Ardını oxu...
A.F. Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasındakı şəraitsizlik və bərbad durum aktullaşıb.

DİA.AZ bildirir ki, bu barədə Bizim.Media-ya A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova şikayətlənib.

Onun sözlərinə görə xəstəxananın sanitar qovşaqlarında isti su problemi var. Palatalardakı pəncərələrin isə tutacağı olmadığından birdəfəlik qapadılıb və havalandırma yoxdur:

“Övladımın müalicəsinə görə bir neçə gündür ki, xəstəxanada qalıram. Nəinki qaldığım palatada, xəstəxananın bütün sanitar qovşaqlarında isti su yoxdur. Özləri qapadıblar. Səbəb isə gətirirlər ki, burada qalan analar saçlarını yuyurlar.

Üstəlik heç bir pəncərənin tutacağı yoxdur ki, ən azından otağı ara-sıra havalandıraq. Sağlam adam bu şəraitsizlikdə xəstəlik tapar”, - deyə şikayətçi gileylənib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, Kliniki Tibbi Mərkəzin nəzdində olan Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında isti suyun verilməsində müvəqqəti problem yaranıb və bununla bağlı hazırda iş gedir:

“İsti suyun verilməsində fasilə yaransa da, tibb müəssisəsində istilik təchizatı ilə bağlı problem yoxdur”, - deyə qurumdan qeyd edilib.
Ardını oxu...
“Hürriyyət”in ötən sayında Bakı şəhəri, Əliyar Əliyev küçəsi ev 79, mənzil 1 ünvanında yaşayan Qasımov Müzəffər Əzim oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunu dərc etmişdik. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Ali Məhkəmənin rəhbərliyinə müraciət edən şikayətçi yazırdı ki, Bakı şəhər sakini Lötfi Cəbrayıl ona şər ataraq, guya 64000 manat borclu olduğunu iddia edib. Onun sözlərinə görə, bu məsələ hüquq müstəvisində araşdırılan zaman bəzi məhkəmə instansiyaları faktla əlaqədar ədalətsiz qərar çıxarıb.

Qeyd edək ki, ötən yazımızda şikayətçi konkret olaraq Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarına etiraz etmişdi. “Şərafət Məmmədova mənim məhkəmədə iştirak etmədiyimdən istifadə edərək, heç bir hüquqi sənədə istinad etmədən və hər hansı sübut olmadan ədalətsiz qətnamə qəbul etmişdir”, - deyə M.Qasımov bildirmişdi. Hansı ki, Ali Məhkəmənin Mülki Kollegiyası da 15 noyabr 2022-ci il tarixli qərarında Ş.Məmmədovanın qərarının ədalətsiz olduğunu göstərir: “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməlidir”.

Bununla belə, Ali Məhkəmənin Mülki Kollegiyası Müzəffər Qasımov tərəfindən verilmiş kassasiya şikayətini qismən təmin etsə də, qərarda onun üzərinə Lötfi Cəbrayıla 64 350 (altımış dörd min üç yüz əlli) manat ödənilməsi öhdəliyi qoyulmuşdur. Şikayətçi isə deyir ki, Ali Məhkəmənin də qətnaməsində əks olunan 64350 manat “borcun” mənbəyi, ümumiyyətlə bu rəqəmin haradan alındığı göstərilmir. Onun sözlərinə görə, əslində, bu rəqəm müstəntiq araşdırması zamanı texniki yanlışlıq nəticəsində istintaq materiallarında əks olunub. Yəni burada 64350 manatdan deyil, 59 500 manatdan söhbət gedir və bu məbləğ də qarşı tərəfə artıqlaması ilə ödənilib...

Dəyərli oxucularımıza aydın olsun deyə bildirək ki, Lötfi Cəbrayıl Bakıda məşhur sələmçi kimi tanınır. Bu haqda məlumat verən şikayətçinin sözlərinə görə, onun arxasında çox nüfuzlu məmurlardan (müəyyən səbəblərdən adını qeyd etmirik – red.) biri dayanır. Həmin məmura arxalanan L.Cəbrayıl əksər hallarda heç bir sənəd imzalamadan ehtiyacı olanlara, çətinə düşən insanlara yüksək faizlə böyük məbləğdə pul verir. Onun Müzəffər Qasımovla tanışlığı da məhz bu məsələ ilə bağlı yaranıb. Şikayətçinin dediyinə görə, bu işdə ortaq tanışları Süleyman Əmirov vasitəsilik edib. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, burada cəmi 59 500 manatdan söhbət gedir ki, şikayətçinin sözlərinə görə, həmin vəsaiti müxtəlif vaxtlarda Lötfi Cəbrayıla qaytarıb, faizlərin faizi də hesablanmaqla ona cəmi 13500 manat borcu qalıb: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cəbrayılın dostları olan iki vəkilin və müstəntiq Şöhrət Hüseynovun iştirakı ilə o, borclu olduğum pulun 31 000 manatını Bilgəh qəsəbəsindəki evində, 15000 manatını isə Xaşa-Xunadakı bağ evində qaytardığımı etiraf etdi. Qalan 15000 manatı isə şahidim Xəlil Astanovun yanında veridiyimi etiraf etməmişdir”.

Şikayətin məğzindən belə anlaşılır ki, L.Cəbrayıl arxasında olan məmura arxalanaraq M.Qasımovu faizlərlə “yükləmək” qərarına gəlib. Görünür, məhz bu səbəbdən də, o, hələ də Müzəffər Qasımovun 64 350 manat “borclu” olduğunu iddia edir. Ən maraqlısı isə odur ki, Lötfi Cəbrayıl rəsmi olaraq qarşı tərəfin ona 31 min manat və 15 min manat olmaqla, toplam 46 min manat ödədiyini etiraf etsə də, nə Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova, nə də Ali Məhkəmənin hakimi Vüqar Həsənov bu faktı nəzərə almayıb. Hansı ki, şikayətçi redaksiyamıza müraciətində bu haqda öz fikrini açıqlayıb:

“Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova və Ali Məhkəmənin hakimi Vüqar Həsənov Lötfi Cəbrayılın sadəcə sözlərinə əsaslanaraq, qərar qəbul etsələr də, bütün araşdırmalarda Cəbrayılın özünün etiraf etdiyi 31000 manatı görməzdən gəliblər. Onlar gizli yazılıb, montaj olunmuş, köhnədən yazılmış səs yazılarına əsaslansalar da, yada salmayıblar ki, Azərbaycan Respublikasında heç bir orqan faizə verilmiş pula əlavə faiz və yaxud zərər hesablayıb, qərarı qismən təmin etməməlidir. Hakimlər yalnız hər hansı bir dövlət sənədinə əsaslanıb qərar qəbul etməlidir. Mənim ona pulu qaytarmağımı sübut etməyimə ehtiyac yoxdur, çünki Lötfi Cəbrayıl araşdırmada özü məndən 31000 manat aldığını, 15000 manat faiz aldığını etiraf etmişdir. 15000 isə şahidim Astanov Xəlilin yanında qaytardığıma baxmayaraq, mənimlə bərabər dostum Nazim Novruzovu da şərləyərək, onun həyat yoldaşının adına olan bağ evini dələduzluq yolu ilə ələ keçirmək istəmişdir. Araşdırmanı aparan müstəntiqlər və Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov Lötfi Cəbrayılın hiyləsini başa düşüb ədalətli qərar qəbul etmişlər. Hakimlər Şərafət Məmmədova Vüqar Həsənov isə, nədənsə, Cəbrayılın hiyləsini görməzdən gəlib, özləri onunla bərabər qanunsuzluğa ortaq olmuşlar”.

Sələmçilik baş kəsmək kimidir

Məhz bu baxımdan, şikayətçi güman edir ki, hər iki məhkəmə instansiyası sifarişli hökm çıxarıb. Bir sözlə, məhkəmə orqanları bu qərarları ilə həm də qanunla qadağan olunan sələmçiliyə hüquqi don geydiriblər. Baxmayaraq ki, qanunvericiliklə vətəndaşların faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Odur ki, verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Bu səbəbdən, M.Qasımova verdiyi pulu aldığını özünün də etiraf etməsinə rəğmən, məhkəmə orqanlarının sələmçinin xeyrinə qərar çıxarması onu deməyə əsas verir ki, burada Lötfi Cəbrayılın arxasındakı nüfuzlu məmurun əlinin olduğu haqda iddialar öz təsdiqini tapır...

Bəs, Lötfi Cəbrayıl Müzəffər Qasımovun dostu Nazim Novruzovu necə şərləyib və ona aid (həyat yoldaşına – red.) obyekti hansı yollarla ələ keçirməyə çalışıb? Və yaxud sözügedən obyekt hərracda satıldıqdan sonra, L.Cəbrayıl saxta sənədlərlə dövlət adından verilən qərarı necə ləğv etdirib? Bu və digər suallara növbəti yazımızda cavab tapa biləcəksiniz!

(Ardı var)
 //“Hürriyyət”//
Ardını oxu...
Uzun illər Laçın rayon Şamkənd uşaq musiqi məktəbinin müəlliməsi Qiymət Əhmədovaya hədə-qorxu gəlinərək vəzifəsindən kənarlaşdırılıb.

TEREF.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya onun həyat yoldaşı Ələsgər Qasımov məlumat verib. Ələsgər Qasımov həyat yoldaşı Qiymət Əhmədovanın 2003-cü ildən 2021-ci ilədək Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində musiqi müəlliməsi işlədiyini qeyd edib:

"Həmin məktəbin direktoru həyat yoldaşımı çağıraraq bildirib ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin yeni rəisi Qalib Həsənov səninlə bağlamış olduğum 29 sentyabr 2021-ci il tarixli 1 illik əmək müqaviləsini pozmağımı və 20 oktyabr 2021-ci il tarixdən etibarən səni işdən azad etməyimi təkid edir. Əks halda onun özünü direktorluqdan azad etməklə hədələyib. Ertəsi gün həyat yoldaşımla birgə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb bu barədə söhbət etdik. Həyat yoldaşımın müəllimlik fəaliyyətini davam etdirməsi üçün rəisin maddi marağı isə həm təəccübümüzə, həm də narazılığımıza səbəb oldu. Digər tərəfdən bizim maddi durumumuz da bu tələbi yerinə yetirməyə imkan vermirdi”.

Ələsgər Qasımov ikinci dəfə həyat yoldaşıyla 20.10.2021-ci il tarixdə Q.Həsənovun qəbulunda olublar:

"Qəbula gələcəyimizdən xəbərdar olan Q.Həsənov özünə tabe olan beş-altı nəfər işçisi və mühavizə polisi ilə bizi qəbul etdi. Biz anladıq ki, məzhəkə qabiliyyətli bu şəxsin fikri mənə və həyat yoldaşıma polis vasitəsi ilə hədə-qorxu gəlmək və saxta aktlaşdırma tətbiq etməkdir. Buna baxmayaraq, həyat yoldaşım onunla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilməsini xatırlatdı və öz işinə qaytarılmasını xahiş etdi. Bunun qarşılığında oturduğu kreslonu ata mirası hesab edən bu şəxs "bu dəqiqə səni bayıra atdıracam, dur çıx çölə” hədələri ilə həyat yoldaşımın üstünə qışqıraraq əlavə etdi ki, "məni mədəniyyət naziri Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib. 80 nəfər müəllimi işdən çıxartmışam. Sənin işdən çıxma əmrini bu gün verdirəcəyəm. Mənim heç kimdən qorxum yoxdur”.

Ələsgər Qasımov iddia edir ki, Qalib Həsənovun göstərişi ilə işdən çıxarılan 80 nəfərdən çox müəllimin dərs saatları musiqi məktəblərində işləyən müəllimlərə pul müqabilində paylanılır:

"Açıq-aydın görünür ki, burada əsas məqsəd kapital yığmaqdır. Həmin vaxt iki ay idi ki, Q.Həsənov vəzifəyə təyin olmuşdu. Vətəndaşı dinləmək əvəzinə içəridəki polisə göstəriş verdi ki, bunu at bayıra. Polis isə qeyri-etik formada həyat yoldaşımın qolundan tutub itələyə-itələyə bayıra çıxartdı. Artıq həyat yoldaşım fiziki təziqlərə məruz qaldığı üçün əsəb və ürək xəstəliyi tapıb. Çox maraqlıdır, Q.Həsənovun mədəniyyət sahəsində hansı fəaliyyəti və hansı titulları olub ki, belə bir vəzifəyə gətirilib? Macarıstanda yarıtmaaz fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılan bu şəxsin Ağcabədi Regional Mədəniyyət İdarəsində uğur qazanacağı real görünmürdü. Hərbi xidməti borcunu belə yerinə yetirməyən fərarinin dövlət qulluğunda vəzifə tutması olduqca təəccüblüdür”.

Şikayətçi yazır ki, Q.Həsənovun saxtakarlığının bir nümunəsi də həyat yoldaşı Qiymət Əhmədovanın işdən çıxarılması ilə bağlı 01.10.2021-ci il tarixli, 129 nömrəli əmrin tarixindədir:

"O, 22 oktyabr 2021-ci il tarixədək Şamkənd kənd uşaq musiqi məktəbinə dərs dediyi halda Q.Həsənov onun işdən çıxma əmrini 22 gün geri tarixə, yəni 01 oktyabr 2021-ci il tarixinə verdirib. Xatırladım ki, Q.Həsənov özünə tabe olan işçilərin çoxunu, o cümlədən xidməti maşınının sürücüsünü – 44 günlük Vətən müharibəsi qazisini də bezdirərək ərizəsini alıb işdən azad edib. Əvəzində öz yaxın qohumunu sürücü kimi işə götürüb. İdarənin polisi öz qohumu, rəisin müavini tələbə yoldaşı, idarənin baş mühasibi həmyelisi və s. - yazmaqla bizməz”.

Məktub sahibi yazır ki, Adil Kərimlinin mədəniyyət nazirinin birinci müavini təyin edilməsi və ona nazir səlahiyyətinin verilməsi bölgələrdəki mədəniyyət işçilərinini çox sevindirib:

"Ancaq Qalib Həsənov vəzifədə qalması, qanun pozuntularını davam etdirməsi üçün Adil Kərimlinin üstünə minnətçilər göndərmək üçün yollar axtarır. Bizdə olan məlumata görə, bu məqsədlə Ağcabədi rayonundan millət vəkili seçilmiş Tahir Rzayevi, Şəmkir rayon polis rəisi olan qardaşı Elnur Həsənovu və sabiq icra başçısı olan atası Şamil Həsənovu hərəkətə keçirib Q.Həsənov. Çox güman ki, yığdığı var-dövlət müqabilində öz işində qalması üçün əlindən gələni etməyə çalışacaq. İndiyədək Nazirliyə ünvanladığımız məktubların araşdırılmasını şikayət etdiyimiz Q.Həsənovun üstünə göndərirlər. Lazımı tədbir görmək əvəzinə şikayət məktublarımızın Q.Həsənova ünvanlanması onun nazirlikdəki havadarları ilə birgə dırnağarası "fəaliyyətinin" nəticəsidir. Q.Həsənovun rəhbərlik etdiyi Regional İdərədə ədalətli yoxlamalar aparılsa, ciddi maliyyə fırıldaqçılığı üzə çıxacaq”.

Ələsgər Qasımov qeyd edib ki, sabiq mədəniyyət naziri Anar Kərimov 26 may 2022-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla qəbul keçirərkən ona olanları yazılı şəkildə bildirib:

"Bundan əlavə, Qalib Həsənov digər musiqi məktəbləri ilə yanaşı Şamkənd kənd uşaq musiqi məktəbinin müəllimlərindən on min manat pul yığdırıb. Bununla bağlı heç bir tədbir görülmədi. Ətraflı araşdırılsa, Ağdam, Ağcabədi və Laçın rayon musiqi məktəblərindən hər ay külli miqdarda hesab alındığı faktlarla hər kəsə bəlli olacaq. Bunun bariz nümunəsi kimi Laçın rayon Şəlvə kənd musiqi məktəbini də göstərmək olar. 30 nəfərdən ibarət müəllim kollektivi məktəbdə Q.Həsənovun göstərişi ilə rüşvət yığılması ilə bağlı cənab Prezident İlham Əliyevə şikayət ərzəsi ilə müraciət etmələri və kollektiv şəkildə Mədəniyyət Nazirliyinə şikayət etmələri barədə məlumatlar KİV-də yayılıb. Mən və həyat yoldaşım 1 il 2 aydır ki, bütün dövlət orqanlarına, məhkəmələrə müraciət etsək də, Q.Həsənov aldığı rüşvətlər hesabına çirkin əməllərini ört-bastır etməyi asanlıqla bacarır. Haqq-ədaləti pul müqabilində tapdamaq Q.Həsənovun ustalıqla bacardığı işdir”.

Ələsgər Qasımov Mədəniyyət Nazirliyində Qalib Həsənovun yaxın adamlarının olmasına baxmayaraq, mədəniyyət naziri cənab Adil Kərimli baş vermiş nöqsanları araşdımasına və bununla bağlı müvafiq qərar verəcəyinə inanır.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət ünvanladıq. Bir həftədən çox keçsə də, vəd olunan cavabı ala bilmədik.
Ardını oxu...
Kiçik sahibkar Pərviz Fərəcov qeyd edir ki, "Lebro" broyler şirkətindən satmaq məqsədilə 17.500 (on yeddi min beş yüz) manatlıq qablaşdırılmış toyuq aldım. Onun 9.500 (doqquz min beş yüz) manatını Nəriman və Orxan adlı şəxslərə ödədim, qalanını borclu qaldım.
Sonra malı açanda baxdım ki, hamısı iylənmiş toyuqlardır. Geri qaytarmaq üçün dəfələrlə müraciət etsəm də qəbul etmədilər.
Axırda mənə dedilər apar Lerikə, fabrikin özünə. Filan qədər də xərc çəkib yükdaşıma xidmətindən yük maşını sifariş verib, onunla malı apardım Lerikə. Orda da borclu qaldığım qədərini götürdülər, pulunu ödədiyim qədərini isə nə qədər israr etsəm də geri almadılar. Mən də məcbur olub malı şirkətin həyətinə boşaltdım.
Geri qayıdanda mülki geyimli polis əməkdaşları yolda "VAZ-2107" markalı avtomobillə qarşımızı kəsdilər və haqqımızda şikayət olduğunu dedilər.
Güya bizim sürücü şlaqbaumu qırıb. Sonra dedilər mühafizəçini vurub.

Biz yenidən şirkətə geri döndük. Orada polis əməkdaşları tərəfindən baxış keçirildi və haqqımızdakı şikayət öz əksini tapmadı. Bizdən kafedə izahat aldıqdan sonra sürücünü buraxdılar. Mən də gecə yarısı Bakıya qayıtdım.
Başımıza gətirdikləri bu qədər oyunlara rəğmən ödədiyim məbləği mənə qaytarmırlar. Orxanla Nəriman deyir ki, "pulu yemişik, üstündən də su içmişik. Get əlin hara qəlbidir ora qoy".

Həə, atalar yaxşı deyib, "Arxalı köpək qurd basar".

Pərviz Fərəcovun sözlərinə görə, ""Lebro" broyler şirkətinin əsl (qeyri-rəsmi) sahibi millət vəkili İqbal Məmmədovdur. İdarəçilik edən Nəriman və Orxan isə qardaşı oğlanlarıdır."
Yəqin, bu səbəbdəndir ki, Nəriman bəy və "əmisinin ərköyün balası" Orxan bəy vətəndaşa qarşı etdiyi haqsızlıq azmış kimi, kobudluq da göstərir. Təqdim etdiyimiz videoda toyuq məhsullarının kəsildiyi, saxlanıldığı şəraitin görüntülərinə baxın!
Yeri gəlmişkən, yazını yazmadan əvvəl "Lebro" broyler barəsində internet üzərindən kiçik araşdırma apardıq.
Sözügedən məhsulların reklamını izlədikcə, bizdə maraqlı fikirlər oyandı. Əslində, belə çıxır ki, sözügedən şirkət heç də alıcılarını aldatmayıb.

Gördüyünüz kimi reklam fotosunda "qoxusu aləmi gəzər" sözləri yazılıb ki, zatən Pərviz Fərəcov da məhz bu səbəbdən malları geri iadə etmək istəyir.
Bir də "qızıl qırmızı" deyirlər ki, "hər gün marketlərə yeni məhsul çatdırırıq".
Yuxarıda təqdim etdiyimiz videogörüntülərdə reklamda yazılan bu sözün nə dərəcədə həqiqətə uyğun olub-olmadığını da görmüş oldunuz.

İqbal Məmmədovun biznesi böyüyür...

Görünür doğma yurdunun təbiəti deputat İqbal Məmmədovu özünə çox bağlayıb ki, Lerik rayonunda biznesini böyütməyə qərar verib.
Odur ki, əldə etdiyimiz məlumata görə daha bir zavod - ən müasir texnologiyalarla yem zavodunu da artıq işə salıb.

Onu da qeyd edək ki, təbii olaraq, əlbəttə bütün bu əmlakların deputatın özünün adına olması mümkün deyil. Yəqin, o səbəbdən də Nəriman və qardaşı oğlu Orxan butun işlərə rəhbərlik edirlər.
Pərviz Fərəcov isə uzun müddətdir ki, zəhmətlə qazandığı halal pulunu bu iki şəxsdən geri ala bilmədiyini deyir və hüquq-mühafizə orqanlarından ona hüquqlarını bərpa etməkdə köməklik göstərmələrini xahiş edir.
Məsələ ilə bağlı adıçəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.

GundemXeber.Az
 
 
 

Ardını oxu...
DİA.AZ: - ""Jasmine Park" saraydan 2 ildir ev almışıq. Evi bizə 1 il gec təhvil verdilər..." DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Gülər Əli adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Nəysə... ona susduq. Sonra da dedilər, "sayğacların ödənişini edin, sonra başlaya bilərsiz təhvilə"... Onu da ödədik. Biz artıq təmiri bitiririk, amma bunlar hələ də sayğacı qoymurlar.

Əlavə bizdən 80 manat pul alıblar ki "remont" edəndə bizim suyumuzdan, işığımizdan istifadə edəcəksiniz.

Yaxşi bəs mən indi evimin təmirin bitirirəm, nə pulu demisiz ödəmışəm.... bu ayın sonuna qoyacaqdınız sayğaclarııı noldu?

Zəng də edirsən, hərəsi bir yerə yönəldir, boyun qaçırırlar.

Azərişıq ASC, Azəriqaz İB, Azərsu ASC, bəlkə sizlikdi bu problemlər?

Bir çarə tapılsın da buna... belə olmaz axı... Camaatı aylardı oynadırlar.

Burdan kiminsə ev almaq fikri varsa, əsəblərinə heyfi gəlsin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı daha bir vətəndaş gileyini ictimailəşdirib. DİA.AZ bildirir ki, bu dəfə diqqətə çatdırılan məsələdə ənənəvi məmur özbaşınalığı xüsusi olaraq diqqətə gəlməkdədəri. Beləliklə, M. Qəhrəmanlıya istinadla İlkin adlı narazı vətəndaşın müraciətini təqdim edirik:

"Azəriqaz İB-nin sədri cənab Ruslan Əliyevə.
Cənab sədr, nəzərinizə çatdırmaq istəyirəm ki, Salyan regional qaz idarəsinin rəisi Azər Musayev Məhkəmə adından çıxan qərardadı, icra məmurunun qərarı, sizə ünvanılan məktubu, Sizin rəsmi göstərişinizə məhəl qoymayaraq,qazın kəsilməsinə dair özü qərardad qəbul edərək 23.01.2023-ci il tarixli 483 nömrəli xəbərdarlıq məktubu ölmüş şəxsə göndərərək üç gün müddətinə 10326.42 manat borcu ödənilməyn təqdirdə Sabirabad rayon Mirhəsən Mirağa oğlu küçəsi ev29a ünvanına qazın verilməsi dayandırılacaqdır.
Cənab sədr xahiş edirəm araşdırılsın ki, bu Azər Musayev, Qənimət Səmədov və Fərid Ağayev məndən nə istəyirlər, niyə görə qanunları bilərəkdən pozurlar!.."

DİA.AZ bildirir ki, M.Qəhrəmanlı sözügedən müraciəti aşağıdakı kimi şərh edib:

"Rəisdən o dünyaya məktublar davam edir. Rəis düşər düşməzi olar ha! Birdən çoxdan o dünyada olan abonent şəxsən özü sizlə görüşmək istədi?.."

Müraciətə aid fotolar:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Tanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərməsi ilə bağlı iki il öncə yayılan iddialar yenidən gündəmə gəlib.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı feminist fəal Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. Belə ki, o, iki il öncə paylaşdığı məlumatlarda həkimin həyat yoldaşına və iki azyaşlı övladına qarşı fiziki və psixoloji zorakılıq etdiyini, onları neçə gün işıqsız, qazsız qoyduqdan sonra yaşadıqları birgə nikah dövründə əldə edilmiş evdən çıxarılmaqlarına nail olduğunu yazmışdı. İddiaya görə, evdən heç nə götürmədən çıxan qadın sonradan geyim və əşyalarını tələb etsə də, götürə bilməyib. Bundan əlavə, aktivistin sözlərinə görə, hətta uşaqlarının dəftər-kitabını da qaytarmadığı üçün onlar məktəbə gedə bilməyiblər.

Mövzu ilə bağlı yenidən paylaşım edən Gülnarə Mehdiyeva hazırda həkimin övladları üçün ödəməli olduğu alimenti də vermədiyini deyir: “Bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda, o, öz gəlirini rəsmi olaraq işlədiyi klinikada 150 manat göstərib və iki uşağa görə ona ən minimum - 350 manat aliment təyin olunub. Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə qadını ona yalvarmağa məcbur edir”.

G.Mehdiyevanın sözlərinə görə, həkimin yaşadığı ev əslində məhkəmə vasitəsilə keçmiş həyat yoldaşı ilə arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir: “O keçmiş həyat yoldaşına atdığı səs yazısında 4 aydır ki, heç bir əməliyyat etmədiyini və bir qəpik pulu olmadığını deyib. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir. Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq. Vəkilimiz onun gəlirlərinin müəyyən edilməsi üçün lazımi yerlərə müraciət edəcək”.
Ətraflı

İddialarla bağlı Ruslan Rəsulla əlaqə saxladıq. DİA.AZ-ın məlumatına görə, həkim “Qafqazinfo”ya açıqlamasında bildirib ki, haqqında yazılanlar tamamilə yalandır: “2021-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Boşanmaq üçün müraciəti də mən etmişəm. Şiddət görən bir xanım idisə niyə boşanmırdı? Şiddət görən mənəm. Bütün gün haqqımda yalan məlumatlar paylaşırlar. Elə həmin il məhkəmə qərarı ilə aliment də kəsilib və hər ay ödənişi edirəm. Onlar düz bir il mənə uşaqlarımı göstərməyiblər. İndi özü xaricdədir. Uşaqları da qoyub burda gedib. 8 aydır uşaqlardan uzaqdadır. Hansı ki, vaxtilə uşaqların ölkədən getməsi ilə bağlı müraciət olunmuşdu və mən icazə vermişdim. Amma özü ilə aparmadı. Mən həftədə iki dəfə uşaqlarımla görüşürəm, nəyə ehtiyacları varsa onu da edirəm. Yazırlar ki, mən onun əşyalarını, paltarlarını verməmişəm. Onun heç nəyi məndə qalmayıb. Dövlətin qanunları var və mən hamısına riayət edirəm. Aliment üçün məhkəməyə müraciət ediblər. Qalxacaq, onu da ödəyəcəm. Mən hazırda subay adamam, evlənə bilərəm. Öz işləri ilə məşğul olsunlar".

Məsələ ilə əlaqədar R.Rəsulun keçmiş xanımının da mövqeyini öyrənmək məqsədilə onun vəkili Zibeydə Sadıqova ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, hazırda alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət olunub: “İşimiz Yevlax Rayon Məhkəməsindədir. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı Ali Məhkəməyə müraciət etmişik. O da hələ təyin olunmayıb”.

Qeyd edək ki, estetik cərrah Ruslan Rəsul tanınmış teleaparıcı Çinarə Əliyeva ilə nişanlıdır.
Ardını oxu...
Naxçıvan MR Mərkəzi Xəstəxanasına tez-tez, Bakıdan müxtəlif sahələr üzrə həkimlər dəvət olunur. Ancaq, pullu xidmət göstərən bu həkimlərin pasiyentlərdən aldığı vəsaitlər dövlət büdcəsindən gizlədilir. TEREF.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a xəstəxanada çalışan bir qrup həkim məlumat verib. Onların sözlərinə görə, büdcədən gizlədilən bu pullar, xəstəxananın baş həkimi Zəbur Bağırov və Bakıdan gələn həkimlər arasında bölünüb, mənimsənilir. Yəni, baş həkim Bakıdan gələnlərdən rüşvət alaraq, onların xəstəxanada fəaliyyətinə icazə verir.
Təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən həkimlərdən biri “Gündəlik Naxçıvan”a bildirir ki, hər dəfə Bakıdan həkimlər gələndə, xəstəxananın birinci mərtəbəsi onların ixtiyarına verilir:
"Zəbur Bağırov işçilərə və həkimlərə tapşırıb ki, yoxlama gəldiyi halda aksiya keçirildiyi, xəstələrin pulsuz müayinədən keçirildiyi bildirilsin. Hər dəfə iki həkim gəlir. Diyetoloq, kosmetoloqdan tutmuş, hər sahə üzrə həkimlər gəlir. Sonuncu dəfə yanıvarın 13-də gəlmişdilər. Əvvəlcədən xəstəxananın və həmin həkimlərin sosial səhifələrində elanlar verilir, telefon nömrələri yazılır. 100-lərlə xəstə zəng edərək, növbəyə yazılırlar. Sonra həkimlər gəlir. Vətəndaşların hər biri müayinədən keçmək üçün 100 manat ödəniş edirlər. Xəstəliyin müalicə və müayinəsinə uyğun olaraq əlavə ödənişlər də edilir. Bu pullar rəsmi qaydada qeydiyyata alınmır, pullar baş həkim və Bakıdan gələn həkimlər arasında bölünür. Xəstəxananın tibbi ləvazimatlarından istifadə olunur, heç bir vergi də ödənilmir.”
Bu həkimlərə müraciət edən xəstələrin bəziləri gözləntilərinin doğrulmadığını bildirirlər. Şərur rayon sakini Məlahət Əliyeva deyir ki, həkimlər artıq pul almaq üçün, müalicəni bilərəkdən uzadırlar:
"Birinci dəfə 170 manatlıq, ikinci dəfə 150 manatlıq resept yazdılar. Dərmanları Naxçıvanda tapa bilmədim. Zəng etdim qardaşım Bakıdan alıb göndərdi. İki ay müddətində heç bir irəliləyiş olmadı, əksinə, səhhətim pisləşdi. Onların müayinəsinə getməkdən imtina etdib, üalicə üçün Türkiyəyə getdim. Həkim reseptə baxdı və dedi ki, bu dərmanlar belə xəstə üçün çox ağırdır. Məcbur olub, yenidən müalicə alıram".
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamaq mümkün olmadı.
 
Ardını oxu...
Azərbaycanın ikinci böyük şəhərinin sakini Orxan İsmayılov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə iradından sonra hədələndiyini iddia edir. O, Birliyin tenderlərində qalib gələn iki şirkət üçün eyni VÖEN-in göstərildiyini üzə çıxarıb. Qısası, tenderlərdə qalib şirkətlər ayrı-ayrı adlardadır, lakin VÖEN birdir. Bu fakt bir qanuni şirkətin müxtəlif saxta adlar altında tenderlərdə qalib elan edildiyi barədə şübhələr yaradır.

TEREF.AZ xəbər verir ki, Orxan İsmayılov bildirib ki, araşdırması zamanı, tenderlərdə qalib elan edilən “LK Machinery” MMC üçün göstərilən VÖEN-in (1503554731) əslində "Abşeron Tekstil” MMC-yə məxsus olduğunu aşkar edib.

Qeyd edək ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına “LK Machinery” adı ilə sorğu etdikdə "Bu ada uyğun VÖEN müəyyən edilmədi", "Məlumat tapılmadı!" cavabları verilir. 1503554731 VÖEN-i ilə sorğu etdikdə isə “Abşeron Tekstil” MMC haqqında bəzi məlumatlar göstərilir.

Orxan İsmayılov müraciətində yazıb:

"Mən vətəndaş olaraq “Facebook” sosial şəbəkəsində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (Gəncə MKTİB) “facebook” səhifəsinə yazaraq Gəncədə MKTİB-in küçə təmizliyi ilə məşğul olan işçilərinin isti qış geyimləri ilə hansı səbəbdən təmin olunmadıqları, soyuqda həmin işçilərin necə gəldi geyindiklərini irad tutdum. Bu iradıma cavab olaraq Gəncə MKTİB tərəfindən mən barəmdə hüquq-mühafizə orqanlarının ölçü götürəcəyi ilə bağlı hədələndim və səhifəyə girişim bloklandı. Mən Gəncə MKTİB tərəfindən işçilərinin geyim təminatı ilə bağlı müstəqil araşdırma apardım və www.etender.gov.az portalı üzərindən sorğu verərək Gəncə MKTİB-in keçirdiyi tenderlərə baxdım. Maraqlı məlumatlar əldə etdim və onları ölkə ictimaiyyətinə sizin sayt vasitəsi ilə təqdim edirəm.

Tender məlumatlarına baxdıqda məlum olur ki, işçilərin xüsusi geyimlərlə təminatı ilə bağlı Gəncə MKTİB 2020-ci ildən bu günə qədər 3 dəfə - 31.12.2020, 31.03.2022, 31.12.2022 tarixlərində - tender keçirdib. İki tenderdə “LK Machinery” MMC, bir tenderdə isə “Abşeron Tekstil” MMC qalib olublar.

Sual doğuran məqamlardan biri odur ki, hər iki şirkətin VÖEN-i eynidir – 1503554731. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında 1503554731 VÖEN üzrə axtarış etdikdə “Abşeron Tekstil” MMC-nin məlumatları çıxır, halbuki, tender sənədlərində həmin VÖEN hər iki şirkət üçün eynidir.

2017-ci ildə dövlət qeydiyyatına alınmış “Abşeron Tekstil” MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev, ev 79/2, m.50, qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.

İkinci sual doğuran məqam isə tenderlərdə qalib olan iki şirkətə xüsusi geyimlər üçün ödənilən məbləğlərdir. Müvafiq olaraq 284757.60 AZN (iki yüz səksən dörd min yeddi yüz əlli yeddi manat altmış qəpik), 316862.57 AZN (üç yüz on altı min səkkiz yüz altmış iki manat əlli yeddi qəpik), 105521.5 AZN (yüz beş min beş yüz iyirmi bir manat əlli qəpik), cəmi 707141.67 AZN (yeddi yüz yeddi min yüz qırx bir manat altmış yeddi qəpik) bütün məlumatları eyni, sadəcə adları fərqli mahiyyətcə eyni şirkətin hesabına köçürülüb. 707141.67 AZN-ə alınan xüsusi geyimlər ilə, yəqin ki, ölkənin MKTİB işçilərinin xeyli hissəsini il boyu geyindirmək olar və həmin geyimlər dünya brendlərinə məxsus olar. Həmin geyimlər həqiqətən də alınıbmı və iki ildə həmin geyimlər necə istifadə olunub?

Tenderlər üzrə alınmış xüsusi geyimlərin miqdarı belədir:

630 dəst xüsusi geyim (gödəkçə, pencək, şalvar)

1050 ədəd jilet

485 ədəd xalat

500 cüt çəkmə

800 c

üt bot

830 ədəd kombinezon

950 ədəd plaş

960 ədəd xüsusi geyim dəsti (gödəkçə, pencək, şalvar)

1400 ədəd jilet

550 cüt bot

1050 cüt rezin çəkmə

1400 ədəd xüsusi geyim forması

950 ədəd xalat

16800 cüt əlcək

Mən Gəncə şəhəri sakini kimi Gəncənin küçələrində işləyən MKTİB işçilərinin əynində qış fəslində sadalanan xüsusi geyimlərdən yalnız mavi rəngli yay mövsümü xalatları nadir hallarda görürəm, son çəkdiyim fotoşəkildə də iki nəfər MKTİB işçisi öz paltarlarını geyiniblər. Gəncə MKTİB-in rəis müavininin qəbulunda olarkən mən ona birlikdə Gəncə MKTİB-in anbarında həmin geyimləri saymağı təklif etdim. Cavab almadım.

Hörmətli marja.az redaksiyası, vətəndaşların dövlət vəsaitinin necə və hara xərclənməsinə ictimai nəzarətinin effektiv olması üçün sizə sənədlərin surətində əks olunan iddia və şübhələrimi əlavə etməklə mövqeyimi dərc etməyinizi sizdən xahiş edirəm.

Tenderlərdə mənə şübhəli gələn məqamlara aidiyyatı dövlət qurumlarının cavab verəcəyinə ümid edirəm". //Marja//
Ardını oxu...
Teref.az Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədovun şikayətini təqdim edir:
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən yazılan şikayətdə deyilir:


"Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin göstərişi ilə Göyçayda təmir-abadlıq işləri gedir. Küçələr və hətta əvvəllər heç vaxt asfalt vurulmamış, bərbad vəziyyətdə olan dalanlar belə asfalt örtüklə təmin olunmaqdadır. Mən də öz növbəmdə 29 noyabr 2022-ci il tarixdə yeni icra başçısı Natiq Ağayevin qəbulunda oldum, ondan küçəmizin bütövlükdə asfaltlanmasını xahiş etdim və o, müraciətimlə bağlı Arxitektura və Memarlıq Şöbəsinə tapşırıq verdi. Ondan sonra, yaşadığım 1-ci Ərəbcəbirli kəndində şəhid Zakir Nəcəfovun adını daşıyan küçəmizin böyük bir hissəsi asfalt örtüklə təmin olunsa da, burada müəyyən yerlərə və o cümlədən bizim dalana asfalt vurulmadı. Mən bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə üz tutdum. Lakin Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev müraciətimə qeyri-ciddi yanaşmağa başladı. Mobil nömrəsinə zəng etdim, sözümü tam bitirməmiş telefonu üzümə söndürdü. Səbəb isə bəlli idi. Çünki o, Göyçay Mənzil İstismar İdarəsinin rəisi olduğu müddətdə, daha dəqiq desək 2019-cu ildən başlayaraq təxminən 6 ay onun korrupsiya əməlləri barəsində mütəmadi şəkildə əsaslı silsilə məqalələr yazırdım. Bunu həm yuxarı instansiyalara yazılı ərizələr formasında ünvanlayırdım, həm də kütləvi informasiya vasitələri üzərindən geniş paylaşımlar edilirdi. Adı çəkilən idarədə maaş kartlarının mənimsənməsi, gündəlik işə çıxan işçi sayının az olması kimi mövzulara toxunmuşdum. Bundan əlavə, bir çox saytlarda onun şəhid anasını aldatdığını təsdiqləyən şikayətlər mövcuddur. Həmçinin dünənə qədər, yəni Ayaz Səfərəliyev Göyçay Mənzil İstismar İdarəsindəki vəzifəsindən azad edilərək Arxitektura və Memarlıq Şöbəsin müdiri təyin olunduğu günə kimi o, orada sözün həqiqi mənasında "monarxiya" qurmuşdu. Həmin müddət ərzində Göyçay Mənzil İstismar İdarəsini "Ayaz Səfərəliyev və Yaxınları" (qohumları: Səfəralı, Tural, Ələkbər və s..) idarəsi adlandırmaq daha məntiqə uyğun hesab edirəm. Ona görə ki, bu şəxs bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına yığmışdı. Onlar isə ay ərzində cəmi 5-10 gün işə çıxmaqla, dövlətdən maaş alırdılar. Ayaz Səfərəliyev sözü gedən idarədə rəis vəzifəsində çalışdığı müddətdə idarənin müşahidə kameralarına baxmaq kifayətdir. Gündəlik işə çıxmayan, müşahidə kameralarında görüntüləri əsk olunmayan, lakin müəmmalı şəkildə tabeldə imzası olan işçilərə bu şəraiti yaradan məhz Ayaz Səfərəliyev olmuşdur. Onların maaşlarının hər ay kimlər tərəfindən alınması isə bankomatlardakı kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.
Sizcə adi bir jek müdirinin xeyli var-dövlətə sahiblənməsi özü müəmmalı deyilmi? Belə bir şəxsin çoxsaylı korrupsiya əməllərinə rəğmən, onun öz tutduğu vəzifəsindən daha yüksək vəzifə ilə vəzifələndirilməsi isə: "Saqqaldan götürüb bığa qoymaq" məsəlinə bənzəyir. Əminəm ki, Ayaz Səfərəliyevin qanunsuzluqlarından yeni icra başçısının xəbəri yoxdur.
Nəzərinizə çatdırım ki, mən 2009-cu ildə müddətli həqiqi hərbi xidmətdə olarkən xəstəliyə düçar olmuşam və hazırda 1-ci qrup (hərbi) əliləm. Qəribə səslənsə də, yenicə ayaq açıb yeriyən körpə uşaqlar kimi: Bir yeriyib, beş yıxılıram. Küçəmizin asfalt örtüklə təmin olunmasına zəruri ehtiyac var. Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev isə hazırki vəzifəsindən sui-istifadə edərək keçmişdə baş verən hadisələr səbəbilə mənimlə ədavət aparmaqdadır. Aidiyyəti qurumlardan xahiş edirəm, küçəmizin tam şəkildə asfaltlanması və Ayaz Səfərəliyevin Göyçay Mənzil İstismar İdarəsində rəis işlədiyi müddətdə bütün qanunsuzluqlarının mənim də iştirakımla obyektiv araşdırılması üçün ciddi tapşırıq verəsiniz. Ümid edirəm ki, şikayətim təmin olunacaqdır".
Teref.az

Dünyapress TV

Xəbər lenti