Ardını oxu...
Rusiyanın energetika naziri Sergey Çivilevin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşü zamanı dedikləri diqqət çəkib. Çivilev Prezident Vladimir Putinin şəxsi mesajını Qazaxıstan liderinə çatdırdığını söyləyib.

Həmçinin rusiyalı nazirin Tokayevlə görüşünün Kreml rəhbəri ilə razılaşdırıldığı qeyd olunur. Görüş zamanı Qazaxıstan və Rusiya arasında əməkdaşlığın əsas sahələrindən biri olan enerji sektorunda tərəfdaşlığın perspektivləri müzakirə edilib. Lakin Putinin mesajının nə olduğu açıqlanmayıb.

Son olaraq Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi MDB üzvü olan Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqı (Aİ) ilə razılaşması fonunda Astanaya çatdırılan mesaj maraq doğurub.

Politoloq Zeynal Əmrəliyev deyib ki, Mərkəzi Asiya ölkələrinin Aİ ilə imzaladığı 12 milyard avroluq saziş 3 dövlətin – Türkiyə, Rusiya və Çinin mənafeyinə ziddir:

“Türkiyə ilə bağlı Şimali Kipr məsələsi var. Bu dövlətlər Brüsselə xoş gəlmək üçün faktiki olaraq türklərin Kipr adasındakı mövqeyini heçə sayıblar. Son zamanlar Çin də bölgəyə yüksək dərəcədə investisiya qoyurdu. Yəni nəticə olaraq Pekinin də mövqeyi heç sayıldı. Aİ ilə imzalanan saziş Çinin Mərkəzi Asiyadakı biznes maraqlarına zərbə vuracaq.

Digər zərbə alan ölkə isə, şübhəsiz, Rusiya oldu. Bu ölkənin energetika nazirinin Qazaxıstana səfəri və Putinin şəxsi mesajını Tokayevə çatdırması göstərir ki, Kreml Astmanın Avropa ilə yaxınlaşmasından narahatdır. Mərkəzi Asiya ölkələri arasında Rusiya ilə münasibətləri ən güclü olan məhz Qazaxıstan idi. Buna görə də sözügedən hal Kremli narahat edir”.

Politoloqun sözlərinə görə, Moskva Tokayevdən məsələ ilə bağlı həm izahat, həm də təminat tələb edəcək:

“Qazaxıstanın enerji sahəsində Rusiyanın təsiri böyükdür. Moskvada yaxşı bilirlər ki, Avropanın əsas maraq göstərdiyi də məhz qazax qazıdır. Rusiya bu məsələdə Qərbə güzəştə getmək fikrində deyil. Çünki Kreml təbii qaz məsələsi üzərindən Avropaya təzyiq edir. Əgər Astana qoca qitəyə yardım edəcəksə, bu, Rusiya tərəfini qəzəbləndirə bilər. Tokayevin Qərb dünyası ilə geniş əlaqəsi var. O, uzun müddət BMT Baş katibinin müavini olub. Sonradan keçmiş prezident Nursultan Nazarbayev tərəfindən Qazaxıstanın xarici işlər naziri təyin edilmişdi. Tokayevin Rusiyanın mənafeyinə zidd siyasəti Astana-Moskva münasibətlərində yüksək gərginliyə səbəb ola bilər”.
 
Ardını oxu...
ABŞ hesab edir ki, Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək şərtlərdən biri Zaporojye atom elektrik stansiyasının ətrafındakı ərazilərə Vaşinqtonun nəzarət etməsi ilə neytral statusun verilməsi ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşr Vaşinqtonun “AES”in ətrafındakı hansı əraziləri neytral elan etməyi təklif etdiyini və ABŞ-nin bu ərazilər və stansiya üzərində nəzarəti hansı formatda həyata keçirə biləcəyini göstərməyib.

Mənbələr bildiriblər ki, bu ideya gərginliyin azaldılması üçün kompromislərin tapılması kontekstində müzakirə edilir, lakin texniki və siyasi detallar hələ də qeyri-müəyyən olaraq qalır.

“Wall Street Journal” qeyd edib ki, Vaşinqton bu addımı gərginliyi azaltmaq üçün fürsət hesab edir, lakin təklifin əsas aspektləri hələ işlənib hazırlanmayıb.

Aprelin 17-də Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib ki, Kiyev ABŞ-la birlikdə Zaporojye atom elektrik stansiyasına nəzarət etməyə hazırdır, çünki Rusiya qurğuya nəzarəti saxlasa, bu, nüvə enerjisinə inamı məhv edəcək və yeni fəlakəti yaxınlaşdıracaq.
 
Ardını oxu...
ABŞ-ın sabiq birinci xanımı Mişel Obama əri Barak Obamadan boşanmaq qərarı alıb.

Axşam.az xəbər verir ki, onlar arasında hazırda sərvət bölmək üçün danışıqlar gedir. Belə ki, cütlük 70 milyon dollarlıq sərvəti bölməyə çalışır. Onlar bu yolda razılığıa gəlməyib və iki qızından tərəf seçmələrini istəyiblər.

Bu haqda "RadarOnline" məlumat yayıb. Obamaların vəkilləri keçən ay 61 yaşlı Mişelin Hollivudu fəthini davam etdirəcəyi, 63 yaşlı Barakın isə Demokratlar partiyasına görə kampaniya aparmaq üçün əsasən Şərq Sahilində qalacağı bir razılaşma əldə etdiklərini açıqlayıb.

İnsayderlər isə Mişelin Barakın "Higher Ground" istehsal şirkətindən pay tələb etməsindən sonra müqaviləni pozduğunu söyləyib. Onların arasındakı bu mübahisə qızlarını narahat edib. Bildirilib ki, Mişel Çikaqodakı evləri və "Martha's Vineyard" əmlakı ilə birlikdə film biznesi olan "Higher Ground Productions"ı özündə saxlamağa çalışır.

Barak DC malikanəsini almağa çalışır, təxminən 22,5 milyon dollar dəyərində olan səhm portfelini bölməyə çalışıb.

Lakin Mişel indi Barakın beş illik prodüser şirkətindən getməsini istəyir. O, Barakın yanında olmasını istəmir. Bu isə Barakın xoşuna gəlməyib və şirkətə geri qayıdıb.
 
Ardını oxu...
İtaliya baş nazirinin müavini, infrastruktur naziri Matteo Salvini təsadüfən Romada, Oman səfirinin iqamətgahında İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların keçirildiyi məkanının qarşısında görünüb.

Oxu.Az "Il Fatto Quotidiano"ya istinadən xəbər verir ki, siyasətçi hadisə vaxtı şort və polo köynəkdə olub. Salvini dərhal jurnalistlərin diqqətini çəkib və onların əhatəsinə düşüb.

O, alış-verişə getdiyini və ABŞ-İran danışıqları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, aprelin 19-da İtaliyanın paytaxtında İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üzrə danışıqların ikinci raundu keçirilib.

    

Ardını oxu...
2040-cı ilə qədər dünyada quru sahəsinin böyük bir hissəsi su altında qalacaq. Söhbət 12 milyon kvadrat kilometrdən gedir. Bu, ABŞ və ya Çinin ərazisindən çoxdur.

Azpost.info bildirir ki, İspaniya Geologiya və Mədən İnstitutunda yerləşən beynəlxalq tədqiqatçılar qrupu 34 ölkədə 200 yerdə torpağın çökməsi ilə bağlı məlumat toplayıb. Təhlildən sonra alimlər yaxın gələcəkdə landşaftda dəyişiklikləri əks etdirən model tərtib ediblər.

Əldə edilən nəticələr narahatlıq doğurur: Dinamika dəyişməzsə, təxminən 12 milyon kv. km ərazisi tezliklə dəniz səviyyəsindən aşağıda olacaq. Müqayisə üçün deyək ki, ABŞ və ya Çinin sahəsi təxminən 9,8 və 9,5 milyon kvadratkilometrdir. Rusiyanın sahəsi isə cəmi 5 milyon kvadrat-kmdir. 2040-cı ilə qədər təxmin edilən torpaq çökmə sahəsi bundan çoxdur.

Aşağıdakı xəritədə gördüyünüz kimi, Cənubi Amerika, Afrika və Asiya yaşayan əhali ən çox zərbə altına düşəcək. Dünyanın ən böyük şəhərlərinin təxminən 22%-i landşaft dəyişikliklərindən ciddi zərər çəkə bilər. Bu şəhərlərdə isə 1,2 milyard əhali yaşayır.
Ardını oxu...
Əvvəllər təhlükəsiz hesab edilən ərazilər gələcəkdə daha tez-tez su altında qalacaq.

Bəşəriyyətin təhlükəli problemlə üzləşməməsi üçün beynəlxalq tədqiqatçılar qrupu hökumətləri mümkün qədər tez bir zamanda çökmə ilə mübarizə tədbirləri hazırlamağa və onları qanunvericilik qaydasında təsdiqləməyə çağırıb. Söhbət xüsusilə neft, qaz və digər faydalı qazıntıların hasilatı üzrə proqramların tənzimlənməsindən, həmçinin yeraltı su anbarlarının drenajına qarşı mübarizədən gedir.
 
 
 
Ardını oxu...
Dağıstanın Süleyman-Stalski və Məhərrəmkənd rayonlarında yağan güclü yağışlar fəsadlara səbəb olub.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar hər iki rayonda “Fövqəladə hal” iş rejimi tətbiq olunub. Hazırda bölgədə yanğın-xilasetmə qarnizonları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Məlumata görə, fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə 2 min nəfərdən çox şəxsi heyət və 566 ədəd texnika cəlb edilib.

Xüsusilə Süleyman-Stalski rayonunda vəziyyət daha kritik olaraq qiymətləndirilir. Belə ki, güclü sel nəticəsində Küraxçay çayı üzərindəki körpü dağılıb və nəticədə 9 kəndlə əlaqə tamamilə kəsilib. Hazırda əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub, piyada keçidi təşkil edilib və rabitənin bərpası istiqamətində işlər aparılır. \\Axar.Az
 
Ardını oxu...
İran nüvə proqramı ilə bağlı danışıqlara açıqdır, lakin danışıqlar çətinləşərsə, istənilən ssenariyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri RT-yə İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“Diplomatiya yolu bizim üçün açıqdır, lakin danışıqlar bizim üçün çətin və narahat şərtlərə gətirib çıxararsa, biz alternativ inkişafa tam hazırıq”, - Arakçı bildirib.

Qeyd edək ki, 12 apreldə Omanda başlayan ABŞ-İran danışıqlarının ikinci raundu 19 apreldə Romada keçirilib. Növbəti görüşün 26 apreldə yenidən Omanda keçiriləcəyi elan edilib.
 
 
 
Ardını oxu...
"Dünya hər gün dəyişir və əgər biz dəyişən dünyaya uyğunlaşa bilməsək, sadəcə ondan kənarda qalacağıq”. Bunu aprelin 17-də parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“İqtidardakı çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatının davam etdirilməsinə yönəlmiş istənilən cəhd dağıdıcı xarakter daşıyır, çünki bu cəhdlər əvvəllər olduğu kimi, indi də Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısını almaq üçün alətə çevrilib. Təəssüf ki, biz bunu çox gec dərk etdik.

Müxalifət isə əslində belə bir fikir irəli sürür ki, Ermənistan dövlətçiliyi əvvəl də, indi də yalnız bir məqsədə və məzmuna malik olub – Qarabağ hərəkatı, Qarabağ məsələsi, bu səbəbdən, hər hansı nəticədən asılı olmayaraq, Qarabağ hərəkatı davam etməlidir. Amma mən bu yanaşma ilə nəinki razı deyiləm, eyni zamanda geriyə baxanda bir məqamı görürəm və indi artıq onu açıqlaya bilərəm.

Ermənistanda xalqın 2018-ci ildə başladığı zorakılıqsız “məxməri inqilabı” nəticəsində hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr qarşısında intuisiyasını və cəsarətini nümayiş etdirərək, addım-addım və hissə-hissə belə bir reallığa qarşı dayanmağı bacardı: Qarabağ hərəkatı obyektiv baxımdan artıq çoxdan başa çatıb və bu hərəkatı davam etdirməyə yönəlmiş kollektiv səylərimiz yalnız Ermənistanın onsuz da zəifləmiş müstəqilliyinə və dövlətçiliyinə son qoymaq üçün istifadə olunur”, – deyə Paşinyan vurğulayıb.

“Biz deyirik: Ermənistan və Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq.
Niyə və necə? Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc hədələrinin yolverilməzliyini tanıyıblar. Bu isə təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir. Belə ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyət qaydaları artıq hər iki ölkə üçün ali hüquqi qüvvəyə malik sənəddir. Həmin sənəddə demarkasiya üçün əsas prinsip kimi Alma-Ata Bəyannaməsi qəbul olunub.

Ermənistan və Azərbaycan, əslində, münasibətlərin tənzimlənməsi üçün qəbul etdiyi Alma-Ata Bəyannaməsində əsas prinsiplər bunlardır: sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün qarşılıqlı tanınması, daxili işlərə qarışmama, gücdən istifadə və güclə hədənin yolverilməzliyi.

Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması barədə saziş layihəsini razılaşdırıblar, bu layihə üzrə danışıqlar başa çatıb və mən 15 aprel tarixli məruzəmdə göstərdiyim kimi, sazişin imzalanmasına heç bir maneə yoxdur. Müqavilənin mətni razılaşdırılıb.

Ermənistan və Azərbaycan arasında eskalasiya və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqaz tarixində yeni bir səhifə açmalıyıq və biz həm sülh sazişini, həm də ATƏT-də Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı birgə Ermənistan-Azərbaycan bəyanatını imzalamağa hazırıq”, – deyə Paşinyan bildirib.

Beləliklə, iki əsas məqam ön plana çıxır: Paşinyan Ermənistan daxilində “Qarabağ hərəkatı” adlanan istənilən fəaliyyətin tamamilə dayandırılmasını istəyir və əminliklə bildirir ki, Azərbaycanla yeni müharibə olmayacaq.

Ancaq ortada bəzi suallar var.
Birincisi, Paşinyan doğrudanmı bu “Qarabağ hərəkatı”na son qoymaq gücündədir? Axı İrəvanda hələ Şahramanyanın rəhbərlik etdiyi “Artsax prezidenti ofisi” fəaliyyət göstərir və “Artsax parlamenti” də bu həftə orada iclas keçirib.
İkincisi, Paşinyan artıq yeni müharibə təhlükəsi olmayacağı ilə bağlı belə əminlik haradan peyda olub? Axı bir müddət əvvəl onun özü də, komandasının üzvləri də, müxalifət də Azərbaycanın Ermənistana hücum ehtimalını qəbul edirdi.

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, erməni cəmiyyətində Qarabağ hərəkatına diqqət və dəstək əvvəlki səviyyədə deyil.

“Hərəkat əhəmiyyətli dərəcədə zəifləyib və bu istiqamətdə siyasi prosesi davam etdirmək artıq çətindir. Müxalifət, eləcə də daxildəki və xaricdəki müəyyən millətçi dairələr zəifləyən siyasi mövqelərini qorumaq üçün Qarabağ məsələsindən istifadə etməyə çalışırlar. Lakin əhalinin əksəriyyəti anlayır ki, bu yol uğura aparmır. Əgər yeni müharibə təhlükəsi hiss olunsa, erməni gəncliyi ölkəni tərk edəcək. Onsuz da miqrasiya Ermənistan üçün ciddi problemə çevrilib.

Paşinyan hökuməti revanşist qüvvələrin yeni siyasi gündəlik yox, öz ənənəvi mövzuları ilə məşğul olmasında maraqlıdır. Paşinyan əmindir ki, Qarabağ hərəkatı əhalidən dəstək almayacaq. Son 4 ildə aydın oldu ki, Ermənistan cəmiyyətində revanşistlərin ictimai-siyasi dayaqları artmayıb. Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalanmadığı müddətcə Qarabağ məsələsini tam bağlamaq istəməz. O vaxta qədər həm ölkə daxilində, həm də xaricdə bu məsələdən müəyyən dividentlər əldə etmək imkanı qalır”, – analitik izah edir.

O, dünyada iqtisadi, siyasi və hüquqi münasibətlər sisteminin dərin böhran içində olduğunu da xatırladır.
“Qlobal və regional şərait qeyri-müəyyən və sabit deyil. Xüsusilə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli deyil. ABŞ bu regionda əvvəlki kimi Avropa İttifaqı ilə sinxron siyasət aparmaq istəmir. Əgər Tramp administrasiyası regionda Rusiyanın siyasi və müdafiə maraqlarını nəzərə almağa razı olsa, bu, həm Ermənistan, həm də Azərbaycan üçün yeni problemlər yarada bilər.

Eyni zamanda hazırda Azərbaycanın müttəfiqi olan Türkiyə də Cənubi Qafqazda yeni müharibə istəmir. Hazırda Türkiyənin diqqəti daha çox Yaxın Şərqə yönəlib.
Avropa İttifaqı isə Ermənistan və Azərbaycan sərhədində xüsusi missiya həyata keçirir. Bundan əlavə, bu ilin yanvarında ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. İran da belə bir müharibəni qəbul etmir.

Beynəlxalq və regional şərtlər, o cümlədən Bakı ilə İrəvan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müharibə ehtimalını azaldıb”, – deyə Nəsimi Məmmədli fikirini yekunlaşdırır.
Ardını oxu...
Türkiyə əhalinin azalma tempinin “həyəcan səviyyəsi”ndədir, ölkə orduya göndərmək üçün gənc insan çatışmazlığı ilə üzləşə bilər.

“CNN Türk” telekanalı xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.
“Bizdə doğum əmsalı 1.51, əhalinin özünü yeniləmə əmsalı 2.1 təşkil edir. Hazırda Türkiyə özünü “yeniləyə” bilmir. Biz qocalırıq. Bu, bir çox aspektlə bağlıdır: istehsaldan tutmuş məşğulluğa və səhiyyəyə qədər” , – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə əhalisi arasında 65 yaşlıların payı 10 faizi keçib.
2024-cü ilin sonuna olan məlumata görə, Türkiyədə 17 yaşa qədər uşaq və yeniyetmələrin sayı 21.8 milyon nəfər və ya ölkə əhalisinin 25.5 faizini təşkil edir.
Tacxeber.com
 

Ardını oxu...
 

Dr. Mehmet Cengiz Öz – (daha çox Dr. Öz kimi tanınır) türk əsilli amerikalı ürək cərrahı, televiziya aparıcısı, yazar və siyasətçidir.

Təhsili və tibbi karyerası

Mehmet Öz 11 iyun 1960-cı ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində, türk ailəsində anadan olub. Harvard Universitetində biologiya üzrə bakalavr dərəcəsi alıb, daha sonra Pensilvaniya Universitetində həm tibb üzrə doktorluq (MD), həm də biznes üzrə magistratura (MBA) təhsili alıb.

Columbia Universitetində ürək-damar cərrahiyyəsi üzrə professor kimi çalışıb və New York-Presbyterian Xəstəxanasında tamamlayıcı tibb proqramını qurub.

Ardını oxu...

Media və televiziya fəaliyyəti

Dr. Öz geniş ictimaiyyətə ilk dəfə “Oprah Winfrey” şousunda qonaq olaraq tanınıb. 2009-cu ildən etibarən "The Dr. Oz Show" adlı şəxsi televiziya proqramını aparmağa başlayıb. Bu verilişdə sağlamlıq, qidalanma və həyat tərzi ilə bağlı mövzulara toxunub. Lakin bəzi elmi əsaslara söykənməyən məsləhətləri tibb ictimaiyyəti tərəfindən tənqid olunub.

Ardını oxu...
Siyasi fəaliyyəti

Dr. Öz 2022-ci ildə Pensilvaniya ştatından ABŞ Senatına Respublikaçılar Partiyasının namizədi kimi qatılıb, lakin seçkidə qalib gələ bilməyib.

Ardını oxu...

2025-ci ildə Prezident Donald Tramp tərəfindən ABŞ-ın Medicare və Medicaid Xidmətləri Mərkəzinin (CMS) rəhbəri vəzifəsinə təyin edilib və 18 aprel 2025-ci ildə bu vəzifəyə başlayıb.

Şəxsi həyatı

Ardını oxu...

Mehmet Öz Lisa Lemole ilə evlidir və dörd övladı var. Ailəsi ilə birlikdə Nyu-Cersidə yaşayır. Həm ABŞ, həm də Türkiyə vətəndaşlığına malikdir. Türkiyədə qısa müddətli hərbi xidmət keçib. Dini baxışlarına görə müsəlmandır.

Musavat.com

Dünyapress TV

Xəbər lenti