Ardını oxu...
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın ekspertizası müəyyənləşdirib ki, fevralın 20-də Azərbaycanın media resurslarına kiberhücumu Rusiya ilə əlaqəli olan qruplar təşkil edib. Komissiyanın sədri Ramid Namazovun sözlərinə görə, Azərbaycana qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstə olub. Başqa ölkələrə qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstənin Kremlin nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil.
Milli Məclisin ekspert rəyi Rusiyanın Azərbaycana olan münasibətinin təzahürüdür. Görüşlər, səfərlər, fikir mübadilələri zaman səslənən xoş sözlər aysberqin görünən tərəfidir. Bir dövlət adətən düşmən saydığı və ya hədəf seçdiyi dövlətə qarşı kiberhücumlar həyata keçirir. Milli Məclis Rusiyadan idarə olunan kiberhücumun motivini də səsləndirib. Kiberhücum Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib. Hazırda Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir və bu yöndə açıqlamalar verirlər. Bu açıqlamalar ölkəmizə qarşı şantajın “mədəni” formasıdır, bununla demək istəyirlər ki, Bakıda “Rus evi”nin fəaliyyəti bərpa olunmasa Rusiya ərazisindən Azərbaycana qarşı növbəti kiberhücumlar həyata keçiriləcək.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
"Skype" platformasının işi mayın 5-də dayandırılacaq.

Bu barədə "Microsoft"un texniki dəstək saytı məlumat yayıb.

Şirkət daha əvvəl may ayında platformaya dəstəyi dayandıracağını, istifadəçi hesablarının "Microsoft Teams" servisinə köçürüləcəyini bəyan etmişdi.

Qeyd edək ki, "Skype" platforması 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb.
 
Ardını oxu...
Azərbaycan hökuməti uzun müddət müzakirə olunan və bir sıra tənzimləyici əngəllərlə üzləşən islahata imza atıb -“Aztelekom” yalnız “Baktelekom”la deyil, həm də “AzEuroTel”, “Gəncə və Sumqayıt Telekom”, “Azərrabitəlayihə” və “Beynəlxalq ATS” kimi qurumlarla birləşdirilib.

Bu qərarla illərdir “Baktelekom”la birləşmək üçün çalışan “Aztelekom”u ölkənin telekommunikasiya bazarında dominant oyunçuya çevrilib.

Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz bu addımı müəyyən şərtlərlə uğurlu hesab edir. Onun fikrincə, təbii inhisarçıların vahid bir dövlət qurumu altında birləşdirilməsi daha çevik idarəetmə, investisiyalardan səmərəli istifadə və optimallaşma baxımından faydalı ola bilər: “Yəni bir neçə təbii inhisarçı ilə vuruşmaqdansa, biri ilə vuruşmaq prinsipcə ağlabatandır. Həm də bu, şəffaflıq baxımından da müsbət dəyərləndirilə bilər”.

Ekspert son illərdə Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan “Aztelekom”da şəffaflıq və hesabatlılıq baxımından irəliləyişlər olduğunu vurğulasa da, əsas problemlərin hələ də həll edilmədiyini bildirir. Məsələn, “Aztelekom”un təqdim etdiyi internet paketlərində vətəndaşların real tələbatlarına uyğun sürət və qiymət seçimləri yoxdur. Bu məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmanın nəticələri isə hələlik açıqlanmayıb.

O.Gündüzün fikrincə, hazırda “Aztelekom”un bazardakı çəkisi nəzərəçarpacaq dərəcədə artıb - 3 milyondan çox istifadəçiyə internet xidməti təqdim edir, həm magistral provayderdir, həm də pərakəndə xidmət təklif edir. Bu isə bazar rəqabəti üçün ciddi təhlükələr yarada bilər.

Ən diqqətçəkən dəyişikliklərdən biri “Aztelekom”un Rabitə Nazirliyinin strukturundan çıxarılaraq AZCON Holdinqin tərkibinə verilməsi olub. Hazırda bu operatoru nazirliklə əlaqələndirən yeganə amil, nazir Rəşad Nəbiyevin AZCON-un Müşahidə Şurasına rəhbərlik etməsidir. Ekspertlər bildirir ki, sabah bu əlaqə də qırılarsa, ölkənin ən böyük telekommunikasiya operatorunun nazirliklə institusional bağı tamamilə kəsilmiş olacaq.

Osman Gündüz bu struktur dəyişikliklərinin arxasında “sağlamlaşdırıb satmaq” modelinin dayana biləcəyini düşünür. Onun sözlərinə görə, gələcəkdə “Aztelekom”un yalnız magistral infrastrukturunun dövlətin nəzarətində qalması, pərakəndə internet satışının isə özəlləşdirilməsi ehtimalı real görünür.

“Bu, həm şəffaflığı, həm də bazarda rəqabəti artırmaq üçün doğru addım ola bilər”, – deyə o qeyd edir.

Sektorda dolaşan şayiələrə görə, gələcəkdə ölkənin ən böyük mobil operatoru olan “Azercell”-in də “Aztelekom”a birləşdirilməsi mümkündür. Bu baş verərsə, həm mobil, həm sabit internet, həm də magistral infrastruktur eyni struktur daxilində cəmlənmiş olacaq. Bu isə sektorda ciddi təmərküzləşmə və rəqabət pozuntusu riski yarada bilər.

Beləliklə, “Aztelekom”un genişləndirilməsi dövlət üçün mühüm bir texnoloji və iqtisadi fürsət yaradır. Amma bu dəyişikliklər yalnız o halda uğurlu ola bilər ki, sektorda şəffaflıq və rəqabət təmin edilsin, İKTA və digər tənzimləyici orqanların səlahiyyətləri gücləndirilsin. Əks halda, bu nəhəng struktur bazarda inhisarçılıq və texnologiyada durğunluq riski daşıya bilər.

AzPolitika.info
 
Ardını oxu...
ABŞ-li astrofotoqraf Mişel Ernandes Beyliss iki məşhur spiral qalaktikanın - "M94" və "M51"in heyranedici fotolarını çəkib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Space" portalı xəbər verib.

Bildirilir ki, "M94" qalaktikası çox parlaq mərkəzə sahib olduğu üçün "Timsahın gözü" adlandırılır və bizdən 16 milyon işıq ili uzaqlıqda yerləşir.
Ardını oxu...

"M51" isə "Qıvrım qalaktikası" kimi tanınır, çünki onun nəhəng spiral qolları su burulğanına bənzəyir və 34 milyon işıq ili məsafədədir.

Fotoqraf öz şəxsi rəsədxanasında teleskop və xüsusi kameralar istifadə edib. "M94" qalaktikasını çəkmək 20 saat, "M51" qalaktikasını isə 16 saat vaxt aparıb. Aydın görünüş üçün parlaqlıq filtrləri və xüsusi proqramlarla rəqəmsal emal aparılıb.

"M51"in fotosunda parlaq nüvə, toz zolaqları və ulduzların intensiv şəkildə formalaşdığı bölgələr aydın seçilir. NASA alimləri düşünürlər ki, "M51"in füsunkar spiral quruluşu, onun yaxınlığından keçən kiçik "NGC 5195" qalaktikasının təsiri ilə formalaşa bilər.

Bu görüntülər spiral qalaktikaların gözəlliyini və struktur müxtəlifliyini bir daha göstərir.
Ardını oxu...
 

Ardını oxu...
Nazirlər Kabineti ölkə Prezidentinin “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planının 8.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini təmin etmək məqsədilə 6 ay müddətində mövcud rəqəmsal resurslar əsasında sənədin icrasının monitorinqi və hesabatlılıq modulunu formalaşdırmalı, növbəti ildən işlərini həmin modul üzərindən həyata keçirməli, Layihə İdarəetməsi Modulunda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), layihələrlə əlaqədar icra müddətləri (illər üzrə bölgüsü), maliyyə və texniki-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti təsdiqedici sənədləri təmin edən və hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 dəfə, hər il fevralın 28-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görməlidir.

Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar) müavinlərindən ibarət məsul şəxsləri təyin edərək onlar barədə məlumat 10 gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü 1 ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməli, ayda 1 dəfə növbəti ayın 15-nə qədər, ilin yekunları barədə məlumatların isə hər il yanvarın 25-nə qədər Modulda yerləşdirilməsini təmin etməlidirlər.

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi və Strategiyanın icrasına məsul orqanlar (qurumlar) Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsindən ayrılmış və istifadə olunmuş vəsait barədə məlumatların (Mərkəzin təqdim etdiyi formaya uyğun olaraq) hər növbəti rübün birinci ayının 5-nə qədər Modulda yerləşdirilməsini təmin etməlidir.

5. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri olmaqla, bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş məsul şəxslərdən və Mərkəzin nümayəndəsindən ibarət İşçi qrup formalaşdırılmalı, onun fəaliyyətinə dair ildə 2 dəfədən az olmayaraq iclasın keçirilməsi təmin edilməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə və aparatın Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ardını oxu...
Texnologiya yarışının mühüm sahələrindən biri olan smartfon sənayesində ABŞ texnologiyası və marka gücü ilə, Çin isə istehsal gücü ilə seçilir. İstifadəçilərə bankçılıqdan sosial mediaya, naviqasiyadan ünsiyyətə qədər bir çox xüsusiyyət təqdim edən smartfonlar gündəlik həyatın əvəzolunmaz elementinə çevrilib.

- Çində smartfon sektorunda tanınmış şirkətlər olsa da, ABŞ bazar payı və çip və proqram təminatı sahəsində texnoloji üstünlüyü ilə sektorda güclü mövqedədir.

- Yüksək istehsal gücü və çip istehsalında istifadə olunan xammalın aparıcı istehsalçısı olması Çinə sektorda üstünlük verir.

smart-phone4.jpg

2025-ci ilə qədər dünyada 7,4 milyard smartfonun istifadə olunacağı təxmin edilir.Dünya əhalisinin əksəriyyəti smartfonlardan aktiv istifadə edir.

Bu telefonları istehsal edən şirkətlər çox olsa da, bəzi markalar satış rəqəmləri və texnologiyaları ilə bazarı tutur. Smartfon bazarında seçilən ABŞ və Çin bu sektorda texnologiya yarışında iştirak etməyə davam edir.

- ABŞ-ın ƏHƏMİYYƏTLİ KOZIR KARTI DÜNYANIN ƏN DƏYƏRLİ ŞİRKƏTİ APPLEDİR
Smartfon bazarının artım tempi son illərdə cihazın dəyişdirilməsi dövrünün uzadılması səbəbindən azalsa da, 2025-ci ilin birinci rübündə 1,5 faiz artmağa davam edib.


ABŞ və Çin arasında yaşanan gərginliyə və dünya iqtisadiyyatındakı inkişaflara baxmayaraq sektor keçən ilin ilk rübündə 300,3 milyon telefon tədarük edib və bu ilin ilk rübündə bu rəqəmi 304,9 milyona çatdırıb.

İlin ilk rübündə bazarda önə çıxan şirkətlərə baxdığımızda Samsung 60,6 milyon telefon tədarükü ilə birinci yerdədir. Samsung-u 57,9 milyonla Apple, 41,8 milyonla Xiaomi, 23,5 milyonla Oppo və 22,7 milyonla vivo izləyir.

Çin smartfon sənayesində ən çox tədarükü həyata keçirən 5 şirkətdən 3-nə ev sahibliyi edir (Xiaomi, Oppo, vivo).

Bunun əksinə olaraq, ABŞ Apple-ın bazar dəyəri təxminən 3 trilyon dollar olan sektorda güclü mövqedədir. Dünyanın ən dəyərli şirkəti olan Apple gəlirinin 55 faizindən çoxunu iPhone satışından əldə edir.

- CHIP VƏ PROGRAM TƏRƏFİNDƏ, ABŞ ÇİNƏ QARŞI ÜSTÜN MÖVQEDƏDİR
Smartfon satışı ilə yanaşı, bu cihazların proqram infrastrukturu da önəmlidir.

Ən çox istehsal edən şirkətlərə baxdığımızda Apple istisna olmaqla ilk 5-likdə yer alan bütün digər şirkətlər ABŞ mərkəzli Google-un Android əməliyyat sistemindən istifadə edir. Apple isə öz əməliyyat sistemi olan iOS-u istifadəçilərinə təqdim edir. Proqram təminatı baxımından ABŞ Çinə qarşı üstün mövqedədir.

Əməliyyat sistemləri üçün lisenziya haqları və bu sistemlərin tətbiq mağazaları vasitəsilə satışı nəzərə alındıqda, ABŞ smartfonlardakı proqram təminatı infrastrukturu ilə əhəmiyyətli iqtisadi resursa sahibdir.

Çin tərəfində Huawei smartfonlarda ciddi irəliləyiş əldə edərkən, ABŞ-da müxtəlif məhdudiyyətlərlə üzləşdi. Bu məhdudiyyətlərə görə şirkət Google-un Android sistemlərini telefonlarına daxil edə bilməyib və HarmonyOS adlı öz əməliyyat sistemini hazırlayıb. Şirkət bu əməliyyat sistemi ilə Çində əhəmiyyətli sayda istifadəçiyə çatsa da, Google-un məhdudiyyətindən sonra qlobal miqyasda gücünü itirib.

ABŞ bir çox Çin texnologiya şirkətinə, xüsusən də Huawei-yə qarşı ciddi sanksiyalar tətbiq edir. Bu sanksiyaların əksəriyyəti təhlükəsizlik baxımından tətbiq edilsə də, texnologiyada yarışın bir aləti kimi də qəbul edilir.

İki ölkə arasında rəqabətin mühüm sahələrindən biri də hər texnologiyada olduğu kimi smartfonlar üçün də kritik əhəmiyyətə malik çiplərdir.

Tayvanda yerləşən Mediatek, bazar payı ilə smartfon çiplərində birinci yerdədir. Mediatek-dən sonra Apple, Qualcomm, UNISOC, Samsung və HiSilicon gəlir. ABŞ-dan Apple və Qualcomm bazarın 44 faizinə sahib olduğu halda, Çindən UNISOC və HiSilicon bazarın 17 faizinə sahibdir. Çip tərəfində ABŞ-ın Çin üzərində üstünlüyü var.

ABŞ Çinin çip istehsalı imkanlarını zəiflətmək üçün ixraca nəzarəti gücləndirməyə davam edir. Bunun əksinə olaraq, Çin çiplərdə istifadə olunan qallium və germaniumun aparıcı istehsalçısıdır. ABŞ-ın məhdudiyyətlərinə məhəl qoymayaraq, Çin ABŞ-a qalium və germanium ixracını qadağan etdi.
ÇİN İSTEHSAL GÜCÜ İLƏ AĞILLI TELEFON SƏNAYƏSİNDƏ CİDDİ ÜSTÜNLÜYƏ MALİKDİR

ABŞ smartfon bazarında ən qiymətli brendə, komponentlərə və proqram təminatı infrastrukturuna malik olsa da, istehsalda Çindən asılıdır. ABŞ-ın bir çox texnoloji şirkətləri, xüsusən də Apple uzun illərdir ki, istehsal üçün Çini seçir.

ABŞ-la yanaşı smartfon istehsalında birinci yerdə olan Cənubi Koreyada yerləşən Samsung şirkəti də istehsalının əhəmiyyətli bir hissəsini Çində həyata keçirir. Bu istehsal gücü Çinə texnologiya yarışında ciddi üstünlük verir. Bu yolla Çin həm məhsul istehsal edərək qazanc əldə edir, həm də dolayı yolla bu texnoloji biliklərin özünə ötürülməsi üçün zəmin hazırlayır.

Smartfon sənayesində qarşılıqlı asılılıq var. Həm ABŞ, həm də Çin bu asılılığı azaltmağa çalışır.

ABŞ texnologiya istehsalını öz ərazisinə cəlb etmək üçün bir sıra tədqiqatlara başlasa da, Çin də bir çox sahələrə texnologiya sərmayələri edir, xüsusilə innovasiya imkanlarını, yerli əməliyyat sistemini və çip inkişafının artırılması.

ABŞ-ın texnologiya nəhəngləri öz ölkələrində fabrik investisiyaları ilə yanaşı, müxtəlif ölkələrdə istehsal mərkəzlərini də diversifikasiya etməyə çalışırlar.

Məsələn, Apple Çindən asılılığı azaltmaq strategiyasının bir hissəsi olaraq istehsal xəttini qismən Hindistan və Vyetnam kimi ölkələrə köçürüb. Keçən ilin məlumatlarına görə, Apple Hindistanda iPhone istehsalının 14 faizini həyata keçirib.

Bildirilir ki, Çin dünyanın ən böyük smartfon istehsal bazası olduğundan bütün istehsalın başqa ölkələrə keçirilməsi çətin və mürəkkəb prosesdir.

ABŞ və Çin arasındakı gərginliyin gedişi bir çox texnologiya istehsalı sektorlarının, xüsusən də qarşılıqlı asılılığın və rəqabətin mövcud olduğu smartfon sektorunun gedişatına yaxından təsir edəcək.

Mənbə:AA
 
Ardını oxu...
İnnovasiya və sürət lideri “Bakcell” 2024-cü ildə həyata keçirdiyi strateji və vizual yenilənmə ilə bu gün rebrendinqinin ilk ildönümünü qeyd edir.

Son bir il ərzində “Bakcell” rəqəmsal gələcəyə doğru sürətlə addımlayaraq, yenilənmiş dizayn və brend strategiyası ilə innovasiya və süni intellekt dəstəkli həllərdən daha geniş şəkildə istifadə etməyə başlayıb. Strategiya çərçivəsində müştərilərə “Birinci Tariff”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri”, “Bakcell Kart”, “Tarif məsləhətçisi” kimi innovativ məhsul və xidmətlər təqdim edilib. Bu yeniliklər, ilk növbədə, müştərilər üçün innovativ məhsul və xidmətlərin artırılması, bununla da müştəri təcrübəsinin zənginləşdirilməsini hədəfləyir.

Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə “Bakcell” bu gün xüsusi olaraq Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli, innovativ məhsul və xidmətlərini təklif edir. Rebrendinq nəticəsində Bakcell ölkənin rəqəmsal inkişafına töhfə verməklə yanaşı, innovasiyalara, dayanıqlılığa və milli dəyərlərə sadiqliyini də nümayiş etdirir.

 
 
 
Ardını oxu...
WhatsApp istifadəçilərin məxfiliyini artırmaq üçün yeni bir funksiyanı təqdim edib. Məşhur mesajlaşma platforması bu yeniliyin həm şəxsi söhbətlərdə, həm də qruplarda tətbiq ediləcəyini bildirib.

“Həm söhbətlərdə, həm də qruplarda mövcud olan bu yeni parametr əlavə məxfilik istədiyiniz zaman başqalarının WhatsApp-dan kənar məzmun götürməsinin qarşısını almağa kömək edir”, – deyə WhatsApp-ın açıqlamasında qeyd olunub.

Milli.Az xəbər verir ki, yeni məxfilik funksiyası aktiv olduqda, digər istifadəçilər artıq söhbətləri paylaşa, medianı avtomatik olaraq telefonlarına yükləyə və süni intellekt (AI) əsaslı funksiyalar üçün mesajlardan istifadə edə bilməyəcəklər. Bununla belə, istifadəçilərin ekran görüntüsü alma və medianı əl ilə yükləmə imkanları hələ də qalır.

“WhatsApp” bildirib ki, bu funksiya xüsusilə həssas məlumatların müzakirə olunduğu qruplarda və tanımadığınız şəxslərin iştirak etdiyi qruplarda daha çox faydalıdır.

Yeni funksionalıq tətbiqin ən son versiyasını yükləyən bütün istifadəçilər üçün tədricən istifadəyə verilir.

Meta-ya 200 Milyon Avro Cərimə

WhatsApp yeniliyi, ana şirkəti Meta-nın Avropa Komissiyası tərəfindən 200 milyon avro (təxminən 227 milyon dollar) cərimələnməsi ilə eyni dövrə təsadüf edir. Avropa Komissiyası Meta-nı Rəqəmsal Bazarlar Aktını (DMA) pozmaqda günahlandırır.

Komissiya bildirib ki, Meta istifadəçiləri ya şəxsi məlumatlarını paylaşaraq fərdiləşdirilmiş reklama razı olmağa, ya da bu xidmətdən imtina etməyə məcbur edir, lakin bunun əvəzində “ekvivalent, fərdiləşdirilməmiş bir model” təklif etmir. Bu səbəbdən şirkət DMA-ya uyğun hesab olunmayıb.

Meta isə cavabında Avropa Komissiyasını “uğurlu Amerika şirkətlərinə qarşı ədalətsiz davranmaqda” və Avropa iqtisadiyyatına zərər vurmaqda ittiham edib. Şirkətin Qlobal Məsələlər üzrə Baş Mütəxəssisi Coel Kaplan, “Fərdiləşdirilmiş reklamı ədalətsiz şəkildə məhdudlaşdırmaq Avropa bizneslərinə də zərər verir”, – deyə qeyd edib.
 
Ardını oxu...
TEREF xəbər verir ki, kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq
Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının
(ATEA) akademiki, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya
elmləri doktoru, Qazaxstanda “Nanoekotexnologiyalar laboratoriyası”-nın direktoru,
çoxsaylı Elmi Kəşf müəllifi olan Rahim Abas Daşdiyevin rəhbərliyi altında 05.10.2023-
cü il tarixlində Almaniyada qeydiyyatdan keçmiş “Su-neft və neft-su emulsiyalarının
eyni zamanda parçalanması hadisəsi” adlı kəşf bəyanatı ilə birlikdə digər kəşflərlə
yanaşı “Qaz hidratları timsalında maddənin nanoheterogen kristallik və amorf mayeqaz,
qazmaye tipli yeni hibrid aqreqat halları” adlı Elmi Kəşf professor Rahim Abas Daşdiyevin
rəhbərliyilə Almaniyada prioritet almışdır. Bu kəşflər neftin ilkin hazırlanması
nanoekotexnologiyaları erasında tətbiqi nanokolloid kimyasının dünya səviyyəsində
inqilabi nailiyyətlər olması baxıımından, mühüm nəzəri və praktiki dəyərlərə malikdir.
Professor Rahim Daşdiyevin Elmi Kəşflər bazasında yeni texnologiyaların
yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olunmasında əsas meyar hesab
etdiyi mötəbər mənbələr:
Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı:
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq
edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret
fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı
bəyanatı:
“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib
Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz
özümüz bu texnologiyaların müəllifləri olaq” (10.05.2023).
Hər bir Elmi Kəşfdən sonra Almaniyadan, Avropa Təbiət Elmləri Akademiyasının
prezidenti tərəfindən, Azərbaycan alimlərinin nailiyyətləri ilə bağlı rəsmi şəkildə Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevə mütəmadi olaraq məlumat daxil olur. Rahim Daşdiyev
Azərbaycan Respublikası Prezidentinin 19.09.2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanın
neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, Almaniyada isə ATEA
prezidenti tərəfindən görkəmli elmi nəticələrinə görə “Wilhelm Leibniz” (2021) və
“Alexander von Humboldt” (2023) medal və diplomları ilə təltif edilmişdir. Avropa Təbiət
Elmləri Akademiyası akademiklərinin bioqrafik ensiklopediyasının 2021 və 2024-cü il
nəşrlərində R.A.Daşdiyevin elmi fəaliyyəti haqqında məlumat dərc edilmişdir.
TEREF
Ardını oxu...
“Instagram” azyaşlı istifadəçilərin öz yaşları barədə yalan məlumat təqdim edib-etmədiyini müəyyənləşdirmək üçün süni intellektin tətbiqini sınaqdan keçirməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə “Meta Platforms” məlumat dərc edib.

“Meta”nın yazdığına görə, foto və videopaylaşım platforması özlərini həddi-büluğa çatmış kimi təqdim edən istifadəçilərin aktiv axtarışına başlayacaq.

Süni intellekt istifadəçinin yaşı barədə yanlış məlumat verdiyi faktını qət etsə, həmin hesab avtomatik olaraq daha çox məhdudiyyətlərin olduğu “yeniyetmə hesabı” kimi təsnif olunacaq.

“Yeniyetmə hesabları” avtomatik olaraq “private”, yəni “şəxsi” rejimdə olur. Bu, o analama gəlir ki, onlara şəxsi mesajların yazılması məhdudlaşıb. Belə ki, həddi-büluğa çatmamış istifadəçilər yalnız təqib etdikləri və artıq əlaqədə olduqları şəxslərdən ismarıc qəbul edə biləcəklər.

“Meta”, eyni zamanda, bildirir ki, onlara insanların döyüşməsi və ya kosmetik prosedurlar kimi “həssas kontent”in nümayişi məhdudlaşdırılacaq.
 

Dünyapress TV

Xəbər lenti