![]() |
![]() ![]() ![]() |
|
Suriya böhranının nizamlanması prosesi artıq intensiv xarakter daşıyır. Bu problemin tam şəkildə həlli bütövlükdə Yaxın Şərq regionunun gələcək taleyi baxımından böyük əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdə yeni düzənin məzmun və keyfiyyəti böyük ölçüdə məhz Suriyanın yenidən nevə bərpa ediləcəyindən birbaşa asıldır. Üstəlik, bu məsələ Yaxın Şərq regionunda geopolitik maraqları olan dövlətlər arasında kifayət qədər ciddi ziddiyyətlərə də yol açmaqdadır. Və bu ziddiyyətlər isə öz növbəsində geopolitik qarşıdurmalara da yol açmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Suriyanın yenidən bərpa olunması prosesinə hazırda yalnız Türkiyə tam şəkildə dəstək verməkdədir. Yaxın Şərqdə geopolitik hədəfləri olan digər ölkələr isə bu prosesi mümkün qədər ləngitməyə, hətta mümkün olarsa, ümumiyyətlə, əngəlləməyə çalışırlar. Belə ki, bəzi nüfuzlu dövlətlər hesab edirlər ki, Suriyanın ərazi bütövlüyünün bərpa edilməsinə qətiyyən ehtiyac yoxdur. Əksinə, bu ölkənin yeni nüfuz dairələrinə, nəzarət zonalarına bölünməsi daha sərfəlidir. Və Türkiyə hazırda bütün bu təhıükəli planların müəlliflərinə təkbaşına müqavimət göstərməyə çalışır.
Məsələ ondadır ki, bir müddət öncə devrilmiş Əsəd rejiminin silahlı tör-töküntüləri Suriyanın müvəqqəti hökumətinə qarşı yenidən qiyam qaldırmışdılar. Əsas məqsəd məhz müvəqqəti hökuməti devirərək, Əsəd rejiminin bərpasına nail olmaqdan ibarətiydi. Ona görə də, Suriyada xüsusi maraqları və hərbi bazaları olan Rusiyanın bu qiyam cəhdində iştirakı olduğu ehtimal edilirdi. Üstəlik, Rusiyaya qaçmış devrilmiş prezident Bəşər Əsədin də Kreml tərəfindən Suriyaya təhvil verilməməsi belə şübhələri artırırdı. Və bu baxımdan, Kremlin Suriyanın bərpa prosesinə əngəl törətmək istəyən dövlətlərin sırasında yer aldığı da qətiyyən istisna deyil.
Maraqlıdır ki, Suriya kəşfiyyat orqanlarının Əsəd rejiminə bağlı ordu zabitləri tərəfindən planlaşdırılmış növbəti çevriliş cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Suriya daxili işlər naziri Anas Xattab bildirib ki, təhlükəsizlik qüvvələrinin və xalqın qətiyyəti sayəsində bu təhlükənin qarşısını almaq mümkün olub. Belə anlaşılır ki, Rusiya Bəşər Əsədi Suriyaya təhvil vermədikcə, bu ölkədə sabitliyə qarşı həmişə təhdid olacaq. Və Kremlin bu faktordan Suriyanın müvəqqəti hökumətinə qarşı təzyiq faktoru kimi yararlanmaq niyyəti güddüyü də qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, ABŞ-ın Suriyadan öz hərbi bazalarını çıxartmaq niyyəti bu ölkənin gələcək taleyi baxımından, ən pozitiv yenilik hesab olunur. Belə ki, son məlumatlara görə, ABŞ ordusu Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətinin Konoko bölgəsindəki hərbi bazadan öz qoşunların çıxarılmasına artıq başlayıb. Ağ Evin bu qərarı ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltmağa doğru atdığı çox əhəmiyyətli addım kimi qiymətləndirilir. Çünki Konoko enerji resursları ilə zəngin bir bölgədir və ABŞ hərbi kontingenti burada məhz PKK/YPG terror təşkilatı ilə birlikdə fəaliyyət göstərirdi.
Qərb mətbuatının iddialarına görə, ABŞ Yaxın Şərqdə hərbi gücünü artırmaq istiqamətində göstərdiyi cəhdlərə paralel olaraq, Suriyadakı qoşunlarının sayını təxminən iki dəfə azaltmağı planlaşdırır. Adının gizli qalmasını istəyən amerikalı rəsminin sözlərinə görə, Ağ Ev Suriyada ABŞ qoşunlarının sayını 2000 nəfərdən 1000 nəfərə endirmək niyyətindədir. Onun iddiasına görə, ABŞ bu prosesi ən uzağı iki ay ərzində yekunlaşdıracaq. Və bu barədə ABŞ təhlükəsizlik rəsmiləri İsrail xüsusi xidmət servislərini artıq məlumatlandırıblar.
Onu da qeyd etmək lazımdır ki, İsrail ABŞ qoşunlarının Suriyadan çıxarılmasına qarşı müqavimət göstərir. Bəzi məlumatlara görə, rəsmi Təl-Əviv Ağ Evi bu addımın yolverilməz olduğuna və ağır nəticələrə yol aça biləcəyinə inandırmağa çalışır. İsrailin əsas narahatlığı ABŞ-ın boşaltdığı Suriya ərazilərinə nəzarətin məhz Türkiyəyə keçə biləcəyi ilə bağlıdır. Və rəsmi Təl-Əviv Suriyada nəzarət balansının Türkiyənin xeyrinə dəyişə biləcəyi ilə bağlıdır.
Ancaq Ağ Ev hələlik rəsmi Təl-Əvivin bu narahatlığına pozitiv reaksiya verməyə tələsmir. Əksinə, Tramp administrasiyası Suriyanın Türkiyənin geopolitik nəzarəti altına verilməsinə qarşı olmadsığını açıq-aşkar qabardır. Hətta prezident Donald Tramp bir müddət öncə Suriyada Əsəd rejiminin devrilməsinin Türkiyənin intensiv fəaliyyəti sayəsində mümkün olduğunu vurğulamışdı. Və ona görə də, prezident Rəcəb Tayyib Ərdoğanla xüsusi münasibətlərinin mövcudluğunu qabardan Ağ Ev sahibi Türkiyənin Suriyadakı maraqlarına problem yaratmaq niyyətində olmadığına işarə etmişdi.
Eyni zamanda, Ağ Ev sahibi Donald Tramp hər kəsin rəsmi Ankara ilə münasibətlərdə məntiqli olmasının vacibliyini vurğulamaqla yanaşı, həm də İsrailin Türkiyə ilə mövcud problemlərini həll etməyə hazır olduğunu da bildirmişdi. Yəni, prezident Donald Tramp Türkiyəyə ABŞ-ın etibarlı və vazkeçilməz müttəfiqi kimi yanaşır. Üstəlik, Ağ Ev sahibi Türkiyə prezidentini anlaşa biləcəyi çox azsaylı dünya liderləri sırasına daxil edir. Və bu, o deməkdir ki, Tramp administrasiyası dönəmində Türkiyə-ABŞ münasibətləri ən yüksək səviyyəyə çataraq, yeni qlobal güc mərkəzinə çevrilə bilər.
Təbii ki, bütün bunlar Türkiyənin maraqları baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə də, ABŞ qoşunlarının PKK/YPG terror təşkilatının sığındığı Suriya ərazilərini tərk etməsi Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin olunmasına münbit şərait yaradır. Belə ki, Bayden administrasiyasının himayə etdiyi PKK/YPG terror təşkilatı hazırda ABŞ-ın ənənəvi dəstəyindən məhrum qalmaqdadır. Yəni, rəsmi Ankara Suriyadakı “terror yuvaları” dağıtmaq, PKK/YPG terror təşkilatını tamamilə sıradan çıxartmaq şansı qazanır. Və bu, yalnız Suriya deyil, ümuniyyətlə, Yaxın Şərq üçün yeni situasiyanın yaranma ehtimalını da ciddi şəkildə artırır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Paris sərhəddəki “casus missiyası”nı genişləndirməyə çağırır; Yelisey sarayının destruktiv siyasəti daha nə qədər sürəcək? - reaksiyalar
Ermənistanın “bacısı” Fransanın Azərbaycana qarşı təxribatları səngimir. Rəsmi Paris indi də iki ölkə arasındakı sülh prosesini sabotaj etməyi hədəfləyib. Bu da növbəti sübut.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə məlumat verib.
“Ümid edirəm ki, orada (Ermənistanda - red.) yerləşdirilən Avropa missiyası genişləndiriləcək. O məqsədlə ki, bu gərginliyi (Ermənistan-Azərbaycan sərhədində - red.) müşahidə edə və cilovlaya bilsin”, - o qeyd edib.
Xatırladaq ki, yanvarın sonunda Aİ Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının daha iki il - 2027-ci il fevralın 19-dək uzadılması barədə qərar qəbul edib.
Onu da yada salaq ki, Bakı və İrəvanın sülh sənədində razılaşdırdığı son maddə məhz sərhəddən üçüncü qüvvənin çıxarılması barədədir. Belə çıxır ki, Fransa nəinki bu maddənin əleyhinədir, üstəlik, casus missiyasını genişləndirməyə çağırır. Deməli, həm də sülh sənədinə, böyük sülhə qarşı çıxır. Prosesi sabotaj edir.
Fransa eyni zamanda Ermənistanı silahlandırmağa davam edir. O Ermənistan ki, öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmaq istəmir və özü üçün rekord həcmdə (1.7 milyarda dollar) hərbi büdcə müəyyən edib.
Rəsmi Bakı isə haqlı olaraq Parisdən ikiüzlü siyasətdən əl çəkməyi tələb edir. Azərbaycan XİN-in son açıqlamaları məhz bu yöndədir. Rəsmi Parisin bu destruktiv siyasəti daha nə qədər və hara kimi sürəcək?
“Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd edir və pisləyirik”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O deyib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar - narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir: “Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur”.
XİN rəsmisi onu da vurğulayıb ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır.
Aydın Mirzəzadə
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Fransa Azərbaycanla münasibətləri daha da gərginləşdirmək və açıq düşmənçilik niyyətindən əl çəkmir. “Onun son təklifi əslində bu düşmənçiliyi bir daha təsdiq edir. Ümumiyyətlə, Ermənistanda mülki missiyanın fəaliyyətinə heç bir əsas yoxdur. Çünki iki dövlət arasında müharibə bitib, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, hazırda sülh təşəbbüsləri var. Belə olan halda, Ermənistanda Azərbaycan ərazisini izləyən bir qrupu saxlamağın mənası yoxdur və bu, məhz Azərbaycana qarşı təzyiq siyasətidir”, - deyə deputat açıqladı. A.Mirzəzadənin sözlərinə görə, Fransadan bu çağırış həm də Ermənistanı yenidən müharibəyə sürükləmək cəhdidir: “Eyni zamanda Parisin İrəvanda revanşistlərə dəstək verilməsində, Ermənistanın silahlandırılmasında xüsusi rolu var. Lakin Yelisey sarayının Cənubi Qafqazda "suyu bulandırmaq" cəhdləri baş tutmayacaq və region öz problemlərini həll etmək istəyindədir".
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə qeyd etdi ki, Fransanın çağırışları bölgədə Qərbin təsirlərini artırmağa hesablanıb. VHP rəsmisi bildirdi ki, burada antisülh ritorikası ilə yanaşı, Rusiyanın Cənubi Qafqazda təsir gücünü azaltmaq da hədəflənib. S.Əsədli vurğuladı ki, Makron Fransası son beş ildə düşmənçilik edir: “Azərbaycandan Fransaya bir pislik olmayıb. İki ölkə arasında iqtisadi, mədəni əlaqələr var, "Total" enerji şirkəti Azərbaycanda pay sahibidir, amma Yelisey sarayının siyasətində Bakıya qarşı nifrət, kin bəslənir. İkinci Qarabağ müharibəsi başlandığı tarixdən bu günə qədər Fransanın Azərbaycana münasibətində düşmənçilik artan xətt üzrə gedir. Hətta Makron bizi təcavüzkarlıqda ittiham edib. Yəni dünya da, Paşinyan da Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib, təkcə Makron Fransası barışmır. Məncə, burada qərəzlə bərabər siyasi hiyləgərlik var".
S.Əsədli əlavə etdi ki, bu hiyləgərlik Ermənistana dəstək nümayiş etdirməklə onu Rusiyanın cəngindən qoparmaq cəhdidir: “Əfsuslar olsun ki, bu siyasət yürüdülərkən Azərbaycana haqsızlıq edilir. Bakının üzərinə gəlməklə bölgədə qalmaq səyləri uğursuzluğa düçar olacaq. Fransanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Azərbaycan beynəlxalq hüquqa söykənən addımlarını atır, haqqını sökə-sökə alır. Odur ki, bölgəyə "casus şəbəkəsi"ni yerləşdirməklə hər hansı planları həyata keçirmək mümkün olmayacaq. Əgər həmin missiya belə obyektivdirsə, son günlər mövqelərimizin atəşə tutulmasını qeydə alsın və hesabatla çıxış etsin. Sadəcə, onların sayını 1500 nəfərə çatdırmaq niyyəti var və Fransa Brüsseli bunu daha tez reallaşdırmağa çağırır. Halbuki Ermənistan Azərbaycanla razılaşıb ki, sərhədin delimitasiya edilmiş ərazilərində avropalı müşahidəçilər olmasınlar. Amma Fransa bu anlaşmaya zidd mövqedən çıxış edir. Paris sülhün ən çox Ermənistana lazım olduğunu başa düşməlidir".
Qeyd edək ki, Avropa Birliyinin Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən AB missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə edirlər. Bakı onların bölgədən çıxarılmasını tələb edir. Amma missiyanın tərkibinə Aİ üzvü olmayan Kanadanın da polisləri qoşulublar. Rusiya da bu monitorinq qrupunu kəşfiyyat missiyası adlandırıb və fəaliyyətinin bölgədə sülhün əleyhinə yönəldiyini bəyan edib. Azərbaycan bu missiyanın öz ərazisində yerləşməsinə ilk gündən razı olmayıb, Ermənistanda isə iki aylıq fəaliyyətinə “hə” demişdi. İndi isə fəaliyyət müddəti 2027-dək uzadılıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Musavat.com xəbər verir ki, Serbiyada jurnalist araşdırmalarına əsasən, 2022–2025-ci illər arasında ən azı 204 rusiyalıya Serbiya vətəndaşlığı verilib. Onların əksəriyyəti nə ölkədə yaşamış, nə də rəsmi prosedurları keçmiş şəxslərdir. Hökumət bu addımı “milli maraq”la əsaslandırıb.
Bu “xüsusi siyahı”da yer alanlardan biri də azərbaycanlı iş adamı Anar Əlizadədir. SOCAR-ın əvvəlki rəhbərliyinin (Rövnəq Abdullayev) yaxın tərəfdaşı kimi tanınan Əlizadə 2024-cü ilin 28 noyabrında Serbiya vətəndaşlığı alıb. Sənədi imzalayan şəxs – hazırkı baş nazir Miloş Vuçeviçdir.
Fransanın “Liberation” qəzeti Əlizadəni xaricdə azərbaycanlı müxalifətçilərin qətlində iştirakda ittiham edib. Qəzetin yazdığına görə, onun adı SOCAR-la bağlı maliyyə sxemlərində və siyasi təqiblərlə əlaqəli fəaliyyətlərdə hallanır.
Digər “xüsusi” vətəndaşlar arasında Rusiyanın FSB kəşfiyyat xidmətinin sabiq əməkdaşları, hərbi sənaye maqnatları və neonasistlərlə əlaqəli şəxslər də var. Onlardan biri – İvan Sibirev – Rusiya ordusunun işğal etdiyi Ukrayna şəhərlərində şirkəti vasitəsilə gəlir qazanıb. Dimitri Sergeyev isə FSB generalı Nikolay Patruşevin ailəsinə yaxın şəxsdir və Serbiya daxilində Rusiya müxalifətini izləməkdə ittiham olunur.
Korrupsiya araşdırmaçısı İlya Şumanov bu vətəndaşlıq paylamalarının siyasi razılaşma olduğunu deyir: “Rusiya Serbiyaya avtoritar idarəetmə alətləri ötürür. Bu, sosial media üzərində nəzarətdən tutmuş bot fermalarına qədər hər şeyi əhatə edir.”
Jurnalistlər Serbiya hökumətinə bu qərarlarla bağlı suallar göndərsələr də, rəsmi cavab ala bilməyiblər. Serbiya hökuməti, bu qərarı “Serbiyanın milli maraqlarını” təmin etmək adı altında verdiyini iddia edir. Lakin, yerli və beynəlxalq hüquq müdafiəçiləri, bu qərarın əslində siyasi və iqtisadi maraqlarla əlaqəli olduğunu vurğulayır.
Əlizadə yalnız bir nümunədir. 2022-ci ildən bəri 200-dən çox rusiyalı, müxalifətçilərin təqibi ilə əlaqəli şəxslər və müharibədən qazanan oliqarxlar, Serbiyanın xüsusi proseduru ilə vətəndaşlıq alıblar. Hökumət bu şəxslərə viza tələblərini keçərək, onların Şengen zonasına səyahət etməsini təmin edən Serbiya pasportlarını verib.
Bu qərarların, Belqradın Moskva ilə əlaqələrini gücləndirmək məqsədi daşıdığına dair güclü ittihamlar mövcuddur. Ilja Şumanov, “Arktida” təşkilatından olan korupsiya araşdırmaçısı, Serbiya hökumətinin bu qərarları siyasətə təsir edən maliyyə dəstəyi və autoritar praktikaların təkmilləşdirilməsi üçün bir addım olaraq gördüyünü qeyd edir.
Serbiya pasportu – indi sadəcə səyahət sənədi deyil, Kremlə açılan “arxa qapı”dır.
Anar Əlizadə kimdir?
Azərbaycan ictimaiyyətinə uzun illər tanış olmayan, ancaq 2013-cü ildən sonra adı geniş şəkildə hallanmağa başlayan iş adamı Anar Əlizadə, 1978-ci ilin 21 sentyabrında Naxçıvan şəhərində anadan olub. O, 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alaraq iqtisadi idarəetmə ixtisasına yiyələnib.
Əlizadənin biznes fəaliyyəti 1990-cı illərin sonlarında Türkiyədən Naxçıvana məhsul gətirib satmaqla başlayıb. Ailə biznesi çərçivəsində sərnişin daşımaları və avtomobil idxalı da onun fəaliyyət sahələri arasında olub. 2000-ci illərin əvvəllərində o, Bakıya köçərək ticarətdən əldə etdiyi ilkin kapitalı daşınmaz əmlak bazarına yönəldir. O dövrdə daşınmaz əmlakda baş verən qiymət artımı Əlizadəyə böyük qazanc qazandırır və bu, onun biznes karyerasında dönüş nöqtəsi olur.
2000-ci illərin ortalarında Anar Əlizadə Birləşmiş Ərəb Əmirlikləri ilə iş əlaqələri qurur. Burada Azərbaycan investisiyalı ilk şirkətlərdən birini quraraq elektronika sahəsində fəaliyyət göstərir. Daha sonra isə “Grand MMC” adlı şirkətlə neft avadanlıqları ticarətinə və texniki xidmət sahəsinə daxil olur. Bu fəaliyyətlər onu SOCAR-ın – Azərbaycan Dövlət Neft Şirkətinin – tərəfdaşına çevirir.
Əlizadə bir müddət sonra ARDNŞ ilə birgə SOCAR Trading SA şirkətini təsis edir və bu şirkətin 25 faizinə sahib olur. Eyni zamanda, altı il ərzində həmin şirkətin baş icraçı direktoru və direktorlar şurasının sədri postunu tutur. O, 2012-ci ildə bu şirkətdəki bütün payını SOCAR-a sataraq rəsmi şəkildə ayrılır.
2007-ci ildə isə Sinqapurda təsis etdiyi Union Grand Energy adlı şirkətlər qrupunu qurur və bütün bizneslərini bu struktur altında birləşdirir. Şirkətin Azərbaycandakı nümayəndəliyi rəsmi qeydiyyata alınır.
Anar Əlizadənin adı ictimaiyyətə ilk dəfə 2013-cü ildə Global Witness təşkilatının hazırladığı “Anonim Azərbaycan” adlı hesabatla tanıdılır. Həmin hesabatda onun fəaliyyəti və dövlət resurslarına çıxışı diqqət mərkəzində olur. Maraqlısı budur ki, həmin vaxta qədər bəzi sənədlərdə onun adı “Anar Əliyev” kimi keçsə də, hesabatdan sonra “Əlizadə” soyadı ilə rəsmi və ictimai istifadəyə keçir. Bəzi hallarda isə ad “Alizadə” kimi transliterasiya olunur.
Əlizadənin bu yüksəlişindəki əsas dayaqlardan biri onun SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olmasıdır. Bu yaxınlıq, iddialara görə, SOCAR-ın daxili iqtisadi imkanlarından istifadə etməyə və strateji layihələrə daxil olmağa şərait yaradıb.
Musavat.com
Tehran Vaşinqtonla mümkün razılaşma üçün masa arxasına keçməyə hazır olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərlə görüşdə ölkəsinin ABŞ-la yeni danışıqlara başlaya biləcəyini bildirib. Onun sözlərinə görə, bu, yalnız amerikalıların “konstruktiv mövqe” nümayiş etdirməsi halında mümkündür.
“Uran zənginləşdirmə məsələsi real və mühüm mövzudur. Biz bəzi narahatlıqlara baxmayaraq, İranın nüvə proqramına olan etimadı möhkəmləndirmək üçün işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipinin özü müzakirə mövzusu deyil,” – deyə Əraqçi qətiyyətlə vurğulayıb.
Musavat.com