![]() |
![]() ![]() ![]() |
|
Haaqa yaxınlığındakı Rijsvijk şəhərində otelin terrasında güllələnən Türkiyənin iş adam Cəmil Önal olduğunu Niderland polisi təsdiqləyib.
Musavat.com komp1.guru saytına istinadən xəbər verir ki, Hollandiya Milli Polisinin sözçüsü Mişel Molenaar “öldürülən şəxsin 41 yaşlı Cəmil Önal olduğunu təsdiqləyirik. Şübhəli şəxslərlə bağlı istintaq tam sürətlə davam edir. Bu məqsədlə istintaq qrupu yaradılıb” deyib. Məlum olub ki, Cəmil Önal öldürülməzdən əvvəl o, rəsmilərə xəbərdar edibmiş ki, türk siyasətçilərinə qanunsuz qumar sindikatı adından rüşvət ötürüldüyü barədə məlumat olduğu üçün həyatı təhlükədədir. Cəmil Önal daha əvvəl mediaya açıqlamasında qeyri-qanuni qumar sindikatı adından türk və Şimali Kipr siyasətçilərinə əhəmiyyətli ödənişlər etdiyini bildiribmiş.
Onal bu barədə sui-qəsdən cəmi bir neçə gün əvvəl “Follow the Money” nəşrinə hücuma məruz qalacağını gözlədiyini deyibmiş. Onun vəkilinin dediyindən belə anlaşılıb ki, bu barədə Niderland hakimiyyətinə məlumat veriblər. Şəxsi təhlükəsizliyi ilə bağlı adının çəkilməsini istəməyən vəkil “bu ciddi təhlükə barədə bir neçə dəfə prokurorluğa məlumat verilib” deyib. Niderland prokurorluğu Önal və vəkilindən təhdid barədə məlumat aldıqlarını təsdiqləyib.
Türkiyə rəsmiləri 2022-ci ildə qeyri-qanuni qumardan ayda təxminən 80 milyon dollar qazandığı iddia edilən türk əsilli iş adamı Halil Fəlalinin qətlinin suçlusu kimi Önalın adını çəkib.
Önal isə bildirib ki, Fəlalinin qətli ilə heç bir əlaqəsi yoxdur. Hollandiya polisi 2023-cü ilin dekabrında Türkiyədən beynəlxalq order əsasında Önalı həbs edib. Amma onu ölkəsinə ekstradisiya etməyib. Həbsxanadan 20 saatdan çox eksklüziv müsahibə verən Önal qumar biznesinin görünməmiş təfərrüatlarla jurnalistlərə açıqlayıb. Fevral ayında araşdırma dərc edildikdən bir ay sonra Önal həbsdən buraxılıb. Önal jurnalistlərə deyib ki, o, Fəlali adından Türkiyə və Şimali Kiprdə hakim partiya siyasətçilərinə ayda təxminən 15 milyon dollar ödəniş edib.
Önal bir müddət əvvəl Şimali Kiprdə çıxan “Bugün Kıbrıs” qəzetinə danışaraq, rüşvət iddialarını təkrarlamışdı. Önalın iddialarından türkiyəli müxalifəti hökumətə qarşı istifadə etməyıə cəhd edib. AKP deyilənləəri “qara kampaniyası” adlandırıb. Türkiyə Xarici İşlər Nazirliyi iddiaların "əsassız" olduğunu bildirib və hüquqi addım atmaqla hədələyib.
Musavat.com
Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dara Moskvanın Nyu-Deli və İslamabad arasında vəziyyətin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin teleqram kanalında telefon danışığının nəticələrinə dair məlumatda deyilir.
“Xüsusi diqqət Nyu-Deli və İslamabad arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına yönəldilib. Rusiya tərəfindən İslamabad və Nyu-Delinin qarşılıqlı istəyi olduğu təqdirdə, 22 aprel tarixində Pahalqam şəhəri yaxınlığında terror aktı nəticəsində yaranmış vəziyyətin siyasi nizamlanmasına yardım etməyə hazır olduğu vurğulanıb”, – nazirlikdən bildirilib.
Pakistanın qurumunda isə öz növbəsində qeyd ediblər ki, nazir İshaq Dar telefon danışığı zamanı Hindistanın əsassız ittihamlarını və Pakistana qarşı təhrikçi ritorikasını rədd edib, Nyu-Delinin Hind Suları Müqaviləsinin fəaliyyətini dayandırmaq üçün birtərəfli və qanunsuz addımını pisləyib ki, bu da onun beynəlxalq öhdəliklərinin pozulmasıdır.
“Pakistanın regional sülhə sadiqliyini təsdiqləyərək, nazir vurğulayıb ki, Pakistan öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edəcək. O həmçinin Pakistanın beynəlxalq, şəffaf və müstəqil araşdırma aparılması təklifini çatdırıb”, – Pakistan XİN-in mətbuat xidmətindən bildirilib.
Pakistanın BMT-dəki daimi nümayəndəsi Hindistanla artan gərginlik, Cəmmu və Kəşmirdəki son hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında fövqəladə iclasın keçirilməsini tələb edib.
Bu barədə “Report”un ABŞ bürosuna Pakistanın BMT-dəki missiyasının mətbuat müşaviri Amanat Əli məlumat verib.
A. Əli bildirib ki, regional mühitin pisləşməsi və Hindistanla Pakistan arasında gərginliyin artması, xüsusilə də Cəmmu və Kəşmirdəki vəziyyətin həm regional, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratması səbəbi ilə Pakistan BMT Təhlükəsizlik Şurasının təcili qapalı məsləhətləşmələrinin keçirilməsini rəsmi şəkildə tələb edib.
Məlumata görə, Pakistanın BMT-dəki daimi nümayəndəsi səfir Asim İftixar Əhməd bazar ertəsi günortadan sonra keçiriləcək iclasdan sonra Təhlükəsizlik Şurasının nəzarət zonasında bəyanatla çıxış edəcək.
Qeyd edək ki, aprelin 22-də Hindistanın nəzarətində olan Cəmmu və Kəşmirin Pahalqam bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölmüş, çox sayda insan yaralanmışdı.