Ardını oxu...
AzTimes.az xəbər verir ki, bir neçə gün bundan öncə sarkazm.az-da həkim Cəmilə Hüseynova Tik-Tok-da canlı yayımda vagina əməliyyatı etdiyi barədə yazı dərc edilib. Həkimin bu hərəkəti insanlar tərəfindən qınağa tuş gəldi. Etik olmayan işləri insanlara göstərməyi sərt şəkildə qınanıldı və tənqid edildi.

Yazı ictimailəşməsindən bir müddət sonra zənglərin, hədələrin ardı-arası kəsilmir.

Öncə həkimin köməkçisi zəng edərək yazısının silinməsini tələb etdi. Bunun qarşılığında isə ödəniş edəcəyini bildirdi. Təbii ki, mümkün olmayan təklif idi.

Daha sonra özünü Referans Klinkasının Mətbuat Xidmətinin rəhbəri kimi təqdim edən Samir Şirvanzadə zəng edərək yazılan məqaləni aşağılamağa və bizə jurnalistikadan “dərs” keçməyə başladı.

S.Şirvanzadədən sonra Referans Klinkasının filiallarından birinin müdiri olan həkim Ariz Cəbrayılovun hədəfinə tuş gəldik. Əvvəlcə dostcasına danışan A.Cəbrayılov yazının silinməsi bizə adını demədiyi rəhbərinin göstərişi olduğunu və hansı yolla olur olsun yazının silinəcəyini bildirdi. Yazının silinməyəcəyini anlayan A.Cəbrayılov bizi hüquq-mühafizə orqanları və məhkəmə ilə hədələdi. Silməcəyimizi rəhbərinə məruzə edəcəyini dedi, bundan sonra isə həmin yazıya görə barəmizdə ölçü götürüləcəyini vurğuladı.

Cəmilə Hüseynova vagina əməliyyatını hansı xəstəxanada etdiyindən xəbərimiz yoxdur. Sözügedən yazıda isə ünvan olaraq hansısa xəstəxanın, eyni zamanda Referans Klinkasının adı qeyd edilməyib. Məsələnin Referans klinkası ilə hansı bağlığının olduğunu və həmin klinkanın rəhbərliyinin narahatlığı bizə məlum deyil. Referans klinkasının rəhbərliyinin marağının nə olduğunu və bizə hədə, təpki, güc nümayiş etdirməsinin səbəbini anlamağa çalışırıq.

Qeyd edək ki, dövrü mətbuatda yayılan məlumatlara görə Referans Klinkası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olan klinkaların siyahısına daxildir. Cavid Qurbanov bir neçə klinkanın ona məxsus olduğu barədə yayılan məlumatların heç birini nə təsdiq, nə də təkzib edib.

Sözügedən əməliyyatın videosunu təqdim edirik:
Ardını oxu...
Teref.az yazır ki tanınmış jurnalist Məhəmmədoglu Ramin aşağıdakı iddia ilə çıxış edib.Daha sonraiddiasına şəırh verən jurnalist yazır:
"Beyləqanın icra başçısı rayonun kommunal xidmət sahəsinin rəisindən 7000 manat pulu niyə və nə üçün tələb edir?
İcra başçısı zibil pulu adı ilə yeni rüşvət mexanizmi qurub?"
Jurnalist iddiaları ilə başılş yazır:
"İcra başçısının bu və digər rüşvət mexanizmi haqda bir azdan geniş yazacağıq."
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Son 10-15 ildə ölkəmizdə kifayət qədər mükəmməl qanunlar qəbul olunub. Təəssüf ki, həmin qanunların çoxu kağız üzərində mövcuddur, yəni bəzi qanunlar işləmir.

Belə xeyli sayda qanun saya bilərik.

Belə gözəl və mükəmməl qanunlardan biri də, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunudur. Qanunun 7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti qadağandır. Belə bir hal olarsa, xüsusi notarius vəzifəsindən uzaqlaşdırılır.

İndi görək, bu qanun ölkəmizdə işləyirmi?

Əlbəttə, bu qanun da digər qanunlar kimi kağız üzərində qalıb. Əgər belə olmasaydı Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu adamın özünə məxsus “R-Petrol” adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqədar kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədli qəsəbəsində (Məhəmmədi kəndində) tikdirib ayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini və daha nələri yazaq…

Görəsən, bütün bunlar sahibkarlıq fəaliyyəti deyil?

Nə olsun ki, Ramiz Hümmətov həmin obyektlərin çoxunu yaxın qohumlarının adına sənədləşdirib. Notariat şefi Ramiz Hümmətov Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib.

Hələ bunlar harasıdır?

Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir. Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub. İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //AZƏRBAYCANREALLIĞI.COM //
 
Ardını oxu...
Xarici İşlər Nazirliyinin bir sıra işçilərinin xəyanəti nəticəsində onlarla gənc həyatını itirdi, yüzlərlə gənc şikəst oldu. Onların korrupsiya əməlləri, dövlət büdcəsini talamaq ehtirası Azərbaycanın ədalətli mövqeyinin dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənməsində ciddi problemlər yaratdı.
Dövlət tərəfindən lobbiçilik hərəkatı üçün ayrılan milyonlarla vəsait E.Məmmədyarov çetesinin 3-4
nəfər üzvünün iştahını doyurmaqdan o yana keçmədi. Bu gün həmin çetenin bir üzvü XİN-in Həmkarlar İttifaqının sədri, Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, adı dəfələrlə böyük yeyintilərdə, məhkəmə çəkişmələrində hallanan “Diplomat-2008” şirkətinin sədri, 2020-ci ildə DTX-nın həyata keçirdiyi
antikorrupsiya əməliyyatı nəticəsində saxlanan, Rusiyanın xidmət orqanları ilə sıx əlaqəsi olduğu iddia olunan Azayev Elxan Çərkəz oğludur.
Lap əvvəldən başlayaq. Qeyd etdiyimiz kimi, ixtisasca su mühəndisi olan bu adamın diplomatik və elmi fəaliyyəti birbaşa Rusiya Federasiyası ilə bağlı olmuşdur. Rusiya Dövlət Kitabxanasında onun siyasi liderlərin kommunikativ qabiliyyətlərinin inkişafı adlı dissertasiyası FB 9 95-1/1822-0 B 9 95-1/1823-9 bu kodlar altında saxlanılmaqdadır. İddia edilir ki, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də onun bağlılığı buradan doğur. Su mühəndisi olan E.Azayevin siyasi psixologiyadan necə dissertasiya yazması bir başqa mövzudur, təbii ki, Elxan Çərkəz oğlu Ağayev gül kimi vaxtını sərf edib psixoloji elmlər üzrə namizədlik dissertasiyası yazan deyildi ki!
Kitabxanada onun avtoreferatı aşağıdakı məlumatları ehtiva edir: Азаев, Эльхан Черкез-оглы. “Развитие коммуникативных способностей политических лидеров : автореферат дис. ... кандидата психологических наук : 19.00.12 / Рос. акад. гос. службы при Президенте РФ. - Москва, 1995. - 24 с. Политическая психология Шифр хранения: 9 95-1/1822-0 B 9 95-1/1823-9”. Aparıcı müəssisə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası. Rusiyanın indiyədək bizə kadr hazırlaması, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş rəhbəri, 5-ci kolonun əsas fiquru sayılan Ramiz Mehdiyev tərəfindən onların respublikada yüksək postlarda yerləşdirilməsi uzaq keçmiş deyil. 1965 ci ildə anadan olmuş Elxan Çərkəz oğlu Azayev də onların bir nümayəndəsi. Yuxarıda qeyd etdiyimiz kimi, əsas ixtisası su mühəndisliyi olan E.Azayevin Xarici İşlər Nazirliyində yüksək post tutması heç də onun bilik və bacarığı ilə bağlı olmayıb, irəlidə haqlarında geniş danışacağımız, DTX-nın antikorrupsiya əməliyyatı ilə əlqədar olaraq həbs olunan Anar və Lamiyə Canəhmədovlarla yaxın münasibəti olub. E.Məmmədyarov 2004-cü ildə xarici işlər naziri təyin olunarkən yuxarıda adları çəkilən şəxslərin məsləhət və israrı ilə E.Azayevi də özü ilə birgə nazirliyə gətirib və onu Həmkarlar İttifaqına sədr qoyub. Amma çox keçmədən korrupsioner nazirlə E.Azayev çox yaxşı dil tapıb. E.Məmmədyarov Xarici İşlər Nazirliyinin vəsaitlərini ABŞ-da yaşayan oğlanlarına daşıyanda, Elxan Azayev də həmin vəsaitləri Moskvaya, oğlu Elman Azayevə yönəldib. Əldə etdiyimiz məlumata görə, Elman Elxan oğlu Azayev 2017-ci ildə Moskva ətrafında yerləşən kiçik Jukovski şəhərində LİNK qeyri-dövlət Beynəlxalq Menrcement İnstititunda təhsil alıb və onu da qeyd edək ki, həmin ildə qəbul olunanlar arasında ən aşağı balı da o toplayıb. Riyaziyyatdan cəmi 27 bal. Lakin atasının imkanları hesabına Elman Azayev 2019-cu ildə “Vahid Rusiya” Partiyasının parlament seçkilərinə Jukovski dairəsindən 1 nömrəli namizəd kimi qatılıb. 1 nömrəli birmandatlı Seçki Dairəsi üzrə “Vahid Rusiya” partiyasından növbəti mərhələdə namizədliyi irəli sürülmək məqsədi ilə namizədlərin əvvəlcədən səsverməsində iştirak üçün əvvəlcədən namizədlərin səsvermə siyahısında onun adı 1-ci yerdə durur. Olqa Puşkaryovanın 24 may 2019-cu ildə facebook-da paylaşdığı “Ya Jukovski” adlı qrupda da siyahı onun adı və soyadı ilə başlayır. Oğlu ardıcıl imperiya siyasəti yürüdən, hətta deputatlarından bəzizsi Bakını bombalamağa çağıran “Vahid Rusiya”çıların sırasında dayanan Elxan Azayev Azərbaycan Xarici İşlər Nazirliyinə hansı xeyri verə bilərdi? Əlbəttə, heç bir xeyri! Amma buna baxmayaraq R.Mehdiyevin himayəsi sayəsində bu adamın bir əli Latın Amerikasına, o biri əli uzaq Afrikanın Ser Leona- Fritaun şəhərinə gedib çatırdı. Baxmayaraq ki. Bu adam Xarici İşlər Nazirliyində konkret olaraq Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri postunu tutub.
Elxan Azayev qohumu Çngiz Ağayev adlı şəxsi də onun biznes işini idarə etmək üçün bir müddət Fritauna ezam etmiş və orada qiymətli daşların emalı zavodu tikməklə məşğul olmuşdur. Deyə bilərsiniz, Xarici İşlər Nazirliyi hara, Fritaunda Qiymətli daşlar zavodu hara. Ümumiyyətlə, Elxan Azayev daş və qumu
həmişə diplomatoyadan üstün tutub. Vaxtilə Qubada çaylardan “rigl” və qumların da Bakıya satış məqsədilə daşınmasına da o, rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə, “Quba karxana əməliyyatında” da E.Azayevin yuxarıda adını çəkdiyimiz qohumu Çingiz Ağayev onun iş icraçısı olub və fəhlələrə əməllicə atıb. Deyilənə görə, hətta bir müddət telefonunu da bağlayıb ki, fəhlələr onu
tapmasınlar.
Əlbəttə, E.Ağayevin Fritaunda təşkil etdiyi biznesinin nazir Elmar Məmmədyarovdan, onun özündən və onların Prezident Aparatındakı himayədarlarından başqa heç bir kimsəyə, o cümlədən Azərbaycan dövlətinə bir qara qəpiklik xeyri dəyməyib. Amma zavodun tikinti, nümayəndənin gedib - gəlmə xərclərin hamısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin büdcəsindən
ödənilib.
Təbii ki, E.Azayevin “bisnes bacarığı” onun getdikcə E.Məmmədyarova və nazirlikdə at oynada Canəhmədovlara daha da yaxınlaşmağa imkan vermişdir. Nəticədə çox keçmədən ömründə bir gün belə diplomatik işdə çalışmayan E.Azayev Azərbaycan dövlətinin strateji marağında olan Avropa ölkələri üzrə
kurator vəzifəsinə təyin olunub. Vəzifə təsadüfən seçilməmişdi, həmin dövrdə Azərbaycan hökuməti Qarabağ məsələsi ilə bağlı Avropa parlamentariləri ilə isti münasibətlər qurmağa çalışır və bu iş üçün böyük məbləğdə vəsaitlər ayırılırdı. Həmin vəsaitlər Xarici İşlər Nazirliyinin Maliyyə Şöbəsinin rəisi olan Lamiyə Canəhmədovanın nəzarəti altında mənimsənilirdi. O, pulun bir hissəsini Amerika, bir hissəsini isə Avropa ölkələri üçün sənədləşdirir, Amerika üçün ayrılan vəsaiti əri, XİN-in ABŞ ölkələri üzrə idarəsinin rəisi Anar Canəhmədovun və digər hissəsini isə Avropa üzrə kurator Elxan Azayevin adı ilə mənimsəiyirdi. Deyilənə görə, büdcədən Xarici İşlər Nazirliyi üçün ayrılan vəsaitin 20 faizini E.Məmmədyarov özü götürürmüş. Buna görə də xaricdəki səfirliklərimiz uzun illər maliyyə qıtlığı içində yaşadıqlarından bir iş görə bilməyiblər. Qərb ölkələrində lobiçiliyə can atan Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu cür tamahkar, acgöz “diplomatlar” tərəfindən mənimsənildiyindən dünyanın bir çox ölkələri bizim ədalətli müharibəmizi dəstəkləmədi.

Ona görə də Azərbaycan Prezidenti 2020-ci il iyulun 16-da yeni XİN naziri C.Bayramovu qəbul edərkən demişdi: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var”.

Həmin adamların önündə isə Elmar Məmmədyarovun sevimlisi Elxan Azayev və Canəhmədov ər-arvadı gedirdi. Əslində, nazirlikdə uzun müddət maliyyə maxinasiyaları aparan şəbəkənin nüvəsində E.Məmmədyarovun birbaşa özünün rəhbərlik etdiyi bu 3-4 nəfər olmuşdur. Onların ən əsaslarından biri olan, Rusiyada siyasi liderlərlə bağlı elm iş müdafiə edərək “alim” adını qazanan nazirliyin yetkisi Elxan Azayev E.Məmmədyarov və Canəhmədovların etmadını doğrultduqdan sonra ona daha bir vəzifə etibar edilmişdi. Tikinti biznesinə nüfuz etmək. Elxan Azayev 2008-ci ilin sentyabrında 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata aldırdığı şirkəti “Diplomat-2008” adlandırır. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman
Rüstəm küçəsi ev 33 A, 53-də (XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüz) yerləşən şirkətin tikdiyi binaların xərcinin yarısından çoxunu, hətta bəzi iddialara görə, 75 faizi XİN-in büdcəsindən ödənildiyi halda satışdan əldə olunan vəsait “buxarlanıb”. "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativinin məqsədi XİN-nin hesabına guya səfirlərə bina tikmək olub. Şirkət XİN-in arxasında, “Nizami” metrosu yaxınlığında, M.İbrahimov 53-də 20 mərtəbəli, “Ağ şəhər”də Birinci fəvvarə küçəsində yeddi bloklu başqa bir bina tikmişdir. Birinci adını çəkdiyimiz binada 166 kv. mənzilin qiyməti 600 min manat olmuşdur. Maraqlıdır ki, həmin binalardakı mənzillərdən yalnız 9-da diplomatlar yaşayır. Qalanını isə imkanlı adamlar alıblar. Təbii ki, həmin sırada Canəhmədovların və E.Azayevin 3-4 mənzilini də qeyd etməliyik. Hər nə olur olsun, mənzil məsələsini başa düşürük, amma “Diplomat-2008”-in Sumqayıtda ticarət mərkəzi tikməsini anlamaq olmur.
Yəni bazarın XİN-ə nə aidiyyatı?

Amma bu da anlaşılandır, kişilər pul qazanmaq istəyib. Qəribəsi odur ki, başdan-ayağa korrupsiya, rüşvət girdabında boğulan Elxan Azayev 2012-ci ilin iyul ayında nazirin təqdimatı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsinə layiq görülüb. Görünür, elə bu cəzasızlıq onu daha da ruhlandırıb. Hətta mənzillərin satışı yekunlaşdıqdan sonra da binadakı evləri alan və borcunu ödəmiş insanlara məktub göndərərək yenidən vergi borcu adıyla hər kvadrat metr üçün 40 manat tələb etməyə başlayib.

Ümumiyyətlə, dünya diplomatiyası adına ləkə ola biləcək bu şəxslərin hələlik heç birisi layiqli cəzasını almayıb. E.Azayevin sonrakı fəaliyyəti barədə növbəti yazımızda.

“Gündəm Xəbər”

Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun keçmiş kürəkəni Sadiq Poluzadə boşandığı həyat yoldaşı ilə arasındakı məhkəmə işinə qayınatasının müdaxilə etdiyini iddia edir.

S.Poluzadə “Qafqazinfo”ya müraciətində bildirib ki, həyat yoldaşından boşandıqdan sonra ona qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölüşdürülməsi iddiası ilə yeni məhkəmə icraatı başlanıb. Keçmiş həyat yoldaşı ona məxsus qızılların geri qaytarılmasını tələb edib.

Poluzadənin sözlərinə görə, həmin qızılları hələ boşanma ərəfəsində Məmmədovlar ailəsinə verib

“Bunu sübut edən videogörüntü də var. Videoda Mayıl Məmmədovun oğlu deyir ki, qızılları alıb öz evlərinə aparıblar. Mən bu videonu müstəqil fəaliyyət göstərən bir neçə ekspertiza mərkəzində ekspertizadan keçirmişəm, hamısı da videonun orijinal olması ilə bağlı rəy verib. Amma Mayıl Məmmədov vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlardan istifadə edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təzyiq edərək rəyin dəyişdirilməsinə nail olub və rəydə qeyd edilib ki, guya video montaj olunub. Məndən 64 min manat tələb edirlər. Halbuki mən kasıb adamam. 2019-cu ildə evlənəndə 15 minlik qızıl almışdıq. İndi bu qızıl necə bu qədər qiymətə mindi?”

Hazırda işə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında baxılır:

“Mayıl Məmmədov məni və ailəmi izlədir, bununla bağlı səs yazıları da var. Yaxın dostları vasitəsilə məhkəməyə müdaxilə edir. Hakim Şəhriyar Əliyev açıq-aşkar formada işə birtərəfli baxır. Əvvəlcə vəkilim İlqar Rüstəmovun orderi olduğu halda məhkəmə iclasına buraxılmadı. Hakim qanunvericliyin tələbinə zidd olaraq etibarnamə tələb edirdi. Növbəti iclasda hakimin işdə maraqlı olduğunu bildirərək rəsmi qaydada hakimə etiraz üçün vəsatət vermək istədiyimizi bildirəndə Şəhriyar Əliyev ərizəni rədd etdi.

 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Proses zamanı qarşı tərəfə sual verəndə hakim bizə deyir ki, “az sual verin, ayaqüstə dururlar, yorulurlar”. Biz vəsatət verəndə isə “otur aşağı, mən iclası belə aparıram” deyərək prosesin ədalətli aparılmasına imkan vermir. Bütün bunlar sadəcə iddia deyil, çünki məhkəmə prosesləri videogörüntü ilə aparılır və bu dediklərim hər biri qeydə alınır”.

Şikayətçi qeyd edib ki, prosesdə qeydə alınan pozuntularla bağlı Məhkəmə Hüquq Şurasına ərizə göndərsə də, hələ cavab verilməyib.

Keçmiş kürəkəninin ittihamları ilə bağlı Mayıl Məmmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, səslənən iddialar tamamilə şər-böhtan və şantaj xarakterlidir:

“Onun barəsində məhkəməyə müraciət etmişəm ki, məni şantaj edir. Bu, ailə arasında olan problemdir. Qızımı döyüblər, işgəncələr veriblər. Daha sonra ayrılıblar. Birgə nikah dövründə alınmış evi satıblar. Gəlin gedərkən qızımın apardığı cehizləri, mebelini belə qaytarmaq istəmirlər. Mən isə heç bir şey istəmədən ata kimi qızımı götürüb evə gətirmişəm. Bu işə mən qarışmamışam, qızım özü məhkəməyə müraciət edib”.

Məsələ ilə əlaqədar S.Poluzadənin keçmiş həyat yoldaşı ilə də əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Ardını oxu...
DİA.AZ: - "Hazırda Bərdəyə başçılıq edən Vidadi İsayevin elə qardaş Türkiyədə 200 milyon manatlıq obyekt və evləri var. Əsasən evlərini Anklara və İstanbuldan alan Bərdə RİH başçısının Türkiyənin Dənizli şəhərində bir kiçik tekstil fabrikində ortaqlığı da var". DİA.AZ bildirir ki, bu iddia ilə çıxış edən Türkiyədəki soydaşlarımızdan biri saytımız vasitəsilə V.İsayevə müraciət də ünvanlayıb.

"Cənab başçı bu gün bir köşəyə çəkilib, səsini çıxartmır. Bundan ötrüdəmi "yuxarıların" əmrini gözləyir? Adam bu qədərmi xəsis olar?" deyə haqlı suallarını yağdıran soydaşımız bildirir ki, Vidadi İsayevin bu vaxta qədər zəlzələdən əziyyət çəkən qardaş ölkəyə hansısa yardımda bulunmasını eşitməyib:

"Mən eşitməmişəm. Vidadi İsayev bu illərərzində Türkiyədə sərvətinin üstünə sərvət qatıb. İndi də xəsislik edir... Bu, yaraşmaz insanlığa... Hələ millət olmağımızı bir yana qoyuram..."

İddia olunanlarla bağlı dia.az olaraq Bərdənin icra başçısına zəng etməyə çalışsaq da, telefonumuza cavab verilmədi. Yenə də cənab başçını dinləməyə hazırıq...
Ardını oxu...
Mingəçevirdə Milli qəhrəman İxtiyar Qasımovun adını daşıyan küçədə yağışdan sonra həm sürücülər, həm də piyadalar üçün hərəkət çətinləşir.

Yolda yaranan çalalar gediş-gəlişə mane olur.

Sakinlərin sözlərinə görə, yol kanalizasiya çəkilişindən sonra bu vəziyyətə düşüb.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 
Ardını oxu...
Azərbaycanda binaların zəlzələyə davamlı olmaması ilə müzakirələrin ardından sosial şəbəkələrdə fotofaktlar paylaşılıb.

Paylaşımların birində Xırdalandakı "Blue residence" şirkətinə məxsus binanın yarımtikili şəklindəki fotoları "Elə bil beton yerinə qamışdan istifadə eiblər" başlığı altında paylaşılıb.

Fotoya baxan zaman binanın sütunlarının bir mişar daşının enindən belən nazik olduğu görünür.

Müzakirəyə qatılanlar binanın beton sütunlarının bu qədər nazik qata malik olması ilə bağlı etirazlarını bildiriblər. Dolayısı ilə zəlzələyə davamlılığın zəif olduğunu qeyd edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
2 min şagirdlik R. Əlihəsənov adına Masallı şəhər tam orta məktəbinə yeni direktor təyinatından sonra burada maraqlı mənzərələr sərgilənir. Məlumat üçün bildirək ki, bu məktəbdə 25 xadimə ştatı var imiş.

Bəziləri zarafatla məktəbin “Xadimə Korpusunu” rayonun “mini kommunxozu” da adlandırırdı. Bu xadimələrin 16-sı həqiqətən məktəbdə xadimə işləyirmiş. 9 nəfərə isə... ştatda vəzifələri xadimə olsa da, realda onlar “müəllim”, yaxud digər vəzifə sahibi kimi tanınırmış.

Yəni, 16 xadimə 3 sinif əvəzinə, 5 sinif otağını təmizləyir, 2 qat zəhmət çəkib, daha artıq saat işləyərək, “yalançı xadimələrin” də əvəzinə sinifləri, karidorları, həyat-bacanı süpürürmüşlər.

İndi işlər aşkarlanandan sonra həmin “xadimələr” deyir ki, biz pulu xadiməlik üçün verməmişik. Bəs vəzifəniz nədir? Onu da bilmirlər.

Son məlumata görə, artıq 9 “yalançı xadimə”dən 1-i öz ərizəsi ilə işindən azad edilib. Daha bir nəfər də işi ilə vidalaşmağa hazırlaşır. Mənbə bildirir ki, bu “9-ların” bir çoxu vəzifəli şəxslərin yaxınlarıdır.

Yəqin ki, yaxın günlərdə məsələyə tam aydınlıq gələcək – ya yalançı xadimliyə əlvida, ya da süpürgə.

Oxucular yəqin xatırlayar ki, biz illərdir məktəblərdə “xadimə biznesindən” yazardıq. Nədir “xadimə biznesi”? Loru desək, məktəb direktorlarının çörək ağacı. Yəni, şagirdlərin sayından asılı olaraq, təxminən məktəbdə 10 xadimə ştatı varsa, onları 4-5-i işləyir, digər xadimələrin kartları isə direktorların, ya da onların himayədarlarının cibində olurdu.

Məktəb rəhbərliyi deyilənləri əsasən təsdiq etdi. Əksəriyyət isə Şəhər 1 saylıdakı “xadimə” tamaşasının sonluğunu maraqla gözləyir. Yeni direktor arxalı xadimələrin səlahiyyətli qohumlarının təzyiqinə tab gətirə biləcəkmi? “Yalnçı xadimə”lərin siyahısı isə hər an açıqlana bilər.

Cenub.az. Zahir Əmənov
 
Ardını oxu...

 

  • 11:40 - 09 Fevral

Sosial şəbəkələrdə özlərini "Şərur" MTK-nin rəhbəri İsfəndiyar Axundovun yaxın qohumları adlandıran şəxslər iş adamının Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə 5 milyon dollar yardım göndərməsi barədə məlumatlar yayıb.

"Şərur" MTK- nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya eksklüziv açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə yardım edilib, lakin sosial şəbəkələrdə yayılan məlumatlarda bu məbləğ şişirdilib.

"Bildiyimiz kimi, Qardaş Türkiyəyədə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım,  "Qardaş Köməyi” Platforması yaradılıb. Təbii ki, İsfəndiyar Axundov da qardaş köməyini əsirgəmədi. Tanımadığımız şəxslər özlərini İ.Axundovun yaxın qohum adlandıraraq  sosial şəbəkələrdə  güya beş milyon dollar yardım etdiyimizi yayımlayır. Bəli, yardım etmişik, ancaq məbləğ şişirdilib", -deyə o bildirib. 

Tünzalə İsmayılova edilən yardımla bağlı məbləği açıqlamağa ehtiyac duymadığını qeyd edib: "Sadəcə, onu deyə bilərəm ki, yayılan məlumatlar tamamilə yalnışdır". 

Dünyapress TV

Xəbər lenti