Ardını oxu...
Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

 

Prezident İlham Əliyev aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gedib.

Istanbulun Atatürk Hava Limanında İlham Əliyev və Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar.

Ardını oxu...
Türkiyə BMT ilə birlikdə Sudanda münaqişə tərəfləri arasında dialoq qurmağa hazırdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə Sudanda münaqişənin hər iki tərəfi ilə dialoq qura bilən ölkə kimi tərəfləri yenidən sülh danışıqlarına dəvət etmək və iki ölkə arasındakı mübahisələri həll etmək üçün BMT ilə əməkdaşlığa hər zaman hazırdır.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın münaqişənin həlli üçün xarici işlər nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini Sudana göndərmək niyyətini açıqlayıb. Efiopiya da bu prosesə cəlb oluna bilər.
 
Ardını oxu...
Ukrayna üçün bu, son dərəcə vacibdir – çünki biz kiminlə qarşı-qarşıya olduğumuzu bilirik

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı olub. Zelenski Rusiyanın genişmiqyaslı işğalından əvvəl də Si ilə əlaqə saxlamışdı. Ona görə də bu zəng çoxdan gözlənilən idi. Əslində bu, tarixi hadisədir və siyasi dialoqun başlanğıcıdır. Artıq gedən proseslərlə bağlı bir neçə nəticə çıxarmaq olar.

Birincisi, bu söhbət Çinin Fransadakı səfirinin postsovet ölkələri arasında suverenliyin olmadığını bəyan edən diplomatik sillə sayılan qalmaqallı müsahibəsindən sonra baş verdi. Bu hadisədən bir neçə gün sonra iki dövlət başçısı arasında telefon söhbəti oldu. Ukrayna üçün bu, müsbət nəticədir, çünki Si Cinpin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini söylədi. Xüsusilə, bu barədə Çin tərəfinin yaydığı rəsmi məlumatda deyilir. Bununla da Si Cinpin Çinin Fransadakı səfirinin buraxdığı diplomatik səhvi düzəltmiş oldu.

İkincisi, bir saata yaxın davam edən söhbət zamanı ölkə rəhbərləri bir çox məsələləri müzakirə etmək imkanı əldə etdilər. Çin mediasından məlumdur ki, Si Cinpin vurğulayıb: “Ukrayna ilə Çin arasında otuz bir illik strateji tərəfdaşlıq var və Avropada hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, ölkələr arasında münasibətlər inkişaf edəcək”.

Çin rəhbəri tammiqyaslı işğalın əvvəlində Çin vətəndaşlarının təxliyəsinə kömək edən Ukrayna diplomatik xidmətinin hərəkətlərinə görə Ukrayna Prezidentinə təşəkkür edib (o vaxt Ukraynada təxminən altı min nəfər çinli var idi). Çin həmçinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcək - Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanğıcında Çin “Qırmızı Xaç” kanalları vasitəsilə Ukraynaya dəstək verib.

Təbii ki, Si Cinpin “sülh planı”nı xatırladıb və Rusiya ilə müharibənin həlli ilə bağlı mövqeyini bildirib (Ukraynanın bununla bağlı öz baxışı var, ona görə də Prezident Zelenski Ukraynanın on bəndlik “sülh formulu”nu xatırladıb). Bununla belə, Çin vurğulayır ki, o, böhranın siyasi həllinə töhfə verməyi planlaşdırır (Çin tərəfi Rusiyanın Ukraynaya qarşı müharibəsini “böhran” adlandırır). Və doğrudan da, Çin Xalq Respublikasının Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi siyasi dialoqlar üçün Ukraynaya göndəriləcək.

Söhbət çox güman ki, hər iki tərəflə - Rusiya və Ukrayna ilə ünsiyyət quracaq vasitəçinin təyinatından gedir. Və bunun nə olacağını söyləmək hələ tezdir. Həqiqətən də, Fransa Prezidenti Emmanuel Makron Pekində olarkən o, həmçinin bir növ vasitəçi sülhməramlı qrupun yaradılmasına çağırış etmişdi. Bəlkə də Çinin indiki təyinatı bu təşəbbüslərin ilk nəticəsidir. Amma ilk növbədə, bu təyinat Ukrayna ilə Çin arasında siyasi dialoqların davam etdiriləcəyi anlamına gəlir. Əlbəttə, biz Çinlə yüksək səviyyədə dialoqa başlamalıyıq.

Heç kimə sirr deyil ki, əvvəllər Çinlə danışmaq çətin idi. Bunu Xarici İşlər Nazirliyinin rəhbəri cənab Kuleba və digər diplomatlar dəfələrlə vurğuladılar. Bundan başqa, Pavel Ryabikinin Çinə səfir təyin olunması da bir qədər ləngiyib. Lakin bu, balanslaşdırılmış namizəddir və Çinin də bu təyinata ehtiyacı var. Çindəki xarici xidmətimiz tez-tez bağlı qapıları döyməli olub, lakin indi daha çox yaşıl işıq yanacaq.

Üçüncüsü, Çin mətbuatında Çin diplomatiyasının qlobal ambisiyaları ilə bağlı ritorika artıq başlayıb. Necə ki, əvvəllər kölgədə idilər, amma indi Çin diplomatiyası böyüyür, qlobal arenaya çıxır. Və burada həqiqətən qazanmaq və bir növ nəticə əldə etmək lazımdır. Məsələn, Səudiyyə Ərəbistanı və İranla danışıqlarda olduğu kimi.

Daha bir çox vacib məqam: Si Cinpin yenidən nüvə silahından istifadənin qarşısının alınmasından danışdı. O, bunu daim vurğulayır və Zelenski ilə söhbətində də bu haqda danışdı. Bu onu göstərir ki, nüvə silahı məsələsi Çin üçün həmişə “qırmızı xətt” olub. Ukrayna üçün isə bu, son dərəcə vacibdir – çünki biz kiminlə qarşı-qarşıya olduğumuzu bilirik.

Müəllif: Vita Qolod – Ukrayna-Çin Araşdırmaları Assosiasiyasının İdarə Heyətinin sədri

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.
 
 
 
Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili mayın 31-də Brüsseldə, Avropa Parlamentində çıxış edəcək.

Məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Bildirilib ki, Prezident Salome Zurabişvilinin Avropa Parlamentinə (AP) müraciət etməsi ilə bağlı razılıq əldə edilib.

Məlumata görə, Salome Zurabişvili AP Prezidenti Roberta Metzoladan bu gün rəsmi məktub qəbul edib.

Administrasiyanın məlumatına görə, Brüsselə səfərin təsdiqlənməsi məqsədilə Gürcüstan Prezidentinin məktubu bu gün hökumətə göndərilib.

Qeyd edək ki, Salome Zurabişvilinin aprelin 18-də Strasburqa səfər edərək Avropa Parlamentində çıxış etməsi planlaşdırılsa da bu, baş tutmayıb.

Prezident administrasiyası səfərin baş tutmamasını Gürcüstan hökumətinin səfərə icazə verilməsini süni şəkildə uzatması ilə əlaqələndirib.
Ardını oxu...
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Vilnüsdə keçiriləcək sammitində Ukrayna ilə bağlı bəyanat qəbul etməyi planlaşdırır.

Bu barədə çərşənbə günü müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander məlumat verib.

"NATO-nun Ukraynanın bir Avropa ölkəsi kimi əhəmiyyəti, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren və müstəqil dövlət kimi mövcud olmaq hüququ ilə bağlı bəyanatı əhəmiyyətli olacaq",- Pentaqonun sözçüsü Nümayəndələr Palatasındakı dinləmələri şərh edərkən deyib.

ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsi Şimali Atlantika Alyansının Vilnüsdə keçirilən sammitinin əsas nəticələrinin nə olacağı məsələsini qaldırıb.

Bu çoxtərəfli sammit iyulun 11-12-nə planlaşdırılıb.
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı müzakirə olunan məsələləri açıqlayıb.

APA-nın UNİAN-a istinadən xəbərinə görə, Zelenski bildirib ki, Si Cinpinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin həlli müzakirə olunub və o, ərazi kompromisləri ilə sülhün bərqərar olmasını qəbuledilməz hesab etdiyini qeyd edib.

"Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir", - deyə Zelenski vurğulayıb.
Ardını oxu...
ABŞ Prezidenti Cozef Bayden mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitində və mayın 24-də Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderlərinin görüşündə iştirak edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Amerika liderinin rəsmi iqamətgahından verilən məlumata görə, Yaponiyanın Xirosima şəhərində G7 ölkələri başçılarının görüşü zamanı Bayden “Yeddilik qrupunun Ukraynaya sarsılmaz dəstəyini” və ərzaq və iqlim böhranları müzakirə etməyi planlaşdırır.

Ağ Evin məlumatına görə, Sidneydə ABŞ Prezidenti iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək.

Dünyapress TV

Xəbər lenti