Ardını oxu...
Bir-birini son ölümcül hücumlara görə kəskin şəkildə qınayan İran və İsrail BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Şura daha geniş müharibəyə doğru sürüklənəcəyindən qorxduğu bölgədə sakitliyə çağırıb.

İran səfiri Əmir Səid İrəvani Şuranın fövqəladə iclasında deyib: “Təhlükəsizlik Şurası İsraili bu təcavüz aktına görə məsuliyyətə cəlb etmək üçün təcili addımlar atmalıdır. Bura növbəti pozuntuların qarşısını almaq və İsrailin bədxah fəaliyyətlərinin beynəlxalq ictimaiyyət tərəfindən dözülməyəcəyinə işarə üçün zəruri olan sanksiyaların və digər tədbirlərin tətbiqini nəzərdən keçirmək daxildir” - deyə, İrəvani bildirib.

İran və HƏMAS İranda prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən HƏMAS liderinin ölümünə səbəb olan hava hücumunda İsraili günahlandırır.

İsrail hücumun məsuliyyətini üzərinə götürməsə də, geniş şəkildə hücumu onun həyata keçirdiyi ehtimal edilir. İsrail rəsmiləri çərşənbə axşamı Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükürün ölümünə səbəb olan hava hücumunun məsuliyyətini üzərinə götürüb.

İsrail Şükürün şənbə günü İsrailin işğalı altında olan Qolan təpələrində futbol meydançasında oynayan 12 ərəb druz uşağının ölümünə səbəb olan raket hücumuna görə məsuliyyət daşıdığını bildirib.

Hizbullah ittihamı rədd edib.

İsrail səfirinin müavini Conatan Miller şuraya deyib: "Bu əməliyyat açıq mesaj verir: Biz özümüzü müdafiə edəcəyik və bizə zərər verənlərə qarşı böyük güclə cavab verəcəyik".

O, şuradan HƏMAS və Hizbullahı maliyyələşdiən və silahlandıran İranı yeni sanksiyalarla məsuliyyətə cəlb etməyə çağırıb.
 
Ardını oxu...
İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin qətli, həmçinin İsrailin Beyruta endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

TASS xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədrinə göndərilən məktubda deyilir.

“İran BMT Təhlükəsizlik Şurasını İsrail rejiminin İranın suverenliyə və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi təcavüzünü və terror hücumlarını, həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünə qarşı son hücumlarını qeydsiz-şərtsiz pisləməyə çağırır. İsrailin İranda və bölgədə törətdiyi təcavüz və terror hücumlarına cavab vermək üçün fövqəladə iclas keçirməyə çağırıb”, - deyə məkrubda yazılıb.
 
Ardını oxu...
Əlcəzair hökuməti Fransadakı səfirini geri çağırmağa qərar verib.

Bu barədə “Ennahar Online” informasiya portalı məlumat yayıb.

Qərar Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra qəbul edilib.
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

İSNA xəbər verir ki, söhbət zamanı Pezeşkian İsrailin Livana mümkün hücumunun ciddi nəticələri ilə bağlı həmkarını xəbərdarlıq edib.

“Əgər sionist rejim (İsrail nəzərdə tutulur) Livana hücum edərsə, böyük səhvə yol verəcək və bunun onun üçün ağır nəticələri olacaq. İsrail 75 ildən artıqdır ki, Fələstin ərazilərini işğal etməklə bütün beynəlxalq normaları tapdalayıb”.

Pezeşkian həmçinin Fransa ilə münasibətləri dürüstlük və qarşılıqlı etimad əsasında qurmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Makron Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və İranla Avropa ölkələri arasında münasibətlərin, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin yaxşılaşmasına ümid etdiyini bildirib.
 
Ardını oxu...
ABŞ-da prezidentliyə namizəd olan hazırki vitse-prezident Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb.

APA xəbər verir ki, TikTok-a yeni qoşulan Harrisin artıq 2,5 milyondan çox izləyicisi var.

Demokratların namizədi olan vitse-prezident Kamala Harris prezident seçkiləri kampaniyasında TikTok sosial media platformasından istifadə etməyə başlayıb.

Amerikanın CNBC kanalının saytında yer alan xəbərə görə, Harris TikTok hesabında "@kamalaharris" adlı video yayımlayıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyası üçün TikTok-da paylaşdığı videoda Harris, "Bu yaxınlarda eşitdim ki, videolarım TikTok-a yerləşdirilib. Ona görə də platformaya şəxsən qoşulmaq istədim", - deyə bildirib.
 
Ardını oxu...
İsrail kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea Romaya səfər edib.

Bu barədə “TASS”ın müxbirinə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Qendelman məlumat verib.

O, Romada ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Misirin Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamel və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.

Görüşdə Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar aparılacaq.
 

Ardını oxu...
"Kamala Harrisin ABŞ prezidenti olmasının Azərbaycana təhlükəli olması fikri bir qədər şişirdilmiş ideyadır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-da demokratların namizədi Kamala Harrisin prezident olmasının Azərbaycana nə dərəcədə təhlükəli olması barədə suala cavabında deyib.

Ekspert bildirib ki, ABŞ kimi hegemon dövlətlərdə konkret bir şəxsin düşüncələrilə dövlət idarə olunmur:

"ABŞ-da dövlət maraqları öndədir. Onlar dövlət maraqları naminə hər kəslə əməkdaşlıq ediblər. Bu günün özündə də həmin istiqamətdə heç nə dəyişməyib. Bu gün demokrat donunu geyinənlər dünyada insan qırğınına yardım və stimul verirlər. Bayden məgər Harrisdən az ermənipərəst idi? Ona da erməni lobbisi, erməni kriminal dairələr yardım edirdi. Amma ötən illər ərzində Bayden belə heç nə edə bilmədi. Məhz Bayden dövründə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi, Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi. Kamala Harris və onun kimi digərləri gəlib gedə bilər".

Həmsöhbətimiz bildirib ki, Harrisin prezident olmasına fikir vermək lazım deyil:

"Fikir veriləcək tərəf varsa, o da biz özümüzük. Kimsə bizim üçün qorxulu deyil".

Qeyd edək ki, Amerikanın erməni lobbisi demokratların prezidentliyə namizədi olması gözlənilən Kamala Harrisdən öz maraqları naminə istifadə etməyə çalışır. Amerikadakı ən böyük erməni lobbi təşkilatı olan ANCA onu və Demokratlar Partiyasını şantaj edir.

Gələn xəbərə görə, üzdəniraq təşkilat Harrisə qarşı ultimatum irəli sürərək bildirib ki, onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-ın rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər.

Xatırladaq ki, Kamala Harris hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması üçün dəstək verib. O, 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qanun layihəsinə imza atıb.
 
Ardını oxu...
Türkiyə və Suriya liderlərinin görüşünə paralel olaraq Ərdoğanla Putin arasında görüş baş tuta bilər.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu həftə Ankarada türkiyəli həmkarı İbrahim Kalın ilə Türkiyə və Suriya liderlərinin görüşünün tarixini və yerini müzakirə edib.
Bu barədə Türkiyə hökumətinin "Türkiye" qəzeti məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında on ildən artıq müddətdə ilk görüş avqust ayında sərhəd-keçid məntəqəsində baş tuta bilər.
"Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən gün Ankaraya səfər edib. O, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüş zamanı Əsədin Ərdoğanla görüşünün tarixi və ölkəsi ilə bağlı məsləhətləşmələr aparıb" - qəzet yazır.
Narışkinin olduğu təyyarə çərşənbə günü gecə Türkiyə paytaxtına enib.
Qəzetin yazdığına görə, Türkiyə və Suriya liderlərinin görüşünə paralel olaraq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, prezident Putinin Türkiyəyə səfərinə hazırlıq gedir, lakin tarix hələ müəyyən edilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü bildirib ki, o, Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üzərində işləyir, lakin konkret bir şey haqqında danışmaq hələ tezdir.
 
 
 
Ardını oxu...
ABŞ Dövlət katibi Entoni Blinken Laosda Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Blinkenlə Yi ikitərəfli, regional və qlobal məsələlər üzrə müzakirələr aparıblar.

Həmçinin məlumatda bildirilib ki, Blinken Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəkdən ciddi narahatlığını çatdırıb:

"Çin Avropa təhlükəsizliyinə qarşı bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməsə, ABŞ bunun üçün müvafiq tədbirlər görməyə davam edəcək".
 
Ardını oxu...
Cümə axşamı Kremlin mətbuat xidməti tərəfindən yayılan videoda Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Bəşar Əl-Əsədlə Kremldə görüşdüyü nümayiş etdirilib.

Putin Əsədə Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğunu desə də, hər iki lider danışıqları ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

Rusiya 2015-ci ilin sentyabrından bəri İranla birləşərək, Əsəd hökumətinə silahlı müxalif qruplarla döyüşmək və ölkənin əksər ərazilərində nəzarəti ələ keçirməsinə yardım üçün Suriyada hərbi kampaniya aparır. Rusiya hazırda hərbi resurslarının əsas hissəsini Ukraynada cəmləsə də, Suriyada hərbi bazalarını və qoşunlarını saxlayır.

Putin Əsədə "Bütövlükdə regionda vəziyyətin necə inkişaf etdiyi ilə bağlı fikriniz məni çox maraqlandırır. Təəssüf ki, eskalasiyaya meyl var, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir" deyib.

Kreml Putin və Əsədin görüşünün çərşənbə günü baş tutduğunu bildirib.

Putin və Əsəd sonuncu dəfə 2023-cü ilin martında Kremldə Suriyada 12 illik qiyamın vətəndaş müharibəsinə çevrilməsinin ildönümündə görüşüb. Həmin görüşdə Putin Rusiya ordusunun ölkədə sabitliyin yaradılmasındakı rolunu vurğulayıb.

Əsəd rusiyalı tərcüməçi vasitəsilə Putinə "Bu gün bütövlükdə dünyada və Avrasiya regionunda baş verən bütün hadisələri nəzərə alsaq, bugünkü görüşümüz çox vacib görünür" deyib.

Kreml Putinlə Əsədin danışıqlarının təfərrüatlarını açıqlamayıb. Lakin potensial müzakirə mövzularından biri Rusiya və Türkiyənin diplomatik münasibətlərin bərpası ətrafında olub.

Rusiya Əsəd hökumətinin ən güclü dəstəkçilərindən biridir, eyni zamanda Türkiyə ilə də yaxın əlaqələrə malikdir və münasibətlərin yenidən başlaması üçün səy göstərir.

Türkiyə Suriya ilə əlaqələri 2011-ci ildə hökumət əleyhinə kütləvi etirazlar və Suriya təhlükəsizlik qüvvələrinin amansız repressiyalarının hələ də davam edən vətəndaş müharibəsinə çevrildiyi üçün kəsib. Türkiyə Əsədi devirmək istəyən Suriya üsyançı qruplarını dəstəkləyib və hələ də müxalifətin nəzarətində olan şimal-qərbdə qüvvələrini saxlayır ki, bu da Dəməşqi qəzəbləndirir.

2022-ci ilin dekabrında Türkiyə, Suriya və Rusiya müdafiə nazirləri Moskvada danışıqlar aparıb. Bu, Türkiyə ilə Suriya arasında 2011-ci ildən bəri nazirlər səviyyəsində ilk görüş olub. Rusiya keçən il də Suriya və Türkiyə rəsmiləri arasında görüşlərə vasitəçilik edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Əsəd bu yaxınlarda diplomatik əlaqələrin bərpasında maraqlı olduqlarını bildirib.

Keçən həftə bir türk qəzeti Ərdoğanın avqustda Moskvada Əsədlə görüşəcəyini yazsa da, Türkiyə rəsmiləri xəbəri təkzib edərək, "həqiqəti əks etdirmir" deyiblər.

Bu ayın əvvəlində Ərdoğan Əsədi Türkiyədə və ya hansısa üçüncü ölkədə görüşə çağırdığını bildirib.

İyulun 15-də jurnalistlərə açıqlama verən Əsəd münasibətlərin normallaşması üçün Türkiyənin Suriyanın şimalından qoşunlarını çıxarmalı və Dəməşqin “terrorçu” kimi təsvir etdiyi üsyançı qruplara dəstəyi dayandırmalı olduğunu deyib.
 

Dünyapress TV

Xəbər lenti