Ardını oxu...
Bakı Baş Səhiyyə Mərkəzinin FB səhifəsində qeyd edilib ki, mərkəzin tabeçiliyinə Bakı şəhərində yerləşən 105 tibb müəssisəsi daxildir.
Məlumat üçün qeyd edək ki, əvvəllər Bakı Səhiyyə İdarəsinin ( Bakzdrav ) 31 ştat vahidi olub, indi isə işçilərin sayı 165-ə çatdırılıb. Bir soruşan yoxdur ki, dövlət vəsaiti hesabına ştat vahidini 5 dəfədən çox artırmaq kimə və nə üçün lazımdır..? Əlbəttə, bu ştatların çoxu rüşvətlə satılır. Ümumiyyətlə, son illər səhiyyə sahəsində baş verənlər əsl kadr genosididir.
Bəli, bir tərəfdə Səhiyyə Nazirliyi, o biri yanda İcbari Tibb Sığorta Dövlət Agentliyi, sonra Allah qoymasa TƏBİB, bu yanda Bakı Baş Səhiyyə Mərkəzi, o biri yanda hər rayonda Tibb Mərkəzləri... Bu açıq-aşkar ölkənin səhiyyə sistemini məhv etməkdir. Hər gələndə təcrübəli işçiləri, kadrları uzaqlaşdırıb, savadsız, idarəetmə təcrübəsi olmnayanları, qohum əqrəbalarını, dost-aşnalarını vəzifələrə doldururlar. Başa düşmürlər ki, söhbət millətin sağlamlığından, millətin gələcəyindən gedir. Nə qədər eyni, paralel səhiyyə qurumları olar..?
Bütün bunlar hamısı dövlət vəsaitini sağa-sola dağıtmaqdır ee... Hər gün müxtəlif apteklərə daxil olanda növbə əlindən dayanmaq olmur, sanki insanlar marketlərə alış-verişə gəliblər. Bütün bunlar hamısı yarıtımaz səhiyyə siyasətinin nəticəsidir. Bakı Baş Səhiyyə Mərkəzinin FB səhifəsinə daxil olub nəzər salıram. Bakı Baş Səhiyyə Mərkəzində 2022-ci il üzrə yekun hesabatına həsr olunmuş iclası keçirilib. İclasda “Bakı Baş Səhiyyə Mərkəzi”-nın direktoru Elçin Əmirov, direktor müavinləri, departament, şöbə müdirləri və tabeli tibb müəssisələrinin rəhbərləri iştirak ediblər. İclasın materialı xeyli uzun olduğu üçün dərc etmirik.
Ancaq onu qeyd edək ki, iclasın sonunda Elçin Əmirov basıb -bağlayaraq, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. E.Əmirov ötən illə müqayisədə xeyli irəliləyiş əldə olunduğunu və Mərkəzin hədəfinin əhali arasında keyfiyyətli tibbi xidmətin təşkil edilməsi olduğunu bir daha iclas iştirakçılarının nəzərinə çatdırıb. Elçin Əmirov hansı keyfiyyətli tibbi xidmətdən danışa bilər..? Elçin Əmirov vəzifədə olduğu 2 il müddətində təcrübəli kadrların hamısını işdən uzaqlaşdırıb və baş həkim vəzifələrini satmaqla məşğul olub. Öz qohum əqrəbalarını, vaxtilə işlədiyi Penitensiar Xidmətin Hospitalındakı dostlarını vəzifələrə doldurub, baş həkim təyin etdirir. Lap sonuncu olaraq 12 saylı uşaq poliklinikasında kadr dəyişikliyi edərək Fəridə Şəmilovanı baş həkim təyin edib. Əgər bu təyinatın arxasında nələr durduğu araşdırılsa, ortaya biabırçı mənzərə çıxacaq. Təkraçılıq olsa da, Elçin Əmirov haqqında qısaca məlumat verək. Elçin Əmirov Bakıya gəlməzdən öncə Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi olub.
Ondan əvvəl isə Elçin Əmirov uzun illər Ədliyyə Nazirliyinin Hospitalının rəisi vəzifəsində çalışıb. Və hər iki vəzifədə işlədiyi zaman Elçin Əmirov korrupsioner kimi ad çıxarıb.
Təsəvvür edirsiniz, Elçin Əmirov Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi işləyərkən dəftəxana ləvazimatı adı altında 100 min manatdan çox vəsaiti mənimsəyib. Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi olan Elçin Əmirov rayondakı xəstəxanalarda onlarla “ölü canlar” saxlayaraq hər ay onların maaşlarını alıb. TƏBİB-in sədri Vüqar Qurbanovun yaxın dostu olan Elçin Əmirov 2 ildir Mərkəzin direktorudur. İki ildir Bakı Şəhər Baş Səhiyyə Mərkəzində direktor olan Elçin Əmirov ixtisarlar adı altında onlarla işçini vəzifəsindən, işindən uzaqlaşdırıb və...
Görəsən səhiyyə naziri Teymur Musayev bunları görmür..? Bəs, TƏBİB-in direktoru Vüqar Bayramov nə üçün Elçin Əmirovun bu əməllərinə göz yumur..? Və son zamanlar Elçin Əmirov Mərkəzə 32 nəfər yeni işçi qəbul edib. Qalan boş olan ştatlar satılır.
İndi gördünzmü, Elçin Əmirov hansı oyunlardan çıxır. Güman edirik ki, yaxın zamanda onun əməlləri ciddi şəkildə yoxlanılacaq.
 //gundelik-baku.com//
Ardını oxu...
Bu gün az qala bütün ölkə mediası belə bir xəbəri tirajlayıb: Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.
Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
Hadisə ilə bağlı mediaya açıqlama verən müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə ondan aldığını deyib: “Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və onun barəsində cinayət işi açıldı.
Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Dəniz Əsədova baş həkim Mehparə Kazımova barəsində deyir ki, mənə 400 min manat atıb... Dəniz Əsədova başqa bir məhkəmə işində deyir ki, filankəslər mənə 500 min manat atıb...
İndi özünüz düşünün, təkcə yuxarıda qeyd etdiyimiz 3 iş üzrə, kimlərsə Dəniz Əsədovaya 627 min + 400 min + 500 min manat = 1 MİLYON 527 MİN MANAT pul atıb. Bu qədər pul bu müğənnidə haradan ola bilərdi..? Biz hələ Dəniz Əsədovanın başqa iddialarını demirik.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl bəstəkar-müğənni Cabbar Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsi hökm oxuyub. Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib. Əsədova bundan öncə də 2020-ci ildə əlbir olduğu cinayətkar dəstənin üzvləri ilə birgə həbs olunub. Əsədova digər şəxslərlə birlikdə ayrı-ayrı çoxsaylı vətəndaşlardan pensiya düzəltmək adı ilə vahid niyyətlə külli miqdarda pul ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci ilin sonlarında onlar barəsində hökmü var.
İndi Dəniz Əsədovanın dediklərinə bir nəzər salaq: ....Mənim şəxsi məsələm var idi, 627 min manat verdim... Bundan soruşan yoxdur ki, sənin NƏ ŞƏXSİ MƏSƏLƏN OLA BİLƏR...? Bəlkə dövlət sirri-zaddır...
Tanıyanlar gözəl bilir ki, Rauf İsfəndiyarov hələ Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi olanda saxta əlillik dərəcələri, saxta pensiya sənədləri satdığına, xəstələrə ayrılan dərmanları, hətta vərəmli, şəkərli xəstələrin dərmanlarını baha qiymətə satdığına görə, nazir Oqtay Şirəliyev tərəfindən 2017-ci ildə vəzifəsindən uzaqlaşdırılmışdı. Sonra hansı yollasa, Bakıdakı poliklinikaların birində baş həkim oldu, daha sonra Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olanda da köhnə əməllərindən əl çəkmədi, yenə saxta əlillik dərəcələri, saxta pensiya sənədləri və s.
Son olaraq onu qeyd edək ki, bəlkə də çoxları Dəniz Əsədovanı yaxşı tanımır. Biz onun hansı yuvanın quşu olduğunu gözəl bilirik. Onun tarixçəsini, həyat hekəyətini bizdən yaxşı bilən yoxdur. Amma hələlik o haqda danışmaq fikrimiz yoxdur. Lazım gələrsə, bütün məqamları nöqtə, vergülünə qədər oxuculara çatdırarıq.
O ki qaldı Rauf İsfəndiyarova...o Laçının sabiq icra başçısının işverəni olub. Məlum bir məhkəmə işində Rauf İsfəndiyarov əlində heç bir dəlil-sübut olmadan veteran qardaşımızın üzünə at kimi durub, şər-böhtan deyib...Yəqin ki, 100 mini qaytarmaq məsələsini İsfəndiyarov unutmayıb.
gundelik baki.com
Teref.az olaraq məqalədə səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dəırc etməyə hazırıq!
Teref.az
 
         
Ardını oxu...Teref.az-ın poctuna daxil olmuş şikayət məktubunu təqdim edirik. Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Hüseynov Tofiq Qəfər oğlu tərəfindən

ŞİKAYƏT

Mənim atam Hüseynov Qəfər Tofiq oğlunu Ucar rayon Mərkəzi xəstəxanasında həkimlər səhv müalicə ediblər deyə ürəyi xəstə düşdü və vəfat etdi.
Atam yüngül xəstələndi deyə Ucar rayon xəstəxanasına müraciət etdi.Orada Pərvanə adlı həkim atamı müalicə etdi.Uzun müddət müalicə alan atam günü-gündən zəiflədi.Səhhəti dahada pisləşdiyi üçün Göyçay xəstəxanasına apardıq.Orada müayinə edən həkimlər dedilər ki, müalicə səhv aparılıb deyə ürəyi çox zəifləyib.Bu minvalla atamın ürəyi ciddi xəstə düşdü və vəfat etdi.
Ucar rayon xəstəxanasında özbaşınalıq, savadsızlıq baş alıb gedir.Buna baxmayaraq qarşısı alınmır heç bir tədbir görülmür.Çünki xəstəxanasının Zeynal Bayramlı adlı direktoru keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.Buna görə ondan hər gün əsaslı şikayətlər olsada baxılmır heç bir tədbir görülmür.
Prezident cənab İlham Əliyevdən xahiş edirəm insanlara qənim kəsilmiş Ucar rayon xəstəxanasının direktoru Zeynal Bayramlının və orada işləyən savadsız həkimlərin barəsində tədbir görəsiniz.
Ardını oxu...
Bakı Baş Səhiyyə Mərkəzinin FB səhifəsində qeyd edilib ki, mərkəzin tabeçiliyinə Bakı şəhərində yerləşən 105 tibb müəssisəsi daxildir.
Məlumat üçün qeyd edək ki, əvvəllər Bakı Səhiyyə İdarəsinin ( Bakzdrav ) 31 ştat vahidi olub, indi isə işçilərin sayı 165-ə çatdırılıb. Bir soruşan yoxdur ki, dövlət vəsaiti hesabına ştat vahidini 5 dəfədən çox artırmaq kimə və nə üçün lazımdır..? Əlbəttə, bu ştatların çoxu rüşvətlə satılır. Ümumiyyətlə, son illər səhiyyə sahəsində baş verənlər əsl kadr genosididir.
Bəli, bir tərəfdə Səhiyyə Nazirliyi, o biri yanda İcbari Tibb Sığorta Dövlət Agentliyi, sonra Allah qoymasa TƏBİB, bu yanda Bakı Baş Səhiyyə Mərkəzi, o biri yanda hər rayonda Tibb Mərkəzləri... Bu açıq-aşkar ölkənin səhiyyə sistemini məhv etməkdir. Hər gələndə təcrübəli işçiləri, kadrları uzaqlaşdırıb, savadsız, idarəetmə təcrübəsi olmnayanları, qohum əqrəbalarını, dost-aşnalarını vəzifələrə doldururlar. Başa düşmürlər ki, söhbət millətin sağlamlığından, millətin gələcəyindən gedir. Nə qədər eyni, paralel səhiyyə qurumları olar..?
Bütün bunlar hamısı dövlət vəsaitini sağa-sola dağıtmaqdır ee... Hər gün müxtəlif apteklərə daxil olanda növbə əlindən dayanmaq olmur, sanki insanlar marketlərə alış-verişə gəliblər. Bütün bunlar hamısı yarıtımaz səhiyyə siyasətinin nəticəsidir. Bakı Baş Səhiyyə Mərkəzinin FB səhifəsinə daxil olub nəzər salıram. Bakı Baş Səhiyyə Mərkəzində 2022-ci il üzrə yekun hesabatına həsr olunmuş iclası keçirilib. İclasda “Bakı Baş Səhiyyə Mərkəzi”-nın direktoru Elçin Əmirov, direktor müavinləri, departament, şöbə müdirləri və tabeli tibb müəssisələrinin rəhbərləri iştirak ediblər. İclasın materialı xeyli uzun olduğu üçün dərc etmirik.
Ancaq onu qeyd edək ki, iclasın sonunda Elçin Əmirov basıb -bağlayaraq, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. E.Əmirov ötən illə müqayisədə xeyli irəliləyiş əldə olunduğunu və Mərkəzin hədəfinin əhali arasında keyfiyyətli tibbi xidmətin təşkil edilməsi olduğunu bir daha iclas iştirakçılarının nəzərinə çatdırıb. Elçin Əmirov hansı keyfiyyətli tibbi xidmətdən danışa bilər..? Elçin Əmirov vəzifədə olduğu 2 il müddətində təcrübəli kadrların hamısını işdən uzaqlaşdırıb və baş həkim vəzifələrini satmaqla məşğul olub. Öz qohum əqrəbalarını, vaxtilə işlədiyi Penitensiar Xidmətin Hospitalındakı dostlarını vəzifələrə doldurub, baş həkim təyin etdirir. Lap sonuncu olaraq 12 saylı uşaq poliklinikasında kadr dəyişikliyi edərək Fəridə Şəmilovanı baş həkim təyin edib. Əgər bu təyinatın arxasında nələr durduğu araşdırılsa, ortaya biabırçı mənzərə çıxacaq. Təkraçılıq olsa da, Elçin Əmirov haqqında qısaca məlumat verək. Elçin Əmirov Bakıya gəlməzdən öncə Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi olub.
Ondan əvvəl isə Elçin Əmirov uzun illər Ədliyyə Nazirliyinin Hospitalının rəisi vəzifəsində çalışıb. Və hər iki vəzifədə işlədiyi zaman Elçin Əmirov korrupsioner kimi ad çıxarıb.
Təsəvvür edirsiniz, Elçin Əmirov Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi işləyərkən dəftəxana ləvazimatı adı altında 100 min manatdan çox vəsaiti mənimsəyib. Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi olan Elçin Əmirov rayondakı xəstəxanalarda onlarla “ölü canlar” saxlayaraq hər ay onların maaşlarını alıb. TƏBİB-in sədri Vüqar Qurbanovun yaxın dostu olan Elçin Əmirov 2 ildir Mərkəzin direktorudur. İki ildir Bakı Şəhər Baş Səhiyyə Mərkəzində direktor olan Elçin Əmirov ixtisarlar adı altında onlarla işçini vəzifəsindən, işindən uzaqlaşdırıb və...
Görəsən səhiyyə naziri Teymur Musayev bunları görmür..? Bəs, TƏBİB-in direktoru Vüqar Bayramov nə üçün Elçin Əmirovun bu əməllərinə göz yumur..? Və son zamanlar Elçin Əmirov Mərkəzə 32 nəfər yeni işçi qəbul edib. Qalan boş olan ştatlar satılır.
İndi gördünzmü, Elçin Əmirov hansı oyunlardan çıxır. Güman edirik ki, yaxın zamanda onun əməlləri ciddi şəkildə yoxlanılacaq.
gundelik baki.com
 

Ardını oxu...
Azərbaycanın bank sektorunda baş vermiş qanunsuzluqlar, cinayət əməlləri, maxinasiyalar demək olar ki, hamıya bəllidir. Məhz buna görə də, yağışdan sonra göbələk kimi artan özəl banklar, son illər bağlanmaqda, müflis olmaqda davam edir.
Sözün düzü, bu bankların hamısı demək olar ki, məmurlara aiddir. Belə banklardan biri də “DəmirBank” ASC-dir. Bu bank 6 oktyabr 1989-cu il tarixdə yaranıb, ancaq lisenziyanı 23 noyabr 1992-ci il tarixdə alıb. Yəni Azərbaycanın ən qoca banklarından biridir. Amma təəssüf ki, qanunsuz əməllərinə görə, bu bank 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən müflis elan edilib və ləğvedici proses Əmanətlərin Sığortalanması Fonduna verilib.
İndi gördünüzmü, 28 yaşı olan bank necə müflis olub. Əslində bu bankı müflis edənlər olub. Onlardan birincisi, bankın İdarə Heyəti sədrinin müavini, bankın Kredit Departamentinin direktoru Rauf Axundov olub. Yəni bu adam bankda bir başa kreditlərə məsul olub.
Təsəvvür edirsiniz bankların filial müdirləri milyonluq mənimsəmələrlə həbs olunurlar. Bunların hamısı Rauf Axundovun cinayətkar şəbəkəsidir.
Təsəvvür edirsiniz, Rauf Axundov cinayətkar notarius müdirləri ilə birgə əməllər törədiblər. Yəni saxta etibarnamə ilə kimlərinsə evini banka girov qoyaraq milyonları mənimsəyiblər. Və nəticədə vətəndaş küçədə qalmalı olub.
Təsəvvür edirsiniz, Rauf Axundov üzərinə həbs qoyulmuş avtomobili “Dəmirbank”da lizinq yolu ilə başqa bir vətəndaşa satıb. Və polis maşını müsadirə edib. Belə faktlar yüzlərlədir ee...
Təsəvvür edirsiniz, Rauf Axundov öz yaxın dostunun qardaşının tabeçiliyində olan Kəndli Fermer Təsərrüfatına 3 milyon 950 min manat kredit verib, sonra 386 min manat faiz gəlib, yəni təxminən 4 milyon manat. Və 1 manat kredit qaytarılmayıb. Bunu Rauf Axundov mənimsəyib.
İndi bildinizmi, “DəmirBank” niyə müflis olub..? Bu adam hansı banka gedibsə oranı xaraba qoyub, daha doğrusu, pulları mənimsəyərək, bankları müflis edib.
Gəlin görək, bu Rauf Axundov kimdir, nəçidir..? Rauf Axundov 1995-ci ildən bank sektorunda çalışır. 2007-ci ildən “Dəmir Bank ” ASC-də Bankın Kredit Departamentinin direktoru, İdarə Heyəti sədrinin müavini və 2017-ci ilin dekabrın 22-dək bankın Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır. 2018-ci ilin dekabrın 1-dən 2020-ci ilin dekabrınadək “Synergy Group” MMC- nin icraçı direktoru vəzifəsində çalışmışdır. 2021-ci ildən hal-hazıradək "Brand Kredit BOKT" MMC-nin İdarə Heyətinin üzvüdür və eyni zamanda 2021-ci ilin 29 oktyabrından "SP Agro" MMC yaradaraq ona rəhbərlik edir. Bizə elə gəlir ki, bu adamın ali təhsil diplomları da saxtadır. Nə isə keçək əsas məsələyə.
İndi gördünüzmü, DəmirBankı xaraba qoyan kimi, Rauf Axundov özünü verib “Synergy Group” MMC- nin icraçı direktoru vəzifəsinə.
Təsəvvür edirsiniz, yüz milyonlarla dövriyyəsi olan bu şirkəti 2018-2020-ci illərdə, yəni 2 ildə Rauf Axundov böyrü üstə qoyub və aradan çıxıb. Sabiq nazir Fazil Məmmədovun dövründə Azərbaycanın ən iri və gəlirli holdinqi olan "SYNERJİ GROUP"-u Rauf Axundov külli miqdarda vergi borcuna salaraq tərk edib. Daha doğrusu, bu şirkəti Rauf Axundov əməlli-başlı talayıb. Biz bu şirkətin dünyanın müxtəlif ölkələrindəki geniş şəbəkəsi barədə uzun-uzadı yazmaq istəmirik. Görəsən, bütün bu cinayət əməllərini müvafiq dövlət qurumları niyə araşdırmır..?
Rauf Axundov mənimsədiyi 100 milyonları indi özünün təsis etdiyi “SP Agro” MMC-yə yatırıb. Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “SP Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin oktyabrın 26-da dövlət qeydiyyatına alıb. Verilən məlumatda qeyd edilir ki, “SP Agro” MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Axundov Rauf Arif oğludur. “SP Agro” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev.101 m.15. ünvanıdır.
İndi isə keçək Rauf Axundovun gül biznesinə. Bakı şəhərində Rauf Axundovun xeyli sayda gül mağazaları var. Və mağazaların çoxunu İran vətəndaşları işlədir. Bu gül mağazaları vergidən yayınır, gəlirlərini gizlədirlər.
Bəli, hər il Rauf Axundov 8 Mart, 14 Mart Sevgililər günündə milyonlar qazanır, amma 1 manat vergi ödəmir. Ümumiyyətlə, Rauf Axundovun İranlılarla şübhəli əlaqələri var, Lənkəran-Yardımlı ərazisində “xoşagəlməz” işlərlə məşğul olurlar. Sabiq nazir Ziya Məmmədovun dövründə Rauf Axundov DəmirBank vasitəsilə xeyli saxta layihələr həyata keçiriblər.
Onu da qeyd edək ki, əvvəllər Rauf Axundov hər yerdə özünü Rusiyanın adamı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin yaxın dostu kimi qələmə verərək, özünü toxunulmaz hesab edirdi.
Bəli, Ramiz Mehdiyevin vaxtında Rauf Axundov atını hansı istiqamətdə istəsə idi, o cürə sürə bilirdi, hətta köndələn belə. Rauf Axundov "mənim başım dünyanı idarə biləcək, gücə malikdir, mənə burada qiymət qoymurlar" deməklə nəyə nail olmaq istəyib. Bu fikir çox maraqlı və düşündürücüdür. Bir balaca siyasi yetkin olmaq yetər ki, Rauf Axundovun bu fikrini öz beynində müzakirə edib, nəticə əldə etsin.
Biz bir çox yazılarımızda qeyd edirik ki, ən təhlükəli adam əlində külli miqdarda pulu olanlardır. Rauf Axundov isə həmin pullu və təhlükəli adamlar siyahısındadır. Bir məsələni qeyd etmək istəyirik ki, Rauf Axundov sənin fikirləşdiyin dünyanı idarə edəcək qüvvən ola bilər, amma o dünya sənin öz dünyan ola bilər. O ki qaldı, dünyanı idarə edəcək qüvvənin səndə olmasını araşdırmağa, o bizim işimiz deyil.
Amma növbəti yazımızda Rauf Axundovun Hüquq Mühafizə Orqanlarında araşdırılan işləri, "Gül Bazar"da bir gündə edilən milyonlarla alver və Vergilər Nazirliyində onun qara işlərini ört-basdır edən dostu barədə məqalə dərc edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
 

Türkiyədə baş verən zəlzələ zamanı yaşayış binalarının kütləvi olaraq dağılması inşa edilən binaların keyfiyyət məsələsini yenidən gündəmə gətirib.

Son günlər sosial şəbəkələrdə əsas müzakirə olunan mövzu ölkəmizdə, xüsusən də Bakının Yasamal, Sabunçu, Binəqədi və Abşeron rayonlarında yeni tikilən binaların əksəriyyətinin keyfiyyətsiz aparılmasıdır.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Abşeron rayonunda keyfiyyətsiz inşa edilən binalardan bəziləri Xırdalan şəhərində “AAAF Park” yaşayış kompleksindədir.

Bu ərazidə inşa edilən binaların tikintisi zamanı geoloji kəşfiyyatın düzgün aparılmadığı vurğulanır.

Burada olan digər problemin isə Ceyranbatan gölünün yaxın və hündürdə olduğuna görə rütubətliliyi artırması olduğu bildirilir.

Məlumata görə “AAAF Park” yaşayış kompleksində mini stadionun yanında inşa edilən 5 mərtəbəli binalar bataqlıq ərazidə inşa edilib. Burada binaların podvalının daim rütubətli olduğu, qamış bitkiləri bitir.

 

Daha ilginc məqam isə bir müddət öncə kompleksdə olan yaşayış binalarının zirzəmilərinə şirkət rəhbərliyi tərəfindən müdaxilə edilməsidir.

Qanunsuz edilən bu hal isə onsuzda keyfiyyətsiz inşa edildiyi deyilən binaları daha riskli edib.

Qeyd edək ki, ötən il “AAAF Park” yaşayış kompleksində binaların zirzəmilərinə edilən müdaxilələrə görə Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı ərazidə qanunsuzluğun baş verdiyini təsdiqləyib.

Nazirlik rəsmisi bildirib ki, burada qanunsuzluğun qarşısını ala bilmirlər:

“Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.

“AAAF Park” səslənən iddialara münasibət bildirməyib.

Ardını oxu...
“AZSERTCENTER” MMC şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi tərəfindən onlara təzyiqlər olduğunu, eyni zamanda Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanunları pozduğunu və inhisarçılıq yaratdığını iddia edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bildirib ki, bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib.

“AZSERTCENTER” MMC-nin direktoru Mahmud Yusubov müraciətində yazıb ki, “AZSERTCENTER” MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı 2015-ci ildən qanunvericiliyə uyğun olaraq Respublikamızda bu sahədə AZS ISO/IEC 17065-2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartının tələblərinə uyğun akkreditasiya olunaraq fəaliyyət göstərən ilk sertifikatlaşdırma orqanıdır. Fəaliyyətimiz əsasən xarici istehsalçıların məhsullarının uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı Azərbaycan Respublikasında yeganə orqandır ki, 5-ci sxem üzrə İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s. müəssisələrin istehsal sahəsində iştirak edərək uyğunluğun qiymətləndirilməsini həyata keçirmişlər. Həmçinin Orqanımızda fəaliyyət göstərən 22 nəfər əməkdaşın hər biri sertifikatlaşdırma sahəsində təcrübəli, beynəlxalq sertifikatlara malik ekspertlərdir.

"“AZSERTCENTER” Sertifikatlaşdırma orqanının fəaliyyət göstərdiyi 7 il ərzində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 3 dəfə akkreditasiya olunub, akkreditasiya dövründə 6 dəfə akkreditasiya tələblərinə riayət olunmasına aid illik qiymətləndirilməsi müsbət nəticələnmişdir. Həmçinin bu zaman ərzində uyğunluğun qiymətləndirilməsi prosesini eyni sahə üzrə apararaq fəaliyyətimizi davam etdirmişik.

İlkin olaraq nəzərinizə çatdırmaq istərdik ki, fəaliyyətə başladığımız tarixdən bugünə kimi fəaliyyətimiz dövründə tərəfimizdən verilən bütün uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun olaraq surəti Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, və Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə dövlət reyestrinə yerləşdirilməsi üçün göndərilmişdir. Lakin, 2020-ci il ilin avqust ayından (Xidmətin Əsasnaməsinin təsdiqlənməsindən 3 ay sonra) etibarən qərəzli olaraq tərəfimizdən verilən uyğunluq sertifikatlarının heç biri dövlət reyestrinə yerləşdirilməmişdir. Burada əsas məqsəd tərəfimizdən verilmiş uyğunluq sertifikatlarının dövlət reyestrində görünməməsini təmin etməklə əməkdaşlıq etdiyimiz xarici təşkilatlarda orqanımız haqqında müəyyən çaşqınlıqların yaradılmasıdır. Eyni zamanda, bu addımın atılmasında əsas məqsəd yuxarıda adı çəkilən təşkilatların (İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s.) xidmətimizdən imtina edilməsinə və inhisarçılıq yaradaraq himayəlik etdikləri və yeni yaradılan “PROBO” MMC-yə yönləndirilməsindən ibarətdir. Qeyd edək ki, “PROBO” MMC 2020-ci ilin dekabr ayından etibarən (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin təsdiqləndiyi dövrdən) fəaliyyətə başlamışdır. Bu təşkilatın yaradıldığı və fəaliyyətə başladığı dövrdən etibarən 10 ilə yaxın olaraq eyni sahə üzrə fəaliyyət göstərən “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanına müəyyən təzyiqlər olunmağa başlamış və illərdir uyğunluğun qiymətləndirilməsini apardığımız sahə üzrə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yanında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən müəyyən məhdudiyyətlər qoyulmuşdur", - Mahmud Yusubov müraciətində iddia edir.

Həmçinin, “AZSERTCENTER”nin direktoru iddia edir:

"Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin inhisarçı siyasətinə əlavə olaraq onu da bildirmək istərdik ki, himayəlik etdiyi qurumlar tərəfindən verilən uyğunluq sertifikatlarının görünməməsi məqsədilə 2021-ci il tarixindən etibarən rəsmi internet saytında uyğunluq sertifikatlarının dövlət reyestrinin aparılması qanunsuz olaraq dayandırılmış və ictimaiyyətdən gizlədilmişdir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsində uyğunluq sertifikatlarının reyestrinin aparılması vəzifəsi olmasına baxmayaraq atılan bu qərəzli addım həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 215 saylı “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə Qərara ziddir. Antiinhisar siyasəti əsasında yaranmış Xidmət bu sahədə inhisarçılıq siyasəti həyata keçirərək akkreditasiya edilmiş sertifikatlaşdırma orqanlarının fəaliyyətlərinə müdaxilələr edir. Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi qanunvericilik aktlarının ölkə ərazisində sahibkarlığın inkişafına yönəlməsinə baxmayaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi və Xidmətin tabeliyində olan publik hüquqi şəxslər tərəfindən uyğunluğu qiymətləndirən qurumların bu cür sıxışdırılması sahibkarlığın inkişafına yönəlmiş siyasətə ciddi xələl gətirir. Təəssüflər olsun ki, fəaliyyəti inhisarçılığın qarşısını almağa yönəldilmiş bir qurumun həyata keçirdiyi siyasət sertifikatlaşdırma bazarında özü inhisarçılıq yaradır".

DÖVLƏT XİDMƏTİ: QANUNSUZ UYĞUNLUQ SERTİFİKATLARI TƏQDİM EDİBLƏR

Bir neçə gün öncə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaydığı press-relizində bildirib ki. ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarəti gücləndirib.

Xidmətdən Marja-ya daxil olmuş məlumatda qeyd olunub ki, bu məqsədlə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu sahədə fəaliyyət göstərən bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib.

"İstehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən bu qurumlar barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və qanun pozuntusuna yol vermiş qurumlara məhkəmə tərəfindən inzibati cərimələr tətbiq edilib",- Xidmətin məlumatında bildirilir.

Dövlət Xidmətinin məlumatında qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən 1 uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası ləğv edilib, 6 qurumun fəaliyyəti müvəqqəti dayandırılıb. Sahibkarlıq subyektlərinə təqdim edilmiş 131 uyğunluq sertifikatı və 5 yoxlama haqqında şəhadətnamənin ləğvi barədə göstəriş verilib. //Marja//
 
Ardını oxu...
Teref.az yazır ki, sosial şəbəkədə Bakı şəhərinin mərkəzində Təbriz Xəlilbəyli küçəsi 11-də qədim 2 mərtəbəli binanın üstünə daha bir mərtəbə əlavə edilib. Bu azmış kimi altı qaılaraq orda podavalı düzəldib və fasad hissəsinə balkonlar əlavə edilib. Belə yaramazcasına binaların konstruksiyasına müdaxilələrin sonu faciələrlə bitir. Bunu qardaş Türkiyədə baş verən zəlzələnin nəticələri bizə göstərdi.
Bununla bağlı poçtumuza yazan vətəndaş bizi məlumatlandıraraq yazır:
""Bir-biri ile öpüşen balkonlar" Tebriz Xelilbeyli 11-küçede Qanunsuz olaraq Qedim bir ve iki mertebeli evlerin altı,padval derinliyinde qazılaraq , gece yarı gözden üzaq-könülden iraq ordan çıxan yeke qaya daşlar ve torpaqları firmenli böyük Kamazlara yükleyib daşıdılar .Evlerin alt tebeqesinde boşluq yarandı.Emin özünün yaşadığı birmertebeli evinin üstünde qanunsuz ikinci mertebeni de tikdi.Sağ ve sol balkonları ireli çekerek genişledib ve uzatdı."
Daha sonra vətəndaş yazdıqlarını şərh edərək sual verir:
"Şeherin merkezi küçesinde qeyri-qanuni eyvan artırma ve padvalların içerisi qazılaraq obyekt inşaası az imiş kimi piyadaların yolu da zebt olunaraq qızıl temiri ve parça dükanı olaraq fealiyyetdedir.
Göresen Bakı Şeher Salma İdaresi niye görmezden gelir?"
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
"İllərcə mühasibatlıq, ilgilis dili və bir çox profesional kursları ilə Azərbaycanda məhşur olan Barratsons kursları illərcə çox sərt bir şəkildə vergidən yayınır. Bu məlumatı XXX media resursuna kursların yerləşdiyi binanın yeni sahiblərindən biri - Ukrayna vətəndaşı və Birləşmiş Krallıq rezidenti İlham Mamedov bildirib. "
Teref.az yazır ki, bunu saytımızın poçtuna daxil olan məqalə müəıllifi yazır.Daha sonra müəllif yazır:

"İllərdir BARATTSON MMC - yerləşdiyi 1202 kv m Bəxtiyar Vahabzadə 5 ünvanında icarə müqaviləsində qiyməti 7 dəfə aşağı göstərərək vergidən yayınıb. Məhz 20,000 AZN icarə haqqı olan yerə cəmi 3057 AZN qeyd edərək, aylıq 17000 AZN-i gizlədərək vergidən yayınır.

Məsələyə aydınlıq gətirək - 23 Avqust 2022-ci ildə obyekt yiyəsi rəhmətə gedəndən sonra aydın olub ki - mərhumun qardaşı - Zamanov Zaman Muxtar oğlu ona verilən etibarnamədən sui istifadə edərək 2021-ci ildə pul mənimsəmə məqsədi ilə və vergidən yayınmaq məqsədi ilə BARATTSON MMC ilə əlbir olaraq icarə müqaviləsində rəsmi məbləği 3057 AZN olaraq göstərib. Mərhumun vərəsələri dəfələrcə bu səhvi düzətlmək üçün danışıqlar aparıb və heç bir nəticəyə gəlməmişdir. Bununla bağlı ekpert rəyi alınıb, vergi orqanlarına vergidən yayınma fakti olaraq şikayət olunub və məhkəməyə müraciət olunub.

Marağlıdır, muhasıbatlıq kurslarında da BARATTSON MMC vergidən yayınmağı öyrədir?"
Teref.az olaraq məqalədə qaldırılan iddia illə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti