Ardını oxu...
Ağdam rayon sakini Səba Quliyeva bildirir ki onun həyat yoldaşı 3-cü qrup əlildir, əlavə edir ki, yataq xəstəsi olan yoldaşının dərmanlarını xəstəxanadan vaxtında ala bilmir. Buna görə də, müalicəsi vaxtında aparılmır.
Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək, onun həyat yoldaşının dərmanların vaxtında, gecikmədən verilməsini xahiş edir
Kanal 13

 
 
 
Ardını oxu...
Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verir. Bunun iki məqsədi var:
- siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” irəli sürməkdir;
- iqtisadi hədəfi Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro yardım almaqdır;
Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda təspitini tapmır. Qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir.
Bu hüquqa görə Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın statusu” daşıya bilməz.
- Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar;
- Qarabağdan gedən ermənilərin “qaçqın statusu”nda qəbul edilməsi üçün “öz ölkələrini” tərk etmələri lazımdır. Ki, onların “ölkə” dediyi ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və bu ərazidə “ölkə” adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı;
- Qarabağdakı ermənilərin mənsub olduğu hüquqi pasport – separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi – Ermənistana məxsus olub: bu fakt ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir.
Asif Nerimanli
Teref.az
 
 
 
Ardını oxu...
Erməni analitiklər yazır ki, 3+3 formatı Ermənistanın maraqlarına cavab vermir. Çünki bu format regionun problemlərini Rusiya, İran və Türkiyənin əli ilə həll etməyə çalışır. Nəticədə Qərb oyundan kənar vəziyyətdə qalır. 3+3 formatında isə ən zəif ölkə Ermənistandır. Deməli, Ermənistan daha çox güzəştlərə məcbur ediləcək. Qərbin himayəsindən kənarda Ermənistan xüsusi ilə zəifdir...
Ermənilər onu da deyir ki, Azərbaycan Qərbdən Ermənistanla anlaşma çərçivəsində ala biləcəyini alıb. Yerdə qalan istədiklərini isə digər platformalarda ələ keçirmək istəyir. Azərbaycanın yerdə qalan əsas istəyi isə Zəngəzur dəhlizi ilə bağlıdır.
Məncə, Azərbaycan bundan sonra Brüsselə getməkdən imtina etsə, Ermənistan Gürcüstan üzərindən Azərbaycanla danışıqlara maraq göstərə bilər. Çünki Gürcüstanda ən azı Zəngəzur dəhlizinin açılmasında təkid edən Rusiya və Türkiyə olmayacaq...
Bir şeyi də deyim. Zəngəzur dəhlizinin İrandan keçməsi Qərbin maraqlarına ziddir. Çünki oradan keçən yüklərə heç cür nəzarət edə bilməyəcək. Ermənistandan keçən dəhliz isə birbaşa Rusiyanın, dolayısı iləsə Qərbin nəzarətində olacaq...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Ermənistanda möhkəmlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqının və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil.
Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq.
Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq.
1.Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək;
2.Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq;
3.Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.
Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Oktyabrın ayının sonu üçün nəzərdə tutulan Brüssel görüşü niyə baş tutmadı? Məsələ burasındadır ki, Brüsseldə oktyabrın 26-27-də Avropa İttifaqı liderlərinin sammiti də nəzərdə tutulub. Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, liderlər xarici siyasətlə bağlı digər məsələləri, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmamasını bu sammitlə əlaqələndirmək olar. Şarl Mişel ilin əvvəlindən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşlər təşkil edib və bu görüşlər hansısa sammitlə əlaqələndirilməyib. Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasındakı son görüşləri isə Avropa İttifaqının müxtəlif sammitlər çərçivəsində həyata keçirməyə çalışır. Fransanın liderliyə can atdığı həmin sammitlərdə isə Azərbaycan hədəf götürülməyə çalışılır, bu da rəsmi Bakının haqlı narazılığına səbəb olur.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Cəmiyyətimizin ən sevdiyi şeydir bölüşüb, dalaşmaq. Fərqi yoxdur, yaxşı, ya pis, mütləq şəkildə bölüşüb dalaşacağıq. Son günlər İsrail-Fələstin savaşı üzərindən bölüşüb dalaşırıq. Hər kəsin də bir “arqument”i var. İsrail bizə kömək edib ee, qaqa. Ona görə, İsrail nə etsə, haqlıdır. Qarabağ müharibəsi zamanı fələstinlilər ermənilərə dəstək verib, elə qoy qırılsınlar.
Digər qrup isə “damar”dan girir. Uşaqlar ölür, günahsız insanlar həlak olur, İsrail günah iş görür. Bir qədər dinə meylli insanlar isə “Sionistlərə ölüm!” şüarını qışqıraraq Fələstinə dəstək yağdırır. Beləcə, tərəflər də hazırdır, tərəflərin arqumentləri də. Sosial şəbəkələrdə, çayxanalarda azərbaycanlıların müharibəsi başlayır.
Sionizmin heç “S”ı olmayan vaxtlarda da orada toqquşmalar baş verib, İsrail yaranmamış da, yaranandan sonra da, sabah da olacaq. Münaqişə, müharibə, ölüb-öldürmək o regionun alnına yazılıb. Azərbaycan da Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Ancaq rəsmi Bakı da, fələstinlilər də bilir ki, BMT qətnaməsi boş, mənasız, anlamsız bir sənəddir. Sadəcə olaraq, əldə əsas kimi tutula bilər.
Azərbaycan BMT-nin 4 qətnaməsini, 10 noyabr üçtərəfli bəyanatının müddəalarını özü necə yerinə yetirdisə, fələstinlilər də dövlətlərini o yolla qurmalıdırlar. Əks halda, heç kim onlara dövlət qurmayacaq. Ölə-ölə, qırıla-qırıla bunu etməlidirlər.
Əslində, BMT Azərbaycan əksər QHT-lərindən fərqlənməyən bir qurumdur. ABŞ İraqa, Əfqanıstana, Suriyaya BMT-dən icazə alıb girdi? Yox! Bu məntiqlə Rusiya Ukraynaya niyə girməsin? İraqda kimyəvi silah yox idi, Ukraynada da faşist. Tarix boyu böyük dövlətlərin bəhanələri hüquqdan da, dəyərlərdən də daha üstün olub. İndi də heç nə dəyişməyib.
Qarabağdan qaçqın düşməyimizi xatırlayıram. Hara, necə qaçacağını bilmirsən, sağ qalmaq üçün çabalayırsan, piyada, ayağı, başı yalın küçələrə, sonra çadırlara, vaqonlara, yataqxanalara səpələnirsən. Adın olur, qaçqın, məcburi köçkün. Bir də baxırsan, ermənilərin Qarabağdan çıxmağına, əli “dubinka”lı görməyə öyrəşdiyimiz polisi, ancaq indi əlində “dubinka” yerinə “snikers” tutduğunu görürük. Vay arkadaş, hümanizmə bax da…
Biz başımızı hara soxacağımızı bilmirdik, başıalovlu qaçırdıq, onlar maşınlarda rahat-arxayın gedirlər. Yollarda çəkdikləri tək əziyyət tıxac oldu. Həmin beynəlxalq qurumlar bizə də məcburi köçkün deyirdilər, onlara da. Bizi güllənin qabağına qatmışdılar, onları “snikers”in.
Nə isə, gələk bölüşüb dalaşmağa. Acun Ilıcalı Bakıya gəlib “İnnovativ İnkişaf və Fürsətlər” mövzusu adı altında, milyonçu olmağın sirlərini açıqlayacaqdı. Bizim xalqımızın nümayəndələri gediblər ki, Acun onlara sirr açacaq və bununla da milyonçu olacaqlar. Bir ətək pul verib onu dinləməyə indi deyinirlər ki, Acun sirr-zad açmayıb, milyonçu olmaq arzuları da gözlərində qalıb.
Bildiniz də, Acun necə milyonçu olub? Fürsətdən istifadə etməklə. Təklif gəlib, görüb Bakıda gedib bir-iki saat danışacaq, yaxşı qonorar alacaq, istifadə edib. Milyonunun üstünə bir az da qoyub. Bizim xalqımız yenə bölüşüb dalaşır. Yaxın Şərq yalan olub. Orada HƏMAS-la İsrail bir-birinə raket atır, burada isə bizimkilər bir-birinə top atəşi effektində söz. Arada da qazanan Acun olur.
O gün bir dostum deyir ki, hazırlaşıram, oxuyuram, efirə tam hazırlıqlı çıxıram. Ancaq bəhmənkəs efirə çıxır, ağzına gələni danışır, həyatda olmayan adamların adın çəkir, olmayan kitablardan sitat gətirir, ona pul verirlər, mənə yox. Səncə, niyə? Çünki o özünü, işini sata bilir, ancaq sən yox. O bilir ki, pul verənlər onun heç bir müsahibəsinə baxmayacaqlar, sən isə elə bilirsən ki, sənə baxacaqlar. O, özünü satmaq üçün düşünür, strategiyalar qurur, planlar hazırlayır, sən isə yaxşı danışmaq, düzgün proqnoz vermək üçün. Sənə oxucu, baxıcı hörmət edir, ona da pul verənlər “hörmət” edir.
Biz, cəmiyyət olaraq bölüşüb dalaşırıq, ona görə Biləcəridən o yana gedə bilmirik. Ancaq başqaları bölüb dalaşdırır, parçalayıb hökm sürür. Onlar dünyaya ağalıq edir, biz “ağa deyir sür dərəyə, sür dərəyə” deyimi ilə ömrümüzü yola veririk. Hər şeyin başında təhsil durur. Jurnalist Nazlı Ağayeva demiş, Məktəbdən gəlib müəllim yanına gedilən sistem…
Məktəbdə nə öyrənirik? Bölüşüb dalaşmağı. Bölüşüb “bənövşə-bənövşə” oynayırıq, sonra bölüşüb futbol, sonra bölüşüb təpik-şillə bir-birimizə giririk. Elm ocağından bölüşüb dalaşmağı, müəllim yanında isə oxumağı öyrənirik. Ona görə də, fərdi olaraq qarşıya qoyulan hədəfə çata bilirik, birləşəndə isə bölüşüb dalaşırıq.
Səxavət Məmməd
Teref.az
Ardını oxu...
Tehranda 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatında keçirləcək görüşdən iki səbəbə görə nəticə gözləməyə dəyməz. Birincisi, Rusiya Gürcüstanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə 3+3 formatında iştirak etmir. Bu Gürcüstanın təbii haqqıdır. İkincisi, 3+3 formatının digər iki iştirakçısı – Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir. Misal üçün xarici işlər nazirləri Tehran təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edəcəklər. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü – Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdırlar. Belə çağırışlar yoxdur. Halbuki, Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi Qərbi, NATO-nu yaxın buraxmamaq nədəniylə başlamışdı, - deyilən bu idi, - indi, RF-dən ehtiyatlanan İsveç və Finlandia hərbi bloka girəndən sonra NATO daha yaxın olub, Peterburq bağlarından bir az o yanadır, Finlandia sərhəddi oradan keçir.
Amma NATO-nu guya uzaqda saxlamaq istəyən Putin guya bilmir ki, Çin silahsız-döyüşsüz Sibirə sahib olub? Çinlilər cəmisi 25 milyon rus, yakut, buryat, tatar və b. azsaylı xalqlar yaşayan Sibirə köçüb, meşələri qırıb aparır, kənd təsərrüfatı, tibb və ticarətlə məşğul olur, özləri üçün restotan, bar, poliklinika, məktəb və b. açırlar... Oraya 25, sonra 50, daha sonra 100 milyon çinli köçəndən sonra nə olacaq?
Hər nə olacaqsa, Rusiya bilər, möhtərəm prezident Putin daha yaxşı bilər...
25 milyon adam RF əhalisinin 20-25%, Çinin 1,7%-dir.
Amerikanı, Qərbi bəyənməyən, söyən adamlar heç olmasa təxminən təsəvvür edir ki, Çin Sibiri qoparıb udandan sonra nəzərini biz tərəflərə çevirsə, nə olacaq? Bilmirlərsə, 30 milyonluq uyğurların taleyiylə maraqlansınlar. Məscidlər bağlanır, kişilər öldürülür ya konslaqerlərdə işləyir, qadınlar zorlanır. Doğulan uşaqlar uyğur olmayacaq, çinli olacaq. Yoxsa söyənlər elə bilir ki, Çin onlara rəhm edəcək? Elə də düşünmək olar, hə, Çin bizə gələnə kimi...
Şəkil Ramin Khan divarından götürürüb.
Çingiz Sultansoy
Teref.az
Ardını oxu...
Baxıram, sanki öhdəlikləri var... yəqin ki var... yaşam şərtləridi... çörək ağaclarıdı...

Hər gün hər yandaş qəzetdə eyni mövzulu yazılar gedir... yerlərdə olan səviyyə ilə "... hə, bəs nə oldu, deyirdiniz olmayacaq, almayacaq, filan..." "kölgə düşürürdünüz, filan..."

Sanki yaltaqlara bir şans qapısı açılıb, növbəti parlament kresloları uğrunda yarış gedir... marafondu... kim kimi ötdü...

Çox çirkinsiniz haa...

A kişi, almamışdı, 30 il alınmamışdı, Avropaların qapılarında sürünmüşdük... alçaq satılıqlar bizə "tövsiyələr" verirdilər. Bəs nə deməliydilər?

Bunu bütün xalq deyirdi. Çıxın, bir sorğu aparın, küçədə, Şuşanın alınacağına, Xankəndinə bayraq sancılacağına hər yüz nəfərdən neçəsi inanırmış, soruşun. Bəlkə də heç neçəsi. Şuşa qələbəsi üçün dünya boyu axan göz yaşları həmin inamsızlığın, gözlənilməzliyin, şokun tərcümanı idi. Gözlənilən üçün gözyaşı axmaz ki!

Gözləmirdik. Məhz bu tarix üçün gözləmirdik. Çünkü Qarabağda bizimlə düşük hay tayfası deyil, dünya gücləri savaşırdı. Və savaşır...

Aşıq gördüyün çağırar: 90-larda Qarabağın verilməməsi üçün bu ölkədə neçə hərəkat qurulub? Unutdunuzmu? Mən özüm o hərəkatlardan birinin, Milli Müqavimət Hərəkatının rəhbərlərindən olmuşam. Qapı-qapı gəzib imza toplamışam. Dərmanım olsa getməyəcəyim qapıları döymüşəm. 1999-da İstanbul sammitində baş verəcəklərin qarşısını bu partiyalar, təşkilatlar, ictimaiyyət, nəhayət xalq necə aldı... hansı itkilərin hesabına aldı... bir kitab yazmaq olar... bəlkə də yazacam...

Satılıq dünya, iqtidarların yaxasından yapışıb "Qarabağı erməniyə ver" deyirdi. Nə tez unutdunuz! "Qarabağı ver" deyə ABŞ prezidentinin yazdıqları məktubları, bu məqsədlə ölkəyə səfər edən yüksək missiyaları nə tez unutdunuz?!

Bu vətəndaş bu ölkədə illərdir nə gördü ki... korrupsiya, orduda qətllər, mətbuatın məhvi, seçki saxtakarlığı... sərvət oğurluğu... və çox müsibətlər... ailələrin içinə qədər girmiş ictimai faciələr...

Eləcə də Qarabağla bağlı hərəkətsizlik. Bataqlıq! Təpənsən batmaq qorxusu. Düz 30 il!!!

Hərəkət olub deyə bilərsiniz. Haqsız da olmazsınız. Ancaq bağlı qapılar arxasında olanları xalq görmür. Görünən yalnız ümidsizlik və məyusluq idi, Qarabağ camaatının yavaş-yavaş qırılması idi...

O zaman nə deməliydi bu camaat?

Qərəzlilərlə işim yoxdur. O da onların yolu. Onlar da olmalıdır. Onların varlığı təhrikdir. Stimuldur. Sövq etməkdir. Dava çəkməkdir.

Ölkəni xor oxuyan görmək istəyirsinizsə, yanlış yoldasız. Sovetizm bitmiş artıq. Evinizə boylanın, evlərinizdə belə nəğmələr xorla oxunmur, 3 nəfəriksə, 5 nəfəriksə, hər nəfərin öz havası, dünyaya öz baxışı var.

Bu anda sözüm utanmaz yaltaqlaradır. Və "bitirin bu çirkinliyi" deyə biləcək bir iradəyədir. "Bitirin bu rəzaləti, xalqımın əxlağına ziyan vurursuz, mənəvi ekologiyaya zərər verirsiniz" deyəcək bir gücə!

Çünkü xəyalımda olan o sorğu anketində olacaq suallardan birinin cavabı ən yaxşı halda belə olar bilərdi. Əmin idim Qarabağı alacağıq, amma o günü görəcəyimə əmin deyildim.

Xalqın əhvalı bu idi, amma iradəsi yenilməz idi. Vicdanı olan etiraf edər. Lakin yağlı əppəyə yaltaqlıqla çatanlar, sərvət toplayanlar, yaxud yeni revanş götürüb irəlidə gedən zəncirlilərdən örnək alanlar boyunlarına almaz, üzə durarlar...

A yazıqlar, "öhdəlikləriniz" - içinizdənmi gəlir, dışınızdanmı gəlir, bilmirəm - bu öhdəlik qələminizlə birlikdə sizi gündən-günə daha çirkin hala salmaqdadır. Hər rəzalətin bir bədəli var, əmin olun... ağır ödəyəcəksiniz...

Əlbəttə, haqlının haqqını verməmək başqa... verməyənlər var, olacaq. Amma ona bu qədər fokslanmaq qədər zəifliyin adı nə?

Gün kimi aydındı ki, xalq inanmırdı. Ürəklər bu ağıl inamsızlıqları ilə barışmasa da inanmırdı. Regionun siyasi durumu da inanmamağa sövq edirdi. Heç kəsin ağlına gəlmirdi ki, şərtlər dəyişə bilər.

Amma bu iş oldu. Mübarək bir iş oldu. Xankəndinə dövlət idarələrinin lövhələri asılır. Çox şükür! Hər kəs "bu günü də gördük" deyir. Demək, görməməyin, görə bilməyəcəyinin qorxusunu yaşamış bu xalq. Və istisnasız hər kəs bu faciəvi qorxu hissini qəlbində 30 il daşıdı. Bu hiss nə qədər insanımızın ömrünü çürütdü, nə qədərimizi məzara gömdü...

Hətta iqtidarla canbir olanlar belə hər yanını canavarlar bürümüş, içi Kremlin təyin etdiyi quldurlarla dolu bir dövlətin bu müsibətdən sıyrılacağını ağlına gətirmirdi. Ən yaxşı halda gələcək nəsillər üçün əlverişli şəraitin buraxılmasını böyük qazanc hesab edirdi.

Amma bu iş oldu! Oldu! Oldu!

Niyə bunun sevincini yaşaya bilmirsiniz?

Kiçik qəlbinizə böyük duyğular sığmırmı?

Bəlkə də mövcudluq üçün başqa yolunuz yoxdur.

Allah sizi bu çəkilməz yükdən azad etsin!

Mehriban Vəzir
Teref.az

Ardını oxu...
ABŞ prezidenti Co Bayden deyib ki bəşəriyyətə son 50 ildə mövcud olanı əvəz etmək üçün “yeni dünya nizamı” lazımdır. Bayden qeyd edib ki, yaxın gələcəkdə baş verəcək hadisələrdən çox şey asılı olacaq: “Biz tarixin dönüş nöqtəsindəyik və bu o deməkdir ki, qarşıdakı 4-5 il ərzində verəcəyimiz qərarlar irəlidəki 4-5 onilliyin necə görünəcəyini müəyyən edəcək”.

Yeni dünya nizamı necə formalaşsın ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini, Yaxın Şərqdəki toqquşmaları durdurmaq mümkün deyil. Vaşinqton da heç nə edə bilmir. Rusiya və Çin “yeni dünya nizamını” belə başa düşürlər: 1.Qərb daxili işlərimizə qarışmasın; 2.Birqütblü dünya çoxqütblü dünya ilə əvəz olunmalıdır; 3. NATO genişlənməməli və bu təşkilata yeni üzvlər qəbul edilməməlidirlər. Vaşinqton və Brüssel isə bunun tərsini deyir və edirlər. Belə olan halda qulağa xoş gələn “yeni dünya nizamı”nın formalaşması perspektivi yoxdur. BMT kimi əsas beynəlxalq təşkilat “dünya nizamı” formalaşdıra bilmirsə, hərə bildiyi kimi hərəkət edirsə, bir və ya bir neçə dövlətin “yeni dünya nizamı” formalaşdırmaq istəyi müsbət nəticə verərmi? Təəssüf ki, bəşəriyyət pis ssenarilərə hazırlaşmaq məcburiyyətindədir.

Orxan Tuncər - DİA.AZ
 

Dünyapress TV

Xəbər lenti