Xəbər verdiyimiz kimi Aristokrat Tibb mərkəzində fəaliyyət göstərən “doktor” Şölə qanunsuz Blefaroplastika (Göz qapaqlarının plastikası) Browlift(Qaş qaldırma) prosedurları həyata keçirir. XALQ.AZ -ın məlumatına görə,sosial platformada özünü istisaslaşmış həkim kimi təqdim edən “shole-estetik” adı ilə məşhur olan “doktor” Şölə (Məmişova,Rəfiyeva) müxtəlif soyadlar yazan artıq sosial heabınında adını dəyişərək estetik_cerrahiye_ adı ilə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Həmçinin qeyd edək ki, sosial hesablarından öz fotolarını silib. Bu kimi hal onu deməyə əsas verir ki, “doktor” Şölə qanusuz, sertifaktsız fəaliyyət göstərir və insanları aldadaraq dövlət qurumlarının yoxlamalarından yayına bilir.
Qeyd edək ki, Aristokrat klinikası rəsmisi açıqlamasında bildirmişdir ki, Şöləni tanımırıq və bizdə belə kosmetoloq işləmir. Lakin sosial şəbəkə izləyicilər Aristokra klinikasında “doktor” Şölənin qəbulunda olduqlarını yazaraq ondan şikayət ediblər: “məni bərbad vəziyyətə saldı, bu həkimin savadı yox idi necə Aristokrat klinikas ona icazə verir işləməyə” deyə qeyd ediblər. Məlumat üçün bildirək ki, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir. Qeyd edək ki, araşdırmalarımız nəticəsində “doktor” Şölə (Məmişova,Rəfiyeva) Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin mütəmadi xəbərdalıqlarına baxmayaraq qanunsuz fəaliyyət göstərən, estetik porosdeurları həyata keçirən, tibbi təhsili olmayan kosmetoloqlar gizlin fəaliyyətlərini davam etdirməkdədirlər.
Məsələ ilə bağlı “doktor” Şölə “shole-estetik” adı ilə müxtəlif soyadlar yazan artıq sosial heabınında adını dəyişərək estetik_cerrahiye_ əlaqə saxlamaq mümkün olmadı.
Aristokrat klinikası isə iddialara cavab vermədi. Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.
Plastik cərrah Elçin Zodanov: Qadınların çılpaq görüntəlrin paylaşır… Pasiyentlərin hüquqlarını niyə pozulur? Cəmiyyətimizin qarşısında yeni bir təhlükə: estetik cərrah Elçin Zodanovun qanunsuz əməlləri ictimai qınağa səbəb olub.
Son zamanlar plastik-estetik cərrah kimi fəaliyyət göstərən Elçin Zodanov barəsində çoxsaylı şikayətlər və ağır ittihamlar səsləndirilir. Onun fəaliyyəti təkcə tibbi səhlənkarlıqla deyil, həm də insan hüquqlarının kobud pozulması, şəxsi həyatın toxunulmazlığına qarşı açıq hücum və tibbdə qüsurlu halları ilə müşayiət olunur. XALQ.AZ məlumat verir ki, Elçin Zodanov əməliyyat etdiyi qadınların razılığı olmadan onların çılpaq görüntülərini çəkir və bu fotoları özünün və əlaqəli olduğu sosial media hesablarında paylaşır. Bu addım Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi həyatın toxunulmazlığı) ilə cinayət məsuliyyəti daşıyır. Qanunvericiliyə görə, şəxsin razılığı olmadan onun şəkil və ya video görüntüsünün çəkilməsi, paylaşılması və ictimailəşdirilməsi ciddi hüquqi nəticələr doğurur və azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Qeyd edək ki, Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir. Azərbaycanda 42 nəfərin plastik cərrah kimi fəaliyyət göstərməsinə icazə verilib. Ancaq sosial şəbəkələrdə hələ də bəzi həkimlərin fəaliyyətlərinə davam etmələri ilə bağlı xəbərlər yayılıb.
Əldə olunan məlumatlara əsasən, ötən zamanlarda Elçin Zodanovun keçirdiyi əməliyyatlar zamanı bir neçə pasiyentin ölüm faktı qeydə alınıb. Bu hadisələrin səbəbləri gizlədilib, rəsmi sənədlərdə isə “təbii ölüm” kimi qeyd edilib.
Plastik cərrahların etik kodeksinə görə, pasiyentlərin bədəninə aid görüntülərin razılıq olmadan paylaşılması qəti şəkildə qadağandır və belə hallar həkimin lisenziyasının ləğv olunmasına səbəb olmalıdır. Elçin Zodanovun fəaliyyəti bu baxımdan da açıq şəkildə tibbi peşə etikasına ziddir.
Onun sosial şəbəkə hesablarında qadınların çılpaq görüntülərindən istifadə etməsi cəmiyyətə əxlaqsızlıq təbliğ edir və bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi (İctimai əxlaq normalarının pozulması) ilə inzibati və cinayət məsuliyyəti doğura bilər.
İctimaiyyət nümayəndələri belə hallara son verilməsini tələb edirlər. Məsələ ilə bağlı Elçin Zodanov bildirib ki, mən ümümi cərraham və işimi davam etdirirəm,paylaşımlara gəldikdə isə onu köməkçim edir və əməliyyat etdiyim qadınların əksəri xarici vətəndaşdır deyə qeyd bildirb.
Etik qaydalara görə Elçin Zodanovun sosial hesabında paylaşdığı fotoları üzərini bağlayıb təqdim edirik:
"Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurovun 2022-ci ildə etdiyi bir paylaşım yenidən diqqət çəkib. 32gun.az ki, Seymur Teymurov həmin dövrdə Gənclər və İdman Nazirliyinin təqdim etdiyi yeni loqonu lağa qoyaraq, sosial şəbəkədə fərqli bir paylaşım edib. O, yaşıl fon üzərində "NBM" (Novruz Bayramınız Mübarək) yazılmış sadə bir dizayn paylaşaraq, loqonun həm görünüşünə, həm də 25 min manatlıq dəyərinə istehzalı yanaşıb.
Teymurov paylaşımında "25.000 manatlıq təbrik. Kim fikirləşibsə əladır" sözlərini yazaraq, açıq şəkildə nazirliyin yeni loqosunu ələ salıb. Xatırladaq ki, 2022-ci ilin martında Gənclər və İdman Nazirliyinin təqdim etdiyi loqo cəmiyyət arasında böyük narazılıqla qarşılanmışdı. 25 min manata başa gələn sadə dizayn sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, bir çoxları tərəfindən qeyri-peşəkar və zəif iş kimi dəyərləndirilmişdi.
Özünü həkim kimi reklam edən, “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsində cərrahi əməliyyatlar həyata keçirən Gülsüm Əliyevanın diplomun olmadığı öz təsdiqini tapıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan həkim Qənirə Ataşova məlumat paylaşıb. Qənirə Ataşova Gülsüm Əliyevanın diplomunu nümayiş etdirdiyi Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetinin diplomunun saxta olduğunu aşkar edib. Verilən sorğuya cavab olaraq Dicle Universiteti belə bir məzunlarının olmadığını təsdiqləyiblər.
Qənirə Ataşovanın sosial şəbəkə hesabından yazdığı statusu təqdim edirik.
“Deyirəm ki, bu videonu hamınız görməlisiniz! Həkim olmayan, amma özünü cərrah kimi təqdim edən Gülsüm Əliyeva, bu dəfə özü etiraf edir ki, peşəkar olmaq üçün diplom vacibdir. Yaxşı, bəs haradadır o diplom? Göstərə bilmədiyi, hər kəsdən gizlətdiyi diplom üçün deyir ki, guya Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetindən məzun olub. Mən də nə yedim, nə içdim, birbaşa həmin universitetə rəsmi sorğu göndərdim. Cavab da budur: “Bizdə bu adda tələbə olmayıb!” İndi deyirəm, bu məsələyə daha da ciddi yanaşım və buna görə YÖK-ə – Türkiyənin Yüksək Öyrətim Qurumu’na da rəsmi müraciət etmişəm. Oradan gələn cavabı da səbirsizliklə gözləyirəm və sizinlə paylaşacağam. Rabitə kollecindən də gərək soruşum. Axırda isə bir şeyi deməsəm, ürəyim partlayar. Dinsiz dindən danışar, imansız imandan, elmsiz də elmindən!” Qeyd edək ki, dünən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsinin işçisinin canlı yayımda buxaq liposaksiyası icra etməsinə münasibət bildirib.
Açıqlamada ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə lisenziyanı İqtisadiyyat Nazirliyinin verdiyi qeyd olunub:
“Ancaq “VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur. Analitik Ekspertiza Mərkəzinin əməkdaşları artıq iki dəfə (Gəncə və Bakı filialları) bu gözəllik mərkəzində şikayətlər əsasında plandankənar yoxlama aparıb və aşkar edilən inzibati xəta ilə əlaqədar barələrində inzibati tənbeh tədbiri seçilib. Tərtib edilən inzibati xəta haqqında protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib”, – məlumatda qeyd olunub.
Eyni zamanda bildirilib ki, mövcud qanunvericiliyə əsasən səlahiyyətlər çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) inzibati tədbirlər həyata keçirilir. Bundan başqa, tibb təhsili olmadan praktik tibb fəaliyyətinin göstərilməsi cinayət əməlidir və hüquq-mühafizə orqanlarının nəzarət predmetidir.
Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.
Mia.az xəbər verir ki, bu barədə Palata məlumat yayyəb.
Məlumata görə, yoxlama zamanı aşağıdakı qanunsuz hallar aşkarlanıb:
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması;
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə “Yerinə yetirilmiş işlərin qəbulu Aktı” ilə rəsmiləşdirilmiş 559 700 manat dəyərində işlər üzrə tərtib edilmiş smeta sənədlərinin (işlərin icrası zamanı iş həcmlərinə edilmiş dəyişikliklər) ekspertizadan keçirilməsi;
- Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər obyekti üzrə smeta sənədlərində smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi və yığılmış qruntun qrupunun düzgün göstərilməməsi nəticəsində 663 359 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər layihəsi "B04" stansiyasının çıxışları obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 59 713 manat, smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi hesabına 780 13 manat, betonun vahidinin qiymətinin düzgün tətbiq edilməməsi hesabına 117 513 manat, ümumilikdə 255 238 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B04" mənzil tunelləri və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 1 286 277 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B4" stansiyalararası mənzil tunellərində təxliyə keçidləri və "B04" stansiyasının tikintisinin davam etdirilməsi (memarlıq hissəsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 276 016 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisində yolun üst quruluşu və təmas relsinin quraşdırılması obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 64 662 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun abadlaşdırma və digər işləri üzrə smeta və müqavilədə daşınma məsafəsinin çox göstərilməsi və işlərin vahidinin qiymətinin yüksək qiymətlə daxil edilməsi hesabına ümumilikdə 989 272 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun yükləmə-boşaltma meydançasının tikintisi obyektində layihədəki həcmlərdən artıq həcmin smetaya daxil edilməsi hesabına ümumilikdə 50 723 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;
- Auditlə əhatə olunan iki obyekt üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcm və dəyərinin müvafiq layihə-smeta sənədlərindən artıq (o cümlədən, fərqli) olmasının müəyyənləşdirildiyi nəzərə alınmaqla digər obyektlərin də bu predmet üzrə daxili nəzarət qaydasında əhatə olunması, layihə-smeta sənədlərindən kənar qaydada yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə əsaslanmaqla layihə-smeta sənədlərinə müvafiq düzəlişlərin edilməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsi və yekun qərarlardan asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi.
Bakıda “Vialon”MMC-nin Əlibəy Hüseyinzadə 75 ünvanındakı qeyri-qanuni söküntü işləri davam edir. Sakinlərin Bakupost.az-a verdiyi məlumata görə, söküntü işlərinin miqyası böyüyüb. Belə ki, sözügedın ünvanda aparılan söküntü işləri zamanı həyətdə olan qadının başına daş parçaları düşüb. Əraziyə təcili tibbi yardım çağrılıb. Halı pisləşən qadına ilkin tibbi yardım göstərilib. Yaranmış vəziyyətə baxmayaraq söküntü işləri davam etdirilib. Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı. Bəhs olunan görüntüləri təqdim edirik.
Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.
"Unikal”ın əldə etdiyi məlumata görə, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirən Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, o, hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara söykənərək Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir.
Amma Z.Quliyev hələ də Bakıdakı yaxınları vasitəsi ilə də müəyyən addımlar atmaqdadır. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur. Hətta Z.Quliyev bəzi sövdələşmələri həmin icra başçısının Ağ Şəhərdəki ofisində həyata keçirib.
Qeyd edək ki, Z.Quliyev qanunsuz əməlləri nəticəsində Xətai rayonunda "Megafun"un binasında böyük kvadrata malik mənzil, bahalı həyət evinə və obyektə sahibdir.(Unikal)
Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyi Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib. Lakin Səhiyyə Nazirliyinin qərarını əməl etməyən “Medaura” klinikasının baş həkimi Nigar Məhəmmədova aprel ayının sonunadək xüsusi endirim kampaniyası elan edib. XALQ.AZ məlumat verir ki, sosial platformada uca səslə çıxış edən Nigar Məhəmmədova aprel ayının sonunadək “Liposaksiya” və “Abdominoplastika” əməliyyatlarını hər şey daxil cəmi 1500 manata edəcəyini elan edib. Bəs görəsən Nigar Məhəmmədovaya bu əməliyyatları etməyə kim icazə verib?
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Nigar Məhəmmədova haqqında heç də xoş olmayan məlumatlar dərc olunmuşdur. “MedAura” klinikasında Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyən pasiyent 3000 manat ödib.Amma əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi heç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, “burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə”… Rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib. Lakin bu məsələ ilə bağlı heç bir tədbir görülməyib. Həmçinin qeyd edək ki, Medaura klinikasında Nigar Məhəmmədovanın növbəti qurbanı isə Bakı sakini, Gunay Məmmədovadır. Xəbər verdiyimiz kimi, pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Şikayətçi bildirir ki, nəfəs almaqda çətinlik çəkir, dost- tanış, qouhumlar belə artıq məni tanımır, çünki üzüm tamimilə dəyişib ancaq səsimdən tanıyırlar deyə G.Məmmədova bildirib. Bir ay ərzində məni iki dəfə əməliyyata salıblar, mənə deyilmədən həyati əhəmiyyətli orqanlarıma müdaxilə (qabırğama) müdaxilə olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb, yaramdan irin axır deyə G. Məmmədova bildirib. Şikayətlə bağlı ”Medaura” klinikası ilə əlaqə yaratmaq mümkün olmadı. Nigar Məhəmmədova bu məsələrə heç bir açıqlama verməyib. Hal-hazırda isə endirim kampaniyası ilə sosila platformada yeni qurbanlarına çağırış edir. Plastik əməliyyatlar edən Nigar Məhəmmədovaya niyə kimsə dur demir? Məsələ ilə bağlı Səhiyyə nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusif oğludur.
Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.
"DogruXeber.az" XALQ.AZ-a xəbər verir ki, Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun məlumatı görə vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Nərimanov rayon məhkəmələrinə göndərilib.
Qeyd edək ki, son illərdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir. Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.
Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kubmetr, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.
Şəki və Oğuz rayonları ərazisində yerləşən Əlicançay su anbarının tikintisini “Körpü-Bina-Tikinti” MMC şirkəti həyata keçirir.
XALQ.AZ-ın əldə etdiyi məlumata görə Oğuz rayonu ərazisində yerləşən Daşağıl çayının yatağından qanunsuz daşınmalar həyata keçirən şirkətlərdən biri də “Körpü-Bina-Tikinti” MMC-dir. Belə ki, “Körpü-Bina-Tikinti” MMC şirkəti Əlicançay su anbarının tikintsini üçün tərəfindən istifadə edilən qarışıq suxur xammalını Daşağıl çayının yatağından daşıyır.
Ərazidə apardığımız çəkiliş zamanı Daşağıl çayının sahilində ağır tonnajı avtomobillərin hərəkət etdiyini gördük. Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-yə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, “bu bizim maşınlar deyil, bizim daşıdığımız yer deyil, ora vaqon qoyublar, oda bizim deyil. Bu tamam başqa adamlardı”.
“Körpü-Bina-Tikinti” MMC-dən elektron poçtumuza göndərdilən açıqlamada şirkətin Daşağıl çayının sahilindən qarışıq suxur xammalını daşıdıqlarını etiraf edirlər. Lakin bu onların texnikası olmamasını bildirirlər.
Araşdırmalar zamanı vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib.
Ancaq “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə edən müəyyən edən vəzifəli şəxs S.Mirzəməmmədovun kim olması, hansı şirkətin işçisi olması açıqlanmır.
Qeyd edək ki, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovdur.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
Masallı rayonun Sığıncaq kəndində, Əhmədli-Çaxırlı yolunun sol tərəfində üç dən çox xırda və orta diametrli ağac kəsilib və kəsilən ağacların yanında iki mərtəbə bir ticarət obyekti tikilib. Masallıda son zamanlar ağacların kütləvi soyqırımı geniş vüsət alıb. TEREF xəbər verir ki, bu barədə məlumat yayan "nyus.az" portalının bildirdiyinə görə, müşahidə olan YAŞIL SOYQIRIM yerli ETSN nümayəndəliyinin xeyir-duası ilə baş verməkdədir.
Nyus.Az ərazidən fotoları da təqdim edib: Hər halda, ümid edirik ki, gərəkən qurumlar... xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə izahat verəcək...