Ardını oxu...
Martın 3-də ABŞ prezidenti Donald Tramp amerikalılara Rusiya prezidenti Vladimir Putindən yox, miqrasiya cinayətkarlarından narahat olmağı tövsiyə edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Truth Social adlı şəxsi səhifəsində vətəndaşları qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə haqqında daha çox düşünməyə çağırıb. Onun fikrincə, bunun sayəsində yüz minlərlə mühakimə olunmuş cinayətkar Baydenin dövründə ölkəyə daxil olub. Əks halda, Tramp bildirib ki, Birləşmiş Ştatlar islamçıların dinc əhaliyə qarşı terror hücumları və digər zorakı cinayətlər törətdiyi Avropa ölkələri kimi sonunu riskə atacaq.

Martın 2-də liberal televiziya kanalı CBS News-in yaydığı sorğu nəticələrinə görə, amerikalıların 46 faizi Trampın Ukraynadakı münaqişədə Rusiya prezidenti Vladimir Putini dəstəklədiyinə inanır.
 
Ardını oxu...
ABŞ-nin maksimum təzyiq siyasəti İran üçün problemlər yaradır, amma İran xalqı Vaşinqtonda danışıqlar zamanı Ukraynanın yaşadığı rüsvayçılığın şahidi olmağa hazır deyil.

Teleqraf xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani deyib.

“Danışıqlar xoş niyyətin təzahürüdür və “maksimum təzyiq” bizim üzərimizdə artıq sınaqdan keçirilib. Bəli, bu, bizi narahat edir, amma biz Ukrayna xalqının öz prezidentinə (Volodimir Zelenski) qarşı yaşadığı təhqirin şahidi olmağa hazır deyilik”, - Mohacerani ABŞ ilə vasitəçilər vasitəsilə danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında İrana maksimum təzyiq siyasətini bərpa edən fərman imzalayıb. Artıq bu çərçivədə İranın bir sıra neft müəssisələri və bu ölkənin neft daşınmalarında iştirak edən gəmilərinə qarşı sanksiyalar tətbiq olunub.
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna torpağından bir parça belə vermədiyini iddia edib.

Bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Putin Rusiyasına Ukrayna torpağından bir parça belə verməyən yeganə prezident Donald Trampdır. Zəif və təsirsiz demokratlar tənqid edəndə, saxta media onların hər sözünü sevinclə yayanda bunu unutmayın”, - Tramp qeyd edib.

ABŞ prezidenti ardınca başqa bir qısa mesaj da yazıb: “Sabah gecə vacib olacaq. Mən sizə hər şeyi olduğu kimi danışacağam”.

İkinci qeydin Ukraynaya, yoxsa ABŞ-nin daxili siyasətinə aid olduğu bəlli deyil.
 
Ardını oxu...
Fransa Prezidenti Emmanuel Makron Avropanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə ölkənin nüvə çəkindirmək qabiliyyətinin Avropa ölkələri ilə bölüşülməsi təklifini irəli sürüb.

Reuters xəbər verir ki, o, Avropanın "daha böyük muxtariyyətə" doğru irəliləməsi üçün müdafiə və nüvə çəkindiriciliyi məsələlərində müzakirələrə başlanmasının vacibliyini vurğulayıb.

Fransa hazırda Avropa İttifaqında öz nüvə silahına malik yeganə ölkədir. Makronun təklifi Fransanın nüvə potensialının digər Avropa ölkələrinin müdafiəsi üçün istifadə edilməsini nəzərdə tutur. Ekspertlər deyir ki, bu addım Avropanın müdafiə qabiliyyətini artırmaq və qitənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Lakin bu təklif müxtəlif reaksiyalara səbəb olub. Fransanın müxalifət lideri Marin Le Pen, əə nüvə silahının milli suverenliyin əsas elementi olduğunu bildirərək, onun yalnız Fransa tərəfindən idarə edilməli olduğunu qeyd edib. O, nüvə çəkindiriciliyinin paylaşılmasının və ya ötürülməsinin yolverilməz olduğunu vurğulayıb.

Fransanın müdafiə naziri Sebastyan Lekornu isə Makronun mövqeyini dəstəkləyib, ölkənin nüvə çəkindirmə qabiliyyətinin Avropanı əhatə etdiyini, lakin onun idarə edilməsinin yalnız Fransa prezidentinin səlahiyyətində olduğunu təsdiqləyib. O, nüvə çəkindiriciliyinin Fransanın həyati maraqlarını qoruduğunu və bu maraqların yalnız dövlət başçısı tərəfindən müəyyən edildiyini bildirib.

Avropanın digər ölkələrindən də müxtəlif reaksiyalar gəlib. Bəzi ölkələr Makronun təklifini Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Digərləri isə nüvə çəkindiriciliyinin paylaşılmasının milli suverenlik və təhlükəsizlik məsələlərinə təsir göstərə biləcəyini düşünərək ehtiyatla yanaşıblar.

Müşahidəçilər deyir ki, Makronun təklifi Avropanın müdafiə siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər. Lakin bu istiqamətdə atılacaq addımlar Avropa ölkələri arasında geniş müzakirələr və razılaşmalar tələb edir.

Qeyd edək ki, Fransa hazırda təxminən 290-300 nüvə başlığına malikdir və bu göstərici onu dünyanın üçüncü ən böyük nüvə gücü edir. Fransa nüvə silahlarını həm hava bazalı (Rafale qırıcı təyyarələri vasitəsilə), həm də dəniz bazalı (ballistik raketlərlə təchiz olunmuş sualtı qayıqlar vasitəsilə) daşıya bilir. Ölkə 1960-cı ildən nüvə silahına sahibdir və bu qüvvə tamamilə milli suverenlik əsasında idarə olunur.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada dünya liderləri ilə görüşlərdən sonra Londonda jurnalistlərin suallarını cavablandırıb

BBC xəbər verir ki, o, ölkəsinin mübariz ruhunu qoruyub saxlamalı olduğunu vurğulayıb.

"Əgər ruh yüksəkliyimizi itirsək, hər kəsi yarı yolda qoyarıq", – deyə Zelenski bildirib.

O, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun Ukraynada atəşkəsə nail olmaq üçün hazırladıqları dörd mərhələli sülh planını müsbət dəyərləndirib. Lakin o, kompromis olmadan müharibəni bitirməyin çətin olduğunu vurğulayıb.

"Azadlıqlarımız və dəyərlərimiz satılmır", - deyən Zelenski Ukraynanın prinsipial mövqeyindən geri çəkilməyəcəyini bildirib. Bununla belə, ölkəsinin faydalı qazıntılar sahəsində razılaşmalar imzalamağa hazır olduğunu vurğulayıb.

Ukrayna lideri ABŞ və digər müttəfiq ölkələrə dəstəyə görə bir daha təşəkkür edib. O qeyd edib ki, dünya liderləri ilə açıq görüşlərdən əlavə, qapalı müzakirələr də aparılır və bu proseslər müharibənin gələcək gedişatında mühüm rol oynayır.

BBC diqqətə çatdırıb ki, Zelenskinin Trampdan üzr istəmək və ya Oval kabinetdə baş verənlərlə bağlı təəssüfünü ifadə etmək niyyəti yoxdur.

Zelenski vurğulayıb ki, Ağ Evə getmək üçün on saatdan çox vaxt sərf edib və onun səfəri özlüyündə hörmət əlaməti olub. O, həmçinin “heç kəsi təhqir etmədiyini” və Oval kabinetdə yaranan mübahisənin heç bir tərəf üçün müsbət olmadığını bildirib.
 
Ardını oxu...
  

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bağlanmazdan əvvəl Ermənistana vəd edilmiş 250 milyon dolların demək olar ki, yarısını köçürə bilib.

Bu barədə “ Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

2024-cü ildə ölkə USAID ilə ümumi qrant sazişi paketindən 110 milyon dollar alıb.

"Ümumi məbləğin təxminən 60 milyon dolları "iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi"nə, 18,9 milyon dollar "səmərəli idarəetmə" üçün dövlət aparatına, 13,6 milyon dollar vətəndaş cəmiyyəti və mediaya yönəldiləcək. Eyni zamanda, humanitar yardıma 1 milyon dollar ayrılır", - nəşr qeyd edib.\\report.az

 
 
 
Ardını oxu...
Bu gün minlərlə israilli baş nazir Benyamin Netanyahunun ailəsinin yaşadığı evinin yaxınlığında toplaşaraq aksiya keçirib.
Onlar hökuməti HƏMAS ilə danışıqları davam etdirməyə və Qəzzada qalan girovları azad etməyə çağırıb.

Nümayişdə 4 ilə 7 min arasında insanın iştirak etdiyi bildirilir.

İsrail polisinin məlumatına görə, etirazçılar nəqliyyat vasitələrinin nasazlığını əsas gətirərək yolları öz maşınları ilə bağlayıblar və nəticədə tıxac yaranıb.

Nümayişçilər od və məşəl yandırdılar ki, bu da polisin fikrincə, nümayişçilərin özləri və ətrafdakılar üçün təhlükəli idi.
 
Ardını oxu...
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uots bildirib ki, Ukrayna münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların tərkib hissəsi kimi ərazi güzəştlərinə gedə bilər.

APA xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə CNN-ə müsahibəsində bildirib.

“Bu, şübhəsiz ki, təhlükəsizlik zəmanətləri müqabilində hansısa ərazi güzəştləri olacaq. Bu, əvvəlki danışıqlarda müzakirə olunub. Zəmanətlər müvəqqəti yox, daimi olmalıdır və onlara Avropa rəhbərlik etməlidir”, - Uolts vurğulayıb.

Onun sözlərinə görə, Kiyev hələlik konkret təkliflərə hazır deyil və bu, Vaşinqtonda məyusluq yaradır.

Uolts həmçinin qeyd edib ki, Ukrayna NATO-ya üzv olmayacaq, çünki bu, avtomatik olaraq ABŞ-ni münaqişəyə cəlb edəcək.
 

 
Ardını oxu...
Noyabrın 9-da, ABŞ seçkilərindən bir neçə gün sonra demişdim: Ən keçərli planlardan biri ikili şantajdır. Bu, Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur: yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək. Məsələn, Donald Tramp Rusiyaya deyə bilər ki, Amerikanın şərtləri çərçivəsində anlaşmasa, Ukraynaya bütün müasir silahları verəcək. Eyni zamanda Ukraynaya bildirər ki, bizim şərtlərlə razılaşmasanız hərbi yardımları dayandırarıq. İndiki dövrdə münaqişənin dondurulması daha real görünür və məsələnin kökündən həlli mümkün deyil. Sadəcə olaraq qarşılıqlı güzəştlər çərçivəsində savaş dondurula bilər.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli 28 fevralda Ağ Evdə Ukrayna və ABŞ liderləri Zelenski və Tramp arasında baş verən qalmaqal haqda qeyd edib.

O bildirib ki, ABŞ-da, Ağ Evdə baş verən Tramp-Zelenski “söz davasının” nəticələri haqqında soyuq başla düşünmək çətindir, amma başqa yol da yoxdur:

“Çünki baş verənlər dünyanın gələcəyinə, o cümlədən bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək. Problem odur ki, Ukrayna müharibə aparmaq istəyirsə, ABŞ-a möhtacdır, yox, bu məsələnin sülh yolu, danışıqlarla həllinə çalışacaqsa, yenə ABŞ vazkeçilməzdir.

Ağ Evdə baş verənlərin ən böyük üzücü nəticəsi odur ki, bu hadisə Putinin işinə yaradı. Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi, danışıqlara getdi, Zelenski isə emosiyalarının deyil, Avropalı dostlarının qurbanı oldu.

Bu günün Avropası Trampın və komandasının ideoloji düşmənidir, 4 illik dözə bilərlər, amma respublikaçılar uzun müddət hakimiyyətdə qalsa, növbəti seçkilərdə hakimiyyət Münhendə Avropa elitasının üzünə tüpürən Ceyms Vens keçsə, bu, artıq Avropanin indiki elitası üçün dəhşət olacaq. Çünki uzun illər apardıqları axmaq siyasətin köləsinə çevriliblər, Avropada da sürətlə sağ, konservativ siyasi cərəyanlar güclənir”.

N.Cəfərli qeyd edib ki, Münhendə ABŞ-ın Avropaya qarşı tutumu, sonradan Avropanın masadan kənarda qalması “elitanı” qəzəbləndirdi, onlar da Ukrayna əsgərinin canı-qanı hesabına masada yer almağa çalışırlar, bunun üçün Zelenskidən istifadə edirlər:

“Üzücü mənzərədir. İndi Putin, “Mən danışmağa, anlaşmağa, hətta güzətlərə razıyam”, deyir, Trampa, “Görürsən, problem Ukraynada, Avropadadır”, söyləyir. Deməli, “ikili şantaj” metodunun Ukrayna ayağı işə düşür – Moskvanın istədiyi də bu idi. Əgər Zelenski ABŞ-la anlaşsaydı, Avropanın gedərayaq öz maraqlarını düşünən kif basmış “elitasını” dinləməsəydi, bu metodun Rusiya “ayağı” işə düşəcəkdi. Amma hələ də gec deyil, hələ də vəziyyəti düzəltmək olar.

Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dır, Ukrayna da, Rusiya da uduzub, sadəcə, bu məğlubiyyəti normal rəsmiləşdirmək lazımdır.

Avropa “siyasi impotentdir”, birləşə, birgə siyasət yürüdə bilmir, Putinin güclənməsinə, harınlamasına səbəb olan da onlardır.

Avropa nə vaxt birləşibsə, Rusiyanın üzərinə gedib, amma məğlub olub. İmperator Napolion Avropanı birləşdirdi, Rusiyaya doğru yürüdü, Moskvanı da aldı və yandırdı, amma sonra məğlub oldu. Ruslar Parisə qədər gəldilər, Avropada gücləndilər. Sonra Hitler eyni şeyi etdi, yenə məğlub oldu, Rus İmperiyasının adı dəyişən, məğzi dəyişməyən SSRİ adlı yeni formatı yenə gücləndi, Avropanın yarısına sahib oldu. Səbəbi çox sadədir – zalım uşaqları ölməyə-öldürməyə hazırdırlar, toplum olaraq o kafanın sahibidirlər.

Amma hər dəfə Avropa nə vaxt Rusiyanın üzərinə gedibsə, bundan yenə ABŞ qazanıb. İndi ABŞ əlini çəksə, Avropa Rusiya ilə vuruşmağa, ölməyə hazırdırmı?! Məncə yox, dərdləri heç Ukrayna da deyil, yeni qurulan “geo-iqtidsadi” təməllər üzərinə inşa edilən dünya düzənində yer almaqdır. Ağılları olsaydı, Türkiyəni 30 il AB qapısında saxlamazdılar, bu gün Türkiyə AB üzvü olsaydı, öz arxasınca Avropanı apara bilərdi – çünki Avropa coğrafiyasında dövlət maraqlarına görə ölməyi, vuruşmağı, qalib gəlməyi gözə alan bircə ölkə var ki, o da Türkiyədir.

Xülasə, Rusiyanı qucaqlayıb boğmaq, iqtisadi olaraq çökdürməkdən başqa yol yoxdur. ABŞ bu gün məhz belə yanaşmanı ortaya qoyur, Reyqanın etdiyini edir, amma hələ də köhnə dünyanın gündəliyi ilə yaşayan “sol-psevdo-liberal” Avropa elitası bunu anlaya, bununla barışa bilmir.

Bu gün Lodonda Ukrayna üçün toplandığı görünən Avropa, əslində, özü üçün, öz problemlərini həll etmək üçün toplanıb. Ciddi qərarlar çıxacağını, birləşib Rusiyanın üzərinə yürüyəcəklərini düşünmürəm, amma möcüzə baş versə, elə qərar çıxsa belə, yenə udan ABŞ olacaq – kənarda gözləyib həm Rusiya, həm də Avropa ilə alverini edəcək (1933-1943-cü illər arası olduğu kimi), sonra qan və güc itirən Avropa və Rusiyaya öz maraqlarını diktə edib, “ağ köynəkli” lider, “ağsaqqal” olub, yenə ən karlı çıxan ölkə olacaq.

Anlayın ki, ABŞ siyasəti fərdlər deyil, Tramp deyil, funksiyadır, illərlə hazırlanan planları həyata keçirən funksiya”.
 
 


 
Ardını oxu...
Bu sualı verən jurnalist Braian Qlenn idi – MAGA hərəkatının aktivisti, COVID-19 haqqında dezinformasiyalar, konspirasiya nəzəriyyələri və QAnon kimi mövzulara yer verən ifrat sağçı kabel və peyk telekanalı Real America's Voice-un nümayəndəsi.
Ardını oxu...
O, Ağ Evin mətbuat hovuzunda yerini Associated Press kimi dünyanın ən böyük xəbər agentliklərindən birinin qovulmasından sonra aldı. Qlenn, ifrat sağçı və Tramp tərəfdarı konqresmen Marjori Teylor Qrin ilə yaxın münasibətdədir. Qrin, o cümlədən, Ukraynaya yardımla bağlı bütün qanun layihələrinə qarşı səs verməsi ilə tanınır.
Ardını oxu...
Джавид Дамирли
TEREF
 

Dünyapress TV

Xəbər lenti