Ardını oxu...
Biznesmen deputat vergidən yayınıb? - KƏMALƏDDİN QAFAROVA VAXT QOYULDU

Milli Məclisin biznesmen deputatı Kəmaləddin Qafarov vergi orqanları ilə ciddi problem yaşayır.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin xəbərinə görə, Dövlət Vergi xidməti deputata məxsus tibb müəssisələrinə külli miqdarda vergi borcu yazıb.

Məlumatda bildirili ki, Kəmaləddin Qafarovun bir sıra yüksək vəzifəli şəxslərə çıxmasına baxmayaraq, ona heç bir güzəşt edilməyib və vergi borcunu bağlamaq üçün konkret zaman təyin olunub.

Qeyd edək ki, Kəmaləddin Qafarov dərman biznesi ilə yanaşı bir neçə tibb müəssisəsinin faktiki sahibidir.

Millət vəkili olmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında iştirakı da yoxdur.
 
Ardını oxu...
Bakının Nərimanov rayonunda "Çarbağ" MMC Xudiyeva Leyli Xudu qızına məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir.

Şikayətçi bildirib ki, 2013-cü ildə Bakı şəhəri Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 31 ünvanında 3 mərtəbəli köhnə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, hər iki tərəfdən yola açılmaqla qapısı olan və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyatda olan 23.4 kv sahəli obyekti 65 min ABŞ dolları ödəyərək alıb. Daha sonra obyekti təmir etdirib. 2017-ci ildə isə Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 3 mərtəbəli binanın sökülüb yerində çoxmərtəbəli yeni bina tikiləcəyi əmlak sahiblərinə bildirilib. "Çarbağ" MMC şirkəti binanı sökərək yerində yeni çoxmətəbəli tikili inşa edib.

Xudiyeva Leyli Xudu qızı qeyd edib ki, tikinti şirkəti ilə aralarında bağlanan müqaviləyə əsasən obyekt tikilib hazır olana qədər ona hər ay 300 manat məbləğində kompensasiya ödənilib. Şikayətçinin sözlərinə görə, artıq 2 ilə yaxındır ki, bina tam hazır vəziyyətdə olmasına baxmayaraq "Çarbağ" MMC hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir:

"Mənə məxsus olan obyekt hazırda tam təmirlidir və istifadə olunur. MMC rəhbərliyinə dəfələrlə müraciət etsəm də, "get gələn ay gələrsən, 15 gün sonra gəl, ilin axırıdır, gələn ilin əvvəli gələrsən" deyərək məsələni həll etmirlər. Deyirlər ki, get kimə şikayət edirsən et.

66 yaşım var, qardaşlarımın köməkliyi ilə bu obyekti almışıq. Səhhətimdə ciddi problemlər var. Qaraciyərimin 2/3 hissəsi 2009-cu ildə keçirdiyim ağır əməliyyatla çıxarılıb. Həmçinin ürək çatışmazlığından əziyyət çəkirəm. MMC rəhbərliyi bunları nəzərə almır və hər gedişimdə məni əsəbləşdirib yola salırlar. Bu səbəbdən səhhətimdə ciddi problemlər yaranır, maddi və mənəvi ziyan çəkirəm.

Mənim obyektim binanın künc hissəsində hər iki tərəfdən yola qapısı açılan yerdə yerləşir. Videoda üzərində "Vedi" yazılan mağaza mənə məxsusdur. Amma "Çarbağ" MMC qanunsuz olaraq mənə məxsus olan obyekti başqasına verib və sizə göndərdiyim videoda olan mağazaların kənarında yerləşən, ağ kiçik qapısı olan anbar tipli yeri təklif edir. Təbii olaraq təkliflə razılaşmıram, mənə məxsus bütün sənədləri qaydasında olan qeyri-yaşayış obyektimi təhvil verməklərini tələb edirəm.

Sizdən xaiş edirəm ki, məsələnin işıqlandırılmasında, haqq-ədalətin bərpa olunmasında mənə köməklik edəsiniz. Onu da qeyd edim ki, məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə, baş nazir Əli Əsədova və baş prokuror Kamran Əliyevə ərizə ilə müraciət etmişəm".

Şikayətçi qeyri-yaşayış obyektinin sənədlərini, "Çarbağ" MMC ilə bağlanan müqaviləni, binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən görüntüləri redaksiyamıza sübut olaraq göndərib. //yenisabah.az//
 
Ardını oxu...
Teref.az yazır ki, Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyevdən şikayətçidir.
Vətəndaş Rəhimli Elnur yazır:
Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu tərəfindən ölkə rəhbəri cənab İlham Əliyevə ünvanlanan ərizədə deyilir:

"Yazaraq bildirmək istəyirəm ki, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən mahşurut dayanacaqlarının birində "köşk" inşa etdirərək kiçik sahibkarlıqla məşğul oluram. Belə ki, sözü gedən köşkün yeri 2018-ci ildə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən mənə verilmişdir. Maddi imkanım olmadığına görə kökş inşa etdirə bilmirdim. Nəhayət bir neçə bankdan faizli kredit götürərək müasir standartlara cavab verən köşk düzəltdirdim və 2022-ci ilin dekabr ayından kiçik sahibkarlıq fəaliyyətinə başladım.

Lakin, Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyev qərəzli şəkildə ticarətimə mane olmağa başladı. O, guya şəhərin görkəmini pozur adı altında öncə köşkü mənə əsassız yerə təmir etdirdi, daha sonra isə icra başçısı "sök əmri verib" dedi. Beləliklə də rayonumuzda olan bütün mahşurut dayancaqlarındakı köşklərin heç birinə deyil, yalnız mənim istifadəmdə olan köşkün sökülməsini qarşısına məqsəd olaraq qoyub. Ayaz Səfərəliyev sözün həqiqi mənasında məni o qədər bezdiribdir ki, onun ücbatından intihar həddinə çatmışam. Onun bu iyrənc əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci "Özünü öldürmə həddinə çatdırma" maddəsini özündə əks etdirir.

Hətta bir müddət öncə isə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər nə göstəriş verdisə, qəslə obyektə verilən elektrik enerjisini belə dayandırdılar. Ayaz Səfərəliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hegemonluq edir. Göyçay Rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışdığı müddətdə korrupsiya yolu ilə bahalı avtomobil, torpaq sahələri, dəbdəbəli ev, ticarət obyektləri əldə etmiş bu şəxs indi də mənim qəpik-quruş qazandığım köşkə və ya onun yerinə tamah salmağa başlayıb. Hansı ki, həmin köşk mənim və ailəmin yeganə qazanc mənbəyidir. Özüm ailəliyəm və hazırki vəziyyətdə 4 nəfərdən ibarət olan ailədə heç kim işləmir.

Valideynlərimdən miras qalmış köhnə və qəzalı evdə yaşayırıq. O qədər acınacaqlı durumdayıq ki, maddiyyat səbəbilə mavi yanacaqla deyil, çöldən-bayırdan topladığım taxta-tuxta ilə qızınırıq. Görəsən Ayaz Səfərəliyev də öz möhtəşəm villasında otaqların istiliyini bizim kimi çır-çırpı ilə əldə edirmi?! O villa ki, rayonun Cəyirli kəndində, həmin ərazidə ondan daha böyük və yaraşıqlısı ev yoxdur. Xeyir, "Adəm oğlunun iki vadi dolusu malı olsa üçüncüsünü istər. Onun qarnını ancaq torpaq doydurar" demişdir Peyğəmbərimiz.

Sizdən şəhid qardaşı və Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş edirəm, yuxarıda qeyd etdiyim kimi, istifadəmdə olan köşkün sökülməsini və ləğv edilməsini tələb edən Ayaz Səfərəliyevin Mənzil İstismar Sahəsində yaratmış olduğu korrupsiya şəbəkəsi haqqında ciddi araşdırma aparılması üçün tapşırıq verəsiniz. Sizə öncədən təşəkkürlərimi bildirirəm."

 
Ardını oxu...
Saatlı və İmişli rayon Gigiyena və Epidemilogiya Mərkəzində baş verən
özbaşınalıqlar barədə. İki qohum birləşib rayonlarda at oynadırlar.
Saatlı rayon rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru neçə illərdir
ki, V.A.Məhəmmədovdur və onun qohumu M.V.Aslanov (Vəli və Mamed) isə
şöbə müdürü idi. Keçən il Saatlı rayon rayon Gigiyena və Epidemilogiya
Mərkəzinin şöbə müdiri M.V.Aslanov İmişli rayon rayon Gigiyena və
Epidemilogiya Mərkəzinin direktoru vəzifəsinə təyin olundu.
Müəmmalı olan isə odur ki, hazırda İmişli GEM-in direktoru olan M.V.Aslanov
əvvəl qohumu V.A.Məhəmmədovdan öncə Saatlı GEM-in direktoru olub və
direktor olduğu dövrdə külli miqdarda yeyintiyə yol verdiyinə görə onun barəsində
araşdırmalara başlanılıb. Cinayət əməllərinin ortaya çıxacağından qorxan
M.V.Aslanov təcili olaraq Türkiyəyə qaçdı (nəzərinizə çatdırım ki, adı keçən hər
iki GEM-in direktoru ahıska türküdür). Barəsində cinayət işi açılan M.V.Aslanov
İnterpolun vasitəsi ilə Azərbaycana gətirildi. M.V.Aslanov həm etnik azlıq olan
Axıska türklərinin adından istifadə edərək həm Türkiyədə və Bakıda olan vəzifəli
tanışlarının zəngi vasitəsi ilə həbs olunmaqdan canını qurtardı, ona yalnız şərti
həbs verildi. Şərti həbsin vaxtı isə keçən il bitdi və dərhal M.V.Aslanov
Türkiyədəki və Bakıdakı vəzifəli dostlarının köməkliyi ilə getdi İmişli rayon rayon
Gigiyena və Epidemilogiya Mərkəzinə direktor.
İndi isə keçək M.V.Aslanovun qohumu Saatlı GEM-in hazırki direktoru
V.A.Məhəmmədovdan danışaq. Hal-hazırda Maliyyə Nazirliyi Saatlı rayon rayon
Gigiyena və Epidemilogiya Mərkəzində yoxlamalar aparır. Aldığımız məlumata
görə çox ciddi nöqsanlar aşkar olunub. Çünkü Saatlı GEM-in direktoru
V.A.Məhəmmədov işçilərinin 50%-dən çoxundan rüşvət alıb işə götürüb və həmin
işçilər də oturub evində maaşın alır. Bugün Maliyyə Nazirliyi yoxlama aparır deyə
həmin müftə maaş alanlar hamısı göbələk kimi çıxıb ortaya. Həmçinin direktor
V.A.Məhəmmədov idarənin baş mühasibi Qardaşəli Nağıyevlə birlikdə idarədən
çox yeyintilər edib. Maliyyə Nazirliyinin yoxlamasından sonra halı pisləşən Saatlı
GEM-in direktoru V.A.Məhəmmədov dərhal zəng edib qohumu İmişli GEM-in
direktoru M.V.Aslanova. Beləliklə M.V.Aslanov yenə də vəzifəli dostlarına zəng
edərək qohumu V.A.Məhəmmədov üçün kömək istəyib ki, Maliyyə Nazirliyi
Saatlı GEM-də yoxlama aparır, qohumumun vəziyyəti “kötü”dür. Hazırda
danışıqlar gedir ki, V.A.Məhəmmədovun qanunsuz işlərinin üzəri necə ört-bastır
edilsin.
O vaxtı, İmişli GEM-in direktoru olan M.V.Aslanovun Saatlı GEM-də külli
miqdarda yeyinti edib Türkiyəyə qaçması, İnterpolun onu tapıb gətirməsi barədə
Azərbaycan KİV-ləri xəbər dərc etmişdi. Lakin sehirli qüvvələr işə düşdü və həmin
xəbərlər saytlardan bir-bir silindi. Bəlkə də M.V.Aslanov yediyi pullardan həmin
saytların baş redaktorlarınada paylayıb xəbərləri sildirdi. Təbii ki, bu bir təxmindir.
Bir sözlə M.V.Aslanov Saatlı GEM-i yedi talan etdi indi isə gəldi İmişli GEM-i
talan etməyə, onun qohumu V.A.Məhəmmədov isə Saatlı GEM-i talan edir və
görünən odur ki, etməkdə də davam edəcək. Bu adamlara heç kim heçnə edə
bilmir, çünkü bir iş olan kimi biz etnik azlıq olan Ahıska Türküyük deyib
Türkiyəyə bizi incidirlər deyə müraciət edərik deyirlər və zəng edirlər Türkiyədə
və Bakıda olan vəzifəli dostlarına. Həmçinin M.V.Aslanov hansısa ictimai birlikdə
(Ahıska Türkləri adını daşıyan) rəhbər vəzifədədir.
Çox gözəl, Türklər bizim qardaşımızdır bunu hər birimiz qəbul edirik. Lakin bu o
demək deyil ki, qanunlarımızı poza bilərlər. Hər kəs Qanun qarşısında bərabərdir.
Göründüyü kimi cənab Prezidentimiz İlham Əliyev, qanunsuz işlər görən onlarla
məmuru bağışlamadı və neçə nazir, icra başçısı, general həbs olunub.
Ümüd edirik ki, azad KİV-lər bu xəbəri paylaşacaqdır. Xəbərdə yazdıqlarımıza
görə məsuliyyət bizə aiddir.
Azad KİV-lərdən xahiş edirik ki, xətt-dən yuxarıda qeyd etdiyimiz xəbəri
paylaşsınlar və bizim aşağıdakı şəxsi məlumatlarımızı qətiyyən mediada
paylaşmasınlar. Ümüd edirik ki, Azad KİV-lər qorxmadan bu xəbəri paylaşacaq.
Təbii ki, qeyd etdiyimiz faktların həqiqiliyini özünüz də araşdıra bilərsiniz.
İmişli şəhər sakinləri:
İmanov Babək Rəşid oğlu –
Əliyev Nüsrət Niyaməddin oğlu –
Alıyev Sabir Kazım oğlu –
Əhmədov Şakir Bəkir oğlu –
Teref.az olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri Zamin Əliyev tutduğu vəzifədən azad edilməsi o demek deyil ki, onun etdiyi qanusnzuluğun sonu çatdı... Onun tez bir zamanda qanun qarşısında cavab verməsi və onunla yanaşı Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçi Miramil Mirsəmid oğlu Səmədlinin də eyni qaydada cəzalandırılması lazımdır..." DİA.AZ bildirir ki, bu fikirlər Yardımlı sakinləri adından edilən müraciətdə yer alıb.

Sakinlər adından göndərilən müraciəti olduğu kimi təqdim edirik, hər halda, narazı vətəndaşların fikirləri anlaşılır (hər hansı təhrifin olmaması məqsədilə müraciətə müdaxilə etmirik - dia.az): "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardımlı rayon şöbsinin işçisi olmuş Mirzəyev Akif Yusif oğlu Yardımlı Kamunal təsərrufa idarəsinin baş mühasibidir. Ünvanli yardim təyinatinda 2 ayın adı cəkilən İcra Hakimiyyətinin işçilri götürür qalanin vətəndaş verilir Yardimli rayon üzrə bu iki dəlal Yardımlı rayonunda ünvanlı bazar açıb Zamin Əliyevdə bunlarin ünvanl yardım sənədlərinin Nazirlikdə keçməsin köməklik edib hazırda bu iki işilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olmasalarda İcra Hakimiyyətinin işisidir lakin özdərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçisi kimi aparılar və Yardımlı rayonu üzrə ünvanlı social yardımn düzəlməsində bnlar həl edir 2 ayın götümək şərti ilə kim narazılıq edirsə onun sənədinin keməsinə maneçilik törədir bu iki “məmur”.Xahiş edirik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir açıqlama versin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçi Miramil Mirsəmid oğlu Səmədli, Mirzəyev Akif Yusif oğlu Yardımlı Kamunal təsərrufa idarəsinin işçisi Yardımlı rayon İcra Hakimiyyətinin işçisidir yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin.Bu iki adam İcra Hakimiyyətinə gələni Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının Ərazi Nümayəndəlikləridə bu ünvanlı social yardim isin hvəslə yanaşır yəni Ərazi nüyaməndəliləri vətədaşların bu iki şəxsə yönəldir bunlarda razi salir 2 ayn gptürür qalanin vətəndaşa verir.Yardımlı rayon İcra Hakimiyytinin Başçısıda yol verilən bu qanunsuzluğa göz yumur.Qeyd edek ki Mirzəyev Akif Yusif oğluunun əmisidə Yardimli rayon İcra Hakimiyyətinin Başçıının müavinidir – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev əmisinn hesabına bu qanusnzu əmələri davam elediriri.Burdan sual çıxır ortaya Yardımlı rayon İcra Hakimiyyətinin Dövlətimizin qanununa nə ixtiyarı var ki müdaxilə edir?Yardımlı rayonunda Yerki İcra Hakimiyyəti işçiləri Mərkəzi İcra Hakimiyyəti orqanının işinə yersiz müdaxilə edir.İnanırıq ki Yardımlı rayonunda bu qanunsuzluqa son qoyulacaq.Yardimli rayonunda ailələr var ki 2 ayında ünvanlısı onlar üçün böyuk bir puldur lakin bele məmurlar onlarin gözdərin yaşlı qoyub 2 ayın pulun özləri üçün götürürlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Yanvar ayının 16-sı "Uni Bank"ın mobil tətbiqində əlavə etiyim "Rabitabank" kartım ilə ödəniş etdim. Proqramda xəta verdi ödəniş keçmədi. Sabahı gün "Uni Bank"a online çatla müraciət etdim, sorğunu qəbul etdi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ağacan Ağayev adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazır: "1 həftə sonra operator bildirdiki Rabitə bankla danışın.(Onuda mən yenə yazıb soruşandan sonra dedi, özün axtarmasan itirib axtaranda olmur) Rabitə Bankla danışdım,Uni bankla müqayisədə məsələyə operativ yanaşdılar və bildirdilərki məbləğ bizdən çıxıb ,lakin Uni Bankın tətbiqində ilişib. Bunu Uni Bank həll etməlidir. Bu dəfə getdim Uni Bankın inşaatçılar filialına olanları təkrar danışdım, ordada əməliyyatçı sorğu açdı, axşam zəng vurdular ki Rabitə Bank bizə sorğu göndərməlidir. Bu dəfə Azərbaycan Respublikasının Mərkəzi Bankı na müraciət etdim. Bəlkə onlar yol gorsədələr ki,məsələnin kim həll etməlidir. Müraciətdən 2-3 gün sonra Rabitə Bankdan yenidən zəng etdilər ,yenidən ətraflı izah etdilər ki məsələ bizlik deyil. Sağ olsun həmin bəy,Uni Banklada danışıb onlarada izah edib və Uni bankdan bir mail adres veriblər ki həmin ünvana bir neçə məlumati göndərim,həll olunacaq. Halbuki 2 dəfə həmin məlumatları göndərmişəm, müraciət etmişəm...
Nəysə... yenidən həmən mail-ə göndərdim. 1 həftə keçdi yenə xəbər çıxmadı. Yenidən yazdım soruşdum məsələ nə yerdədir, adiyyatı şöbə araşdırıb məlumat verəcək. Hələ də məlumat verən yoxdur. Ödənişdən artıq 3 həftə keçib. Buda "Sənin bankın" sloganı ilə olan UniBank...
Allah heç kimə o bankla hər hansı problem yaşatmasın".

Qeyd edək ki, narazı vətəndaş şikayətiylə bağlı dəlillərini də təqdim edib:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
“Dövlət Satınalma Portalı”nda tez-tez rast gəlinən tibb müəssisəsi. Özü də əksər müqavilələri də “qara nida”sı ilə diqqət çəkir. Heç göndərilən sorğulara da cavab vermirlər.

Bilmək olmur verəcək cavab tapmırlar, yoxsa “day-dayı”ya arxayın olub, çox rahatlıqla “xımır-xımır dövlətin büdcəsini yeyirlər”?!

Bir də bu müəssisənin adı sosial medialarda və sosial şəbəkələrdə şikayət hədəfi olaraq, tanınır.

Hələ bir il bundan əvvələ qədər Bütün Mingəçevir sakinləri keçmiş baş həkim Könül Ələkbərovdan gileylənirdilər. Könül Ələkbərov sözün əsl mənasında kimsəni saymırdı. “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə idarə edirdi xəstəxananı.

Yerli sakinlərin sözlərinə görə mərkəzi xəstəxanada yalnız Könül Ələkbərovun “qanunları” işləyirdi.

Odur ki, Könül Ələkbərov işdən çıxarıldığında bütün Mingəçevir sakinləri sevinmişdi, onun yerinə Ülfət Qurbanov təyin edildiyində isə xəstəxanadakı özbaşınalıqların aradan qaldırılacağı ümidi sakinləri biraz rahatlatmışdı.

Qeyd edək ki,Ulfət Qurbanov 2002-ci ildə Mingəçevir şəhərində həkim-anestezioloq–reanimatoloq kimi iş fəaliyyətinə başlayıb.Bu ilin 21 fevral tarixində Mingəçevir şəhər Mərkəzi xəstəxanasının baş həkimi təyin olunub.

Lakin, tez-tez bağlanan şübhəli müqavilələri, ardı-arası kəsilməyən vətəndaş narazılıqları belə düşünməyə əsas verir ki, deyəsən dəyişən sadəcə baş həkimdir. Köhnə “qaydalar” isə sözügedən xəstəxananın idarəçiliyində olduğu kimi qalmaqdadır.

Teref.az yazır ki, sakinlər həkim hegemonluğununun əvvəllər də olduğunu deyirdilər, “dogruXeber.az”a müraciət edən, “kanal14″ün efirində “Kamalın zamanı” proqramı ilə əlaqə yaradıb, efirdə başına gələnləri – daha doğrusu həyat yoldaşının başına gətirildiyini danışan Pənah Xəlilov “indi də var” deyir.

Pənah Xəlilov iddia edir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının USM həkimi Arzu xanım onun həyat yoldaşını “Az sənə demədim sənə baxmıram, cəhənnəm ol” deyə, təhqir edib və xəstəxanadan qovub.

P.S: Pənah Xəlilovun iddiaları ilə bağlı Arzu həkimin də fikirlərini öyrənmək üçün Mingəçevir şəhər Xəstəxanasının şəxsi internet səhifəsində qeyd edilən telefon nömrəsi ilə əlaqə saxladıq.

Lakin, dəfələrlə zəng etməyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı.

Qarşı tərəfin də yuxarıda qeyd olunan iddialarla bağlı fikirlərini dinləməyə hazırıq.
Teref.az
 
Ardını oxu...
İstər birinci istərsədə ikinci Vətən müharibəsində ölkəmizin digər rayon və şəhərlıri kimi Mingəçevirdən olan gənclər də canlarından keçib. Demək olar ki, Mingəçevirlilərin and yerinə çevrilmiş məkandan, Şəhidlər xiyabanının baxımsız olmasından zaman zaman redaksiyamıza şikayətlər daxil olurdu. Şəhər sakinlərinin 24xeber.az-ın əməkdaşına etdikləri şikayət ilə yerində tanış olmaq üçün Şəhidlər xiyabanında olan əməkdaşımız çəkib göndərdiyi video materialdan aydın görünür ki, Şəhidlər xiyabanında yerləşən şəhidlər muzeyi zibilliklər içində qalıbdır. Bu isə öz növbəsində torpaqlarımızın azadlığı uğurunda canından keçən qardaşlarımıza hörmətsizlikdir.

Teref.az olaraq sözü gedən videonu təqdim edirik:

 
Ardını oxu...
Bərdənin Qaradırnaq kəndində, necə deyərlər problem xirtdəyəcəndir. Kəndin içməli su, yol problemləri ilə yanaşı işıq və kommunikasiya xətləri də bir işə yaramır.

Qışın palçığında, yayın tozunda yerimək mümkün olmayan yolların apardığı Qaradırnaq və Hüseynalılar kənd sakinləri bu barədə Bizim.Media-nın yerli bürosuna məlumat verib.

Kəndin telefon və işıq xəttini daşıyan dirəklər artıq özünü saxlamaq iqtidarında deyil. Sakinlər deyir ki, hava küləkli olanda dirək yellənməyə başlayır və elektrik enerjisinin verilişində problem olur. 1970-ci illərdə basdırıldığı deyilən işıq dirəkləri demək olar ki, istismar müddətini başa vurub.

Bundan başqa kəndin içməli su problemi də qabarıq şəkildə özünü göstərir. Belə ki, sakinlər içməli suyu 2 kilometr məsafədən daşıyır. Bildirilir ki, minik maşını olmay sakinlər suyu əllə daşımağa məcbur olur...

Hüseynalılar və Qaradırnaq kəndi bir inzibati ərazi vahidliyindən idarə olunur. Ümumilikdə kənddə üç mindən çox insan yaşayır. Kənd rəsmiləri ilə yaşanan çətinliklərlə bağlı əlaqə saxlamağa çalışdıq.

Zəngimizə cavab verən inzibati ərazi dairəsinin rəsmisi Mobil Naibov kənddə sadalanan problemlərin olduğunu təsdiqləyib, sonra ətraflı məlumat verəcəyini bildirib.

Kəndin içməli su məsələsi ilə bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı Bizim.Media-nın sorğusuna cavab olaraq sözügedən çətinlikdən xəbərdar olduğu bildirilib.

Əlavə olaraq qeyd edib ki, o kəndlərin heç birinə “Azərsu” xidmət göstərmir:

“Orada vətəndaşlar fərdi qaydada qaynama artezyandan isdifadə ediblər. Hazırda qaynanaların da məhsuldarlığı azalıb. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu gün “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilər və Naxçıvan istisna olmaqla mövcud 3300-dən artıq kəndin təxminən 1100-nə xidmət göstərir. Qalan kəndlərdə vətəndaşlar tələbatlarını ya fərdi qaydada ödəyirlər, ya mineral su təsərrüfatı ASC-nin, ya da bələdiyyələrin balansında olan artezyanlardan istifadə edirlər".

Kəndin işıq problemi ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Bərdənin Hüseynalılar kəndində qaldırılan məsələ ilə bağlı müəyyən iş aparılır.

Tezliklə oradakı problemlər aradan qaldırılacaq. Amma Qaradırnaq kəndindəki elektrik ötürücülərinin vəziyyəti ilə bağlı tanışlıqdan sonra məlum olub ki, burada ciddi layihələndirmə işinə ehtiyac var.

Hazırda layihələndirilmə işlərinə başlaınılıb. Bu kəndin də işıq problemi 2023-cü ilin iş planı çərçivəsində həll ediləcək.

Kəndin yol problemi və başq infrastruktur məslələri yerli orqanlar tərəfindən qaldırılmadığına görə, demək olar ki, heç bir dövlər qurumunun bundan xəbəri yoxdur demək olar. Ona görə də necə deyərlər, bir az da siz qeyrət edin, ay kənd sakinləri.
Bizim.media
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ötən günlərdə Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bəzi məlumatlar dərc edərək bildirmişdik ki, icra başçısı ilə bağlı çoxsaylı şikayətlər onun vəzifə karyerasını bitirməkdədir. gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb. Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.

Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.

Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”.

Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.
 

Dünyapress TV

Xəbər lenti