"Deyirlər ki, get kimə şikayət edirsən et..." -
Bakının Nərimanov rayonunda "Çarbağ" MMC Xudiyeva Leyli Xudu qızına məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir.

Şikayətçi bildirib ki, 2013-cü ildə Bakı şəhəri Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 31 ünvanında 3 mərtəbəli köhnə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, hər iki tərəfdən yola açılmaqla qapısı olan və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyatda olan 23.4 kv sahəli obyekti 65 min ABŞ dolları ödəyərək alıb. Daha sonra obyekti təmir etdirib. 2017-ci ildə isə Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 3 mərtəbəli binanın sökülüb yerində çoxmərtəbəli yeni bina tikiləcəyi əmlak sahiblərinə bildirilib. "Çarbağ" MMC şirkəti binanı sökərək yerində yeni çoxmətəbəli tikili inşa edib.

Xudiyeva Leyli Xudu qızı qeyd edib ki, tikinti şirkəti ilə aralarında bağlanan müqaviləyə əsasən obyekt tikilib hazır olana qədər ona hər ay 300 manat məbləğində kompensasiya ödənilib. Şikayətçinin sözlərinə görə, artıq 2 ilə yaxındır ki, bina tam hazır vəziyyətdə olmasına baxmayaraq "Çarbağ" MMC hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir:

"Mənə məxsus olan obyekt hazırda tam təmirlidir və istifadə olunur. MMC rəhbərliyinə dəfələrlə müraciət etsəm də, "get gələn ay gələrsən, 15 gün sonra gəl, ilin axırıdır, gələn ilin əvvəli gələrsən" deyərək məsələni həll etmirlər. Deyirlər ki, get kimə şikayət edirsən et.

66 yaşım var, qardaşlarımın köməkliyi ilə bu obyekti almışıq. Səhhətimdə ciddi problemlər var. Qaraciyərimin 2/3 hissəsi 2009-cu ildə keçirdiyim ağır əməliyyatla çıxarılıb. Həmçinin ürək çatışmazlığından əziyyət çəkirəm. MMC rəhbərliyi bunları nəzərə almır və hər gedişimdə məni əsəbləşdirib yola salırlar. Bu səbəbdən səhhətimdə ciddi problemlər yaranır, maddi və mənəvi ziyan çəkirəm.

Mənim obyektim binanın künc hissəsində hər iki tərəfdən yola qapısı açılan yerdə yerləşir. Videoda üzərində "Vedi" yazılan mağaza mənə məxsusdur. Amma "Çarbağ" MMC qanunsuz olaraq mənə məxsus olan obyekti başqasına verib və sizə göndərdiyim videoda olan mağazaların kənarında yerləşən, ağ kiçik qapısı olan anbar tipli yeri təklif edir. Təbii olaraq təkliflə razılaşmıram, mənə məxsus bütün sənədləri qaydasında olan qeyri-yaşayış obyektimi təhvil verməklərini tələb edirəm.

Sizdən xaiş edirəm ki, məsələnin işıqlandırılmasında, haqq-ədalətin bərpa olunmasında mənə köməklik edəsiniz. Onu da qeyd edim ki, məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə, baş nazir Əli Əsədova və baş prokuror Kamran Əliyevə ərizə ilə müraciət etmişəm".

Şikayətçi qeyri-yaşayış obyektinin sənədlərini, "Çarbağ" MMC ilə bağlanan müqaviləni, binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən görüntüləri redaksiyamıza sübut olaraq göndərib. //yenisabah.az//
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti