Çinlə dərinləşən münasibətlər

Çinlə Azərbaycanın iqtisadi olaraq yaxınlaşması çox mühim hadisədir. Azərbaycan iqtisadiyyatının böyüməsi, Çin mallarının Azərbaycan üzərindən Avropa bazarlarına daşınması baxımından kifayət qədər önəmlidir. Azərbaycan Prezidentinin Çinə səfəri və mühim sənədlərin imzalanması, ölkəmiz üçün son dərəcə mühim uğurdur.
Rəsmi statistikaya görə 2023-cü ilin ilk on ayında Çindən Azərbaycana idxal 2,5 milyard dollar təşkil edib. Bu rəqəm ümumi ticarət dövriyyəsinin böyük hissəsini əhatə edir. Lakin eyni dövrdə Azərbaycandan Çinə ixrac isə 73,7 milyon dollar olub.
Azərbaycandan Çinə əsasən neft koksu, ilkin polietilen, yod, avadanlıq və komponentlər (hava və qaz kompressorları daxil olmaqla), reaktiv yanacaq, üzvi kimyəvi maddələr, pambıq lifi, dərman bitkiləri, ətir məhsulları, şokolad, siqaret, nar şirəsi, bal və şərab sənayesi məhsulları ixrac edilib.
Bu illər ərzində Azərbaycan, Çindəki müxtəlif şəhərlərdə ticarət evləri açıb.
Ən mühim məqam Azərbaycan, Çinlə ticarət əlaqələrini gücləndirərək, "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmizin strateji coğrafi mövqeyi Çin məhsullarının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Lakin nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan işlər hələ ki, yekunlaşmayıb. Gəlin bu məqama diqqət edək: 2024-cü ildə Azərbaycanın dəmiryolu ilə yükdaşımaları 18 500 000 ton təşkil edərək 2023-cü illə müqayisədə 1,4 % artıb. Lakin bu artım Çin kimi nəhəng iqtisadiyyatı olan ölkə ilə iqtisadi əlaqələri genişləndirib Avropaya körpü rolunu oynamaq üçün kiçik imkanlar deməkdir.
Çinlə dərinləşən münasibətlər


Daha vacib məqam Zəngəzur dəhlizinin açılmasıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa və bu dəhliz açılsa, o zaman nəinki Azərbaycan region ölkələrinin də iqtisadi həyatında bir iqtisadi sıçrayış baş verəcək.
Xüsusilə Çin “Bir kəmər, bir yol” (BRI) layihəsi çərçivəsində Qərb–Şərq xəttinin diversifikasiyası və təhlükəsizliyini önə çəkir. Zəngəzur dəhlizi bu təşəbbüsə mühüm töhfə olaraq, Çin mallarının Avropaya çatdırılmasında Bakı limanı, Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu ilə bərabər alternativ və daha etibarlı routelar təqdim edir.
Əgər dəhliz açılarsa, yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artacaq və logistika xərcləri azalacaq. Süveyş kanalı üzərindən aparılan ticarətin 12 %-ni əvəzləyən quru xəttinin mövcudluğu, həm dəniz nəqliyyatının, həm də hava yolu şəbəkəsinin yükünü yüngülləşəcək.
Prezident İlham Əliyevin “Sinxua” müsahibəsində vurğuladığı kimi, bu marşrut Pekin üçün Avropaya çıxışda “alternativ və təhlükəsiz yol” deməkdir ki, bu da iki ölkənin ticarət dövriyyəsinin artırılmasına birbaşa təsir edəcək .
Bəli məhz Zəngəzur dəhlizi Naxçıvanla birləşdirən yol vasitəsilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (Rəşt–Astara xətti) da fəaliyyətini gücləndirəcək, beləliklə həm Asiya–Avropa, həm də Şimal–Cənub marşrutları üzrə ticarət həcmləri artacaq.
Deməli Prezidentin Çinə səfəri mühim tarixi əhəmiyyət kəsb edir və bu təkcə iqtisadi baxımdan deyil, eyni zamanda regionun siyasi gələcəyi baxımdan çox mühim hadisədir.
P.S əqli mülkiyyətdən istifadə edərkən istinad vacibdir.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Putindən İran üçün sürpriz plan: DÜNYA bu təkliflə ÇALXALANIR
17 İyun 2025 İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR
17 İyun 2025 Eyni anda ölkədəki HƏR KƏSƏ göndərildi - ŞOK yaradan mesajda GÖRÜN NƏLƏR YAZILIB
17 İyun 2025 Gundemxeber.Az » Dünya » Tramp: "Emmanuel Makron Həmişə Hər Şeyi Səhv Başa Düşür" Tramp: "Emmanuel Makron həmişə hər şeyi səhv başa düşür"
17 İyun 2025 Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"
17 İyun 2025 SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı
17 İyun 2025 İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb
17 İyun 2025 Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idi!” -TƏCİLİ!
17 İyun 2025 "İran boğazı bağlayarsa, qlobal bazar PARTLAYA bilər!" - İqtisadçıdan ŞOK TƏHLİL
17 İyun 2025 Amerika hərəkətlənir - ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq
17 İyun 2025 RUSİYANIN “TƏŞƏKKÜR MƏDƏNİYYƏTİ” - Təyyarəmizə görə üzr istəməyən Kremlin bugünkü təşəkkürünə ehtiyacımız varmı?
17 İyun 2025 "İran danışıqları istəyir, amma danışıqlara daha əvvəl başlamalı idi"
17 İyun 2025 “Mossad”dan film kimi əməliyyat: İsrail agentləri aylarla....
16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"

Dünyapress TV

Xəbər lenti