Ardını oxu...
Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik.

Cebhe.info xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.

"Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir" - dövlətimizin başçısı vurğulayıb.
 
Ardını oxu...
Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bu həftə Rusiya liderinin Kremldəki rəsmi mənzilində “ən qapalı mövzuları” müzakirə ediblər.

Pressklub.az xəbər verir ki, bu barədə bazar günü Belarus liderinin mətbuat xidmətinə yaxın “Pul Perveqo” Telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Belarus lideri Aleksandr Lukaşenkonu Kremldəki mənzilinə dəvət etməsi barədə bir qədər əvvəl prezidentin mətbuat katibi Dmitri Peskova istinadən jurnalist Pavel Zarubinin Telegram kanalında məlumat vermişdi.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlığa namizədlərinin göstərildiyi proporsional siyahı Ali Seçki Komissiyasına təqdim olunub.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq tam siyahı dərc olunub.

AKP-nin deputatlığa namizədləri ilə buradan tanış olmaq mümkündür.
https://www.diken.com.tr/wp-content/uploads/2023/04/AK-PARTI-ADAY-LISTESI-.pdf
Qeyd edək ki, həmçinin Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiya, o cümlədən Milliyyətçi Hərəkat Partiyası namizədlərin siyahısını Ali Seçki Komissiyasına təqdim edib. Bu gün siyahıların təqdim edilməsi üçün son gündür.
 
Ardını oxu...
Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.

Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Muharrem İnce (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.

Bununla belə, sorğu iştirakçılarının 40%-i növbəti seçkidə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəklərini bildiriblər. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP(8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Refah Partiyası (1,9%) və digərləri tutub.

Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% olaraq səs toplayacağını bildirmişdi.
Ardını oxu...
“Avropa son illərdə ABŞ-dan daha çox asılı vəziyyətə düşüb, lakin o, strateji muxtariyyətini gücləndirməlidir, dolların ekstraterritoriallığından asılı olmamalıdır. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”.

"Report" xəbər verir ki, bunu “Les Echos” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu gün aparılacaq döyüşlər, bir tərəfdən, strateji muxtariyyətimizi sürətləndirmək, digər tərəfdən isə iqtisadiyyatlarımıza maliyyə təmin etmək üçündür. Fürsətdən istifadə edib bir məqamda təkid edirəm: biz dolların ekstraterritoriallığından asılı olmamalıyıq.

Təbii ki, biz enerji baxımından ABŞ-dan asılılığımızı artırdıq, lakin diversifikasiya məntiqində, çünki Rusiya qazından həddən artıq asılı idik. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”-deyə, o bildirib.
Ardını oxu...
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası ilə bağlı razılıq əldə edilib.

Bu barədə razılıq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı ifadə olunub.

Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.

Teref.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib.

Onun İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən ölkənin birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcəyi bildirilib. (Axar.az)
Ardını oxu...
Bu ölkə Almaniya səfirinə 48 saat vaxt verdi8 Aprel 2023 09:01

Çad hökuməti Almaniya səfiri Yan Kristian Qordon Kriçerə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Çad hökumətinin bəyanatında deyilir: “Hökumətin bu qərarı nəzakətsiz münasibət və diplomatik adətlərə hörmətsizlikdən irəli gəlir”.
 
Ardını oxu...
Xəzər dənizi vasitəsi ilə Orta Dəhlizin parçası olan dəhlizlərin önəmi artır və burada türk dünyası xüsusi yer tutur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Özbəkistan, Türkmənistan və Özbəkistan ilə nəqliyyat layihələri həyata keçirilir. Bundan əlavə, TANAP qaz xətti vasitəsi ilə türkmən qazının Avropaya tədarükünə dair işlər davam edir.

Çavuşoğlu həmçinin regional təhlükəsizlik məsələlərinə toxunaraq, Suriyada dördtərəfli format çərçivəsindəki danışıqlar zamanı ölkəsinin təhlükəsizliklə bağlı güzəştə getməyəycəyini vurğulayıb.

Nazir, Türkiyənin İsraillə münsaibətlərinin normallaşma prosesinin başladılmasına baxmayaraq, Fələstin xalqının hüquqlarının pozulmasına göz yummayacağını da diqqətə çatdırıb.
 
Ardını oxu...
“Çin Prezidenti Si Cinpin ukraynalı həmkarı Volodimir Zelenski ilə danışmaq istədiyini deyib”.

Bunu Çində 3 günlük səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen vurğulayıb.


O bildirib ki, Si Cinpin şərtlər və vaxt imkan verəndə Zelenski ilə danışacaq.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Si Cinpinlə görüşmək istədiyini bildirmişdi.
 

Dünyapress TV

Xəbər lenti