Ardını oxu...
Moskvaya səfərə yollanan Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb.
Bu barədə məlumatı Serbiyanın “Telegraf.rs” portalı yayıb.

Bildirilib ki, təyyarə hazırda Rusiya səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyətinə və təhlükəsizliklə bağlı risklərə görə Moskvaya yollana bilməyib.

Xatırladaq ki, Vuçiçin Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü ilə bağlı paradda iştirakı gözlənilir.

Onu da qeyd edək ki, bu gün Moskvanın bir neçə hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.
Ardını oxu...
Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.
TEREF “Minval”a istinadən xəbər verir ki, mayın 8-də Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər planlaşdırılır. Təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycan səfiri Leyla Abdullayevaya dəvət göndərilməyib.
Aydındır ki, Makronun komandası hər cəhətdən ucuz siyasi hərəkətlərə əl atır ki, bu da hökumətdə heç birmənəvi dəyər və etik normaların olmadığını nümayiş etdirir.
Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə haqqında çox danışmaq olar. Yalnız ən məlum rəqəmlərlə kifayətlənək: Almaniyaya qarşı döyüş əməliyyatlarında 600 min vətəndaşımız iştirak edib. Onlardan 300 mini həlak olub. Azərbaycan hər onuncu vətəndaşını itirib. Ekspertlər Azərbaycan neftinin və logistikasının unikal rolunu təsdiq edirlər.
Ən əsası isə Fransız Müqavimət Hərəkatında Azərbaycan vətəndaşlarının iştirakı faktı var. Əvvəla, bu Əhmədiyyə Cəbrayılovdur. O, Fransanın ən yüksək ordeni ilə təltif edilib. Bundan əlavə, Fransa rəhbərliyi ona Hərbi Xaç, “Döyüş Şücaəti” Xaçı, “Fransız Müqavimət Hərəkatı” medalı, “Cəsarət” medalı verib. Həm də Əhmədiyyə Cəbrayılov Fransa naminə vuruşan yeganə soydaşımız olmayıb.
Lakin görünür Makron hökuməti bütün bunları gözardı etməyi özünə sığışdırmağı bacarır.
 
Ardını oxu...
İnsanlar geri qayıtmaq və ya ləğv edilmiş reyslərə biletləri dəyişmək üçün bir neçə saat orada dayanırlar.
Bir neçə aviaşirkət Moskvadan reysləri ləğv etməyə başladıqdan sonra hava limanında ilişib qalan sərnişinlər bilet kassalarına və daşıyıcı nümayəndələrinə üz tutublar. Şahidlərin sözlərinə görə, gözləmə bir neçə saat davam edə bilər, ona görə də hava limanının əməkdaşları hətta insanlara pulsuz su paylamağa başlayıblar.
Ukrayna PUA-larının kütləvi hücumu Rusiyanın hava limanlarında dəhşətli vəziyyətə səbəb olub.Təyyarə reysləri ləğv olunur,sərnişinlər çox çətin şəraitdə qalıblar.

 
 
 
Ardını oxu...
ABŞ həqiqətən də Çinlə dialoqa getmək niyyətindədirsə, təhdid və təzyiq taktikasından əl çəkməlidir.
Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Jian ABŞ prezidenti Donald Trampın Çin məhsullarına rüsumların gözlənilən azaldılması ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Əgər ABŞ həqiqətən də problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiqlərdən əl çəkməli və Çinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa getməlidir", - deyə Lin Jian qeyd edib.

Tramp əvvəllər demişdi ki, nə vaxtsa Çinə idxal rüsumlarını azaldacaq, çünki bu addım olmadan Vaşinqton və Pekin bir-biri ilə iş görə bilməyəcək.
 
Ardını oxu...
İran Azərbaycan vasitəsilə Gürcüstanla quru əlaqəsi yaratmağı planlaşdırır.

"Referans" xəbər verir ki, bu barədə "Pass" qəzeti yazır.

Erməni nəşri bildirir ki, Ermənistan növbəti dəfə Cənubi Qafqazda reallaşacaq beynəlxalq nəqliyyat dəhlizi layihəsindən kənarda qalacaq.

Daha ətraflı videoda:

 
 
 
Ardını oxu...
ABŞ-ın apellyasiya məhkəməsi prezident Donald Tramp administrasiyasının yüz minlərlə immiqrantın müvəqqəti hüquqi statusunu ləğv etmək tələbini rədd edib.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın “Newsweek” jurnalının məlumatına görə, Boston 1-ci Dairə Apellyasiya Məhkəməsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yüz minlərlə mühacirin hüquqi statusuna xitam vermək cəhdinə etiraz edən immiqrant hüquqları müdafiəçilərinin iddiası ilə bağlı qərar verib.

Məhkəmə keçmiş prezident Co Bayden dövründə başlayan və Ukrayna, Əfqanıstan, Kuba, Haiti, Nikaraqua və Venesuela da daxil olmaqla digər ölkələrdən gələn mühacirlərin ABŞ-da müvəqqəti sığınacaq axtarmasına icazə verən proqramın sona çatmasına icazə verməyib.

Apellyasiya məhkəməsi Daxili Təhlükəsizlik Departamentinin yüz minlərlə immiqrantın hüquqi statusuna xitam verilməsi tələbini rədd edib.

Yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Tramp ABŞ-da doğulan mühacirlərin uşaqlarına avtomatik vətəndaşlıq verilməsi qaydasının ləğv ediləcəyini və Konstitusiyaya bu hüququ verən 14-cü düzəlişin yenidən şərh edilməsi lazım olduğunu bildirib.

Sərhəddəki qeyri-qanuni mühacir axınına sərt tədbirlərlə son qoyacağını bildirən Tramp ölkəyə qanuni immiqrasiyaya icazə verən “CBP One” adlı tətbiqin silindiyini açıqlayıb.

Prezident Tramp ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərini artırmaq üçün yeni sərəncam imzalayıb və həmçinin sərhədə əlavə 1500 əsgər göndərmək qərarına gəlib.

Qadir, Bizimyol.info
 
Ardını oxu...
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyi iki aya Azərbaycanı tərk edəcək.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, prosesin iki ay ərzində tamamlanacağı bildirilir.

Qurumda olan bütün sənədlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir.
 
Ardını oxu...
"General don-dondan" əndirabadi bir açıqlama ;
Xeyli vaxtdır R.Kadırovun Kreml tərəfindən "bitirilməsi" ilə bağlı gəzən söz-söhbətlərə Kadırovdan açıqlama gəlib : --
"Özüm xahiş edirəm ki, məni vəzifəmdən azad etsinlər. Yeni şəxsin öz təşəbbüsləri, öz nəzər nöqteyi olacaq. Ümid edirəm ki, mənim xahişimi dəstəkləyəcəklər”.
O, bu ifadələri “Çeçnya seqodnya” agentliyinə açıqlayıb.
Amma, kimdən xahiş edib, rəsmi istefa ərizəsi yazıb, ya yox, kimlər onun xahişini dəstəkləyəcək , bu haqqda heç nə deməyib.
Başqa yayılan bir məlumatda da deyilir ki, Ramzan öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
Rusiya sözün həqiqi mənasında bataqlıqdır. Gec və ya tez, qurtuluş yoxdur !
Nəriman Abdinov
TEREF

Ardını oxu...
 

ABŞ-də illərlə xalqdan gizli şəkildə varlılar və güclülər üçün yeraltı şəhərlər tikildiyi iddia edilib.

Bu barədə keçmiş ABŞ prezidenti Corc H. V. Buş dövründə nazir müavini olmuş Ketrin Ostin Fitts açıqlama verib.

Onun sözlərinə görə hökumət 21 trilyon dolları məhz fövqəladə vəziyyətlərdə varlıların sığınması üçün nəzərdə tutulan yeraltı bazalara xərcləyib. Fitts bildirib ki, bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda istifadə ediləcək. İddiaya görə, ABŞ-də azı 170 belə gizli obyekt var və bəziləri hətta okeanların altında inşa edilib.

Ketrin Ostin Fitts əlavə edib ki, bu yeraltı bazalar həmçinin ABŞ-nin məxfi kosmik proqramlarına da xidmət edir. Ekspertlərin sözlərinə görə, son illər dünyada artan müharibə riski, iqlim böhranı və pandemiyalar səbəbilə belə sığınacaqlara maraq varlı təbəqə arasında daha da artıb. ABŞ-də daha əvvəl də "D.U.M.B." (Deep Underground Military Bases) adlanan və hökumətin gizli tunel və bazalar şəbəkəsi olduğu iddiaları gündəmə gəlmişdi. Rəsmi Vaşinqton isə bu iddiaları nə təsdiq edib, nə də təkzib.

Ardını oxu...

Qeyd edək ki, Catherine Austin Fitts ABŞ-də tanınmış maliyyə analitiki, investisiya bankiri və keçmiş dövlət məmurudur. O, xüsusilə maliyyə sistemləri, dövlət büdcəsi və "gizli iqtisadiyyat" mövzusunda tənqidi çıxışları ilə tanınır.

Fitts 1990-cı illərdə ABŞ-ın Mənzil və Şəhərsalma Departamentində katib müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə investisiya bankçılığı sahəsində Wall Street-də fəaliyyət göstərib. Sonralar "Solari Report" adlı platformanı quraraq daha çox qlobal maliyyə sistemində korrupsiya, mərkəzi bankların siyasəti və nağdsız cəmiyyətə keçid kimi məsələlər haqqında araşdırmalar aparıb və çıxışlar edib.

Onun fikirlərində tez-tez ABŞ hökumətinin böyük məbləğdə "izsiz" vəsait itkiləri və maliyyə sisteminin insanların hüquqları üzərində nəzarəti gücləndirməsi tənqid olunur. Qeyri-adi iqtisadi şərhlərinə görə bəzi çevrələrdə konspirasiya nəzəriyyələrinə yaxın biri kimi də dəyərləndirilir./Milli.Az

 
 
 
Ardını oxu...
Həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu CHP-nin 4-5 noyabr tarixində keçirilən 38-ci növbədənkənar qurultayında Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “şübhəli” kimi ifadə verib.

İstintaqı aparan prokuror İmamoğluna CHP-nin Ankarada keçirilən 38-ci növbədənkənar qurultayında bəzi partiya təmsilçilərinə imtiyazlar verməsi və qanunsuzluqlara yol verməsi iddiaları ilə bağlı 9 sual verib.

İmamoğlu suallara və şahid ifadələrinə “yalnız” cavab vermək istədiyini bildirib.

Qurultaydan əvvəl CHP sədri Özgür Özəl adına çalışdığına və maddi dəstək verdiyinə dair şahid ifadələrini təkzib edən İmamoğlu, “Şahid deyilən, lakin şahid olmayan eyni 3-5 ad hər dəfə yeni bir faylda yenidən səhnəyə çıxarılır. Onlara mənə qarşı yeni bir böhtan atmaq vəzifəsi qoyulur” deyib.
 

Dünyapress TV

Xəbər lenti