Türkiyə qan ağlayan vaxtda tanınmış həkim Cahid Şahbazov məclis təşkil etdi .
Bu fotolara diqqətlə baxın! Hazırda bütün Türkiyə qan ağlayır, zəlzələdə ölənlərin sayı 25 minə yaxınlaşır. Türkiyənin acısını hər birimiz öz evimizdə yaşayırıq. Amma 2 gün öncə Türkiyədən gələn oftalmoloqların etdikləri rəzalətə diqqət edin!

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676524091_4.jpg
Mənəviyyatına çat düşən bu adamlar (?) 2 gün öncə Bakıya qonaq gəliblər, konfrans keçiriblər, daha sonra da məclis təşkil edib mahnılar oxuyurlar, qədəhlər toqquşdururlar, çalıb oynayırlar. Videoları da var, amma paylaşmaq istəmədik.

"Azərbaycan Reallığı" xəbər verir ki, Dünyanın müxtəlif ölkələrindən gələn oftalmoloqları bir yerə yığan, onlara əyləncə təşkil edən isə göz həkimi Cahid Şahbazovdur ki, illərdir Xoşqədəm Hidayətqızının verilişində reklamı gedir.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676524092_3.jpg
Bunlarınki paradır, puldur. Pulumuz olmayanda üzümüzə baxmayıblar. İndi Azərbaycan güclüdür deyə, "kardeş" pafosu püskürürlər. Biz daha nə etməliyik ki?

Öz xalqımla, dövlətimlə qürur duyuram, ağızlarından "abla, kardeşim, aşkım" kəlmələri düşməyən Türkiyə türkləri heç bir halda bizdən üstün, güclü deyildir, ola da bilməz. Azərbaycan varsa, türk dünyası var, yoxdursa, türk dünyası da yoxdur. Yəni, başçı da bizik, döyüşçü də bizik, alim də!

Yığışdırın, bu böyük qardaş axtarmaq sevdasını...

Kimsə yaza bilər ki, hansısa 3-5 nəfərə görə belə danışmaq olmaz. Qısası, bizim yox, öz fikirlərinizə şam tutun.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676524092_2.jpg
Biz daha güclü və daha böyük Azərbaycanın tərəfindəyik, kim başqasına qulbeçəlik etmək istəyirsə, etsin. Alnınıza qul yazılıb. Dünən rusun, bu gün osmanlıların, sabah ingilisin...

İmkanınız olsa, ölkənin müstəqiliyini ləğv edib Türkiyəyə birləşdirərsiniz.

Nə yaxşı ki, bu ölkənin rəhbəri bütün günü "Turan" fışqıran, bambılı qurdbarmaqlı siyasətçilər yox, məhz İlham Əliyevdir - praqmatik siyasətin mahir ustası!

Öz ölkəsinin dərdinə şərik çıxa bilməyən bu dələduz həkimlər və onlara qahmar çıxan C.Şahbazov layiqli cəzasını almalıdır.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676524093_1.jpg
İraq olsun, hadisə Azərbaycanda olsaydı, bizim xalq heç vaxt təşkilatlanıb oğurluq etməz, yardım daşıyanların qarşısını kəsməz, saxta AFAD fondu yaratmazdı, ordakı biabırçılıqların bircə faizi burda olmazdı. Zəlzələdən ölkə bir-birinə dəyib, amma siyasətçiləri fürsətdən sui istifadə edərək Ərdoğanı vururlar. Öz qədrimizi bilək!

"Azərbaycan Reallığı"

 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti