Ardını oxu...
iOS 19-un ilk beta versiyası iki aydan az vaxt ərzində gəlir və biz yeniləmədə gözlənilən bir sıra yeni funksiyalar haqqında artıq öyrənmişik.

Bu barədə AzPost Apple məhsulları ilə bağlı məlumatlarda ixtisaslaşan MacRumors saytına istinadən məlumat verir.

Apple ilk iOS 19 beta-nı 9 iyun bazar ertəsi günü planlaşdırılan WWDC 2025- də əsas çıxışdan dərhal sonra tərtibatçılara təqdim etməyə hazırlaşır . Beta test mərhələsindən sonra yeniləmə sentyabr ayında geniş ictimaiyyətə təqdim ediləcək.

Üzən nişan paneli ilə yeni dizayn

iOS 19-da Apple-ın Vision Pro qulaqlıqlarında istifadə edilən visionOS əməliyyat sistemindən ilhamlanan yeni dizayn təqdim ediləcəyi gözlənilir.

Front Page Tech-dən Jon Prosserin sözlərinə görə, iOS 19 menyular, düymələr və digər interfeys elementlərində şəffaflığın artırılması ilə “şüşə” görünüşə sahib olacaq. Həmçinin daha çox dairəvi tətbiq nişanları və Apple proqramlarında yeni üzən nişan paneli gözlənilir.

Bloomberg-dən Mark Qurman da iOS 19-un visionOS üslubunu təqdim edəcəyini gözləyir və bunun iOS 7-dən bəri ən əhəmiyyətli dizayn dəyişikliyi olacağına inanır.

iOS 19 iPhone-u tanınmayacaq dərəcədə dəyişəcək: Apple yeni nələr hazırladı

RCS üçün uçdan-uca şifrələmə

Keçən ay Apple, iOS, iPadOS, macOS və watchOS sistemlərinə gələcək yeniləmələrdə Mesajlar proqramında RCS mesajları üçün başdan sona şifrələmə dəstəyi gətirməyi planlaşdırdığını açıqladı. Bu, çox güman ki, iOS 19, macOS 16 və digər əlaqəli versiyalarda baş verəcək.

Apple-ın şifrələmə vədi, şirkətin iMessage-a bənzər bir çox xüsusiyyətləri özündə cəmləşdirən RCS Universal Profile 3.0 spesifikasiyasını qəbul edəcəyini təklif edir. iOS 18 hazırda bu spesifikasiyanın 2.4 versiyasını dəstəkləyir.

iOS 19-da RCS Çatları üçün 5 Yeni Xüsusiyyət:

Başdan sona şifrələmə: Nə Apple, nə də üçüncü tərəflər cihazlar arasında səyahət edərkən mesajları və qoşmaları oxuya bilməz.
In-line cavablar
Mesajları redaktə etmək imkanı
Mesajların göndərilməsini ləğv etmək imkanı
RCS mesajlarında Tapback reaksiyaları üçün tam dəstək.
IMessage-də uçdan-uca şifrələmə defolt olaraq iOS 5-dən, sıravi cavablar iOS 14-dən, redaktə etmək və göndərməni ləğv etmək funksiyaları isə iOS 16-dan bəri əlçatandır.

Apple bu yeni funksiyaların iOS-un hansı versiyasında görünəcəyini hələ dəqiqləşdirməyib, lakin iOS 19 və ya onun sonrakı yeniləmələrindən biri ən çox ehtimal olunan namizədlərdir.

iOS 19 iPhone-u tanınmayacaq dərəcədə dəyişəcək: Apple yeni nələr hazırladı

AirPods ilə canlı tərcümə

Qurmanın sözlərinə görə, bəzi AirPods modelləri iOS 19-un buraxılışı və müvafiq proqram təminatı yeniləməsi ilə canlı tərcümə funksiyası əldə edəcək. Əgər ingilisdilli istifadəçi nitqi ispan dilində eşidirsə, iPhone onu tərcümə edəcək və AirPods-da ingiliscə səsləndirəcək. İstifadəçinin çıxışı ispan dilinə tərcümə olunacaq və iPhone vasitəsilə səsləndiriləcək.

Google-da artıq Live Translate adlı oxşar funksiya var.

iOS 19-un həmçinin Apple-ın daxili Tərcümə proqramını təkmilləşdirməsi gözlənilir.

iOS 19 iPhone-u tanınmayacaq dərəcədə dəyişəcək: Apple yeni nələr hazırladı

Məşq xüsusiyyəti ilə yenilənmiş səhiyyə proqramı

Sağlamlıq proqramının yenilənmiş versiyası gələn il iOS 19.4-də çıxa bilər.

Apple, fərdi sağlamlıq tövsiyələri verəcək süni intellektlə işləyən kouçinq funksiyasını təqdim etməyi planlaşdırır. Tövsiyələr xəstəliklər və həyat tərzinizi yaxşılaşdırma yolları haqqında danışan mütəxəssislərin videoları ilə müşayiət olunacaq. Məsələn, Apple Watch ürək döyüntüsünün azalması aşkar edərsə, video ürək xəstəliyi risklərini izah edə bilər.

Proqramı MyFitnessPal-a rəqib edəcək qidalanma izləmənin tətbiqi də planlaşdırılır.

Fərdiləşdirilmiş Siri

Apple bu yaxınlarda keçən il WWDC-də təqdim etdiyi Siri-nin daha fərdiləşdirilmiş versiyasının buraxılışını təxirə saldı. Şirkət təkmilləşdirmələrin bu ilin sonunda, ehtimal ki, iOS 19-da və ya 19.1-19.4 kimi sonrakı yeniləmələrdə buraxılacağını gözlədiyini söylədi.

Yenilənmiş Siri istifadəçinin şəxsi kontekstini başa düşəcək, ekranda naviqasiya edəcək və proqramlar üzərində daha dərin nəzarəti təmin edəcək.

Yeni Siri xüsusiyyətləri Apple Intelligence texnologiyasından dəstək tələb edəcək, yəni onlar yalnız iPhone 15 Pro, iPhone 15 Pro Max, iPhone 16 modelləri və gələcək iPhone 17 modellərində işləyəcək.

iOS 19 iPhone-u tanınmayacaq dərəcədə dəyişəcək: Apple yeni nələr hazırladı
Ardını oxu...
Fərdiləşdirilmiş Siri (Foto: MacRumors)
 
Ardını oxu...
Elektromobillərin ənənəvi avtomobillərdən daha zərərli olduğu müəyyən edilib.

"Azərbaycan Reallığı"nın verdiyi məlumata görə, bunu Oklend Universiteti (Yeni Zelandiya) və Şiamen Universiteti (Çin) beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar göstərib. Araşdırmanın nəticələri “Energy” elmi jurnalında dərc edilib.

Komanda son 15 il ərzində 26 ölkədən məlumatları təhlil edib. Bu zaman nəqliyyat vasitələrinin istehsaldan utilizasiyaya qədər tam dövrü nəzərə alınıb. Nəticədə geniş yayılmış fikrin əksinə olaraq, elektromobillərə keçidin iqlim dəyişikliyinin əsas faktoru olan qlobal karbon dioksid emissiyalarının azalmasına səbəb olmadığı aşkar edilib.

Bundan əlavə, elektrik enerjisinin əsasən kömür və neftdən istehsal olunduğu ölkələrdə elektromobillər daxiliyanma mühərrikli ənənəvi avtomobillərdən daha zərərli ola bilər.

Alimlərin hesablamalarına görə, real ekoloji təsirə nail olmaq üçün enerji sistemində bərpaolunan enerji mənbələrinin payı ən azı 48%-ə çatmalıdır, halbuki hazırda bu göstərici dünya miqyasında təxminən 30% təşkil edir.

“Bizim təhlilimiz göstərir ki, elektromobillərin ekoloji üstünlükləri tamamilə ölkənin elektrik enerjisi istehsalı strukturundan asılıdır”, - deyə tədqiqatın həmmüəllifi Stiven Poletti izah edib.


Bu iş nəqliyyatın elektrifikasiyasına üstünlük verən bir çox dövlətin mövcud iqlim strategiyalarının effektivliyini sual altına qoyur. Alimlər təkcə elektromobillərin təşviqini deyil, həm də bərpaolunan enerji mənbələrinin sürətli inkişafını, enerji səmərəliliyinin artırılmasını və iqtisadiyyatın dekarbonizasiyası üzrə digər tədbirləri əhatə edən kompleks yanaşmanın zəruriliyini vurğulayırlar.

Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-nə olan məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub. 2023-cü ildə isə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.

Bu ilin yanvar-fevral aylarında isə Azərbaycana xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 309 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 232 ədəd (42,9%), dəyər ifadəsi ilə 10,8 milyon ABŞ dolları (47,1%) azdır.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana idxal dəyəri 22,8 milyon ABŞ dolları dəyərində 541 ədəd elektromobil gətirilmişdi.

Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta idxal qiyməti 39,1 min dollar (66,5 min manat) olub ki, bu da illik müqayisədə 3,1 min dollar (5,3 min manat) və ya 7,3% azdır.

Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta idxal dəyəri 42,2 min dollar ( 71,8 min manat) idi. Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat” a şərhində bildirdi ki, elektromobillərin ili köhnəldikcə həm ekologiyaya, həm də avtomobili idarə edən şəxslərin səhhətində ciddi problem yaradacaq: “Köhnəldikdən sonra elektromobillərin utilizasiya məsələsi ciddi problemlər yaradacaq. Hazırda yeni olduqları üçün bu çox da nəzərə çarpmır. Köhnə "Prius"lar ucuz olduğu üçün bazara sürətlə daxil oldu. Dəfələrlə köhnə hibrid avtomobillərin ölkəyə gətirilməsinin əleyhinə çıxışlar olsa da, buna məhəl qoyan olmadı. Avtomobillərin kütləvi şəkildə gətirilməsi bəzi qurumlara sərf edir, buna görə də bəzi məqamlara göz yumulur. ABŞ-da köhnə hibrid avtomobillərin utilizasiyası baha başa gəldiyi üçün onu dəyər-dəyməzinə satıb ölkəni “təmizlədilər”. Köhnə hibrid avtomobillər mümkün qədər dərində basdırılmalıdır ki, ətraf mühitə çox ziyan vurmasın. Müqayisə üçün, adi saat batareyasını belə tərkibində olan kimyəvi maddələrə görə zibil qutularına tullamaq olmaz. Təəssüf ki, elektromobillərin sayı günü-gündən artır".

Ekspertin sözlərinə görə, elektromobillər işlək halda da insan orqanizminə mənfi təsir göstərə bilər: “Uzaq yol gedərkən daxili yanma mühərriki olan avtomobildə heç kimdə baş hərlənməsi, ürək bulanması halları olmur. Amma Çinin ən lüks avtomobil markalarının istehsalı olan elektromobillərlə yol getdikdə səhhətində hər hansı problem olan şəxslərdə müəyyən narahatlıqlar olur. Yeni avtomobildə belə bu hal yaşanırsa, köhnəldikcə istər-istəməz fəsadları daha da çoxalacaq. Elektromobillərlə bağlı araşdırmanın dünyada səs-küyə səbəb olması bazara da ciddi təsir göstərəcək. Bu cür xəbərlər qismən də olsa, elektomobillərin qiymətinə və tələbata təsir göstərir. Bakı şəhərində onsuz da radiasiya çox idi. Elektromobillərə kütləvi şəkildə keçid radiasiyanı bir qədər də artıracaq. Azərbaycan neft ölkəsidir. Bu da radiasiyanı artıran amillərdən biridir. Odur ki, bunun qarşısını almaq üçün çıxış yolları düşünmək lazımdır”.

Xatırladaq ki, bu yaxınlarda Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə mexanizmləri ilə bağlı təkliflər hazırlanır.

“2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim ediləcək. Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır”, - deyə o qeyd edib.

R.Qurbanovun sözlərinə görə, elektromobil və hibrid avtomobillərin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsini adekvat gücləndirilməsi əsas prioritetlərdən biridir. “Hazırda Azərbaycanda minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, - deyə R.Qurbanov bildirib.

O qeyd edib ki, 2025-ci ilin yanvar göstəricilərinə əsasən, elektromobil və hibrid avtomobillərin sayında 33 %-lik artım müşahidə olunur: “Bu proses avtomobil sektorundakı tendensiyalarla yanaşı, dövlət tərəfindən dəstəklənən infrastruktur layihələri ilə əlaqəlidir”.
 
Ardını oxu...
Məlum olduğu kimi, Azərbaycanda “zerkalnı” dediyimiz eynirəqəmli, cütrəqəmli və ya “güzgü effektli” mobil telefon nömrələr digər adi nömrələrlə müqayisədə olduqca baha qiymətə satılır.
Yeniavaz.com xəbər verir ki, bu cür telefon nömrələrinin qiyməti bir çox hallarda minlərlə manat təşkil edir.
Qeyd edək ki, bəzi hallarda mobil nömrə “zerkalnı” olmsa belə, nömrənin qarşısındakı 3 rəqəmli mobil operator kodları (050, 055, 070 və s.), həmçinin nömrənin ilk 3 rəqəmi (210,211 və s.) qiymətlərin formalaşmasına ciddi təsir edir. Bu cür nömrələr adətən “prestijli nömrə” və ya “VIP nömrə” kimi təqdim olunur.
Məlumdur ki, yadda qalması asan olan “zerkalnı” nömrələr daha çox kommersiya məqsədi ilə alınır. Reklam psixologiyasına görə, insan beyni ritmik və təkrarlanan rəqəmləri daha tez mənimsəyir. Eyni zamanda bu cür nömrələr məhdud sayda olduğu üçün tələb yüksək olur. Belə nömrələr prestij və status göstəricisi hesab edildiyi üçün əsasən şirkətlər, varlı insanlar, ictimai şəxslər və status göstəricisinə önəm verən digər istifadəçilər tərəfindən seçilir.
Lakin onu da qeyd edək ki, son illər texnologiyanın sürətli inkişafı bu tendensiyaya ciddi təsir göstərməkdədir.
Əksər ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bu cür nömrələrin dəyəri tədricən azala bilər. Rabitə sahəsindəki yeniliklər nömrə anlayışını artıq yenidən formalaşdırır.
Azərbaycanda bir neçə mobil operator artıq “eSIM” texnologiyasına keçid edib. “eSIM” – cihazın özündə quraşdırılan və fiziki kart ehtiyacını aradan qaldıran rəqəmsal SIM-dir. Bu texnologiya vasitəsilə istifadəçilər bir neçə mobil operator profilini eyni cihazda idarə edə bilir. Həmçinin müxtəlif ölkələrdə tətbiq edilən virtual nömrələr də bu istiqamətdə alternativ rabitə vasitəsinə çevrilib.
Bundan başqa, müasir smartfonlar və rəqəmsal köməkçilər (“Siri”, “Google Assistant” və s.) istifadəçilərə kontaktlar arasında axtarış və zəng funksiyasını avtomatik təqdim edir. Beləliklə, telefon nömrələrinin əzbərlənməsi artıq istifadəçi üçün vacib deyil. Bu isə qoşa nömrələrin əsas üstünlüyünü – yadda qalmaq qabiliyyətini – arxa plana keçirir.
Həmçinin, son illərdə istifadəçilər arasında ənənəvi zənglərin yerini “WhatsApp”, “Telegram”, “Signal” kimi mesencer tətbiqləri alıb. Müşahidələr və statistik göstəricilər onu deməyə əsas verir ki, bu cür tətbiqlər ənənəvi zəngləri tədricən arxa plana keçirir. Bu platformalarda əlaqə üçün artıq nömrə deyil, istifadəçi adı, link və ya QR kod kifayət edir. Bu isə əlavə bir rahatlıq və seçim sərbəstliyi deməkdir.
İqtisadi qanunlara əsasən, hər hansı məhsula olan tələbat azaldıqda onun bazar qiymətində də eniş müşahidə olunur. Rəqəmsallaşma prosesi dərinləşdikcə “zerkalnı” nömrələrə olan ehtiyac da azalacaq. Bu isə belə nömrələrin qiymətində tədricən ucuzlaşmaya gətirib çıxara bilər.
Hələlik “zerkalnı” nömrə tendensiyası tam şəkildə öz aktuallığını itirməyib. Lakin artıq ilk dəyişikliklər müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə mobil operatorların və istifadəçilərin bu yanaşması tamamilə dəyişə bilər. Beləliklə, bu gün dəyərli sayılan “zerkalnı” nömrələr, gələcəkdə sadəcə nostalji bir xatirəyə çevrilə bilər.
Ardını oxu...
Britaniya şirkəti "Verge"in istehsalı olan "TS Pro" elektromotosikleti "bir şarj ilə ən uzaq məsafə qət edən batareyalı motosiklet" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Auto.ru xəbər verir ki, rekord London küçələrində real istifadə şəraitində aparılan təcrübə nəticəsində müəyyən olunub.

Britaniya paytaxtının ətraf rayonları boyunca səyahət 16 saat çəkib. Bu müddət ərzində "Verge TS Pro" 310,689 kilometr məsafə qət edərək orta hesabla saatda 19 kilometr sürətlə irəliləyib.

Xüsusi qeyd olunur ki, səyahətin sonunda motosikletin batareyasında hələ də 7% enerji qalıb.

Motosiklet 139 at gücündə bir elektrik mühərriki ilə təchiz edilib. İnnovativ mühərrik arxa təkərin kənarına quraşdırılıb, bu da kifayət qədər böyük batareya üçün yer açmağa imkan verib. İstehsalçının qiymətləndirməsinə görə, "TS Pro" ideal şəraitdə bir şarj ilə 350 kilometrə qədər məsafə qət edə bilər. Eyni zamanda, motosiklet 100 km/saat sürətə təxminən 3,5 saniyəyə çatır.
Ardını oxu...
 
 
 

Alimlər süni intellektdən istifadə edərək siçan beyninin “rəqəmsal əkizini” yaradıblar. Model neyron reaksiyalarını proqnozlaşdırmaqla təcrübələri sürətləndirir. Məqsəd insan beyninin virtual surətini yaratmaqdır.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Stanford Universitetinin Tibb fakültəsinin alimləri siçan beyninin vizual korteksini təqlid edən süni intellekt modeli hazırlayıblar. Təbiət jurnalında dərc edilən araşdırmada, bu "rəqəmsal əkizlər" film kliplərinə baxarkən siçanların sinir fəaliyyətini qeyd edərək öyrədilib.

Model neyronların yeni vizual stimullara necə reaksiya verəcəyini dəqiq proqnozlaşdıra bilir.

Rəqəmsal əkiz əsl siçan beyninin virtual surətidir. Professor Andreas Tolias: “Düzgün modellə siz daha çox təcrübə edə və ən yaxşılarını real beyində sınaya bilərsiniz”, - deyib. Bu, beyin tədqiqatını sürətləndirə bilər; İllər çəkəcək təcrübələr saatlarla tamamlana bilər.

Model Mad Max kimi siçan döyüş filmlərini nümayiş etdirərək öyrədilib. Siçanların aşağı ayırdetmə qabiliyyəti hərəkətli səhnələri qavramaq üçün uyğundur. 900 dəqiqəlik beyin fəaliyyəti məlumatı əsasında hazırlanmış model hər siçan üçün fərdiləşdirilə bilər.

Bu “əsas model” təkcə təlim məlumatlarına deyil, həm də yeni stimullara ümumiləşdirilə bilər. Neyronların anatomik xüsusiyyətlərini və əlaqələrini təxmin edə bilir. Proqnozlar elektron mikroskopun görüntüləri ilə təsdiqlənib.

Rəqəmsal əkiz neyronların əlaqə üstünlüklərini də ortaya qoyub. Neyronlar eyni vizual stimula cavab verən neyronlarla əlaqə qurmağa üstünlük verirlər.

Tədqiqatçılar modeli beynin digər bölgələrinə və primatlara tətbiq etməyi hədəfləyirlər. Tolias: "İnsan beyninin də bəzi hissələrinin rəqəmsal əkizləri mümkün ola bilər", - deyə bildirib.

Qadir, Bizimyol.info

Ardını oxu...
  

Azərbaycanda da belə bir sistem yaradıla bilər - hüquqşünas rəyi

Xəbər verdiyimiz kimi, Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar. Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar “potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meyilləri barədə məlumatlar yer alacaq. Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə “soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.

Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran “Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir. Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Sistem daim təkmilləşir.

Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür. Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir. Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə “Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral “Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı” ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.

Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki, bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.

Azərbaycanda da belə bir məlumat bazası, süni intellektə əsaslanan sistem yaradıla bilərmi? Effektli olarmı?

Ardını oxu...

 Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər süni intellekt (Sİ) yalnız texnologiyanın deyil, həm də hüquq və etik müzakirələrin mərkəzində dayanır: “Britaniyada hüquq-mühafizə orqanlarının ”potensial qətlləri və qurbanları" öncədən müəyyənləşdirmək üçün məlumat bazası hazırlaması bu tendensiyanın bariz nümunəsidir. Bu sistem, süni intellekt alqoritmləri vasitəsilə insanların keçmiş davranışlarına və sosial vəziyyətlərinə əsaslanaraq onların gələcəkdə zorakı cinayətə qarışma ehtimalını qiymətləndirir. Məlumata görə, layihə “Qətllərin proqnozlaşdırılması” adı ilə başlayıb, lakin daha neytral səslənsin deyə “Risklərin qiymətləndirilməsi üçün məlumat paylaşımı” formasına salınıb".

Natiq Ələsgərov deyib ki, layihə çərçivəsində psixi sağlamlıq pozuntuları, məişət zorakılığı, intihara meyllilik, antropometrik göstəricilər və digər şəxsi məlumatlar toplanır: “Süni intellekt bu məlumatlar əsasında şəxsə aid risk dərəcəsi formalaşdırır. Burada məqsəd cinayət baş verməmiş, qarşısını almaqdır. Bəziləri üçün bu, təhlükənin qabaqlanmasıdır, digərləri üçün isə - şəxsi azadlıqlara təhdid kimi görünə bilər”.

Natiq Ələsgərovun sözlərinə görə bu sistemlə bağlı əsas tənqidlərdən biri şəxsin cinayət törətməmişdən əvvəl “cinayətkar” kimi qeydə alınmasıdır: “Bu yanaşmanı destopik hesab edənlər də az deyil. Bu gün Britaniyada ”Statewatch" kimi təşkilatlar iddia edirlər ki, yüz minlərlə britaniyalı haqda şəxsi məlumatlar artıq polis orqanlarının əlindədir. Halbuki bu şəxslərin əksəriyyəti heç bir cinayət törətməyib. Hesab edirlər ki, burada “təqsirsizlik prezumpsiyası” prinsipi təhlükəyə düşür. Belə sistemlər istər-istəməz müəyyən sosial qruplara qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər. Azərbaycanda belə bir sistemin qurulmasının mümkünlüyünə gəlincə, ölkəmizdə belə bir məlumat bazasının yaradılması texniki baxımdan mümkündür. Ölkədə rəqəmsallaşma sürətlə gedir, süni intellekt sahəsində də ilkin addımlar atılır. Lakin bu cür sistemin tətbiqi üçün bir neçə ciddi məsələyə aydınlıq gətirilməlidir. Şəxsi məlumatların qorunması haqqında qanunvericilik belə məlumatların yığılması və istifadəsi üçün aydın çərçivə yaratmalıdır. Alqoritmlərin qərar vermə mexanizmləri şəffaf olmalı, insan hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Cəmiyyəti də buna hazırlamaq, belə sistemin tətbiqi barədə ictimai müzakirə açmaq, vətəndaşlar məlumatlandırmaq, maarifləndirmək də vacibdir".

Natiq Ələsgərov deyib ki, sistemə nəzarət edən, sui-istifadə hallarını araşdıran və ictimai hesabat təqdim edən bir qurum da yaradılsa, heç bir problem yaranmaz: “Əgər bu cür sistemlər şəffaf, etik və hüquqi çərçivədə qurularsa, cinayətlərin qarşısının alınmasında faydalı ola bilər. Məsələn, məişət zorakılığı hallarını erkən müəyyənləşdirib müdaxilə etmək, intihara meylli şəxsləri zamanında yardımla təmin etmək mümkün ola bilər. Amma sistemin ”proqnozlaşdırıcı" xarakteri onu da göstərir ki, səhv ehtimallar və “etik xətalar” da qaçılmazdır. Süni intellektin hüquq-mühafizə orqanlarında istifadəsi, xüsusilə preventiv məqsədlə tətbiqi gələcəyin deyil, artıq bu günün reallığıdır. Lakin texnologiyanın imkanlarından istifadə edərkən insan hüquqları və azadlıqları unudulmamalıdır. Əks halda, texnologiya bizi qorumaq əvəzinə idarə etməyə başlayacaq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Ardını oxu...
"5 ay əvvəl 22 500 manata satdığım maşını 21 min manata alan yoxdur. Hamı ucuz olduğu üçün Çin avtomobilini alır".
Bunu Baku TV-yə açıqlamasında avtomobil alverçisi bildirib.

Onun dedikləri rəsmi statistikada da öz əksini tapır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkəyə gətirilən ənənəvi minik avtomobillərinin orta qiyməti 13 147 ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz çoxdur. Halbuki hibrid avtomobillərdə 40 faiz ucuzlaşma olub.

Belə ki, 2024-cü ilin ilk iki ayında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 32 178 dollar olsa da, 2025-ci ildə qiymət 19 304 dollara enib.

Bu il, həmçinin elektromobillərin qiyməti 7.4 faiz ucuzlaşıb. Əgər 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 42 241 dollar olubsa, 2025-ci ilin eyni dövründə qiymət 39 107 dollara düşüb.

Ekspert Eldəniz Cəfərov deyir ki, ucuzlaşma ölkəyə qanunsuz yollarla maşın gətirilməsi ilə bağlıdır:

"Rəsmi diler və distribütoru olan şirkətlər avtomobili 50 min manata satırsa, hansısa ölkələrin daxili bazarı üçün istehsal olunmuş maşınlar buraya gətiriləndə müxtəlif reklam kampaniyaları ilə iki dəfə ucuz qiymətə təklif olunur. Halbuki həmin avtomobillərin istehsalçı zəmanəti olmur".

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Süni intellekt (AI) bazarının 4,8 trilyon dollara çatacağı təxmin edilir ki, bu da Almaniya kimi bir ölkənin ÜDM-i ilə müqayisə oluna bilər. Üstəlik, bu texnologiyalar iş yerlərinin 40%-nə təsir edəcək.

"DogruXeber.az"" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) özünün yeni Texnologiya və İnnovasiya 2025 hesabatında bildirib. Qeyd edilib ki, süni intellektin böyük potensialına baxmayaraq, onun inkişafı inklüzivliyə zəmanət vermir.

Hesabat müəllifləri qeyd edirlər ki, süni intellektin ümumi bazar həcminin 2033-cü ilə qədər 4,8 trilyon dollara çatacağı proqnozlaşdırılır ki, bu da onu rəqəmsal transformasiyanın əsas hərəkətvericilərindən birinə çevirir. Bununla belə, süni intellekt infrastrukturuna və təcrübəsinə çıxış bir neçə ölkədə cəmləşib.

Əsasən ABŞ və Çindən olan cəmi 100 şirkət elmi-tədqiqat işlərinə qlobal korporativ xərclərin 40%-ni təşkil edir. Apple, Nvidia və Microsoft kimi böyük texnologiya nəhənglərinin hər biri 3 trilyon dollar dəyərində qiymətləndirilir və bu, bütün Afrika qitəsinin ümumi ÜDM-i ilə müqayisə edilə bilər.

Bazarın bu cür üstünlüyü texnologiya bölgüsünü dərinləşdirə bilər və bir çox inkişaf etməkdə olan ölkələri süni intellektdən məhrum edə bilər.

Süni intellektin dünya üzrə iş yerlərinin 40%-nə təsir edəcəyi və məhsuldarlığın artırılmasına kömək edəcəyi gözlənilir. Ekspertlər xəbərdarlıq edir ki, avtomatlaşdırma iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Avtomatlaşdırmanın faydaları çox vaxt işçilərə deyil, kapital sahiblərinə fayda verir ki, bu da sosial bərabərsizliyi artıra və inkişaf etməkdə olan ölkələrdə ucuz işçi qüvvəsinin rəqabət üstünlüyünü zəiflədə bilər. Bununla belə, süni intellekt təkcə iş yerlərini aradan qaldırmaq deyil, həm də işçilər üçün yeni sənayelər və imkanlar yaratmaqdır. Texnologiyanın insanları əmək bazarından sıxışdırmaq əvəzinə inkişafa kömək etməsini təmin etmək üçün işçi qüvvəsinin yenidən hazırlanması və uyğunlaşdırılması proqramlarına investisiya qoymaq lazımdır.
Ardını oxu...
 

NASA su və həyat axtarışı məqsədilə Mars planetinə helikopter göndərəcək.

Milli.Az xəbər verir ki, hazırlanan "Mars Chopper" adlı helikopterin ölçüsü yolsuzluq avtomobilinə bənzəyəcək.

Yeni helikopterin çəkisi 40 kiloqramdır və altı rotorla təchiz olunub. O, beş kiloqrama qədər avadanlıq daşıyaraq, üç kilometrə qədər məsafəni bir Mars günü ərzində qət edə biləcək.

Helikopterin əsas vəzifəsi marsoxodların çata bilmədiyi uzaq bölgələri araşdırmaqdır.

Ardını oxu...
Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb".

Bunu "Teleqraf"a açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib.

Onun sözlərinə görə, "Ayıq sürücü"nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşib:

"Ötən gün axşam saatlarında "Koroğlu" metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. "Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz" deyərək təhdid ediblər.

Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıblar. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər - bığ və saqqallarını qırxıblar".

Ə.Ucal söyləyib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib:

"Bu addım, "Ayıq sürücü"də iştirak edən şəxslərin - ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq, filmin ilkin versiyası "YouTube" platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox, uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan, abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib".

Ssenarist vurğulayıb ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur: "Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil. Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik".

Xatırladaq ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Sakinlər Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb ediblər.
 

Dünyapress TV

Xəbər lenti