Ardını oxu...
Bu günlərdə mediada xəbər yayıldı ki, “LUKOIL-Azərbaycan” Qapalı Səhimdar Cəmiyyəti (QSC) gömrük tələblərini pozduğu üçün cərimələnib.

Tribunainfo.az xəbər verir ki, DGK bununla bağlı məhkəməyə müraciət edib və şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə günahkar bilinib.

Məlumatda qeyd edilir ki, məhkəmənin qərarı ilə, QSC rəhbərliyi 1500 manat məbləğində cərimə olunub.

Tribunainfo.az-ın qısa araşdırması zamanı məlum olub ki, “Lukoil Azərbaycan” QSC ayda-ildə bir dəfə məhkəmə çəkişməsində olan şirkət deyil. Bu şirkət son bir ildə dəfələrlə məhkəməyə verilib və cərimə olunub. Məsələn, QSC ötən ilin ortalarında İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsini pozub. Nizami Rayon Məhkəməsi şirkəti 500 manat cərimə edib.

Və ya ötən ilin dekabrında şirkət yenə analoji səbəbdən, yəni yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məhkəmə çəkişməsində olub. Bu dəfə Sumqayıt Şəhər Məhkəməsi protokola baxıb və cərimə qərarı çıxarıb.

Amma məsələ budur ki, baş verənlər şirkətin daha çox nizam-intizamsız olması ilə yanaşı, həm də məsuliyyətsiz olmasını demək üçün də əsas yaradır. Nəzərə alaq ki, “Lukoi Azərbaycan” şirkəti ölkəmizdə yanacaq satışı ilə məşğul olur. Bu məqsədlə onlarla Yanacaq Doldurma Məntəqəsinə sahibdir. Həmin YDM-lərdə isə gün ərzində minlərlə avtomobil benzin, dizel vururlar.

Kifayət qədər həssas işlə məşğul olan bu şirkətin yanğın təhlükəsizlik qaydalarına riayət etməməməsi nə deməkdir? Bu o demək deyil ki, Allah iraq eləsin, xırda bir yanğın haddisəsi yüzlərlə insanın həyatı üçün risk yaradar? Bir şirkət bu qədər məsuliyyətsiz olar ki, oddan təhlküəli maddələrin satışını həyata keçirdiyi halda, yanğından mühafizə tədbirləri görmür?

Məsələ belədir ki, “Lukoil Azərbaycan” təkcə yanğın təhlükəsilziyi məsələsində deyil, müştərilərə heç də təmiz olmayan yanacaq satmaqla da ad çıxarıb. Hələ bir müddət əvvəl şirkətə məxsus YDM-də avtomobillərin yanacaq çənlərinə su vurulması məsələsi ortaya çıxmışdı. Sürücülər “Lukoil Azərbaycan”ın YDM-dən benzin vurduqlarını, lakin su çıxdığını bildirmişdilər. Hətta bununla bağlı videogörüntü də yaymışdılar.

Həmin hadisədən sonra şirkətin dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev məlumatı təsdiqləmişdi. “Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda “Lukoil” YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik. Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub”.
 
Ardını oxu...
Rusiya və Azərbaycan Bakıdakı "Rus Evi"nin statusunun həlli ilə bağlı işləri davam etdirirlər və bu istiqamətdə müsbət nəticəyə ümid edirik.

Ölkə.az xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov rus mediasına açıqlamasında deyib.

BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir

"Səfirlik və Xarici İşlər Nazirliyi [Azərbaycan] arasında təmaslar davam edir. Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslərin işidir. Bu, bizim kompitensiyamızdan kənar məsələdir. Hüquqi status məsələsi hələ də həll olunur. Biz müsbət münasibətlərə köklənmişik. Hesab edirik ki, bütün bunları hər kəsi qane edəcək şəkildə həll etmək lazımdır”, - Primakov məsələyə aydınlıq gətirərkən qeyd edib.

