Rövşən Bağırov da özünə MİNİ-XANLIQ QURUB...
DİA.AZ: - İcra başçıları üçün artıq QARA KABUSA çevrilən MALİYYƏ NAZİRLİYİ XOFU davam etməkdədir. Qeyd edık ki, iki gün əvvəl Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar etdiyi məlum oldu.

DİA.AZ bildirir ki, bu barədə Maliyyə Nazirliyindən rəsmi qaydada məlumat verildi. Xəbərə görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, əslində bu faktlar sözügedən icra hakimiyyətlərindəki mənimsəmlərin cüzi bir hissəsidir və əsas yeyinti faktlarını təbii ki hüquq-mühafizə orqanları üzə çıxaracaq.

Bu arada DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Biləsuvar və Ağcabədi ilə yanaşı, Ağsunun icra başçısı üçün də arzuolunmaz dönəmə start verilib.

Bu barədə redaksiyamızı bilgiləndirən raayondakı mənbə iddia edir ki, bu ilin may ayında Ağsu "hökmranlığını" qeyd etməyə hazırlaşan Rövşən Bağırov bu rayonda özünə əməlli-başlı XANLIQ qurub. Qaynaq dia.az-a yazır:

"Rövşən Bağırov da Ağsunu Vasif Talıbov Naxçıvanı idarə etdiyi kimi idarə edir. Diqqət yetirin, ondan şikayət-filan da yoxdur. Hamısı yerindəcə boğulur. Adam özünə rayonda balca XANLIQ da qurub".

Amma buna rəğmən bütün "balaca padşahların" sonunun çatdığını deyən mənbə Ağsuda da Maliyyə Nazirliyi tərəfindən təftişin həyata keçirildiyini iddia edib: "Bu yoxlamalar nəticə verəcək. Hər halda ağsulular ümid edir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti