Ardını oxu...
“Ermənistan siyasətində və danışıqlarda çox tutarsız mövqe sərgiləyir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

O, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini də tənqid edib.

“Bəzən gözlənilməz bir bəyanat, bəzən də tam əks addım görürsən. Azərbaycan səmimiyyətlə sülh istəyir və bunu təklif edir. Siz bir tərəfdən “Qarabağ Azərbaycandır!” deyirsiniz, amma digər tərəfdən də Qarabağa qanunsuz olaraq silahlı şəxslər göndərirsiniz. Əgər sülh istəyirsinizə, niyə göndərirsiniz?”, - deyə Çavuşoğlu Ermənistan rəhbərliyinə sual ünvanlayıb

XİN rəhbəri bildirib ki, Qarabağdakı vəziyyətlə bağlı həqiqəti hər kəs görür.

“Hətta ABŞ də həqiqəti görür. Qərb silahlı şəxsləri də təsbit edib. Təəssüf ki, bizim istədiyimiz səmimiyyəti görmürük. Onların bu səmimiyyətə daha çox ehtiyacı var. Bizim qonşularımızla barışmaq, təbii ki, marağımızdadır. Azərbaycan, Ermənistan, Türkiyə - müəyyən məsələlərdə əməkdaşlıq etmək hamımızın marağındadır, amma ən çox Ermənistanın xeyrinədir. Onlar gəldilər, zəlzələdə kömək etdilər, xarici işlər naziri gəldi, təşəkkür etdik. Amma indi diplomatlarımı şəhid edən terrorçulara abidə ucaltsanız, bunu qəbul edə bilərəmmi?”, - Çavuşoğlu İrəvanda açılmış “Nemezis” abidəsini nəzərdə tutaraq qeyd edib.

Mənbə: 24TV
 
Ardını oxu...
Türkiyə tarixində müxtəlif dönəmlər liderlərin adları ilə assosiasiya olunur.

Liderlərin özəl keyfiyyətləri, aldıqları qərarlar, ölkə və cəmiyyət üçün etdikləri insanların onlara münasibətinə birbaşa təsir göstərir.

Bu baxımdan müasir dövrümüzə təsadüf edən Rəcəb Tayyib Ərdoğan dönəminə nəzər salmaq lazımdır.


20 ildən çoxdur davam edən hakimiyyəti dövründə Türkiyənin daxilində, xalqın günlük yaşamında Ərdoğanın xüsusi yeri və çəkisi var.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin dövlət katibi Entoni Blinken nazirlərlə görüşüb və yekun iclasa ev sahibliyi edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
 
Ardını oxu...
"Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

"Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb", - İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”.
 
Ardını oxu...
Rusiya, Çin və ABŞ-ın Mərkəzi Asiyada rəqabəti genişlənib. Bir müddət əvvəl Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib. Xarici işlər nazirləri bu ay liderlərin görüşünü hazırlamaq məqsədilə bir araya gəliblər. “Mərkəzi Asiya – Çin” dövlət başçılarının birinci sammitində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunacaq. Çin və Mərkəzi Asiya dövlətləri ikitərəfli əməkdaşlığı genişləndirmək istəyirlər. Bundan başqa bu ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və “bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasıyla baglı fikir mübadiləsi aparacaqlar.
Çin tələsir. Pekin Mərkəzi Asiya uğrunda mübarizədə iki rəqibi – Rusiya və Amerika Birləşmiş Ştatlarını qabaqlamağa çalışır. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Mərkəzi Asiya istiqamətində tam gücüylə fəaliyyət göstərə bilmir. Bu Çinin maraqlarına cavab verir. Boşluğu Çinlə yanaşı ABŞ və Avropa İttifaqı doldurmağa çalışır. Pekin Vaşinqtonla Brüsselin uyğurlara verdiyi dəstəkdən də narahatdır.
Çin Mərkəzi Asiya ölkələrini “bir kəmər, bir yol” layihəsinə cəlb etməklə özünə yaxın tutmaq istəyir. Ancaq buna mane olan amillər var. Birincisi, ilk mərhələdə layihənin reallaşmasına pandemiya mane oldu. İkincisi, Rusiyanın Ukraynada başlatdığı müharibə də Pekinin layihəsinə zərər vurdu. Çünki Çindən Avropaya məhsullar dəmir yolları ilə Mərkəzi Asiya və Rusiya üzərindən daşınmalı idi. Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyinə görə məhsulların bu istiqamət üzərindən çatdırılması çətinləşib.
Buna baxmayaraq, Pekin əvvəlkitək Mərkəzi Asiyanı diqqət mərkəzində saxlamaq istəyir. Mərkəzi Asiyanın zənginlikləri Çin üçün vacibdir. Çinin Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar investisiyaları var. Çinin Mərkəzi Asiya ölkələrinə investisiyaları bu ilin başlanğıcı üçün 15 milyard dolara çatıb. Çinin Mərkəzi Asiya ölkələri ilə 2022-ci ildə ticarət mübadiləsi 70 milyard dolları keçib. Pekin ehtiyat edir ki, Mərkəzi Asiya qarışsa, Çinin investisiyaları təhlükə altında olacaq. Pekin bu baxımdan ABŞ-la yanaşı radikal islamçı qüvvələrin fəallaşmasından çəkinir. Bu qüvvələrin Mərkəzi Asiyada fəallaşması ehtimalı Çinə ciddi təhlükə yaradcaq. Çinin Əfqanıstanın Taliban rejimi ilə əməkdaşlığının məqsədlərindən biri də Əfqanıstan ərazisindən Mərkəzi Asiyaya islamçıların keçidinin qarşısının alınmasıdır.
Bu arada, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və digər Qərb ölkələrinin Mərkəzi Asiya üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Şoyqu Mərkəzi Asiya ölkələrinə ABŞ-a qarşı müqavimət göstərməsi vacibliyini bildirib. Bu Rusiyanın Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasıdır. Kreml Mərkəzi Asiya ölkələrinin xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirmək istəyir. Rusiya Qırğızıstan və Tacikistanda hərbi bazalarını gücləndirmək qərarını verib. Moskva da Pekin kimi ABŞ-ın Çinə artan marağından narahatdır. ABŞ-ın məşhir “The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, həqiqətən ABŞ Mərkəzi Asiyada hərbi qüvvələrini yerləşdirməyə məkan axtarır.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü davam edir.

APA xəbər verir ki, Arlinqtonda keçirilən görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinə dair müzakirələr aparılır.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.

Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər.

20:36

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

“Report” xəbər verir ki, görüş ABŞ-nin Arlinqton şəhərində keçirilir.

Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.

18:49

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayır.

APA xəbər verir ki, görüş ABŞ-ın Arlington şəhərində keçiriləcək.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.

Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparır.
Ardını oxu...
Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti sabah Türkiyəyə yola düşəcək.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan mediasına Milli Assambleya sədrinin mətbuat katibi Tsovinar Xaçatryan deyib.

Onun sözlərinə görə, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament başçılarının təşkilatın 30 illiyinə həsr olunmuş sammitində və Baş Assambleyanın plenar iclasında iştirak edəcək. “Alen Simonyan parlament başçılarının sammitində çıxış edəcək”, - Xaçatryan əlavə edib.
 
Ardını oxu...
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünən Vaşinqton yaxınlığında başlayan müzakirələr “çox konstruktiv olub”, – bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər, Turan-ın Vaşinqton müxbiri xəbər verir.

Nazirlər ilk dəfədir ki, bir neçə günlük dialoq üçün bir araya gəliblər. Dövlət katibi Entoni Blinkenin bu gün səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşləri olub.

ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ-ın öhdəliyi “Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir”.

“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik”, – deyə rəsmi Turan-ın danışıqların vaxtı ilə bağlı sualına cavab verib.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən digər yüksək rütbəli rəsmisi qeyd edib ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələrinin “həll yolu axtarmaq üçün birbaşa və səmimi müzakirələr aparacağına” ümid edir və gözləyir.

ABŞ-ın özünü danışıqlar üçün platforma təmin etməklə məhdudlaşan ölkə kimi sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barədə planları var? Turan-ın bu sualına Dövlət Departamentinin sözçüsü belə cavab verib: “Məqsədimiz danışıqlar üçün platforma təqdim etməkdir. Ikitərəfli müzakirələr və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün birlikdə iş görülmüşdür. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt və qürurluyıq”.

ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı Turan-ın sualına cavab olaraq, Dövlət Departamentinin digər rəsmisi deyib ki, ruslar “bunu mənfi qəbul etsələr, məyus olarıq”.

Rəsmilərin dediyinə görə, ən vacibi tərəflərin harada baş verməsindən asılı olmayaraq – Vaşinqtonda, Brüsseldə və ya Moskvada bir-biri ilə əlaqə qura bilməsidir.

“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, – deyə Dövlət Departamentinin həmin sözçüsü yekunlaşdırıb.
Ardını oxu...
Ermənistan Birləşmiş Millətlər Təşkilatında Rusiya əlehinə qətnamənin lehinə səs verib.

Qeyd edək ki, aprelin 30-da BMT-nin Baş Assambleyasının növbəti iclasında Ermənistan, Qazaxıstan, Çin, Türkiyə daxil olmaqla bir çox dövlətlər Rusiyanı təcavüzkar adlandıran qətnamənin qəbul olunmasına səs veriblər.

Bildiyimiz kimi, Ermənistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzv dövlətləridir, Çin isə Rusiyanın geostrateji müttəfiqi hesab olunur. Əvvəllər, BMT-nin iclaslarında Rusiya ilə bağlı məsələlərdə bitərəf və ya Moskvanın xeyrinə mövqe tutan İrəvan və Astana, eləcə də Pekinin Rusiyanın əleyhinə sənədə dəstək verməsi təəccüb doğurmaya bilməz. Onların addımları heç də Moskva tərəfindən xoş qarşılanmayacaq. Yəqin ki, Kreml müttəfiqlərinin və tərəfdaşının hərəkələrinə kəskin reaksiya verəcək.

Ümumiyyətlə, Ermənistan, Qazaxıstan və Çinin Rusiya ilə münasibətlərində nə baş verir?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Cebhe.info-ya şərhində qeyd edib ki, Moskvanın Cənubi Qafqazda son davranışları Ermənistanı Rusiyadan uzaqlaşmağa sövq edir:

“İlk növbədə Qazaxıstan və Çindən başlamaq istəyirəm. Həm Qazaxıstan, həm də Çin müstəqil xarici siyasət yürüdür. Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində ciddi fəaliyyət göstərməklə Mərkəzi Asiya regionunda öz siyasi nüfuzunu gücləndirməyə çalışır. Bununla yanaşı, Qazaxıstan Çin və ABŞ ilə də münasibətlərin inkişafına diqqət göstərir. Hazırda bu dövlətin daxili və xarici siyasətində zəruri dəyişiklikləri müşahidə edirik. Eləcə də Çin də sürətlə beynəlxalq siyasi qüvvəyə çevrilməkdədir. Çin Rusiyanın strateji tərəfdaşı hesab olunmasına baxmayaraq, bir çox məsələlərdə Moskva ilə ziddiyyətli mövqeyə malikdir.

Beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq Qazaxıstan və Çinin Rusiyanın əleyhinə qətnaməyə səsverməsi çox doğru addımdır. Ona görə ki, Rusiyanın Ukraynaya təcavüzü yolverilməzdir. Bütün beynəlxalq təşkilatlarda Rusiyanın işğalçılıq siyasəti pislənməlidir. O ki qaldı Ermənistanın qətnamənin lehinə səsverməsi, bu, artıq Cənubi Qafqazda yeni siyasi vəziyyətdən xəbər verir.

Çox yaxşı bilirik ki, BMT-nin bundan əvvəlki iclaslarında Ermənistan Rusiyanın Krımın ilhaqı və Ukraynanın digər ərazilərində təcavüzkar hərbi əməliyyatları ilə bağlı məsələlərdə ya birtərəf, ya da Moskvanın mövqeyindən çıxış edirdi. Son dövrlərdə Paşinyan hakimiyyəti açıq şəkildə Qərbyönlü siyasət yürütməklə Rusiyadan incidiyini nümayiş etdirir. Çünki Rusiya Azərbaycanın öz ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasına yönələn son hərbi əməliyyatlarında Ermənistana arxa durmayıb. İrəvan hər dəfə bunu bəhanə gətirməklə Rusiyadan uzaqlaşmağa çalışır.

Ermənistanın rəsmiləri hesab edirlər ki, Rusiya İrəvanın təcavüzkar siyasətinə dəstək olmalı idi. Ermənistanın BMT-nin bu məlum qətnaməsinin lehinə səs verməsi İrəvanın özü-özlüyündə Rusiyaya əzələ nümayiş etdirmək kimi qələmə vermək olar”.

Arzuxan Əlizadənin sözlərinə görə, Rusiya Ermənistanın bu hərəkətini birmənalı qarşılamayacaq:

“Regionda digər dövlətlərdən fərqli olaraq Ermənistan Rusiyanın tam nəzarətində olan qondarma bir qurumdur. Ermənistan bir dövlət olaraq Rusiyanın dəstəyi ilə formalaşdırılıb. Rusiyasız Ermənistanın mövcudluğu sual altındadır. Bu proseslərin gedişində Rusiya Ermənistanın bu davranışına çox kəskin reaksiya verəcək. Yaxın zamanda İrəvan üçün xoşagəlməyən nəticələrə şahidi olacağıq”.
 

Dünyapress TV

Xəbər lenti