Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cumhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.
Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” dedikdə bunu da nəzərdə tutub.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Serbiyada parlament seçkiləri keçirilir. Prezident Aleksandr Vuçiçin lideri olduğu Serbiya Proqressiv Partiyasının müxalif partiyaları üstələcəyi proqnozlaşdırılır. Buna baxmayaraq, 250 millət vəkili mandatına sahib olan birpalatalı Serbiya parlamentində Vuçiçin partiyasının təkbaşına hökumət formalaşdıracağı problematikdir. Vuçiçin partiyası müxalif partiyalardan biri ilə koalisiya formalaşdırmaq məcburiyyətində qalacaq.
Serbiyada parlament seçkisi bir çox səbəbdən beynəlxalq aləmin diqqət mərkəzindədir. Birincisi, Avropa İttifaqı Serbiyanın Kosovonun müstəqilliyini tanımasını istəyir. Bunsuz Brüssel Serbiyanın Avropa İttifaqına üzvlülüyünün mümkün olmayacağını bildirib. İkincisi, Brüssel Serbiyanın Rusiyaya qarşı sanskiyalarda yer almasını istəyir. Aleksandr Vuçiç Brüsselin təzyiqinə baxmayaraq, Ukrayna müharibəsinə görə Rusiya ilə əlaqələrdən imtinanın əleyhinədir. Ancaq əgər Serbiya Avropa İttifaqına üzv olarsa Vuçiçin Brüsselin qərarlarına təslim olmaqdan başqa çarəsi qalmayacaq. Üçüncüsü, Serbiyada qüvvələr nisbətinin necə formalaşacağı Azərbaycan üçün də maraq kəsb edir. Aleksandr Vuçiç prezident seçiləndən sonra Serbiya Azərbaycanla tərəfdaş münasibətlər formalaşdırıb. Aleksandr Vuçiçlə azərbaycanlı həmkarı İlham Əliyev arasında dost münasibətlər formalaşıb. Azərbaycan qazı Bolqarıstan üzərindən Serbiyaya çatdırılır. Azərbaycan şirkətləri Serbiyada infrastrukttur layihələrdə iştirak edirlər. 1990-cı illərdə iki dövlətin yaxınlaşacağını proqnozlaşdırmaq çətin olardı. Çünki o illərdə Avropanı qarışdıran Serbiya idi, Bosniyadakı qətlimalarda əli var idi, Kosovo albanlarını hədəf seçmişdi. Serbiyada prezidentlər dəyişdikcə siyasət də dəyişdi. Buna görə də Azərbaycanın Serbiya ilə tərəfdaşlıq münasibətləri hər iki ölkə üçün faydalıdır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 

 


Ardını oxu...
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Zəngəzur dəhlizi layihəsini özündə ehtiva edən açıqlaması diqqət çəkir.
Overçuk bildirib ki:
- Bakı və İrəvan arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir,
- Hazırda layihənin maliyyə həcmi hesablanır, lakin hələlik konkret rəqəmlər yoxdur.
Overçuk Azərbaycan-Ermənistan sülh gündəliyinin regional kommunikasiyalar aspektində Rusiyanın vasitəçiliyini də qabartmağı yaddan çıxarmayıb və gələcək brokerlik üçün topu tərəflərin ayağına atıb.
Overçukun açıqlamasından sonra Rusiya ilə Qərbin Cənubi Qafqazda daha çox hansı platforma üzərinə çıxıb rəqabət apardığı aydın görünür.
Bu, perspektiv Zəngəzur dəhlizi layihəsi fonunda Moskva ilə Qərbin bir-birinə qarşı regional təcrid planının əlamətlərinə işarə edir.
Rusiya və Qərb dəhlizlə əlaqədar oyunda kənarda dayanmamaqda israrlıdır və onlar indi bu məsələdə alət qazanmaq üçün Azərbaycan-Ermənistan gündəliyinə təsir imkanlarını artırmağa cəhd edirlər.
Overçukun dəmir yolu ilə əlaqədar mövqeyinin ardınca “Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırlarsa, o zaman biz də təbii ki, iştiraka hazırıq” deməsi Moskvanın Qərblə sülh gündəliyinə təsir etmək yarışının növbəti fazasını əhatə etdiyi anlamı verir.
Moskvanı bu məsələdə həvəsləndirən 10 Noyabr Bəyanatının 9-cu bəndidir, çünki orada perspektiv regional nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin həyata keçirəcəyi bildirilir.
Ancaq Azərbaycan bunu Rusiyanın geosiyasi ambisiyalarının təmininə deyil, özünün strateji maraqlarının ifadəsi istiqamətinə yönləndirir.
Bu mənada, Bakı Zəngəzur dəhlizi layihəsini Rusiya-Qərb hibrid müharibəsinin toqquşma məkanı çərçivəsindən çıxarıb səmərəli əməkdaşlığı təşviq edir.
Azərbaycan bu cür tənzimləyici manevrlərini strateji müttəfiqi Türkiyə ilə razılaşdırır, Ankara isə Qərblə Rusiya arasındakı oyun qaydalarını peşəkarlıqla davam etdirir.
Deməli, Overçukun açıqlaması Türkiyənin maraq dairəsindən kənarda deyil və məntiqlə Moskvanın mövqeyi Bakı üçün də məqbul variantdır.
Overçuk bəlkə də prosesləri qabaqlamaq istəyir, “dəhlizlə əlaqədar razılaşmada Ermənistan Kremlin mövqeyini ciddi nəzərə alıb Qərblə sövdələşməyə girməməlidir” mövqeyini xatırladır.
Kreml bundan sonra Zəngəzur dəhlizi aktında qaydalar tərtib etmək cəhdinin davamını gətirə bilər.
Lakin hələ bir çox sual qalmaqdadır, çünki prosesin Rusiya və Ermənistan arasında eyni istiqamət üzrə davam edəcəyini proqnozlaşdırmaq çətinləşir.
Rusiya indi çalışır ki, dəhlizin yaradılması istiqamətində Ermənistana qarşı aqressivlik nümayiş etdirsin və bunu Qərbə qarşı güc nümunəsi kimi çatdırsın. Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır.
Aqşin Kərimov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin hər dəfə “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” cümləsini elə işlədir ki, sanki qeyri-adi hadisə baş verib.
Ermənistan müharibədə məğlub olub və bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb.
Putinin geniş mətbuat konfransındakı sonrakı cümləsi də düşündürücüdür: “Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”.
Kreml sahibinin məntiqinə görə, İrəvan Qarabağdan imtina eməsəydi, Rusiya Azərbaycanın öz ərazisi üzərində suverenliyinin bərpasına imkan verməyəcəkdi.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Paşinyan regionda kommunikasiyaların açılması istiqamətində fəal addımlar atmağa hazır olduqlarını bildirib və Azərbaycanla dəmiryolu əlaqəsi üzrə istiqamətləri açıqlayıb.
- Qazaxı Tavuşla birləşdirəcək şimal marşrutu: bu, keçmiş Qazax-İcevan dəmir yolunu özündə birləşdirir;
- Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək cənub marşrutu: Zəngilan-Mehri-Naxçıvan xətti;
İrəvan bu xətləri “Sülhün kəsişməsi” layihəsi üzrə təqdim edir: kommunikasiya ölkələrin yurisdikasiyası çərçivəsində açılmalıdır, yəni Ermənistan üzərindən keçən kommunikasiyalara nəzarət onların özündə olmalıdır;
Bu yanaşma Ermənistanın Azərbaycana heç nə vermədən qazanmaq istəyidir. Və belə demək mümkünsə, Bakı sülh naminə Avrasiyanın nəqliyyat dəhlizlərində oynadığı körpü rolunu Ermənistanla paylaşmalıdır. Kommunikasiyalar Paşinyanın “Sülhün kəsişməsi” layihəsi çərçivəsində açılarsa, Ermənistan təkcə region müstəvisində qazanc əldə etmir, həm də Asiya və Avropa arasında körpü olması rolu önə çıxır: Paşinyan da magistral yolların açılmasından danışarkən bildirib ki, “şimal marşrutu orta və cənub marşrutu ilə birləşə və yeni imkanlar aça, “sülhün kəsişməsi” layihəsi ilə Ermənistan Şimal-Cənub və Şərq-Qərb oxu boyunca ölkələri birləşdirə bilər”;
O zaman sual yaranır: Azərbaycan heç nə qazanmadan Asiya və Avropa arasındakı körpü rolundan Ermənistana niyə pay verməlidir?
Azərbaycan Qarabağda erməni separatizmini ləğv edib, Naxçıvana çıxış – Zəngəzur dəhlizi layihəsində İran marşrutu üzrə razılaşma var və bu halda sülhün əldə edilməməsi – kommunikasiyaların açılmamasından itirən tərəf Ermənistan olacaq. Moskva-İrəvan münadibətlərinin kəskinləşməsi fonunda Yuxarı Lars yolunda yaranmış problemlər də Ermənistan üçün kommunikasiyaların açılmasının mövcudluq məsələsinə çevrildiyini göstərir. Bu halda İrəvan kommunikasiyanın açılmasını istəyirsə, Bakının şərtlərini qəbul etməlidir.
Birincisi, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasıdır: Ki, mövcud situasiyada bu artıq real görünür;
İkincisi, Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsidir: Naxçıvana daşınan yüklərə və gedən sərnişinlərə gömrük rüsumu, eləcə də sərhəd yoxlanışı tətbiq edilmir, Mərkəzi Asiyadan Ermənistana, yaxud Ermənistan üzərindən Avropaya daşınacaq yüklərə İrəvan gömrük qaydaları tətbiq edə bilər;
Bakının ən azı bu şərti qəbul edilməlidir, əks təqdirdə yolların açılması mümkün olmayacaq, bunu İrəvanda da, Qərbdə də anlayırlar. Bu kontekstdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin son açıqlaması diqqət çəkir. Mişel bidirib ki, “Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır”. Qərb ortaq mövqe tapmağa çalışır.
Və mümkündür ki, “Azərbaycandan Azərbaycana prinsipi” əsas müzakirə edilən modeldir.
Lakin Ermənistanın bu modellərə qarşı hiyləgər gedişi də aydın görünür. Dəmiryolu xəttinin şimal və cənub marşrutunun açılmasından danışan Paşinyanın “Azərbaycan Naxçıvanla şimal marşrutu ilə əlaqə yarada bilər, bunu rəsmən ifadə etmişik” sözləri də bununla bağlıdır.
Ermənistanın dediyi “şimal marşrutu” Qazax-İcevan-İrəvan-Naxçıvan dəmir yolu xəttini təşkil edir. Arazdəyən (Yeraxs)-Naxçıvan-Culfa dəmir yolu xətti bu bunun bir hissəsidir. İrəvanın xüsusilə bu marşrutu irəli sürməsi Azərbaycanın Naxçıvana çıxış şərtini arxa plana keçirməyə hesablanıb, çünki “şimal marştru” üzrə Naxçıvana çıxış üçün Ermənistan ərazisindən keçir.
Bu şərtlərdə kommunikasiyanın açılması, ümumiyyətlə sülh sazişinin imzalanması qeyri-real görünür.
Asif Nerimanli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Ermənistanın “Hraparak” qəzetinə istinadən bir neçə müxalifət nümayəndəsinin sülh sazişinin mətniylə tanışlığı və onların sənədə şərhləri Azərbaycan mediasında da geniş yayılıb. Xəbərin mahiyyəti budur ki, bir neçə müxalifət nümayəndəsi Ermənistan Xarici İşlər Nazirliyinin “tam məxfi” kimi təsnif edilən sənədinin bəzi detallarıyla tanış olublar. Onlar detallarla tanışlıqdan sonra sənədi belə tərənnüm etdiriblər: “Sənəddə Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var”. Başqa necə olmalıydı? Müharibədə qalib tərəfin məğluba şərtlərini diqtə etmək hüququ var. Belə bir iddia da ortaya atıblar ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadratkilometr ərazisini tanımaq fikrində deyil. Erməni deputatın iddiasına görə, yazışmalarda ümumi ifadələrə üstünlük verilir. Ermənistan ərazisinin isə sərhəd delimitasiyasından sonra bəlli olacağı nəzərdə tutulur. Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir. “Təkliflərlə tanışlıq bizim qorxularımızı gücləndirdi”, - bu müxalif deputatın “Hraparak”a açıqlamasında son cümləsidir.
Yenə qeyri-adi heç nə yoxdur, anklav kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil. Kəndlərimiz hansısa formada və ya ərazi mübadiləsi şəklində geri qaytarılmalıdır. Əgər Ermənistan Qərbi Zəngəzurun əlindən çıxacağından qorxursa Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda Azərbaycan da Qərbi Zəngəzur daxil Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, əks halda yəni İrəvan Qarabağ bəndinin sülh sazişinə salınmasına çalışacaqsa, Azərbaycanın da Qərbi Zəngəzura iddiası davam edəcək və sülh sazişi imzalanmayacaq. Bu isə baş nazir Nikol Paşinyanın sonunu gətirəcək. Ona görə Nikol Paşinyan və Ermənistan üçün ən optimal yol zəif müxalifətin reaksiyasından asılı olmayaraq Azərbaycanın şərtləri çərçivəsində sülh sazişini imzalamaqdır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Avropa İttifaqı Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsəd Azərbaycanla sərhəddə sabitliyi qorumaqdır.
Azərbaycanın Ermənistanla sərhəddə hansısa hərbi planı yoxdur, xüsusilə Qarabağda erməni separatizminin ləğvindən və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi qərarından sonra. Hətta Bakı Qərbdə “Azərbaycan Ermənistana hücum edəcək” ittihamlarının istinadən nöqtəsi olan Zəngəzur dəhlizinə marağının itdiyini elan etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Aİ-nin Ermənistandakı fəaliyyətində “Azərbaycan təhlükəsi” səbəb kimi qalır.
Müşahidə missiyasının bölgəyə gətirilməsi və sayının artırılmasında əsas hədəfin Ermənistanda Rusiyanın “təhlükəsizlik rolunu” əvəzləmək, rusları sıxışdırmaq olduğu bəllidir. Lakin bu hədəfə çatmaqda səbəb kimi Azərbaycanın seçilməsi müəyyən riskli perspektivlər də vəd edir, xüsusilə Ermənistanın təhlükəsizliyində Aİ-nin Rusiyanı əvəzləməsi və missiyanın effektivliyinin ispat edilməsi üçün eskalasiya ssenarisinə “ehtiyacın” ola biləcəyi fonunda.
Aİ missiyasında sayın artırılması qərarındakı əsas yenilik isə prosesə ilk dəfə ittifaq üzvü olmayan NATO ölkəsinin – Kanadanın iki müşahidəçi ilə qoşulmasıdır. Və bu, NATO-nun “müşahidə missiyası” adı altında bölgəyə daxil olmaq istəyi haqda da ehtimallar yaradır.
Asif Nerimanli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
"Biz" "mən"i necə tanıyır?
Bu gün dünyanın dərdi budur.
Bizi ideologiya olaraq tanıyan dünya yoxdur artıq,
Nə o siyasətçi var, nə o rəssam, nə o şair var,
Biz deyə bilən dünyada məkan dolub, zaman isə dolmur.
Olmayan "mən"lər profillərdədir, görüntüdədir, efirdədir, burdadır., "fotoşop" mənliklər hər yerdədir.
"Fotoşop"la həyatdakı görüntüsünü bağlamağa çalışan bir sürü "heyvanlaşmış bədən" fəaliyyətdədir,
Bu bədənlərin həzzi ortadadır, ləzzəti ortadadır, zövqü ortadadır.
"Mən" məsələsi isə dərddir,
Hamı mən adı ilə ortadadır,
Bu "mən" isə nə edirsə "əcəb edir" deyir.
Belə bir dünyanı heç yaşamamışıq,
Tam bir yenidir.
Nə edə bilərik?
Fərqlər ortadan çıxdı, yeni olanın yeni fərqi varmıdır?
Məsələ də budur.
Yeni fərq yeni düzənin fəlsəfəsi kimi doğulmaq ərəfəsindədir.
Bu fəlsəfə doğulmadan "həyat" dərd deyildir,
Keyf elə, məkanı keyf verəcək zamanı doldurmaqla davam et.
Mən nə zaman ortaya çıxar?
Öncə "mən"dir əsas, yoxsa "Sən"?
Bu tarixin sualıdır, hər zamanlar üçün bu sual birinci sualdır,
Bütün ilklər bu sualla başlar.
Bizi yaradan "mən"lər "sən"i tanımadan həyatı qurursa, "mən" mərkəzdə olur.
"Sən" tanıyan həyat isə onun yaradıldığını tanıyır
Və "Sən" dediyi ilə rabitəsini axtarır.
Mənlə sənin biri birinə bağlanması " O" ya dönür.
"Biz" sonra qurulur.
Mənlə sənin O tanıması pozulduğu anlarda zaman itir, məkan qəliblərə dönür.
Mənlə səndən Oya münasibət isə Bizlərə yol açır, yeni dünya qurur.
Bizim "bizimiz" hələ ki, "Sən"nini tanımadığı üçün "mən" inin sərhədlərini çəkə bilmir,
Hər kəs içi boşaldılmış "sən"dən ibarətdir.
Ümid Ona qalıb.

Müəllif: İdris Heydərli
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Ardını oxu...
Çinlə Hindistan arasında sərhəddə bir neçə ildən gərginlik yaşanır, dağlarda döyüşlər baş verir, hər iki tərəfdən itkilər olur. Bu gedişlə Çinlə digər qonşusu Yaponiya arasında da toqquşma baş verə bilər. “Reuters” agentliyinin məlumatına görə, Çinin sahil mühafizə gəmiləri Yaponiyanın bir neçə gəmisinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafındakı sulara daxil olduğunu bildirib. Pekinin iddiasına görə, Yaponiyanın balıqçı və hərbi gəmisi Çinin Diaoyu adlandırdığı mübahisəli adaların yaxınlığında görünüb. Çinlə Yaponiya dənizlərdə eyni adalara iddia edirlər.
Yaponiya Çinlə hərbi toqquşma istəmir, ancaq dənizlərdəki adalardan da imtina etməyəcək. Tokio həm də ondan narahatdır ki, Çin hərbi gücünü artırmaqla yanaşı, bu ölkə Rusiya ilə birgə Yaponiya adalarına yaxın ərazilərdə birgə hərbi təlimlər keçirir. Bunun qarşısının alınmasının yolu Yaponiyanın hərbi büdcəsini artırmasından keçir. Məsələ burasındadır ki, İkinci Dünya müharibəsində ABŞ-a məğlub olan Yaponiyaya hərbi büdcəsini artırmaq illər uzunu qadağan olunub. Yaponiyanın İkinci Dünya Müharibəsindən sonrakı iqtisadi inkişafı həm də bu ölkənin hərbiyə çox az maliyyə xərcləməsiylə bağlıydı. Ancaq bölgədə şərtlər dəyişib və Vaşinqtonun özü Yaponiyaya məsləhət görüb ki, hərbi büdcəsini artırsın.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
 
 
 
Ardını oxu...
Siyasilər tərəfindən "Qarabağın azadlığı demokratiyadan (əsasən ABŞ xətti nəzərdə tutulurdu) keçir" tezisi alternativsiz fikir kimi önə çəkilir və təxminən 15 il ərzində Prezident İlham Əliyevə qarşı səslənən ittihamların ana bazasını təşkil edirdi. Yekun ittiham belə idi: "İlham Əliyev Qarabağı işğaldan azad edə bilməz".
Bir tərəfdən isə, "Qarabağın açarı Rusiyanın əlindədir" tezisi ictimai fikirdə oturuşmuşdu. Əslində isə güclü Azərbaycan və güclü lider olmadan ABŞ və Rusiya Qarabağın işğaldan azad edilməsinə imkan verməyəcəkdi.
Zaman göstərdi ki, bu illər ərzində Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsinin əsas faktorlarından biri kimi müstəsna rola malik oldu. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiya arasında seçim etmək kimi dilemma qarşısında qalmadı. Gürcüstan və Ermənistan güc mərkəzinə çevrilə bilmədi, inqilablar, siyasi təlatümlər, sosial partlayışlar bu gün də həmin ölkələrin ağır mənzərəsini önə çıxarır.
Regionda yeni güc mərkəzi formalaşmağa başladı: Azərbaycan-Rusiya və Türkiyə ittifaqı. Məhz Qarabağın azad edilməsini şərtləndirən əsas güc mərkəzi də bu ittifaq oldu.
17 milyon kvadrat kilometr ərazisi olan və dünyanın super güclərindən biri - qonşu Rusiya ilə münaqişə yaratmaq yox, müttəfiq olmaq lazım idi. Okeanın o tərəfindən verilən şirin vədlərə aldanmaq Gürcüstanı və Ermənistanı bu günkü ağır duruma saldı. Artıq Ukrayna da yanlış qərarlar verdiyini anladı, ABŞ senatı bu ölkəyə bütün hərbi yardımları dayandırır. 20 milyon insan ölkəni tərk edib, təxminən Cənubi Qafqaz böyüklükdə ərazi Rusiyanın nəzarəti aldındadır, Qərb Zelenskiyə "mövcud durumla barışmağı, sülhə getməyi" təklif edir. Azərbaycan Türkiyə ilə tarixdə heç vaxt olmadığı qədər strateji münasibətlər formalaşdırdı. Türkiyə hökumət üzvləri Region və dünya qarşısında Azərbaycanın maraqlarını (xüsusilə, müharibə dövründə) tələb kimi önə çıxardılar. İndiyə qədər İran və Fransa Azərbaycanın sərrast müqavimətinə bu qədər effektiv tuş gəlməmişdi. Dünyada yeni formalaşan Türk Dövlətləri Birliyi Azərbaycansız ölü doğulan körpə uşağa bənzəyər. Diqqət ediriksə, bu birlik digər regional təşkilatları da üstələməkdədir. TDB-nin gücləndirilməsinin məqsəd və hədəfləri isə daha düşündürücüdür.
Öncə güclü dövlət yaratmaq və onun ərazi bütövlüyünü təmin etmək lazım idi. Digər amilləri kənara qoysaq, təkcə bu faktor 2024-cü ilin fevral ayının 7-də keçiriləcək seçkilərdə İ.Əliyevin xalq tərəfindən prezident seçilməsini şərtləndirəcək.
Bundan sonra İ.Əliyevə rəqib olmaq daha da çətinləşəcək. Uzun illər ərzində "demokratik seçki olsa, İ.Əliyevə qalib gələrik" deyənlər, buyursunlar, 7 fevraldakı seçkilərə... Hazırki durumda xalqın İ.Əliyevə səs verməyəcəyini düşünmək və bu istiqamətdə siyasi çıxışlar etmək səfehlikdir. Ayrı-ayrı hökumət üzvlərinə olan inamsızlıq xalqın İ.Əliyevə olan münasibətini dəyişməyəcək.
Güclü dövlət bütün resurslarını Qarabağın azad edilməsinə yönəltmişdisə, yeni seçkilərdən sonra bu resursların daxili problemlərin köklü həllinə yönələcəyi və yeni mərhələnin başlayacağı ehtimalı böyükdür. Bir neçə gündür müxtəlif siyasi cinahlardan İ.Əliyevin daxildəki problemləri həll edə bilməyəcəyi ilə bağlı tənqidlər səslənir. Yırtıcı qanunlarla idarə olunan dünyanın ən həssas coğrafiyalarının birində - Cənubi Qafqazda Qarabağ münaqişəsini həll edən İ.Əliyevin daxili problemləri həll etmək üçün gücününü olmadığını düşünmək gülüncdür.
- Heç kəsin gözləmədiyi bir ərəfədə yeni prezident seçkilərinin keçirilməsi qərarı niyə verildi? Buna nə zərurət var idi? Bu haqda növbəti yazıda....
Müəllif: Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Dünyapress TV

Xəbər lenti