Ardını oxu...
İsrailin Oslodakı diplomatik təmsilçisi Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, İsrailin Norveç diplomatlarının diplomatik statusunu ləğv etmək qərarına etiraz etmək üçün İsrail səfirliyinin rəsmisi XİN-ə çağırılıb.

Norveç XİN bildirib ki, xarici işlər naziri Espen Barth Eide israilli diplomatla görüşüb və İsrail XİN-in norveçli diplomatlarla bağlı qərarına etirazı onun diqqətinə çatdırıb.

Qeyd olunub ki, hazırda Norveç hökuməti İsrailin qərarına qarşı necə cavab verməyi nəzərdə keçirir.
 
Ardını oxu...
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin bərqərar olmasına, həmçinin girovların azad edilməsinə dair sazişin imzalanmasının mümkünlüyü nəinki sıfıra enməyib, əksinə, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Beyrutda “Hizbullah”ın hərbi qanadının komandirlərindən olan Fuad Şükürün öldürülməsindən sonra artıb.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Time” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda anlaşmaya mane olan “radikal elementlər” yoxdur.

Bununla belə, B. Netanyahu İsrailin HƏMAS Siyasi bürosu rəhbərinin ölümündə iştirakı ilə bağlı hər hansı şərh verməkdən yayınıb.
 
 
 
Ardını oxu...
İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.

Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.\\Axar.Az
 
Ardını oxu...
İsrail liderləri ölkənin İran və ya onun regiondakı tərəfdarları tərəfindən hücuma məruz qalacağı təqdirdə "ağır bir qiymət" ödəyəcəkləri barədə xəbərdarlıq etdiyi bir vaxt ABŞ prezidenti Co Bayden bazar ertəsi milli təhlükəsizlik komandası ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etməyə və İordaniya kralı II Abdulla ilə görüşməyə hazırlaşır.

ABŞ-İordaniya danışıqları İordaniyanın xarici işlər naziri Ayman Səfadinin İrana səfər edərək, gərginliyə son qoymağa, regionda "sülh, təhlükəsizlik və sabitlik" içərisində yaşamağa çağırmasından bir gün sonraya təsadüf edir.

ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar günü israilli həmkarı Yoav Qallantla danışaraq, "İrandan və onun Livandakı "Hizbullah" və Yəməndəki husilər kimi tanınan etibarlı tərəfdaşlarından gələn təhdidlərinə qarşı ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna dəmir dəstəyini" bir daha təkrarlayıb.

Pentaqonun bəyanatında "Onlar nazirliyin ABŞ qüvvələrinin müdafiəsini gücləndirmək, İsrailin müdafiəsini dəstəkləmək, regionda artan gərginliyin qarşısını almaq və ya azaltmaq üçün atdığı addımları müzakirə edib" deyilib.

Pentaqonun cümə günü bildirdiyinə görə, Birləşmiş Ştatlar bölgəyə təyyarədaşıyan və əlavə hava hücumundan müdafıə sistemləri yerləşdirir.

Ağ Evin Milli Təhlükəsizlik Şurası müşavirinin müavini Conatan Fayner CBS tele-kanalına müsahibəsində "Məqsədimiz gərginliyi azaltmaqdır. Məqsədimiz çəkindirməkdir. Məqsədimiz İsraili müdafiə etməkdir" deyib.

"Biz hər ehtimala hazırlaşırıq. Biz regional müharibənin heç kimin marağında olduğunu düşünmürük" - deyə, Fayner əlavə edib.

Vəziyyət keçən həftə İsrailin Beyruta hava hücumu zamanı "Hizbullah" komandiri Fuad Şükürünün öldürülməsi və bir neçə saat sonra Tehranda İranın İsraili günahlandırdığı HƏMAS-ın siyasi lideri İsmayıl Həniyəyə qarşı sui-qəsddən sonra daha da gərginləşib.

ABŞ, Fransa, Kanada, İordaniya və Britaniya öz vətəndaşlarına Livanı tərk etməli olduqlarını bəyan edib. Fransa vəziyyətin "çox qeyri-sabit" olduğu barədə xəbərdarlıq edib. Bir neçə avia-şirkət bölgəyə xidmətini ya tamamilə dayandırıb, ya da məhdudlaşdırıb.

Haniyə keçən həftə Tehranda İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən qısa müddət sonra qaldığı qonaq evində öldürüldükdən sonra İranın ali dini lideri Ayətullah Əli Xameneyi açıqlamasında "Biz qisas almağı özümüzə borc bilirik" deyib.

New York Times-ın İranın üç rəsmisinə istinadla verdiyi xəbərə görə, o, Haniyənin öldürülməsinə cavab olaraq, İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Fox News Sunday-ə "ali dini lider cavab verəcəyini deyirsə, biz bunu ciddi qəbul etməliyik. Hazır olduğumuza əmin olmalıyıq" deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü İranın və onun tərəfdaşlarının İsraili “terror” mühasirəsinə almağa çalışdıqlarını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyin aradan qaldırılmasının təcili müzakirə edilməsi üçün bazar günü G7-nin (Böyük Yeddilər) xarici işlər nazirləri ilə danışıb.
 
 
 
Ardını oxu...
Fransa və Almaniya hərəkərə keçməlidir: iqtisadi və diplomatik təzyiqdən başqa variant yoxdur

Macarıstan Avropa İttifaqında (Aİ) öz oyununu oynamağa davam edir: Budapeşt bu yaxınlarda Aİ ölkələrinin Venesueladakı seçkilərlə bağlı birgə bəyanatına mane oldu. Bu, Aİ-nin xarici siyasətindəki qüsuru bir daha göstərdi, çünki belə qərarlar 27 üzv dövlətin hamısı tərəfindən yekdilliklə qəbul edilməlidir. Buna görə də, məsələn, Almaniya artıq blokda mühüm qərarların qəbulu mexanizmlərinin dəyişdirilməsinin tərəfdarıdır - yalnız ixtisaslı səs çoxluğu ilə.

Axı birincisi, Macarıstan demokratik ölkədir. Vətəndaşlarının mütləq əksəriyyəti isə Aİ çıxmağa ehtiyac görmür və ona qarşıdır.

İkincisi, Orbanın özü heç vaxt belə niyyətlərdən danışmayıb. Onun Aİ-də qərar qəbuletmə mexanizmlərinə xas olan zəif cəhətlərdən şəxsi (bəzən də milli) maraqlar naminə istifadə etməyə çalışması prinsipcə, ümumi haldır: o, birinci deyil və sonuncu da olmayacaq. Məsələn, Slovakiyanın Baş naziri Robert Fiko da eyni şəkildə hərəkət edir.

Belə siyasətçilər üçün bu mövqe sərfəlidir. Ona görə də yaxın gələcəkdə nə Aİ-dən çıxmağa, nə də Aİ-də qərar qəbul etmə qaydalarını dəyişməyə razı olacaqlar. Çünki o zaman onlar təsir rıçaqlarını itirəcəklər. Məhz buna görə də onlar həmin Kremlə belə maraqlıdırlar: Rusiya Aİ-də zəif nöqtə tapıb və Ukrayna ilə NATO arasında əməkdaşlığa, silah tədarükünə və s. mane ola bilər. Və bunun üçün “dostlarına” yaxşı pul ödəməyə hazırdır - həm də ucuz neft və qaz şəklində. Aİ-də bundan istifadə etməyə hazır olan siyasətçilər var.

Aİ-də belə siyasətçilərə təsir rıçaqları varmı? Məsələn, Orbana gəlincə, biz onun Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün səsvermə zamanı qəhvə içməyə necə getdiyini gördük. Bildiyiniz kimi, məhz Almaniya kansleri Olaf Şolts ona bu boşluqdan özü-üzünü xilas etmək üçün belə desək, istifadə etməyi təklif etmişdi.

Məsələn, qışda Macarıstan Ukraynaya 4 il ərzində 50 milyard avro dəyərində hərbi və maliyyə yardımının göstərilməsinə mane olanda, Orbana eyham vurulmuşdu ki, Aİ Macarıstanın özünü maliyyələşdirməyi dayandıracaq.

Fakt budur ki, Macarıstan Aİ büdcəsinin donoru deyil. Çox milyard dollarlıq subsidiyalar alır. Ona görə də məhz iqtisadi amillərlə - maliyyə axınını kəsmək vədləri, iqtisadiyyata subsidiyalar vermək, subsidiyaları məhdudlaşdırmaq - Viktor Orban kimi siyasətçilərə təzyiq göstərmək olar. Gördüyümüz kimi, Aİ məhz belə fəaliyyət göstərir.

Digər alətlərə gəlincə... Aİ-yə üzv olan bütün dövlətlərin konkret qərarla bağlı konsensusu üçün mexanizmlər qəbul ediləndə Aİ-də xeyli az ölkə var idi. Bir neçə raund genişlənmədən sonra daha çox ölkə var idi və fikir ayrılıqları yaranmağa başladı. Buna görə də təbii ki, qərar qəbuletmə mexanizminin ixtisaslı səs çoxluğu və ya səslərin üçdə ikisinin köməyi ilə dəyişdirilməsinin zəruriliyi barədə çoxdan danışılır. Və yaranan hər bir ziddiyyət ilk növbədə, Avropanın lokomotivlərini - Fransa və Almaniyanı Aİ-dəki kiçik dövlətlərin hamının xeyrinə olan qərarlara mane ola bildiyi halda vəziyyəti necə dəyişdirmək barədə düşünməyə vadar edir. Amma Avropa bürokratiyasının xüsusiyyətlərini nəzərə alsaq, belə dəyişikliklərin tezliklə baş verəcəyini düşünmək olmaz. Bu, uzun bir yoldur. Ona görə də mən “inadkarlara” təsir etmək üçün iqtisadi və diplomatik təzyiqdən başqa variant görmürəm.

Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki, politoloq.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
 
 
          
Ardını oxu...
ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya qalxaraq cümə axşamı İrana gedib.

Bizim.Media xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, nümayəndə heyəti İranda kəşfiyyat və xarici işlər rəsmiləri ilə görüşlər keçirib.

Görüşdə ABŞ-da Haniyənin öldürülməsindən xəbərsiz olduqları, Netanyahunun nəzarətdən çıxdığını və regional müharibə istədiyi bildirib.

Eyni zamanda, Baydenin İranla döyüşmək istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə edəcəyi diqqətə çatdırılıb.

Qəzet ABŞ-ın İrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.

“Əgər biz dərhal nüvə sazişi bağlasaq, Netanyahuya ən böyük zərbəni siz vuracaqsınız” - deyə görüşdə bildirilib.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan ilə Ermənistan arasında sülh prosesi istiqamətində danışıqlarda müəyyən durğunluq hiss olunur. Tərəflər arasında keçirilən görüşlər də daha baş tutmur. Bəzi ekspertlər iddia edir ki, bu, Bakının atdığı məqsədyönlü addımdır. Yəni əslində danışıqlar prosesi gedir, amma Nikol Paşinyan hakimiyyətinə daxildən və xaricdən təzyiq olduğu üçün proses gizli saxlanılır.

Bu iddianın əsası varmı?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan ilə Ermənistan arasında post münaqişə dövrünə aid olan problemlərin həlli istiqamətində gedən görüşlər cəmiyyətimizə, dünya ictimaiyyətinə bəllidir:

“Bizim mövqeyimiz də açıq şəkildə bəyan edilib. Biz müharibədə qalib gələn, Ermənistan isə kapitulyasiyaya uğramış tərəfdir. Müharibədən bir neçə ay sonra, 2021-ci ilin yanvar ayında Azərbaycan prezidenti Ermənistana beş baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif etdi. Daha sonra rəsmi Bakı Xarici İşlər Nazirliyi səviyyəsində beş baza prinsipi əsasında təkliflər göndərdi.

Azərbaycan açıq şəkildə Ermənistanın ərazi iddialarından əl çəkməsini, qarşılıqlı suverenliyin tanınmasını tələb edir. Əslində bu, bir qalibin tələbindən çox, qarşılıqlı bərabərhüquqlu təklifdir.

Ermənistan daxilindəki revanşist qüvvələr var və onlar hakimiyyətə təzyiq göstərirlər. Onlar gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, onların sonu gələcək. Bunlardan başqa, digər qüvvələr var ki, onlar da sülhün olmasını istəmir. Misal üçün, erməni kilsəsinin aktivliyini görürük. Erməni lobbi və diasporu da aktivlik göstərir. Çünki sülh olacaqsa, bu, artıq Qarabağ məsəlinin gündəmdən çıxması deməkdir. Bu zaman isə lobbi və diasporun da işinin bir mənası olmayacaq.

2022-ci ilin 6 oktyabr tarixində Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı keçirildi. Həmin toplantıda Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Almatı bəyannaməsi və beynəlxalq hüquq çərçivəsində tanıdı. 31 oktyabrda Soçidə sənəd imzalandı. Məhz bundan sonra erməni rəsmiləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə dilə gətirdi.

Bu gün proses qaldığı yerdən davam edir. Azərbaycan qətiyyətli mövqe ortaya qoyub. Hesab edirəm, bu istiqamətdə gizli danışıqlar aparılır. Azərbaycanın mövqeyi bəllidir. Amma Paşinyan ilə danışıqların təhlükəyə düşməməsi üçün danışıqların gizli aparılması istisna deyil”.
 
Ardını oxu...
"Qoca qitə"nin təhlükəsizlik sistemi tamamilə ABŞ-ın bahalı hərbi-siyasi dəstəyinə və NATO-nun mövcudluğuna bağlıdır... Donald Tramp "kəmərləri sıxarsa", Avropanın təhlükəsizliyi ciddi təhdid altında qalar, yüzmilyardlarla əlavə xərc qaçılmaz olar...

Dünyanın diqqəti indi böyük ölçüdə ABŞ-da yaşanan daxili siyasi-ictimai proseslərə yönəlib. Beynəlxalq siyasi iradə mərkəzləri yaxın perspektivdə dünyada cərəyan edən proseslərin hansı istiqamətlərə yönələ biləcəyini təxmin etməyə çalışırlar. Ona görə də, ABŞ-da cərəyan edən daxili siyasi-ictimai proseslərin xüsusi həssaslıqla müşahidə olunması əslində, qətiyyən təəccüblü deyil. Və dünyanın gələcək taleyi ilə bağlı bəzi önəmli suallara hələlik yalnız bu yolla təxmini cavablar tapmaq mümkün ola bilər.

Məsələ ondadır ki, beynəlxalq hərbi-siyasi proseslərin inkişaf istiqamətləri uzun onilliklərdən bəri məhz ABŞ-ın tutduğu mövqe ilə müəyyən edilir. Yəni, Ağ Evin xarici siyasət kursu böyük ölçüdə həm də dünyanın həmin dövür üçün taleyini də təyin edir. Halbuki, "yaşıl planet"in taleyinin müəyyən edilməsinin daha çox bir dövlətdən asılı olması da bəşəriyyətə qarşı kifayət qədər ciddi təhdid qaynağıdır. Və nə qədər xoşagəlməz reallıq olsa da, hələlik bu situasiyanı dəyişmək mümkün deyil.

Ona görə də, indi beynəlxalq siyasi iradə mərkəzləri istəsələr də, istəməsələr də ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri ətrafında cərəyan edən prosesləri müşahidə etməyə məcburdurlar. ABŞ-ın daxili siyasət məkanda isə hər çox sürətlə dəyişir. Hər halda, cəmisi bir neçə həftə əvvəl Ağ Evin keçmiş sahibi Donald Tramp növbəti prezident seçkilərinin favoriti hesab olunurdu. Çünki hakimiyyətdə olan demokratların namizədi olan prezident Co Bayden respublikaçı rəqibinə - Donald Trampa bir çox istiqamətlər üzrə uduzurdu. Və bu, respublikaçılarda növbəti seçki qələbəsinə əminliyi ön plana çıxartmışdı.

Ancaq bundan narahat olan demokratlar hazırda situasiyanı öz xeyirlərinə dəyişmək üçün müəyyən manevrlərə cəhd göstərirlər. Əvvəlcə prezident Co Bayden seçkilərdə iştirakdan imtina etdi. Bəzi məlumatlara görə, növbəti dəfə prezident seçiləcəyinə əmin olan qoca Co partiyadaşları tərəfindən geri çəkilməyə məcbur edilib. Hətta prezident Co Baydenin namizədlikdən çəkilməyəcəyi təqdirdə, bu problemi həll etmək üçün onu partiyadan qovmaq məcburiyyəti yaranacağı ilə təhdid olduğu da iddia olunur. Və nəticədə qoca Co vitse-prezident Kamala Harrisin xeyrinə seçkilərdə iştirak etməmək qərarı verməli olub.

Maraqlıdır ki, Donald Trampın seçki qərargahı məhz bu məsələni Kamala Harrisə qarşı əks təbliğat mövzusuns çevirib. Belə ki, trampçılar Kamala Harrisin prezident Co Baydenə qarşı hakimiyyət çevrilişi xarakteri daşıyan məkrli siyasi əməliyyat reallaşdırdığını vurğulayırlar. Onların iddialarına görə, vitse-prezident Kamala Harris prezident olmaq şansını dəyərləndirmək məqsədilə Ağ Ev sahibini ağır təzyiqlərə məruz qoyub. Və indi bütün siyasi-inzibati resursları öz əlində cəmləşdirən Kamala Harris ABŞ-ın ilk qadın prezidenti olmaq üçün bütün vasitələrdən istifadə etməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Donald Tramp və respublikaçılar vitse-prezident Kamala Harrisin namizədliyindən qətiyyən məmnun deyil. Hər halda, Kamala Harrisin prezident Co Baydendən daha şanslı olması Donald Trampın seçki düşərgəsində ciddi narahatlıq yaratmağa başlayıb. Üstəlik, vitse-prezident ictimai rəy sorğularında böyük sürətlə Donald Trampın reytinqinə yaxınlaşır. Və bu baxımdan, yaxın vaxtlarda keçiriləcək Tramp-Harris teledebatı bəzi suallara təxmini cavablar tapılmasına da imkan verə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda yalnız ABŞ cəmiyyəti deyil, Avropa Birliyi də analoji suallara cavabların tapılmasında birbaşa maraqlıdır. Çünki Avropa Birliyi ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlmə variantına narahatlıqla yanaşır və bunu "qoca qitə" üçün real təhlükə hesab edir. Hətta Kamala Harrisin prezidentliyə namizədliyi situasiyanı nisbətən Donald Trampın əleyhinə yönəltsə də, Avropa Birliyində narahatlıq əvvəlki məzmun və keyfiyyətini qoruyub, saxlayır. Və Avropa Birliyinə bağlı önəmli qurumların fəaliyyətində müşahidə olunan bəzi dəyişikliklər də bunu təsdiqləyir.

Maraqlıdır ki, Avropa Komissiyası da daxil olmaqla, Avropa Birliyinin bəzi önəmli strukturları ABŞ-da keçiriləcək prezident seçkilərinin mümkün nəticələrini elə indidən nəzərə alaraq, müəyyən priventiv addımlar atmağa başlayıblar. Hazırda əsas istiqamət olaraq, Donald Trampın prezident seçilmə ehtimalı ön planda tutulur. Yəni, Avropa Birliyi Donald Trampın təkrarən Ağ Evə gəlişinə hazırlaşmaq qərarına gəlib. Və bu variantın reallaşacağı təqdirdə, "qoca qitə"ni çox ağır bir dövrün gözləyə biləcəyi təxmin edilir.

Təbii ki, Avropa Birliyi üçün ciddi narahatlıq keçirilməsi vacib olan məqamlar kifayət qədərdir. Donald Trampın ötən prezidentliyi də hələ heç Avropa Birliyində unudulmayıb. Çünki Ağ Evin keçmiş sahibi həmin dövrdə Avropa Birliyinə qarşı çox sərt mövqe tuturdu. Avropa Birliyini ABŞ-ın iqtisadi-ticari rəqibləri sırasında ön sıraya yerləşdirən Donald Tramp bu quruma qarşı müəyyən sanksiyaların tətbiq edilməsinə cəhd göstərirdi. Və Avropa Birliyi ilə ticarətdə ABŞ-ın gömrük rüsumlarını artırması ilə bağlı ehtimal hətta reallaşmaq üzrə idi.

Ancaq o vaxt Bayden administrasiyasının seçki qələbəsi Avropa Birliyini müvəqqəti də olsa, xilas etsə də, indi situasiya daha qəliz xarakter daşıyır. Belə ki, Donald Trampın Avropa Birliyinə münasibəti daha da sərtləşib. Respublikaçı namizəd hesab edir ki, ABŞ Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarını öz dövlət büdcəsi hesabına təmin etməyə qətiyyən borclu deyil. Yəni, Avropa Birliyi ölkələri öz təhlükəsizlikləri üçün yetərli məbləğdə maliyyə vəsaiti xərcləməyə vərdiş etməlidir.

Eyni zamanda, Donald Tramp ABŞ-ın NATO-dan çıxmasına yönəlik cəhdləri ilə də yadda qalıb. Onun fikrincə, NATO ABŞ-ın hərbi-strateji maraqları baxımından, öz dövrünü başa vurub, əhəmiyyətini itirib. Bu səbəbdən, ABŞ büdcəsindən NATO-nun fəaliyyətini təmin etməyə nəhəng maliyyə vəsaitlərinin ayrılması artıq yolverilməzdir.

Donald Trampın bu mövqeyi də Avropa Birliyində ciddi xof yaranmasına səbəb olub. Çünki "qoca qitə"nin təhlükəsizlik sistemi tamamilə NATO-nun mövcudluğuna bağlıdır. Bu hərbi-siyasi alyans mövcud olmasa, Avropanın təhlükəsizliyi ciddi təhdid altında qalar, yüzmilyardlarla əlavə maliyyə vəsaitinin bu problemin həllinə xərclənməsi qaçılmaz olar. Və bütün bunları nəzərə aldıqda, Avropa Birliyində Donald Trampın Ağ Evə qayıdış ehtimalından keçirilən təşviş tamamilə başadüşüləndir.\\Musavat.com
 
 
 
Ardını oxu...
Rəsmi nümayəndə xatırladıb ki, Rusiya Federasiyası və ABŞ beynəlxalq aləmdə böyük nüfuza malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Çin Xarici İşlər Nazirliyi rusiyalıların Qərb vətəndaşları ilə dəyişdirilməsi ilə bağlı ABŞ və Rusiya arasında məsələlərin uğurla həllini dəstəkləyir, çünki bu, qlobal sabitliyə müsbət təsir göstərəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib.
"Biz ümid edirik ki, ABŞ və Rusiya qarşılıqlı maraq doğuran məsələləri dialoq yolu ilə həll edəcəklər" - o, brifinqdə deyib.
Rəsmi nümayəndə xatırladıb ki, Rusiya Federasiyası və ABŞ beynəlxalq aləmdə böyük nüfuza malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onun sözlərinə görə, iki dövlət arasında ziddiyyətlərin aradan qaldırılması beynəlxalq və regional sülh və sabitliyə müsbət təsir göstərəcək.
Bundan əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Ankara hava limanında aparılan mübadilə nəticəsində NATO-nun bir sıra ölkələrində saxlanılan və həbsdə olan 8 Rusiya vətəndaşının və azyaşlı uşaqların vətənlərinə qaytarıldığını bildirmişdi. Rusiyaya qayıdanlar arasında Krasikov adı ilə tanınan Almaniyada ömürlük həbs cəzası çəkən Rusiya Federasiyası vətəndaşı da var. Rusiya vətəndaşları xarici dövlətlərin maraqlarından çıxış edən bir qrup şəxsə dəyişdirilib. ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya mübadilə çərçivəsində keçmiş dəniz piyadası Pol Uilan və Rusiyada casusluqda təqsirli bilinən Wall Street Journal jurnalisti Evan Qerşkoviç də daxil olmaqla 16 nəfəri təhvil verib.
 
Ardını oxu...
Yeni formalaşacaq parlamentdə rəhbər vəzifələrdə kimlərin yer alacağı ilə bağlı müxtəlif fərziyələr səslənir. Sözsüz ki, bu barədə konkret proqnoz vermək olmur. İndiki halda sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər daha çox seçici səsi qazanmaq uğrunda mübarizə aparmalıdır. Siyasi partiyalar mümkün qədər daha çox seçki dairəsindən öz namizədlərini irəli sürməlidir. Eyni zamanda tanınan-tanınmayan, iddialı şəxslər var, həmçinin keçmiş deputatlar da yenidən mandat qazanmaq iddiasındadır. Təbii ki, kimin seçilib-seçilməyəcəyini bəri başdan demək mümkün deyil.

Bunu Teleqraf.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

O qeyd edib ki, hansı partiyanın parlamentdə neçə nəfərlə təmsil olunacağını proqnozlaşdırmaq olmur:

“Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə “ana müxalifət” partiyası kimi mövqeyini qorumağa çalışacaq. Milli Məclisdə ənənə yaranıb ki, vitse-spikerlərdən bir müxalifət partiyasından seçilir. VHP ilk dəfə bu imkanı əldə edən partiya olub.

Arzumuz odur ki, bu ənənə davam etsin. Yeni formalaşacaq parlamentdə VHP-dən daha çox deputatla təmsil olacaq partiyanın da olması mümkündür. Bu halda vitse-spikerlik postu həmin partiyaya təklif edilə bilər. Buna təbii yanaşırıq. Müxalifət partiyaları arasında hər hansı bir münaqişə istəmirik. Arzumuz odur ki, birlik olsun, millətimiz, dövlətimiz üçün müxalifət və iqtidar arasında sağlam dialoq formalaşsın”.

Sabir Rüstəmxanlı qarşıdakı bir aylıq seçki marafonunda gərgin iş aparılacağını bildirib:

“Ona görə də, yeni parlament formalaşdıqdan sonra bu mövzuda konkret fikir bildirmək olar. Deputatlığa namizədliyini irəli sürmüş vətəndaşlarımıza, dostlarımıza uğurlar arzulayıram. Kim layiqdirsə, o seçilsin”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Əli Həziquliyev hesab edir ki, parlament tarixində “ana müxalifət” mövzusu yalnız ötən seçkidən sonra ortaya çıxdı: “İndiyə kimi parlamentdə hansısa bir kvota olmayıb ki, “ana müxalifət” müəyyənləşsin. YAP-dan, yəni hakim partiyadan sonra parlamentdə daha çox yer almış partiyalar üçün belə bir status tanınmayıb. VI çağırış Milli Məclisdə isə “ana müxalifət” partiyası kimi Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi vitse-spiker seçildi. Çünki hakim partiyadan sonra VHP daha çox mandat qazanmışdı”.

ƏHD təmsilçisinə görə, parlamentdə vitse-spikerlər seçilərkən digər faktorlar da nəzərə alınır:

“Burada bölgələr üzrə seçim kriteriyalarına üstünlük verilir. Bu ehtimalı nəzərə alsaq, yeni formalaşacaq parlamentdə də VHP-nin təmsilçisinin, yəni Fəzail İbrahimlinin yenidən vitse-spiker olması mümkündür.

Eyni zamanda proqnozlardan başqa reallıqların da ortaya çıxması mümkündür. Misal olaraq YAP tərəfindən Əli Əhmədovun yenidən parlamentə qaytarılması onun parlamentdə hakim partiyanın qrup rəhbəri kimi mövqe tutacağı ehtimal edilir. Hətta Əli Əhmədovun spiker seçilməsi ehtimalları da var”.

Əli Həziquliyev ƏHD partiyasının sədri Qüdrət Həsənquliyevin parlamentdə komitə sədri və yaxud vitse-spiker vəzifəsinə seçilməsi ehtimallarını da dəyərləndirib: “Bu kimi məsələlər seçkilər öncəsi müzakirə edilən məsələlər sırasındadır. Spiker postuna hakim Yeni Azərbaycan Partiyasının üzvü seçilir. Çünki çoxluqda olan bir partiyanın digər partiyanın təmsilçisini spiker seçməsi qeyri-mümkündür.

Qüdrət Həsənquliyevin vitse-spiker seçilməsi məsələsi isə geniş müzakirə edilməsə də, bu ehtimalı da mümkünsüz hesab etmək olmaz. Sözsüz ki, indi biz hazırda deputatlığa namizədlər üzərində fikir yürüdürük. Daha dəqiq mənzərə parlament seçkilərindən sonra aydın olacaq. Parlamentdə “ana müxalifət” partiyasının hansı partiya olacağı, VHP-dən irəli sürülən üç deputatlığa namizəddən hansılarının mandat ala biləcəyi bilinmir. Ona görə də, sentyabrın 1-dən sonra daha dəqiq proqnoz vermək olacaq”.
 
 
 

Dünyapress TV

Xəbər lenti