İcra başçısı Sabirabadda QARPIZ festivalı keçirir... -
Rayonun Şəhriyar kənd bazarında palçıq dizə çıxır...
Bunları görmürsən, Siraqəddin Cabbarov..?
Sabirabad rayonu, Şəhriyar kənd sakinlərinin redaksiyamıza göndərdiyi VİDEO-materiala baxanda adam dəhşətə gəlir.
Məlumat üçün qeyd edək ki, 90-cı illərədək bu kəndin adı Aleksandrovka idi, sonradan Ali Sovet kəndin adını dəyişib dahi şairimizin adı ilə Şəhriyar qoydu. Və camaat düşünürdü ki, kəndin adını dəyişməklə, Moşu Göyəzənli demişkəın, XOŞVAXT olacaqlar. Amma atalar deyib ki, sən saydığını say, gör, bəzi rüşvətxor məmurlar, icra başçıları nə sayır. Nə sayacaq, əlbəttə PUL...
Xatırlatma üçün qeyd edək ki, bir müddət əvvəl Sabirabad rayonunun Mərkəzi bazarı yanıb kül oldu.
Təsəvvür edirsiniz FHN-nin dəstəsi gələnə kimi bazarda bir salamat obyekt qalmadı. Həmin yanğın videolarına baxanda adam düşünür ki, görəsən, bu dövlət qurumları hara baxır..? Görəsən, 2008-ci ildən 2019-cu ilədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı olan, 2019-cu ildən Sabirabadı idarə edən Siraqəddin Cabbarov nə düşünür..? Axı, yanıb kül olan vətəndaşların əmlakı, məhsulları idi.
Sözün qısası, Şəhriyar kənd sakinlərinin bizə göndərdiyi fotolardan, videolardan göründüyü kimi, dəmir yolun kənarında yerləşən bazarda dəvə palçığa batsa çıxa bilməz. Belə bir şəraitdə öz həyətlərində yetişdirdikləri almanı, armudu, göy-göyərtini və əti, balığı satan kənd sakinləri zığın, palçığın içində qalıblar. Hətta bazarda olan avtomobillər də yarıyacan zığa batıb. Bir daha deyirik ki, insana belə zülm etməzlər. Bu insanlar bütün günü zığın-palçığın içərisində oturub çörək pulu qazanırlar. Digər tərəfdən o zığın-palçığn içərisində, yerə sərilmiş ərzaq məhsullarının mikrob, virus daşımadığını kim deyə bilər..?
Axı, o boyda rayonun sanitar-gigiyena idarəsi var, bələdiyyəsi var, nə bilim, Allah qoymasa, icra nümayəndəsi var...bəs bunlar hara baxır..? Bu palçıqlı sahəyə bir-iki maşın qum tökmək üçün görəsən Siraqəddin Cabbarovun 5-10 manat pulu yoxdur..? Bəs Binəqədidəki, milyonluq villa kimindir..? Araşdırma zamanı digər bir videoda Şəhriyar kəndinin sakinləri haray salıb, imdad diləyərək, su istəyirlər...
Təsəvvür edirsiniz, kəndçi həyətini, bağını, əkdiyi məhsulu suvarmağa su tapmır. Və icra başçısına şikayət edirlər. İcra başçısı hər dəfə söz verir ki, hər şey yaxşı olacaq. Kəndlinin əkdiyi məhsul zay olub gedirsə, necə yaxşı ola bilər..? Axı, onun və ailəsinin illik ruzisi həmin məhsullardır.
Yeri gəlmişkən, son illər Allah qoymasa, rayonlarda festival keçirmək moda minib. Göyçayda NAR festivalı, Qubada ALMA festivalı, Sabirabadda QARPIZ festivalı, İmişlidə YEMİŞ festivalı... Bir deyən yoxdur ki, su yoxdursa, kəndçi binəva bunları nə ilə sulayacaq..? Bəlkə...?
Nə isə, Şəhriyar camaatının ərz-halını yazıb çatdırdıq. Vallahi, bir gün bu qəzəblənmiş kütlə, bəzi məmurları qabağına sel kimi basıb, inək balasını tapdalayan kimi əzəcəklər. Sonra deməyin ki, deyən olmadı. İndi söz müvafiq dövlət qurumlarınındır.
guindelik baki.com
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti