Ardını oxu...
Türkiyənin "Göksur" adlı yeni milli və yerli havadan müdafiə sistemi "Aselsan" tərəfindən hazırlanıb. Bu mühüm müdafiə layihəsi gəmi əleyhinə raketlərdən, silahlı/silahsız pilotsuz uçuş aparatları, döyüş təyyarələri və helikopterlərdən qorumaq üçün nəzərdə tutulub.

Anadolu Ajansı xəbər verir ki, "Göksur"un ilk atəş testi Sinop sahillərində baş tutub. "Beykoz" gəmisindən həyata keçirilən sınaq uğurlu olub. Bildirilir ki, yüksək performanslı "Bozdoğan" raketi və ikitərəfli məlumat əlaqəsi vasitəsilə "Göksur" Türkiyə Dəniz Qüvvələrinin ehtiyaclarını tam şəkildə qarşılayacaq.

360 dərəcə məhv etmə qabiliyyəti, yeni nəsil infraqırmızı axtarış başlıqlı idarəolunan mərmi, səthə yaxın uçan təhdidlərə qarşı yüksək effektivlik, süni intellekt dəstəkli atış idarəetmə sistemi kimi xüsusiyyətləri ilə "Göksur" Türkiyənin müdafiə qabiliyyətini üst səviyyəyə qaldıracaq. Bundan əlavə, yeni silah modulyar dizaynı sayəsində müxtəlif ölçülü platformalara asanlıqla inteqrasiya edilə biləcək.
https://x.com/oxuazturkce/status/1891499810089271447?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1891499810089271447%7Ctwgr%5Ef3769793a80866012cfec5db8d434a87d503d8ec%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Ftns.az%2Fturk-dunyasi%2F78704-turkiyede-yeni-silah-sinaqdan-ughurla-chixdi%2F
 
 

Ardını oxu...
“Speedtest” 2025-ci il üçün internetin sürətinə və mobil internetin qiymətinə görə ölkələrin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan siyahıya əsasən internetin median sürətinə görə Azərbaycan 48,41 Mbit/s sürətlə 155 ölkə arasında 59-cu yerdə qərarlaşıb.
Mobil internetin qiymətinə görə isə ölkəmiz 1,76 dollar ilə 236 ölkə arasında 146-cı yeri tutub. Qeyd edək ki, hesablama 1 GB internet trafikinin orta qiymətini göstərir.
Keçmiş SSRİ və regionun 16 ölkəsi arasında internetin sürətinə görə Azərbaycan 4-cü sırada, 1 GB mobil internetin qiymətinə görə isə 13-cü sırada yer alıb.
Keçmiş SSRİ və regionun ölkələri arasında internetin sürəti və mobil internetin (1 GB) qiyməti belə olub:

26. Estoniya – 91,34 Mbit/s (1,15 dollar)
29. Latviya – 84,19 Mbit/s (3,21 dollar)
31. Litva – 83,47 Mbit/s (1,26 dollar)
59. Azərbaycan – 48,41 Mbit/s (1,76 dollar)
68. Türkiyə – 37,66 Mbit/s (0,44 dollar)
69. Türkmənistan – 37,23 Mbit/s (11,42 dollar)
71. Qazaxıstan – 35,71 Mbit/s (0,41 dollar)
73. Gürcüstan – 35,09 Mbit/s (1,91 dollar)
74. İran – 34,71 Mbit/s (1,50 dollar)
78. Moldova – 32,18 Mbit/s (0,28 dollar)
85. Ermənistan – 30,19 Mbit/s (0,98 dollar)
93. Qırğızıstan – 27,25 Mbit/s (0,17 dollar)
94. Ukrayna – 27,23 Mbit/s (0,27 dollar)
101. Özbəkistan – 26,24 Mbit/s (0,30 dollar)
113. Rusiya – 24,64 Mbit/s (0,25 dollar)
146. Belarus – 11,86 Mbit/s (0,67 dollar)

İnternet sürətinin ən güclü və ən zəif olduğu 20 ölkə...
Məlumat üçün bildirək ki, dünyada ən sürətli internet Qətərdə qeydə alınıb. Bu ölkədə orta sürət 286,42 Mbit/s-ə çatır. İkinci yerdə 284,21 Mbit/s sürətlə BƏƏ qərarlaşıb. Üçüncü yeri isə Küveyt (216,96 Mbit/s) tutur.
Reytinqdə dördüncü yerdə internet trafikinin orta sürəti 173,95 Mbit/s-ə çatan Cənubi Koreyadır. Ondan sonra Danimarka (157,94 Mbit/s), Çin (144,85 Mbit/s), Norveç (141,4 Mbit/s), İslandiya (136,91 Mbit/s) və Hollandiya (134,15 Mbit/s) gəlir. Səudiyyə Ərəbistanı 125,19 Mbit/s sürət ilə ilk onluğa daxil olub.
Ən yavaş internet Şərqi Timordadır - cəmi 3,34 Mbit/s. Onu demək olar ki, eyni sürətlə - 3,84 Mbit/s ilə Kuba izləyir. Üçüncü yerdə isə demək olar ki, tamamilə dağılmış rabitə infrastrukturuna görə 5,07 Mbit/s sürətlə Əfqanıstandır.
Siyahıda sonrakı yerləri Sudan (7,5 Mbit/s), Tacikistan (8,14 Mbit/s), Haiti (8,38 Mbit/s), Yəmən (8,87 Mbit/s), Boliviya (9,92 Mbit/s) və Venesuela (11,43 Mbit/s) tutur. Bu ölkələrin hamısı ya hərbi münaqişə, yoxsulluq, ya da Haitidə olduğu kimi, daimi dağıdıcı təbii fəlakətlər səbəbindən zəif infrastruktura malikdir.
Belarus isə 11,86 Mbit/s sürətlə ilk onluğu tamamlayır. Kifayət qədər inkişaf etmiş şəbəkəyə baxmayaraq, ölkədə internetin sürətinin aşağı olması hökumətin telekommunikasiya xidmətlərinə total nəzarəti və rabitənin daim bloklanması sayəsində əldə edilir.

İnternet qiymətinin ən baha və ən ucuz olduğu 20 ölkə...
Zimbabve hazırda görünməmiş dərəcədə bahalı internetdən istifadə edir: 1 GB üçün 43,75 dollar. İkinci yerdə 1 GB-ın qiyməti 40,58 dollar olan Folklend adalarıdır. İnternetdən istifadə üçün üçüncü ən bahalı yer isə hər GB üçün orta qiymət 40,13 dollar olan Müqəddəs Yelenadır. Dördüncü yerdə Cənubi Sudandır (23,70 dollar. Sonra Tokelau (17,24 dollar), Yəmən (15,68 dollar) və rabitə xidmətlərində dövlət inhisarı olan Türkmənistan (11,42 dollar) gəlir.
Bir GB internetin qiymətinin ən yüksək olduğu ilk on ölkənin sonunda bunlardır: Mərkəzi Afrika Respublikası (10,90 dollar), Svalbard və Yan Mayen (9,00 dollar) və Kayman adaları (8,39 dollar).
Bu gün dünyada ən ucuz internet İsraildədir: texnologiyaya böyük investisiyalar və inkişaf etmiş infrastruktur sayəsində 1 GB-ın qiyməti cəmi 0,02 dollardır. Fici fiber-optik şəbəkələrin daim genişlənməsi səbəbindən 1 GB internetin qiyməti 0,09 dollar olmaqla ikinci yerdədir. İlk üç yeri İtaliya tamamlayır. Burada 1 GB internet trafiki cəmi 0,09 dollara başa gəlir.
San Marino dördüncü yerdədir (0,10 dollar). Ondan sonra Pakistan (0,12 dollar), Kamboca (0,12 dollar), Hindistan (0,16 dollar), Qırğızıstan (0,17 dollar) və Kolumbiya (0,20 dollar) gəlir. Fransa təxminən 0,20 dollar/1 GB qiymətlə ən ucuz internetə malik ilk on ölkəni tamamlayır.
Ardını oxu...
Hindistandan olan 14 yaşlı “kalkulyator insan” zehni qabiliyyətlərini sınaqdan keçirərək bir gündə Ginnesin Rekordlar kitabının altı rekordunu qırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Maharaştradan olan 14 yaşlı Arjan Şukla, təxminən bir il əvvəl, İtalyan serialı “Lo Şo Dei Record”da 50 beş rəqəmli rəqəmin ən sürətli zehni əlavə edilməsi rekordunu qıraraq ilk dəfə Ginnesin Rekordlar kitabına düşmüşüb.
Cəmi 25,19 saniyəyə bu uğura imza atan Şukla Ginnesin Rekordlar kitabı tərəfindən Dubaya dəvət olunub və indi onun adına daha 6 titul var.
Bir gündə, Şukla 100 dördrəqəmli ədədi ən sürətli zehni toplama (30,9 saniyə), 200 dördrəqəmli ədədi ən sürətli zehni toplama (1 dəqiqə 9,68 saniyə), 50 beşrəqəmli ədədi ən sürətli zehni toplama (18,71 saniyə), 20 rəqəmli ədədi 10 rəqəmli ədədə bölmək üçün ən sürətli vaxt (5 dəqiqə 42 saniyə), iki beş rəqəmli rəqəmi zehni olaraq toplama üçün ən sürətli vaxt (51,69 saniyə) və iki səkkiz rəqəmli rəqəmi zehni olaraq çoxaltmaq üçün ən sürətli vaxt (2 dəqiqə 35,41 saniyə).
Ginnesin Rekordlar kitabı tərəfindən “kalkulyator insan” adlandırılan Şukla deyir ki, yarışlarda zehnini iti saxlamaq üçün gündə 5-6 saat riyaziyyatla məşğul olur.
 
Ardını oxu...
Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.

TASS-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Fevralın 13-də saat 14:09-da (Bakı vaxtı ilə 15:09 - red.) rentgen diapazonunda 3987 (S06W21) Günəş ləkəsi qrupunda 8 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
 
Ardını oxu...
Meymun beynini insan beyninə çevirən mexanizm tapılıb.

TEREF oxu.az-a istinadən xəbər verir ki, kəşf ABŞ-nin Yel Universitetinin alimlərinə aiddir. Tədqiqatın nəticələri "Cell" jurnalında dərc edilib.

Alimlər müəyyən ediblər ki, meymun beyninin insan beyninə çevrilməsində "sürətlənmiş inkişaf zonaları" (Human accelerated regions - HAR) kimi tanınan xüsusi genetik keçiricilər əsas rol oynayıb.

Əvvəllər HAR-ın insanlarda və şimpanzelərdə genlərin işini fərqli şəkildə tənzimlədiyi düşünülürdü. Lakin yeni tədqiqat göstərdi ki, bu DNT sahələri hər iki növdə eyni gen dəstinin aktivliyini tənzimləyir. İnsanın unikallığı ondan ibarətdir ki, HAR bu genlərin işini xüsusi şəkildə idarə edərək, neyronların inkişafını və qarşılıqlı əlaqəsini müəyyən edir.

Tarixi kəşf genomun inqilabi üçölçülü xəritəsinin yaradılması sayəsində baş verib. Elm tarixində ilk dəfə alimlər HAR-ın həm insan, həm də şimpanze neyron kök hüceyrələrinə təsirini izləyə biliblər və məlum olan genetik açarların təxminən 90%-ni əhatə ediblər.

Tədqiqatçıların sözlərinə görə, HAR məhz insan beyninin formalaşması dövründə maksimum aktivlik göstərir. Genomun bu hissələri neyronların inkişafı və mürəkkəb neyron əlaqələri şəbəkəsinin yaradılmasına cavabdehdir ki, bu da beynimi̇zi unikal edir.

Maraqlıdır ki, tədqiqat həmçinin HAR ilə autizm və şizofreniya kimi xəstəliklərin inkişafı arasında əlaqəni aşkar edib. Bu kəşf bu mürəkkəb nevroloji pozuntuların başa düşülməsi və müalicəsi üçün açar ola bilər.

Digər mühüm kəşf HAR-ın inkişaf edən beynin spesifik hüceyrə tiplərində müəyyən genləri aktivləşdirmək və deaktivləşdirmək qabiliyyəti olub. Alimlər hesab edirlər ki, məhz bu xüsusiyyət insan beyninin digər primatlara nisbətən ölçüsünün artmasında əsas rol oynayıb.
 
Ardını oxu...
Bu tarixdə Yerə asteroid düşəcəkNASA və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən aparılan son hesablamalara görə, 2024 YR adlı asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalı yüksəlib.

BAKU.WS xəbər verir ki, NASA-nın Yerə Yaxın Obyektlərin Araşdırılması Mərkəzi (CNEOS) məlumatlarına əsasən, çarpma ehtimalı 2,3% olaraq hesablanıb. Bu göstərici, ESA-nın dekabr ayında elan etdiyi 1,3%-lik ehtimaldan daha yüksəkdir.

Alimlər 2024 YR asteroidinin dəqiq orbitini müəyyənləşdirmək üçün müşahidələri davam etdirirlər. NASA-nın maliyyələşdirdiyi astronomlar, asteroidin təxminən 90 metr diametrində olduğunu və 1908-ci ildə Sibirdə baş verən Tunquska hadisəsinə səbəb olan göy cisminə bənzədiyini bildirirlər.

Tunquska hadisəsi, 2,150 kvadrat kilometrlik meşə sahəsini məhv edən güclü partlayışla nəticələnmişdi.

Mütəxəssislər, 2024 YR asteroidinin risk siyahısında yüksək yer tutmasına baxmayaraq, narahatlığa ehtiyac olmadığını vurğulayırlar.

ESA tərəfindən yayımlanan məlumatlandırıcı videoda, asteroidlərin çırpılma ehtimalının zamanla dəyişə biləcəyi və yeni müşahidələr nəticəsində bu ehtimalın sıfıra enə biləcəyi bildirilir.

NASA-nın Planetar Müdafiə Koordinasiya Ofisindən verilən açıqlamada, "Keçmişdə də risk siyahısında yüksələn, lakin yeni məlumatlarla təhlükəli olmadığı müəyyən edilən asteroidlər olub" ifadəsi yer alıb.

NASA tədqiqatçısı Molli Wasser, "2024 YR-in Yerə çırpılma ehtimalı, qarşıdakı həftələrdə aparılacaq yeni müşahidələrlə sıfıra endirilə bilər" deyib.

Edinburq Universitetindən planetar astronomiya professoru Colin Snodgrass, "Böyük ehtimalla bu asteroid Yerə yaxın məsafədən keçəcək. Ancaq orbitini daha dəqiq müəyyənləşdirmək üçün əlavə müşahidələr aparmalıyıq" deyə bildirib.

Keçmişdə oxşar hadisələr də bu ssenarini dəstəkləyir. 2004-cü ildə kəşf edilən və Eyfel Qülləsindən böyük olan 99942 Apophis asteroidi, əvvəllər Torino şkalasında 4-cü risk səviyyəsində qiymətləndirilsə də, son hesablamalar onun növbəti 100 il ərzində Yer üçün heç bir təhlükə yaratmayacağını göstərib.

NASA-nın 2022-ci ildə həyata keçirdiyi DART missiyası isə bu cür təhdidlərə qarşı tədbir görülə biləcəyini sübut edib. Bir kosmik aparat, futbol meydançası böyüklüyündə olan asteroidə çırpılaraq onun orbitini dəyişdirib.

Professor Snodgrass bildirib ki, "2024 YR kimi asteroidlər üçün DART tipli müdaxilələr təsirli ola bilər. Bu texnologiyaya sahibik və artıq uğurla test etmişik".
 
Ardını oxu...
Paris prokurorluğu (Fransa) "X" sosial şəbəkəsi alqoritmlərinin təhrif edildiyi iddiası ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə "Franceinfo" radiostansiyası məlumat yayıb.

"Ehtimal olunur ki, alqoritmlər avtomatlaşdırılmış məlumatların emalı sisteminin işini təhrif edib. Hakimlər və kibercinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları sistemi təhlil edir və ilkin texniki yoxlama aparırlar", - prokurorluqdan bildirilib.

Məlumata görə, araşdırma fransalı deputat Erik Botorelin yanvarın 12-də "X"in işinin qərəzli alqoritmlər əsasında qurulduğunu bildirməsindən sonra başlayıb.
 

Ardını oxu...
 

Ölkəmizə gətirilən və ucuz satılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa standartlarına cavab vermir.

Bunu Baku TV-nin "Baku Aktual" verilişində nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

"Həmin avtomobillər nə təhlükəsizlik, nə də ekoloji standartlara cavab verir. Qəza zamanı ağır fəsadlar yaşanır və ölüm halları da çox olur. Avropa İttifaqı ölkələrinin "crash" testləri var. Testdən keçə bilirsə, nəqliyyat vasitələri Avropa ölkələrində istismar oluna bilir. Avropa İttifaqı ölkələrində Çinin istehsal etdiyi dörd markanın yalnız 4 modeli testdən keçib. Bir marka var ki, onun 2 modeli Azərbaycanda yavaş-yavaş populyarlaşmağa başlayıb", - deyə o, sözlərinə əlavə edib.

Ardını oxu...
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar.

Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

"Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur). Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir", – hesabatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında vurulub.
Ardını oxu...
2024-cü ilin dekabr ayında elan olunmuş “o3-mini” süni intellekt modeli artıq “OpenAİ” “ChatGPT” çat-botu və API istifadəçilərinin sərəncamına verilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, artıq ChatGPT plus və Team abunəçiləri gün ərzində süni intellektə 150 sorğu göndərə biləcək.

Məlumata görə, aylıq abunə haqqı 200 ABŞ dolları olan Pro istifadəçiləri isə daha ağıllı süni intellekt modelindən heç bir məhdudiyyət olmadan yararlanacaq. Pulsuz istifadəçilərə sorğu baxımından hansı limitlərin qoyulacağı açıqlanmayıb.
 

Dünyapress TV

Xəbər lenti