Ardını oxu...
“Bir çox məsələlərdə çox ciddi ziddiyyət var”

Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın Baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.

"Report" xəbər verir ki, sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı Baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. "Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik".

Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.
Ardını oxu...
Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.

Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək", - A.Hacızadə qeyd edib.
https://twitter.com/AzerbaijanMFA/status/1814028556907024849?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1814028556907024849%7Ctwgr%5Ec6275f1b0d3bc29e312b7234d488e767682a564a%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fsiyaset%2Fxin-makronun-ermenistanin-herbilesdirilmesine-beraet-veren-fikirleri-sulh-prosesine-mane-olmaqdir
Ardını oxu...
“Bölgə yeni müharibəyə davam gətirə bilməz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan mediasında qış aylarında Azərbaycanla Ermənistan arasında müharibənin olma ehtimalının irəli sürülməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, müharibə ehtimalı yoxdur.

“Müharibə Ermənistan və havadarları Azərbaycanı şərtlər irəli sürmədən sülhə vadar etmək üçün uydurduqları bir bəhanədir. Bölgə yeni müharibəyə davam gətirə bilməz. Ermənistan özü də, müharibə edəcək gücdə deyil. Nə hərbi, nə də iqtisadi baxımdan müharibə edəcək potensialı yoxdur. Yeni müharibə regiona fəlakət gətirə bilər”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, hazırda Ermənistan ordusu ilə ABŞ ordusu arasında hərbi təlimlər keçirilir.

“Faktiki olaraq, Rusiya və ABŞ Ermənistanda toqquşur. Hesab edirəm ki, bu regionda gərginliyi artıracaq. Ancaq yeni müharibənin olacağını istəməzdim. Region çox təhlükəli bir vəziyyətlə üz-üzə qala bilər”, – deyə o fikirlərini yekunlaşıdırıb.
Ardını oxu...
NATO-nun Ukraynadakı Nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş katib Yens Stoltenberq NATO-nun Ukraynadakı Nümayəndəliyinin (NRU) rəhbəri postuna Patrik Törneri təyin edib.

Patrik Törner 2024-cü ilin sentyabrından Kiyevdə vəzifəyə başlayacaq. O, əvvəllər NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisi və baş katibin müdafiə siyasəti və planlaşdırılması üzrə köməkçisi, həmçinin Böyük Britaniyada bir sıra yüksək dövlət qulluğu vəzifələrində çalışıb.

Qeyd olunub ki, Patrik Törner NATO-nun səylərini əlaqələndirəcək və Alyansa Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmə və hesabatlar təqdim edəcək.
 
 
 
Ardını oxu...
Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib.

YAP-ın deputatlığa namizədlərinin siyahısını təqdim edirik:

Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlər

1 saylı Şərur – Sədərək Əsgərov Ziyafət Abbas oğlu

2 saylı Şərur-Kəngərli Novruzov Siyavuş Dünyamalı oğlu

3 saylı Babək - Şahbuz - Kəngərli Babayev Asiman Əli oğlu

4 saylı Naxçıvan şəhər İbrahimov Eldar Rza oğlu

5 saylı Babək - Naxçıvan - Culfa Həmzəyeva Ülviyyə Tapdıq qızı

6 saylı Ordubad - Culfa Rəhimzadə Vüqar Gəncəli oğlu

7 saylı Səbail Qarayev Əhliman Paşa oğlu

8 saylı Binəqədi birinci Mirzəyeva Həcər Niyazi qızı

9 saylı Binəqədi ikinci Qafarov Kəmaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü Hüseynov Hümbət Rəhim oğlu

