İranda prezident seçkisinin təbliğat kampaniyası başa çatıb. Referans.az xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, iyunun 28-də İranda 14-cü prezident seçkisi keçiriləcək. Tehranda növbədənkənar prezident seçkilərində Parlament sədri Məhəmməd Bağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili və ölkənin sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi iştirak edəcək.
Qeyd edək ki, islahatçılar düşərgəsinə mənsub olan keçmiş səhiyyə naziri Məsud Pezeşkian İranın potensial prezidentləri arasında liderdir. 70 yaşlı Məsud Pezeşkian Soyuqbulaq şəhərində azərbaycanlı ailəsində anadan olub. Seçkiqabağı təşviqat zamanı o, kimliyi ilə ilə fəxr etdiyini bildirib. Həmçinin o, Tehran vilayətinin Vəramin rayonunda çıxışı zamanı “Yaşasın Azərbaycan!” şüarını da səsləndirib. Daha ətraflı video-materialda:
“Neçə illərdir ki, Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində çoxlu sayda qum karxanaları fəaliyyət göstərir. Bu karxanalarda yerin təkindən istifadə qaydalarına riayət olunmaması nəticəsində Araz çayının məcrası dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, həmçinin minerallaşma dərəcəsi də dəyişib”. Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Abış Astanov yazıb. O bildirib ki, çayın yeni məcrasında “oyuq”lar əmələ gəlib, kənarda isə dərinliyi 20 metrdən çox olan göllər və axmazlar yaranıb. “Mütəxəssislərin dediyinə görə, çayın müasir məcrasından kənarda bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər”. Astanov deyir ki, artıq neçə illərdir ki, bunun fəsadları Saatlı rayonunda öz təsirini göstərir. “Bunu hər il rayonun müxtəlif kəndlərində baş verən “su üsyanları”ndan da aydın görmək olar. Onu da qeyd etməyi özümə borc bilirəm ki, burada yaranan dərin göllərdə xeyli sayda insan boğularaq dünyasını dəyişib. Beləcə də kimlərinsə var-dövlət yığmaq hərisliyi səbəbindən insanlar həlak olur, xalqa, dövlətə, təbiətə xeyli ziyan dəyir”. İctimai fəal qeyd edir ki,bütün bu əməllər barəsində əhali tərəfindən dəfələrlə müxtəlif dövlət qurumlarına müraciətlər olunsa da heç bir tədbir görən yoxdur. “Ona görə ki, karyer işlədənlərin özlərinin də dediyinə görə “krışa”ları Bakıda yüksək vəzifə sahibidirlər”. Abış Astanov onu da deyib ki, yaxın günlərdə həmin karyerlərin kimlərə məxsus olması, orada hansı dövlət qurumlarının texnikalarından istifadə olunması, vergidən yayınma halları və digər qanunsuzluqlar barəsində, həmçinin onların “krışa”ları haqqında geniş məlumat verəcək.
Tayvan boğazını cəhənnəmə çevirmək” istəyən Birləşmiş Ştatlar oraya ilk gedəcək.
32gun.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.
“Başqalarının evlərini cəhənnəmə çevirmək istədiklərini qışqıranlar əvvəlcə özlərini cəhənnəmə getməyə hazırlamalıdırlar. Birləşmiş Ştatlarda bəzi insanlar tərəddüd etmədən Tayvan boğazını yer üzündə cəhənnəmə çevirməyə hazırdırlar”, - o vurğulayıb.
Qianın sözlərinə görə, Çin üçüncü ölkələrin təhdid və hədələrinə boyun əymək niyyətində deyil.
İyun ayında The Washington Post, Çinin adaya qarşı əməliyyata başlayacağı təqdirdə ABŞ-ın Tayvan boğazında “dron cəhənnəmi” yaradacağı ilə hədələdiyini yazmışdı .
Həmçinin bildirilib ki, Vaşinqton və Pekin son 5 ildə ilk dəfə nüvə silahı məsələsi ilə bağlı yarırəsmi danışıqları bərpa edib.
Pekin Tayvan ətrafındakı vəziyyətə görə nüvə silahından istifadə ilə hədələməyəcəyini deyir, mənbələr bildiriblər. Track 2 danışıqlarının təşkilatçılarından biri olan alim David Santoro bildirib ki, Çin nüvə silahından istifadə etmədən ada uğrunda mübarizədə qalib gələ biləcəyinə tam əmindir.
Müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.
"DogruXeber.az"ın məlumatına görə, Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.
Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
İranda 14-cü dönəm seçkilərdə prezidentliyə namizəd Təbrizdən olan deputat Məsud Pezeşkian Tehran Bazar məscidində çıxış edib.
"Cebhe.info" xəbər verir ki, bu barədə sosial media kanallarında çoxsaylı paylaşımlar edilib. Türkcə çıxış edən Məsud Pezeşkian mərasim iştirakçıları tərəfindən alqışlanıb.
Azərbaycanlı namizəd çıxışını Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir bənd şeirlə bitirib.
“Bir çox məsələlərdə Rusiyanı ittiham etmək olar. 2020-ci il noyabrın 9-dan sonrakı vəziyyətlə bağlı həm Rusiya, həm də Ermənistan üçün kəskin və ağrılı suallar yarandı. Bu məsələləri mövzu halına gətirmək üçün masa arxasında oturub danışmaq lazımdır”.
Bunu “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan deyib.
O bildirib ki, Ermənistan Rusiya ilə dialoq aparmaqdan çox, danışıqları dondurmaq yolunu seçdi.
“Mən Rusiyaya haqq qazandırmıram. Bir şəxsin hazırkı siyasi fürsətçi marağı Rusiyanı ittiham etməyi tələb edir, lakin sabah bu mövqe dəyişə bilər. Bu gün həyata keçirilən Ermənistanın xarici siyasəti deyil, bir nəfərin öz hakimiyyəti və şəxsi maraqları naminə atdığı addımlardır. Paşinyan ölkəni genişmiqyaslı eksperimentlər yolu ilə aparır və anti-Rusiya təbliğatının dozasını artırır. Rusiya isə deyir ki, Qərbə tərəf getsək, Aİİ-də mövcud olan üstünlükləri itirəcəyik. Bu, iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq. Ermənistan hakimiyyəti isə bunu yaxşı bilir. Digər tərəfdən, Azərbaycan öz strateji məqsədlərinə çatmaq üçün Ermənistanın 1-2 ciddi səhvini gözləyir. Biz bu səhvləri etməyə daha yaxınıq. Belə ki, Rusiya və İranın Ermənistana qarşı təcavüzü artıq onlar üçün “qırmızı xətt” olmayacaq. Bu, Ermənistanın regiona Rusiya və İrana düşmən olan oyunçuları dəvət etməsi fonunda baş verə bilər. Beləliklə, Ermənistanın kiçik ərazisi iki böyük mərkəzin döyüş meydanına çevrilə bilər”, – Ovannisyan vurğulayıb.
“ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen Bakıya gələcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ceyms Obrayen Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dəstəyi təsdiqləmək niyyətindədir.
Bakıda diplomatın Prezident İlham Əliyev və xarici işlər naziri ilə görüşəcəyi gözlənilir. Qeyd olunur ki, görüşlərin məqsədi ikitərəfli münasibətlərdə irəliləyişə nail olmaq və ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına dəstəyini vurğulamaqdır.
Qeyd edək ki, Obrayen iyunun 10-12-də İrəvanda səfərdə olub. Orada baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib.
"Növbədənkənar parlament seçkilərindən sonra baş nazir seçilsəm Rusiya ilə qarşıdurmaya gedəcəyik".
TEREF bildirir ki, bunu Fransanın ifrat sağçılarının lideri, hakimiyyətə gəlməyə çox yaxın olan Jordan Bardella deyib.
Prezident Emmanuel Makronun “Milli Birlik”in Moskvadan asılılığına görə Fransanı müdafiə edə bilməməsi ilə bağlı ittihamlarına baxmayaraq, Bardella Rusiya Federasiyasının təhlükə yaratdığını bildirib.
“Mən Rusiyanı həm Fransa, həm də Avropa üçün çoxölçülü təhlükə kimi görürəm”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, bu gün Rusiya Fransanın maraqlarına meydan oxuyur və bunu aylar və illərdir ki, Afrikada, Qara dənizdə və ölkənin xarici ərazilərində “bizim tarixi təsir dairəmizdə” edir.
“Mən Rusiyanın, eləcə də dünyanın istənilən başqa dövlətinin və ya qüvvələrinin müdaxilə cəhdlərinə qarşı son dərəcə ayıq-sayıq olacağam”, - Bardella bildirib.
O, həmçinin Fransanın beynəlxalq aləmdə, xüsusən də Ukrayna ilə bağlı üzərinə götürdüyü öhdəlikləri şübhə altına almaq niyyətində olmadığını təsdiqləyib, eyni zamanda, bu məsələdə hökumətinin keçməyəcəyi bir xəttin olduğunu təkrarlayıb .
“Ukraynaya maddi-texniki və müdafiə avadanlığı ilə dəstəyin davam etdirilməsinin tərəfdarı olsam da, mənim qırmızı xəttim uzun mənzilli raketlər və ya eskalasiyaya səbəb ola biləcək hər hansı hərbi texnika olaraq qalır".deyə o bildirib.
Gürcüstanın altı müxalifət partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində “Birlik Bəyannaməsi” imzalayıb.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Qeyd olunub ki, bunlar “Vahid Milli Hərəkat”, “Girchi – More Freedom”, “Droa”, “Lelo for Georgia”, “Agmaşenebeli Strategy” və “Axali”dir.
Bu partliyalar ölkəni Aİ-yə sürətli inteqrasiya yoluna qaytarmağı əsas məqsədləri hesab edirlər.
Bəyannaməyə digər müxalifət partiyalarına da qoşulmaq imkanı veriləcək.
Bəyannamədə seçkilər öncəsi vahid strategiyanın yaradılması, gənclər təşkilatları ilə sıx əməkdaşlıq və seçkilərdə qələbə olacağı təqdirdə siyasi koalisiyaya hazır olmaq nəzərdə tutulur.
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə kimin vitse-prezident olacağına qərar verib.
Bu barədə Tramp yerli telekanala verdiyi müsahibəsində danışıb.
Trampın vitse-prezidenti hazırkı ABŞ lideri, Demokratlar Partiyasının namizədi Co Baydenlə iyunun 27-də keçiriləcək debatda iştirak edəcək.
"Bəli, o, orada olacaq (debatda - red.). Düşünürəm ki, ora çoxlu insan gələcək", - Tramp bildirib.
Tramp kimin namizədliyini seçdiyini heç kimə deməyib. Mənbələr onun Şimali Dakota qubernatoru Duq Berqam, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubio arasında seçim etdiyini bildirib.
İranda insanların ölkənin 14-cü prezident seçkilərində səs verə bilməsi üçün təxminən 60 min seçki məntəqəsi hazırlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının rəhbəri Məhəmməd Tağı Şahçeraqi məlumat verib.
Şahçeraqinin sözlərinə görə, bu məntəqələrin bəziləri mobildir və insanlar ümumilikdə 90 min seçki məntəqəsində səs verə bilərlər.
O əlavə edib ki, 3500 seçki məntəqəsində seçkiqabağı tədbirlərin keçirilməsi üçün ölkənin marzlarına avadanlıq və ləvazimatlar göndərilib.
İranda prezident seçkiləri iyunun 28-də, ölkə Prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin may ayında helikopter qəzasında həlak olmasından sonra keçiriləcək