![]() |
![]() ![]() ![]() |
|
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
Məktub BMT Baş Assambleyasında və Təhlükəsizlik Şurasında rəsmi sənədi kimi yayılıb.
Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəman kimi təbliğ edildiyi uzunmüddətli və dərin köklü etnik eksklüzivlik və dözümsüzlük siyasətini həyata keçirən monoetnik dövlət olan Ermənistanın İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü münasibətilə keçirilən anım sessiyasında könüllü olaraq çıxış etməsi olduqca ironikdir:
“Əslində, gözlənildiyi kimi, belə bir çıxış Ermənistana tamamilə əks təsir bağışlayıb. Çünki bir tərəfdən onun rəhbərliyinin barışdırıcı bəyanatları, digər tərəfdən isə eyni ölkənin BMT-dəki nümayəndəsinin qızışdırıcı ritorikası arasında açıq-aşkar uyğunsuzluq üzv dövlətləri çaşqın və anlaşılmaz vəziyyətə salır”,- məktubda qeyd olunub.
Rusiya prezidenti Vladimir Putin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” qeyd edib.
Nəşr yazıb ki, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı istənilən danışığa hazır olduğunu vurğulayıb: “Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-ın təzyiqi fonunda baş verib”.
"Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər", - Putin deyib.
Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra prezidentin sözlərini belə izah edib: “Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqlar və müzakirələri nəzərdə tuturdu”.
O əlavə edib ki, Rusiya Federasiyası sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.
Maraqlıdır ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən bəri tərəflər arasında birbaşa danışıqlar aparılmayıb.
Ötən həftənin sonunda ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio bir neçə gün ərzində heç bir irəliləyiş olmasa, sülh danışıqlarından uzaqlaşa biləcəklərini bildiriblər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Əlimusa İbrahimovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat