Ardını oxu...
İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını genişləndirərək rəqəmsal yeniliklər və müştəri məmnuniyyəti istiqamətində növbəti addımı atır.  Bu təşəbbüs nəticəsində istifadəçilərə seçilmiş “Birbank” filiallarında “Bakcell” nömrələrinin təqdimatı və “Birbank” mobil tətbiqi vasitəsilə tam inteqrasiya olunmuş aktivləşdirmə təklif olunur. Tərəfdaşlığın əsas məqsədi innovasiya əsasında müştəriyönümlü və funksional xidmət modelinin formalaşdırılmasıdır.  

Qeyd edək ki, “Bakcell” nömrələri “Birbank”ın “Gənclik Mall”, “Sahil”, “28 Mall”, “Binəqədi” və “Sumqayıt” filiallarında quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin üzərindəki QR kodu “Birbank” tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Bakcell”in “Birinci” tarif paketindən faydalana bilərlər. Bu tarifə qoşulan müştərilər, həmçinin “Trendyol”, “Umico”, “m10” və “Birbank” platformalarından istifadə zamanı xüsusi fürsət və əlavə imkanlar əldə edəcəklər. Yaxın gələcəkdə isə digər “Birbank” filiallarında da yeni “Bakcell” stendlərinin quraşdırılması planlaşdırılır.

Əlavə olaraq, nömrələr “Əhmədli” ərazisində, həmçinin “Koroğlu”, “20 Yanvar” və “Şah İsmayıl Xətai” metro stansiyalarının yaxınlığındakı “Bravo” hipermarketlərində yerləşən “Bakcell” stendlərindən də əldə edilə bilər.

Bu təşəbbüs “Bakcell”in müştəriyönümlü yanaşmasını əks etdirən və müştəri təcrübəsinin hər mərhələsində rəqəmsal yeniliyi təşviq edən növbəti uğurlu addımdır.

"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Ardını oxu...
Gənc İtaliya şirkəti "Automobili Mignatta" debüt modeli - "Rina" spidsterini təqdim edib.

TEREF xəbər verir ki, 1960-cı illərin idman avtomobilləri üslubunda hazırlanan yeni model 260 min avrodan başlayan qiymətə malikdir.

İl ərzində əl ilə hazırlanmış 30-dan çox nüsxənin istehsal edilməsi planlaşdırılır.

Şirkətin qurucusu Hose Minyattanın nənəsi Katerinanın şərəfinə adlandırılan spidster uzun kapot və klassik konturlara malikdir. Onun əsasını karbon material təşkil edir.

Kapotun altında "Italtecnica Engineering" şirkəti tərəfindən tənzimlənmiş beş litrlik atmosfer V8 quraşdırılıb. Texniki xüsusiyyətlər hələ açıqlanmayıb. Dəri və karbon lifi ilə üzlənmiş salon da retro üslubunda hazırlanıb - burada yalnız analoq cihazlar, açar və düymələr var.(oxu.az)
 
Ardını oxu...
“Volvo Cars” arxa görüntü kamerası işləmədiyi üçün 450 min avtomobilini geri çağıracaq.
Bu barədə “Carscoops.com” portalı məlumat yayıb.
Məlumata görə, söhbət 2021-2025-ci illər arasında istehsal olunan 10 avtomobil modelindən gedir. Bunlar Volvo C40, S60, S90, V60, V60 Cross Country, V90, V90 Cross Country, XC40, XC60 və XC90 modelləridir.
Portalın məumatına görə, bəzi hallarda, Geri sürət qutusunu işə saldıqda və geriyə hərəkət etdikdə ekranda görüntü olmir - bunun əvəzinə “Kamera müvəqqəti olaraq əlçatmazdır” xətası göstərilir.
Təsirə məruz qalan avtomobillərin sahibləri problemi həll etmək üçün “Volvo” dilerlərinə baş çəkməli olacaqlar.
 
Ardını oxu...
Oktyabrın 9-da ilk elektrikli "Ferrari"nin təqdimatı, görünür, baş tutmayacaq.

"Motor1" xəbər verir ki, bunu 2025-ci ilin birinci rübünün maliyyə hesabatının təqdimatı zamanı brendin baş direktoru Benedetto Viqna analitiklərə bildirib.

Onun sözlərinə görə, yeni akkumulyator məhsulu üç mərhələdə ictimailəşdiriləcək.

Qeyd edək ki, "Ferrari Elettrica" kod adı ilə tanınan elektrik avtomobili bir neçə ildir hazırlanır. Lakin onunla bağlı demək olar ki, etibarlı məlumat yoxdur.
 
Ardını oxu...
Sovet İttifaqına aid “Kosmos-482” kosmik aparatı mayın 9-dan 11-nə qədər Yer atmosferinə daxil olacaq.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, cihazın əhali sıx məskunlaşan ərazilərə düşmə ehtimalı çox azdır.

“Cihazın əksər hissəsi atmosferə daxil olduqda yanacaq və qalan fraqmentlər böyük ehtimalla okeana və ya əhalisi olmayan ərazilərə düşəcək. Lakin cihazın dayanıqlı konstruksiyası səbəbindən bəzi hissələrinin Yerə düşməsi mümkündür, amma bunun ehtimalı çox azdır. “Kosmos-482”-nin atmosferə daxil olması və Yerə düşməsi ehtimalı daha çox ekvator və 60° enlikləri arasında olan ərazilərdədir. Bu, Yer kürəsinin geniş bir hissəsini əhatə edir. Cənub və şimal qütblərinə yaxın ərazilərə düşmə ehtimalı isə cüzidir.

“Kosmos-482”-nin Azərbaycan ərazisinə düşməsi mümkünlüyünə gəlincə, bu ehtimal da çox aşağıdır".

Qeyd olunub ki, “Kosmos-482” 1972-ci ilin martın 31-də "Venera" proqramı çərçivəsində buraxılmış keçmiş Sovet İttifaqına aid avtomatik planetlərarası stansiyadır. Bu cihaz Veneranın səthinə eniş etmək üçün nəzərdə tutulub və buna uyğun olaraq, planetin atmosferində olan ekstremal şəraitləri nəzərə alaraq hazırlanıb.

Cihazın korpusu titandan hazırlanıb, həmçinin ona yüksək temperatur və təzyiqlərə davamlı istilik ekranı quraşdırılıb. Cihazın çəkisi təxminən 500 kiloqram, diametri isə bir metrə yaxın idi. Lakin "Molniya-M" raket daşıyıcısının sürətləndirmə blokunun qəzası nəticəsində cihaz planetlərarası trayektoriyaya daxil ola bilmədi və Yer ətrafı orbitdə qaldı.

50 ildən artıq bir müddətdə cihazın Yer ətrafında dövr etməsi onun orbitinin tədricən enməsinə səbəb oldu. “Kosmos-482”-nin sonsuz müddətə orbitdə qalması gözlənilmirdi və nəticədə onun atmosferə düşməsi qərara alındı. Bu qərar yalnız missiyanın başa çatdırılması üçün deyil, həm də cihazın kosmik tullantıya çevrilməsinin qarşısını almaq məqsədilə verildi.

Bundan əlavə “Kosmos-482”-nin endirilməsi mövcud peyklər və gələcək kosmik missiyalar üçün mümkün olan riskləri azaltmağa kömək edəcək. Bu il Rusiya Kosmos Agentliyinin (Roscosmos) qərarı ilə “Kosmos-482”-nin Yerə enişi qərara alınıb.
Ardını oxu...
Aparat tam yanıb kül olmadan Yerə çatacaq

Mövzu ilə bağlı sualımıza cavab olaraq Nəsrəddin Tusi adına Şamaxı Astrofiizka Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirdi ki, NASA-nın məlumatlarında peyk qalığının düşəcəyi ölkələrin adları qeyd edilməyib.

"Hazırda belə kosmik "zibillərin" sayı olduqca çoxdur. Kosmosda minlərlə belə peyk var. Bunlar həm atmosferə daxil ola, həm də kosmosda digər peyklərlə toqquşa, onlara mane ola bilər. NASA-nın 6 may tarixinə olan məlumatlarına görə, "Kosmos-482" peykinin qalıqları təxminən yarım ton ağırlığındadır və Yerə doğru yaxınlaşmaqdadır. Ehtimal olunur ki, atmosferi keçərkən yansa da, tam yanıb kül olmadan Yerə də gəlib çatacaq.

NASA-nın məlumatında peykin qalıqlarının düşmə ehtimalı olan hansısa ölkənin adı çəkilməyib, Şimal və Cənub en dairələri arasında bir əraziyə düşəcəyi deyilir.

Təşviş keçirməyə ehtiyac yoxdur. Bu cismin Azərbaycan ərazisinə düşməsi ehtimalı olduqca azdır".

Qeyd edək ki, “Kosmos-482”-nin Yer atmosferinə daxil olmaq üzrə olduğu haqda Rusiya mediası məlumat yayıb və mütəxəssislərin orbital parametrlər əsasında aparılan hesablamalar göstərir ki, aparat tamamilə quru üzərinə, çox güman ki, Misir, Suriya, Türkiyə, Azərbaycan və Cənub-Şərqi Avropanın ərazisinə düşə bilər. Modulun yaşayış məntəqələrinə düşməsi riskinin olduğu vurğulanıb.
 
Ardını oxu...


Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.
Ardını oxu...
Bakıda CIDC-2025 çərçivəsində təlim-məşqlər keçiriləcək

Cari il oktyabrın 9-10-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, iki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi CIDC-2025-də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirəcək. Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində müasir tendensiyaların müzakirəsi, real problemlərin həlli və müasir çağırışlara cavab verən kibermüdafiə həllərinin nümayiş etdirilməsidir.

CIDC-2025 çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Bu təlimlərin məqsədi virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30 min manat təşkil edəcək.

Tədbir çərçivəsində, həmçinin kibertəhlükəsizlik üzrə konfrans keçiriləcək. Konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkanda mövcud problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər.

Bundan əlavə, tədbir çərçivəsində “Hack The Future 2” adlı pulsuz təlim proqramı təşkil olunacaqdır. Bu proqram çərçivəsində müxtəlif yaş və bilik səviyyələri nəzərə alınaraq, tədbirin iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində altı pulsuz ustad dərsi keçiriləcəkdir.

Müəllif: Ayna.az
        
Ardını oxu...
Xəbər verdiyimiz kimi, yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisinin qalıqlarının düşəcəyi gözlənilir. Məlumata görə, bu, 1972-ci ildə Veneraya buraxılan, lakin Yerin orbitində qalan “Kosmos-482” stansiyasının eniş moduludur.

“Texas Herald” teleqram kanalında kosmos mövzularına həsr olunan materiallarla çıxış edən Georgi Trişkinin sözlərinə görə, orbital parametrlər əsasında aparılan hesablamalar onu göstərir ki, stansiyanın qalıqları böyük ehtimalla quruya düşəcək. Onun xüsusilə Misir, Suriya, Türkiyə və Azərbaycan marşrutu boyunca yaşayış massivlərinə düşmə riski var.
Bəs Azərbaycan üçün təhlükə nə dərəcədə realdır?
Ardını oxu...
Mövzu ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, astronomiya elmləri doktoru Canməmməd Rüstəmov Bakupost.az -a açıqlamasında bildirib ki, “Kosmos-482" stansiyası 31 mart 1972-ci ildə Baykonur kosmodromundan Veneraya göndərilib. Lakin start zamanı texniki nasazlıq səbəbindən kosmik aparat Yer orbitində qalıb:
"Ötən illər ərzində bu aparat 4 hissəyə bölünüb. Bu hissələrin ikisi Yer atmosferində yanıb, ikisi isə qalıb. Hal-hazırda Yerə yaxınlaşan, çəkisi 495 kq olan eniş moduludur. Eniş modulu Venera planetinə enmək üçün nəzərdə tutulduğundan istiyə davamlıdır. Ona görə də onun yanıb parçalanmadan Yerə düşmə ehtimalı böyükdür. Onun Yerə düşərkən sürəti 242 km/saat ola bilər. Hesablamalara görə, bu aparat Yerə 8–14 may tarixləri arasında düşə bilər. Düşəcəyi yerlərlə bağlı ehtimallar mövcuddur. Bu yerlərin siyahısında Azərbaycan da var. Amma nəzərə almaq lazımdır ki, bu hesablamalar təxmindir. Dəqiq düşmə yerini hesablamaq çətindir. Arzu edək ki, okeana və ya səhraya düşsün. Kosmosda belə zibillər çoxdur. Kosmosu zibillərdən təmizləmək üçün proqram işlənib hazırlanmalıdır".
 
Ardını oxu...
Rusiyada internetin və mobil rabitənin geniş miqyaslı dayanması qeydə alınıb. Bir çox provayder və operatorlarda kütləvi problemlər yaşanır, amma hakimiyyət buna görə narahat deyil – əksinə, bunun planlaşdırılmış tədbir olduğunu bildirir.

İnternet yarıyadək “çökdü”
5 may tarixində Rusiyanın müxtəlif bölgələrində “Beeline”, “Megafon”, MTS, T2, “Rostelecom” və Yota kimi əsas provayderlərin xidmətlərində ciddi nasazlıqlar baş verib. İstifadəçilər mobil internetə və zənglərə çıxışda çətinlik yaşadıqlarını bildiriblər. Səviyyə və miqyas “DownDetector” platformasında da təsdiqlənib.

Nasazlıqlara təkcə provayderlər deyil, həm də bank tətbiqləri, Telegram, WhatsApp və Müdafiə Nazirliyinin rəsmi saytı da qoşulub.

Hökumətin açıqlaması: “Təhlükəsizlik naminə”
Rus rəsmi qurumları açıqlayıb ki, rabitə ilə bağlı məhdudiyyətlər 9 may Qələbə Paradına hazırlıq məqsədilə tətbiq olunur. Məlumata görə, bu məhdudiyyətlər 9 mayadək davam edə bilər.

Rəsmilər vətəndaşlara belə mesajlar göndərib:

“Bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə internetə çıxışda məhdudiyyətlər mümkündür.”
 
Ardını oxu...
ABŞ-nin “General Motors” avtomobil konserni V8 mühərriklərinin nasazlığı ehtimalı səbəbindən 721 min yeni avtomobili bazarlardan geri çağıracaq.

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir. 2021-2024-ci illər istehsalı olan “Cadillac Escalade” və “Escalade ESV”, “Chevrolet Silverado 1500”, “Suburban” və “Tahoe”, “GMC Sierra 1500”, “Yukon” və “Yukon XL” modellərindən gedir.

“General Motors”un ABŞ dilerləri iyun ayında sözügedən avtomobillərin sahibləri ilə əlaqə saxlamağa başlayacaqlar.

Qüsur aşkar edilərsə, mühərrik təmir edilməli və ya dəyişdirilməlidir.

Qeyd edək ki, Azərbaycanda “General Motors”un rəsmi satış mərkəzi “Performance Center” dir.
 

Dünyapress TV

Xəbər lenti