SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR -
Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Mia.az xəbər verir ki, bu barədə Palata məlumat yayyəb.

Məlumata görə, yoxlama zamanı aşağıdakı qanunsuz hallar aşkarlanıb:

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə “Yerinə yetirilmiş işlərin qəbulu Aktı” ilə rəsmiləşdirilmiş 559 700 manat dəyərində işlər üzrə tərtib edilmiş smeta sənədlərinin (işlərin icrası zamanı iş həcmlərinə edilmiş dəyişikliklər) ekspertizadan keçirilməsi;

- Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər obyekti üzrə smeta sənədlərində smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi və yığılmış qruntun qrupunun düzgün göstərilməməsi nəticəsində 663 359 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər layihəsi "B04" stansiyasının çıxışları obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 59 713 manat, smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi hesabına 780 13 manat, betonun vahidinin qiymətinin düzgün tətbiq edilməməsi hesabına 117 513 manat, ümumilikdə 255 238 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B04" mənzil tunelləri və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 1 286 277 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B4" stansiyalararası mənzil tunellərində təxliyə keçidləri və "B04" stansiyasının tikintisinin davam etdirilməsi (memarlıq hissəsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 276 016 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisində yolun üst quruluşu və təmas relsinin quraşdırılması obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 64 662 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun abadlaşdırma və digər işləri üzrə smeta və müqavilədə daşınma məsafəsinin çox göstərilməsi və işlərin vahidinin qiymətinin yüksək qiymətlə daxil edilməsi hesabına ümumilikdə 989 272 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun yükləmə-boşaltma meydançasının tikintisi obyektində layihədəki həcmlərdən artıq həcmin smetaya daxil edilməsi hesabına ümumilikdə 50 723 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Auditlə əhatə olunan iki obyekt üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcm və dəyərinin müvafiq layihə-smeta sənədlərindən artıq (o cümlədən, fərqli) olmasının müəyyənləşdirildiyi nəzərə alınmaqla digər obyektlərin də bu predmet üzrə daxili nəzarət qaydasında əhatə olunması, layihə-smeta sənədlərindən kənar qaydada yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə əsaslanmaqla layihə-smeta sənədlərinə müvafiq düzəlişlərin edilməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsi və yekun qərarlardan asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti