Ardını oxu...
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Bu qərar ictimai nəqliyyat xidmətləri göstərən daşıyıcı şirkətlərin Tarif (qiymət) Şurasına etdikləri müraciət müraciət əsasında qəbul edilib.
Şura təklifləri müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik (əvvəlki tarif 30 qəpik), müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarifi 60 qəpik (əvvəlki tarif 50 qəpik) səviyyəsində müəyyənləşdirib.
Son zamanlar tarif şurasının yarattmış olduğu qiymət böhranı indi dövləti, eləcə də cavabdeh qurumları daha ciddi düşünməyə məcbur edib. Vergidən yayınan gəlirlər, insanların rifah halının yaxşılaşdırılması ən aktual məsələ kimi gündəmə gəlib. Belə olan halda təbii ki, diqqət ilk növbədə büdcədən və vergidən, eləcə də digər sosial ödəmələrdən yayınanlara yönəldilməli və şəffaflığın təminatı üçün ciddi tədbirlər görülməlidir. Amma ölkənin ikinci şəhəri olan Gəncdə elə müəssisələr var ki, onlar nəinki fəalliyyətinə çəki-düzən vermək istəyir, əksinə daha böyük saxtakarlıqlara yol verirlər.
Bu mənada adı həmişə korrupsiyada hallanan “Simurq kompaniya”sı ön sırada dayanır. Kompaniyanın əsas fəaliyyəti Gəncədə nümunəvi sərnişindaşınmanı təmin etmək olsa da burada bu işdən başqa bütün neqativ hallara, qanunsuzluqlara yol verilir, özbaşınalığa meydan açılır.
Əslində şəhərin ümumi simasının tamamlanmasında nəqliyyat böyük önəm daşıyır. İstər xidməti, istərsə yeniliyi və komfortluğu baxımından. Təəssüf ki, bu barədə uzun illərdir Gəncədə düşünmək istəyən olmayıb və kompaniyanın fəaliyyəti başlı-başına buraxılıb.
Bu qiymət artımından sonra Gəncədə “Simurq” kompaniyasının avtobuslarında çalışan sürücülərin gündəlik planını 120 manatdan 150 manata qaldırıb.
Bu haqda Dünyanınsəsi.Az saytına sözügedən kompaniyada çalışan sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olmaqda davam edir.
Sürücülər şikayətlərində qeyd edirlər ki,tarif şurası qiymətləri qaldıran kimi “Simurq” kompaniyasının idarə edən Fuad Babyev adlı şəxs sürücüləri qaraja yığaraq bildirib ki, sabahdan 120 manat yox 150 manat ödəyəcəksiniz.Bu qərara sürücülər etiraz edərək bildiriblər ki,nəqliyyat vasitələrinin yanacaq təchizatı və təmirini də biz sürücülər ediriksə nədən sizə əlavə olaraq bu qədər haqq ödəməliyik?
Bundan başqa sürücülərlə əmək müqaviləsi bağlanılmadığından onlara nə maaş veririlir nə də ki, Dövlət Sosial Müdafiə Fonduna eləcə də Dövlət Vergi xidmətinə heç bir vergi ödənilmir.
Bəs görəsən vergi və əmək müfəttişliyinin işçiləri hara baxır? Onların maraqlarını ödəyən nədir ki, bu qədər vəsaitin təyinatına uyğun yönəldilməsini təmin etmək istəmirlər? Axı bugün büdcəyə bir manatın belə xeyiri var. Biz deməsək də təbii ki, maraqlar məlumdur və şəxsi cib büdcədən, səxsi mənafe isə ümumi mənafedən üstündür.Əgər belə deyilsə hər gün xəttə çıxan 150 avtobus sürücüsünün 150 manatdan ödədiyi pullar hansı hesaba və kimlərin cibini doldurur? “Gəncə Simurq-Kompaniyası”nın yönətim rəhbəri Fuad Babyev sürücülərə deyib ki, kimə və hara şikayət edirsinizsə edin.Biz hər bir dövlət qurumunun vaxtlı-vaxtında haqqını veririk.
Əgər bu kompaniyanın nəzdində fəaliyyət göstərən 30-dan artıq təmir sexini, ehtiyat hissələrin satışı ilə məşğul olan dükanları, iaşə xidməti göstən obyektləri və onlardan alınan icarəni də bu rəqəmlərərə əlavə etsək ümumi gəlirin məbləğini müəyyən etmək elə də çətin olmaz.
Bu da hələ gəlirin tam olması deyil. Daha bir maliyyə fırıldağı isə oturacaqların sayının azaldılması ilə həyata keçirilir. Xəttə buraxılan hər nəqliyyat vasitəsinin oturacaq tutumu 18-20 olsada bu texniki pasportda 16 göstərilir və bütün xərclər pasportdakı sayla hesablanır. Üstəlik Gəncədə də ayaqüstə gedən sərnişinlərin sayı yetərincədir. Belə olan halda Gəncə DYP-nin susqun olması da anlaşılan deyil.
Yuxarıda qeyd edilən nöqsanlardan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin xəbəri olsada amma nədənsə bir tədbir görmürlər.
Belə ki,avtobusların çirkli olması, sürücülərin siqaret çəkməsi, telefonla danışması, təyin olunan qrafiklərə riayət edilməməsi və s. məsələlərlə bağlı lazımi tədbirlər görülmür,xətt sahiblərinə və sürücülərə xəbərdarlıqlar edilmir.
,“Simurq kompaniya”sının rəhbərliyinin “Burda mənəm, Bağdadda kor Xəlifə” düşüncəsi əslində sürücüləri çörəksiz qoymaqla yanaşı həm də dövlət meydan oxuması deməkdir.

Redaksiya olaraq inaırıq ki, bu özbaşınalıq mütləq lazımı dövlət orqanları tərəfindən araşdırılaraq müvafiq tədbirlər görüləcəkdir.
Bu gün biz də Dünyanınsəsi.az olaraq dövlətin və ehtiyaclar içərisində çabalayan əhalinin yanındayıq. Elə bu üzdən də “Gəncə Simurq-Kompaniyası” adlı sərnişin daşıma müəssisəsində araşdırma nəticəsində əldə etdiklərimizi səlahiyyət sahiblərinin diqqətinə çatdırmağı lazım bildik.
Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Dünyanınsəsi.Az
Ardını oxu....
Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin vəziyyəti ilə bağlı KONKRET.az-a daxil olan şikayət xarakterli müraciətlərin ardı-arası kəsilmir.

Növbəti belə şikayət Şəmkir rayonunun Bayramlı kəndində yerləşən uşaq bağçası-körpələr evindəki şəraitsizliklə əlaqədardır. Açığı, “şəraitsizlik” sözü burada bir qədər yerində səslənmir. Çünki redaksiyaya göndərilən və bağçanın ümumi vəziyyətini əks etdirən videoda sanki məşhur kinorejissor Alfred Hiçkokun dəhşət filmlərinin mənzərələri əks olunur. Qapı-pəncərəsi, daşı-divarı, həyət-bacası, dam örtüyü, sanitar qovşağı, yelləncəkləri, elektrik xətləri çox köhnə və bərbad olan müəssisə əsl kabusu xatırladır. Və belə bir yararsız binada təxminən 35 uşaq tərbiyə alır. Əslində hər dəqiqəsi təhlükə saçan bu körpələr evində tərbiyədən çox uşaqların sağlamlığı və təhlükəsizliyi narahatedici faktdır. Və qəribəsi də odur ki, orada çalışan müəllimlər, ən əsas da müdiriyyət belə bərbad vəziyyətə göz yumur. Kənd sakinlərinin iddialarına görə, bağçanın müdiri işini itirməkdən qorxduğu üçün bu barədə aidiyyəti orqanlara məlumat vermir, əksinə, gələn yoxlamanı da yarıyoldan “hörmət-izzətlə” geri qaytarır.

Qeyd edək ki, deyilənlərlə bağlı bağça direktorunun fikirlərini öyrənmək cəhdlərimiz alınmadı.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsələ ilə bağlı mövqeyinə gəlincə, oradan aşağıdakıları bildirdilər:

“Şəmkir rayonu Bayramlı kənd körpələr evi-uşaq bağçası 1989-cu ildən fəaliyyətə başlayıb, bağça binası isə 1991-ci ildə tikilib. Bina birtiplidir və tikilib istifadəyə verildiyi gündən təmir olunmayıb. Əvvəlki illərdə bağça 55 yerlik olsa da, sonradan bu rəqəm rəsmi olaraq azaldılıb və hazırda 35 yerlik olmaqla ikiqruplu bağça kimi fəaliyyət göstərir.

Bildiyiniz kimi, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə yeni verilib. Hazırda həmin müəssisələrin infrastrukturu barədə monitorinqlər aparılır. Bu proses cari ilin may ayınadək davam edəcək. Ondan sonra prioritetlərə bölünərək, məktəbəqədər təhsil müəssisələrində təmir işlərinə başlanılacaqdır”.

Mövzunu diqqətdə saxlayacağıq. //KONKRET.az//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi (MEDİA Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “MAS” MMC (VÖEN – 5101061641) olub.

Teref.az-ın yazdığına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsi 2021-ci ilin dekabr ayında keçirilsə də, nəticəsi satınalmalar portalında 24 yanvar 2023-cü il tarixində yerləşdirilib.

Tenderin ümumi dəyəri 98 min 700 manatdır. Açıqlamadan belə görünür ki, MEDİA Agentliyi ənənəvi medianın rəqəmsal mediayaya inteqrasiyasının təşviq edilməsi və innovativ həll yollarının dəstəklənməsi məqsədilə elektron satış platformasının yaradılması üçün “MAS” MMC-dən proqram təminatı satın alıb.

Ötən il ərzində yəni tender müsabiqəsinin icra olunduğu 2022-ci ildə “MAS” MMC MEDİA Agentliyinin sifarişi əsasında “E-köşk” adlı platforma hazırlayıb. Qəzet və jurnalların rəqəmsal yayım platformasına “e-kiosk.az” saytı vastəsilə daxil olmaq mümkündür. 2022-ci ilin noyabr ayının 24-də “E-köşk” adlı platformanın geniş təqdimatı da keçirilib.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən bir-neçə məqam var.

Qeyd edək ki, “e-kiosk.az” domain adının sahibi Maqsudov Fuad Arif oğludur. Fuad Maqsudov adlı şəxs sosial şəbəkə hesabında özünü MEDİA Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri kimi təqdim edib. Bu şəxs eyni zamada qeyd edib ki, o 2017-2020-ci illərdə “MasSolutions” şirkətində (“MAS” MMC) texniki direktor olub. 2021-ci ilin sentyabr ayından isə MEDİA Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində işləyir.

Yeniavaz.com-un məsələ ilə bağlı MEDİA Agentliyinə müraciətindən sonra Fuad Maqsudov sosial şəbəkə hesabında dəyişiklik edib və qeyd edib ki, o 2021-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayına kimi MEDİA Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub.

Maqsudov Fuad Arif oğlu eyni zamanda “Probıll” MMC-nin (VÖEN – 1703420351) qanuni təmsilçisidir. Bu şirkət 14 sentyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. “MasSolutions” şirkətinin elektron tətbiqinin adı da “Probill”dir.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

Açıqlanan məlumatlardan da göründüyü kimi, satınalan təşkilatın, yəni MEDİA Agentliyinin təmsilçisi (“e-kisok.az” bu şəxsin adına rəsmiləşdirilib) 2 il əvvəl – 2020-ci ildə iddiaçının, yəni “MAS” MMC-nin əməkdaşı (texniki direktor) olub.

Məlumat üçün onu da bildirək ki, “MAS” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyatına alınan zaman MMC-nin qanuni təmsilçisi Süleymanov İmran Həmzə oğlu olub. Hazırda “MAS” MMC-nin qanuni təmsilçisi Useynov Vidadi Hüseyn oğludur.

Yazıda yer alan məlumatlara aydınlıq gətirilməsi üçün 26 yanvar 2023-cü il tarixində MEDİA Agentliyinə rəsmi sorğu ünvanlasaq da bu günə kimi cavab verilməyib.
Ardını oxu...
Əslində Prezident İlham Əliyev kadr islahatlarına 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldikdən dərhal sonra başlayıb. Xatırlatmaq yerinə düşərdi ki, kadr islahatlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gənc kadr Ramin Quluzadənin təyinatı ilə start verildi.

Ardınca R.Quluzadənin Prezidentin İşlər İdarəsinə rəhbər təyin olunması ilə sözügedən qurumda ciddi islahatlar başlandı. Məsələn Prezidentin İşlər İdarəsinin tabeçiliyi də olan “Azərbaycan” nəşriyyatının idarəetməsində köklü dəyişiklik baş verdi və ölkə mediasına kölgə salan bir binaya çəki düzən verildi. Bundan başqa “Xalq qəzeti”, “Bakinskiy Rabiçi” qəzetlərinin məzmun və formasında müsbət mənada dəyişikliklər aparıldı.

Məlumat üçün bildirək ki, Prezident Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. Bununla belə, İşlər İdarəsi Prezident Administrasiyasının tərkibinə daxil deyil. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncama əsasən İşlər İdarəsinin say tərkibi 81 ştat vahidindən ibarət müəyyən edilib. Prezidentin İşlər İdarəsinə daxil olan qurumlar sırasında qəzetlər, pansionatlar, aqrokomplekslər, saraylar, avtoparklar və saydıqca bitməyən digər subyektlər var. İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatlardan biri də “Prezident kitabxanası”dır. Məlumat üçün bildirək ki, Prezident Aparatı işçilərinin vaxtında mühüm informasiya ilə təmin olunması istiqamətində kəskin zərurəti nəzərə alaraq 1993-cü ildə keçmiş S.M.Kirov adına Siyasi Maarif Evinin kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sərəncamına verilib. O vaxtdan etibarən kitabxana ali icra hakimiyyəti, eləcə də icra hakimiyyətinin digər orqanlarının mütəxəssislərinə xidmət göstərməyə başlayıb. 23 yanvar 2003-cü ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə keçmiş V.İ.Lenin adına Mərkəzi şəhər kitabxanasının binası fondla birlikdə kitabxanaya verilib. Bu iki kitabxananın əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası təsis edilib. Dövlət idarəçiliyinin çox strateji sahələrindən biri olan Prezident Kitabxanasının fəaliyyəti təəssüflər olsun ki müasir tələblərə cavab vermir. Kitabxananın https://www.preslib.az/ elektron saytında lazım olan məlumatlar tam yerləşdirilməyib.

Halbu ki, bu saytın qurulmasına və oxucu sektorunun təlabatını ödəmək üçün büdcədən kifayət qədər vəsait ayrılıb. Belə bir durumun yaranması birbaşa Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun frəaliyyətindəki qüsurlarla bağlıdır. M.Əhmədov hələ Kitabxananın yaranmasnın 5 illiyində birdirmişdi ki, ” hazırda bu mədəni-maarif ocağı sənəd fondları və biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin avtomatlaşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində əhəmiyyətli vəzifələr yerinə yetirir”. 2008-ci ildə verilən bu vəd 15 ildir ki hələ də yerinə yetirilmir. Kitabxanada tətbiq edilən “İRBİS-64 – Kitabxanaların Avtomatlaşdırılma Sistemi”ndə ki qüsurlar kitabxana- biblioqrafıya proseslərinin bütün mərhələlərini əhatə etmədiyindən, internet texnologiyalarını dəstəkləmədiyindən problemlər yaşanır. Bütün bu problemlərin kökündə isə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun yaşı və müasir tələblərə heç cür uyğunlaşa bilməməsidir. Siyasi dairələrdə Ramiz Mehdiyevin kadrı və vurğunu kimi tanınan bu şəxsin islahat prosesində əngəl olduğu açıqdan açığa ortadadır. Məhz belə kadrlar köhnə təfəkkürlə daim yeniləşən Azərbaycanın inkişaf tempi ilə ayaqlaşa bilməyənlər son qüvvələrini toplayıb müqavimət göstərirlər. İlham Əliyevin başlatdığı islahatlar paketində mühüm yer tutan kadr dəyişikliklərindən sonra kürsüsünü itirən, illərlə hegomonluq edən “eks”lər hər vəchlə görülən işlərə, aparılan islahatlara mane olmağa çalışır.

Bir neçə il öncə Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə də dövlət başçısı kadr islahatları ilə bağlı fikirlərini bildirdi, bəzi hallarda bu prosesə maneçilik törədildiyini söylədi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Mənbə: Cumhuriyyet.net
 

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

APA xəbər verir ki, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər.

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Qeyd edək ki, bu təyinata qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
Ardını oxu...
 
 
 
 
 

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...
Biləsuvar rayonunda avtobus sürücülərinin problemləri bitib-tükənmək bilmir. Rayonun Xırmandalı kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Səfərli Tacəddinin atası, 58 yaşlı Səfərov Müsəddiq Mahmud oğlu redaksiyamıza göndərdiyi video-müraciətində bildirib ki, rayonda nəqliyyat departamenti onlara qarşı ayrı-seçkilik nümayiş etdirir. Belə ki, adı çəkilən qurum süürücülərin ailələrinə çörək pulu qazanmaqda maneçilik yaradır. Bu hadisə sürücülərin haqlı narazılığına səbəb olub.



2 saylı Sərnişindaşıma Departamentində çalışdığını, sənədlərinin qaydasında olduğunu, nümunəvi vergi ödəyicisi olduğunu bildirən M.Səfərov deyir ki, kənddə ictimai nəqliyyata ehtiyac olduğu halda sakinlər nəqliyyat diskriminasiyası ilə üzləşiblər. Departamentin əməkdaşları ictimai nəqliyyatın (mikroavtobusların) xəttə çıxmasına icazə vermirlər. Sakinlərin kəndin mərkəzində departament işçiləri ilə mübahisə etdiklərini əks etdirən görüntüləri də təqdim edən M.Səfərov həmçinin xatırladır ki, əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi ilə qayğılanan dövlət rəhbərliyi məşğulluq probleminin həllində ilk növbədə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının ailə üzvlərinə üstünlük verilməsi barədə göstəriş verib. Departament rəhbərliyi isə bu göstərişlərə məhəl qoymur.

Maraqlıdır, görəsən, Biləsuvar rayon Nəqliyyat Departamentində sürücülərə qarşı bu qədər kin-küdurət haradan qaynaqlanır? Bəs sürücülərin dövlətdən incik salınmasında məqsəd nədir? Məntiqlə belə nəticə hasil olur ki, rayon Departamentinin rəhbərliyi ictimsi nəqliyyat sektorunda yalnız öz yaxın adamlarının, dost-tanışlarının işləməsinə çalışır. Əgər belə olmasaydı, sürücülər departamentin fəaliyyətindən narazı olmazdılar. Ümid edirik ki, məsələyə aidiyyati qurumlar biganə qalmayacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Xatırladaq ki, bir neçə gün əvvəl Biləsuvar rayonunun eyni problemlə üzləşən İsmətli kənd sakini, iki azyaşlı uşaq atası Nəzərli Orxan Qurbanxan oğlu da marşrut taksisi sürücüsü kimi xəttə buraxılmaması barədə şikayətini KİV-də ictimailəşdirərək aidiyyəti qurumlardan dəstək istəmişdi: “Xəttə sənədləri qayudasında olmayan maşınlar və sürücüləri buraxıldığı halda, mənə müvafiq kateqoriyam ola-ola icazə verilmir”.
 //azerinfo.media//

Ardını oxu...



Azerinfo.media - Dövlətmizin yerli sahibkarlığa, müstəqilliymizin ilk günündən yaratdığı münbit şərait və bu sahənin inkişafı üçün qanunlar bazasının formalaşdlrılması, iqtisadiyyatımıza gözəl töhfə verəcəyinə hər bir vətəndaşın qəlbində böyük inam yaratdı. Bir çox sahibkarlar bundan sui-istifadə edərək, bir çox təyinatı ilə, fəyaləti uyğun gəlməyən sahələrə geniş imkan verdilər. Magistiral yol boyu kafe-bar, restoran, yeməkxanalar, otellər yağışdan sonrakı göbələklər kimi artdı. Buna ilk növbədə yeni iş yerlərinin artması, insanların evlərinə çörəkpulu aparmasına imkan verən iş kimi baxıldı. Amma, sonralar bəzi sahibkarlar fəaliyyət dairəsini çirkin, xoş olmayan işlərə yönəldib, qaranlıq fəaliyyət növünə üstünlük verdilər. Bu işbazlar hətda, dövlətin və eləcədə digər ictimai qrumlarında, özlərinə " havadar" tapdılar. Bu da, onların bəzi "havadarları" hesabına, özlərinə qorxusuzluq mühiti yaratdı və özbaşnalıqlarını artırdı. Buna qarşı, bir çox hallarda hüquq-mühafizə orqanları reydlər keçirib, mübarizə apardılar. Əfsuslar olsun ki, bu gündə bu kimi obyektlər fəaliyyətlərini davam etdirir. Onlar, çirkin əməllərlə kefiyyətsiz xidmətlərini pərdələyir.
Azerinfo.media bildirir ki, Apardığımız araşdırmamız nəticəsində hoteldə, digər istirahət xidmətləri sahəsində bu kimi çirkin iş olan halları müşahidə edib, yarıtmaz xidmətləri ilə rastlaşdıq. Bunlardan biri haqqında söhbət açmaq istəyirik. "Mərmərə" hotel adı altında fəaliyyət göstərən bu istirahət mərkəzinin xidmət sahələri heç bir standartlara cavab verməməklə yanaşı, xidmət haqqlarının isə yüksək olması diqqətimizdən yayınmadı. Bu da, ondan xəbər verir ki, bu hotelin " havadarı" ya yüksək vəzifəlidir, yada, sahibkar bu sahədə yaranan boşluqdan məharətlə istifadə etmək istəyir. Araşdırmamızı davam etdirdiymizdən , görünən noqsanlar barədə növbəti saylarımızda geniş yazı ilə çıxış edəcəyik. Bizi izləyin...
Ardını oxu...
DİA.AZ: - "Azərbaycan icra hakimiyyət başçıları özləri və övladları iştirak etməyən Qarabağ müharibəsi mövzusundan danışmağı, vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən söz açmağı çox sevirlər. Amma müharibə veteranlarını, əlilləri, şəhid ailələrini eşitmək, onları dinləmək qəti istəmirlər!" DİA.AZ bildirir ki, bu ittihamı tanınmış jurnalist Tapdıq Abbas səsləndirib.
Jurnalist daha sonra yazır: "Hətta hər gün televiziyalarda təbliğ etdikləri ideyaları əməli olaraq həyata keçirmirlər, heç olmasa, onları vəzifəyə təyin edən ölkə Prezidentinin göstəriş və tapşırıqlarını yerinə yetirmirlər. Adamı dəhşətə salan odur ki, müharibə veteranlarına qarşı kobudluq edən icra başçıları arasında yeni təyin olunmuş gənc icra başçıları öndə gedir. Məsələn, Yasamal İcra hakimiyyətinin başçısı Elşad Həsənov hələ də başa düşmür ki, nəinki Qarabağ qazisinin, hətta istənilən vətəndaşın qəbulunu təmin etməyə borcludur. Çünki bu, onun vəzifəsidir. İcra başçısının bu cür yanlış hərəkət etməsi ilk növbədə ölkə Prezidentinin Qarabağ veteranları, əlilləri və şəhid ailələrinə qayğı və diqqət göstərmək barədə Sərəncamına və göstərişilərinə tamamilə ziddir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə bu cür məsuliyyətsiz və laqeyd münasibət göstərməyə haqqı çatmır. Ölkə Prezidenti özünü xalqın xidmətçisi adlandırır, amma icra başçısı xalqı, sanki dədəsinin kürsüsündə oturmuş kimi, kabinetə buraxmır!.."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

"Bir əsrə yaxın yaşı olan Azərbaycan Dövlət Aqrar Universiteti daim dövlətin diqqət və nəzarəti altında olmuşdur. Bu universitetdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və siyasi inkişafında böyük rolu olan mütəxəssislər, aqrar sahə üzrə əmək qəhrəmanları və dahi alimlər yetişmişdir. Bu mütəxəssis və alimlər bu universitetin elmindən, təhsilindən bəhrələnərək tarixdə öz sözlərini demiş ziyalılarımız olmuşdur. Çünki bu ziyalılar universitetdə daim diqqət, sayqı və hörmət görmüşlər. Universitet rəhbərliyi bu insanların yetişməsində və çalışmasında daim yardımçı olmuşdur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hal-hazırda universitetdə tutduğu vəzifəyə layiq olmayan çoxlu şəxslər vardır. Hal hazırda rektor vəzifəsini icra edən Zəfər Qurbanovun bu şəxslərlə məşğul olmağa nə vaxtı yoxdur, nə də gücü çatmır.

Məhərrəm Hüseynov, Asəf Qasımov, Musa Bayramov, Telman Musayev, Aydın İsayev, Famil Nəsibov, Nazim Nadirov və digərləri ilə bağlı ağır ittihamların yer aldığı məqalədə eyni zamanda Prezidentə də müraciət ünvanlanıb və ölkə başçısından xahiş olunur ki, bu ali təhsil ocağı ilə bağlı konkret tədbirlər görülsün".

DİA.AZ qeyd edir ki, məaqləni daha geniş formada təqdim edəcəyik, sadəcə olaraq bəzi dəqiqləşdirmələr aparırıq...

Bizi izləməyə davam edin... Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Səbail rayonu Rasrtopoviş küçəsi 9-11 ünvanında yerləşən “Pilot-Residence”MTK-da yaşayan bina sakinləri "Azərbaycan Reallığı" informasiya agentliyinin redaksiyasına müraciət edərək, bildiriblər ki, yaşadıqları binanın qarşı tərəfində sonradan binamıza sıx və bitişik el dilində desək,”Gecə qondu” kimi tikilən bina bizim yaşayış konfortumuzu rəsmən əlimizdən alıb.

Şikayətdə bildirilir ki, zamanında yaşadıqımız binanın qarajını rəsmi olaraq hər bir sakin kimi bizdə ödəniş edib almışıq, ona görə almışıq ki, şəhərin mərkəz hissəsində yaşadıqımıza görə, hərəkətin sıx intensevliyini nəzərə alaraq hərəkətin istiqamətinə süni maneə yaratmayaraq vətəndaşların gedişinə mane olmayaq.

Ardını oxu...
Yaşadığımız həyətin girişini bağlayaraq, ölkə qanunlarına meydan oxuyan bu şəxs arxalandığı güclü əlaqələrin hesabına həyətimizə divar maneə ilə bağlayaraq bizim həyətimizin parkinqindən istifadə etməyə imkan vermir. Nəticədə biz sakinlər, həyətimizə şəxsi avtomobilimizlə daxil olmaqa həsrətik.

Sakinlər bildirirlər ki, dəfələrlə rəsmi qurumlara şikayət etsələrdə lakin şikayətimiz elə məktub formasındada qalıb heç bir rəsmi qurum bizim şikayətimizə cavab vermir.

Redaksiyamızın əməkdaşı, sakinlərin haqlı probleminə səbəb olacaq yerdə olaraq, jurnalist araşdırması apardı,məlum oldu ki, həqiqətəndə sakinlərin yaşadıqı həyət girişi dəmir darvazalı maneə ilə bağlanıb.

Bağlayan şəxs isə mediaya tanış olan iş adamı kimi tanınan Rəhim Sultanovdur.
Ardını oxu...
Apardıqımız araşdırma nəticəsində bizə məlum oldu ki, Rəhim Sultanov dəfələrlə ölkə mediasında tənqid olunan şəxslərdən biridir və, iş adamının adı məhkəmə iddialarında hallanır.

Sakinlər iddia edir ki, “Caspian Service” njn rəhbəri Rəhim Sultanov kimlərəsə arxayın olaraq əlaqələrinin geniş olmasından istifadə edərək ölkə qanunları ilə bina sakinləri arasında ziddiyyət yaradan, vətəndaşları dövlətdən incik salan, Rəhim adlı şəxs barəsində təssüflər olsun ki hələdə heç bir ölçü götürülməyib.

İş adamı Rəhim Sultanova belə bir sual?

Siz məgər düşünmürsüz ki, öz şəxsi mənafeyiniz üçün maddiyyat xətrinə etdiyiniz qanunsuz əməl, Azərbaycanın vətəndaşlarının yani bina sakinlərinin yaşadıqları binada, hər hansısa baş verəcək fövqalada hadisədə və yaxud onlara saldıqınız blokadada bədbəxt hadisənin yaratdığı risklərdən,zəlzələ zamanı insanların binanın həyətini tərk etmələrinə qarşı yaratdığınız süni maneələr insan tələfatına yol açacaqını bilə bilə hələdə qanunsuz əməlinizdən əl çəkməyərək iddialı şəkildə kimlərəsə arxalanıb öz qanunsuz əməlinizi davam etdirirsiz?

Hörmətli iş adamı Rəhim Sultanov sizə tövsiyyəm odur ki, qardaş Türkiyədə baş vermiş zəlzələnin yaradığı insan təlafatlarına səbəb olmuş bina tikən iş adamlarının, həbslərinə və, zəlzələdən çox insanların ölümünə səbəb olmuş, binaların video görüntülərinə dəfələrlə baxasız.
Ardını oxu...
Hesab edirik ki, Azərbaycan Respublikasının vətəndaşının xüsusi mülkiyyətində olan bu və ya sair formada məhv edilməsi qanunvericiliklə cinayətdir. Nə “Caspian Service” nin rəhbərii nədə ki, bu işlərin aparılmasına qanunsuz göstəriş verən digər şəxslərin özlərini “qanundan üstün” tutaraq. özbaşınalıq etmələri yolverilməzdir.

İş adamı Rəhim Sultanova ikinci sual?

Hüquq təhsili olan bir hüquqşunas iş adamı Rəhim Sultanov niyə sakinlərin hüququnu tapdalayır? və yaxud tapdalamaqda davam edir.
Rəhim Sultanov bilir ki, etdiyi qanunsuz hərəkət sakinlərlərin yolunu kəsməkdən, də əlavə Daxili işlər nazirliyinin əməkdaşlarının qanunsuz parklanmaya görə apardıqı uğurlu xidmətinə belə kölgə salır.

Bilirsiz niyə kölgə salır? ona görə ki, öz yaşadıqı binanın həyətinə və ya qarajına daxil ola bilməyən sakin, məcbur qalaraq avtomobilini yolun hərəkət hissəsində saxlayır buda bir başa olaraq həmin ərazidə hərəkətə mane olur.

Maraqlı tərəfi odur ki, qanunsuz əməlləri həyata keçirən sahibkar iş adamı Rəhim Sultanov rəhbəri və güvəndiyi vəzifəli şəxslər, cənab prezident İlham Əliyevin dəfələrlə etdiyi məmurlara və vəzifəli şəxslərə vətəndaşların incidilməsinə və öžbaşınalıqlara son qoyulması xəbərdarlıqlarından xəbərsizdirlər? və yaxud özlərini xəbərsiz göstərirlər?
Ardını oxu...
Jurnalist araşdırması apararaq məlum oldu ki,”Caspian Service” MMC-nin Direktorlar Şurasının sədri Sultanov Rəhim Ələddin oğlu 1962-ci ildə anadan olub. İxtisasca hüquqşünas olan Rəhim Sultanov tanınmış hüquqşünas Ələddin Sultanovun oğludur. Ələddin Sultaanov SSR vaxtında prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb müxtəlif rayonların prokuroru vəzifəsində işləyib.

1990-cı ildə Baş Prokurorun xüsusi işlər üzrə köməkçisi, 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri, 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub. 2010-cu ildən isə təqaüdə çıxıb.

İnanırıq ki, bu şikayət məqaləsindən sonra adiyyatı qurumlar məsələni nəzarətə götürərək özlərini qanundan üstün hesab edərək, vətəndaşları güc hesabına, əzən rahatlıqlarını, əlindən alan, əmlaklarını məhv edən, şəxslərlə bağlı qanun çərçivəsində ölçü götürüləcəyinə ümid edirik

Mövzuda adı keçən şəxsləri dinləməyə mövqeyini dərcetməkə hazırıq.

Mövzunu diqqətimizdə saxlayacaqıq.

AZƏRBAYCANREALLIĞI.COM
 

Dünyapress TV

Xəbər lenti