Ardını oxu...
Ötən il avqustun 15-də “Azrelekom” MMC ölkədə internet tariflərinin bahalaşmasının əsas səbəbi kimi istehlakçılara təqdim olunan minimal sürətin 100 Mbit/s təşkil edəcəyini açıqlamışdı.

“Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq”– deyə, açıqlamada bildirilirdi.

Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan etmişdi ki, internet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlayıb.

“...Nəticə etibarilə, müştərilər, o cümlədən istehlakçı üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib. Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”, - Dövlət Xidmətinin açıqlamasında qeyd olunurdu.

Bu araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə hər hansı açıqlama verilməyib.


İqtisadçı ekspert Toğrul Vəliyev bildirir ki, araşdırmalara kömək edə bilər: “Misal üçün, nazir Rəşad Nəbiyev öz sosial şəbəkə hesablarında qeyd edib ki, 2024-cü ildə ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 65.6 Mbit/stəşkil edib. Deyə bilərsiniz ki, bu illik ortadır və heç nə demir. Amma bununla bərabər "Ookla" analitik şirkəti də yanvar ayının nəticələrinə dair hesabatda qeyd edir ki, Azərbaycanda orta sürət 66-69 Mbit/s təşkil edir. Hələ qeyd etmək lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, "Ookla"-nın nəticələrində problem var, "internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur". Təxmin edirəm ki, təhrif olunma azalma yox, artım istiqamətində olur. Provayderlər sürəti göstərərkən, onu aşağı salsaydılar təəccüblü görsənərdi”.

İqtisadçı vurğulayır ki, heç ciddi araşdırma aparmadan xidmətlərin keyfiyyətinin ödənilən tarifə uyğun olmadığı aydın görünür: “Bəlli olmayan səbəbə görə statusu artmış qurum müvafiq sübutları hələ də toplaya bilmir. Yeri gəlmişkən, elə internet ilə bağlı elandan iki həftə sonra Xidməti Agentliyə çevirdilər və İqtisadiyyat Nazirliyindən çıxartdılar. Başqa tərəfdən, müvafiq bazarda faəliyyət göstərən şirkətlərin hesabatlarına baxarkən, təəccüblənməmək mümkün deyil. Düzdür, “Aztelekom” və “Baktelekom” heç 2023-cü ilə dair hesabatlarını belə paylaşmayıblar. Misal üçün, 2022-ci ilin hesabatına görə “Aztelekom”-un "ümumi, inzibati və digər xərcləri" birdən birə 33% artmışdı. Bunun müqabilində gəlirləri cəmi 8% artıb. Ona görə rəsmi olaraq zərəri də 2,5 dəfə artmışdı. Səbəb olaraq investisiyalar göstərilib, amma detallı məlumat verilməyib. “Baktelekom”-un isə sonuncu hesabatı ümumiyyətlə 2021-ci ilə aiddir”.

T.Vəliyevin sözlərinə görə, özəl şirkətlərə baxsaq görə bilərik ki, telekommunikasiya sahəsi mənfəət cəhətindən sərfəli bir sahədir: “Misal üçün, Delta Telekom 2022-ci ildə 82,3 milyon manatlıq dövriyyə (ƏDV-siz) ilə 35,6 milyon manat vergidən əvvəlki mənfəət əldə etmişdi. Nəticə etibarilə xalis mənfəəti satış dövriyyəsinin 35%-ni (!) təşkil etmişdi. 2024-cü ilin nəticələrinə görə ödədiyi vergi məbləği 2022-ci ilin təxmini səviyyəsində idi. Ona görə təxmin edə bilərik ki, ən azı mənfəəti də o səviyyədə qalmışdı. AG Telekom (KATV1) 2023-cü ilin nəticələrinə görə 9,24 milyon manat xalis mənfəət əldə edib. Müvafiq olaraq xalis satışlar ilə müqayisədə bu 25%-dir. Aaşağı olmasının səbəbi bəlkə də əlavə TV-xidmətlərinin göstərilməsi ilə bağlıdır. Digərlərinə dair məlumat tapmaq çətindir, amma təxmin edə bilərik ki, orada da mənfəət faizi eynidir”.

Ekspert vurğulayıb ki, müvafiq sahədə çalışan şirkətlər təxmini 25-35% xalis mənfəət əldə edirlər və prinsipcə pis yaşamırlar.

“Onlar hər hansı ciddi bir dəyişikliyin olmadığı halda birdən birə tarifləri artırmaq qərarına gəldilər. Bu sahəyə nəzarət edən qurumlar isə heç nə etmədilər”, - T.Vəliyev qeyd edib.
 
Ardını oxu...
  

"SpaceX" şirkətinin qurucusu İlon Mask Beynəlxalq Kosmik Stansiyadan səkkiz aydır geri qayıda bilməyən NASA astronavtları barədə sensasiyalı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Butç Uilmor və Sunita Uilyams hələ yarım il əvvəl "Dragon" kosmik gəmisi ilə Yerə qaytarıla bilərdilər, lakin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası buna qarşı çıxıb.

Oxu.Az xəbər verir ki, "SpaceX" şirkətinin qurucusu bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Astronavtlar orada cəmi səkkiz gün qalmalı idilər, lakin artıq səkkiz aydır ki, BKS-dədirlər. "SpaceX" altı ay əvvəl əlavə bir "Dragon" göndərib onları evə qaytara bilərdi, lakin Baydenin Ağ Evi (NASA yox) buna icazə vermədi", - deyə o bildirib.

Maskın sözlərinə görə, ABŞ-nin indiki Prezidenti Donald Tramp onların mümkün qədər tez qaytarılmasını istəyib və hazırda bununla bağlı işlər gedir.

Xatırladaq ki, "Boeing Starliner" gəmisi "Boeing" korporasiyası tərəfindən iyunun 5-də orbitə buraxılıb - bu, onun ilk pilotlu uçuşu olub. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olublar. İlkin olaraq onların BKS-də səkkiz gün qalmaları və iyunun 14-də qayıtmaları planlaşdırılırdı. Sonradan birləşmə zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Nəticədə NASA qərara alıb ki, astronavtlar "SpaceX"in "Crew-9" missiyası ilə 2025-ci ilin yazında Yerə qayıdacaqlar.

Onu da bildirək ki, bir müddət əvvəl Sunita Uilyams və Butç Uilmorun səhhətində problemlər yaranmışdı.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Ötən gündən başlayaraq "Asan imza" sistemi işləmir. Əslində ölkənin bütün identifikasiya sistemi, xeyli sayda vacib biznes və dövlət xidmətləri məhz “Asan imza” üzərində "oturub" desək, yanılmarıq. Yəni çox sayda vergi, bank, mühasibatlıq xidmətlərini əldə etmək üçün mütləq "Asan imza" olmalıdır.
İndi təsəvvür edin ki, iki gündür ki, bu sistem işləmir.
Asan imza vasitəsilə imzalama prosesini başa çatdırmaq , resurslardan və elektron xdimətlərdən istifadə etmək mümkün deyil. Bəzən də sistemin hədsiz yükləndiyi görsənir.
Adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki həll edə bilməyiblər.
Görəsən nə baş verib ? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib ? Kimdir günahkar?
Xatırladıram ki, Asan imza sistemi xarici şirkətə- Best Solution şirkətinə məxsusdur.
Hələlik nə bu imzanın sahibi Bes Solution şirkəti , nə də "Asan imza" şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.
Güman ki şikayətlər də çox olduğundan Best Solution şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də birdəfəlik xətdən ayırıb, qoşulmaq mümkün deyil.
Sadəcə biabırçılıqdır.
Prosesin nə qədər çəkəcəyi də bəlli deyil. Bütün bunlar isə doğru bir hal deyil, belə vəziyyət Azərbaycanın indiki inkişaf vəziyyətinə də uyğun olan bir yanaşma deyil.
Mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir.
Kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir.
Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əmək haqlarını verə bilməyiblər və s.
Sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kim ödəyəcək?
Ən maraqlısı odyur ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA çox yerə inteqrasiya olsa da, biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib.
E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əmək haqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız "Asan imza" ilə mümkündür.
Görəsən kimlər maraqlıdır ki, imza sektorunda alternativlik, rəqabətli mühit olmasın ?
SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə inteqrasiyasının başa çatmaması ilə bağlı da nə "Asan imza " sahibinin, nə Dövlət Vergi Xidmətinin, nə də RİNN-in açıqlamaları indiyədək yoxdur.
Osman Gündüz
TEREF
 
Ardını oxu...
Son zamanlar sakinlərin ən çox qarşılaşdıqları problemlərdən biri internet provayderləri ilə bağlıdır.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, xüsusən yeni binalarda sakinlərin internet provayderlərini seçmək imkanı məhdudlaşdırlır.

Sakinlərin üzləşdiyi problemləri araşdıran İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bəyan edir ki, qanuna əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
2025-ci ilin ən etibarlı 10 avtomobili reytinqdə liderliyi yapon brendləri tutub. Avtomobilin etibarlılığı sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən əsas amildir. Avtomobil alarkən bu aspektə diqqət yetirmək vacibdir, çünki etibarlı avtomobil qəza ehtimalını azaldır və təmirə qənaətinizə kömək edir.

AzPost-un məlumatına görə, mütəxəssislər araşdırma apararaq 2025-ci ilin ən etibarlı avtomobil modellərinin reytinqini tərtib ediblər. Reytinq qəza testinin nəticələri də daxil olmaqla bir sıra amillərə əsaslanıb. Yapon brendləri reytinqin lideri oldular.

Mütəxəssislərə görə 2025-ci ilin ən etibarlı 10 avtomobili:

• Nissan Sentra

• Toyota Camry

• Subaru Crosstrek

• Subaru Forester

• Toyota RAV4 PHEV

• Toyota Highlander Hybrid

• Lexus NX 350h (və 450h+)

• BMW X5 (və X5 PHEV)

• Tesla Model Y

• Ford Maverick
 
Ardını oxu...
Çində dünyada ilk dəfə olaraq 16 Max (19,5 min km/saat) sürətlə uçuş üçün reaktiv yanacaqla işləyən mühərrik yaradılıb.

Bu barədə "South China Morning Post" qəzeti xəbər verib.

Bildirilir ki, ixtira hava və kosmik səyahətlərin sərhədlərini dəyişdirmək iqtidarındadır.

"Çinli alimlər standart aviasiya nefti ilə işləyən, dünyada ilk açıq dinamika mühərriyi (ODE) üzərində uğurlu sınaqlar keçiriblər. Bu, hipersəs mühərrikləri sahəsində potensial inqilab ola bilər", - deyə məlumatda əlavə edilib.

Alimlər müəyyən ediblər ki, bu mühərriyin yanma sürəti ənənəvi birbaşa axınlı hava-reaktivli olanlardan 1000 dəfə yüksəkdir və 6-dan 16 Max-a qədər sürət diapazonunda işləmə qabiliyyətinə malikdir - bu, adi hava-reaktiv mühərriklərin öhdəsindən gələ bilmədiyi sürətdir.
Ardını oxu...
Alimlər Marsın unikal qırmızı rənginin səbəbini müəyyən ediblər. Görünür, planet bu rəngi səthi örtən tozun tərkibində olan paslı dəmir mineralı – ferigidrit sayəsində alıb. Bu, ABŞ-ın Braun Universiteti və İsveçrənin Bern Universitetinin alimlərinin rəhbərliyi ilə aparılmış araşdırmada qeyd olunub.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications elmi jurnalında dərc edilib.
Tədqiqatçılar Mars missiyalarının və NASA-nın Mars Reconnaissance Orbiter, həmçinin Avropa Kosmik Agentliyinin Mars Express və Trace Gas Orbiter aparatlarının orbitdən əldə etdiyi müşahidə məlumatlarını analiz ediblər. Bundan əlavə, marsoxodların yer səviyyəsindəki ölçmələrindən də istifadə olunub.

Orbitə yerləşdirilmiş cihazlar və marsoxodlar sayəsində alimlər planetin tozlu səthinin detallı spektral məlumatlarını əldə ediblər. Daha sonra bu məlumatlar laboratoriya şəraitində tədqiq edilib. Xüsusilə, alimlər ferigidrit və digər mineralların hissəcikləri ilə işığın necə qarşılıqlı təsir etdiyini Marsa bənzər şəraitdə yoxlayıblar.

Mars tozu olduqca xırda hissəciklərdən ibarət olduğu üçün dəqiq və real ölçmələr aparmaq məqsədilə alimlər toz hissəciklərini modelləşdiriblər. Daha sonra isə xüsusi üyüdücü maşından istifadə edərək ferigidrit və bazaltın ölçüsünü submikron səviyyəsinə qədər kiçildiblər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Marsın süxurlarında olan dəmir müəyyən vaxtda su və ya su ilə oksigenin reaksiyasına girərək dəmir oksidini əmələ gətirib. Uzun illər ərzində bu maddə toza çevrilərək küləklərin təsiri ilə bütün planet səthinə yayılıb.

Əvvəlki araşdırmalarda Marsda olan dəmir oksidi yalnız kosmik aparatlardan müşahidə edilib və bu prosesdə suyun rolu nəzərə çarpmayıb. Bu səbəbdən, alimlər həmin oksidin, çox güman ki, qırmızı rəngli minerallardan biri olan hematit olduğunu düşünürdülər.

Hematitin Mars atmosferi ilə milyardlarla il ərzində reaksiya nəticəsində əmələ gəldiyi və bu prosesin çoxlu miqdarda maye su tələb etmədiyi güman edilirdi. Bu nəzəriyyəyə əsasən, hematit Marsda göllər və çaylar mövcud olduqdan sonra yaranmışdı. Lakin bu hipotez suyun digər dəmir oksidlərinin əmələ gəlməsinə səbəb olması ehtimalı ilə ziddiyyət təşkil edirdi.

Yeni araşdırmaya əsasən, Marsın qırmızı rəngi əslində soyuq suda əmələ gələn ferigidritlə əlaqəli ola bilər. Bu isə alimlərin Marsın milyonlarla il əvvəl necə göründüyü və onun həyat üçün potensial yararlı olub-olmaması ilə bağlı təsəvvürlərini dəyişdirə bilər.

"Min illərlə alimlər Marsın niyə qırmızı olduğunu araşdırıblar. Analizlərimizə əsasən, biz hesab edirik ki, ferigidrit təkcə tozun deyil, həm də süxurların tərkibində geniş yayılıb.

Biz ferigidritin Marsın qırmızı rənginin səbəbi olduğunu düşünən ilk alimlər deyilik, lakin bu, indiyə qədər müşahidə məlumatları və yeni laboratoriya metodları ilə sübut olunmamışdı. Biz, demək olar ki, Mars tozunu laboratoriyada yaratmaqla bunu təsdiqlədik", – deyə Braun Universitetinin tədqiqatçısı Adomas Valantinas bildirib.
 
Ardını oxu...
 

Səxavət Məmməd: ""JF-17 Thunder"lərin ən önəmli özəlliyi..."

 

“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq".

Bunu Pakistanın informasiya naziri Atta Tarar bildirib.

“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı mümkündür", - A.Tarar qeyd edib.

“JF-17 Thunder”lərin özəllikləri nədir? “F-16”dan fərqi? Hərbi arsenalımızda başqa hansı qırıcılar var?

Ardını oxu...

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, hərbi təyyarələr, hərbi gəmilər və hava hücumundan müdafiə sistemlərinin alışı və satışı həm də siyasi qərardır: “Strateji müttəfiqlik olmadan bu silahları heç bir ölkə digərinə satmır, sata da bilməz. Azərbaycanın hazırda aviaparkında iki döyüş təyyarəsi mövcud idi. Bunlar SSRİ istehsalı olan “SU-25” və SSRİ istehsalı olan “MİQ-29”lar idi. Maraqlıdır ki, bu döyüş təyyarələrindən “MİQ-29”lar Ukraynadan, “SU-25”ləri isə Gürcüstan və Belarusdan alınıb. Azərbaycanın döyüş təyyarələri birinci müharibədə də iştirak edib, ancaq 44 günlük müharibədə Azərbaycanın döyüş təyyarələrinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın döyüş təyyarələri böyük işlər görsə də, etiraf etmək lazımdır ki, Azərbaycanın aviaparkı köhnə idi, yenilənməyə ciddi ehtiyacı vardı. Uzun zaman idi ki, Azərbaycanın Pakistandan hərbi təyyarələr alacağı iddia olunurdu. Hətta Rusiyadan da döyüş təyyarələrinin alınacağı yöndə informasiylar vardı. Rəsmi Bakının qərarı Pakistandan "JF-17 Thunder"lər oldu. “JF-17 Thunder”lərin ən önəmli özəlliyi qiymətinin ucuz olmasındadır. Azərbaycan Pakistandan 24 ədəd “JF-17” sifariş verib. Çoxməqsədli döyüş təyyarəsi olan “JF-17”lər döyüş meydanında Hindistana qarşı əməliyyatlarda iştirak edib. Həmin döyüşlərdə uğur qazanıb. Ancaq “JF-17”lərin böyük müharibə təcrübəsi yoxdur. “JF-17”lərin hazırda Azərbaycan aviaparkında olan “MİQ-29”lardan və “SU-25”lərdən üstün cəhətləri çoxdur.

"MiQ-29"lar hava üstünlüyü qazanmaq üçün nəzərdə tutulub, qısamənzilli hava döyüşlərində üstünlüyə malikdir. “JF-17”lər isə çoxməqsədli döyüş təyyarəsi kimi nəzərdə tutulub, həm hava döyüşləri, həm də yer hücumları üçün istifadə edilə bilir. Bundan əlavə, "MİQ-29"un "JF-17"nin ən son versiyaları ilə müqayisədə daha az inkişaf etmiş avionika və sensorlara malikdir. Misal üçün, "JF-17" müasir avionika və sensorlara malikdir, xüsusilə Blok III versiyası AESA radar kimi yeni texnologiyalarla təchiz olunub. "MİQ-29"a Rusiya istehsalı olan silahlarla inteqrasiya olunur. “JF-17”yə isə Çin və Pakistan istehsalı olan silahlar, həmçinin bəzi Qərb silahları ilə inteqrasiya olunur. “JF-17”nin ən üstün cəhəti isə universal "MIL-STD-1670" silah idarəetmə sisteminə malik olmasıdır. Qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatların istifadəsinə imkan verir.

“JF-17"ni “F-16” ilə müqayisə etmək o qədər də doğru olmaz. Əvvəla, “F-16”lar çox bahalıdır. Bundan əlavə, “F-16”lar müasir avionika və sensorlara, o cümlədən inkişaf etmiş radar və elektron döyüş sistemlərinə malikdir. İki döyüş təyyarəsini müqayisə etdikdə “JF-17" “F-16”nın daha sərfəli alternatividir, ancaq daha az imkanlara malikdir.

“JF-17” təyyarələri "MİQ-29", "SU-25" və müqayisəsini apardığımız "F-16"dan fərqli olaraq təkmühərriklidir.

Azərbaycanın ərazisi, büdcəsi üçün ən sərfəli və ən müasir döyüş təyyarəsinin "JF-17" olduğunu görə bilirik. İddialar var ki, Azərbaycan Çindən Chengdu "J-10" (NATO kod adı: Firebird) çoxməqsədli döyüş təyyarələri də ala bilər".

Ardını oxu...

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Azərbaycanın hərbi hava qüvvələri postsovet məkanının ən güclü hava qüvvələrindən biri hesab olunur: “HHQ arsenalında Rusiyanın istehsalı olan  “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı “MiQ-21”, “MiQ-29”, “Su-24, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, “Tu-134A”, “Tu-16”, “Mi-2”, “Mi-8”, “Mi-24”, "Mi-35M" markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin ("Aerostar", "Orbiter") istehsalı olan pilotsuz uçan aparatlar var. Hava məkanının etibarlı qorunması üçün çox böyük miqyaslı işlər görülüb. Belə ki, HHQ NATO standartlarına uyğun təkmilləşdirilmiş yeni təlim mərkəzləri, aerodromların moderinizasiyası, uçuşların təhlükəsizliyi ən müasir avadanlıqlarla təmin edilməsi həyata keçirilib. Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, burada NATO standartlarına uyğun idarəetmə məntəqəsi yaradılıb.  Azərbaycanla Pakistan arasında əldə olunan razılaşmaya əsasən Pakistan istehsalı olan "JF-17 Thunder" qırıcıları almaqla aviaparkı daha da gücləndirəcək. Bu qırıcıların birgə istehsalı da nəzərdə tutulur. Azərbaycan ilkin olaraq Pakistandan bu qırıcıdan 24 ədəd alacaq. Bildirmək istərdim ki, çoxfunksiyalı və Çinlə birgə moderinləşdirilən “JH-17” qırıcıları bir çox dövlətlərin hərbi hava qüvvələrinin arsenalında da uğurla istifadə olunur. Bu qırıcıların geniş manevr imkanları, texniki xarakteristikası və Qərbin analoji döyüş təyyarələri ilə müqayisədə baha olmaması ona üstünlük qazandırır. Bəzi mütəxəssislər həmin təyyarələri "F-16" kimi öndə gedən təyyarələrdən heç də geri qalmadığı qənaətindədir. Hesab edirəm ki, Pakistan-Azərbaycan əməkdaşlığı, xüsusən də hərbi əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın gücünə güc qatacaq və mövqeyini daha da gücləndirəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Ardını oxu...
Elektron hökumət portalından görsənir ki, RİNN uzun müddət problemli olan bu vəziyyəti düzəltmək istəyir.
Baxıram ki, e-GOV Portalının operatoru İRİA Portalda yeni bir “E-iştirakçılıq” bölməsi də yaradıb.
Görünür ki, hökumət beynəlxalq hesabatlarda Azərbaycanın xeyli zəif göstəricilər əldə etdiyini nəzərə E-iştirakçılıqda vətəndaşların aktivliyini yüksəltmək istəyir.
Portalda vətəndaş rəylərinin toplanması üçün də müraciət edilib.
Bütün bunlar isə indiyədək bu sahədə olan bərbad vəziyyətin aradan qaldırılması baxımından təqdirəlayiq addımlardır.
Xatırladıram ki, BMT iki ildə bir dəfə elektron hökumətin inkişafı indeksinini açıqlayır.
E-iştirakçılıq da bu indeksin “Elektron xidmətlər” alt çoxluqlarından birisidir.
E-iştirakçılıq dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur.
Azərbaycan hər il məhz bu E-iştirakçılıq alt indeksərinin vəziyyəti baxımından mövqelərini xeyli itirib.
“E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb
Son 10 ildə Azərbaycanın təxminən 190 ölkə arasındakı E-iştirtakçılıq indeksi üzrə dinamikasını təqdim edirəm :
2024-cü il - 88-ci yer
2022-ci il - 98-ci yer
2020-ci il - 73-cü yer
2018-ci il - 79-cu yer
2016-cı il - 47-ci yer
2014-cü il - 77-ci yer
RİNN son iki ildə bütövlükdə elektron hökumət quruculuğundakı vəziyyəti 9 pillə, E-iştirakçılıqdakı vəziyyəti isə 10 pillə müsbətə doğru dəyişə bilib.
Lakin statistikadan görsənir E-iştirakçılıq hələ də “ən zəif bənd” olaraq qalır.
Vətəndaşların elektron iştirakçılığı 5 il öncəki vəziyyətdən 12 pillə, 2016-cı ildəki vəziyyətdən isə 41 pillə geridir.
Xatırladıram ki, bu sahədə vəziyyətin düzəldilməsinə yönəlik daha bir addım ötən ilin sonu atılıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının nəzdində yeni bir işçi qrupu - “Rəqəmsal Hökumətin İnkişafı” İşçi Qrupu yaradılıb. Ötən ilin sonu qrupun ilk iclası da keçirilib, “ Elektron Hökumətin İnkişafı İndeksi” reytinqinin gələcəkdə yaxşılaşdırılması əsas müzakirə predmeti olub.
Doğrudur, vətəndaşlara yönəlik bir qrupa vətəndaş cəmiyyətindən hələlik heç bir nümayəndə daxil etməsələr də ümumilikdə belə bir istiqamət üzrə işçi qrup forçmalaşdırmaq faydalı bir təşəbbüs olaraq dəyərləndirilə bilər.
Düşünürəm ki, E-iştirakçılıqda vəziyyəti düzəltmək bir Nazirliyin, bir qurumun işi olmamalıdır, bütün maraqlı tərəflər səfərbər olmalıdır. Bununla bağlı ayrıca hüquqi -normativ aktların qəbulu da faydalı olardı.
myGov-da və digər rəqəmsal hökumət həllərində belə imkanlar nəzərdə tutulmalıdır.
Bəzən müşahidələr göstərir ki, hansısa bir fəaliyyətlə bağlı dövlət informasiya resursu formalaşdırılarkən vətəndaşların iştirakı, ictimai nəzarət imkanları nəzərdə tutulmur.
Dövlət idarəetməsinin və qərarlar qəbul edilməsinin bütün sahələrində vətəndaşların iştirakı, rəy və təkliflər bildirməsi nəzərə alınmalıdır və bunun üçün rəqəmsal imkanlar yaradılmalıdır.
İstənilən bir hökumət datası formalaşdırılarkən vətəndaşların və biznesin ona əlçatanlığı təmin edilməlidir.
RİNN tərəfindən E-iştirakçılqıla bağlı atılan addımlar faydalıdır və ümid edirəm bu sahədə vətəndaşların rəqəmsal imkanları daha da genişləndiriləcək.
Osman Gunduz
TEREF
 
 
 
Ardını oxu...
Beynəlxalq tədqiqatçılar qrupu, Salvador Rovira-Llorensin rəhbərliyi ilə İspaniya ərazisindəki ən mühüm Tunc dövrü kolleksiyalarından biri hesab olunan Villena xəzinəsi arasında qeyri-adi tapıntıya rast gəlib.
İqtisadiyyat.az xəbər verir ki, aparılan araşdırma nəticəsində dəmir qolbaq və qızıl suyuna salınmış boş yarımkürə formasında bir əşyanın yerüstü mənşəli olmayan metal – meteorit dəmirindən hazırlandığı müəyyən edilib.

Bu tədqiqat "Trabajos de Prehistoria" (TP) jurnalında dərc olunub.

Bu kəşf, İberiya yarımadasında metallurgiya texnologiyalarının 3 min il əvvəl kifayət qədər inkişaf etmiş olduğunu göstərib. Uzun müddət bu dəmir artefaktların mənşəyi müəmmalı qalmışdı, çünki Pireney yarımadasında Dəmir dövrü yalnız e.ə. 850-ci ildə başlamışdı. Halbuki, Villena xəzinəsindəki qızıl əşyalar e.ə. 1500–1200-cü illərə aid edilir.

Metalların tərkibini müəyyənləşdirmək üçün tədqiqatçılar spektrometrik analiz aparıblar. Nəticədə, materialda yüksək nikel tərkibi aşkarlanıb ki, bu da meteorit dəmirinin əsas xüsusiyyətlərindən biridir. Bu, o deməkdir ki, bu artefaktlar insanların yerüstü filizlərdən dəmir əldə etməyi öyrənməsindən əvvəl hazırlanıb.

Güclü korroziya bu nəticənin tam təsdiq edilməsinə mane olsa da, alimlər yeni, qeyri-invaziv analiz metodlarından istifadə edərək tədqiqatı davam etdirməyi planlaşdırırlar. Əgər hipotez təsdiqlənsə, bu tapıntılar İspaniyada meteorit dəmirindən hazırlanmış ilk artefaktlar kimi tarixə düşəcək.
 

Dünyapress TV

Xəbər lenti