Qeyd edək ki, fevralda “Rossotrudniçestvo” rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı "Rus Evi"nin fəaliyyətini dayandırmağa və şəhərin mərkəzindəki binaların boşaldılması üçün tədbirlər görməyə məcbur olduğunu bəyan edib. Bu tələbin səbəbi kimi Bakıdakı “Rus Evi”nin yerli qanunvericilikdə tələb olunan hüquqi şəxs kimi qeydiyyata alınmaması göstərilir.
 

Ardını oxu...
  

Birləşmiş Ştatlar ilk dəfə olaraq Avstraliya, Britaniya, Kanada və Yeni Zelandiyanın da daxil olduğu “Beş Göz” kəşfiyyat alyansının üzvləri ilə Rusiya və Çinin kosmik proqramları haqqında yüksək həssas məlumatları paylaşmağa başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı yayan The Times qəzeti bu yanaşmanın dəyişdirilməsini “müstəsna əhəmiyyətə malik” hadisə adlandırıb.

Məqalədə qeyd olunur ki, söhbət ABŞ Kosmik Qüvvələrinin hərbi orbital əməliyyatlar üzrə ixtisaslaşmış Kosmik Delta 9 bölməsinin Koloradodakı bazasında topladığı məlumatlardan gedir. Əvvəllər o, yalnız Amerika hərbi komandanlığı üçün nəzərdə tutulmuşdu. Nəşrin məlumatına görə, Vaşinqtonda strateji komandanlıq üzrə attaşe olan Britaniyanın Hərbi Hava Qüvvələrinin Komodoru N.J.Stringer son bir neçə həftə ərzində ABŞ-ın digər ölkələrin peyklərinin monitorinqini aparan kəşfiyyat proqramı ilə bağlı brifinqdə iştirak edib.

Qəzetin yazdığına görə, Stringerə ABŞ hərbi kəşfiyyatının taktiki əməliyyatları, o cümlədən Amerika tərəfinin yüksək dəqiqlikli kameradan istifadə edərək Rusiya və Çin peyklərinə yaxınlaşma yolları göstərilib. Kamera peyklərin şəkillərini çəkir və onların ABŞ-ı narahat edə biləcək fəaliyyətlərlə məşğul olub-olmadığını qiymətləndirir.

“The Times” yazır ki, girişin verilməsinə səbəb Vaşinqtonun Pekin və Moskvanın kosmosda sürətlə yeni imkanlar inkişaf etdirməsindən narahatlığı olub. Xüsusilə də nəşr bildirir ki, Çin kosmosda kəşfiyyat məlumatlarının toplanmasına böyük sərmayələr yatırır. Nəşr Space Delta 9-un komandiri polkovnik Remsi Horndan sitat gətirir: "Biz heç kimin istəmədiyi döyüşə hazır olmalıyıq".

Musavat.com

Ardını oxu...
Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Avropa İttifaqı nümayəndələrinin mümkün sanksiyalarla bağlı təzyiqləri onun Rusiyada keçiriləcək Qələbə Paradına səfərini ləğv etməsinə səbəb olmayacaq.
APA xəbər verir ki, ölkə prezidentinin açıqlamasını Serbiya mediası yayıb.

“Mən Rusiya Prezidenti Vladimir Putinə dedim ki, 9 mayda Moskvaya gələcəyəm. Söz vermişəmsə, öhdəlik götürmüşən. Mən bu sözü öz xalqıma, hər kəsə vermişəm”, – deyə Vuçiç deyib.

Prezident həmçinin əlavə edib ki, Serbiya, vədlərə uyğun olaraq, Avropa yolunda qalmaqda davam edəcək.
Ardını oxu...
İran nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün ABŞ ilə nəticəyə yönəlmiş danışıqlarda iştiraka davam edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin dialoqun növbəti raundunun təxirə salınması qərarından sonra yayılan bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl Omanın xarici işlər naziri İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə mayın 3-də İtaliyanın paytaxtı Romada keçiriləcək nüvə müzakirələrinin dördüncü raundunun təxirə salındığını açıqlayıb.

Əl-Busaidi verdiyi açıqlamada ABŞ və İran arasında mayın 3-ü şənbə günü şərti olaraq planlaşdırılan nüvə müzakirələrinin növbəti raundunun logistik səbəblərə görə təxirə salınacağını və yeni tarixlərin qarşılıqlı razılıq əldə edildikdən sonra elan ediləcəyini bildirib.
Ardını oxu...
Hakimiyyətinin 100 günü tamam olan kimi Trampın komandasından artıq ilk istefa gerçəkləşdi. Mike Waltz Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən istefa verdi - Fox News belə bildirir. Onun yerini Trampın xüsusi nümayəndəsi Steven Witkoff tuta bilər. Waltzın müavini Aleks Vonq da işdən çıxarılıb.
Mart ayında Waltz böyük bir qalmaqalın mərkəzində təzahür etmişdi. O, Husilərə zərbələri müzakirə etmək üçün Ağ Evin yüksək vəzifəli məmurları üçün Signal messencerində qrup söhbəti təşkil etmiç, Atlantikin baş redaktoru Cefri Qoldberq də təsadüfən söhbətə əlavə edilmişdi.
Düşünürəm ki, bu istefalar davamlı olacaq. Çünki elə birinci prezidentliyi dövründə də Tramp bir çox yüksək ixtisaslı komanda üzvünü istefaya göndərmişdi. Onun sevdiyi bir ifadə var: "You fired", yəni, "sən işdən çıxarıldın". Çox güman ki, verdiyi vədlərə əməl edə bilməyən Tramp digərlərini günahkar çıxaracaq və bu ifadəni tez-tez səsləndirəcək...
Dadash Ahmadli
TEREF
 
Ardını oxu...
Xəzər dənizinin su səviyyəsinin azalmasının həlli üzrə təşəbbüs irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, təşəbbüsün müəllifi Əməkdar mühəndis, iş adamı Musa Süleymanovdur.

O, ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından Xəzəryanı dövlətlərin rəhbərlərinə müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli cənablar,

Azərbaycan və Xəzəryanı regionun tikinti və dəniz logistikası sektorlarında fəal iştirak edən ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından sizə dərin hörmətimi bildirirəm.

Xəzər dənizinin su səviyyəsinin azalması artıq geri dönməz bir prosesə çevrilməkdədir və bu vəziyyət sahilyanı dövlətlərin iqtisadiyyatı, ekosistemi və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Problemin vacibliyini nəzərə alaraq, biz dənizin su balansının sabitləşdirilməsi məqsədilə konseptual təşəbbüsümüzü təqdim edirik.

Təklifimizin əsas məğzi:

– Qara dəniz (Gürcüstan və ya Rusiya sahili) ilə Xəzər dənizini birləşdirən böyük diametrli (10 metr) yeraltı tunelin tikilməsi.

– Qara dəniz səviyyəsinin Xəzərdən yüksək olmasından istifadə edilərək, suyun təbii qravitasiya üsulu ilə Xəzərə axıdılması (nasossuz).Ekoloji dayanıqlığın və biomüxtəlifliyin qorunması üçün layihənin bütün mərhələlərində müvafiq tədbirlərin görülməsi və monitorinq aparılması.

ADOG şirkəti bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün lazımi resursları səfərbər etməyə hazırdır.

Layihənin strateji əhəmiyyətini nəzərə alaraq, bu təşəbbüsün dövlət səviyyəsində nəzərdən keçirilməsini və səlahiyyətli dövlət orqanlarının ilkin məsləhətləşmələrə cəlb olunması üçün göstəriş verilməsini xahiş edirik. Sizin dəstəyiniz bu təşəbbüsün uğuru üçün həlledici olacaqdır.

Diqqətinizə görə təşəkkür edir, birgə əməkdaşlığa ümid edirik.

Hörmətlə, Musa Süleymanov,
Əməkdar mühəndis
ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri
Globalinfo.az
 
Ardını oxu...
  

Ermənistanın və bütövlükdə türk düşmənlərinin üstünə sanki qaynar su tökülüb. Azərbaycanla İran arasında münasibətlərin bu tezliklə normallaşacağını gözləmirdilər. Diqqət edirsinizmi, İranla guya “müharibə aparan”, amma gizli və açıq şəkildə danışıqları davam etdirən Qərb paytaxtları da Bakı ilə Tehran arasında yaşanan gərginliklərin geridə qalmasını, münasibətlərin yeni fazaya adlamasını görməzdən gəlirlər.

Azərbaycandan İrana qarşı – həm də Güney Azərbaycana, bu coğrafiyadakı 40 milyondan artıq Azərbaycan türkünə qarşı hərbi əməliyyatlar üçün Azərbaycan Respublikasının ərazisindən istifadə etməyə cəhd göstərənlər və Bakıdan heç cür dəstək qazana bilməyənlər üçün arzuolunmaz situasiya yaranıb. Amma Azərbaycan dövləti, onun lideri növbəti dəfə uzaqgörən siyasəti ilə araya üçüncü qüvvələrin girməsinə, suları bulandırıb, balıq tutmalarına imkan vermədi.

Ardını oxu...

Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin çox uğurlu keçdiyini bəyan etməklə bir çoxlarını lal sükuta qərq etdi. Onlar Bakı ilə Tehranın düşmən görmək istəyirdilər. Azərbaycan dövlət başçısı isə bir çoxlarının arzularını gözündə qoydu və iki müsəlman qonşu arasında əldə olunmuş anlaşmalar haqqında nikbin danışdı. Sitat: “Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir”.

Bəli, əsl siyasət düşmənləri dosta çevirməkdir və Azərbaycan özünün qətiyyətli, prinsipial mövqeyi ilə bir çox maneələri dəf edərək, barış, ikitərəfli qarşılıqlı hörmət yolunu seçərək istəyinə nail olub. Qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində prioritetdir. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan region ölkələri ilə - hətta diplomatik münasibətləri olmayan və on illərlə təcavüzkar siyasətindən əziyyətlər çəkdiyi Ermənistanla da normal əməkdaşlığı özündə ehtiva edən əməkdaşlıq formatını – “3 + 3”-ü irəli sürdü. Diqqət edin, Türkiyə və Rusiya ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Ardını oxu...

İllərdən bəri Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının davam etdirilməsi də məhz Azərbaycan dövlət başçısı İlham Əliyevin təşəbbüsləri, həmçinin uzaqgörən siyasəti nəticəsində mümkün olub. 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşlərinin keçirilməsi iki böyük qonşu ilə münasibətlərin inkişafı, qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm hadisələr olub. İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneə qalmayıb, yaxud da xeyli sədlər aşılıb. Hazırda Bakı ilə Tehran arasında əlaqələrin möhkəmləndirilməsi üçün tarixi fürsət yaranıb, İran prezidentinin dostları, qardaşları məmnun edən səfəri və əldə olunan razılaşmalar, verilən mesajlar da bunu təsdiqləyir.

Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə xitab etməsini nə zamansa eşitmişdinizmi? Şəxsən mən belə bir halı xatırlamıram. Azərbaycan və Türkiyə arasında ənənəvi və təbii müraciət formasına çevrilən bu səmimi ifadə artıq Azərbaycan və Türkiyə liderlərinin müraciətində özünə yer alırsa, demək münasibətlərdə yeni dönəmin başladığına şəkk-şübhə ola bilməz. Burada həm də mənəvi tellər var. 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının iştirakçısı olan ölkə başçılarının sammitindəki çıxışında Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanına malik olmamasından təəssüflə danışan Azərbaycan Prezidenti “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, söyləmişdi.

Ardını oxu...

2024-cü ilin yayında İran prezidenti seçilən Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımını atdı. Bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edildi. 15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirmişdi. Göründüyü kimi, milli-mənəvi dəyərlər baxımından liderləri birləşdirən önəmli amillər var və qarşılıqlı “qardaş” kəlməsi sıradan söz deyil. Tarix boyunca qardaşlar arasında nifaq salmağa çalışan, bir çox hallarda buna nail olan mərkəzlər üçün arzuolunmaz vəziyyətdir, amma “karvan öz yolu ilə gedir”, özü də Ağbənd stansiyasından Arazı adlayaraq üzü Naxçıvana və daha sonra qardaş Türkiyəyə doğru…

Ardını oxu...

Kim bilir, bəlkə günün birində elə Azərbaycanın təşəbbüsü və təklifi ilə əhalisinin 60 faizini türklər təşkil edən İran İslam Respublikası da Türk Dövlətlər Təşkilatının ən azı müşahidəçi statuslu üzvü olacaq. Niyə də olmasın? Bir ölkənin ki prezidenti “mənim anam da, atam da türkdür”, deyirsə, türk olmasını fəxarətlə dilə gətirirsə, həmçinin soyu soyundan olan azı 45 milyonun yaşadığı ölkəyə rəhbərlik edirsə, onun Türk Dövlətlər Təşkilatında təmsilçiliyi tam məntiqli olardı. Əgər Azərbaycan və İran İslam Təşkilatı Konfransı, D-8, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlıq edirsə, üstəlik, Azərbaycan və Türkiyə İranın da iştirakı ilə 3+3 formatında əməkdaşlıq təşkilatında bir yerdə olmaqda problem görmürsə, onda İran niyə Türk Dövlətlər Təşkilatında məsələn, Macarıstan kimi müşahidəçi statusla çıxış etməsin? Bu, arada körpü atılmasını sürətləndirə, gərginliyi azaldar, həm də Azərbaycan türklərinin təbii haqlarına qovuşmasını sürətləndirə bilər. Fars şovinistləri və onların həmfikirləri də anlayarlar ki, türklərdən təhlükə gəlmir, türkün olduğu yerdə barış var, yetər ki, onun qüruruna toxunma, səbrini daşırma!

Ardını oxu...
Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

TEREF “Report”a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, hələlik hadisə ilə bağlı yeni təfərrüatlar polis tərəfindən açıqlanmayıb: ”Onun ailəsinə lazimi dəstək göstəririk. Bu istiqamətdə hüquq-mühafizə orqanları iş aparır. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Biz də araşdırmaların nəticələrini gözləyirik”, -deyə o bildirib.
 
Ardını oxu...
Dəməşqin kənarında yerləşən Əşrəfiyyə Səhnaya qəsəbəsində silahlı qruplaşmalarla hökumət qüvvələri arasında yenidən toqquşma olub.
Bu barədə hökumətin təhlükəsizlik xidmətinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, toqquşmalar zamanı təhlükəsizlik xidmətinin 16 əməkdaşı öldürülüb. Silahlı qruplaşmalar bir neçə yolu bağlayıb. Onları təqib etmək üçün qəsəbəyə təhlükəsizlik qüvvələrinin böyük kontingenti gəlib və komendant saatı tətbiq olunub.

“Syria TV” telekanalının məlumatına görə, son bir neçə saat ərzində çox sayda dinc sakin ölüb və yaralanıb.

Qeyd edək ki, ötən gün Suriyanın cənubunda druzlarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

Belə ki, yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib.

Bu gün isə İsrail druzların müdafiəsinə qalxıb və Dəməşqin ətrafına zərbələr endirib.
 

Dünyapress TV

Xəbər lenti