Ardını oxu...
"TikTok çıxardanın atasına lə@nət!!… Demək, Sevgi Evi qadın və uşaq sığınacağının rəhbəri Könül gecə 12-də alıb bir köməksiz körpəni qucağında 2 saat oturub TikTokda canlıda pul qazanır… Sən Ləmansan, Bayram Nurlusan, nə bilim, Azərsən???TikToker olmaq istəyirsən, get öz uşaqlarını al qucağına canlıdakılarsan şir-şlyapa dilən də. Köməksiz körpələri, onların məcburiyyətdən, çarəsizlikdən susan analarını niyə istismar edirsən?!!O körpənin gözlərində qorxuya baxın… Adamın ürəyi parçalanır. 2 saat qoymur uşaq tərpənə… Soruşuram sizdən - şiddət görməyən uşaq bu cür qorxa bilər? Qətiyyən!!! O uşaq bu qadından qorxur! Beləsinə uşaq tapşırmaq olar??? Ailələrindəki şiddətdən qaçanlar üçün yaradılan sığınacaq vermək olar??? Bu özü işgən@cə maşını, istismarçıdır ki…."
Teref.az yazır ki, bunu Prime TV-nin baş redaktoru Aygün Muradxanlı deyir. Daha sonra Aygün xanım fikirlərini şərh edərək yazır:
"Qurdalayarsan arxasından bir general çıxar. Hər halda bu uzun dilin bir qaynağı var. Olsun…, onu da taparıq.
Dostlar, çatda ona yazan həmkarım İrada İsaqdır. Səhifəsini bağlayıb deyə bir neçə jurnalist dostundan FB-da ictimailəşdirilməsini istədi. İradənin haqlı iradlarına verdiyi lotuyana cavablarına baxın bunun!!! Öyrənmişik ki, atası Ağdam İH başçısının keçmiş müavini olub - Zülfü Qasımov. Başında qalıb yəqin qarşısındakıları aşağılamaq. Biri buna başa salsın ki, atasını qulağından tutub atıblar bayıra.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hara baxırsız? Bu qadın uşaqların istismarı ilə məşğuldur. Anonimliyi pozur, hamamda çimən yerdə uşaqların şəkillərini paylaşır. Bütün Türkiyə bundan danışır. Şərh bölümünə o videonu da yerləşdirəcəm. Bəlkə bir qadın avara-narkoman ərindən uşağını götürüb bu sığınacağa pənah gətirib? Bu qadın şəkil-video paylaşmaqla o anonimliyi pozmur? Sabah orda bir cinayət olsa, bu TikTok ceyranı necə alacaq qarşısını? Lütfən bu Könül Qasımova ilə bağlı tədbir görün. Bu tərbiyədə, bu əxlaqda, bu şüurda birisinə onlarla köməksiz durumda qalan insanları etibar etmək olmaz. Bütün iradlara cavabı - əcəb eləyirəm, özüm bilərəm… Bəlkə bunum korlanmış könlü sabah orqan mafiyası ilə işbirliyi çəkəcək? Ya uşaqları kiməsə satacaq? Danışığından görünür ki, o potensialı var. Lütfən, baş verməmiş cinayətlərin qarşısını indidən alın. Onlarla insanın taleyindən söhbət gedir."
İradə İsaqa isə bu məsələni ictimailəşdirdiyi üçün təşəkkür düşür. Özünü himayəçi kimi göstərib uşaqlar üzərindən alver edən belə tiplərlə mübarizədə onunlayıq.
Bütün həmkarlarımdan məsələyə özəl diqqət ayırmalarını xahiş edirəm."
Teref.az olaraq qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq!
Teref.az

 
 
0:09 / 0:53
 
 
 
 
Ardını oxu...
Turantv.az saytın elektron poçt ünvanına Gəncə təhsili haqqında rüşvət faktı ilə bağlı Aynurə Mehdiyeva adlı şəxs tərəfindən məlumat daxil olmuşdur.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 1,500 min manatlıq pul silinməsi əməliyyatı….
Adı çəkilən Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində olan Samux rayon məktəblərinə və uşaq bağçalarına “XAMA” deyilən ərzaq adı altında 1,500 min manatlıq pul silinməsinə yol verilibdir.
Məlumatı sabiq məktəb direktoru, youtbe sosial şəbəkələrdə çıxışı zamanı bildiribdir. Onun sözlərinə görə Təhsil şefi Anar Qədiməliyev və onun müavini belə bir qanunsuzluğa yol veriblər.
Digər verdiyi məlumata görə, Samux rayon Təhsil İdarəsinin baş mühasibi İlhamə Muradova yuxarıda qeyd etdiyimiz, 1,500 min manatı Anar Qədiməliyev və onun müavininə şəxsən öz əlləri ilə veribdir. Bunun nə qədər doğru olması üçün araşdırma tələb olunur.
Hesab edirik ki, Baş Pokurorluq, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Maliyyə Nazirliyi Gəncə -Daşkəsən Region Təhsil İdarəsində araşdırma aparsa yazılanlar öz təsdiqini tapar.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Turantv.az
 
Ardını oxu...
Bakı şəhəri, Nizami rayonunda yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan şikayətlərə əsasən keçmiş baş həkim Ameran Qurbanovanın fəaliyyəti dövründə yeyinti hallarına yol verdiyi və eyni zamanda öz səlahiyyətlərindən sui-istifadə etdiyi iddia olunur.

Belə ki, keçmiş baş həkim xəstəxananın problemləri ilə maraqlanmamaqla yanaşı, müayinə üçün gələn xəstələrin əlavə çətinliklərlə üzləşməsinə yol açan özbaşınalıqlara yol verib. Bu baxımdan, artıq 1 ildən çoxdur ki, xəstəxanada ultrasəs müayinə (uzi) aparatı yoxdur. Ona görə də xəstələr müayinə üçün ya Keşlədəki, ya da Nefçilər metrosu yaxınlığındakı başqa poliklinkaya göndərilir. Bu isə xəstələrin vaxt itkisi ilə yanaşı, əlavə xərclə yüklənməsinə yol açır.

Eyni zamanda, xəstəxananın palatalarının rütubətli olması yataq rejimində olan xəstələr üçün əlverişsizdir və bu, onların sağlamlıqları üçün təhlükədir.

Bundan başqa, bu xəstəxanada kanalizasiya sisteminin də tibbi otağın tam yanında olması antisanitariyaya yol açıb.

Qeyd edək ki, xəstəxanadan verilən açıqlamada ultrasəs müayinə (uzi) aparatının işləməməsi ilə bağlı rəsmi orqana dəfələrlə müraciət etsələr də, geri cavab almadıqlarını bildirdilər. Kanalizasiya sistemi ilə bağlı sualımıza isə tərəddüdlə, “hal-hazırda düzəltməyə gəliblər”, – cavabını verdilər.

Redaksiyamıza daxil olan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...

 Elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər. Bu şəxlsərin özləri də saxta yollarla alimlik dərəcəsi alıblar. 

Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur. 

2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər. 

Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-na 5 milyon 160 min manat rüşvə daxil olub. 

F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir.

Sən demə, F.Mustafayev həm də varlı ailələrin, məmurların övladlarının cehizlik məsələlərinin həllində də yaxından işitak edir. Belə ki, qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissiyasına rüşvət verib alimlik diplomu alırlar.

Samir Feyruzov

Ardını oxu...
DİA.AZ: - "Xəbər verdiyimiz kimi son 2 ildə Respubilka Dəri-Zöhrəvi Mərkəzinin həkimlərinin işdən çıxarılması,narazı salınması və bunun müqabilində peşəkar həkimlərin Mərkəzi tərk etmələrinə dair xəbər vermişdik". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hazırda Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov tərəfindən operator vəzifəsində çalışan Nərmin Qəzənfərova şikayətçidir.Onun şikayət etmədiyi dövlət orqanı qalmayıb.Hələ ki,bu istiqamətdə şikayətçi müsbət irəliləyişə nail olmayıb.

TƏBİB-də Dəri-Zöhrəvi Mərkəzində baş verənləri,orada olan maliyyə pozuntularını,öz yanından ştat vahidlərinə işə götürülən şəxsləri və Mərkəzin aptekində baş verənləri araşdırmaq istəmir.Hər dəfə edilən şikayətlərdən aparılan yoxlamalar baş həkimin maraqlarına uyğun yekunaşır.Ona görə də,artıq Nərmin Qəzənfərovanın mərkəzdə baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəyinə dair xəbərlər dolaşır.

Məlumatlardan o da aydın olur ki,Muşviq Zeynalovun hər addımından həkimlər narazıdır.Sadəcə digər həkimlər nəyinsə xətirinə hələki danışmırlar.Bu mənada bildirilir ki, Respubilka Dəri-Zöhrəvi Mərkəzində bir neçə boş otaqların olmasına baxmayaraq,baş həkim həmin otaqları həkimlərə vermək istəmir.Bir sıra həkimlər bir otaqda 6-7 nəfər olmaqla yerləşiblər.Bu da xəstə qəbulu zamanı çətin vəziyyət yaradır,ağız deyəni qulaq eşitmir.

Bu arada o da bildirilir ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinə bitişik əqli qüsurlu uşaqlar üçün internat köçürüləcək,bu amil mərkəzin də bir neçə istiqamətə köçürüləcəyi ehtimalını artırır.Ərazidə hündürmərtəbəli binanın tikiləcəyi bildirilir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Fevralın əvvəlindən Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatdan istifadə qiymətləri 33 faiz bahalaşıb. Tarif Şurası gedişin maya dəyərinin baha başa gəlməsini əsas gətirib.

İctimai nəqliyyatdan istifadə üçün sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat təşkil edib.

Bu məbləğin 5%-i yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” MMC adlı şirkətin hesabına gedib.

Mətbuat 2 ildir ki, "K Group" MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə aid olduğu barədə yazır. Reyestr məlumatlarından görünür ki, şirkətin hüquqi ünvanında digər şirkət "GMSA" MMC qeydiyyatdan keçib. Vüsal Kərimli GMSA MMC-nin direktoru olub.

Toplum TV-nin sorğusuna cavabda Bakı Nəqliyyat Agentliyi vaxtilə Vüsal Kərimlinin hər iki şirkətin təsisçisi olduğunu təsdiqləyib:

"Bu barədə məlumatı yayanlar əsasən İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə istinad edirlər. Lakin elə dövlət reyestrinin məlumatında da qeyd olunduğu kimi MMC 2014-cü ildə təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edildiyi üçün Vüsal Kərimli hər iki MMC-dəki fəaliyyətini dayandırıb".

Qurum bildirib ki, Vüsal Kərimlinin daha o şirkətlərə aidiyyatı yoxdur, Amma agentlik qurum rəhbərinin özəl biznesdən dövlət sektoruna keçərkən şirkəti satıb satmadığı, yaxud kimə ötürdüyü barədə heç bir məlumat vermir. Reyestr məlumatlarına görə, "K Group" MMC-nin hüquqi ünvanı hələ 20 yanvar küçəsi 3 mənzil 13-dür. Müxbirimiz ünvana baş çəkib və elə qapının önündə tapdığı kommunal ödəniş bildirişlərində mənzil sahibinin Kərimli Vüsal Ağaməmməd oğlu yəni BNA sədri olduğunu görüb.

Dövlət Satınalmalar haqqında qanunun 13-cü maddəsi dövlət sifarişçisi ilə podratçı arasında hər hansı asılılıq, qohumluq əlaqəsini qadağan edir. Məsələ bununla bitmir. Vaxtilə özəl şirkətdə çalışmış şəxsin sonra işlədiyi dövlət qurumundan öncəki iş yerinə sifariş verməsi düz 3 il ərzində qadağandır.

Vüsal Kərimlinin rəhbərlik etdiyi K Group isə 2015-ci ildən Bakı Karta ödənişli xidmət həyata keçirir. Bu durum Kərimli 2016-cı ildə BNA-ya rəhbər gələndən sonra da dəyişməyib.

BNA-nın başqa podratçı tapması mümkün idimi? İqtisadçı ekspertlər bu xidməti böyük sərmayə tələb etmədən təminatlı gəliri olan fəaliyyət kimi qiymətləndirir.

İqtisadçı Toğrul Vəliyev deyir ki, 2015-ci ildə "K Group"un Bakı Kart üçün texniki dəstək göstərən şirkət olaraq seçilməsi də qeyri-şəffaf olub.

Toğrul Vəliyev deyir ki, bu sahədə rəqabət üçün başqa şirkətlərə imkan verilməyib. Verilsəydi, ən azı kart ödənişi xidmətində daha ucuz təklifləri nəzərdən keçirmək olardı. Hələliksə, himayəçisi olan, rəqibi olmayan şirkətin aldığı 5 faiz gediş haqqına – yəni vətəndaşın cibinə şərik olur.

Toplum TV

 

Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə "Tronıq” MMC arasında icarə qalmaqalı davam edir. Bu dəfə texnopark Bakı Kommersiya Məhkəməsində "Tronıq” MMC barəsində iddia qaldırıb. İddiada şirkətlə imzalanan müqavilələrin ləğvi, icarə haqqının və maddi zərərin ödənilməsinin təmin olunması xahiş edilir.

DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya texnoparkdan məlumat verilib.

Bundan əvvəl "Tronıq” MMC texnoparkı məhkəməyə verib. Birinci instansiya şirkətin iddiasını qismən təmin edib, YTP prosesi apellyasiya mərhələsində də uduzub. Şirkətin rəhbərliyi texnoparkın baş direktoru Vasif Abbasovu məhkəmə qərarlarının icrasına mane olmaqda ittiham edib.

Texnoparkdan daxil olan məlumatda isə deyilir ki, rezident statusunu alan "Tronıq” MMC-nin direktoru Anar Nəbiyevə fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şəraitin və imtiyazların verilməsinə baxmayaraq, o, bundan sui-istifadə edərək qeyri-qanuni işlərlə məşğul olub: "Anar Nəbiyev ona etibar edilmiş dövlət mülkiyyətində olan binadan və avadanlıqlardan başqa məqsədlər üçün istifadə edib və Texnoparkın saxlanılmasına görə xidmət haqqını, eyni zamanda icarə haqqlarını ödəməyib, həmçinin əraziyə qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədən naməlum şəxslərin daxil olmalarına şərait yaradıb. Bu səbəbdən onun qanunsuz işlərinin aparılmasının qarşısı alınması istiqamətində müvafiq tədbirlər görülüb. Həmçinin, "Tronıq” MMC-nin rezident statusuna və bağlanmış icarə müqavilələrə xitam verilib”.

Məlumatda iddia edilir ki, Anar Nəbiyev Texnoparkdakı qanunsuz əməllərinin qarşısını almaq istəyən əməkdaşlara qarşı qeyri-etik davranıb:
Ətraflı

"Onları hədələyib, hətta cənab Prezidentin sərəncamı ilə 3 medalla təltif edilən Vətən müharibəsi şəhidinin atası "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi Rahim Heydərovu təhdid edib. Daha sonra da, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərib.

Bundan əlavə, müəyyən edilib ki, Anar Nəbiyev əmək və vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınmaq məqsədi ilə heç bir işçisi ilə rəsmi olaraq əmək müqaviləsi bağlamayıb. Anar Nəbiyev də qanunsuz əməllərinə davam edə bilmədiyinə görə mətbuata tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatları təqdim edib”.

Xatırladaq ki, AMEA Yüksək Texnologiyalar Parkı 8 noyabr 2016-cı il tarixdə yaradılıb. Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Texnoparkın direktoru Vasif Abbasov 2020-ci ilin avqust ayından AMEA Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Ardını oxu...
Biz bir media olaraq illərdir ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin dözülməz vəziyyətdə olması ilə bağlı silsilə yazılar dərc edirik. Və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məhkəməni nəzərdə tutaraq “Bura ƏDALƏT SARAYI olmalıdır” fikrini də nümunə gətiririk. Amma min təəssüf ki, Azərbaycanda bir çox hakimlər bu ƏDALƏT SARAYINI bərbad günə qoyublar. Hətta Milli Məclisin tribunasından millət vəkilləri “Azərbaycanda məhkəmə-hüquq sistemi fəlakətli vəziyyətdədir” deyiblər.
İndi özünüz təsəvvür edin ki, vəziyyət hansı həddə çatıb ki, deputatlar belə kəskin, sərt ifadələr işlədirlər. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə son 10 ildə bir çox sahələrdə ciddi islahatlar həyata keçirilib. Amma məhkəmə-hüquq sistemi bu islahatlardan kənarda qalıb. Bütün məhkəmə instansiyalarında vətəndaşların hüquqları kobud şəkildə pozulur, özbaşınalıq, qanunsuzluq, rüşvət son həddə çatıb. Əgər ölkə mediasını 2-3 gün izləsəniz məhkəmə-hüquq sistemi ilə bağlı onlarla tənqidi materiala rast gələrsiniz.
Məlumdur ki, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev məhkəmə-hüquq sistemindəki neqativ vəziyyətin aradan qaldırılması, islahatların aparılması üçün Fərman imzalayıb. Fərmanın birinci bəndində göstərilir: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər…
Ancaq bu FƏRMANA baxmayaraq məhkəmə-hüquq sistemindəki dözülməz vəziyyət daha da ağırlaşıb. Və məhkəmə-hüquq sistemində rüşvət, korrupsiya halları daha da kəskinləşib.
Təsəvvür edirsiniz, son illərdə 500-dən artıq hakim barəsində intizam icraatına başlanıb. Bu təsəvvür olunmaz dərəcədə dəhşətli haldır. Nəzərə alsaq ki, hakimlər heç də hər xırda əmələ görə cəza almırlar, gərək, Məhkəmə Hüquq Şurasına, ölkə rəhbərliyinə onlar barəsində çoxsaylı şikayətlər getsin, hakimlərin törətdikləri qanunsuzluqlar ictimailəşsin və s. Digər vacib məqam isə odur ki, bəzi məhkəmə hakimlərinin qərarları Azərbaycan dövlətinin imicinə zərbə vurur. Belə ki, bu gün Avropa hüquq məkanından Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət ünvanlanan iki ölkədən biri Azərbaycandır.
Hər il Avropa Məhkəməsinə yüzlərlə şikayət gedir və nəticədə bəzi rüşvətxor məhkəmə hakimlərinə görə, Azərbaycan dövləti milyonlarla cərimə ödəməli olur. Yəni söhbət təkcə dövlətimizin imicinə vurulan zərbədən getmir, həm də milyonlarla cərimə ödəyirik. Beləcə, Azərbaycanda aparılan islahatlara kölgə düşür, dövlətin imici ləkələnir, ölkəmiz beynəlxalq hesabatlarda dünyada qanunun aliliyinin olmadığı respublikaları ilə bir sıraya qoyulur. Bu da Azərbaycanı xarici sərmayələrdən, genişlənən əməkdaşlıq imkanlarından məhrum edir.
Sözümüzün canı odur ki, məhkəmə-hüquq sistemində təcili ciddi islahatlara başlanılmalıdır. Bəli, məhkəmə-hüquq sistemimizə kölgə salan hakimlərdən biri də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevdir. Vəli Abdullayev 1968-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi, 2009 – 2021-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir.
Bu adam üçün ədalət, qanun-filan deyilən dəyər yoxdur, ancaq imkanlı və imkansız söhbəti var. Və Vəli Abdullayev ancaq imkanlı şəxslərin sözü ilə qərar qəbul edir. Vəli Abdullayev fəaliyyətindən bircə misal gətirməklə onun əməlinə qiymət vermək olar. Belə ki, Vəli Abdullayev qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxs barəsində BƏRAƏT qərarı verib. Görəsən, Məhkəmə-Hüquq Şurası bunları görmür..? Görə bilər, axı Vəli Abdullayev Vasif Talıbovun ən yaxın adamlarından hesab olunurdu.
Növbəti yazıda Vəli Abdullayevin 11 il cəzaya məhkum olunmuş şəxsi ehtiyatsızlıq səbəbi ilə azadlığa buraxmasından bəhs edəcəyik. Bizi izləyin.
 //gundelik-baku.com//
Ardını oxu...
Qobustan rayonu, Ərəbşahverdi kəndində pasport qeydiyyatında olan və yaşayan fermer Lətifov Becan Gülbala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, yazıb Sizə bildrmək istəyiəm ki, biz aqrar təsəsrrüfat fermerləri həmişə çalışmışıq ki, ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün taxıl istehsalı ilə məşğul olaq. Mənim ailəmə torpaq islahatı zamanı kəndimizin ərazisindən 21 ha sənədlə pay torpaq mülkiyyətimizə verilmişdir. Və hər ili də burada taxıl əkmiş, dövlətdən subsidiya almışıq. Bu il, 2022-ci ilin yazında KTN-yi yanında Aqrar Sığorta Fondunun əməkdaşları sahəmizdə bizə yaxınlaşdılar ki, bəs əkdiyiniz taxılı məcburi sığorta etməlisiniz. Əks təqdirdə, sizə subsidiya yazılmayacaqdır. Biz də digər fermerlər kimi məcbur olub razılaşdıq. Mən 15 ha əkdiyim taxıl üçün sığortaya ödəniş etdim ( Kapital bank vasitəsilə) Lakin Aqrar Sığorta Fondu tərəfindən bizə sonra heç bir sığorta müqaviləsi təqdim etmədi.
Çox təəssüflər olsun ki, bu ilin martın axırı, aprelin əvvəlində ümumi sahəmizdə güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu aparmış, sahəni pis günə qoymuşdur. O cümlədən qonşuluqdakı bütün taxıl sahələrinə də təbii fəlakət nəticəsində ziyan dəymişdir. Aqrar Sığorta Fondunun komissiyasının 1-ci dəstəsi aprelin əvvəlində sahələrə baxış keçirdilər və fəlakəti olduğu kimi aktlaşdırdılar. Sonra nə fikirləşdilərsə, 2-ci dəstə komissiya bu ilin may ayında gəlib təzədən sahələrə baxış keçirdilər və yenidən aktlaşdırdılar. Lakin bu dəfə komissiya əvvəlki komisiyadan fərqli olaraq taxılımıza guya quraq nəticəsində ziyan dəyməsini aktlaşdırdılar. ASF-du qonşularımızın şikayətlərindən sonra onların sahələri üçün 100 % sığorta ödənişi etsə də bizə 15 ha-dan cəmi 2 ha ziyan dəyməsini sənədləşdirdilər. Qalan 13 ha bizlik deyil dedilər, quraq aparıb. Biz də 2 ha-ın sığortasını almaqdan imtina etdik. Halbuki, hamı blir ki, mən cəmi sahə olan 15 ha-ın biçilməsi üçün kombayn salmadım. Çünki əhəmiyyətsiz idi. Bunu komisiya da görmüşdü. Həmkəndlilərim isə narazı qalıb prokurorluğa şikayət edən kimi, dərhal sığorta onların hamısının pulunu ödədi.Yəni yerlərinin ölçüsünə görə kimiyə 8000, kimiyə 4000 manat kimiyə də 5200 manat lakin mən məsələni soruşanda cavab verdilər ki, get məhkəməyə müraciət et. Guya fırtına mənim ortalıqda olan taxıl zəmimə "hörmət" əlaməti olaraq "DƏYMƏYİB" , yazığı gəlibmiş. Axı bu fermerlər arasında ayrısekçilikdir. Bununla ASF-rəhbərliyi bizə qarşı korrupsiya əməli törədir., süi-istifadə edib bizə qanunla düşən sığorta haqqını özləri mənimsəyirlər. Sahəmizə ikinci dəfə komissiya göndərib, əvvəl yazdıqları aktı dəyişib sənəd saxtakarlığı edirlər. Sonuncu gələn komissiya da əvvəlkindən fərqli olaraq yazıb ki, guya taxılın bitməməsinə səbəb quraqlıq olubmuş., Quraqlığa görə də Aqrar Sığorta Fondu tərəfindən hansısa fermerə kompensasiya ödənilməsi nəzərədə tutlmur.
Bəli, bu qədər etdiyimiz şikayətlərdən sonra KTN-nin Aqrar Sığorta Fondu də dekabrda yazdığı əsassız cavab məktubunda bidirir və izah etməyə çalışır ki, təkcə Becan Lətifovun yerinin cüzi hissəsində fırtına olubmuş, qalan ərazidən yan keçibmiş. ASF-nun bu "mütəxəssislərindən" soruşmaq istəyirəm ki, öz yazdığınız rəsmi cavabın məntiqinə özünüz inanırsınızmı? Belə formal cavabı heç bir özünə 1 manat hörmət edən təşkilat verməz. Qaldı ki, bu fond ciddi maliyyə maxenasiyalarını ört-basdır etmək, verdikləri yalançı maliyyə hesabatlarını və bizə verdikləri saxta və əsassız cavabların düzgünlüyünü sübut etmək üçün çox yersiz çaba göstərirlər.
Budur, sonuncu 28 yanvar müraciətimizdən sonra məni KTN-nin Aqrar Sığorta Fondunan zəng edib qəbula dəvət etdilər. İki nəfər rəsmi şxs əni qbul edib yenə köhnə söhətləri izh etməyə çalışdıla ki, bəs sizin yerdə toraq cadar cadar olub bu da quraq əlaməti imiş, ona görə də sizə yalnız 2000 manat öəniş edə biərik Vəssəlam. Mən bu "mütəxəssislri" başa sala bilmədm ki, şiddətli fıtına olan yerdə torpaq üzrində olan hər bir birtki -txum sovrulub apaılır. Və torpaqda olan nəmrütubəti də fizik qanunlarına görə qurudur. Nəticədə torpaq üzərində çatlar əmələ gəlir. Sual verdilər ki, bəs niyə bəzi alaq otları bitib yeinizdə? Cava verdim ki, may aynda baş vermi yağıntıladan sonra burada taxıl yox alaq otları cücərmyə balamışdır. Bu dediyinz fakt da bir dahasübut edir ki, əgər saəmdə uraqlıq olsayı orda heç alaq otları da bitməzdi. Sonra da niyə Qobutan rayonun digər qonşu ərazilərində bu dediyiniz quraqıq özünü biruz vermədi Və fermerlər hər hektardan ən azı 3-4 ton taxıl əldə etdilər. Niyə 15-20 m aralıda olan sahlərə bu quraqlıq təsir etməi? ASF-nun ütəxəsiləri bildirilər ki, biz 1.5 milyon manatsığortalar ödəmişik. Sənə d 2000 manat verək Allahına şükür et və get evinə. Razılamadım. Yəni bu rəsmi adamlarla söbət zamanı mlum olu ki, ASF tərəfindən əldə etdikləri pulların 1.5 milyon manatını tanış bilişləinin adlarına təbii fəlakə adı altında rəsi sənədləşdirb puları iliblər. İdi bizə verəyə ullar qalmadığındanmüxtəlif bəhanlər uyurmaqla baş qatmaq istəyirlər.
Biz bu formal cavabla razı deyilik. Və hesab edirik ki, prokurorluq məsələni ciddi araşdırmalı, Maliyyə Nazirliyinin, Hesablama Palatasının və Mərkəzi Bank rəhbərliyinin tapşırığı əsasında Aqrar Sığorta Fondunda baş verən qanunpozuntuları ciddi araşdırılaraq hüquqi qiymətini almalıdırlar ki, gələcəkdə biz fermerlərə qarşı belə çirkin oyunlara bulaşmasınlar, pulu da adam kimi qazanmağa öyrəşsinlər. Bundan sonra beləməcbui sığrtalar qətietiraımızı bildiriri. Və bu məcburetməni soyğnçuluq hesab edrik.
Cənab Prezident, cənab nazir İnam Kərimov və cənab Taleh Kazımov! Təkrar olaraq Sizlərdən çox xahiş edirəm ki, ASF tərəfindən fermerlər arasında qoyduqları ayrıseçkiliyə son qoyulsun, maiyyə maxnasiyalrı araşdırılsın, biz müflis vəziyyətinə düşmüş fermerlərin haqqı olan sığorta ödənişinin həyata keçirilməsinə göstəriş verin ki, biz də indiki əkinimizi davam etdirək".
İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
DİA.AZ: - Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində pasport qeydiyyatında olan və yaşayan sahibkar Musayev Cavid Zahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən Cavid Musayev uzun müddətdir ki, Bərdə rayonun Mirzəxan-Qaraqoyunlu kəndində yaşamış və sahibkarlıqla məşğul olmuşam.Yəni, kəndin girəcəyində 1.5 sot şəxsi mülkiyyətim olan torpaq sahəmdə çayxana, yeməkxana və bir dükanım vardı. Və onları işlədirdim.
2014-2015-ci illərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev bizə bildirdi ki, bəs kəndin girəcəyinə "Ala qapı" qoyulmalıdır. Bu bir dövlət tədbiridir. Və ona görə də sizin çayxana və yeməkxana binası sökülməli, yerində bu "Ala qapı"nın tikintisi aparılmalıdır. Naəlac qalıb razılıq verdik. Obyektlərimizin və torpağımıza heç bir kompensasiya verilmədən söküldü. Lakin, "Ala qapı" inşa edilib başa çatandan sonra gördük ki, bu obyektin bizim çayxana və yeməkxana ərazimizə düşməyib. Yəni dəxli olmayıb. Biz o zaman 2015-ci ildə icra başçısı Vidadi müəllimlə görüşüb xahiş etdik ki, tikilən "Ala qapı"nın bizim şəxi mülkiyyətimiz olan yerə düşmədiyini nəzərə alaraq icazə verilsin obyektlərimizi yenidən əvvəlki kimi bərpa edib istifadə edək. Cənab başçı cavab verdi ki, bir az gözləyin ki, Prezident kəndə açılış mərasiminə gəlsin və getsin, o zaman siz də obyektlərinizi yenidən tikər, bərpa edərsiniz. Razılaşdıq. Amma bizim yol kənarı olan hissəyə də 16-17 ədəd şam ağacları da əkmişdilər. Lakin dövlətimizin başçısının rəsmi açılışa gəlib getməsindən sonra dəfələrlə cənab icra başçısının qəbulunda olub bizə şəxsi mülklərimizi bərpa etməyə ( öz hesabımıza) və sahibkarlıq fəaliyyətimizi davam etdirməyə icazə istədik. Başçı əvvəllər hər dəfə bizə bəhanə ilə işimizə icazə vermədi. Sonda isə qəti olaraq eiraz etdi ki, tikililəri bərpa etmək olmaz! Digər tərəfdən də ETSN-nin yerli meşə idarəsindən də dedilər ki, sizin torpaq sahənizdə əkilən ağaclara toxunmaq olmaz. Budur, nəticədə biz 7 ildən çoxdur ki, əvvəlki kimi sahibkarlığımızla məşğul ola bilmirik. Baxmayaraq ki, torpaq da mülklər də rəsmi sənədlərlə mülkiyyətimizdə olub. Hələ bu azmış kimi Kəbəcər rayonundan olan Mehman adlı birisi ortalığ çıxbı və zorkılıqla mənə məxsus, plana düşməyə söküməmi dükanımı və kafe hissəni özbaşıa ənimsyərək ənddə aşayan digər şəxslərə qəsab dükanı və digər şlər üçün icarəyə vermişdir. Bu aamı bşa sala bilirik ki, ay Mhman bu zorakııqla qəsb etdiyin mülkiyyətlər mənimdir və mən vaxtilə bu torpağ da üstündəki oyektləri də pulumu verib almışam. Çox təəssüflər olsun ki, Mehman özünü bir taxta parçası yerinə qoyub və rayon rəhbəliyində kimə arxalaırsa özünü qoçu kimi aparır. Adamn danıığındn belə aşa düşülür ki, mənə məxsus oln mülkləri kiminləsə danışıb alıbış və icrəyəverib pul qazanmaq da onun haqqı imiş. Hesa edirəm ki, yerli hqüquq-mühafizə orqanları nəhayət bu talançılığa, qəsbkarlığa və qoçuluğa hüquqi qiymət verməli və bizə məxsus əmlakardan biz özümüz haqı olara istifdə etməliyik. Axı yaşadığımz indiki dövrdə qoçuluq zəmanəsi çoxdan itmiş olmalıdır.
Digər tərəfdən isə çayxana və yeməkxana obyektimizə təzədən texniki pasport almaq üçün ASAN xidmətdə 1500 manat rüsum haqqı ödədikdən sonra indi də DƏDRX-nin 7 saylı Ərazi İdarəsi bizə yenidən torpağın çıxarış üzrə obyektlərə texniki pasport vermir. Şərt qoyur ki, gərək siz əvvəlcə obyektlərinizi olduğu kimi tikin, sonra sənəd verək. Doğrudur, obyektlr dostum Abdullayev Ələsgər Ələkbər oğlunun adına sənədləşdirilsə də, sonradan aramızda alqı-satqı müqaviləsi bağlamışıq. Ki, Obyektlər yenidən bərpa olunacağı təqdirdə birbaşa mənim adıma rəsmiləşsin.
Çoxhörmətli Prezident! Siz dəflərlə yerli məmurlara rəsmi çıxışlarınızda xəbərdarlıqlar etmisiniz ki, "...sahibkarların işlərinə qanunsuz müdaxilələr yolverilməzdir, əksinə onlara kömək etmək lazımdır ki, büdcəyə vergi vəsaiti ödəsinlər"...
Budur, 7 ildir ki, qanunsuz və əsassız olaraq sökülmüş obyektlərimizi yenidən bərpa edib sahbkarlığımızı davam etdirməyimizə və yerdə qalan əmlaklarımıza sahib çımağımıza imkan verilmir. Ona görə də şəxsən Sizə müraciət etməyə məcbur olur və xahişimiz də budur ki, mülkiyyətimizdə olan 0.15 ha torpağımıza və üzərində olan və hazırda digr şəxs tərəfndən zorakılıqla qəsb edilmiş əlaklarımıza sərəncam verib istifadə edə bilək. Və vaxtilə qanunsuz sökülmüş iki obyektimizi öz hesabımıza bərpa edib yenidən sahibkarlığımızı davam etdirməyimizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlərimizi bildiririk".
İddia olunanlarla bağlı dia.az olara qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti