Ardını oxu...
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva adamlarına göstəriş verib ki mənim facebook səhifəmə maneçilik etsinlər.Çünki mən,üzvü olduğum İSBAM təşkilatı,redaktoru olduğum boyukmillet.com saytı Aygün Əliyevanın haqsızlığından, onun işlədiyi agentlikdəki mənfi işlərə dəfələrlə toxunmuşuq.Görünür Aygün xanım tənqidə çox dözümsüzdür, ya da acizliyini göstərir.

Aciz olmasa, bu dərəcədə aşağı düşməzdi. Mən də deyirəm facebook hesabım niyə tez-tez əngəllənir. Axı adətən ermənilərə aid nəsə yazanda facebook yazılara qadağa qoyur, profili blok edir… Deməli yazım hədəfdən yan keçməyib. Aygün xanım özündə cəsarət tapıb cavab vermək əvəzinə əlaltılarına düşük işlər gördürür.Əngəlləyin səhifəmi. Yenisini açaram. Bu ağılla hara gedirsiniz? Bunların oyununu hörmətli həmkarlarımdan bir neçəsi dedi.Aygün Əliyeva, siz arxada iş çevirsəniz də mən mərdanə üzə deyirəm. Yox, üzünüzə deyə bilmirəm, çünki bizimlə görüşdən yayınırsınız. Amma buradan üzümü tutub deyirəm: Aygün Əliyeva, elə bilməyin kreslonuz əbədidir. Bir gün ondan yıxılacasınız. Onda yuxarılardakı dəstəkçiləriniz də köməyə çata bilməyəcəklər. Mən bildirirəm, sizin bu hərəkətinizdən sonra QHT Agentliyinin,şəxsən sizin fəaliyyətiniz barədə daha dərin araşdırmalar aparacam. Hər bir şikayətin, narazılığın izi ilə gedəcəm.

Ayıb olsun o kəslərə ki ortada oyun göstərirlər.Minnətçilərinizi də gördüm, “Azay Quliyevdən yazın, Aygünə toxunmayın” deyənlərin olduğunu da bilirəm. Ortada su bulandıran yaxası orden-medallı QHT rəhbərləri var. Onlara məətəl qalmışam. QHT Agentliyinə aid yazılarımı bəh-bəhlə bəyənib təriflər yağdırırdılar, özləri də sosial şəbəkələrdə oranı tənqid atəşinə tuturdular.İndi dönüb Aygün Əliyevanın yedəyində gedirlər,ona yan alıblar. Yəqin Aygün xanım QHT layihələrində onların işlərini səhmana salıb,ciblərini doldurub,əlləri pula çatıb.İndi də qulluğunda durmalıdılar…

Biz cənab Prezidentin tövsiyəsinə uyğun olaraq cəmiyyətdəki,dövlət orqanlarındakı mənfi halları diqqətə çatdırırıq. Ancaq bu kimi təzyiqlərlə qarşılaşırıq. Dostlarımın dediyi kimi,Aygünkimilər məni mənəvi terrora məruz qoymaq istəyirlər. Cənab Prezidentə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya,bütün güc strukturlarının rəhbərlərinə müraciiət edərək xahiş edirəm Aygün Əliyeva barədə,onun iş fəaliyyəti barədə araşdırma aparıb ölçü götürəsiniz.
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az
 
 

 


Ardını oxu...
Türkiyədə qəribə hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, evinin həyətində bağda yatan qadının başına iş gəlib. Qadın ağzı açıq yatdığı zaman ağzından ilan mədəsinə daxil olub. Qadının yuxuda olarkən udduğu iddia edilən ilan endoskopiya üsulu ilə mədədən çıxarılıb.

Əməliyyat zamanı çəkilmiş görüntünü təqdim edirik:

 
 
 
Ardını oxu...

Lerik rayon Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib.

"DogruXeber.az" "Xezerxeber.az"a istinadən xəbər verir ki, müsahibin sözlərinə görə, evli olduğu şəxs ondan 12 yaş böyük olduğunu gizlətmək üçün kiçik bacısının sənədiylə onunla nikaha girib. Bundan isə evləndikdən 10 il sonra xəbər tutur.

Deyir ki, həqiqəti bir il əvvəl, təsadüfən öyrənib. Kiçik baldızının şəxsiyyət vəsiqəsini tapıb və orada öz yoldaşının adının yazıldığını görüb.

Əliyar deyir ki, 2012-ci ildə evlənəndə, başına bunların gələcəyi, yatsa yuxusuna da girməzdi.