11 saylı Binəqədi - Qaradağ Xasayeva Səbinə Səməd qızı

12 saylı Xəzər birinci Maniyeva Aygün Şaitdin qızı

13 saylı Xəzər ikinci Əliyev Cəlahir Mirzəbala oğlu

14 saylı Xəzər - Pirallahı Rəsulova Vüsalə Elman qızı

15 saylı Yasamal birinci Quliyev Əli Dilən oğlu

16 saylı Yasamal ikinci Mirzəyev Həbib Adil oğlu

17 saylı Yasamal üçüncü Məmmədov Zaman Rəşid oğlu

18 saylı Nərimanov - Nizami - Binəqədi Babaşov Nizami Babaş oğlu

19 saylı Nərimanov birinci Məmmədov Hikmət Baba oğlu

20 saylı Nərimanov ikinci Vəliyev Samir Əhməd oğlu

21 saylı Nəsimi - Binəqədi İbrahimqızı Məlahət İbrahim qızı

22 saylı Nəsimi - Yasamal Hüseynov Xaliq İsa oğlu

23 saylı Nəsimi - Səbail Rəhimov Elnur Fidail oğlu

24 saylı Nizami birinci Rüstəmov Ramil Şahsuvar oğlu

25 saylı Nizami ikinci Əhmədov Əli Cavad oğlu

26 saylı Sabunçu birinci Hacıyeva Afaq Şirzad qızı

27 saylı Sabunçu ikinci Qasımova Səbinə Məmmədağa qızı

28 saylı Sabunçu üçüncü Qurbanov Taleh Mərifət oğlu

29 saylı Sabunçu dördüncü Abdullazadə İlahə İntiqam qızı

30 saylı Suraxanı birinci Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci Quliyev Etibar Əliağa oğlu

32 saylı Suraxanı üçüncü Həsənova Afət Əbil qızı

33 saylı Xətai birinci Əliyev Yengibar Sərraf oğlu

34 saylı Xətai ikinci Zabelin Mixail Yuryeviç

35 saylı Xətai üçüncü Vəliyeva Pərvanə Bulut qızı

36 saylı Xətai -Suraxanı Hacıyeva Nərminə Aslan qızı

37 saylı Qaradağ Hüseynov Aydın Nəsir oğlu

38 saylı Gəncə birinci Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Gəncə ikinci Kərimzadə Pərvin Orxan qızı

40 saylı Gəncə üçüncü Quliyev Musa İsa oğlu

41 saylı Gəncə - Samux - Goranboy Cəfərov Müşfiq Cəfər oğlu

42 saylı Sumqayıt birinci Hüseynova Hicran Kamran qızı

43 saylı Sumqayıt ikinci Mirkişili Tahir Famil oğlu

44 saylı Sumqayıt üçüncü Vəliyeva Mehriban Hidayət qızı

45 saylı Sumqayıt dördüncü Hacıyev Naib İsmixan oğlu

46 saylı Sumqayıt beşinci Akimova Elnarə Seydulla qızı

47 saylı Sumqayıt - Abşeron - Qaradağ Mustafayev Musa Musa oğlu

48 saylı Abşeron birinci Məmmədova Nigar Fikrət qızı

49 saylı Abşeron ikinci Xudayev Faiq Allahverdi oğlu

50 saylı Abşeron üçüncü Namazov Ramid Zakir oğlu

51 saylı Şirvan Əsədov Heydər Xanış oğlu

52 saylı Yevlax Məmmədov İlham Kazım oğlu

53 saylı Yevlax - Mingəçevir Hüseynli Əli Məhəmməd oğlu

54 saylı Mingəçevir Mirzəzadə Aydın Böyükkişi oğlu

55 saylı Siyəzən - Quba - Xızı Məmmədli Müşfiq Fazil oğlu

56 saylı Şabran - Xaçmaz Süleymanlı Mahir Tahir oğlu

57 saylı Xaçmaz şəhər Vəliyev Ağalar İsrəfil oğlu

58 saylı Xaçmaz kənd Əskərova Könül Rəcəb qızı

59 saylı Quba Məhərrəmzadə Əlibala Səttar oğlu

60 saylı Quba - Qusar Bağırova Fidan Yusifəli qızı

61 saylı Qusar Badamov Azər Camal oğlu

62 saylı Kürdəmir Kazımova Yadigar Təvəkgül qızı

63 saylı Hacıqabul - Kürdəmir Aslanov Aqil Rahil oğlu

64 saylı Salyan Qurbanov Sadiq Haqverdi oğlu

65 saylı Salyan - Biləsuvar - Neftçala Ağayev Emin Zülfüqar oğlu

66 saylı Saatlı Ələkbərov Əziz Yusif oğlu

67 saylı Sabirabad Əmiraslanov Əhliman Tapdıq oğlu

68 saylı Sabirabad - Şirvan Cəfərov Kamal Xaqani oğlu

69 saylı Biləsuvar Əliyev Elməddin Saməddin oğlu

70 saylı Neftçala Baxışov Fərhad Ceyhun oğlu

71 saylı Cəlilabad şəhər Həsənov Malik Əvəz oğlu

72 saylı Cəlilabad kənd Nəsirov Elman Xudam oğlu

73 saylı Masallı - Cəlilabad Əliyeva Aytən Ədalət qızı

74 saylı Masallı Məmmədov Məşhur Şahbaz oğlu

75 saylı Yardımlı - Masallı Əliyev Sərvər Məlikməmməd oğlu

76 saylı Lənkəran - Masallı Paşazadə Cavanşir Hümmət oğlu

77 saylı Lənkəran şəhər Əliyev Əlimərdan Ələkbər oğlu

78 saylı Lənkəran kənd İsgəndərov Anar Camal oğlu

79 saylı Astara Mahmudov Rəşad Məmmədqulu oğlu

80 saylı Lerik - Astara Rəcəbov Elman Əliheydər oğlu

81 saylı İmişli Məmmədov İsrafil Zakir oğlu

82 saylı İmişli - Saatlı Salahlı Səyyad Adil oğlu

83 saylı Beyləqan İsmayılov Şahin Əmir oğlu

84 saylı Füzuli Məmmədov Namiq İbrahim oğlu

85 saylı Füzuli - Ağcabədi Cəfərov Dəyanət Cəmil oğlu

86 saylı Ağcabədi Rzayev Tahir Musa oğlu

87 saylı Qobustan - Şamaxı - İsmayıllı Novruzov Rasim Ramis oğlu

88 saylı Şamaxı Tağızadə Rəfail Vahid oğlu

89 saylı İsmayıllı Allahverdiyeva Xavər Şahı qızı

90 saylı Ağsu Hüseynov Əli Abbas oğlu

91 saylı Göyçay Əkbərov Fərid Əkbər oğlu

92 saylı Göyçay - Ağdaş Məmmədyarova Firəngiz Rafiq qızı

93 saylı Ağdaş Şahmuradov Anar Raqif oğlu

94 saylı Ucar Həsən Ramil Sahib oğlu

95 saylı Zərdab - Kürdəmir - Ucar İsmayılova Səliqə Oruc qızı

96 saylı Goranboy - Naftalan Bədəlov Bədəl Şamil oğlu

97 saylı Tərtər - Ağdərə - Goranboy Məmmədov Anar İlyaz oğlu

98 saylı Bərdə - Tərtər Fətiyev Xanlar Nuru oğlu

99 saylı Bərdə Yıldırım Fatma Vidadi qızı

100 saylı Göygöl - Daşkəsən - Kəlbəcər Bayramov Kamran Fərhad oğlu

101 saylı Samux - Şəmkir Qurbanlı Mübariz Qəhrəman oğlu

102 saylı Şəmkir şəhər Qafarova Sahibə Əli qızı

103 saylı Şəmkir kənd Həsənov Nurlan Urfan oğlu

104 saylı Gədəbəy Hüseynova Sevinc Əmirəhməd qızı

105 saylı Tovuz - Gədəbəy Hüseynov İlkin Abbas oğlu

106 saylı Tovuz Səfərov Nizami Abdulla oğlu

107 saylı Tovuz - Qazax - Ağstafa Aslanova Humay Tofiq qızı

108 saylı Ağstafa Kərimov Gülgün Kərim oğlu

109 saylı Qazax Seyidov Səməd İsmayıl oğlu

110 saylı Balakən Məhəməliyev Nəsib Məhəmməd oğlu

111 saylı Zaqatala – Balakən Mahmudova Vüsalə Yusif qızı

112 saylı Zaqatala Əsgərov Asif Yunis oğlu

113 saylı Qax - Şəki Sayadov Mithad Bəhərçi oğlu

114 saylı Şəki şəhər İskəndərov Vüqar Yapon oğlu

115 saylı Şəki kənd Yusibov Niymət Yusif oğlu

116 saylı Qəbələ Tağıyeva Ədilə Əli qızı

117 saylı Oğuz – Qəbələ - Şəki Qurbanov Eyvaz Daşdəmir oğlu

118 saylı Ağdam - Xocalı Məmmədov Elman Camal oğlu

119 saylı Ağdam Məmmədov İbrahim Raqif oğlu

120 saylı Cəbrayıl - Qubadlı Məmmədov Ceyhun Valeh oğlu

121 saylı Laçın Muradov Rövşən Şahbaz oğlu

122 saylı Xankəndi Məmmədov Aqil Kamran oğlu

123 saylı Kəlbəcər Əhmədova Aidə Ələsgər qızı

124 saylı Şuşa - Ağdam - Xocavənd Babışova Leyla Adil qızı

125 saylı Zəngilan - Qubadlı İsmayılov İmamverdi İbiş oğlu
 
Ardını oxu...
Türkiyə və Suriya arasında barışıq prosesi sürətlənir. Bu həftə Suriya prezidenti növbəti dəfə Türkiyə ilə barışıq prosesi haqında danışıb. Əsəd deyib ki, Türkiyə prezidenti ilə görüşməsində problem görmür, ancaq əsas olan o görüşdən əldə olunan nəticələrdir.

Əslində, Türkiyə və Suriya arasında barışıq prosesi bir neçə il əvvəl başlayıb. Hətta ötən illərdə Türkiyə və Suriya kəşfiyyat rəhbərləri, müdafiə nazirləri səviyyələrində görüşlər keçirilib. Ancaq ortada çox ciddi problemlər var ki, onlar həll olunmasa barışıqdan danışmaq mümkün deyil. Lakin eyni zaman bölgədəki şərtlər hər iki ölkəni barışığa vadar edir.

Suriya üçün Türkiyə ilə barışıq bir neçə səbəbə görə vacibdir. Türkiyə və Suriya arasında 900 kilometrlik sərhəd var, Türkiyə Suriyanın əsas qonşularından biridir. Suriya ərazisinin təxminən 10 faizə yaxını Türkiyə ordusu və ya Türkiyənin himayə etdiyi müxalif silahlı qrupların nəzarətindədir. Rəsmi Dəməşq barışıq üçün əsas şərt olaraq Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxmasını irəli sürür. Yəni barışıq Türkiyə ordusunun Suriya ərazisindən çıxması, Bəşər Əsəd üçün 10 faizə qədər ərazidə hakimiyyətini bərqərar etməsidir.

İkinci mühüm məsələ, həm Suriya, həm də Türkiyəni ciddi şəkildə narahat edən Suriyanın şimalındakı kürd “muxtariyyətidir”. “Suriya Demokratik Qüvvələri” adlanan PYD-nin nəzarəti altında olan qurum Suriyanın şimalında ölkə ərazisinin 20 faizdən çoxuna nəzarət edən qeyri-rəsmi bir muxtar qurum yaradıb. Faktiki olaraq bu qurum Qərb ölkələri tərəfindən dəstəklənir, Suriya bu əraziyə nəzarət edə bilmir. SDQ-nin, yəni real olaraq PYD-nin gələcək Suriyada muxtariyyət əldə etməsi Suriya hakimiyyəti qədər Türkiyəni də narahat edir. Bu səbəbdən də Əsəd və Ərdoğanı barışığa sövq edən əsas amillərdən biri də kürd “muxtariyyətidir”.

Nəhayət, siyasi olaraq Türkiyə ilə barışıq Bəşər Əsəd üçün siyasi iqtidarını legitimləşdirmək yolunda, ümumilikdə münaqişənin həlli istiqamətində böyük bir addım olacaq.

Türkiyə üçün Suriya ilə barışıq ilk növbədə Suriyanın şimalındakı kürd “muxtariyyəti” təhlükəsi ilə bağlıdır. Hər iki ölkə qondarma və Qərb tərəfindən dəstəklənən kürd ittifaqını özlərinə qarşı təhdid olaraq görür. Ankara anlayır ki, Fərat sahilindəki kürd “muxtariyyətini” ləğv etmək üçün Dəməşqlə əməkdaşlıq vacibdir.

İkinci mühüm amil Türkiyədəki 3,5 milyonluq suriyalı qaçqın ordusudur. Xüsusən də son illərdə suriyalı qaçqınlar mövzusu Türkiyə hakimiyyəti üçün ciddi problemə çevrilir. Xüsusən də son bir ildəki seçkilərdə qaçqınlar mövzusu AKP hakimiyyəti üçün ciddi başağrısı oldu. Bu səbəbdən də qaçqınlar problemini həll etmək üçün Ankaranın indi Dəməşqlə barışığa, dialoqa ehtiyacı var.

Nəhayət, Dəməşqlə barışıq Türkiyənin regiondakı əvvəlki mövqelərini geri qaytarması baxımından vacibdir. Xüsusən də son bir ildə Yaxın Şərqdə baş verən hadisələr, Türkiyənin sıxışdırılması bunu təsdiq edir.

Yuxarıda qeyd olunan səbəblərdən indi hər iki tərəf barışığa daha çox can atır. Məsələn, daha əvvəl Türkiyə ordusunun ölkə ərazisindən çıxmasını şərt olaraq irəli sürən Dəməşq artıq bu şərtdən imtina edib, yaxud da Ankara daha əvvəl ordunun çıxarılması üçün Suriya münaqişəsinin siyasi həlli, müxalifətin prosesə qatılması, terrora qarşı birgə mübarizə, qaçqınların geri dönməsi kimi ön şərtlərdən imtina edib.

Prosesin içində Rusiya və İraq var və belə görünür ki, Bağdadda davam edən qapalı görüşlərdə ciddi irəliləyiş var. Ötən həftələrdə Türkiyədə və Suriyanın şimalında baş verən təxribatlar, əslində, Türkiyə-Suriya danışıqlarına müqavimət idi.

Türkiyə və Suriyanın kürd “muxtariyyətinə” qarşı birgə əməliyyat keçirəcəyi ilə bağlı iddialar son zamanlar artır. Təbii ki, İdlibə sığınan və içərisində çoxlu sayda terrorçu ittihamı ilə axtarışda olan şəxslərin və təşkilatların olduğu müxaliflər də prosesdən narahatdır.

Ancaq aydın məsələdir ki, 10 ilə yaxındır İdlibdə Türkiyənin himayəsi altında Rusiya və Suriyanın hücumlarından gizlənən müxaliflərin çox geniş seçimləri yoxdur. Güman ki, Ankara böyük barışıq prosesində müxaliflər üçün hansısa alternativlər təklif edəcək, əlbəttə, Dəməşqlə danışıqların gedişindən asılı olaraq. İndilikdə isə artıq Türkiyə və Suriyanın Türkiyə-Suriya sərhədindən İordaniyaya qədər uzanan M-5 magistral yolunun açılması və Türkiyə və Suriya patrulları tərəfindən mühafizə olunması ilə bağlı məlumatlar yayılır. Belə görünür ki, barışıq prosesinin ticarət və iqtisadi tərəfi də unudulmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl bildirdi ki, NATO terrorla mübarizədə Türkiyəyə dəstək vermir. Ankara ilk dəfə deyil ki, Suriya kürdləri mövzusuna görə NATO və ABŞ-la fikir ayrılığını açıqlayır.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti Ankara və Dəməşq arasında barışıq prosesini dəstəkləmədiklərini açıqlayıb. Belə görünür ki, Vaşinqton Dəməşq-Ankara barışığının Suriyada kürd layihəsinə son qoyacağından narahatdır. Hətta Suriyadakı ABŞ hərbi qüvvələrinin sayının artırılması barədə xəbərlər də okeanın o tayında Suriyadakı yeni situasiyaya hazırlıq hesab oluna bilər.

Kənan Rövşənoğlu,
Musavat.com
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti sabah toplanır.
Mediatv.az-ın məlumatına görə, partiyanın qərargahında keçiriləcək vacib iclasın səbəbi növbədənkənar parlament seçkiləridir.

İclasda YAP-ın bu seçkilərə hansı namizədlərlə gedəcəyi müəyyənləşəcək.

Hakim partiyanın sabiq deputatlarının bu seçkilərdə iştirak edib-etməyəcəyi də maraqla gözlənilir.
 
 

 


Ardını oxu...
Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"İki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.

Siyasi şərhçi, “Report" İA-nın əməkdaşı Kənan Novruzov “Sherg.az”a söyləyib ki, ABŞ Dövlət Departamenti əvvəllər də belə açıqlamar verib:

“Amma ABŞ sözdə sülhü dəstəklədiyini bildirsə də, əməldə bu istiqamətdə heç bir addım atmır. Amerikanın Cənubi Qafqaz regionu ilə bağlı mövqeyi sülhü istəməməkdən ibarətdir. Çünki Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh kənar güclərin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. ABŞ isə regional maraqlarının təmin olunmasına çalışır. Bu prosesi isə konflikt vasitəsilə həyata keçirə bilər. Hərçənd indiki məqamda ən optimal variant ABŞ-nin regionda ən böyük hərbi-siyasi aktor Azərbaycan olduğunu başa düşməsidir. Amma ABŞ dolayı yollarla Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır. Azərbaycanla Ermənistan sülh danışıqlarında irəliləyişlərin olduğunu bilirik. Yəni bunu Amerikanın deməyinə ehtiyac yoxdur. ABŞ-nin hər dəfə bunu diqqətə çatdırması absurddur. Sanki sözügüdən fikirləri səsləndirməklə regiona nəzarət etdiyini diqqətə çatdırmaq məqsədi güdür. Lakin Azərbaycanla Ermənistanın sülh danışıqlarındakı irəliləyiş Azərbaycanın siyasi təşəbbüskarlığı və Bakı ilə İrəvan arasında birbaşa diplomatik təmaslar nəticəsində olub. ABŞ həqiqətən sülh istəyirsə, niyə Ermənistanı silhalandırır? Eyni zamanda Amerika tərəfindən niyə Ermənistana qarşı konstitusiyanı dəyişməklə bağlı çağırışlar olmur?”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
 
Ardını oxu...
İyulun 13-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkilərini boykot etməklə bağlı qərar verib.

Digər müxalif qüvvələr isə seçkiyə qatılırlar. Onlar bildirirlər ki, seçkilərdə iştirak etməklə mövcud vəziyyəti dəyişmək istəyirlər.

Məmməd İbrahim
"Siyasi məhbusların sayı artıb"
AXCP sədrinin müşaviri Məmməd İbrahim AzadlıqRadiosuna qərarlarını şərh edərkən deyib ki, ötən parlament seçkilərindən bəri heç nə dəyişməyib: "Yenə həmin seçki komissiyası, yenə həmin qanunlar, yenə sərbəst toplaşmaq ilə bağlı qadağalar qalıb. Eyni zamanda, ötən seçkilər dövrünə baxanda siyasi məhbusların sayı artıb".

M.İbrahim qeyd edib ki, AXCP seçkilərdə iştirak üçün hökumətə bundan əvvəl şərtlərini irəli sürmüşdü: "Bunlar seçki komissiyalarında partiya üzvlərimizin iştirakçılığı, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığı hüququmuzun təmin olunmasıdır. Heç biri təmin edilməyib. Ali Məclisin iclası üçün yerin ayrılmasını istəmişik, onu ayırmayan hökumət bizə seçicilər ilə görüş üçün yer ayırarmı? Yox".

Müşavirin sözlərinə görə, seçkilər qismən də olsa, şəffaf keçirilərdisə, orada iştirak edib qalib gələrdilər: "Amma burada 1 faiz belə şəffaf seçki yoxdur. Belə olan halda, biz bu seçkilərdə niyə iştirak edək?".

Arif Hacılı
"Boykot mümkün deyil"
Başqa müxalif qüvvələr isə boykot qərarına qoşulmur. Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının da fikrincə, indiki siyasi şəraitdə hər hansı bir əsaslı dəyişikliklərə nail olmaq, demək olar ki, mümkün deyil. O, AXCP-dən fərqli olaraq seçkidə iştirak qərarlarını belə əsaslandırır: "Hər hansı siyasi partiya seçkilərə qatılmırsa, Azərbaycanda mövcud olan siyasi şəraitdə özünü faktiki olaraq proseslərdən təcrid etmiş olur".

A.Hacılı vurğulayır ki, Azərbaycan qanunvericiliyinə görə, seçkiləri boykot etmək mümkün deyil: "Çünki seçkilərdə yetərsay yoxdur. Bu baxımından seçkilərin boykot edilməsinin Azərbaycan qanunvericiliyində mexanizmi yoxdur".

Onun sözlərinə görə, Müsavat Partiyası bu seçkilərdə iştirak etməklə həm bütövlükdə Azərbaycanda hakimiyyətin seçki institutunu demokratik proses kimi sıradan çıxarmamasına çalışır, həm də seçki prosesinin gedişində baş verən qanun pozuntuları barədə cəmiyyəti və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istəyir: "Seçkilərdə iştirak etmədikdə ictimaiyyət bizi onu meydanda tək qoymaqda, hakimiyyətin bu məsələləri daha asanlıqla həyata keçirməsinə şərait yaratmaqda ittiham edir. Biz bu ittihamların qarşısını almaq məqsədilə bu seçkilərdə iştirak edirik. Biz seçki platformamızı ictimaiyyətə təqdim edəcəyik. İnanırıq ki, nə vaxtsa Azərbaycanda demokratik seçkilər olacaq".

Hikmət Babaoğlu
"Boykot etmək iqtidarında olmayan…"
Hakim Yeni Azərbaycan Partiyası (YAP) tənqidləri qəbul etmir. YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, hər bir demokratik cəmiyyətdə seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı siyasi partiyaların özləri verir: "Ancaq seçkilərin boykot edilməsi məsələsi tamamilə fərqli hadisədir".

Onun fikrincə, seçkiləri elə partiya boykot edə bilər ki, onun aldığı qərar həm seçkilərin nəticələrinə təsir göstərmiş olsun, həm də onun arxasında geniş kütlə olsun: "Burada isə "boykot" ifadəsi yerində deyil. Sadəcə, AXCP Azərbaycan siyasi sistemində öz uğursuzluğunu, fəaliyyətsizliyini ört-basdır etmək üçün bu şəkildə bəhanələrə sığınmağa çalışır... Boykot etmək iqtidarında olmayan bir siyasi partiyanın bu termini işlətməsi də doğru deyil".

H.Babaoğlu düşünür ki, AXCP bu gün seçicilərdən səs istəyəcək imkanlara sahib deyil: "Əgər nəticə əldə edilməyəcəksə, doğrudan da, iştirak etməsələr, daha yaxşıdır. Ölkənin siyasi nəbzi də ondan xəbər verir ki, çox mühüm mərhələdə atılan tarixi addımların təqdir olunmaması və AXCP-nin onları dəstəkləməməsi, 2020-2023-cü illər ərzində baş vermiş bütün hadisələr ilə bağlı bu partiyanın verdiyi proqnozların yanlış çıxması onun nüfuzunu bir qədər də azaldıb".

Onun sözlərinə görə, AXCP Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti və Laçın dəhlizi ilə bağlı yanlış proqnozlar verib: "Belə olan halda, bunu edən heç bir siyasi partiya istəsə də, seçicilərdən səs ala bilməz. Amma yenə də bu, onların qərarıdır. Düşünürəm ki, AXCP-nin seçkilərdə iştirak edib-etməməsi nə Azərbaycan demokratiyasını əksildəcək, nə də Azərbaycan xalqının demokratiya bayramına kölgə salacaq".
 
Ardını oxu...
“Mən islahat, milli birliyi gücləndirmək və dünya ilə konstruktiv əlaqə platformasında namizədliyimi irəli sürdüm, nəticədə seçki qutusunda soydaşlarımın, o cümlədən ümumi vəziyyətdən narazı olan gənc qadın və kişilərin etimadını qazandım. Mən onların etimadını dərindən qiymətləndirirəm və kampaniyam zamanı verdiyim vədləri yerinə yetirmək üçün həm ölkə daxilində, həm də beynəlxalq miqyasda konsensus inkişaf etdirməyə tam sadiqəm”.

Bu barədə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın Tehran Times nəşrində dərc olunan məqaləsində deyilir.

O bildirib ki, İranın xarici siyasəti "ləyaqət, müdriklik və ehtiyatlılıq" prinsipləri üzərində qurulub, bu dövlət siyasətinin formalaşdırılması və icrası prezident və hökumətin üzərinə düşür.

“Mən bu əsas məqsədi həyata keçirmək üçün ofisimə verilən bütün səlahiyyətlərdən istifadə etmək niyyətindəyəm. Bunu nəzərə alaraq, mənim administrasiyam bütün ölkələrlə münasibətlərdə milli maraqlarımıza, iqtisadi inkişafımıza, regional və qlobal sülh və təhlükəsizliyin tələblərinə uyğun balans yaradaraq imkanlara əsaslanan siyasət həyata keçirəcək. Buna uyğun olaraq, biz gərginliyi azaltmaq üçün səmimi səyləri alqışlayacağıq və xoş niyyətlə cavab verəcəyik”.

Prezident Pezeşkiyan yazıb ki, onun rəhbərliyi altında olan komanda qonşularla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verəcək.

“Biz tək bir ölkənin digərləri üzərində hegemonluq və dominantlıq ardınca getdiyi bir bölgədənsə, “güclü region”un yaradılmasını müdafiə edəcəyik. Qətiyyətlə inanıram ki, qonşu və qardaş xalqlar öz dəyərli resurslarını eroziyaya səbəb olan yarışlara, silahlanma yarışlarına və ya bir-birini əsassız olaraq ələ keçirməyə sərf etməməlidirlər. Əvəzində biz resurslarımızı hamının xeyrinə regionun tərəqqisinə və inkişafına sərf edə biləcəyimiz bir mühit yaratmağı hədəfləyəcəyik. İqtisadi əlaqələrimizi dərinləşdirmək, ticarət əlaqələrimizi gücləndirmək, müştərək müəssisə investisiyalarını təşviq etmək, ortaq problemlərin həlli üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və regional təşkilatlarla əməkdaşlığı səbirsizliklə gözləyirik. Regionumuz çox uzun müddətdir ki, müharibə, məzhəb qarşıdurmaları, terrorizm və ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, su qıtlığı, qaçqın böhranları, ətraf mühitin pozulması və xarici müdaxilələrlə üzləşib. Gələcək nəsillərin rifahı üçün bu ümumi problemləri həll etməyin vaxtıdır. Regional inkişaf və tərəqqi naminə əməkdaşlıq bizim xarici siyasətimizin rəhbər prinsipi olacaqdır”, o qeyd edib.

Pezeşkiyanın administrasiyası ilk tədbir olaraq qonşu ərəb ölkələrini əməkdaşlığa, bütün siyasi və diplomatik vasitələrdən istifadə etməyə çağıracaq ki, “Qəzzada qətliamın dayandırılması və münaqişənin genişlənməsinin qarşısının alınması məqsədi ilə daimi atəşkəsə nail olunması” prioritet olsun.

O hesab edir ki, Çin və Rusiya çətin dövrlərdə daim İranın yanında olublar.

“Biz bu dostluğu çox yüksək qiymətləndiririk. Çin ilə 25 illik yol xəritəmiz qarşılıqlı faydalı "hərtərəfli strateji tərəfdaşlıq" qurmaq yolunda mühüm mərhələni təmsil edir və biz yeni qlobal nizama doğru irəliləyərkən Pekin ilə daha geniş əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. 2023-cü ildə Çin Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin normallaşdırılmasında mühüm rol oynadı, beynəlxalq məsələlərə konstruktiv baxışını və uzaqgörən yanaşmasını nümayiş etdirdi. Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur və mənim administrasiyam əməkdaşlığımızın genişləndirilməsinə və genişləndirilməsinə sadiq qalacaq. Biz Rusiya və Ukrayna xalqları üçün sülh üçün çalışırıq və mənim hökumətim bu məqsədə nail olmaq üçün təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq. Mən Rusiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, xüsusən BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi çərçivədə prioritet olaraq davam edəcəyəm”, o qeyd edib.

İran prezidenti məqaləsində sanksiyalara baxmayaraq adminsitasiyasının Avropa ölkələri və ABŞ-la əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. Onun fikrincə əməkdaşlıq imkanlarına iqtisadi və texnoloji əməkdaşlıq, enerji təhlükəsizliyi, tranzit marşrutları, ətraf mühit, o cümlədən terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, qaçqın böhranları və digər sahələr daxildir.

“ABŞ və onun Qərb müttəfiqləri regionda və dünyada gərginliyi azaltmaq və idarə etmək üçün tarixi fürsəti əldən verməmədir”, İran prezidenti qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti