Ardını oxu...
Azərbaycanda bir çox insan özəl əmlaka sahib olasa da, ondan istifadə etmək və onun barəsində sərəncam vermək imkanları məhduddur. Mənzil haqqının məbləğinin müəyyənləşdirilməsindən tutmuş yaşadığı mənzilin yerləşdiyi torpaq sahəsi üzərində sərəncam verməyə qədər olan məsələləri mülkiyyət sahibi yox, Mənzil-Kommunal Təsərrüfatları (MTK) verir. Əhalidən davamlı olaraq zibil pulu, mənzil haqqı, lift pulu yığdıran MTK-lar qanunvericiliyin ona verdiyi vaxt limiti tələbini pozaraq süni surətdə ömrünü uzadır.
Halbuki MTK-lar hüquqi statusuna görə istehlak kooperativi hesab olunur. Kooperativ binanın tikintisi başa çatıb çoxmənzilli bina istismara veriləndən sonra MTK-lar ömrünü başa vurmalı, binanın idarə edilməsi ilə bağlı qərarı bina sakinləri verməlidir. Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Amma praktikada qanunun bu tələbinə əməl olunmur. Təsadüfi deyil ki, mənzil tikintisi artdıqca dövrü mətbuatda və sosial şəbəkələrdə MTK-ların fəaliyyətindən narazılıqların artdığını görürük.

Əsas şikayət isə mənzillərə xidmətə görə haqların yüksək olması və ya onun sakinlərin rəyi nəzərə alınmadan dövrü olaraq artırılması ilə bağlıdır. Digər problem sahə mülkiyyətçiləri tərəfindən yaşayış sahəsinin saxlanması haqqı ödənilmədiyi təqdirdə MTK tərəfindən mənzilin elektrik və istilik enerjisi, qaz və su təminatının dayandırılması ilə bağlıdır. Bir sözlə, tikinti şirkətləri qanunvericiliyin bütün tələblərini gözardı edərək özəl mənzil sahiblərinin idarəetmədən kənarda qalmasına nail olublar. Lakin bu özbaşınalıqla razılaşmayan sakinlərin müraciətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və iddiaçıların tələbinə uyğun olaraq tikinti şirkətinin binadan çıxarılması ilə bağlı qətnamə qəbul edilib.

TEREF.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirib ki, Mənzil Məcəlləsinə görə, çoxmənzilli binaları sakinləri ümumi yığıncaqla idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir:

“Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər. Əksəriyyət elə düşünür ki, guya, çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım. Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki ümumi yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum.

Xətai Rayon Məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır. Qətnaməni dərc edirəm.

Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində də qaldı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq. Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək.

Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın”.
 
Ardını oxu...
TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri olmuş Elmir Bəşirovun Respublika Klinik Xəstəxanasının baş həkimi təyin olunması ilə Əmək Məcəlləsinin pozulduğu iddia edilir.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, Elmir Bəşirovun hazırda 71 yaşı var. Əmək Məcəlləsinin 10-1.1 maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Məcəllənin 10-1.2-ci maddəsində isə qeyd edilib ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Beləliklə, qanun 71 yaşlı Elmir Bəşirovun baş həkim təyin olunmasını qadağan edir. Bəs TƏBİB nə deyir?

Qurumdan Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Elmir Bəşirovun təyinatı qanun pozuntusu deyil:

"Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.3-cü bəndinə əsasən işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması 70 yaşdan yuxarı işçinin fəaliyyətinə davam etdirilməsi üçün imkan yaradır. Qeyd edək ki, Elmir Bayram oğlu Bəşirov professordur”.

Əmək Məcəlləsinin 10-1.3 maddəsində də qeyd edilir ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Əmək Məcəlləsinin 10-1.3.-cü maddəsindən də göründüyü kimi, hətta nəzərdə tutulan xüsusi halda belə söhbət işçinin işlədiyi HƏMİN müəssisədə əmək müqaviləsinin uzadılmasından gedir. Qanunun heç bir maddəsində 71 yaşlı işçinin yeni müəsisədə yeni vəzifəyə təyinatına icazə verilmir. TƏBİB sədrinin 71 yaşlı professorun müşavirliyinə ehtiyacı var idisə, onunla müqaviləni daha 1 il uzada bilərdi. Amma onun başqa bir müəssisədə hər hansı vəzifəyə təyin olunması yolverilməzdir. Bunu biz demirik, qanun deyir. Elmir Bəşirovun Respublika Klinik Xəstəxanasına baş həkim təyin olunması, onun çalışma müddətinin uzadılması anlamına gəlmir. Bu, yeni təyinatdır və qanunaziddir.
Ardını oxu...
Hər kəsin “Sabunçu”xəstəxanası kimi tanıdığı 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayətlərin ardı-arası kəsilmir. Xəstəxanada çalışan tibbi personalın xəstələrə laqeyd münasibətindən və xidmətin keyfiyyətindən gileylənənlər kifayət qədərdir. Öz qanunları ilə fəaliyyət göstərən bu tibb müəssisəsini el arasında “morq” da adlandıranlar var. “Bu xəstəxanaya sağ girib, ölü çıxırsan” deyə fikirlər isə ictimaiyyətin ən məşhur statusuna çevrilib...

TEREF.AZ bildirir ki, sözügedən xəstəxana ilə bağlı Bizim.Media-ya bu dəfə Bakı sakini Sara Kərimova şikaytlınib.

Üzləşdiyi problemlərdən danışan şikayətçi yanvarın 30-da 3 saylı Şəhər Klinikasına yerləşdirilən anası 1966-cı il təvəllüdlü Lalə Kərimovanın yanvarın 31-də həkim laqeydliyi və xidmətsizliyi ucbatından vəfat etdiyini iddia edib, ölümə səbəb olanların cəzalandırılmasını tələb edib:

“Yanvarın 30-da anamın vəziyyəti gərginləşdiyi üçün evə təcili yardım çağırdıq. Anamın təzyiqi 240-a çatmışdı. Tibbi müdaxilədən sonra təzyiqi 170-ə düşdü. Sadəcə şəkəri ilə bağlı narahatlığı vardı.

Təcili yardım həkimləri onun 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsini məsləhət bildilər. Əslində anamın “Sabunçu” xəstəxanasına aparılmasını istəmirdik. Çünki o tibb müəssisəsi barədə çoxsaylı neqativlər eşitmişdik. Nə yazıq ki, real şahidi olduq.

Xəstəxanaya yerləşdiriləndən sonra anamın özəl xəstəxanalardan birinə köçürülməsini istəsək də, həkimlər “tərpətmək olmaz” dedilər. Razılaşıb, gözlədik. 1 saat 40 dəqiaədən çox vaxt keçdi, anamı müayinə etmək üçün həkim tapılmadı.

Elə anam da o halı ilə dəhlizdəcə gözləməli oldu. Xeyli müddət keçəndən sonra bir həkim aqressiv şəkildə yaxınlaşaraq “mən tək, xəstə çox” deyə deyinməyə başladı. Çox çətinliklə və “hörmət” qarşılığında anamı palataya yerləşdirə bildik.

Orada vəziyyəti daha da pisləşdi, şəkər və yüksək təzyiqə görə insult keçirdi. Dəfələrlə həkim tələb etdik, reaksiya verən olmadı. Arada tibb bacısı yaxınlaşaraq sidikqovucu dərman verib gedirdi. Həkim isə ümumiyyətlə gözə dəymədi”.

Şikayətçinin sözlərinə görə xahişləri ilə xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Amma anaya orada da laqeyd münasibət göstərilib:

“Təsəvvür edin, anamı reanimasiya şöbəsinə aparmaq üçün tibbi personal yoxdur. Onu özümüz daşıdıq. Reanimasiyaya yerləşdiriləndən sonra şöbə müdiri Anar həkim içəridə xəstələrin kamera nəzarətində olduğunu deyərək, bizə gözləməyə icazə vermədi.

Reanimasiya həkimi Gülayə Əbilova isə anamın müalicəsi üçün 200 manatlıq resepti əlimizə verib, “bu dərmanları “Elite” aptekdən alıb gətirin. Başqa aptekdən almayın, mən yazdığım dərmanlar yalnız oradadır” deyə bildirdi.

Həkimə anama yaxşı baxması üçün “hörmət” edib, xəstəxanadan çıxdıq. Saatlarla həkimin dediyi aptekləri axtardıq. İş vaxtı bitdiyi üçün həmin aptelin bütün filialları bağlanmışdı. Həkimə zəng etdik ki, “Elite” apteklər bağlıdır. Təkid etdi ki, “mütləq oradan almalısınız.

Yaxşı gözləyin, səhər alarsıznız” dedi. Gözümüzə həmin günü yuxu getmədi. Anamın vəziyyətindən çox narahat idik. Bir neçə dəfə xəstəxanaya zəng etdik ki, durumu öyrənək, götürən olmadı. Gecə saat 4-də həkim zəng edib anamı ürək aparatına qoşduqlarını məlumat verdi.

Özümüzü xəstəxanaya çatdıranda həkim “ananız çoxdan keçinib, sadəcə özüm demirdim. Zatən ananızı reanimasiyaya gətirəndə bilirdim ki, o keçinəcək” dedi. Sual yaranır, əgər anamın ölümünü həkim əvvəlcədən bilirdisə, əlimizə dərman siyahısı niyə vermişdi? Dövlət məgər xəstəxanaları dərmanla təchiz etmir? Şəkəri ölçmək üçün lazımi avadanlıqlar niyə xəstəxanada olmasın ki? Heç kimi günahlandırmıram, ola bilər ki, anamın taleyi o yaşa qədər yazılıb. Amma dəqiq əminəm ki, anamı ölümünə məhz həkim laqeydliyi, məsuliyyətsizliyi, xəstəxana özbaşınalığı və tibbi xidmətsizlik səbəb oldu. Dediyimdə yalnışamsa, əksini sübut etsinlər”.

Sara Kərimova qeyd edib ki, dəfələrlə reanimasiya şöbəsinin müdirindən anasının ölüm anı ilə bağlı kamera görüntüsünü tələb etsə də, qarşı tərəf nala-mıxa vuraraq, bu görüntüləri ailədən gizlədib:

“Anamı dəfn edəndən sonra Anar həkimin qəbuluna getdim. Bildirdim ki, reanimasiya qarşısında gözləməyə məhz kamera görüntüsünə görə icazə vermədiz. İndi bizə bu görüntüləri təqdim edin, əmin olaq ki, anama orada xidmət göstərilib. Anar həkim isə “bizdə kameralar yoxdur” deyib. Yəni əvvəl dediyi sözü təkzib edib.

Məsələ ilə bağlı polisə müraciət edəcəyimi deyib xəstəxanadan çıxdım. Bir ay keçəndən sonra Anar həkim mənə zəng edərək, “gəlin görüntülərə baxın” dedi. Çox güman ki, polisə müraciıtimdən ehtiyatlanmışdı. Getdim, 2 dəqiqəlik videoda anama aid heç nə görmədim. Çarpayıdakı xəstənin anam olduğunu sübut edəcək fakt təqdim olunmadı.

Bəlkə də başqa xəstəyə aid kəsilib hazırlanmış kiçik bir videogörüntülər idi. İndi də tələbim odur. Anamın reanimasiya şöbəsində olduğu müddətin bütün görüntülərinə aydın şəkildə baxmaq istəyirəm. O zaman xidmət barədə rəy verəcəyəm. Bunu mənə təqdim etsinlər, başqa heç nə istəmirəm”, - deyə şikayətçi əlavə edib.

Qeyd edək ki, Sara Kərimova məsələ ilə bağlı Sabunçu Rayon Polis Şöbəsinə və Sabunçu Rayon Prokurorluğuna müraciət edib. Rayon Prokurorluğundan şikayətçiyə cinayət faktı baş vermədiyi üçün müraciətin əsassız olduğu bildirilib. Şikayətçi tələbi ilə bağlı fevralın 27-də Tibbi Ərazi Bölmələri İdarəetməsi Birliyinə (TƏBİB) də müraciət edəcəyini də vurğulayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya həkimi Gülayə Əbilova barəsindəki ittihamlara isə belə cavab verib:

“Mən növbədəydim. Lalə Kərimovanı saat 1-də Nevrologiya şöbəsinə yerləşdirmişdilər. Mənə məlumat gəldi ki, xəstə orada pisləşib. Onu təcili baş-beyin qan dövranının ilkin diaqnozu ilə reanimasiya şöbəsinə köçürdük. Xəstə yaxınlarına heç bir dərman-filan aldırmamışıq.

Hər şey şöbədən olunub. Xəstənin kürəkəni Arifə tez-tez məlumat vermişəm və Lalə Kərimovanın vəziyyətinin ağır olduğunu, hətta telefonu 2-3 saat ərzində “açıq qoyun” demişəm. Mən 16 ilin işçisiyəm və xəstəyə baxanda bilirəm ki, durumu nə yerdədir. Xəstə bizə koma vəziyyətində qusaraq daxil olub.

Mən xəstəni süni tənəffüs aparatına belə qoşmuşam və o da bizim kameralarda öz əksini tapıb. Onlarla heç bir konfliktim olmayıb və heç bir dərman alınmayıb. Mən öz işimi yüksək səviyyədə və protokola uyğun şəkildə yerinə yetirmişəm. Bütün xəstələrə necə lazımdırsa, baxılır”.

Gülayə Əbilova reseptlə bağlı məsələyə də münüasibət bildirib. O, xəstə yaxınlarının ona şər-böhtan atdığını deyib:

“Ağ yalan danışırlar. "MediSmart Diabet" şəkər ölçən aparatı da başqa xəstədən götürmüşəm. Bizdə “MediSmart” yoxdur. Gətirsinlər o resepti mənə göstərsinlər. Yalana və şantaja görə mən də onları məhkəməyə verəcəyəm. Bu qədər ağ eləməsinlər. Hər şeyimiz var. Bir dərman belə alıb verməyiblər”, - deyə həkim özündən çıxıb.

TƏBİB-dən saytımıza isə məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Ardını oxu...
ABŞ-da çirkli pulların yuyulmasına görə həbs edilən məşhur İranlı iş adamı Rza Zərrab hansısa şərtlər müqabilində zaminə buraxılsa da, onun Türkiyəyə qarşı alətə çevrilməsi, İranda və Azərbaycanda olan biznes şəbəkələri hələ də medianın gündəmindədir. Zərrabı Azərbaycanla bağlayan təkcə güneyli olması, Təbrizdə doğulması deyil, həm də ölkəmizdə olan və ona milyardlar qazandıran böyük şirkətləridir. O şirkətlər ki, bu gün İranla sıx bağlılıqda, molla rejiminə işləməkdə ittiham olunurlar. Zərrab həbs ediləndə də, həbsdə olduğu müddətdə də, elə indi də...

Zərrab əvvəllər qəzetlərin əyləncə bölmələrində tanınsa da, o, 2013-cü ildə nəhəng korrupsiya qalmaqalı ərəfəsində həbsilə daha da məhşurlaşdı.

Rza Zərrabın Azərbaycandakı şirkətlərini və onların “fəaliyyətlərini” təqdim etməzdən əvvəl iş adamının həbs olunma səbəblərinə, müsadirə olunan şirkətlərinə diqqət yetirək.

O, ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozmaqda, qeyri-leqal pulyuma əməliyyatları təşkil etməkdə güanhlandırılıb. Lakin Zərrab istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyəli bəzi nazirlərlə rüşvət qarşılığında anlaşdığını iddia edib. Bu da onu göstərir ki, o, elə əvvəlcədən ABŞ-da FETÖ-nü idarə edən çevrələrə bağlı olub. Zərrabın hay-küylü həbsində əsas məqsəd də ictimai rəyə onun Türkiyə hökumətinə bağlı, məxfi məlumatları bilən biri kimi sırımaqdı. Buna nail olduqdan sonra Zərrabı müttəhimdən şahidə çeviriblər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldırıb, onun bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərrabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib.

Onlardan biri də “NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Mohaghegh Eromidir. “NAB Holding”ə Nadir Mohaghegh Eromi, Bəhram Mohaghegh Eromi və Şahram Mohaghegh Eromi tərəfindən nəzarət edilir.

Şirkət Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir, fəaliyyətində şübhəli məqamların olduğundan bəhs edilir. “NAB Holding” adı azərbaycanlılara bir qədər yad olsa da, ora daxil olan şirkətlər, əminik ki, hər kəsə tanışdır. 1988-ci ildə yaradılan holdinq 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq”-dir. Türkiyənin “İlgazetesi” nəşri “NAB Holdinq”-in Azərbaycanda fəaliyyət göstərən və adlarını qeyd etdiyimiz bu şirkətlərin səhmdarı olduğunu yazıb.

Ölkəmizə, onun zəif, böhranlı vaxtlarında – 1994-cü ildə gələn və bu günədək milyonlar qazanan “Baku Electronics” hazırda respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir. Hətta iddia olunur ki, şirkət xarici ölkələrin kəşfiyyat orqanları ilə birgə çalışıb. Son günlər İranda baş verən olaylardan sonra möhkəm təşviş içərisində olduqları da qeyd olunur. Bir sözlə, onların təkcə biznes qurumları olmadığı söylənilir.

Bank fırıldaqçılığında ittiham olunan Rza Zərrab işini əvvəldən bildiyi üçün Azərbaycandakı şirkəti olan “Baku Electronics”i bacısının və onun həyat yoldaşının adına sənədləşdirib. Amma son günlər İranda ölkəmiz əleyhinə baş verənlər “Baku Electronics”-də ciddi təlaş yaradıb.

Eromi ailəsinin - Nadir, Şahram, Bəhram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adları şirkətin rəsmi sənədlərində də yer almaqdadır.

“NAB Holdinq” şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulun Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir. Ancaq buna rəğmən Eromi qardaşları bu ölkədə hansı sahədə fəaliyyət göstərdiklərini qabartmağa çalışmırlar. Bunu “NAB Holdinq”-in rəsmi veb-saytı olan “www.nab.com.tr”də yerləşdirilən məlumatlardan da görmək mümkündür. Saytda yer alan məlumatlardan belə başa düşülür ki, şirkətin fəaliyyəti tamamilə Azərbaycanla bağlıdır. Şübhəsiz ki, “NAB Holdinq”ın Azərbaycandakı əsas fəaliyyəti “Bank of Baku” və “Baku Electronics”-lə bağlıdır. 1994-cü ildən fəaliyyət göstərən “Bank of Baku”da “NAB Holdinq”-in əsas ortaqları keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev olub. Fərhad və Rafiq Əliyev qardaşları 2005-ci ildə ağır ittihamlarla həbs olunsalar da, holdinq öz fəaliyyətini davam etdirib. Elə bu səbəbdən də “NAB Holdinq”-in arxasında daha böyük güclərin dayandığı söylənilir.

“NAB Holdinq”-in “Buta Sığorta”-nı ləğv etməsi, “Bank of Baku”-dakı payının bir hissəsini satmasından sonra bütün diqqətlər holdinqin sahib olduğu əsas şirkətə - “Baku Electronics”-ə yönəlib. Pərakəndə satış sektorunda fəaliyyət göstərən “Baku Electronics” isə “Samsung”, “Sony”, “Huawei”, “Xiaomi”, “Rowenta”, “Panasonic”, “HP”, “Acer”, “Philips”, “Lenovo”, “Kenwood”, “Braun”, “Delonghi”, “Bosch”, “Tefal”, “Canon” kimi tanınmış markaların ölkəmizdəki rəsmi təmsilçisidir.

“Baku Electronics” ölkənin ən böyük texnoloji və məişət avadanlıqlarının satışını həyata keçirən şirkət olmaqla yanaşı, həm də məhkəmə qalmaqalları, tez-tez müştəri hüquqlarını pozan, keyfiyyətsiz və saxta məhsullar satan şirkət kimi də “məşhurdur”.

Hələ 2018-ci ildə Zərrabın Azərbaycanda olan biznes şəbəkələrinə əl qoyulacağı ilə bağlı xəbər yayılmışdı. Lakin “Habertürk” qəzetinin müxbiri Vəli Sarıboğanın yazdığına görə, holdinqin icraçı direktoru Omid Mohaghegh Eromi bildirib ki, şirkətin Zərrabla heç bir ticari bağlılığı yoxdur: “Yanlış anlaşılma var. Mənim və şirkətimizin Zərrabla heç bir ticari əlaqəmiz yoxdur. Mən onu son on ildə bir-iki dəfə görmüşəm. Bu görüşlər dəvətnamələrdəki görüşlər şəklində idi. Onunla nə işgüzar münasibətimiz var, nə də səmimiyyətimiz”.

Eromi ailəsi Rza Zərrabla heç bir biznes əlaqələrinin olmadığını bildirsə də, Türkiyə mətbuatı yazır ki, Zərrab, bacısı Şeyda Eromi (Bəhram Erominin həyat yoldaşı) ilə birgə 2013-cü ildə “Arkla Otelcilik ve Turizm A” adlı şirkət qurub. 135 milyon lirə sərmayə yatırılan bu şirkət, Zərrab ABŞ-a getməzdən əvvəl bacısının, daha sonra isə digər qardaşı Can Zərrabın adına rəsmiləşdirilib.

İran əsilli azərbaycanlılar olan Eromi qardaşlarının Azərbaycandakı biznesinə dair ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi.

Həmin teleqramı 2011-ci ilin yayında “WikiLeaks” yayıb. Sənəddə bildirilirdi ki, Eromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.

Diplomat məktubunda Rza Zərrabın bacısının əri - “Baku Electronics”-in hissə sahiblərindən biri Şəhram Eromi haqqında daha geniş məlumat verir: “O, İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhram 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var. Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Erominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.

Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı - Cəmşid (“Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir. Cəmşid Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir. O və qardaşları Türkiyə vətəndaşlığı alıb: “Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Eromi qardaşlarının adları yer alır. Mahmudoğlunun oğlu İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir”.

Adı çəkilən şəxslər “Baku Electronics” şirkəti ilə ortaqdır. Şəhram Eromi həm də İranın Bakdakı keçmiş səfiri Əhəd Qəzayinin yaxın dostudur.

Bütün bunlar isə onu deməyə əsas verir ki, bu şəxslər təkcə Azərbaycanda şirkət qurub milyardlar əldə etmir, həm də İrana milyardlar ötürür, bu milyardları qazandıqları ölkədən məlumatlar çatdırır, casusluq edirlər.

Publika.az

Ardını oxu...Dövlət əmlakını talayanı, büdcədə qara dəlik axtaranları qabağa çəkirlər. Sanki belələrini əlbəəl axtarırlar.

Hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis işləyən Gülər Abdullayeva da bu qəbildən olanlardandır. 2015-ci ildə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər xanım analıq məzuniyyətinə çıxır. Onu vəzifəsi ictimai əsaslarla Gülər Abdullayevaya həvalə edilir. G.Abdullayeva bu vəzifəni 2015-2017-ci illərdə icra edib.
Həmin dövrdə İsmayıllı rayon Mədəniyyət Şöbəsinin(ləğv edilib) müdiri Azər Abbasov olub və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin 30 komputerinin prosesorunu satıb. Maraqlıdır ki, direktor vəzifəsini icra edən Gülər xanım bunun qarşısı niyə almayıb?
2017-ci ildə Mədəniyyət Şöbəsi ləğv edilir və onu 5 rayonu əhatə edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yaranır. Bir müddət sonra isə, onu İsmayıllı Regional İdarəsi ilə əvəzləyirlər. Talançılar başa keçirlər. Azər Abbasov regional idarədə rəis müavini, bir müddət sonra isə G.Abdullayeva isə baş mütəxəssis olur.
Bu azmış kimi Gülər Abdullayevaya həmin idarədə həmkar vəzifəsi də həvalə edilib. Yəni, Həmkarlar İttifaqları Konfederasiyasının mədəniyyət işçilərinin İsmayıllı rayon üzrə məsul şəxsi olub. Bununla da, Gülər xanım iki yerdən maaş almağa başlayır. Həmkar və baş mütəxəssis maaşı. İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis və həmkar vəzifəsini daşıyan Gülər xanım köhnə ənənəsini davam etdirməyə başlayır. İlk analıq məzuniyyəti zamanı mənimsəməyə yol verir. İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis kimi analıq məzuniyyətinə çıxır. Lakin analıq məzuniyyətini Həmkarlar İttifaqı Konfederasıyasından gizlədir. Analıq məzuniyyəti dönəmində sözügedən ittifaqdan maaş alır. Beləliklə, dövlət büdcəsindən qara dəliyi tapır və arzusunda olduğu məbləği mənimsəyir.
Qeyd edim ki, gün kimi aydın olan qanunsuzluqlara Gülər xanımın himayədarına görə prokrorluq və aidiyyatı qurumlar müdaxilə edə bilmir. Xanımın həyat yoldaşı Vüsal Abdullayev İsmayıllı Rayon İcra Hakimiyyətində “Memarlıq və Tikinti şöbəsi”nin müdiridir.
Eyni zamanda, illərdi bu regional idarədə qanunsuzluqlar və ölücanların mövcudluğu hökm sürür. Regionalın sabiq rəhbərin dövründə xeyli təmizlənmə və qanunların icrası tətbiq edilsə də, yenidən hər şey Azər Abbasov və onun pul yığanı Şamo Nuğayev dönəmini xatırladır. Yerli rəhbərlikdəki şəxslərin yaxınları ölücan kimi işləyir, istədikləri kimi iş qrafiklərini pozurlar. Maliyyə Nazirliyinin bu məsələdən xəbəri olsa da, yenə də bəlli himayədarlara güzəşt edərək həmin şəxslərin maaş almasına münbit şərait yaradır.
Məsələ Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə və Maliyyə Nazirliyinə maraqlı olsa, tam siyahını təqdim edə bilərəm.

Mənbə: Sarkazm.az 

 
 
Ardını oxu...
DİA.AZ: - Xəzər rayon icra hakimiyyətinin başçısi Elşən Salahovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir. DİA.AZ bildirir ki, bu barədə məlumatı verən hökumətdəki mənbə RİH-lərin birdəfəlik ləğvinin bu il də ertələnəcəyini qeyd etməklə yanaşı, eyni zamanda Bakıda bir neçə başçı ilə bağlı qərarların veriləcəyini də xəbər verib.

Məlumata görə, Prezident İlham Əliyevin bu haqda Novruz bayramından öncə sərəncam imzalayacağı gözlənilir.

Mənbə qeyd edir ki, bayramdan öncə işdən çıxarılacaq icra başçılarından biri Xəzər rayon icra başcısı Elşən Salahovdur.

Qeyd edək ki, işdən çıxarılacaq bəzi icra başçıları haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.

Qeyd edək ki, buna misal olaraq, bir neçə ay öncə Xəzər rayonu ərazisində şəhid bulağının sökulməsi sosial şəbəkədə ciddi narazılıq yaratmışdı.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt etdi. Universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevanın istintaqa cəlb olunmasından sonbra qəfildən "qeybə çəkilən" keçmiş rektor personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi.

Düzdür, adı ətrafında yaranmış ajiotajın səngimədiyini görən Nurlana Əliyeva sonradan bu xəbəri təkzib etdi. O, məhkəmədə iştirak etməməsini rəsmi bildiriş almamasıyla əlaqələndirərək, özünün "aydan arı, sudan duru" olduğunu sübut etməyə çalışdı. Amma istintaq materiallarında Nurlana Əliyeva ölkədən kənarda olduğu üçün onun ifadəsinin alınmamasıyla bağlı xüsusi qeyd var.

TEREF.AZ bildirir ki, "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil. Azərbaycan Dövlət İdman Akademiyasının keçmiş rektoru Ağacan Əbiyevin də eyni aqibətlə üzləşdiyi bildirilir.

Məlumatlı şəxs saytımıza deyib ki, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev 5 il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkilərində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.

Mənbə deyib ki, sələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun "qara günləri" başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.

Aldığımız məlumata görə, Ağacan Əbiyev təxminən 1 il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunduğu bildirilir.

Ardını oxu...
Laçında tikinti-bərpa işlərini aparan Bakı Abadlıq şirkəti muzdla işə çağırdığı şəxsləri işlədərək zəhmət haqqlarını verməyib.

AzadlıqRadiosu məsələni araşdırıb, məlum olub ki, ictimaiyyətə açıqlanmayan layihələr çərçəivəsində vətəndaşların haqqları pozulur.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Masallının sabiq, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynovla bağlı yazıya bir az uzaqdan başlamaq istəyirəm. Oğul atasının əməllərinə görə cavab verməli deyil, amma ata öz övladının əməllərinə görə, ən azı mənəvi məsuliyyət daşıyır. Necə ola bilər ki, Rafil Hüseynovun polis kapitanı olan oğlu hər gecə barlarda lüt gözəlçələrlə əylənib şəkillərini sosial şəbəkədə paylaşsın, amma ona gözün üstə qaşın var deyən olmasın.
Atalar deyib ki, su sənəyi suda sınar. Bəli, Rafil Hüseynovun polis kapitanı olan oğlu vətəndaşı evindən, yatağından şalvarsız, tumançaq sürüyüb aparanda...artıq səbr kasası daşdı və onu hüquq-mühafizə orqanlarından qovdular.
Görəsən, öz oğluna belə “tərbiyə” verən ata Rafil Hüseynov necə böyük bir rayona rəhbərlik edə bilər..? Unutmayaq ki, hər rayonda xeyli sayda dövlət qurumlarının təmsilçiləri var. Məsələn, polis rəisi, prokuror, təhsilin müdiri, səhiyyənin müdiri və s. Ancaq hər rayonda Prezidentin 1-cə nəfər təmsilçisi var – Rayonun İcra başçısı.. Görəsən, oğluna tərbiyə verə bilməyən bir ata, necə 100 minlik rayonda Prezidenti təmsil edə bilər..?
Axı, belə atanın özünə tərbiyə verən lazımdır... Görəsən şalvarsız aparılan sıravi vətəndaşın günahı Rafil Hüseynovun günahlarından artıq idi..? Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi Masallıda köhnə qəbristanlığın yerini satıb milyonlar qazanmamışdı.. Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi şəhid atasına kəllə atmamışdı..?
Axı, həmin sıravi vətəndaş dövlətdən milyonlar oğurlayıb, Novxanıda 10 milyon dəyərində villa tikməyib... Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi uşaq bağçalarındakı körpələrin qidasını satıb yeməmişdi... Loru dildə desək, şalvar çıxartmaq lazım olsaydı, həmin sıravi vətəndaşın deyil...kimlərinsə şalvarı əynindən çıxarılmalı idi...
Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi Ağcabədidə feremerlərə qənim kəsilməmişdi, fermerlərdən külli miqdarda pul yığmırdı, fermerlərin 20 illik icarəsində olan torpaqları başqa birinə satmırdı.
Təsəvvür edirsiniz, vərəndaşın qanunla, sənədlə, sərəncamla icarəsində olan torpağı başqa birisinə satmaq. Rafil Hüseynov Ağcabədidə faəliyyət göstərən bütün dövlət idarələrinin başçılarını aylığa otuzdurub. Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi rayondakı uşaq bağçalarının, məktəblərin müəllim və rəhbərlərini atesstasiya edib pul yığmayıb... Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi şəhid, qazi ailələrinə qol çəkdirib pulun azını onlara, çoxunu özünə götürməyib.... Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi rayonun baş həkimi ilə birləşib dəlilik kağızı verməyib... Və daha nələr...
İndi Rafil Hüseynov, əlini qoy vicdanının üstünə və özün de: Kimin şalvarı əynindən çıxarılmalıdır..? Onu da qeyd edim ki, şalvarı çıxardılmaq...dilimizdə fiziki məna deyil, mənəvi məna daşıyır... Əslində Rafil Hüseynov oğlunun biabırçı əməlindən sonra özü təcili istefa verməli idi. Amma vermədi... Ancaq Rafil Hüseynovu da yaxın zamanda xalası oğlu, Masallının icra icra başçısı Şahin Məmmədovun aqibəti gözləyir. Aqibətin mübarək, Rafil Hüseynov...
 //gundelik-baku.com//

Dünyapress TV

Xəbər lenti