Müsahibim boşanmaq istəmədiyini, sadəcə bu məsələnin aydınlığa çıxmasını istəyir. Bildirir ki, həyat yoldaşı olanları təsdiqləsə də, məsələni uzatmamağı, bu halı qəbul etməyi tələb edir.

Məsələ ilə bağlı Əliyarın həyat yoldaşı Ruhəngiz xanımla da əlaqə saxladıq. O, ittihamı rədd etdi və bildirdi ki, deyilənlər yalandır. Bəs, hamının sizi ailənin böyük qızı hesab etdiyi halda, niyə sənəddə bacınız sizdən 8 yaş böyük göstərilib sualına isə, dedi ki, sənəddə necə yazılıbsa, həqiqət odur.

Hüquq müdafiəçisi Şamil Paşayev isə “Xəzər Xəbər”ə bildirdi ki, araşdırılma aparılıb, əgər ortada həqiqətən də sənədlərin saxtalaşdırılması faktı olarsa, vətəndaş məhkəməyə, həmçinin hüquq mühafizə orqanlarına müraciət edə bilər.

Prokurorluq tərəfindən araşdırılma aparılacaq. Həqiqətən, şəxs saxta sənədlə evlənibsə, bu cinayət işinin başlanması üçün əsas ola bilər.

 

 
Ardını oxu...
“Friends” serialının ulduzu Metyu Perrinin ölümündən bir gün əvvəl hoteldə nahar etdiyi sirli qadın üzə çıxıb.

Bir neçə gün əvvəl evində cakuzidə ölü tapılan “Friends” (“Dostlar”) serialının Çandleri Metyu Perrinin ölümündən sonra bir çox nəzəriyyələr irəli sürülüb.

Onun ölümündən əvvəl paylaşımlarının birində “Mattman” ifadəsini işlətməsi də bəziləri tərəfindən yardım çağırışı kimi qəbul olunub. Sosial şəbəkələrdə məsələ ilə bağlı qızğın müzakirələr baş verib.

Həmçinin Metyu Perrinin ölümündən əvvəl bir qadınla yediyi nahardan foto yayımlanıb.

Nəhayət, həmin qadının kim olduğu ortaya çıxıb və o bu barədə TMZ telekanalına müsahibə verib.

Məlum olub ki, həmin qadın Atenna Krosbi adında 25 yaşlı modeldir.

Krosbi müsahibəsində “Mattman” ifadəsi ilə bağlı da fikrini bildirib. “Metyu həqiqətən Betmenlə (“Batman”) çox maraqlanırdı. O, hətta özünü “Mattman” adlandırırdı”, - deyə o qeyd edib

Krosbi Perrinin çox zarafatcıl bir adam olduğunu ifadə edib. O, Perrinin “Mattman” sözü ilə hansısa şüuraltı mesajlar verdiyi iddiasının həqiqətdən çox uzaq olduğunu vurğulayıb.

Gənc qadın Metyunun komiks həvəskarı olduğunu deyib.
Atenna Krosbi ölümündən bir gün əvvəl həqiqətən Perri ilə “Bel Air” hotelində şam yeməyi yediyini bildirib. “Onun öldüyünü öyrənəndə sarsıldım”, - deyə o, kədərini dilə gətirib.

Krosbi Perrinin yemək zamanı son dərəcə nikbin və yüksək əhvali-ruhiyyədə olduğunu nəzərə çatdırıb və aktyorun ona yeni layihələri barədə danışdığını əlavə edib.

Atenna Krosbi Perrinin ölümünün faciəvi bir qəza olduğu qənaətində olduğunu da diqqətə çatdırıb.

Venesuela vətəndaşı olan Atenna Krosbi və 2021-ci ildə Yuta Universitetində təhsil alıb.

2023-cü ildə “Miss World America”da Yuta ştatını təmsil edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dəyişikliklərə əsasən, iki və ya daha çox arvadla birgə yaşayışın təbliğinə, bu cür məzmunlu fikir, ideya və ya çağırışların yayılmasına, habelə bu cür hərəkətlərə təşviq edilməsinə görə 405-810 dollar arası cərimə, yaxud 15 sutkayadək müddətə inzibati həbs nəzərdə tutulub.

Qanun həmçinin cinsə görə ayrı-seçkiliyin təbliğini və ictimai yerlərdə şəxsi identifikasiya etməyə imkan verməyən dərəcədə üzü örtməyi qadağan edir.
 

Ardını oxu...
“Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış, qohum-əqraba hamısı məndən inciyib. Hələ burdayam deyə bilirəm ki, sevdiklərimlə arxayın görüşəcəm”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra əlavə edib.

“Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da məni sevirlər, amma burdakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər darıxıblar” deyə müğənni bildirib.

Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

“Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına buraxmışam. O özü ağıllı oğlandır, deyir ki, bu elə bir məsələdir ki, gərək yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram” deyə müğənni bildirib.
Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib
“Bir az artıq çəki aldığım üçün insanlar eləb bilirlər ki, üzümə dolğu falan etdirmişəm. Xeyr, üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa ehtiyac bilsəm bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan peşman olur. Mən də bu peşmanlıqdan qorxuram” deyə müğənni bildirib.
Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.
“Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır” deyə müğənni bildirib.
 
Ardını oxu.... ·
Bir Arap gezgin olan İbn Fadlan 922 yılında Oğuz Türklerinin yaşadığı ülkeye gelir. O tarihlerde Türkler henüz İslamlaşmamıştır.
Fadlan'ın gözlemleri Anadolu'ya girmeden hemen önce Türklerin nasıl yaşadıklarını, ahlak anlayışlarının neye dayandığını göstermesi bakımından ilginç.
İbn Fadlan, Türklerin kadın ve erkek beraberce nehirlerde yüzdüğünü görür. Bunu ahlaksızlık olarak değerlendirir.
Türklerde geçmiş zamanda da örtünme olmadığı gibi, bütün toplantılarda, ziyafet ve şölenlerde erkekler olduğu gibi, kadınlar da yer alır.
Bir de anekdot aktarır:
Bir gün bir Oğuz evinde oturuyorduk. Karısı da yanımızdaydı. Biz konuşurken kadın bir ara vücudunun görünmemesi gereken bir yerini (bacaklarını) kaşıdı. Hepimiz gördük. Hemen gözlerimizi kapatıp "Allahım sen bize günah yazma" diye yakardık. Kocası güldü ve şöyle dedi:
"Sizin önünüzde açılmamızın nedeni, gördüğünüz halde kendinizi tutmayı öğrenesiniz, diyedir. Çünkü ulaşamazsınız. Böyle olması, gizli olup da elde edilebilir olmasından daha iyidir."
Bu anekdotu aktardıktan sonra İbn Fadlan Türklerde zina olmadığını söyler. Türklerin, zina suçunu işleyeni iki kolundan iki ağaca bağlayıp (kan kartalı idamına benzer) infaz edildiğini yazar. Özetle Türklerde örtünme yoktur, ancak "ahlaksız" topluluklar değildirler.
Gerçekten de görünüşe dayalı bir ahlak anlayışı yüzlerce yıl göçebe yaşamış bir toplum için ahlak anlayışının temeli olamaz. Ancak Türk kültürünün bu kadim anlayışı, İran ve Arap dünyası ile kurulan kültürel temaslarla bozulmuş ve ortaya yeni bir sentez çıkmıştır.
9. Yüzyılda yaşamış Fars yazar ve tarihçi Taberi tarafından kaleme alınan Tarih-i Taberi'de anlatılana göre, Eski Türklerde bir kadına tecavüz etmek son derece ağır bir suçtu ve hainlikle bir tutulurdu. Vatan hainlerine ne ceza verilirse, tecavüzcülere de aynı ceza verilirdi.
Hasan Beser
Teref.az
 
Ardını oxu...
“Laçından çıxdığımız günü xatırlamaq belə istəmirəm”.

Bu sözləri Oxu.Az-a bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Sevda Abbasova deyib.

O bildirib ki, bu gün iki ailə olaraq Laçın şəhərinə köçün sevincini yaşayırlar:

“Bu gün həm mən qızlarımla, həm də oğlumun ailəsi ilə Laçın şəhərinə köçün sevincini yaşayırıq. Çox sevincliyik. Belə gözəl gündə Laçından çıxdığımız o çətin günləri xatırlamaq istəmirəm. Laçından çıxanda oğlumu adyala büküb çıxdım. Həmin oğlum 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatıldı, medalla qayıtdı. Bu gün mənim də borcumdur ki, oğlumun uğrunda döyüşdüyü torpağımıza alnıaçıq, üzüağ qayıdım. Bizə bu günləri yaşadan sərkərdəmiz İlham Əliyevə, Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün 20 ailə - 70 nəfər Laçın şəhərinə köç edir. Bu günədək isə 295 ailənin - 1 135 nəfərin Laçın şəhərinə köçü təmin edilib.
 
Ardını oxu...
Körpənin ana bətnində inkişafı nəfəs kəsicidir. Referans.az bu möcüzəvi proseslə bağlı bəzi faktları təqdim edir.

Yuxu görürlər
İstər inanın, istər inanmayın, ana bətnində olan körpələr böyüklərdən daha çox yuxu görürlər. Hələ heç nə görməzdən əvvəl onların yuxusunun necə formalaşdığını düşünə bilərsiniz. Eşitdikləri səslər və ətrafdakı işıqlar, doğulduqdan sonra bir daha görməyəcəkləri yuxuları formalaşdırır. Bu yuxular körpə 17 həftəlik olduqda başlayır.

Doğulmamış körpə 12 həftədən sonra ağrını hiss edə bilər
Hamiləliyin 12 həftəsində körpənin sinirləri və onurğa beyni ağrı hiss edəcək qədər inkişaf edir. Yeni hissləri ilə göbək bağlarını və üzlərini hiss edə bilirlər. Onlar hətta baş barmaqlarını əmməyə də başlaya bilərlər. İnkişafın bu mərhələsində onlar hələ şaftalı ölçüsündədirlər.

20 həftəlik körpə anasının səsini eşidə bilir
20 həftə körpə üçün uzun müddətdir. 20 həftə sonra körpə artıq anasının səsini eşitdiyi digər səslərdən ayıracaq qədər inkişaf edir. O, doğum zamanı anası olduğunuzu öyrənir. Artıq ultrasəs sayəsində körpənizin hərəkətlərini hiss etməyə başlayırsınız və bununla da, onun cinsini asanlıqla öyrənə bilərsiniz.

Körpə ana bətnində nəfəs alır
Uterus amniotik maye ilə dolu olsa da, bu, körpənizin nəfəs almasına mane olmur. Ağciyərləri formalaşmağa başlayanda, təxminən 5-ci ayda körpəniz onu əhatə edən amniotik maye ilə nəfəs almağa başlayır. Bu nəfəs məşqlərinin anaya əks olunması hıçqırıq hücumlarıdır. Ata üçün əyləncəli tərəf odur ki, o, indi qulağını ananın qarnına qoyanda körpəsinin ürək döyüntüsünü eşidə biləcək.

Doğulmamış körpələr dad hiss edə bilirlər
Alimlər öz araşdırmalarında körpələrin reaksiyalarını ölçmək üçün amniotik mayeyə bəzi fərqli şeylər əlavə ediblər. Körpə şirin əlavələri sevir və onlar adi haldan daha çox amniotik maye udurlar. Turş və ya pis qatqılar olduqda, üzlərini buruşdurmaq kimi narazılıqlarını göstərən üz ifadələri ilə cavab verirlər.
Ananın ürək döyüntüsü körpənin də ürək döyüntüsünə təsir edir
Hamiləliyin son aylarında ananın etdiyi hərəkətlər körpənin ürək döyüntüsünə təsir edir. Ananın ürək döyüntüləri sürətlənirsə, körpənin də ürək döyüntüləri sürətlənir. Odur ki, anaların hamiləlik zamanı sakit olmaları və stress keçirməmələri vacibdir. Beləliklə, bir valideyn olaraq, uşağınıza təsiriniz hələ doğulmamışdan əvvəl başlayır.

Doğulmamış körpələr öyrənə bilər
Körpələrin ana bətnində yaşaması onların öyrənmə qabiliyyətinin olmaması demək deyil. Onlar təkcə analarının səsini digər səslərdən fərqləndirmirlər. Bir neçə il əvvəl aparılan araşdırmada hər gün eyni televiziya verilişinə baxan analar araşdırılıb. Bu analar körpələri dünyaya gəldikdən sonra da nəzarətdə saxlanılıb. Onların ağlama böhranı zamanı ana bətnindən alışdıqları proqramın ümumi musiqisini eşidən kimi sakitləşdikləri müşahidə edilib. Körpələr analarının hamiləlik dövründə qəbul etdiyi bəzi qidaların dadını da ayırd edə bilirlər. \\Referans.az
 
Ardını oxu...
Türkiyə millisinin sabiq futbolçusu İlhan Mansız azərbaycanlı xanımla evlənib.

“Qafqazinfo” xəbər verir ki, o, Leyla adlı qadınla ailə həyatı qurub.

Cütlük xəbəri sosial şəbəkə hesablarında paylaşıblar. Bundan başqa, onlar iki həftə əvvəl uşaqlarının olacağını da öyrəndiklərini bildiriblər.

Onların nikah mərasimi ABŞ-də baş tutub.

Məlumata görə, İlhan Mansızla Leylanın tanışlığı iki il əvvələ təsadüf edir.

Qeyd edək ki, İlhan Mansız daha öncə almaniyalı Nina Ritterlə ailəli olub. Onun bu izdivacdan bir qızı var.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti