Ardını oxu...
Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsi planından qaynaqlanır. ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə “təmas strategiyasına” qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms Obrayn gətirəcək.
Vaşinqtonun planının nədən ibarət olduğunu Obraynın açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi (Çindən başlanan, Mərkəzi Asiyadan keçərək, Azərbaycana çatan, buradan Türkiyə üzərindən Avropaya çıxan) nəzarətə götürmək istəyir:
- Dəhlizin başlanğıcını Mərkəzi Asiyadan götürməklə Çini kənarlaşdırır;
- Marşrutun Ermənistan halqasında kommunikasiyanın suverenlik prinsipi ilə açılmasını dəstəkləyir və bununla Zəngəzur dəhlizi layihəsini sıradan çıxarır;
- Zəngəzurdan keçəcək yolun suverenlik prinsipinə əsasən açılması ilə Rusiyadan burada nəzarət imkanını əlindən alır;
Cənubi Qafqazda Moskvaya qarşı görünən bu planın əsas hədəfi Pekindir və Vaşinqton Mərkəzi Asiyadan Avropaya çıxan marşrutla həm də Çinin sərhədinə qədər təsir imkanlarını genişləndirməyi planlaşdırır. Vaşinqton buna nail ola bilməsə - Orta dəhliz Pekinin planına uyğun reallaşarsa, bu Çinin qlobal sistemdə ikinci qütb olması, eyni zamanda, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər.
Bu planda Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir: Obrayn Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq;
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər” açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar.
- Kommunikasiyalar suverenlik prinsipi ilə açılacaq;
- Delimitasiya prosesində işğal altındakı 8 kəndin qaytarılması sual altına düşəcək;
- Və Bakıdan “Qarabağ ermənilərinin hüquqlarının” təmin edilməsini də istəyə bilərlər;
Azərbaycan bunu istəmir, mövcud vəziyyətdə gözləmək və proseslərin inkişafını görmək daha məqsədəuyğundur, xüsusilə ABŞ-Avropa-Rusiya-Çin qarşıdurmasında tərəf və meydan olmamaq baxımından. Bu situasiya isə kənar təzyiqləri gücləndirir. Məlumdur ki, Bakı Vaşinqtonun layihəsini qəbul etməcəyi təqdirdə, ABŞ yenidən təzyiq siyasətinə keçə bilər. Lakin burada önəmli bir məqam var: Azərbaycan və Türkiyəni açar ölkə olaraq görən ABŞ planını yerinə yetirmək istəyirsə, sülh sazişində Bakının tələblərini prioritet olaraq görməli, razı olması üçün İrəvana təzyiq etməlidir;
Azərbaycan həm təzyiqlərdən yayınmaq, həm də proseslərin inkişafını görə bilmək üçün Ermənistan qarşısında maksimum tələblər qoya və ABŞ-dan bunun təmin edilməsini istəyə bilər.
Asif Nerimanli
Teref. Xocanın Blogu
 
v
”Deməli, Azərbaycanda bir şəbəkə var (məhkəmə qərarı olmadığı üçün cinayətkar olub-olmadıqlarını deyə bilmərəm), müxtəlif ünvanlarda əcaib adlarla minlərlə şirkət qeydiyyata aldırıb.
Bu şirkətlərin əksəriyyətinin nə işlə məşğul olduqları bilinmir, amma qısa müddətdən sonra yaranan vergi borclarından belə başa düşülür ki, “böyük işlər” görürlər. Bəziləri isə dövlət satınalmalarında (tenderlərdə) qalib olurlar”.

Gununsesi.info bildirir ki, bunu araşdırmaçı Allahverdi Aydın üzə çıxarıb.

Onun yazdığına görə, bu ilin aprel-sentyabr aylarında (6 ay ərzində) həmin ünvanlardan birində – “Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40 m. 40”-da 213 şirkət qeydiyyata alınıb: “Bu ünvanda daha əvvəl də yüzlərlə şirkət qeydiyyata alınıb (fotolar rəydə).
Bu şirkətlərlə bağlı bəzi maraqlı və diqqət çəkən məqamlar:
– Həmin şirkətlərdən 3-nə Eminov Məhəmmədiyə Xəlil oğlu, 3-nə isə onun oğlu Eminov Eşqin Məhəmmədiyə oğlu “rəhbərlik edir”. Məhəmmədiyə Eminov 2017-ci ildə həyətində narkotik bitkilər əkdiyi üçün saxlanılıb (link rəydə).
– Məlikov Zamin Nəzərəli oğlu adlı başqa bir şəxs də 3 şirkətə “rəhbərlik edir” və bu şəxs də 2017-ci ildə oğurluq etdiyinə görə saxlanılıb (link rəydə).
– Başqa bir şəxs – Əfkari Eldar Məhərrəm oğlu da 3 şirkətə “rəhbərlik edir”. Amma, bu şəxs şirkətlər qeydiyyatdan keçəndə (08.05.2023) artıq həyatda olmayıb. Əfkari Eldarın meyiti 4 gün əvvəl (04.05.2023) evində asılmış vəziyyətdə taplıb (link rəydə).
Deyə bilərsiniz ki, keçmişdə oğru və narkoman olanların (ölülər istisnadır) şirkət rəhbəri olmasında qanunsuz nə var ki?
Məsələ burasındadır ki, həmin şəxslərin bir-çoxu adına şirkət açıldığından xəbəri olmur.
– Məsələn, Stanislav Yakushev adlı bir vətəndaş var. İnternat evində böyüyüb. Həbsdə olub. Bu şəbəkə onun da adına şirkətlər açıb və indi 1,5 milyon manat vergi borcu var (foto rəydə).
– Başqa bir şəxs Astara sakini Zaur Məhərrəm oğlu Sovqatov mətbuata açıqlama verib və bildirib ki, onun xəbəri olmadan adına 5 şirkət açılıb və vergi borcu yaranıb. Açıqlamadan 5 gün sonra meyitini meşədə asılmış vəziyyətdə tapıblar (link rəydə).
Bu cür onlarla, yüzlərlə nümunə var. Sosial şəbəkələrdə, mətbuatda istədiyiniz qədər məlumat tapa bilərsiniz.
İndi əsas sual budur ki, bu şirkətlər barəsində ortada bu qədər açıq şübhəli məqamlar olduğu halda niyə heç bir tədbir görülmür?”

Ekspert daha sonra sual edir:

Məni ən çox maraqladıran isə bu şirkətlərə kimin ad qoyduğudur. Minlərlə adı qoymaq üçün hansı alqoritmadan, hansı kompyuter proqramından istifadə edir, adların bir mənası varmı, yoxsa çinlilər kimi qab-qacağı yerə atır, çıxan səslərə uyğun ad qoyur…
Ardını oxu...
 
 
 

Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken köməkçisi Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından prezident İlham Əliyevə zəng edib. Bu zəngə ehtiyac var idi, əks halda münasibətlər gərginləşməkdə davam edəcəkdi ki, bu nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms O`Braynın çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms O`Brayn Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verib. Ceyms O`Brayn dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəkli axarına qaytara bilsin. Hər halda Ceyms O`Brayn və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır. ABŞ dünyanın əsas güclərindən biridir, təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığımız var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac var. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 
Ardını oxu...
Azərbaycan mətbuatını rəhbərliyi ilə birlikdə təbrik edirəm "BU ... " mərhələsinə çatdığı üçün!
Hansı saytı açırsan, hansı xəbərə baxırsan (əlbəttə ki, önərilmiş, reklama qoyulmuş), başlıqlar düz adamın başının şeyinə - sinirinə toxunur!
"BU rayonda polis rəisi dəyişildi"
"BU pensiyaçıların təqaüdü artırıldı"
"BU rayonlarda qaz kəsiləcək"
"BU müğənnini s...evən adamın adı məlum oldu"
"BU məmurun s...evdiyi filankəs imiş"
"BU küçədə qəza olub"
Etiraf edirəm: "BU" başlıqlı yazılardan və təqdimatlardan niyə xoşum gəlmir, hələ demirəm peşə, sənətkarlıq, üslub ölçüləri bir yana qalsın - "BU"... Talış dilində (murdar, xoşagəlməz) İY deməkdir!
DEMƏYİM O Kİ... İYLƏNDİRİBLƏR, İYRƏNDİRİBLƏR artıq.
Bacardılar...
İYlənəsiniz elə...
Sizə imkan yaradan, sponsorluq edənlər də sizin kimi iylənsinlər elə!
Bu nə jurnalistikadı, bir yana, bu nə başlıqdır, axı? Bir saytın bir xəbər sütununda başdan-ayağa başlıqlar "BU" ilə sıralanıb!
Jurnalistika heç, adi orta məktəb inşasında ən azı 100 sözü keçmədən "və", "ki" bağlayıcısı işlədəndə adama "2" yazırdılar e!
-da; -də problemi bitməmiş "bu" dərdinə salıblar!
HALBUKİ...
LƏNƏT ŞEYTANA!
Aydın Can
Teref. Xocanın Blogu
 

Ardını oxu...
Hazırda bir çox mağazalarda “endirim” adı ilə insanları aldatmağa çalışırlar.

“Birini al, birini hədiyyə apar”. “İkisini alana üçüncüsü 50 faiz endirimlə verilir”.

Gün ərzində bu və bunun kimi yüzlərlə reklam lövhələrinə rast gəlirik. İstər mağazaların qarşısında, istərsə də sosial şəbəkələrdə belə yazılar kifayət qədərdir.

Ekspertlərin fikrincə, bu yolla müştəri cəlb etmək və satışları artırmaq mümkündür. Lakin bu, sahibkarlara qısamüddətli gəlirlər gətirsə də, mağazalar uzun müddətdə iqtisadi rəqabətə tab gətirməyərək fəaliyyətlərini dayandırırlar.

Qeyd edilib ki, bu yolla müştərini aldatmaq inzibati məsuliyyəti özündə ehtiva edir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bütün endirim kampaniyalarının mahiyyəti müştərini qapıdan içəri salmaqdır:

“Bütün dünyada belədir. Bu zaman istehlakçı hüquqlarının pozulması da baş verir”.

Məlumat üçün qeyd edək ki, bu cür fırıldaqçılıqla qarşılaşan insanlar rəsmi olaraq İqtisadiyyat Nazirliyinə və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər.

Ətraflı Baku TV-nin süjetində:



Ardını oxu...
“Ukraynanın məğlubiyyəti ABŞ üçün fəlakət olacaq, çünki Vaşinqton dünya ictimaiyyətinin gözündə güclü dövlət statusunu itirəcək”.

Bunu jurnalist Qarland Nikson özünün yutub kanalında bildirib.

“Dünyanın diqqəti bu münaqişəyə yönəlib... Çünki bu dəfə ABŞ super güclə münaqişəyə cəlb olunub. Birləşmiş Ştatlar Ukraynaya əlində olan hər şeyi verəcəyini söyləmişdi... Nəticədə Putin indi qalib gəlir... Bu, ABŞ üçün böyük məğlubiyyətdir”, - Nikson qeyd edib. O deyib ki, Vaşinqton əvvəllər də səhvlərə yol vermişdi, lakin ölkə iqtisadi və sənaye cəhətdən güclü olduğu üçün Amerika “bu səhvlərdən qurtula bilirdi”.

Nikson qeyd edib ki, Ukraynanın məğlubiyyəti ABŞ üçün mənfi nəticələrə gətirib çıxaracaq və dünya çoxqütblü olacaq.

Qarland Nikson kimdir? Radio və televiziyada tok-şou aparıcısı kimi tanınıb. Dünya miqyasında antiimperialist hərəkatda yer alır. O, hüquq-mühafizə orqanlarında 20 ildən çox işləyib və mayor rütbəsi ilə təqaüdə çıxıb. Bir neçə il tələbələrə cinayət məcəlləsini tədris edib. 2010-cu ildən 2019-cu ilə qədər “Fox News”da müntəzəm məqalələri ilə çıxış edib. Mütərəqqi fikirləri ilə tanınır.

Xatırladım ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə vurğulayıb ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat sonda çoxqütblü dünyanın yaranmasına təkan verəcək. Əlbəttə, Qarland Niksonun dediklərini qəribçiliyə salmaq olar. Ancaq oxşar fikri Pentaqonun rəhbəri Lloyd Austin (2021) də dilə gətirib. Buyurub ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə yardımı dayandırarsa, Rusiya Ukraynada qalib gələcək. Qərbin nüfuzlu media mərkəzlərindən olan “politico.com” da oxşar mövqedən çıxış edir.

“Russia Will Survive a Defeat in Ukraine. It’s Time to Prepare for What Comes Next.” (Rusiya Ukraynada məğlubiyyətdən xilas olacaq. Bundan sonrakı proseslərə hazırlaşmağın vaxtıdır) adlı məqalədə Qərbə açıq şəkildə çağırış var. Ən önəmlisi isə odur ki, etiraf da var.

“The Wall Street Journal”da gedən “It’s Time to End Magical Thinking About Russia’s Defeat” (Rusiyanın məğlubiyyəti haqqında sehrli düşüncələrə son qoymağın vaxtı çatıb) adlı məqalə isə Rusiyada toy-bayram kimi qarşılandı. Məqalədə deyilir ki, Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün Qərb hərəkətə keçdi. Ancaq rəsmi Moskva Qərbin müqavimətinə tab gətirdi və Putin şəxsi hakimiyyətini daha da möhkəmləndirdi. Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və müttəfiqlərinin yeni strategiyaya ehtiyacı var. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərtərəfli hücumunun ikinci ildönümünə az qalıb. Putinin özünə inamını aydın şəkildə müşahidə edirik. Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı uğurlu olsaydı, Kiyevə danışıqlar zamanı güclü mövqedən çıxış etmək imkanı qazandıra bilərdi. Ukraynaya maliyyə dəstəyi ilə bağlı Konqresdəki qütbləşmə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Putin tərəfdarı olması da Qərbə prosesə optimist yanaşmağa imkan vermir. Amerikanın HƏMAS-İsrail savaşına aşırı marağı da Ukraynanın müqavimət imkanlarını aşağı salır...

Zamanın onun tərəfində olmasına Putinin inanması üçün kifayət qədər əsası var. Cəbhə xəttində Rusiyanın müharibəni uduzmasına dair heç bir əlamət yoxdur. Rusiya iqtisadiyyatı zərər çəksə də, sıradan çıxmayıb, amma bərbad vəziyyətdə deyil. Nə qədər paradoksal olsa da, iyun ayında Yevgeni Priqojinin uğursuz üsyanından sonra Putinin hakimiyyəti daha da gücləndi. Müharibəyə xalq dəstəyi möhkəm olaraq qalır və elitanın Putinə dəstəyi də sarsılmayıb.

“The Wall Street Journal” yazır ki, Rusiyaya tətbiq olunmuş sanksiyalar və Rusiyanın ixracatına nəzarət Putinin müharibə aparmaq gücünə gözlənildiyindən qat-qat az təsir edib. Rusiyanın müdafiə sənayesi üçün çalışan zavodları istehsalı artırır. Köhnəlmiş sovet fabrikləri artilleriya mərmiləri kimi çox ehtiyac duyulan malların istehsalında Qərb fabriklərini üstələyir. Rusiya iqtisadiyyatını idarə etməkdə məsul olan texnokratlar möhkəm, uyğunlaşa bilən və bacarıqlı olduqlarını sübut etdilər. Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq nəticəsində yüksələn neft qiymətləri dövlət xəzinəsini doldurur. Ukrayna, əksinə, Qərbin nağd pul yardımından son dərəcə asılıdır. Putin həm də xarici siyasət rekorduna məmnunluqla baxa bilər. Onun əsas əlaqələrə qoyduğu sərmayələr öz bəhrəsini verdi. Çin və Hindistan Rusiya nefti və digər əmtəələrinin idxalını artıraraq Rusiya iqtisadiyyatı üçün mühüm dayaq təmin edib. Qərbi Avropada itirilmiş bazarlardan və ya Pekinin ABŞ və Aİ sanksiyalarını pozmaq istəməməsindən narahat olmaq əvəzinə, Putin qısa müddətdə Çinin iqtisadi sahədə kiçik tərəfdaşı olmağın daha sərfəli olduğuna qərar verdi. Çindən gələn mallar Rusiya idxalının təxminən 50%-ni təşkil edir və Rusiyanın ən böyük enerji şirkətləri indi Çinlə alverə daha çox meyllidirlər. Hətta Ermənistan, Gürcüstan, Qazaxıstan və Qırğızıstan kimi Putinin aqressiv taktikasından qorxmaq üçün hər cür əsası olan qonşu ölkələr də sanksiyalardan yayınmağa imkan verən və Rusiyanın birbaşa idxal etdiyi malların daşınma məntəqəsi kimi xidmət edərək böyük gəlirlər əldə ediblər. Bütün bunların heç biri sürpriz sayılmamalıdır. 2022-ci ilin fevralında Ukraynaya hücumdan 6 aydan əvvəl Putin Rusiya üçün yeni Milli Təhlükəsizlik Strategiyasını imzaladı. Həmin sənədin əsas istiqaməti ölkəni Qərblə uzunmüddətli qarşıdurmaya hazırlamaq idi. Bu gün Putin xalqa strategiyasının işlədiyini deyə bilər.

“The Wall Street Journal” yazır ki, Putin müharibəni bitirmək üçün heç bir təzyiq hiss etmir. Qış yaxınlaşdıqca Rusiya ordusu öz məhdud quru hücumunu həyata keçirdi və şübhəsiz ki, Ukrayna şəhərlərinə, elektrik stansiyalarına, sənaye obyektlərinə və digər mühüm infrastruktur obyektlərinə raket və dron hücumlarını genişləndirəcək. Putin gözləyir ki, ABŞ və Avropanın Ukraynaya dəstəyi kəsiləcək, ukraynalılar onlara edilən sonsuz terror və dağıntılardan yorulacaqlar və bu ikisinin birləşməsi Rusiyaya Ukrayna ilə müqavilənin şərtlərini diktə etməyə imkan verəcək...

Bəllidir ki, Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Bu ölkə təbii sərvətlərinə görə son dərəcə zəngindir. Əsasən təbii sərvətlərini xammal kimi sataraq ayaqda durur. “The Wall Street Journal” da qeyd edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar elə bir nəticə vermədi. Sanksiya ilə bağlı “BBC”nin araşdırması son dərəcə maraqlıdır. Britaniya radiosu yazır ki, Böyük Britaniya, ABŞ və Aİ Rusiyadan brilyant idxalını dayandırıb. 2021-ci ildə Rusiya brilyant ixracından 4 milyard dollardan çox qazanıb. 2021-ci ildə isə Rusiya qızıl ixracından daha çox - 15.4 milyard dollar xeyir götürüb.

Təbii ki, Qərb Rusiyadan qızıl idxalına da sanksiya tətbiq edib. Aİ, ABŞ, Böyük Britaniya və Kanada Rusiya Mərkəzi Bankının öz ölkələrindəki aktivlərini dondurub. Digər Rusiya banklarının aktivləri də dondurulub. Rusiya firmalarına banklardan borc götürmək qadağan edilib. Böyük Britaniya hökuməti bildirib ki, Qərb dövlətlərinin tətbiq etdiyi maliyyə sanksiyaları Rusiyanın 604 milyard dollarlıq valyuta ehtiyatlarının 350 milyard dollarının dondurulmasına gətirib çıxarıb. Qərbin sanksiya tətbiq etdiyi əsas sahə neft və qazla bağlıdır. Ancaq Rusiya hazırda xam neftinin 70 faizini Hindistan, Çin və Türkiyəyə satır. Müqayisə üçün deyək ki, 2022-ci ildə Hindistanın neftə olan ehtiyacının yalnız 2 faizini Rusiya ödəyirdi. İndi isə Hindistana neft ixrac edən əsas ölkə Rusiyadır. 2021-ci ildə Rusiya neftinin 50 faizi Avropa ölkələrinə satılırdı. “BBC” onu da qeyd edir ki, Qərb Rusiyanın neftdən gələn gəlirini azaltmaq üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Venesuela kimi neftlə zəngin dövlətlərə müraciət edərək hasilatı artırmağa çağırış etdi. Ancaq adıçəkilən ölkələr neft hasilatın artırmadılar... Mindən çox rusiyalı biznesmen və fiziki şəxs Qərbin sanksiyasına məruz qalıb. Onların arasında oliqarxlar - Kremlə yaxın olduğu düşünülən biznes liderləri, məsələn, “Çelsi” futbol klubunun keçmiş sahibi Roman Abramoviç kimilər yer alır. Prezident Putin və xarici işlər naziri Sergey Lavrova məxsus aktivlər dondurulub. Sanksiyaya məruz qalan ruslarla məxsus olan ən azı 16 super-yaxta müsadirə olunub. Nyu-Yorkda rus alüminium maqnatı Oleq Deripaska ABŞ sanksiyalarını pozmaqda ittiham olunub. Zəngin ruslara Britaniyada yaşamaq hüququ verən “qızıl viza”ların satışı dayandırılıb.

“McDonald's”, “PepsiCo”, “H&M” və Adidas da daxil olmaqla, mindən çox beynəlxalq şirkət Rusiyada fəaliyyətini dayandırıb. ABŞ, Böyük Britaniya, Aİ və Kanadanın hava məkanından Rusiyaya uçuşlar qadağan olunub. Qərb liderləri Rusiya iqtisadiyyatının sanksiyalardan dolayı çökəcəyini proqnozlaşdırırdılar. Lakin Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının 2023-cü ildə 0,7% arta biləcəyini deyir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya gündə 8,3 milyon barel neft ixrac edir ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyədir. Ən böyük idxalçılar isə Hindistan və Çindir. Bununla belə, IEA bildirir ki, Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlir Qərbin sanksiyaları səbəbindən 2023-cü ilin aprelində 22,5 milyard dollardan 8,1 milyard dollara düşüb. Şübhəsiz ki, bu, ciddi itkidir. Ancaq Rusiya vəziyyətdən çıxmağı bacardı. Belə bir fonda Qərb nə etməlidir? Bu suala fərqli cavablar var. Məsələn, “telegraph.co.uk” saytı yazır ki, Rusiyanı birdəfəlik məğlub etmək üçün Qərb Ukraynanı NATO-ya üzv qəbul etməlidir. Əgər Qərb Kiyevin tezliklə alyansa qoşulmasının fərqinə varmasa, Qərb üçün vəziyyət getdikcə pisləşəcək. Əlbəttə, HƏMAS-İsrail savaşı da Qərbi pis vaxtda yaxalayıb. Hazırda Aİ daha çox Ukraynaya yardım etmək haqqında düşünür, ABŞ isə İsrailə dəstəyi özü üçün prioritet hesab edir. Ona görə də Qərb Yaxın Şərqdə alovlanmış müharibəni mümkün qədər tez ram etməyə və bütün gücü Ukrayna cəbhəsinə yönəltməyə çalışır. Rusiya isə tam əksinə, Yaxın Şərqdə başlayan müharibəyə digər ölkələrin də cəlb olunmasını arzulayır. Əgər belə olarsa, Rusiyanın Ukraynada əl-qolu daha da açılar...

Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin dekabrında ABŞ Konqresindəki çıxışında belə demişdi: “Ukrayna beynəlxalq ictimai rəy uğrunda döyüşlərdə Rusiyanı məğlub edib”. Təəssüf ki, Ukraynanın ictimai rəydə qazandığı bu qələbə hərbi meydandakı reallıqları dəyişmədi...

Elbəyi Həsənli,
SÜRİX
azlist.az
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası komissiyalarının beşinci iclası keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, görüş sərhəddə baş tutacaq.
Bir müddətlik fasilədən sonra tərəflərin bir araya gəlməsi mühüm bir tendensiyanı canlandırmaq fürsəti verir.
Söhbət Azərbaycanın Ermənistana təklif etdiyi vasitəçilərsiz ali səviyyəli görüş formatının reallaşa bilmək ehtimalından gedir.
Lakin İrəvan vasitəçi olmadan görüşə gəlmək istəmir. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın açıqlamasına əsasən, elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol oynayır.
Hər halda, sərhəddə keçiriləcək görüş gələcək ali ranqlı təkbətək görüşlər üçün presedent formalaşdırılmasına yardımçı olur.
Lakin komissiyaların sərhəddə keçiriləcək görüşlərindən əhəmiyyətli bir irəliləyiş gözlənilmir, bu, sadəcə olaraq, texniki parametrlərin dəqiqləşdirilməsini əhatə edən bir müzakirə olacaq.
Ümumilikdə Bakı bilir ki, İrəvan zamanla oynayır. Ermənistan isə dərk edir ki, Azərbaycan uğurlu sülhəməcburetmə əməliyyatlarına üstünlük verir.
Bunun sərhəd delimitasiyası üzrə mübahisəli aspektlərini aydınlaşdırmaqdan ötrü komissiyaların görüşü pozitiv bir siqnal kimi qiymətləndirilə bilər.
Hərçənd ki, Ermənistan Qərbin təyin etmək istədiyi gündəlikdən əhəmiyyətli şəkildə kənara çıxmağa maraqlı deyil. Deməli, sərhəd delimitasiyası üzrə komissiyaların iclası ümumi fonda Qərb-Rusiya geosiyasi qarşıdurmasını səngitməsə də, geosiyasi mübarizənin dozasındakı bir istiqaməti azaldacaq texniki keyfiyyətə malikdir.
Görüşdə müzakirə olunacaq mövzularda ən böyük əhatə dairəsi, yəqin ki, delimitasiyanın hansı xəritələr üzərində həyata keçiriləcəyidir.
Hələ ki tərəflər arasında bu istiqamətdə yekun ikitərəfli razılaşma yoxdur, hərçənd ki, Bakının şərtlər seriyası Azərbaycanın strateji müdafiə zərurətləri baxımından daha böyük gündəliyi əhatə edə bilər.
Çətin ki, İrəvan Qərbi regiona salıb, nələrsə qoparmaq istəməsi fonunda Azərbaycanla paritetə yaxın nəsə əldə etsin.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneələr zəncirvarı bir-birinə bağlıdır. Sülh zəncirindəki halqalardan birini xarab edən mövqe İrəvan tərəfindən təkrarlanır.
Məsələn, Azərbaycan alternativ görüş məkanı təklif etsə də (Tbilisi ola bilər), İrəvan bundan qaçır.
Burada belə bir məntiq doğur ki, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olan məqamlardan biri də danışıqların harada keçiriləcəyi ilə əlaqədar fərqli baxışlardır.
Ermənistan bunu Qərb platformalarında, Azərbaycan isə regiondan kənar dövlətləri müzakirələrdən kənarlaşdırmaqla reallaşdırmaqda maraqlıdır.
Amma görüşlərin harada və ya geosiyasi şərtlər daxilində böyük oyunçuların paytaxtlarında keçirilib-keçirilməməsindən asılı olmayaraq, Azərbaycanın tələbləri eyni olaraq qalacaq.
Bakı şərt irəli sürür ki:
- Sərhəd delimitasiyası zamanı Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması təmin edilməlidir;
- Zəngəzur dəhlizinin açılması üçün Ermənistan iradə göstərməlidir;
- Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı gerçəkləşməlidir.
Ermənistanın bu ssenarilərdən qaçmaq cəhdi Azərbaycana alternativ əməliyyatlar həyata keçirmək hüququnu verə bilər.
Aqşin Kərimov
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərsun Holdinqin növbəti oyunu ölkədə sahibkarlara və fermerlərə böyük məbləğdə ziyan vurmaqdadır. Xatırladaq ki, Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən İmişli Şəkər Yem Fabriki 2011-ci ildə istismara verilib. Reallıq.Tv verdiyi məlumatda qeyd olunur ki, əvvəllər fəaliyyəti barədə az eşidilən fabrikin indi istehsal etdiyi yemlər sahibkarlara və fermerlərə ciddi ziyan vurmaqdadır. İmişli Şəkər Yemi fabrikinin " Broyler başlanğıc", "Broyler böyütmə", "Natura", "Kənd 1" və "Sərfəli" adı altında istehsal etdiyi yemlər müxtəlif növ cücələrin ölümünə səbəb olmaqla ciddi narazılıq yaradıb.

Qaynarxett.az xəbər verir ki, Abşeron rayonunda sahibkarlıqla məşğul olan Adəm Əzizov Reallıq.tv yə müraciət edərək bildirib ki, onun serebrist cinsindən olan toyuq cücə ferması var. İmişli Şəkər Yem fabrikinin istehsalı olan yemlərdən istifadə etdikdən sonra təsərrüfatında olan cücəıər kütləvi məhv olub. Sahibkara 30 mindən artıq ziyan dəyib. Şirkətin Əzizova məxsus fermaya göndərdiyi həkim isə, "cücə ölərdə " - deməklə vəziyyətdən çıxmağa çalışıb. Adəm bəy bildirir ki, o həmişə başqa fabriklərin yemindən istifadə edib və nəticə qazanıb. İmişli yemi onun yaşadığı ərazidə satıldığı üçün həmin yemdən istifadə etmək istəyib. Bundan sonra onun fermasında cücələrin kütləvi qırğını başlayıb. Təsərrüfatını qorumaq üçün müraciət etdiyi mütəxəssislər Adəm bəyə quşların zəhərləndiyini bildiriblər. 4 mindən artıq toyuqun ölümünə səbəbkar olanlar isə "cücə ölər" deməklə sahibkara "təsəlli" verməkdədirlər.

Xatırladaq ki, İmişli Şəkər Yemi fabrikinin istehsal etdiyi yemlər baha qiymətə satılsada keyfiyyət baxımından aşağıdır. Bunu müraciət etdiyimiz mütəxəssislər də qeyd edir. Onların fikrincə, sahibkarların cücələrinin ölmə səbəbi yemlərin istifadə müddətinin keçməsidir. Bu da cücə və digər heyvanların müxtəlif xəstəliklərə yoluxmasını və zəhərlənməsini şərtləndirir. İstehsal tarixini saxta yollarla dəyişən şirkət rəsmiləri müddəti ötmüş yemləri yeni adı ilə sahibkarlara satmaqdadırlar. Azərsun Holdinqin növbəti özbaşınalığı sahibkarların müflis olmasına gətirib çıxarmaqdadır.

Məsələ ilə bağlı bir çox sahibkarın müraciətləri araşdırılır.

Növbəti materialda ətraflı məlumat verəcəyik.

 
 
 

 

Ardını oxu...
Son aylar Ermənistan-Rusiya ritorik qarşıdurmasının artmasının rəsmi İrəvanın yeni “biznes modeli” olduğunu publik çıxışlarımda dəfələrlə qeyd etmişəm, hətta son aylar bir neçə beynəlxalq konfranslarda da rəqəmlərin və məntiqin dili ilə bu tezisi səsləndirmişəm.
Ermənistan bilərəkdən sülh müqaviləsinin imzalanmasını uzadır, səbəbləri: 1) Sülh müqaviləsinin bağlanmasını uzatmaqla, yalançı, “Azərbaycan Zəngəzura hücum edecək”, tezisini bilərəkdən yaymaqla İrəvan həm dünyada anti-Azərbayan dalğasının güclənməsinə çalışır (bəzən nail olur), həm də Qərbdən və Rusiyadan Xankəndi və ətrafını tərk etmiş erməniləri bəhanə gətirərək humanitar və maddi yardım qazanır, 2) Paralel olaraq sözdə anti-Rusiya ritorikasını gücləndirərək Qərbdən gələn siyasi-iqtisadi-diplomatik dəstəyi gücləndirir, 3) Sülhün olmaması, Ermənistanın bu prosesi uzatması, “fağır, zəif, müdafiəsiz ilk xristian xalqı”, mifini gücləndirərək müxtəlif ölkələrdən hərbi yardımların artmasına şərait yaradırlar, 4) Nəhayət ən vacibi – sülhün olmamasını ən çox istəyən məhz Rusiyadır, çünki qalıcı və ədalətli sülh Rusiyanın bölgədə Azərbaycanın atdığı addımlara görə xeyli zəifləmiş mövqelərini tam itirməklə nəticələnə bilər, deməli, İrəvan məhz elə Moskva ilə “danışılmış döyüşlə” Kremlin maraqlarını təmin edir.
Yaxşı, İrəvanla Moskvanın ancaq ritorikada görünən “savaşın” hansısa iqtisadi nəticələri varmı – gəlin rəqəmlərin dili ilə izah etməyə çalışaq: 2023-cü ilin ilk 9 ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4,7 mlrd. dollar olub, ilin sonuna bu rəqəmin 5,5 mlrd. dollar olması gözlənilir. Ermənistanın bütün ticarət dövriyyəsinin 35%-ni Rusiya təkil edir, ixracının isə 51%-i Rusiyanın payına düşür. Yəni, Ermənistana ixracdan gələn hər 2 dolların 1,05 dolları Rusiyadan gəlir. Keçən ilin eyni dövründə, yəni ilk 9 ayında Ermənistanın ümumi ixracında Rusiyanın payı 39,9% idi, indi isə 51% olub – yaxşı, bu necə “davadır” ki, rəqəmlər artır?! Ermənistanda istehsal artıbmı – yox, yeni istehsal sahələri yaranıbmı – yox, yaxşı, bəs ixrac nəyin hesabına artır?! Bəli, Rusiyaya sanksiyalardan yan keçməyə yardım etmək hesabına! İrəvan Rusiyaya son 2 ildə 3,7 mlrd. dollar civarında yarımkeşirici, mikrosxem və elektron avadanlıqlar “satıb”, yəni, Moskva raket, dron, təyyarə və tank istehsalında lazım olan yarımkeçiriciləri və mikrosxemləri Ermənistan üzərindən Sinqapurdan, Fransadan, hətta ABŞ-dan alır. Bundan başqa bu ilin ilk 9 ayında Ermənistana 2 mln. 50 min turist gəlib, bunun tən yarısı 1 mln. nəfərə yaxını məhz Rusiyadan gəlib və onlar Ermənistanda 2 mlrd. dollara yaxın pul xərcləyiblər, bundan əlavə Rusiyanın sanksiyalara məruz qalan sistemqurucu onlarla şirkəti ofis və qeydiyyatlarını Ermənistana köçürüb rahatca işləyirlər.
Yəni, əgər bu gün Ermənistanda sözdə, ritorikada “anti-Rusiya” dalğası, İrəvanın, güya, Qərbyönümlü olduğu reklam olunmasaydı Ermənistana qarşı ciddi sanksiyalar olacaqdı. İndi Kreml, güya, Ermənistanla “dalaşır”, bununla da Ermənistanı Qərb sanksiyalarından qoruyur, İrəvan isə Qərb yardımlarını artırır.
Nəticə etibarı ilə ortada nə qalır: Ermənistan necə KTMT üzvü idisə, elə də qalır, danışılmış oyun qaydalarına görə güya, “demarş” edir, amma Minksdə qəbul edilmiş bütün qərarları imzalayacağını söyləyir, KTMT-dən çıxmaq fikri olmadığını deyir, Rusiya hərbi bazaları ilə harda idisə, elə oradaca qalır. Ermənistan necə Avrasiya və Gömrük İttifaqlarının üzvü idisə, eləcə də qalır, heç yerə getmir, həm də bundan istifadə edərək yaxşı pul qazanır.
Sülh müqaviləsini uzatmaqla, sözdə “Qərbyönümlü” olmaqla və Rusiya ilə “dalaşmaqla” Ermənistan çox hiyləgər oynayır, pul-dəstək qazanır, Azərbaycanın Qərblə münasibətlərini korlamağa nail olur, həm də rəsmi Bakının Rusiyaya meyillənməsini göstərməyə çalışır – və bütün bunlar Kremlin ssenarisi üzrə gedir.
Azərbaycan hökuməti bu “tələyə” düşür, atdığı addımlar və ritorikaları situativdir, stareji düşünə-davrana bilmirlər, nəticədə beynəlxalq hüquqa və məntiqə görə tam haqlı olduğumuz addımları düzgün servis edə, hekayəsini qura bilmirik...
Natig Cəfərli
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Nikol Paşinyan Ermənistanın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmasına niyə bu qədər can atır? O Ermənistanın müsəlman ölkələri ilə münasibətləri haqqında açıqlama verərəkən deyib ki, İrəvanın Səudiyyə Ərəbistanı ilə təmasları davam edir. Həqiqətən iki ölkənin xarici işlər naziri bir neçə dəfə görüşüblər, telefonla danışıblar. Bu danışıq və müzakirələrə baxmayaraq, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmağa tələsmir. Ermənistanın baş naziri Səudiyyə Ərəbistanın İslam aləmindəki və ərəb dünyasındakı çəkisini nəzərə alır. Paşinyan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra İrəvan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qurmağa müvəffəq olacaq. Bunda qeyri-adi heç nə yoxdur. Sülh sazişinin imzalanması həm də elə buna görə Ermənistan üçün vacibdir ki, İrəvan Azərbaycanla münasibətləri normallaşdırmaqla yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qura bilsin.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Dünyapress TV

Xəbər lenti