Ardını oxu...
  

İranda elektrik stansiyasında güclü partlayış olub.

Musavat.com xəbər verir ki, hadisə Tehran yaxınlığındakı böyük şəhərlərdən biri olan Kərəcdə baş verib.

Məlumata görə, demək olar ki, eyni vaxtda Tehranın qərbində, 8 km dərinlikdə 4,0 bal gücündə zəlzələ qeydə alınıb.

 

 
 
 
 
 

 

Musavat.com

 
 
 
  

Rusiyanın Krasnodar diyarının Gələncik şəhərində baş verən sürüşmə nəticəsində Qırğızıstan vətəndaşları həyatlarını itirib.

Musavat.com xəbər verir ki, məlumatı Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, "Rusiyanın səlahiyyətli orqanlarından alınan məlumata görə, Gələncikdə tikinti obyektlərindən birində tikinti işləri aparılarkən qruntun çökməsi baş verib, nəticədə 3 işçi - Qırğızıstan vətəndaşı dağıntılar altında qalıb".

Xarici İşlər Nazirliyi əlavə edib ki, Qırğızıstan səfirliyi Rusiyanın səlahiyyətli orqanları ilə əlaqə saxlayır.

Qeyd edək ki, Gələncikdə tikinti işləri zamanı qaya uçub, 4 nəfər xəsarət alıb. Bir qurban sınıq və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib, üçü dağıntılar altında qalıb.
Rusiyanın Krasnodar İstintaq Komitəsi çökmə faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 216-cı maddəsi (tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, aprel ayında Rusiyada qırğızların işlədiyi və yaşadığı yerlərə Rusiya polisinin əsassız basqınları qeydə alınıb. Basqınlar zamanı çoxsaylı Qırğızıstan vətəndaşına qarşı zorakılıq və qəddarlıq nümayiş etdirilib. Bununla bağlı Qırğızıstan XİN Rusiyaya nota verərək günahkarların cəzalandırılmasını tələb edib.

Musavat.com



İstanbulda güclü zəlzələnin baş vermə ehtimalı son günlər müzakirələrin mərkəzindədir. Lakin bu barədə yayılan proqnozlar bir-birini təkzib edir. Bəzi mütəxəssislər yaxın gələcəkdə İstanbulda dağıdıcı zəlzələ olacağını bildirərkən, digərləri bunun elmi əsasının olmadığını vurğulayır.

Türkiyəli zəlzələ eksperti, professor Şənər Üşüməzsoyun fikrincə, İstanbulda böyük zəlzələ təhlükəsi artıq geridə qalıb. Onun sözlərinə görə, 23 aprel tarixində baş verən 6,2 maqnitudalı zəlzələ zamanı Mərmərə dənizində aktiv fay xəttinin bir hissəsi qırılıb və bu, böyük zəlzələ ehtimalını azaldıb:

“Bu mövzuda deyilənlər şayiə xarakterlidir. Mərmərə fay xəttinin əhəmiyyətli hissəsi 1894 və 1912-ci illərdə qırılıb. Hazırda qırılmamış yalnız 50 kilometrlik bir hissə qalır. Onun da bir qismi aktiv deyil, yəni ‘ölü xətt’ hesab olunur. Hətta bu xətt qırılsa belə, maksimum 6,2 bal gücündə zəlzələ baş verə bilər”.

Professor Üşüməzsoy həmçinin Türkiyənin qərb və şərq bölgələrində zəlzələ riski qalmaqda davam etdiyini bildirib. O, xüsusilə Şərqi Anadolu və Şimal-Şərqi Anadolu fay xətlərinə diqqət çəkərək bu xətlərin Azərbaycan da daxil olmaqla qonşu ölkələrə qədər uzandığını vurğulayıb:

“Bu fay xətləri böyük deyil, ancaq çoxsaylı qırılma nöqtələrindən ibarətdir. Onların yaşayış məntəqələrinə yaxın ərazilərdə aktivləşməsi 6,5-7 bal gücündə zəlzələlərə səbəb ola bilər və nəticələr dağıdıcı ola bilər”.

Türkiyəli tanınmış geoloq və seysmoloq Celal Şengör isə Türkiyədə baş verə biləcək zəlzələlərlə bağlı ciddi xəbərdarlıq edib. Onun proqnozları xüsusilə İstanbul və ətraf bölgələr üçün narahatedici ssenarilər ortaya qoyur. Şengör son günlər baş verən zəlzələləri şərh edərkən deyib ki, bu, İstanbulda gözlənilən böyük zəlzələnin xəbərçisi ola bilər:

“6,2 bal gücündə bir zəlzələnin ardından ondan zəif təkanların olması gözlənilən bir haldır. Lakin bundan sonra 6,2-dən daha güclü bir zəlzələ və ya zəlzələlər baş verərsə, bu, İstanbulda gözlənilən böyük zəlzələnin öncüsü ola biləcəyi ehtimalını daha da gücləndirir,” - deyə bildirib. Onun fikrincə, İstanbul yaxınlığında, xüsusilə Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir.

Geoloq əlzələnin Yeşilköy və Tuzla kimi bölgələrdə 9 bal gücündə hiss ediləcəyini, təxminən 2 dəqiqə davam edəcəyini və nəticələrinin çox ağır olacağını vurğulayıb. Onun sözlərinə görə, belə bir zəlzələ nəticəsində 60-70 min bina tamamilə dağılmasa da, ciddi zərər görəcək və xilasetmə tədbirləri üçün küçələrə giriş çətinləşəcək:

“Zəlzələdən sonra ən böyük fəlakət yanğınlar, talanlar və infrastruktur problemləri olacaq. Zəlzələdən sağ çıxanlar yaşadıqları dəhşətli vəziyyətlərə görə ”kaş öləydik" deyəcəklər". O həmçinin vurğulayıb ki, Mərmərədəki zəlzələ zamanı yer sürüşməsi baş verərsə, böyük sunami riski yaranacaq.

Beləliklə, ekspertlərin açıqlamaları fonunda aydın olan odur ki, İstanbulda böyük zəlzələnin olub-olmayacağına dair yekdil elmi rəy yoxdur. Cəmiyyət isə hansı proqnoza inanacağı mövzusunda çaşqınlıq içindədir. Hər kəsi düşündürən bir sual var:  İstanbula dağıdıcı zəlzələ təhlükəsi sovuşubmu?

Ardını oxu...

Qurban Yetirmişli 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu təkanlar, əslində, Mərmərə dənizində baş verib və İstanbulda hiss olunub.

Seysmoloqun sözlərinə görə, İstanbul və ətrafı üç böyük tektonik plitənin - Ərəbistan, Afrika və Avrasiya plitələrinin - təzyiqi altında olan ən aktiv seysmogen bölgələrdən biridir. “Burada sıxılmalar gedir, Azərbaycan kimi deyil. Güclü yeraltı təkanlar baş verir,” - deyə o bildirib.

Qurban Yetirmişli həmçinin qeyd edib ki, Egey dənizinin həm Yunanıstan, həm də Türkiyə tərəfində baş verən zəlzələlər bir-biri ilə əlaqəlidir və bu bölgələr seysmoaktiv zonalardır: “Son zəlzələdən sonra 4,5-5,1 bal gücündə beş təkan qeydə alınıb və ondan sonra da saysız-hesabsız təkanlar davam edib. Bu proses bir neçə ay ərzində - bir, iki, üç ay ərzində - xırda təkanlar hesabına gərginliyin boşalması ilə davam edə bilər”. 

Ardını oxu...

Ənvər Əliyev

Ekoloq-seysmoloq Ənvər Əliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, Türkiyədəki zəlzələlərlə bağlı verilən proqnozların heç birinin elmi əsası yoxdur: “Heç dünya elmi deyə bilmir ki, seysmik zonalarda zəlzələ nə zaman olacaq və hansı gücdə olacaq. Bunu söyləmək qətiyyən mümkün deyil. Belə proqnoz verən tədqiqatçılar özlərinə hörmət etmirlər. Mükəmməl seysmoloq heç vaxt əvvəldən belə proqnoz verə bilməz. Tarixən Aralıq və Mərmərə dənizinin sahilləri zəlzələlərlə müşahidə olunub. Amma bu, o demək deyil ki, insanları qarşıda qorxunc zəlzələ gözləyir. Olmaya da bilər. Əgər güclü tədqiqat aparılmışdısa, Yunanıstanda zəlzələ olanda niyə zəlzələ ocağının Mərmərə dənizi tərəfə keçdiyini əvvəldən demirdilər? Seysmik stansiyalar bunu qeyd etmədi. Çünki yeri dəqiq deyə bilmirlər. 

Celal Şengörün açıqlamaları insanları qorxuda saxlayır. Mən hələ bir dəfə onun elmə əsaslanan fikrini eşitməmişəm. Bu, düzgün deyil. Ərazi seysmik zonada yerləşir, hər dəqiqə zəlzələ ola bilər. Fasiləsiz olaraq Afrika və Ərəbistan yarımadaları o əraziləri sıxır, nəticədə dalğalar yaranır. Amma bu dalğalar çox nadir hallarda güclü ola bilər. Güclü, dağıdıcı, uzunmüddətli  zəlzələlərin olması ilə bağlı qanunauyğunluq yoxdur. Bu situasiyada fantastik, dağıdıcı zəlzələlər ola bilməz. Doğrudur, İstanbul yeraltı silkələnmədən sığortalanmayıb. Daima tədbir görülməlidir. Orada 7-8 bala tab gətirilən evlər tikilməlidir. Çünki insanlar ən çox dağıntı altında qalıb ölürlər. Bütün bunlar mükəmməl olsa, hələlik qorxu yoxdur. Bu ərazilərin ümumi seysmoloji qanunauyğunluqlarına əsasən bu fikri yürütmək olar". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Ardını oxu...
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsinə öz hava məkanlarından uçmağa icazə verildiyi iddiaları ilə bağlı açıqlama verib.

Keçeli öz çıxışında həmin iddiaları təkzib edib.

“İsrail Baş nazirinin təyyarəsinə uçmağa icazə verildiyi barədə iddialar tamamilə səhvdir. Bu istiqamətdə bizə heç bir müraciət daxil olmayıb” , – o bildirib.

“Qafqazinfo
Ardını oxu...
Atışma bu gün, mayın 3-də səhər tezdən Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınlığında, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin evinin yaxınlığında baş verib.

Zurabişvilinin özünün “Facebook” səhifəsində verdiyi məlumata görə, səkkiz atəş açılıb, güllələrdən biri evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Onun sözlərinə görə, səhər saat 04:20 radələrində onlarla insanın iştirakı ilə qışqırıqlarla müşayiət olunan və atışma ilə bitən kütləvi dava olub.

“Bu gecə pəncərələrimin qarşısında baş verənlər məni düşündürür… Söhbət təkcə mənim şəxsi təhlükəsizliyimlə bağlı deyil – bütün şəhərin təhlükəsizliyi məsələsidir”, – deyə Zurabişvili yazıb.

O, güllələrin düşdüyü yerləri əks etdirən fotoşəkilləri dərc edərək, dövlət himayəsindən məhrum olduğunu da xatırladıb.

Gürcüstan Daxili İşlər Nazirliyi naməlum şəxslər arasında münaqişənin baş verdiyini, iki nəfərin odlu silahla yaralandığını təsdiqləyib. İdarədən verilən məlumata görə, şübhəli şəxs müəyyən edilib və onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Musavat.com
 
Ardını oxu...
Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputatı Aleksey Sandıkov Qələbə Günü münasibətilə keçiriləcək rəsmi tədbirlərdə iştirak etmək üçün 7–10 may tarixlərində Moskvaya ezam olunacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistan parlamentinin sədri tərəfindən imzalanmış rəsmi sərəncamda yer alıb.

Ezamiyyət çərçivəsində Sandıkov Qələbə Paradı və digər rəsmi görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, Alen Simonyan Ermənistanda qatı anti-Rusiya mövqeyi ilə seçilən siyasətçilərdən sayılır.

Musavat.com
 
 
 
Ardını oxu...
 

Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində gözlənilməz pisləşmə baş verib.

Musavat.com xəbər verir ki, bu hadisə onun ABŞ-ın Florida ştatına səfəri zamanı qeydə alınıb və o, planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə ölkəsinə qayıdıb.

Dövlət telekanalı RTS-in məlumatına görə, prezidentin geri qayıtması qərarı həkimlərlə məsləhətləşmələrdən sonra verilib. Vuçiçin səhhəti ilə bağlı dəqiq təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, prezident bir müddət əvvəl 9 Mayda Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəyini bəyan etmişdi. Onun bu planı Avropa Komissiyasında ciddi narahatlıq doğurmuşdu.

Musavat.com

Ardını oxu...
Ermənistanın Alaverdi şəhərinin Sənahin stansiyası ərazisində müvəqqəti metal körpü quraşdırılıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.

O bildirib ki, keçən il baş verən sel nəticəsində körpü tamamilə dağılıb. Yeni metal körpü İran tərəfindən bağışlanıb və hazırda avtomobillər üçün açıqdır.
Ardını oxu...
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərindən biri İrəvandakı hoteldə ölü tapılıb.
Bu haqda “News.am” yazıb.

Nəşrin məlumatına görə, avropalı məmur ürək tutması nəticəsində ölüb.

Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib.
 
 
 

Dünyapress TV

Xəbər lenti