməsi" barədə göstəriş verib. 
Ardını oxu...
Bu gün 44 günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından üç il ötür. Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.

Arəstənin atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Şəhidimiz 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsilini davam etdirib.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 2020-ci il 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.

Arəstənin 12 yaşında Mərdan adlı oğlu və 11 yaşında Zəhra adında qızı Vətənə əmanət qalıb.
 
Ardını oxu...
İtaliya Baş naziri Corciya Meloni birlikdə yaşadığı və uşağının atası olan sevgilisi Andrea Cambrunodan ayrılıb.

Meloni bu qərarına Cambrunonun pərdəarxası görüntülərinin yayılmasından sonra yaranan qalmaqal səbəb olub.

Meloninin təxminən 10 ildir birlikdə olduğu və yeddi yaşlı qızının atası Andrea Cambruno aparıcısı olduğu televiziya proqramının pərdəarxası görüntüləri yayıldıqdan sonra son günlərin ən çox danışılan adı olub.

Bu görüntülərdə Cambruno studiyada qadın jurnalistə qarşı narahatedici hərəkətlər edir, ondan uzaq olmağa çalışan qadının saçlarına toxunur, “Niyə səni daha əvvəl tanımadım?” - deyə söyləyir. Həmçinin tez-tez onun ayaqlarına toxunur və nalayiq ifadələr işlədir.

Başqa bir pərdəarxası səs yazısında isə Andrea Cambruno bir qadın həmkarına - “Sevgilin varmı?” - sualını verir və sonra ona əxlaqsız təklif edir. Eyni zamanda, bu səs yazısında o, kanaldan biri ilə münasibətinin olduğunu və bunu hamının bildiyini də dilə gətirir.

Meloninin sevgilisinin bu video və audio yazıları televiziya proqramında yayımlanıb və ölkədə böyük müzakirə mövzusuna çevrilib.
Corciya Meloni bu qalmaqalla bağlı sosial media hesabında açıqlama verib. “Andrea Cambruno ilə təxminən 10 ildir davam edən münasibətim burada bitdi”, - deyə o qeyd edib.

Meloni, həmçinin Cambruno ilə yollarının əslində bir müddətdir ayrıldığını və indi artıq bunu rəsmi şəkildə həyata keçirməyin zamanının gəldiyini vurğulayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
ABŞ-ın maliyyələşdirdiyi Azadlıq Radiosunun redaktoru ailə vəziyyəti ilə bağlı Rusiyaya səfər edərkən "xarici agent" kimi qeydiyyatdan keçmədiyinə görə ölkəyə girəndə saxlanılıb.

Reuters xəbər verir ki, Azadlıq Radiosunun Tatar-Başqırd Xidmətinin redaktoru, həm ABŞ, həm də Rusiya pasportlarına malik Alsu Kurmaşeva mayın 20-də ailəsi ilə bağlı təcili Rusiyaya gedib.

Kurmaşeva həmin səfərin sonunda Rusiyanı tərk etmək istəyərkən saxlanılıb və pasportları müsadirə olunub. O, ABŞ pasportunu Rusiya hakimiyyət orqanlarında qeydiyyatdan keçirmədiyi üçün cərimələnib.

Rusiya hakimiyyəti oktyabrın 18-də Praqada yaşayan Kurmaşevanın “xarici agent kimi qeydiyyatdan keçməməkdə” ittiham edildiyini açıqlayıb. Bu barədə AzadlıqRadiosu məlumat verib.

"Alsu çox hörmətli həmkar, sadiq həyat yoldaşı və iki uşaq anasıdır. O, ailəsinin yanına qayıtması üçün dərhal azad edilməlidir" - AzadlıqRadiosunun prezidenti vəzifəsini icra edən Cefri Qedmin deyib.

Rusiyanın “Tatar-İnform” xəbər agentliyi bildirib ki, Kurmaşeva Rusiyanın hərbi fəaliyyəti ilə bağlı məlumat toplayarkən “xarici agent” kimi qeydiyyatdan keçə bilməyib. Azadlığa çağırış edən AzadlıqRadiosunun məlumatına görə, o, beş ilə qədər həbs cəzası ala bilər.

Rusiya hökuməti onun həbsi ilə bağlı hələlik şərh verməyib.

Qərargahı Praqa və Vaşinqtonda olan Azad Avropa/Azadlıq Radiosu deyir ki, onun missiyası “azad mətbuatın təhdid edildiyi və dezinformasiyanın geniş yayıldığı ölkələrdə dəqiq, senzurasız xəbərlər və açıq müzakirələr təqdim etməklə demokratik dəyərləri təbliğ etmək”dir.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Kurmaşevanın həbsindən dərin narahat olduğunu bildirib.

CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib: “CPJ amerikalı-rusiyalı jurnalist Alsu Kurmaşevanın saxta cinayət ittihamı ilə həbs olunmasından dərin narahatdır və Rusiya hakimiyyətini onu dərhal azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırır. Jurnalistika cinayət deyil və Kurmaşevanın saxlanması Rusiyanın müstəqil xəbərləri boğmaqda qərarlı olduğuna bir daha sübutdur”.

Rusiya Ukraynaya qarşı müharibə başladandan bəri media üzərində nəzarəti gücləndirib, aparıcı müstəqil xəbər agentliklərini bağlamağa məcbur edib. Bir çox jurnalist və nəşrlər “xarici agent” adlandırılıb.

Müharibədən və “Wall Street Journal”-ın müxbiri Evan Gerşkoviçin mart ayında casusluq ittihamı ilə həbsindən sonra, demək olar ki, bütün ABŞ jurnalistləri Rusiyanı tərk edib. Dövlət Departamenti dəfələrlə ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Abzas.org
Ardını oxu...
Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən model Rövşanə Kərimovanın (Şou-biznesdə Təhminə kimi tanınırdı – red.) anası efirə çıxaraq kömək istəyib.
Tribunainfo.az xəbər verir ki, modelin anası “Elgizlə izlə” proqramında qızının hazırda narkotik alidəçisi olduğunu, küçələrdə yaşadığını, dilənçilik etdiyini bildirib:

“Rövşanə Britaniya vətəndaşı, milyarder iş adamı ilə evli olub. O, elə bir zəngin insan idi ki, Bakıda oturub, Londonda villasının işıqlarını yandırıb-söndürürdü. İngilis kürəkənim Bakıda neft şirkətində böyük vəzifədə çalışırdı. Onların autizmdən əziyyət çəkən bir uşaqları var. Əri gördü ki, arvadı bu vəziyyətə düşüb ondan uzaqlaşdı.
Onun alüdəçiliyi və kim tərəfindən bu hala salınmasını deyə bilmərəm. Qızımı tərbiyəli, işinə-gücünə gedən, dörd dil bilən kimi tanımışam. Onu oxutdurub, ali təhsil vermişəm. Haradan bilərdim ki, o kiməsə qoşulub, pis şeylərin alüdəçisi olacaq. Düzdür, o evə ziyan vurmurdu, amma bu dərəcəyə gəlib çıxmışıq”.
Qadın qızının bütün evlərini satdığını açıqlayıb:
“Biz belə deyildik. Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz var idi. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, “Malakan” bağında mənzilimiz, Sabunçu dairəsinda yaşıl darvazalı villamız – hamısını satdı.
Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirtdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. İngilis ərindən əvvəl isə qızım türk iş adamı ilə evli olub. Çox yaxşı bir insan idi. Onunla Bakıda tanış olub rəsmi şəkildə evlənmişdi.
Biz uzun illər Türkiyədə yaşadıq. O şəxs bizi bütün Türkiyəni gəzdirmişdi. Amma onların uşağı olmadı. Qızım hər zaman brend paltarlar geyinib. İndi evdə qalıb, heç üzünə də baxmır. Qızım hazırda küçələrdə dilənir. Bizim o qədər pulumuz var idi, bilmirdik hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın alüdəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır”.
Qadın əlavə edib ki, qızını xəstəxanaya qoyub, 7 ay müalicə alıb, amma sağalmayıb.

 
 


 
Ardını oxu...
Tanınmış jurnalist Türkan Məmmədli ötən gün intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu barədə özünün instaqram hesabında paylaşım edib.

“Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq hayındasınız. Orxanın ruhunu incitməyin” - T.Məmmədli yazıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti