Ardını oxu...
Bir neçə gün öncə Aktualinfo.org Şəki rayonunun Cumakənd kənd sakini Vüqar İsayev, Qəbələ rayonundan olan Tural Nəsmiyev və 10 yaşlı xəstə Nuriyev Hüseynin atası Elman Nuriyev tərəfindən kömək məqsədi ilə ölkə başçısı İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına ünvanlaığı müraciəti ictimailəşdirmişdi. Müraciətdə vətəndaşlar xəstə övladlarının xaricdə əməliyyat olunacağını təşkil edən “My Doc Tour” MMC-nin və ” Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova tərəfindən aldadıldıqlarını bildirir, külli miqdarda pullarının geri qaytarılmasını tələb edirlər.

Sözügedən müraciət elektron media resurslarında yayıldıqdın sonra xəstə uşaqların valideynləri dünən Nuridə Seyidovanın ofisində olublar. Şikayətçilərin dediyinə görə Nuridə Seyidova ofisdə olmadığında onlar Aynur adlı xanımla danışıblar. Ofisdə olarkən Aynurun Vilayət adlı xəstənin nənəsi ilə danışığını lentə alıblar. Məlum olub ki, Vilayət tanınmış müğənnilərdən birinin qohumudr. Deyilənə görə xanım müğənni Nuridəyə Seyidovaya zəng edib, onu törətdiyi cinayətə görə məsləni lazımi yerlərdə qaldıracağını deyib. Nuridə Seyidova bundan sonra qorxub 15 000 ABŞ dollardan yalnız 10 000 dollarını 13 fevralda geri qaytarıb.

Nuridə Seyidova şikayətçi Vüqar İsayevlə də telefonla danışıb. Xanım deyib ki, niyə sən mənim şirkətlərimin adını saytlarda hallandırıbsan. Tez elə onları sil-deyə tələb qoyub. Guya, yoxsa onun pulunu qaytaracaqmış. Vüqar da pulu qaytar sildirim – deyib. Nuridə Seyidova da xəstə uşağın valideyni ilə razılaşmayıb.
Şikayətçilərin sözlərinə görə hazırda valideynlər bilmirlər ki, pullarını necə geri qaytarsınlar. Nuridə Seyidova da bu yazılardan sonra ofsə gedə bilmədiyini deyib. Valideynlər də onu təqib edirlər tapa bilmirlər, ofisdən hələlik qaçıb gizlənir.

Söz verdiyimiz kimi bütün bu məlumatlar əsasında araşdırmalara başladıq. Məlum oldu ki, “My Doc Tour” MMC və ” Urmedhelp” MMC-lərin sosial şəbəkələrdə səhifələri mövcuddur. Həmin səhifələrdə diqqət çəkən bəzi məqamları diqqətinizə çatdırırıq.

” Urmedhelp” MMC nin http://www.urmedhelp.com/az/ saytında təbabətin demək olar ki, bütün sahələri üzrə dünyada klinika və həkimlərin axtarışı xidmətinin göstərildiyi yazılır. Saytda daha çox Türkiyənin tanınmış klinikalarının və Türkiyə, Gürcüstan, Almanıya, Rusiya kimi ölkələrdə çalışan həkimlərin şəkilləri də yerləşdirilib. “Necə işləyirik” bölümündə isə yazılır.

1. Siz bizimlə əlaqə saxlayırsınız və ya sayta sorğu yerləşdirirsiniz

2. UMH-nin həkim-kordianatoru informasiya əldə etmək üçün sizinlə əlaqə saxlayır. ( Sizin şikayətləriniz, təklifləriniz, tibbi sənədləriniz və s.)

3. UMH-nin həkim-kordianatoru sizin istəklərinizi və ehtiyaclarınızı nəzərə alaraq sizə müalicə proqramını göndərir.

4. UMH-nin həkim-kordianatoru sizinlə müalicə proqramını razılaşdırır və səfərin təşkilinə kömək edir. ( Viza dəstəyi, uçuş, transfer və s.)

5. UMH-nin həkim-kordianatoru siz evə dönənə qədər müalicənin bütün mərhələlərində sizi onlayn müşayiət edir.

” Urmedhelp” haqqında məlumatlar “Facebook” sosial şəbəkəsində də var. https://www.facebook.com/urmedhelp səhifəsində 13 bəyənmə, 15 izləyici var. Amma buna baxmayaraq səhifə müxtəlif xəstəliklərin müalicə olunması ilə bağlı reklam xarakterli məlumatlar və videolarla doldur. Səhifədən belə məlum olur ki, ” Urmedhelp” uşaqlarla yeni il şənliyi təşkil edir, talasemiya xəstəliyindən əziyət çəkən xəstə uşaqları sevindirirlər. Bütün bunlar sösial şəbəkələrdə olduğu kimidirmi? Elə bu səhifədə yuxarıda qeyd etdiyimiz, Nuridə Seyidovanın 13 fevralda 10 min dollar pulunu qaytardığı məşhur müğəninin qohumu Vilayətin güya Türkiyədə müalicə alaraq sağlam geri qayıtdığı barədə məlumatı da görmək olar. Əgər Vilayət sağlam şəkildə geri qayıdıbsa, Nuridə Seyidova 10 min dolları niyə geri qaytarıb?

Bir sözlə sosial şəbəkələrdə ” Urmedhelp” haqqında kifayət qədər reklam xarakterli, inandırıcı məlumatlar var. Çox güman ki, bunlar daha çox xəstə cəlb etmək üçün hesablanıb. Bəlkə də reklam etdikləri xəstəxanaların ” Urmedhelp” haqqında haqqında heç məlumatları belə yoxdur.

Sosial şəbəkələrdə “My Doc Tour” MMC və ” Urmedhelp” MMC haqqında daha da çox məlumatlar tapmaq olar. Bəs rəsmi qurumların məlumatlarında bu MMC-lərin fəaliyyəti barədə nələr göstərilir?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MY DOC TOUR” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 14.09.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 92, m. 34, qanuni təmsilçisinin isə Nurida Seyidova olduğu göstərilir.

“Vergilər! qəzetinin 31 oktyabr 2018-ci il tarixli kommersiya qurumlarının dövlət reyestri məlumatları xüsusi buraxılışında “MY DOC TOUR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nurida Seyidovanın Özbəkistan Respublikası vətəndaşı olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “URMEDHELP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, MEHDİABAD QƏSƏBƏSİ, BİNƏQƏDİ GƏNCLƏR ŞƏHƏRCİYİ, ev 22, m. 56, qanuni təmsilçisinin isə Nurida Seyidova olduğu göstərilir.

Bunlardan başqa Nurida Seyideva Özbəkistan Respublikasının vətəndaşı kimi Azərbaycanda başqa bir MMC-də yaradıb. Sosial şəbəkələr üzərində apardığımız axtarışlarda Nurida Seyidovanın Qazaxstanda yaradılmış, təbii məhsullaın onlayn çatdırılması ilə məşğul olan eyni adlı bir şirkəti burada da yaradıb. Amma istəyinə nə qədər nail olub, hələlik heç bir məlumat tapa bilmədik.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GREEN BEE” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.07.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 12 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NƏSİBBƏY YUSİFBƏYLİ , ev 25/27, qanuni təmsilçisinin isə Nurida Seyidova olduğu göstərilir.

Sosial şəbəkələr üzərindən apardığımız araşdırmalardan və xəstə uşaqların şikayətçi valideynlərinin bizə verdiyi məlumatlardan belə çıxır ki, Nurida Seyidova mütəşəkkil bir cinayətkar dəstəyə ya başçılıq edir, ya da üzvüdür. Onlar xəstələri müalicə adı altında pullarını ələ keçirir, sonra isə reklam etdikləri kimi heç bir iş görmürlər. Xəstə uşaqların valideynləri bildirir ki, onlar əvvəlcə Antaliya şəhərində yerləşən “Medical Park” xəstəxanası ilə əlaqə yaradıblar. Oradan Bakıda Aynur xanımla əlaqə saxlamağı tövsiyyə ediblər. Aynur xanım isə xəstələri ” Urmedhelp” MMC-nin yaradıcısı, qanuni təmsilçisi, direktoru və nə bilək daha nəyi olan Nurida Seyidova ilə calaşdırıb. Nuridə Seyidova isə öz növbəsində xəstə uşaqların valideynlərini aldadaraq onlardan külli miqdarda pul almış və heç bir uşağın müalicəsini təşkil etməmişdir.

Buradan ortaya bir sıra suallar çıxır. Nuridə Seyidova nə üçün xəstələrin müalicə pulunu manatla deyil, dollarla alıb? Həmin pullar adıçəkilən xəstəxanaların hesabına köçürülübmü? Vergi məlumatlarında Özbəkistan Respublikasının vətəndaşı kimi göstərilən bu xanımın əsl məqsədi xəstə uşaqların müalicəsini təşkil etmək olub, yoxsa ölkədən kənara valyuta çıxarmaq? Şikayətçi valideynlərin yazdıqlarına görə Nuridə Seyidovanın aldatdığı valideynlərin sayı hələlik məlum olanı 18 nəfərdir. Üst- üstə Nuridə Seyidovaya 1 ildən artıq vaxt ərzində cəmi 304 000 ABŞ dolları pul ödənilmişdir. Son 1 il 4 ay ərzində kimsənin xəstə övladını Türkiyəyə əməliyyat üçün göndərməmişdir. Bəs bu pulları Nuridə Seyidova hara xəcləmişdir? Ola bilərmi ki, pullar xarici banklardan birində kiminsə hesabına köçürülmüşdür? Elə yuxarıda qeyd etdiyimiz sayta yerlədirilmiş məlumatda da göstərilir ki, MMC müalicə proqramını razılaşdırır və səfərin təşkilinə kömək edir. ( Viza dəstəyi, uçuş, transfer və s.) Viza, uçuş təşkili aydın məsələdir. Bəs transfer? Türkiyədəki xəstəxanadan uşaqların valideynlərinə heç bir pulun köçürülmədiyi bildirilib. Bəs onda Nuridə Seyidova xəstə uşaqların valideynlərindən aldığı dollarları hara transfer edib?

Bütün bu kimi suallara cavab almaq üçün respublikanın hüquq-mühafizə orqanlarının dərhal hərəkətə keçməsi lazımdır. Əks təqdirdə Nuridə Seyidova xəstə uşaqların valideynlərindən topladığı pullarla ölkəni tərk edə bilər. Onsuz da, o şikayətçilərdən gizlənməkdədir.

Mövzuya bir daha qayıdacağıq. Çünki, Nuridə Seyidovanın aldadaraq pullarını aldığı şikayətçilərin sayı arta da bilər.

Aktualinfo.org
Ardını oxu...
Türkiyədə baş verən zəlzələ faciəsi ilə bağlı Allahdan vəfat edənlərə rəhmət, yaralılara şəfa diləyirik. Binalar bir-birinə yaxın tikilməsi səbəbindən bu cür xoşagəlməz faciələr yaşayırıq. Allah eləməsin, Bakıda da bu cür hallar təkrarlansın. "Gördüyünüz bu "HOME (HOM) Baku MTK" adlı tikinti şirkətinın tikdiyi binalar heç 2 bal zəlzələyə də tab gətirməz."

Bu sözləri "Azərbaycan Reallığı"na "KSM" MMC-nın hüquqşünas Mübariz Məsimoğlu geniş video açıqlaması zamanı deyib.

Mübariz Məsimoğlu bildirir ki, şəhərin mərkəzi Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 31 unvanında 8 Noyabr metrostansiyası və Papalin körpüsünün yaxınlığında inşa olunan bu yaxın-yaxın binaları gələcəkdə faciəli sonluqla nəticələnə bilər. Binanın alt qatında 9 metirlik yer qazılıb, hələ üstəlik nümayəndəsi olduğum "KSML" MMC-yə videoda gördüyünüz kimi xeyli ziyan vurub. Dəfələrlə aidıyyatı qurumlara şikayət etsək də, nədənsə şikayətlərimizə gec cavab verilir. Bir neçə aya aldığmız cavablar isə müsbət olmur.

2014 ci ildən Vüqar Cəfərov adlı şəxs Bakı Şəhər İcra Hakimiyyətindən icazə alıb bu binaları tikmək istəyib amma həmin dövrdə şəhər meri Hacıbala Abutalıbov bu binaların tikintisinə icazə verməyib. Səbəb kimi sözügedən ərazi hündürmərtəbəli binalar olduğu üçün ərazi az olduğundan tikilməsi mümkünsüz sayılıb. Amma sonradan mövcüzəli saxtakarlıqlar baş verib. 2014-cu ildə tikintisinə icazə verilməyən bu binaların 2018-ci ildə tikintisinə icazə verilib. Səbəb kimi isə bizə Bakı Şəhər İcra Hakimiyyətinin bizə məlum olmayan sənədlərini göstərirlər.

Çox günam ki, bu sənədlər də saxtadır. Amma biz hələ bilmirik buranın tikintisi üçün sərəncam sənədi Bakı Şəhər İcra Hakimiyyətinin arxivində var ya yox. Rəsmi müraciət etsək də hələ ki, bizə sərəncamın sürətini verməyiblər. Videoda gördüyünüz bu çoxsaylı binalar ölkədə pandemiya zamanı heç kim heç yerdə işləyə bilmədiyi bir vaxtda bunlar işləyib tez-bazar bu binaları tikiblər. Yerin altını 9 metr qazıb iki mərtəbə qarajlar tikiblər. Gördüynüz bu torpağın altı boşdur, məhşur "Papanin körpüsü"- nün 7-8 metrliyindədir.

2018-ci ildə ölkə başçısının verdiyi sərəncama əsasən bu binalarda ara məsafəsi gözlənilməlidir. Amma bunlar o sərəncamı qulağardına vurublar. Daha sonra ikinci bir saxtakarlığı ediblər. Belə ki, Bakı şəhər lahiyəsi işə keçmədiyindən Gəncə Şəhər lahiyəsin arxivə yazıblar. Guya bu binalar Gəncə şəhər lahiyəsi kimi tikilib. Sərəncam verilib Bakı şəhər lahiyyəsi əsasında tikinti aparılıb Gəncə şəhər lahiyyəsi əsasında bu necə ola bilər?

Bütün bu qanunsuzluqları Vüqar Cəfərov adlı şəxsin əli ilə ediblər. Onun bir mühəndisi var, Həmizə Zeynalov adlı şəxsdir. Gözdən əlildir, sənədləri saxtalaşdırırlar. O da nəyə desən imza atır. Bu binaları "HOME (HOM) Baku MTK" adlı guya şirkət tikir, əslində o adlı şirkət yoxdur, havadadır Vüqar Zeynalov Türkiyəli bir Əhməd Çətin adlı işbaz var, o təkcə burada yox dünyanın müxtəlif ölkələrində başqalarının adlarına olan tikinti işlərini aparır. Heç bir cavabdehlik daşımır. Bu binalarda ona məxsus olduğu iddia edilir. Qeyd edək ki, Əhməd Çətin adlı iş adamı Fətullah Gülənin 1 nömrəli adamlarından olduğu bildirilir.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bəlkə də Əhməd Çətin adlı iş adamının da orada tikdiyi binalar var. Bu araşdırılmalsa bu hallar da ortaya çıxa bilər. Amma bu haqda bizim əlimizdə fakt yoxdur, araşdırılsa yaxşı olar. Faktiki bu adam işlərinin arxasında özü durmur, nə edirsə Vüqar Cəfərov Həmizə Zeynalov kimi adamları əli ilə edir. Vüqar Cəfərov nümayəndəsi olduğum "KSM" MMC-nın direktoru Hacı Məhərrəmə deyib ki, bu sərəncamı almağa 2 millyon pul vermişəm. Sonradan bu binanın yerini 11 millyona satıb Əhməd Çətinə.

İndi siz təsəvvür edin bu adamlar bu binanı tikənə kimi 13 milyon xərcləri çıxırsa indi bu binalar hansı kefiyyətlə tikilə bilər? Hələ bu təkcə üzdə görünəndi. Görmədiklərmizdə var. Burada bu cür cinayətlər baş verirsə bu binalarında zəlzələyə dözümlülüyünə bizi heç kim sığorta verə bilməz. Allah etməsin bu bizim ölkədə baş versə heç bu binalar 2 bal zəlzələyə dözə bilməyəcək.

Millətə zülm etməyin, milləti aldatmayın. Yazığdır bu binadan ev alan adamlar.

Bütün güc strukturlarına müraciət etmişik, bu vaxta kimi cavab ala bilməmişik. Baş prokuror cənab Kamran Əliyevə müraciət etdik, şikayətimizi göndərdilər. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə müstəntiq Mikayıl Quliyev baxdı. Mikayıl müəllim cavab yazıb ki, burada heç bir sənəd saxtakarlığından söhbət gedə bilməz, subutlarınızı ortaya qoymalısınız.

Sual etdik ki, Mikayıl müəllim necə olur adam Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, ona 3 günə tikinti üçün sərəncam verilir? Sərəncamda verilən nömrələr dövlət reysterində yoxdur. Digər faktlar da verib bildirdim ki, bunları araşdırsaz görərsiz burada korrupsiya faktları var. Mən evimi satsam 5 manat dövlət vergisini ödəməsəm məni çoxtan həbs etmişdilər. 5-10 manat pul mənimsəyən adamı tuturlar 13 millyonu mənimsəyəni tutmurlar.

Sonda "KSML" MMC-nin nümayəndəsi Mübariz Məsinoğlu "Ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, İqdisadi İnkişaf Naziri cənab Mikayıl Cabbarova, Fövqəladə Hallar Naziri cənab Kamallədin Heydərova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Cənab Eldar Əzizova və digər güc qurumlarından xahiş edirəm ki, bu məsələni yaxından diqqətə götürüb araşdırsınlar. Heyfdir bu millət gələcəkdə bu cür binalarda yaşayanların taleyi sual altında qalır" deyən hüquqşunas Mübariz Məsimoglu sonda bildirib.

Teref.az daha geniş video açıqlamanı oxucularımıza təqdim edir:

Yazıda və səsləndirilən ittihamlarda adı çəkilən istənilən şəxslərin mövqeyini dərc etməyə hazırıq
AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Bu fotolara diqqətlə baxın! Hazırda bütün Türkiyə qan ağlayır, zəlzələdə ölənlərin sayı 25 minə yaxınlaşır. Türkiyənin acısını hər birimiz öz evimizdə yaşayırıq. Amma 2 gün öncə Türkiyədən gələn oftalmoloqların etdikləri rəzalətə diqqət edin!

Ardını oxu...
Mənəviyyatına çat düşən bu adamlar (?) 2 gün öncə Bakıya qonaq gəliblər, konfrans keçiriblər, daha sonra da məclis təşkil edib mahnılar oxuyurlar, qədəhlər toqquşdururlar, çalıb oynayırlar. Videoları da var, amma paylaşmaq istəmədik.

"Azərbaycan Reallığı" xəbər verir ki, Dünyanın müxtəlif ölkələrindən gələn oftalmoloqları bir yerə yığan, onlara əyləncə təşkil edən isə göz həkimi Cahid Şahbazovdur ki, illərdir Xoşqədəm Hidayətqızının verilişində reklamı gedir.

Ardını oxu...
Bunlarınki paradır, puldur. Pulumuz olmayanda üzümüzə baxmayıblar. İndi Azərbaycan güclüdür deyə, "kardeş" pafosu püskürürlər. Biz daha nə etməliyik ki?

Öz xalqımla, dövlətimlə qürur duyuram, ağızlarından "abla, kardeşim, aşkım" kəlmələri düşməyən Türkiyə türkləri heç bir halda bizdən üstün, güclü deyildir, ola da bilməz. Azərbaycan varsa, türk dünyası var, yoxdursa, türk dünyası da yoxdur. Yəni, başçı da bizik, döyüşçü də bizik, alim də!

Yığışdırın, bu böyük qardaş axtarmaq sevdasını...

Kimsə yaza bilər ki, hansısa 3-5 nəfərə görə belə danışmaq olmaz. Qısası, bizim yox, öz fikirlərinizə şam tutun.

Ardını oxu...
Biz daha güclü və daha böyük Azərbaycanın tərəfindəyik, kim başqasına qulbeçəlik etmək istəyirsə, etsin. Alnınıza qul yazılıb. Dünən rusun, bu gün osmanlıların, sabah ingilisin...

İmkanınız olsa, ölkənin müstəqiliyini ləğv edib Türkiyəyə birləşdirərsiniz.

Nə yaxşı ki, bu ölkənin rəhbəri bütün günü "Turan" fışqıran, bambılı qurdbarmaqlı siyasətçilər yox, məhz İlham Əliyevdir - praqmatik siyasətin mahir ustası!

Öz ölkəsinin dərdinə şərik çıxa bilməyən bu dələduz həkimlər və onlara qahmar çıxan C.Şahbazov layiqli cəzasını almalıdır.

Ardını oxu...
İraq olsun, hadisə Azərbaycanda olsaydı, bizim xalq heç vaxt təşkilatlanıb oğurluq etməz, yardım daşıyanların qarşısını kəsməz, saxta AFAD fondu yaratmazdı, ordakı biabırçılıqların bircə faizi burda olmazdı. Zəlzələdən ölkə bir-birinə dəyib, amma siyasətçiləri fürsətdən sui istifadə edərək Ərdoğanı vururlar. Öz qədrimizi bilək!

"Azərbaycan Reallığı"

 

Ardını oxu...


Bakı şəhəri Təbriz Xəlilbəyli küçəsində səkilər zəbt edilərək piyadaların yolu kəsilib. Zəbt edilmiş səkilərdə tikiln obyektlər səlahiyyətli şəxsləri ya maddi cəhətdəın maraqlandırır yada nə sirri xudadırsa onlar bunu görmürlər.
Teref.az olaraq qeyd etmək istəyirik ki, səkilərdən başqa 2 mərtəbəli qədim binanın üstünə daha bir mərtəbə və qanunsuz balkonlar əlavə edilib. Bu da zəlzələ zonası olan Bakı şəhərində qəbuledilməz sayılır.
Hər halda ə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arixtektira Komitəsi aşağıda təqdim etdiyimiz foto və videogörüntüləri görməməzlikdən gələrək gələcək faciələrin qarşısını indidən alacaq.
Teref.az olaraq bütün bu qanun pozuntularının foto və videogörüntülərini təqdim edirik:
Öpüşən balkonlar

Ardını oxu...
Ardını oxu...


Zəbt edilmiş səkilər

Ardını oxu...Ardını oxu...Ardını oxu...

Ardını oxu...
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Xalqxeber.az xəbər verir ki , akademiya rəhbərliyi 4 tələbənin adına Azərbaycan ATEF Şirkətlər Qrupuna 186 min manatlıq, yəni 21 ton 956 kq-lıq mis satıb. Belə ki, tələbələrin şəxsiyyət vəsiqəsi alınıb və onlardan xəbərsiz bu işlər həyata keçirilib. Hazırda tələbələr təhsil müəssisəsini bitirsə də, külli miqdarda borc onların boynunda qalıb.

Məsələylə bağlı daha ətraflı paylaşacağıq. Hazırda araşdırmamız davam edir.

PS. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //Xalqxeber.az//
Ardını oxu...
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsininin rəsmi icazəsi olmadan Tovuz rayonu Aşağı Quşçu kənd ərazisinin Mal Bazarına, "İpək Yolu"na, bir neçə strateji əhəmiyyət kəsb edən boru xəttinə, hətta su kanalının 20 metrliyinə yaxın olan hissəsinə zibil tökülür.
Ərazi rayonun Aşağı Quşçu kəndinə aiddir. Zibil də 1000-ə yaxın evi olan kənd əhalisinin gündəlik atmalı olduğu tullantıdır. Ərazinin seçilməsinə Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov qərar verib, zibilin atılmasını isə kənd icra nümayəndəsi Ələsgər Vəliyev təşkil edərək həyata keçirir."

Bu sözlər Tovuz rayonu Dondar Quşçu kənd sakini, fermer Vəliyev Həzi Abbasəli oğlu tərəfindən Faktinfo.az saytının elektron poçtuna göndərilən şikayət məktubundandır. Şikayətçi bildirir ki, Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov düzgün qərar qəbul etməyib, kənd icra nümayəndəsi Ələsgər Vəliyevin yanaşması da kökündən yanlışdır. Bələdiyyə sədri zibilin tökülməsi üçün "poliqon" ərazini seçərkən, yaxınlıqdan keçən boru xətlərini, mal bazarını, su kanalını, ətrafda olan taxıl sahələrini və s. nəzərə almalı, Ekologiya İdarəsinin rəsmi razılıq məktubuna əsaslanmalı idi. İcra nümayəndəsi isə kəndin əhalisinin çox cüzi vəsaiti hesabına zibili MKTB-nin xətti ilə daşıtdıra bilərdi.

Təsəvvür edin ki, güclü külək əsir, ətraf üfunət qoxusuna qərq olmazmı? Olar! Selofan torbalar havada uçuşmazmı? Uçuşar! Bununla "İpək Yolu"ndan istifadə edən nəqliyyat vasitələrini idarə edən insanlarda pis təəssürat da yaranar. Yaxınlıqda olan taxıl sahələri siçan-siçovul yuvasına dönər, ziyanvericilər üçün münbit şərait yaranar.

Faktinfo.az saytı yaranmış ziddiyyətli vəziyyətə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsindən münasibət öyrənə bilməsə də, Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov və kənd icra nümayəndəsi Ələsgər Vəliyevdən münasibət öyrənə bilib. Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov bildirib ki, şikayətçi Vəliyev Həzi Abbasəli oğlu bu gün rayon rəhbərliyinin qəbulunda olub. Ona izah edilib ki, ərazi Aşağı Quşçu kəndinə aiddir. Bu gündən ora müvəqqəti zibilin tökülməsi dayandırılır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsinə rəsmi məktub ünvanlanır.

Aşağı Quşçu kənd icra nümayəndəsi Ələsgər Vəliyev isə qeyd etdi ki, doğru deyil, zibilin tökülməsi üçün nəzərdə tutulan ərazi yol kənarından uzaq məsafədə yerləşir, magistral boru xətlərinə də yaxın deyil. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsinə məktub yazılır. Gərək, məktub əvvəldən yazılaydı. Əminəm məktuba müsbət cavab veriləcək. İcazə alındıqdan sonra əraziyə zibil töküləcək və vaxtaşırı üstü örtüləcək.

İndiyə kimi tökülmüş zibilin üstü isə bu gündən torpaqlanacaq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
FAKTİNFO.AZ
 
Ardını oxu...
Ötən gün günorta saatlarında Ağsunun Bico kəndinin ərazisində yerləşən, mal-qaranın suvarılması üçün nəzərdə tutulan gölü su ilə təmin edən böyük diametrli dəmir borunu kəsib aparmaq istəyirlərmiş, lakin təsadüfən həmin ərazidə taxıl sulayan kənd sakini Famil Dadşov avtogen qaynaqla borunu doğramaq istəyən, adını söyləməyən Ağsu sakininə mane olub.
Bu barədə Bico kəndindən Mediatv.az-a daxil olan müraciətdə deyilir. Müraciətdə bildirilir ki, kənd sakininin müdaxiləsini görən həmin şəxs əraziyə özbaşına gəlmədiyini, onu Ağsu Suvarma Sistemləri idarəsinin müdiri Səfər Məmmədovun oğlanlarının gətirib düşürtdüklərini və borunu doğramağını tapşırdıqlarını söyləyib.
Sakinlərin verdiyi bilgiyə görə, qaynaqçı öz telefonu ilə Ağsu SKİ-nin müdiri Səfər Məmmədovun oğluna zəng edərək, F.Dadşovla danışdırıb və məmur oğlu kənd sakininin adını soruşandan sonra, hədə şəklində “Orda gözlə, gəlirəm” deyib və telefonu söndürüb.
Müraciətdə qeyd edilir ki, F.Dadaşov kənd bələdiyyəsinin sədri Südabə Mikayılovaya və bir neçə kənd sakininə günün günorta çağı olunan “mədəni oğurluq” barədə məlumat verdikdən sonra telefonla çəkiliş aparmağa başlayıb. Çəkilişi görən qaynaqçı Ağsu sakini oksigen balonlarını hadisə yerində qoyaraq, ərazidən uzaqlaşıb.
Mediatv.az-a daxil olan m üraciətdə daha sonra bildirilir:
“Əvvəlcə hadisə yerinə kənd bələdiyyə sədri gəldi və borunu doğramaq istəyən qaynaqçını, onun ləvazimatlarını və onları ordan aparmağa gələn ön və arxa dövlət nömrə nişanları açılmış “pikap”ı da gördü. Bələdiyyə sədri dedi ki, sürücünü də, yanındakını da tanıdım, su idarəsinin işçiləridir.
Ardınca əraziyə kənd icra nümayəndəsi Bəhlul Mahmudov, müavini, mühasibi və dörd kənd sakini də gəldi. Sonradan gələnlər də dövlət nömrə nişansız ağ rəngli “pikap” maşının ərazidən uzaqlaşdığının şahidi oldular. Kənd sakinləri polisə zəng etməyi məsləhət görsələr də, icra nümayəndəsi B.Mahmudov “Sabah Səfər müəllimlə özüm danışaram” deyərək, hadisə yerini tərk etdi. Lakin sakinlərlə bir yerdə olan bələdiyyə sədri S.Mikayılova Ağsu RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Sənan Feyzullayevə zəng edib, hadisə ilə bağlı məruzə etdi. S.Feyzullayevsə maraqlanıb, məlumat verəcəyini söylədi. Sonradan bələdiyyə sədrinə “maraqlanma”nın nəticəsi olub-olmaması barədə heç bir məlumat verilməyib.

Hazırda həm əlimizdə fotoşəkillər, həm video görüntülər var, həm də borunun düz dibinə qədər getmiş “pikap”ın şum üstündəki izləri durur”.

Kənd sakinlərinin icra nümayəndəsinə istinadən sözlərinə görə, sonradan Səfər Məmmədov Bəhlul Mahmudova zəng vurub və onların məsələyə aidiyyatı olmadığını bildirib. Sonda o da qeyd olunur ki, hadisənin qarşısını alan Famil Dadaşova tanımadığı müxtəlif nömrələrdən durmadan zənglər gəlir, lakin tanımadığı üçün zənglərə cavab vermir.
Kənd bələdiyyəsinin sədri Südabə Mikayılova saytımıza açıqlamasında su borularının kəsilməsinə imkan verilmədiyini bildirib:
“Məlumat gələn kimi dərhal hadisə yerinə getdim və onları sahədən uzaqlaşdırdım. Nömrəsiz maşın idi, bu səbəbdən hələ araşdırma gedir. Su borularını kəsmək istəyən şəxs su-kanal müdiri Səfər Məmmədovun oğlanlarının sifarişi ilə gəldiyini bildiriblər. Mən özüm onların qarşısını kəsdim, sahədə nə üçün gəzdiklərini soruşdum. Dedilər ki, “biz bura öz başına gəlməmişik”. Gələndə özləri ilə su borularını kəsmək üçün qaz balonları gətirmişdilər. Mən onlara yaxınlaşmaq istəyəndə qaçdılar. Kənd icra nümayəndəsi Bəhlul müəllim hadisə yerinə gəldi və telefonla olanları Səfər Məmmədova dedi. Səfər müəllim də hadisədən xəbərsiz olduğunu deyib. Bəhlul müəllimə dedim ki, hadisəni belə qoymaq olmaz, nömrəsiz maşının sahədə nə işi?
Məsələ ilə bağlı Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş çöbəsinin müdiri Sənan Feyzullayevə məlumat verilib”. //Mediatv.az//
Ardını oxu...
Rayonun Şəhriyar kənd bazarında palçıq dizə çıxır...
Bunları görmürsən, Siraqəddin Cabbarov..?
Sabirabad rayonu, Şəhriyar kənd sakinlərinin redaksiyamıza göndərdiyi VİDEO-materiala baxanda adam dəhşətə gəlir.
Məlumat üçün qeyd edək ki, 90-cı illərədək bu kəndin adı Aleksandrovka idi, sonradan Ali Sovet kəndin adını dəyişib dahi şairimizin adı ilə Şəhriyar qoydu. Və camaat düşünürdü ki, kəndin adını dəyişməklə, Moşu Göyəzənli demişkəın, XOŞVAXT olacaqlar. Amma atalar deyib ki, sən saydığını say, gör, bəzi rüşvətxor məmurlar, icra başçıları nə sayır. Nə sayacaq, əlbəttə PUL...
Xatırlatma üçün qeyd edək ki, bir müddət əvvəl Sabirabad rayonunun Mərkəzi bazarı yanıb kül oldu.
Təsəvvür edirsiniz FHN-nin dəstəsi gələnə kimi bazarda bir salamat obyekt qalmadı. Həmin yanğın videolarına baxanda adam düşünür ki, görəsən, bu dövlət qurumları hara baxır..? Görəsən, 2008-ci ildən 2019-cu ilədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı olan, 2019-cu ildən Sabirabadı idarə edən Siraqəddin Cabbarov nə düşünür..? Axı, yanıb kül olan vətəndaşların əmlakı, məhsulları idi.
Sözün qısası, Şəhriyar kənd sakinlərinin bizə göndərdiyi fotolardan, videolardan göründüyü kimi, dəmir yolun kənarında yerləşən bazarda dəvə palçığa batsa çıxa bilməz. Belə bir şəraitdə öz həyətlərində yetişdirdikləri almanı, armudu, göy-göyərtini və əti, balığı satan kənd sakinləri zığın, palçığın içində qalıblar. Hətta bazarda olan avtomobillər də yarıyacan zığa batıb. Bir daha deyirik ki, insana belə zülm etməzlər. Bu insanlar bütün günü zığın-palçığın içərisində oturub çörək pulu qazanırlar. Digər tərəfdən o zığın-palçığn içərisində, yerə sərilmiş ərzaq məhsullarının mikrob, virus daşımadığını kim deyə bilər..?
Axı, o boyda rayonun sanitar-gigiyena idarəsi var, bələdiyyəsi var, nə bilim, Allah qoymasa, icra nümayəndəsi var...bəs bunlar hara baxır..? Bu palçıqlı sahəyə bir-iki maşın qum tökmək üçün görəsən Siraqəddin Cabbarovun 5-10 manat pulu yoxdur..? Bəs Binəqədidəki, milyonluq villa kimindir..? Araşdırma zamanı digər bir videoda Şəhriyar kəndinin sakinləri haray salıb, imdad diləyərək, su istəyirlər...
Təsəvvür edirsiniz, kəndçi həyətini, bağını, əkdiyi məhsulu suvarmağa su tapmır. Və icra başçısına şikayət edirlər. İcra başçısı hər dəfə söz verir ki, hər şey yaxşı olacaq. Kəndlinin əkdiyi məhsul zay olub gedirsə, necə yaxşı ola bilər..? Axı, onun və ailəsinin illik ruzisi həmin məhsullardır.
Yeri gəlmişkən, son illər Allah qoymasa, rayonlarda festival keçirmək moda minib. Göyçayda NAR festivalı, Qubada ALMA festivalı, Sabirabadda QARPIZ festivalı, İmişlidə YEMİŞ festivalı... Bir deyən yoxdur ki, su yoxdursa, kəndçi binəva bunları nə ilə sulayacaq..? Bəlkə...?
Nə isə, Şəhriyar camaatının ərz-halını yazıb çatdırdıq. Vallahi, bir gün bu qəzəblənmiş kütlə, bəzi məmurları qabağına sel kimi basıb, inək balasını tapdalayan kimi əzəcəklər. Sonra deməyin ki, deyən olmadı. İndi söz müvafiq dövlət qurumlarınındır.
guindelik baki.com
 
Ardını oxu...
49 nömrəli məktəbin müəlliminin pul istədiyinə dair səs yazısı yayılıb.

"DogruXeber.az" bildirir ki, 49 nömrəli intellekt məktəb litseyinin müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinifin votsap valideyn qrupuna səsli mesaj göndərərək, açıq-aşkar rüşvət istəyib.
Özü də müəllimin danışığından belə məlum olur ki, o bu rüşvəti "göz yumduqları" qanunsuzluq və şagird özbaşınalıqlarının əvəzində istəyir.



Müəllim bu rüşvətin məcburi olmadığını dönə-dönə vurğulasa da, imtahanları xatırlatmağı da "özünə borc bilib".
Həmçinin o başqa siniflərin səssizcə məbləği toplayıb, artıq təhvil verdiklərini də vurğulayıb.

Qeyd edək ki, Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən artıq, yayılan səs yazısından məlumatlı olduqları, bu barədə bir neçə gün öncə quruma şikayət daxil olduğu bildirilib.

Məsələ araşdırılır.

DogruXeber.az
Anarə Muhəmməd

Ardını oxu...
DİA.AZ: - İcra başçıları üçün artıq QARA KABUSA çevrilən MALİYYƏ NAZİRLİYİ XOFU davam etməkdədir. Qeyd edık ki, iki gün əvvəl Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar etdiyi məlum oldu.

DİA.AZ bildirir ki, bu barədə Maliyyə Nazirliyindən rəsmi qaydada məlumat verildi. Xəbərə görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, əslində bu faktlar sözügedən icra hakimiyyətlərindəki mənimsəmlərin cüzi bir hissəsidir və əsas yeyinti faktlarını təbii ki hüquq-mühafizə orqanları üzə çıxaracaq.

Bu arada DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Biləsuvar və Ağcabədi ilə yanaşı, Ağsunun icra başçısı üçün də arzuolunmaz dönəmə start verilib.

Bu barədə redaksiyamızı bilgiləndirən raayondakı mənbə iddia edir ki, bu ilin may ayında Ağsu "hökmranlığını" qeyd etməyə hazırlaşan Rövşən Bağırov bu rayonda özünə əməlli-başlı XANLIQ qurub. Qaynaq dia.az-a yazır:

"Rövşən Bağırov da Ağsunu Vasif Talıbov Naxçıvanı idarə etdiyi kimi idarə edir. Diqqət yetirin, ondan şikayət-filan da yoxdur. Hamısı yerindəcə boğulur. Adam özünə rayonda balca XANLIQ da qurub".

Amma buna rəğmən bütün "balaca padşahların" sonunun çatdığını deyən mənbə Ağsuda da Maliyyə Nazirliyi tərəfindən təftişin həyata keçirildiyini iddia edib: "Bu yoxlamalar nəticə verəcək. Hər halda ağsulular ümid edir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Dünyapress TV

Xəbər lenti