“Crystal Group of Companies” ASC-nin tərkibinə daxil olan “Crystal Beton” QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb. Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma XALQ.AZ-ın məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 290948.39 AZN-dir.
"Crystal Group of Companies" ASC "YAŞAT" Fonduna pul vəsaiti köçürüb
Bildirək ki, nizamnamə kapitalı 136745.80 AZN olan “Crystal Group of Companies” ASC-nin qanuni təmsilçisi Baxış Əliyev Akif oğludur. Əldə etdiyimiz məlumata görə, bir çox tenderlərin qalibi olmuş “Crystal Group of Companies” ASC Milli Məclisin deputatı Ağalar Vəliyev himayəsində fəaliyyət göstərir. Crystal Group of Companies” ASC-nin müşahidə şurasının sədri deputatın oğlu Pərviz Vəliyevdir. Qeyd edək ki, “Kristal Abşeron” şirkətidə “Crystal Group of Companies” ASC-nə daxildir və şirkət haqqında bir çox sosial hesablarda və ölkə mətbuatında mütəmadi şikayətlər yayımlanır. Vergi borcu və digər məsələrlə bağlı “Crystal Group of Companies” ASC heç bir açıqlama almaq mümkün olmadı. Adların keçənlərində açıqlamasını dərc etməyə hazırıq.
Yağış nəinki Bakını, Bakıdan Şimala uzanan ödənişli yolu belə su altında gizlətdi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunu su basdı. Bu həqiqi mənada su basma idi. Avtomobillər belə suyun altında qaldı. Görüntülər də ürəkağrıdan oldu. Adətən bəzi məmurlar “basıb” pulu yeyirlər. Belə düşünür çoxları. İndi bu hadisəni necə adlandıraq? AAYDA-dan soruşaq: Bu hadisəyə necə qiymət verirsiz? Dərhal deyə bilərlər ki, dünyada da fəlakətlər olur. Amma bu yağış o fəlakətdən deyildi. Dünyada körpü tikən, yol salan nazir və ya rəislər, sədrlər Teymur Əliyevdə, Nabranda, Bilgəhdə olan villalara bənzər ev eşiyə, malikanələrə də sahib deyillər axı. Nə də onların, əzizlərinin sürdüyü avtomobillərin dəyəri milyonlarla ölçülmür.
Ödənişli yoldan dəfələrlə mən də istifadə etmişəm. Son dönəmdə Bakıdan üzü Qubaya keçidə yaxınlaşanda keçidin birinin sıradan çıxmasının şahidi olmuşdum. İşlək deyildi. Heç işləməyən bu nöqtəyə yaxınlaşanda xəbərdarlıq da yox idi ki, sürücü bu hissəyə daxil olmasın. Hamı məcbur olub geri qayıdır və digər bölmədən keçməli olurdu. Yola olan münasibət deyəsən elə o günlərdən başlamışdı. Amma düşündüm ki, Bu Bakı – Quba yolunun bəxti açılmır ki, açılmır... Bakı-Quba yolunun ZİYAlı tarixi....Ölməz xatirəsi... (Cavid adının mənası: ölməz-əbədi)
Hələ 2005-2010-cu illərdə bu yola 625,7 milyon manat vəsait xərclənmişdi. Əlavə olaraq 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə yönəldilmişdi. Ümumilikdə 641 milyon manata yaxın vəsait batdı getdi bu yolda. Əsas Qazıqumlaq yolu şümallaşdı, Teymur Əliyevdə olan ev eşik düzəldi, ZQAN Holding yarandı və sair və ilaxır. Hətta dedilər sabiq nazirin bağ evində çənləri “Ərikli” suyu ilə dolur. Xalq öz “qəhrəman”ına dastanlar qoşur axı. Ziya Məmmədova yaxın və o dönəmdə sədaqətli sayılan Cavid Qurbanov da var idi. Hətta gözəl xatırlayıram Ziya Məmmədovla Cavid Qurbanov telefonla danışırdlar. Ziya müəllim xəstələnmişdi. Cavid Qurbanovla olan mehriban danışığı zamanı həsədlə bu dostluğa baxıb bir anlıq halal olsun da dedim. Sonra zaman gəldi hər iki dost arasında elə nazirlikdə kabinetdə mübahisə düşdü. Bu mübahisələr ölkənin məşhur restoranlarınn birində ikili arasında gedən müzakirələrdə də davam etmişdi. Nəticələr isə bəllidir. İndi Ziya müəllim namaza başlayıb. Allah qəbul eləsin. Oğlu Anar Amerikada zəhmətlə cəfakeş həyat sürür. Bir sıra yaxınları isə Anardan küsüb. "Bizim evimizi o yıxdı, dağıtdı gül kimi səltənətimizi" deyirlər. Cavid müəllim isə çəkilib səssizliyə..... Bakı-Quba yoluna əməli SALEH biri lazımdır
Maraqlı bir təsadüf də var. Bu asfalt işinə kim baxırsa qonşu olmaq da talelərinə yazılır deyəsən. AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da məşhur Teymur Əliyev küçəsində yaşayır. Bu küçənin bir başlanğıcında Ziya Məmmədov, digər başlanğıcında isə bir qədər içəri məhəllədə Saleh müəllim yaşayır. Yolları bir nöqtədə kəsişir. Talelərini deyə bilmərəm. Maraqlıdır ki, 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan, 2023-cü ildə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu niyə bu günə qaldı. Bu yol istifadəyə veriləndə, təhvil-təslim aktı imzalananda heç bir araşdırma aparılmadımı? Bu yolda 40 yol ötürücüsü və körpü, 52 alt keçid var. Bəs bu yol tikiləndə relyefi, sel basma təhlükəsi, ərazinin iqlim şəraiti necə nəzərə alınmamışdı? Bu yağış bir gün çəkdi. Bəs intensiv olaraq bir neçə gün yağsa nə baş verərdi? Ödənişli yol biyabırçı hala düşdü. Hanı mühəndis? Haradadır təhvil-təslimə qol çəkənlər? Saleh müəllim açıqlama versə nə gözəl olardı. Bir zaman deyirdi bu yolda sürətlə sürün.
Deyirəm Saleh müəllim: “Mən yola çıxanda gərək maşının yük yerində (baqajda) ən azı 600 min olsun. Yoxsa uzaq yola çıxa bilmirəm”.... deyibən bu yola çıxıb yağışlı havada sürətlə avtomobil sürə biləydik.....
Bu video düşünürəm ki, Səhiyyə Nazirliyini və hüquq mühafizə orqanlarını ciddi şəkildə düşündürməlidir. Hörmətli Səhiyyə Naziri, cənab Teymur Musayev. Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsinin görüntülərini bir həkim kimi necə qiymətləndirirsiniz? Tibbi savadı olmayan bir şəxsin insan bədəninə cərrahi müdaxilə etməsi mümkündürmü? Bura Azərbaycandır, bura Bakıdır, bura VMR Estetik Klinikasıdır..Bu klinikaya lisenziya verən məhz Səhiyyə Nazirliyidir. İndi özünü kosmetoloq kimi mətbuata göstərməyə çalışır. Diplomsuz kosmetoloq həm də əməliyyat edə bilir Azərbaycanda! Başqa bir sual Gəncədə liposaksiya əməliyyatından sonra ölən Gülbəniz Bayramovanı kim əməliyyat etmişdi? Ganira Atash TEREF
Azərbaycan estrada və pop musiqisi illərdir ki, özünün çoxşaxəli ifaçılarını yetişdirir. Bu sənətçilər arasında son zamanlarda fərqlənənlərdən biri də Türkanə Kərimlidir. Solo mahnılarından popurri ifalarına qədər geniş repertuarı ilə diqqət çəkən bu gənc müğənni, həm ənənəvi səs köklərini, həm də müasir üslub elementlərini ustalıqla bir araya gətirir. Azərbaycanın şən və bənzərsiz vokal ənənəsi ilə yetişən Türkanə, uşaqlıqdan etibarən məclislərdə, ailə tədbirlərində səsinin parlaqlığını kəşf edib. Uşaq yaşında qəbul olunduğu vokal kursları, xalq və klassik pop mahnılarına duyduğu məhəbbəti daha da dərindən öyrənməsinə şərait yaradıb. Peşəkar səhnəyə gəlişi gənclik illərinə təsadüf edən Türkanə Kərimli, 2018-ci ildə təqdim etdiyi “Sənin Eşqinə” adlı balladası ilə ilk dəfə geniş auditoriyaya dogrudan da tanındı. Bu mahnı onun yumşaq, təbii vokal rəngini ön plana çıxardı, sosial ortamda uzun müddət əks-səda doğurdu. Ardınca pop və estrada janrında sınaqdan keçdiyi “Gəlmişəm” və “Kimdir O” kimi daha ritmik, dinamik tərzdəki parçaları onu ön səhnələrindən tutmuş açıq hava konsertlərinə qədər daşıdı. Türkanənin ifa tərzini tamamlayan ən maraqlı xüsusiyyətlərindən biri də popurri təqdimatlarıdır.“Qaranquşlar Gələndə / Xəbərin Yoxdu / Gözünə Qurban” kimi üç fərqli əsəri bir arada təqdim etdiyi popurri ilə o, həm yeniyetmələrə, həm də daha təcrübəli dinləyicilərə nostalji anlar yaşadır. Türkanə Kərimli ifa etdiyi hər mahnıda duyğunu ötürməyi, dəqiqliklə vurğulamağı bacarır. Səsi geniş diapazona malikdir..
“Gənc müğənni Türkanə Kərimli, musiqi Səhnəsinin yeni Ulduzu olaraq” könülləri fəth edir.. Azərbaycan musiqi məkanına sanki bahar nəfəsi kimi daxil olan gənc müğənni Türkanə Kərimli, hər ifasında dinləyicilərin qəlbini isidən səsi və səhnə enerjisi ilə fərqlənir. Onun sənət yolu boyu təqdim etdiyi mahnılar; həm ritmik pop tərzində, həm də duyğulu balladalarda – onun çoxşaxəli istedadının bariz nümunəsidir. Türkanə Kərimlinin ən son təqdim etdiyi parça olan “Gəlmişəm” dinamik ritmi və cazibədar vokal xətti ilə təqdim olunduğu andan etibarən klub səhnələrindən radio yayımlarına qədər hər yerdə səslənir. Bu mahnı sanki ifaçının sənət yolunda yeni fəsil açıdığını, özünəinamlı addımlarla irəlilədiyini simvolizə edir.
Həmçinin, YouTube kanalında yayımlanıb dərhal viral effekt yaradan “Kimdir O”, Türkanənin duyğu ötürmə bacarığını gözqamaşdıran nümunədir. Hər bənddə eşq və sirr arasında gəzən melodik xətt, ifaçının incə ornamentlərlə zənginləşdirdiyi vokalı dinləyicini hər misrada heyran qoyur. SoundCloud platformasında yayımlandığı andan romantik ruhlu dinləyicilərin sevimlisinə çevrilən “Sənin Eşqinə”, Türkanənin səmimi ifasını və incə vokal rəngləmələrini gözəl təqdim edir. Bu ballada hər bir kəlmədə ürəyə toxunan həssaslıq daşıyır. Duyğulu mətn və təsirli melodiya xətti ilə “Sən Mənimsən, Qarabağ” parçası, ifaçının sənətini dəyərli mesajlar vətən sevgisi ilə zənginləşdirməsinə gözəl nümunədir. Hər notda vətənə duyulan sonsuz məhəbbət, Türkanənin vokalında yüksək enerji ilə canlanır.. Türkanə Kərimli, hər yeni mahnısında sanki özünü yenidən kəşf edir. “Gəlmişəm”dən “Sən Mənimsən, Qarabağ”a qədər uzanan repertuarı, onun həm romantik, həm də coşğulu səslənən tərəflərini ortaya qoyur. Gələcək layihələrində yeni janr sınaqları, həmçinin beynəlxalq əməkdaşlıqlar gözlədiyimiz bu gənc ifaçı, Azərbaycan musiqisində tərifi ən çox haq edən, parlaq istedadlı simalardan biridir. Onun səhnə və studiya işləri, şübhəsiz, dinləyiciləri yeni həyəcan dalğalarına sürükləyəcək. Biz də bu yolda Türkanə xanım Kərimliyə nailiyyətlər arzu edirik! Onun vokal tərzi, Azərbaycan muğamına xas ornamentləri müasir pop ritmləri ilə sintez etməyə meyllidir. Bu da mahnıların həm yerli, həm də region xaricində dinləyicilərdə rezonans doğurmasına gətirib çıxarır. Türkanə, həm Azərbaycanda, həm də qonşu ölkələrdə keçirilən bir sıra musiqi festivallarında səhnə alıb. Bundan başqa, səhnə dizaynı və işıqlandırmaya xüsusi diqqət yetirərək hər konsertini həm akustik, həm də vizual şöhrətli anlara çevirir. 2025-ci ildə albomu üzərində çalışdığını açıqlayan Türkanə, bu dəfə daha çox elektro-pop və alternativ ritmləri ifasına daxil etməyi planlaşdırır. Məqsədi, Azərbaycan musiqisini beynəlxalq səviyyədə təmsil etmək, digital platformalarda daha çox izləyici qazanmaqdır. Eyni zamanda, gənc vokalçıları və əsasən şimal bölgəsindən gələn istedadlı uşaqları üçün mentorluq təşəbbüsləri də düşünür. Türkanə xanım Kərimli, geniş repertuarı, səsinin rəngarəngliyi və səhnə enerjisi ilə Azərbaycan musiqi səhnəsini zənginləşdirən yenilikçi ifaçılardandır. Solo mahnılarından tutmuş popurri proqramlarına qədər hər layihəsi onun sənət eşqini, peşəkarlığını və dinləyiciyə verilən önəmi əks etdirir. Gələcəkdə təqdim edəcəyi yeni mahnılar və albom, şübhəsiz ki, onun mövqeyini möhkəmləndirəcək və musiqisevərlər arasında daha geniş rezonans doğuracaq.
Ötən həftə yağan güclü yağışlar bəzi ərazilərdə evlərin su altında qalmasına səbəb oldu.
Amma göl ətrafında tikilən evlərin su altında qalmasının günahkarı təbiət deyil. Çünki bu ərazidə qanunsuz aparılan tikinti nəticəsində həddindən artıq qum ilə doldurulan göl daşmağa başlayır.
Əgər bu ərazidə tikinti işləri qanunsuz deyilsə çəkiliş aparan AzTV əməkdaşlarına özünü sakin kimi qələmə verən Bələdiyyə sədri görəsən nədən çəkinib?
Göyçay rayonu bərbad günə düşüb. Mərkəzi bir- iki küçəni üzdən təmizləyib gözdən pərdə assalarda, əksər küçələri isə zibil və pis qoxu bürüyüb, Kanalizasiya lüklarının qapağı olmadığına görə açıq vəziyyətdə qalıb, səkilər və asfalt örtüyü dağılıb yararsız vəziyətə düşüb, gecə küçələrdə işıqlandırma yoxdur, küçə itləri insanlara hücum edir.Küçələrin çoxunda qutular olmadığı üçün, zibili yerə, ağacların dibinə tökürlər. Zibil vaxtlı-vaxtında təmizlənmədiyi üçün günlərlə, hətda həftələrlə qalıb dəhşətli antisanitar vəziyyət yaradır. Buna görə Göyçayı zibil iyi bürüyüb, hər yer antisanitar vəziyyətdədir. Küçələrin çoxunda işıqlandırma olmadığı üün gecələr zülmət qaranlıq olur. Küçə itləri insanlara hücum edib təhlükə yaradır. TEREF yazır ki, bunu redaksiyamızın poçtuna şikayət məktubu göndərənGöyçay sakini Əliyev Cavid yazır. Əliyev Cavid daha sonra bu dərəbəyliyə cavabdeh olanlardan söz açaraq yazır: İcra başçısı Natiq Ağayev məzuniyətdə olduğu üçün onu müavini Kərim Seyidov əvəz edir.Kərim Seyidov uzun müddət Göyçayda müxtəlif vəzifələrdə işləsədə bacarığı olmayan, işə yaramayan bir adamdır. Natiq Ağayev icra başçısı təyin olunandan sonra Kərim Seyidovu Şəhadət kənd icra nümayəndəsi vəzifəsindən, icra başçısının birinci müavini vəzifəsinə gətirsədə özünü doğrultmadı. Göyçay daima öz xüsusi yaraşığı və təmizliyi ilə yaddaşlarda qalsada indi bunlardan heç bir əsər-əlamət yoxdur. Göyçaya öz maraqlarını dövlət qanunlarından üstün tutan yaramaz kadrlar yox, işləyib can yandıran şəxslərin vəzifəyə gətirilməsi lazımdır.
Göyaçy rayonu S.Vurğun küçəsi ev 21 sakini Əliyev Cavid Nüsrət oğlu TEREF olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq! TEREF
Paytaxtın Nizami rayonunda yaşıllıq məhv edilidi, qanusuz tikinti aparılır.
XALQ.AZ -ın məlumatına görə, Nizami rayonu Babək prospektində hündür dəmir konstruksiylarla qanunsuz obyekt tikinti işləri aparılır.
Qeyd edək ki, Nizami rayonu ərazisində qanuszuz tikintilərin aparılması, yaşıllğın məhv edilməsi, və piyada səkillərin zəbt olunması ilə bağlı sosial paltformalarda və mətbuatda mütamadi xəbərlər yayımlanır.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.
Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsidəndə bu məsələyə münasibət bildirilmədi.
8 aya yaxındır ki, icra başçısı postu boş qalan Nəsimi rayonu əslində bu gün əsl XARABALIĞI XATIRLADIR... Bunu elə yerli KİV-də günü-gündən ictimailəşən neqativ xarakterli faktlardan da sezmək mümkündür. Hər halda, hər biri Nəsimi rayonuna aid olan bu faktlar icra başçısı postu boş qalmış Nəsimi rayonu ilə bağlı ictimai rəydə müsbət təəssürat yaratmır...
"DİA-AZ" xatırladır ki, elə keçən günlərdə sözügedən rayon ərazisində yaşıllığın vəhşicəsinə məhv edilməsi ölkə mediasında böyük rezonans doğurdu. Amma təbii ki məhz BAŞÇININ olmaması səbəbindən bu fakt sanki ört-basdır edilmiş kimi göründü... Əslində isə reallıq tamam başqadır...
Bu barədə "DİA-AZ"a danışan mənbə iddia edir ki, hazırda Nəsimi rayonundan sorumlu icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Gülarə Verdiyevadır. Mənbə bildirir:
"Gülarə Verdiyeva həm rayona başçı gəlmək istəyir, həm də keçmiş başçının əvəzindən rayonu rəsmən talamaqla məşğuldur. Bu gün Bakının yeganə rayonu bəlkə də Nəsimidir ki orda ağlasığmaz qanunsuzluqlar baş verməkdədir. Hətta Bakı meriyası belə bu işi durdura bilmir. Çünki bütün eybəcərliklər yenə də köhnə başıya - hazırda deputat kürsüsündə oturan Asif Əsgərova söykənməkdədir. Məhz ona güvənən Gülarə Verdiyeva Nəsimini təkcə talamır... həm də növbəti başçı olmaq niyyətindədir...."
Qeyd edək ki, bu barədə danışan mənbəmiz çox ilginc faktları ictimailəşdirib. Bu barədə növbəti yazıda... Bizi izləməyə davam edin...
Respublika Perinatal Mərkəzinin işçiləri tərəfindən redaksiyamıza şikayət daxil olub.
Yenicag.az-a danışan işçilər bildiriblər ki, 08.01.2024-cü il tarixində mərkəzdə baş vermiş yanğın səbəbindən RPM təmir adı ilə bağlanıb.
Onların sözlərinə görə, iki ay sonra yalnız binanın fasadı və təxminən 35 kv.m-lik sahə təmir olunmuşdur. Bu müddət ərzində isə tibb işçiləri müxtəlif xəstəxanalara ezam olunmuş, lakin heç bir müəssisə RPM səviyyəsində xidmət göstərə bilməmişdir.
Şikayətçilər söyləyiblər ki, Perinatal Mərkəz artıq 1 il 3 aydır ki, fəaliyyət göstərmir:
“İşçilər ezam adı ilə ucqar xəstəxanalara göndərilib, I və II səviyyəli xəstəxanalar isə vaxtından əvvəl doğuşlar və yüksək riskli hamiləlikləri qəbul etmir. Nəticədə yüksək potensiala malik tibb mütəxəssisləri işsiz qalmış, ana və uşaq ölümü halları isə kəskin şəkildə artmışdır. 15 il ərzində ağır xəstələrlə işləyərək püxtələşmiş, hər biri “qızıl qiymətində” olan ginekoloq və reanimatoloq-neonatoloq kimi ixtisaslı mütəxəssislər hazırda işsiz qalmış və ya öz potensiallarının cəmi 10 faizini belə reallaşdıra bilmirlər”.
İşçilərin iddiasına görə, ən acınacaqlısı isə odur ki, TƏBİB-in kütləvi informasiya vasitələrində “əsaslı təmir olunaraq ilin sonunda istifadəyə veriləcək” deyə açıqladığı Perinatal Mərkəzdə hazırda heç bir təmir işi aparılmır:
“Bu da işçilər arasında ciddi narahatlığa səbəb olmuşdur. Eyni zamanda, şəhərdə mərkəzin yerləşdiyi binanın otel kimi satılması, təmir üçün ayrılmış vəsaitin isə başqa məqsədlərlə istifadə olunması ilə bağlı şayiələr yayılmışdır. Ucqar rayonlardan gələn ağır patologiyalı xəstələr və Bakının qadın məsləhətxanalarının göndərişi ilə müraciət edən yüksək riskli hamilələr hal-hazırda müraciət edə biləcəkləri heç bir müəssisə tapmırlar. Onların üz tutacağı ikinci bir perinatal mərkəz isə yoxdur. Bu səbəbdən, vaxtından əvvəl doğulan uşaqlar arasında ölüm halları getdikcə artır. Bu vəziyyət həm xəstələrdə, həm də səhiyyə işçilərində ciddi narazılıq yaradıb”.
Şikayətçilər tələb edirlər ki, səsləri aidiyyəti qurumlara çatsın və Perinatal Mərkəzin fəaliyyətinin tezliklə bərpa olunsun, əvvəlki kimi ana və uşaq sağlamlığının keşiyində durmasına köməklik göstərilsin.
Qeyd edək ki, hazırda RPM-in direktor vəzifəsini müvəqqəti olaraq baş həkim Dilarə Şirinova icra edir. Kollektivin iddiasına görə, o, uşaq reanimasiya şöbəsinin müdiri Məryəm Rzayeva ilə birlikdə bütün həkimlərə təzyiq göstərərək, yuxarıda qeyd edilən problemlərlə bağlı müvafiq instansiyalara müraciətlərin qarşısını almış, hətta bəzi hallarda əməkdaşları hədələmişlər. Dilarə Şirinovanın isə bu məsələyə etinasız yanaşdığı və RPM-in fəaliyyətinin bərpa olunmasının bəzi şəxslərə sərf etmədiyi bildirilir.
Cəlilabadda Əmlak Məsələləri üzrə dövlət xidmətinin də iştirakçısı olduğ8u növbəti özbaşınalıq faktı qeydə alınıb. "DİA-AZ" xəbər verir ki, bu faktı ictimai fəal Orxan Aslanlı ictimailəşdirib. Qeyd edək ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin birbaşa ittiham oldunduğu məsələ ilə bağlı konkret dəlillər də təqdim olunub. "DİA-AZ" xəbər verir ki, bunun ardından Orxan Aslanlı bəyan edir:
"Hə, buyurun baxın: Cəlilabad rayon 8 saylı Əmlak məsələləri üzrə reyestr xidmətinin verdiyi qanuna zidd olan sənəd...
Dövlətə məxsus olan çay yatağında olan yeri satıblar özəlləşdirib.
Görəsən, Mətin Eynullayev bunları görürmü?
Nigar xanım bunları görürmü? Fərid Cəfərov bunları görürmü?
Yox təbii ki...
Çünki qanunsuz satılan torpaqların pulları deyilənə görə, elə onların ciblərinə axır... Təkcə Anar Vəliyev bu pulları özbaşına xərcləyə bilməz axı...