Kamala Harris QALİB GƏLƏRSƏ...
"Kamala Harrisin ABŞ prezidenti olmasının Azərbaycana təhlükəli olması fikri bir qədər şişirdilmiş ideyadır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-da demokratların namizədi Kamala Harrisin prezident olmasının Azərbaycana nə dərəcədə təhlükəli olması barədə suala cavabında deyib.

Ekspert bildirib ki, ABŞ kimi hegemon dövlətlərdə konkret bir şəxsin düşüncələrilə dövlət idarə olunmur:

"ABŞ-da dövlət maraqları öndədir. Onlar dövlət maraqları naminə hər kəslə əməkdaşlıq ediblər. Bu günün özündə də həmin istiqamətdə heç nə dəyişməyib. Bu gün demokrat donunu geyinənlər dünyada insan qırğınına yardım və stimul verirlər. Bayden məgər Harrisdən az ermənipərəst idi? Ona da erməni lobbisi, erməni kriminal dairələr yardım edirdi. Amma ötən illər ərzində Bayden belə heç nə edə bilmədi. Məhz Bayden dövründə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi, Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi. Kamala Harris və onun kimi digərləri gəlib gedə bilər".

Həmsöhbətimiz bildirib ki, Harrisin prezident olmasına fikir vermək lazım deyil:

"Fikir veriləcək tərəf varsa, o da biz özümüzük. Kimsə bizim üçün qorxulu deyil".

Qeyd edək ki, Amerikanın erməni lobbisi demokratların prezidentliyə namizədi olması gözlənilən Kamala Harrisdən öz maraqları naminə istifadə etməyə çalışır. Amerikadakı ən böyük erməni lobbi təşkilatı olan ANCA onu və Demokratlar Partiyasını şantaj edir.

Gələn xəbərə görə, üzdəniraq təşkilat Harrisə qarşı ultimatum irəli sürərək bildirib ki, onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-ın rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər.

Xatırladaq ki, Kamala Harris hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması üçün dəstək verib. O, 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qanun layihəsinə imza atıb.
 

Bölmənin digər xəbərləri

04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Dünyapress TV

Xəbər lenti