Ardını oxu...
Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
 
Ardını oxu...
Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Vərziğanın 39 kəndinin seçki nəticələrinə görə, Pezeşkian 10 000, Cəlili isə 771 səs toplayıb. Kəleybər bölgəsinin Abış Əhməd şəhərində Pezeşkiana verilən səslərin sayı 8909, Cəliliyə isə 940 təşkil edib.

Qeyd edək ki, kəndlər və qəsəbələrdə seçici sayı az olduğuna görə səsvermə tez bitib və sandıqlar açılaraq səslər sayılıb.

Böyük şəhərlərdə isə səsvermə davam edir. İran Seçki Qərargahının rəhbəri Möhsün İslami səsvermənin 00:00-a qədər uzadıldığını bildirib.
Ardını oxu...
Ermənistan Rusiya Federasiyasındakı səfirini dəyişməyi planlaşdırır.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Qeyd edək ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri Vaqarşak Arutyunyandır. 1999-2000-ci illərdə və 2020-ci ilin 20 noyabr tarixindən 2021-ci ilin 20 iyul tarixinə qədər Ermənistanın müdafiə naziri olan Arutyunyan Rusiyanın adamı hesab olunur.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən AĞ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanın Rusiyadakı səfirini dəyişmək istəməsi normaldır:

“Ola bilsin ki, sözügedən səfir hansısa ifadə işlədib, Rusiyanın xoşuna gəlməyib. Yaxud da həmin səfirin Moskvada fəailiyyəti erməni hakimiyyətini qane etmir. Eyni zamanda, səfirin əlaqələrini Nikol Paşinyan dövlət mənafeyinə zidd də saya bilər. Ona görə də yeni səfir təyin etmək qərarına gəlib. Ümumiyyətlər erməni və rus münasibətləri yaxşı dönəmini yaşamır. Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik dönəmində ilk dəfə Ermənistanda antirus mövqeyi var. Ermənistanda bütün problemlərin səbəbini Rusiyada görürlər. Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi səviyyəsində Armen Qriqoryan guya Rusiyanın Qarabağı alıb, Azərbaycana verdiyi fikirlərini də səsləndirdi. Ermənistan başqa ölkənin ərazisini işğal etməklə qalmayıb, həmi torpaqlar azad olunanda hayasızca Rusiyanı iddiham etdi. İşğal etdikləri torpaqları Rusiyanın qoruya bilmədiyin dedilər. Bu göstərir ki, ermənilərin əlində fürsət olsa, yenidən Qarabağa və digər ərazilərimizə əl uzada bilərlər. Ona görə ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq kimi cəfəngiyyatlarına inanmamalıyıq”.
 
 

 


Ardını oxu...
"Çin və Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi oxşardır".

"Report"un məlumatına görə, bunu Astanada Çin Xalq Respublikasının sədri Si Cinpin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Çin və Türkiyənin Fələstin-İsrail münaqişəsi, Ukrayna böhranı və digər məsələlərdə oxşar baxışları var”, - Çin lideri bildirib.

Si Cinpin vurğulayıb ki, Çin və Türkiyə qarşılıqlı maraqlara əsaslanaraq bir-birini dəstəkləməli, siyasi etimadı daim gücləndirməli, yüksək səviyyəli qarşılıqlı fəaliyyəti təşviq etməli və ikitərəfli strateji əməkdaşlığı daha fəal şəkildə inkişaf etdirməyə çalışmalıdır.

ÇXR lideri əlavə edib ki, Pekin ticarət dövriyyəsini artırmağa və Türkiyə iqtisadiyyatına investisiyaları stimullaşdırmağa çalışır, həmçinin Ankara ilə BMT-də və digər çoxtərəfli formatlarda koordinasiyanı gücləndirməyə hazırdır.
 

Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, görüş öncəsi Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq baş tutub.

Həmin anları əks etdirən maraqlı görüntüləri təqdim edirik:

 

 
 
 
 
 

 

Musavat.com

 
 
 

Ardını oxu...
İranda iyunun 28-də keçirilən prezident seçkilərinin nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlilinin heç biri 50 faizdən çox səs toplamadığı üçün onlar iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar. Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin bildirib ki, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkian 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.

İrandakı seçkilərin ikinci turunun gözləntiləri ilə bağlı fikrini AYNA ilə bölüşən Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, hər iki namizədin – həm Pezişkianın, həm də Cəlilinin növbəti İran Prezidenti olmaq şansı yüksəkdir:

“İndi bəzi fikirlər var ki, bu dəfə də mühafizəkarlar qanadının namizədi, yəni Cəlili Prezident olacaq, çünki helikopter qəzasında həlak olan İbrahim Rəisi mühafizəkar qanada mənsub idi. Yəni iki dönəm islahatçı hakimiyyətdə olursa, iki dönəm də islahatçı olmalıdır. Əslində İranda iki dönəm islahatçı, iki dönəm də mühafizəkarların seçilməsi ənənəsi şərti bölgüdür. Məsələn, Seyid Əli Xamneyidən sonra Prezident Əli Əkbər Haşimi Rəfsəncani, ondan sonra isə Məhəmməd Xatəmi iki dəfə seçilib. Demək istəyirəm ki, bu məsələ şərtidir. Ona görə də bu dəfə islahatçı seçilə bilməz demək doğru yanaşma sayılmır”.

“Əslində hansı qanadın namizədinin seçilməsinin o qədər də əhəmiyyəti yoxdur, rejimin ümumi siyasəti nədirsə, ona uyğun siyasət aparılacaq. İran Prezidenti olmuş Rəfsəncani, Xatəmi, Həsən Ruhani də islahat tərəfdarı olublar. Daha doğrusu, islahatçılar qanadının təmsilçisi olublar. Amma bunlar daha çox islahatı imitasiya, təlqin edirdilər. İslahatın aparılması üçün də başlıca şərt güc və maliyyə vəsaitinin olmasıdır. Nə XX əsrin əvvəlində, nə də Rəfsəncanidən sonrakı dövrdə islahatçıların arxasında güc olmadı. Hətta Müsəddiqin, Pişəvərinin, Şeyx Məhəmməd Xiyabaninin arxasında belə güc və maliyyə vəsaiti olmadı. Güc və maliyyə vəsaiti olmadığından bu islahat prosesləri və hərəkatları həmişə məğlub olub. Eyni zamanda, bu islahat hərəkatları xarici qüvvələr və beynəlxalq ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənməyib. Bu dəstəkləməmə nəticədə İranda avtoritarizmin və diktaturanın daha da güclənməsi ilə müşahidə olunub”, - analitik vurğulayıb.

Mərkəz rəhbərinin sözlərinə görə, Pezeşkian və Cəlilinin mübarizə apardığı seçkilərdə hər hansı birinin qalib gəlməsi dəyişikliyə səbəb olmayacaq: “Onların hansının seçilməsi İranda nə demokratiyaya, nə islahata, nə azad bazara, demək olar ki, ümumi vəziyyətə heç bir təsir göstərməyəcək. Yaxın və Orta Şərqdəki müharibəyə, yaxud İranın nüvə proqramı ilə bağlı “Altılıq”la aparılan danışıqları da buraya əlavə etsək, fikrimcə, heç buna da təsir olmayacaq. Ötən dövrdə Xatəminin “Altılıq”la nüvə danışıqları çox uğurlu başlamışdı. Sonra elan etdilər ki, imzalanma mərhələsini saxlayaq prezident seçkisindən sonraya. Prezident seçkisində də Mahmud Əhmədinejadı seçdilər və danışıqlar mərhələsi sıfırdan başladı. Həsən Ruhaninin dövründə “Altılıq”la əhatəli razılaşma sənədi imzalandı, sonra gəldilər İbrahim Rəisini seçdilər və onun dövründə bütün bu məsələləri təftiş etməyə başladılar. Ruhanini tənqid etdilər, onu dövlətə xəyanətə qədər ittiham etdilər. Demək istəyirəm ki, sabah Pezişkian da hakimiyyətə gəlsə, dəyişən nəsə olmayacaq”.

“Hansı namizəd ikinci turda seçiləcəksə, ölkənin Ali Dini Lideri Ayətullah Seyid Əli Xamneinin tapşırıqlarını icra edəcək. İndi əsas sual budur: icraçı kim olacaq - Pezeşkian, yoxsa Cəlili? Birinci tur və sonrakı proseslər göstərir ki, Cəlilinin ikinci turda qalib gəlmək şansı çoxdur. Çünki mühafizəkar qanada mənsub olan Qalibaf ilk turda üçüncü yerdə qərarlaşdı və onun 16 faizdən bir qədər artıq səsi var. 38 faizdən bir qədər artıq səsi isə onunla eyni xəttin təmsilçisi Səid Cəlili əldə edib. İkisinin bir yerdə səsi 50 faizdən çox edir. Pezeşkianın səsi isə 43 faizə yaxındır. Buna görə də demək olar ki, Cəlilinin Prezident olmaq şansı daha çoxdur”, - politoloq fikrini tamamlayıb.
Ardını oxu...
“Rusiya Xarici İşlər Nazirliyi gözləyir ki, İrəvan və Bakı NATO reseptlərinin region üçün təhlükəsini başa düşəcək”. Vaşinqton Avropadakı satellitlərinin qarşısına dostlarımızı və qonşularımızı Rusiya Federasiyası ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyur. Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya departamentinin direktor müavini Andrey Nastasin deyib.

Onun açıqlamaları daha çox Ermənistana, lakin həm də Azərbaycana xəbərdarlıq xarakteri daşıyır. “Bu cür təşəbbüs fəlakətli nəticələrə gətirib çıxardı; Balkanlar, Əfqanıstan, Liviya, İraqı xatırlamağa dəyər”.

Daha bir sitat: “Vaşinqtona dəvət təşkilatın yubileyilində NATO-ya dəstəyi nümayiş etdirmək məqsədi daşıyır. Onlar silah-sursat toplayır, Ermənistanın müdafiə sektorunu bərpa etməyə çalışır, KTMT daxilində mövcud mexanizmləri sıradan çıxarırlar… NATO emissarları Bakıya da səfərlər edir, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin inkişafına töhfə vermirlər. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir”.

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Ermənistan tədbirdə iştirak edəcəyini elan
 
 


 
Ardını oxu...
NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib: "NATO Çini düşmən hesab etmir, lakin Çin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”.
Bildirim ki, Rusiya-Ukrayna müharibəsi Avro-Atlantik və Hind-Sakit okean regionları arasında artan geosiyasi qarşılıqlı asılılıqları vurğulayır.
Çin bu asılılıqları məharətlə özünün ekspansiyası naminə istifadə edir. Əlbəttə ki, Çin NATO-nun Avro-Atlantik məkanın təhlükəsizlik nizamındakı mərkəzi rolunu əlindən almağa çalışır.
Üstəlik Asiya qitəsində öz təsir imkanlarını genişləndirir ki, bu da NATO-nun Çinin strateji yüksəlişi ətrafında üzləşdiyi çətinlikləri göstərir. Deməli, Çin Asiya ilə yanaşı, Avropa qitəsində də yetkinləşmiş strateji bacarıqlara sahiblənir ki, bu da Pekinin Avrasiya üzrə nəhəng vizyonunu üzə çıxarır.
NATO baş katibinin bəyanatı Çinin qeyd olunan vizyon üzrə NATO-nun maraqları ilə uyğun olmayan siyasətinə eyhamları özündə cəmləyir. NATO-nun nə bəyanat verməsindən asılı olmayaraq, o, Çini təhlükəli rəqib kimi görür.
Çünki NATO-nun lideri ABŞ 2017-ci il Milli Təhlükəsizlik Strategiyasında Çini uzunmüddətki strateji rəqib kimi təsvir edib. Bu isə NATO-nun Avropa qanadı üzərində də öhdəlik və çağırışlar qoymaqdadır.
Rusiya-Ukrayna müharibəsi fonunda NATO Çinin yüksəlişini daha aydın müşahidə edir. Həm də ona görə ki, NATO Rusiya və Çinin eyni vaxtda birlikdə yaratdığı geosiyasi hərəkətlənmələri görür.
Bu hərəkətlənmələr Çinin Avro-Atlantik məkanda qiymətli aktivlər əldə etməsi ilə nəticələnir ki, NATO bundan bərk narahatdır.
Yəni cənab Yens Stoltenberq bildirir ki, Çin Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik boşluqlarına dolaraq Avropada “inqilabi dəyişikliklərin” nəticələrindən böyük pay qoparmağa çalışır.
Beləliklə, Çinin ambisiyaları və iddialı davranışları NATO nizamına əsaslanan Avropanın təhlükəsizliyinə problemlər gətirir. Bunların müşayiətində Çinin nüvə arsenalını genişləndirməsi də NATO-nun genişlənmə radiusu önündə maneələr yaradır.
Aqşin Kərimov
TEREF
 
 
 
Ardını oxu...
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna probleminin həlli ilə bağlı istənilən dialoqa açıq olduğunu bildirib.

Peskov bu barədə Moskvada jurnalistlərə açıqlama verərkən deyib.

“Rusiya Ukrayna ilə vasitəçilər vasitəsilə danışıqlara hazırdırmı? sualına Peskov, “Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür ünsiyyət və dialoqa açıq olduğunu dəfələrlə bildirib. Putin buna açıqdır və bunu dəfələrlə dilə gətirib” deyib.

Mətbuat katibi Peskov Ukrayna əsgərlərinin Belarus sərhədində cəmləşməsi ilə bağlı suala “Əlbəttə, bu vəziyyət təkcə Minski deyil, həm də Moskvanı narahat edir” deyə cavab verib.
 
Ardını oxu...
“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik...28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, Azərbaycanın daxili məsələsidir.

“Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - İlham Əliyev deyib.
 

Dünyapress TV

Xəbər lenti