Ardını oxu...
Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də prezident İlham Əliyevə zəng etməklə sanki demək istəyib ki, “Mən Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəst deyiləm”. Onun zəngi Azərbaycan dövlət başçısının İspaniyada Almaniya kansleri və Makronun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməməsi qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib. Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi. Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
"Türkiyə İspaniyada keçiriləcək Qarabağ görüşündə iştirakdan imtina etdiyinə görə Azərbaycanı alqışlayır". "Dailysabah.com" saytı belə yazır. Qeyd edir ki, Fransa və Almaniya Türkiyənin görüşdə iştirakına qarşı çıxıb.
"Görüşdə Fransa, Almaniya, Avropa İttifaqı və Ermənistan iştirak edəcək. Azərbaycanı dəvət edirlər, amma Türkiyəni yox. Təsəvvür edirsinizmi?" – AKP-nin mətbuat katibi Ömer Çelik deyib.
“Prezidentimizin və Türkiyənin bu masada olmaması onların Qarabağın Azərbaycana-bölgənin qanuni sahibinə qayıtmasından narahat olduqları anlamına gəlir”, Ömər Çelik vurğulayıb...
Elbəyi Həsənli
Teref.az
Ardını oxu...
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Bu nüfuzlu beynəlxalq tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox nümayəndə iştirak ediblər. Bu da son illər ərzində beynəlxalq tədbirlərin, siyasi toplantıların əsas ünvanlarından birinə çevrilən Azərbaycanın daha bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin siyasi nüfuzunun təzahürüdür.
Qeyd edilməlidir ki, Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir.
Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”. Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.
Ölkə başçısı Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib ki, üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik: "Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq".
28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirib: "Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik".
Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik".
Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Olkənin təbii sərvətləri Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib. Konfransda vurğulanıb ki, əsrlər boyu Azərbaycanın çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. 30 illik müstəqillik dövrümüzdə bu amillər gücləndirilib. Azərbaycanda bütün xalqlar bir vahid ailə kimi yaşayırlar. Eyni zamanda, Avropa İnstitutları ilə əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, onu nümayiş etdirir ki, ölkəmizin xarici siyasəti açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir.
Azərbaycanın iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təsisatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkəni birləşdirir”.
Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.
Həmçinin qeyd edilib ki, Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün Azərbaycanın iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peyki vardır. Azərbaycanda bu sahənin inkişafı davam edir. Bir sözlə, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bir daha ölkəmizin nüfuzunun təzahüru olmaqla, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun və qlobal liderliyinin bariz nümunəsidir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ardını oxu...
ABŞ və Fransadakı ermənipərəst dairələrin Ermənistana siyasi dəstəkləri davam edərkən, həmin mərkəzlər bu ölkənin üzləşəcəyi iqtisadi problemlərinə necə yardım edəcəkləri barədə fikir bildirmirlər.
Misal üçün Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını gömrükdə növbə gözləyir. Aydındır ki, Kreml bu yolla Ermənistan hökumətini Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır.
ABŞ və Fransa bu konyakları öz bazarlarına buraxmağa hazırdırmı? Və ya Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə ABŞ və Fransa bu problemi necə həll edəcəklər?
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Bu gün, 3 oktyabr önəmli bir gündür, 14 il öncə, 2009-da Naxçıvanda keçirilən görüş zamanı “Türk Dövlətlərinin Əməkdaşlıq Günü” təsis edildi. Məhz bu görüşdən sonra Türk Dövlətlərinin inteqrasiyası ilə bağlı əməli işlər görülməyə başlandı və 12 noyabr 2021-ci ildə keçirilən VIII Türk Şurası İstanbul Zirvəsində təşkilat adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı oldu, həmin tədbirdə “Türk Dünyası - 2040 Vizyonu” adlı kifayət qədər əhatəli olan strateji sənəd qəbul edildi.
Sənəd bütün sahələri əhatə edir, maraqlı tezislər, başlıqlar var, amma bu sənədin içi doldurulmalıdır, məncə, dövlətlərarası korrdinasiyanı həyata keçirə biləcək daimi işlək qurumlar yaradılmalıdır. Əsas hədəf, təbii ki, iqtisadi inteqrasiya və investisiyaların cəlbi, yeni logistik marşrutların təsisi olmalıdır.
Qlobal dünyadan fraqmental dünyaya keçidin baş verdiyini nəzərə alaraq Türk Dövlətləri Təşkilatı (TDT) yaranmaqda olan yeni oyun qaydalarının mərkəzlərindən biri ola bilər. TDT-na daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 162 mln. 700 min nəfər, ÜDM-i isə 1 trilyon 207 mlrd. dollardır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.
Ən böyük çağırış TDT-yə daxil olan ölkələrin Rusiyadan ciddi asılılığıdır, amma yeni Dünyada bu asılılığın azaldılması yolları, fürsətləri var, hətta Rusiya ilə iqtisadi münasibətləri normal saxlamaqla bu məsələdən qazanmaq da olar. Rusiya resursu bol, idarəetmə sistemi zəif ölkədir, ona görə də, bu resurslardan TDT-na daxil olan ölkələrin inkişafında istifadə etmək mümkündür – sadəcə, bunun üçün Türk Dövlətləri Təşkilatının sıx əməkdaşlığına, prinsipial mövzularda eyni mövqedə çıxış etməyə, maraq və hədəfləri uyğunlaşdırmağa ehtiyac var, bunun üçün isə TDT-nin daimi işlək üst qurumlarının olması vacibdir.
Pararlel olaraq, təbii ki, bu ölkələrdə addım-addım demokratik təsisatların, vətəndaş cəmiyyətinin, medianın inkişafı da vacibdir, önəmlidir, hətta dayanıqlı inkişaf üçün labüddür...
Natig Cəfərli
Teref.az
Ardını oxu...
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkəbaşçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğma kəndlərinə qayıtmağa başladılar.
Nəhayət 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad edilməsi xəbərini biz düz 27 il gözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. Üç il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir. Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Yaxın vaxtlarda Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq, infrastruktur qurulacaq. Küçələr, parklar, xiyabanlar salınacaq, qələbə abidələri ucaldılacaq. Rayon sakinləri, keçmiş məcburi köçkünlər tezliklə Cəbrayıla qayıdacaq, qurub-yaradacaqlar.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, «Cahangirbəyli» su elektrik stansiyasının açılışında iştirak etməsi, bir çox obyektlərdə görülən işlərlə tanış olması, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır və hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır.
Sentyabrın 29-də “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi» mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində dövlət başçımız bildirib ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı «ağıllı kəndi»nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb.
Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Ölkə başçımız daim qeyd edir ki, işğaldan azad olunmuş ərazilərin bərpasında bizə rəqib olan ancaq zamandır. Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi üçün ən yüksək standartlarla inkişaf planı və proqram hazırlanmış, həyata keçirilməyə başlanmışdır. Füzuli və Zəngilan rayonlarında Beynəlxalq Hava limanlarının qısa zamanda istifadəyə verilməsi, işğaldan azad olunmuş bütün ərazilərdə elektrik stansiyalarının qurulması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, mədəniyyət paytaxtı Şuşanın dirçəldilməsi istiqamətində misilsiz işlərin görülməsi sözün həqiqi mənasında ölçüyəgəlməzdir. Bunu yalnız beynəlxalq təşkilatlar deyil, hətta erməni mətbuatı və siyasətçiləri də etiraf edirlər.
Dövlət başçımızın qeyd etdiyi kimi, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Artıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər zaman Prezident İlham Əliyev bildirirdi ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: "Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!"
Azərbaycan Ordusu ata-baba torpaqlarını erməni terrorçu xunta rejimindən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət başçısının dediyi heç bir söz əbəs yerə deyildi. Bu gün Azərbaycan regionun lider və qalib ölkəsi kimi qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.
Cavid Fərhadov – Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit
 
 
 
Ardını oxu...
Azərbaycan Dövləti, Xalqı inanılmaz, tarixi qələbəyə imza atdı, 35 illik “irini”, vətən bədənində olan “yaranı” təmizləyib sağaltdı. Prezident İlham Əliyevin bu günə qədər mənfi-müsbət etdiklərini bir kənara qoysaq Azərbaycan tarixinə düşən liderlik nümunəsi göstərdi.
Qarabağ məsələsinin çözülməsi, Vətənimizin ərazi bötövlüyünün bərpası bu dalğada siyasətə gələn və hələ də özünü siyasətdə görənlərin də paradiqmasını dəyişdi-dəyişir. Onlar ya yeni reallığı qəbul edib 90-ların “modundan” çıxmalı, əsl siyasətlə məşğul olmağı öyrənməli, siyasətin ciddi iş, sənədlərlə, tezislərlə, proqramlarla, platformalarla yarışma yeri olduğunu anlamalıdırlar. Bacarmasalar siyasi səhnədən silinib gedəcəklər, çünki Qarabağ düyününün çözülməsi onların da əhalinin bir qisminin duyğularını istismar etmək üzərinə qurduqları uğursuz siyasi davranış qaydalarını sıfırladı. Obrazlı desək, Ermənistanda “Qarabağ siyasi klanı” necə siyasi səhnədən silindisə, cəmiyyətin gözündən düşdüsə, bizdə də “Qarabağ dalğasının” gətirdiyi siyasi təfəkkür tarixdə qalmalıdır. Əslində o dalğa yaxşı mənada siyasi “kötüklər” gətirsə də, amma daha çox “çör-çöpü” üzə çıxarmışdı.
Amma bundan sonra ən böyük məsuliyyət hakimiyyətin, hökumətin üzərinə düşür. Onların siyasətə baxışları dəyişməsə, bu sahəni “nazirlik” məntiqi ilə moderasiya etmək düşüncəsindən əl çəkməsələr, böyük problemlərlə üzləşəcəyik. Onlar da öz orbitinə yığdıqları 90-ların Qarabağ dalğası ilə üzə çıxan siyasi “meyidlərə”, “balıqhafiztiplərinə” maddi-siyasi dəstək verməkdən vaz keçməlidirlər – onların heç bir xeyri, siyasi səhnəyə verə biləcəkləri tövhə yoxdur.
Bundan başqa hakimiyyət daha istənilən köklü islahatların qarşısını əvvəllər haqlı olan, “Qarabağ boyda dərdimiz, problemimiz var”, cümləsi ilə ertələyə bilməz-bilməyəcək. Bəli, Prezidentin rəhbərliyi, düzgün siyasəti, ən vacibi Xalqın ürəkdən dəstəyi və iştirakı ilə bu problem çözüldü, bitdi, bunu görürük, qiymətləndiririk, sevinirik, tarixi qələbəmizi dərk edub qürur duyuruk. Amma indi daha məsuliyyətli və çətin quruculuq dövrü başlayır, ölkəyə əlavə onmilyardlarla vəsait, investisiyalar, ədalətli idarəetmə, iqtisadi və hüquqi sitem gərəkdir. Çünki, hərbi qələbəni diplomatik, iqtisadi uğura çevirməsək Əsgərimizin əməyinə heyf olar, buna imkan vermək olmaz – artıq köklü islahatlar, yeni siyasi institutlaşma, iqtisadi açılım, hüquqi Dövlət dönəmidir. Qalib xalqı əvvəlki kimi idarə etmək olmaz! Hamımıza bu işdə uğurlar arzu edirəm!
Natig Cəfərli
Teref.az
 
Ardını oxu...
Aldıgımız məlumata görə Qarabagı tərk edən erməni sürüsünün Gürcüstana axını başlayıb.Nəzərinizə çatdırım ki,1904,1918,1922,1942-44-cü illərdə Borçalını Türkiyə ilə baglayan ərazidən Türklərin məcburi köçürdülməsi və köçürdülən Türklərim yerinə ermənilərin yerləşdirilməsi prosesi baş verib.Ermənilərin yaşadıqları həmin ərazilər Borçalı ilə Türkiyəni,daha dogrusu Azərbaycanla Türküyənin tək quru bagı olan Borçalının Türkiyə ilə bagını qoparmaq amacı ilə edilib və həmin ərazilərə ermənilər yerləşdirilib.
Həmin ərazilər Axısxalı qardaşlarımızın dədə yurdu olan,Axalsixe,Axalkalaki,sonradan sürgün olunan Malakanların yerləşdirilib adı dəyişdirilən Baqdanovka rayonlarıdır.Təsəvvür edin,Borçalı ilə adı keçən əraziləri ayıran Yunanların(Berzan) və Türklərin yaşadıgı tək bir Tsalka(Barmaqsız) rayonu qalmışdı,həmin rayonun əhalisi yarı Yunan yarı Türk idi.1992-ci ildə Gürcü və erməni separatcılarının təzyıqı ilə həmin rayondan Türklər Azərbaycana,Yunanlar isə Yunanıstana köçmək məcburiyyətində qoyuldu.Türk və Yunan kəndləri boşaldıldı,xaraba qaldı.
Dünən aldıgım məlumata görə Qarabagı tərk edən erməniləri indi də Tsalka(Barmaqsız)ratonunda boş qalmış Yunan və Türk kəndlərinə yerləşdirirlər.Təsəvvür edirsinizmi?
1904-cü ildə Türkiyə sərhəddindən başladılar,əvvəlcə Axalsixeyə(Axısxa),sonra Axalkalakiyə,Baqdanovkaya,indi də Tsalkaya(Barmaqsız)... Bundan aşagı Borçalı başlayır,hətta Tsalka(Barmaqsız) rayonunun yarısı Borcalı ərazisidir..
Bu Fransız və Rusların yeni iyrənc planlarıdır və artıq görünən daga bələdçi gərək olmadıgı kimi Rusiyanın tezliklə Gürcüstan üzərindən ermənistanı işgal etməsi və hər iki dövlətin Rusiyanın idarəçiliyinə keçməsi qaçılmaz kimi görünür...
Kamran Güllər
Teref.az
 
Ardını oxu...
İnternetdən götürülən, şəkildə gördüyünüz cədvəl sentyabrın 28-də qonşu ölkənin Telegram-kanallarının verdiyi məlumat əsasında tərtib edilib. Cədvələ inansaq, daha əvvəl 70 500 adam Qarabağdan E...nistana keçib gedib. Olsun. Beləliklə, 28 sentyabr, saat 14.00 olan durumda Qarabağdan E...nistana deyilən sayda, sonrakı səkkiz saat ərzində 7 854, - yəni təxminən 8 000, - adamın getdiyini iddia edilir. Hamısı maraqlı və müəmmalı olsa da, asan və əyanilik üçün bircə bu son rəqəm üzərində dayanaq.
Real rəqəmdirmi?
Saatda təxminən min adam. Buradan belə çıxır ki, Laçın yolundakı Nəzarət-Buraxılış Məntəqəsində sərhədçilərimiz bir dəqiqə ərzində 16 nəfərin sənədlərini yoxlayıb düzgün olduqda keçməsinə icazə verirlər. Yoldakı NBM bir dənədir, bir, ən çoxu iki pəncərəsi var. Bir dəqiqə ərzində 16 nəfər, yəni 4 saniyə ərzində bir adam! Belə, bu dərəcədə sürətli yoxlama mümkündürmü?! Təbii ki, yox.
Amma təəccüblü və təəssüflü bu deyil, qonşuların belə fantastik rəqəm və iddialarına çoxdan öyrəşmişik. Təəssüflü odur ki, qarşı tərəf belə yalan iddiaları yayır, marağı var, həm əvvəldən dediyi yalanı - Qarabağda 120 000 adam yaşadığını təsdiq edir, həm dinc əhalisinin qətllərdən, zülmdən qaçma sürətini qərb mediasına ötürür, vay-şivən qoparır, həm başqa siyasi, o cümlədən maddi məqsədlərinə nail olur. Azərbaycan tərəfi isə susur.
Niyə?
Ola bilsin, sonda öz statistikasını ortaya qoyub əks tərəfin rəqəmlərini yalanlayacaq? Ola bilsin.
Amma belə informasion siyasət və mübarizə nə dərəcədə adekvat, səmərəli və düzgündür?
5-6 gün ərzində bizə qarşı hər gün “etnik təmizləmə” ittihamları, qarayaxma kampaniyasını biz sonda, bir dəfə cavablayacağıq? Yenə ola bilsin, BMT-də bu yetərli gələcək, bəs Avropa ya Amerika ictimai rəyində, mediasında necə? Axı gündəlik təbliğat, Azərbaycana qarayaxma kampaniyası nəticəsində hətta əvvəldən neytral düşünsə belə, ötən günlər ərzində qulağı-beyni doldurulan sıravi Avropa ya Amerika vətəndaşında artıq bizə qarşı neqativ rəy formalaşacaq. Bunu bircə çıxışla dağıdıb öz xeyrimizə dəyişə biləcəyikmi? Təbii ki, yox.
Belə olan halda Azərbaycan niyə susur? İnformasion müharibəni konkret bu cəbhədə niyə bilə-bilə zəif, süst aparır, daha doğrusu aparmırıq? Belə mövqe sonucda uduzmağa aparır, elə indidən uduzuruq. Elə o biri informasion sahələr də bu gündə. Sonra da qərbi təqsirləndiririk ki, e....ipərəstdir? "Bizi sevmirlər", "Onsuz da xeyri yoxdur"- zad...
Bəlkə bunun əvəzinə hərəkətə keçək?
Öz problemlərində həmişə kimisə təqsirləndirmək zəif, aciz, ağılsızların xasiyyətidir, ağıllı, tədbirli və güclülər isə işini möhkəm tutub istəyinə nail olur...
Çingiz Sultansoy
Teref.az
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti