Cəlilabad rayonunda bəzi kənd məktəblərində yaradıan təhsil sistemi hələ də mənfət dağarcığı nhesaqb edilir. Rayonun bəzi məktəblərində korrupsiyanın ən nadir, ən inanılmaz növləri direktorlar tərəfindən özəl qayda olaraq idarəetmələrinin üsuluna çevrilib desək yanlmarıq.
Bu ən çox kənd məktəblərində rüşvətə sökənən özəl islahatlar olaraq qəbul edilir.
Buna misal olaraq, Paytaxt.org-a Cəlilabad rayon Bədirli kənd orta məktəbi direktorunun təhsildən pulqazanma qaydaları ilə bağlı məlumatı nəzərdən keçirməyimiz kifayətdir.
Daxil olan məlumata görə, Cəlilabadın bu kənd məktəbində rüşvət həcmin çoxalmasının əsas səbəbləri - məktəb direktorunun özəl tələb və əmrləridir. Müdir əsas olaraq vəzifəsini təhsilin səviyyəsini artırmaqda yox, rüşvətin keyfiyyətini qaldırmaqda mahir qazanc sahibidir. Beləki, direktor Şahin müəllim təsərrüfat işindən tutmuş, attestat və dəftərxana işinə qədər yaxşı qazanc əldə etmək üçün əlindən gələni edir. Deyilənə görə, yaxşı qazanıb yaxşı yedirtdiyi üçün RTİ və İH-də hörmət sahibidir.
Şahin müəllim əvəzçilik üzrə dərs demək üçün gələn müəllimdən bir balaca şirinlik görməsi qəbahət hesab etməyərək, öz məktəbində büllütenə çıxan müəllimin dərsi başqasına əvəzçiliklə verirsə buradan yuxarıya da nəsə verməsi də elə qəbahət sayılmaz.
Deyilənə görə, məktəbdə çox sayda xadimə və təəsərrüfat eləcə də kitabxana olmadığı bir məktəbdə bir neçə işçi maaşı yazılır. Yəni hər kəsin bildiyi metod -adı var özü yox qohum - əqraba ÖLÜCANLARI və onların adına olan maaş kartları. Onlarla belə Şahin müəllimin cibində olan maaaş kartların misal ətirmək olar. Mənbə belə iddia edir. Mənbə, daha sonra Şahin müəllimin qazanc qaydalarının bununla bitmədiyini iddia edir. Amma, məlumatın daha da ciddiliyinə vardığımız üçün əməkdaşlarımız araşdırmağa başlayıb. Əgər iddialar özünü doğrurdarsa növbəti yazıda Bədirli kənd orta təhsil ocağını özü üçün adı var özü yox təhsilnsisteminə çevirib, qazanc mənbəyi hesab edən Şahin müəllimin qanunsuzluqlarını silsilə yazılarda işıqlandırmağa çalışacağıq.
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 50 v ünvanda qanunsuz qeyri-yaşayış obyekti inşa olunur. Redaksiyamıza təqdim olunan fotoşəkillərdən görünən odur ki, iki marketin arasında yerləşəcək bu üçüncü obyekt yol infrastrukturunu da pozur; Abbas Fətulayev küçəsi ilə yaxınlıqdakı yaşayış binalarını əlaqələndirən yolu bağlayır. Ərazidə işlər necə deyərlər, şıdırğı, az qala gecələr də gedir. Aşkar hiss olunur ki, obyekti tikdirən tələsir, yaxud, tələsdirirlər.
Xatırladaq ki, Xətai və Suraxanı ərazilərinə düşən Abbas Fətullayev küçəsi 4 il əvvəl əsaslı şəkildə təmir edilib. Yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib. Təmir zamanı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub. Elə həmin zəruri sayılıb bərpa edilən səkilərin üstünü sözügedən obyekt örtəcək.
Görülən işlərin yol tərəfdən nəzəri cəlb etməməsi üçün sahənin kənarına faner lövhələr söykəyiblər. Bununla belə fanerlərin arxasından tikilən obyektin özülü üzərində ucaldılmış dirək karkas dirəklər görünür. Axı cidanı çuvalda gizlətmək olmaz. Mediaya həmişə həssas yanaşmış Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli cənab Adil Əliyev də yəqin, bundan sonra məsələdən xəbər tutacaq və xatırlayacaq ki, sələfi Əzi Əzizovun ünvanına deyilən tənqidlərin əksəriyyəti məhz rayon ərazisində qanunsuz tikilələrə rəvac verməsi ilə bağlı idi.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Universitetdə baş verən və “artıq dözülməz həddə çatan” problemlərlə bağlı yazan tələbələrin müraciətini olduğu kimi dərc edirik:
“Öncə onu qeyd edək ki, bu, yalnız bizim narazılığımız deyil, həmçinin yüzlərlə tələbənin haqsızlığa, ədalətsizliyə qarşı baş qaldıran etirazıdır. Hazırda ADAU-nun vəziyyəti bir universitetin deyil, məhz şəxsi təsərrüfatın dağıdılması səhnəsini xatırladır.
Təhsil sistemi iflic vəziyyətindədir
Son illər ərzində, xüsusən də rektor Zəfər Qurbanovun dövründə, universitetdə tədrisin keyfiyyəti faktiki olaraq sıfra enib. Sabiq rektor İbrahim Cəfərovun dövrü ilə müqayisədə təhsil 2-3 dəfə aşağı düşüb, dərslər formal şəkildə keçirilir, tələbələr isə real biliklərdən məhrumdur. Fundamental fənlər bir semestrə sığdırılır, tələbələr fiziki və zehni olaraq yüklənərək, təhsil almaq imkanlarından məhrum edilirlər. Baytarlıq kimi praktiki biliklər tələb edən bir sahədə isə heç bir praktiki məşğələ keçirilmir, laboratoriyalar isə demək olar ki, işləmir. Bu vəziyyət ADAU-nun gələcəyini ciddi şəkildə sual altına alır.
Universitet təsərrüfatı dağıdılıb, tədrisin əsasını təşkil edən heyvanlar yoxdur
İbrahim Cəfərovun dövründə universitetin təsərrüfatında 60-dan çox iribuynuzlu, 200-dən çox xırdabuynuzlu heyvan var idi. Lakin hazırda yalnız 7-8 iribuynuzlu, 40–45 xırdabuynuzlu heyvan qalıb, digərləri satılıb və vəsait mənimsənilib. Baytarlığın Vivariumuna isə 2 iribuynuzlu və 2 xırdabuynuzlu (qoca, xəstə yararsız) heyvan veriblər. Bu vəziyyət isə tələbələrin praktiki təcrübə əldə etmələrinin qarşısını alır. Baytarlıq fakültəsi tələbələrinin praktiki biliklərdən məhrum olması, Azərbaycanın baytarlıq xidmətinin gələcəyini təhlükə altına alır.
Kənd Təsərrüfatı Nazirliyi passivdir, şikayətlərə heç bir cavab verilmir
Tələbələr dəfələrlə universitet rəhbərliyinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə dəfələrlə məlumat vermişik, ərizə yazaraq müraciət etmişik, amma heç bir müvafiq tədbir görülmür. Nazirlik bizə boş vədlər verməkdənsə, konkret addımlar atmır. Nazirlikdən gələn cavablar ya saxtalaşdırılır, ya da məsələnin miqyasını kiçiltmək məqsədilə yanlış məlumatlar təqdim edilir. Şikayət edən tələbələrə təzyiq edilir və şikayətlərin rəsmi şəkildə irəliləməsinin qarşısı alınır.
Nazirlikdən universitetimizə nümayəndələr gəlib tələbələrlə görüş keçirilmir. Universitetə nazirlik əməkdaşları gəldikdə bəzi seçilmiş tələbələrlə nazir müavini, şöbə müdiri və s. görüşür. O tələbələr də universitetdə olan problemləri söyləmir, ancaq universitet rəhbərliyini tərifləmək üçün rəhbərlik tərəfindən görüşə icazə verilir.
Yataqxana şəraiti dözülməzdir, tələbələrin ləyaqəti tapdanır
Yataqxana şəraiti, içməli suyun pulla satılması, işıqlandırma və internetin bərbad vəziyyətdə olması tələbələrin təhlükəsizliyini təhdid edir. Liftlərin işləməməsi və suyun 6-cı və 7-ci mərtəbələrə əl ilə daşınması tələbələrin tez-tez qarşılaşdığı dözülməz bir vəziyyətdir. Gecə saatlarında yataqxana tamamilə qaranlıq olur və bu da əlavə təhlükə yaradır. Sərbəst dolaşan sahibsiz itlər tələbələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Heç bir müvafiq qurum isə bu məsələyə müdaxilə etmir.
Təcrübə üçün nəqliyyat xətləri ayrılmır, pul mənimsənilir
Təcrübə üçün ətraf rayonlara gedən tələbələrə ayrılan nəqliyyat xətləri ya işləmir, ya da bu xətlərin pulu mənimsənilir. Tələbələr öz xərcləri ilə nəqliyyat tapmağa məcbur qalır, lakin bu xərclərdən heç bir şəffaflıq təmin edilmir.
Bundan əlavə, müxtəlif vəzifələrə qanunsuz təyinat – ixtisasına uyğun olmayan şəxslərə müxtəlif kafedralarda iş (vəzifə ) verilir.
Fakultələrdə bir çox otaqlarda stol və avadanlıqlar yoxdur, otaqlar boş haldadır.
Mart ayının 6-da Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva Gəncə şəhərinə səfər etdi və Gəncə əhalisi ilə görüş keçirdi. Bu görüşə də Aqrar Universitetdən özlərini təriflətdirmək üçün 4 nəfər müəllimin qatılmasına icazə verdilər. Bu müəllimlərdən biri rüşvətə görə 2009-2010-cu illərdə tələbə tərəfindən bıçaqlanmış Məhərrəm Hüseynovdur. Halbuki, universitetdə çox obyektiv, vətənini, millətini sevən, dövlətin, xalqın yaxşılığı üçün əlindən gələni edən o qədər müəllim, o cümlədən tələbə var ki, onların vəzifəli şəxslərlə görüşməsinə icazə verilmir.
Mətbəənin yerini dəyişib, 250 min manata yaxın pul siliblər
Universitetdə 2004-2005-ci illərdə qurulmuş mətbəəni yenidən qurmaq adi ilə yerini dəyişdirib, bu iş üçün 250 min manata yaxın pul siliblər. Halbuki, heç bir avadanlıq dəyişilməyib, sadəcə bir binadan başqa bir binaya köçürüblər.
Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil artıq yalnız rəsmi formallıqdan ibarətdir və bu vəziyyət təcili olaraq dəyişdirilməlidir. Tələbələrin haqları kobud şəkildə pozulur və bu vəziyyət davam edərsə, ADAU-dan məzun olan tələbələr peşəkar baytar həkimi və mütəxəssis olarak yetişə bilməyəcəklər. Bu baxımdan, tələb edirik ki:
1. Tədris sisteminin dərhal yenidən qurulması, tələbələrə real biliklər verilməsi və dərs yükünün düzgün bölünməsi təmin edilsin.
2. Heyvan təminatının bərpa edilməsi, universitet təsərrüfatında baş verən oğurluq və mənimsəmələr araşdırılsın.
3. Yataqxana şəraitinin dərhal yaxşılaşdırılması, su, internet və işıq məsələlərinin həlli üçün təcili tədbirlər görülsün.
4. Sahibsiz itlərin problemi həll edilsin və tələbələrin təhlükəsizliyi təmin olunsun.
Bu məsələyə dərhal müdaxilə olunmasını və tələbələrin hüquqlarının qorunmasını xahiş edirik. Əks halda, əlimizdə olan bütün vasitələrlə hüquqlarımızı müdafiə etməyə davam edəcəyik”. Hazırladı: Jalə FAMİLQIZI
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Türkiyənin məşhur logistika şirkəti olan “Ref Logistics”dən şikayət var. Şirkətin rəsmisi sahibkarın pulunu alaraq, mallarını daşımaqdan imtina edib.
Belə ki, Rusiyadan İrana bir neçə vaqon taxta göndərən sahibkar, bu daşıma üçün 10 min dollar pul ödəyib. Tərəflər arasında daşıma işlərinin həyata keçirilməsi üçün yazılı razılaşma da əldə olunub. Lakin “Ref Logistics”in Azərbaycandakı nümayəndəsi İlqar Əliyev sahibkardan aldığı pula rəğmən, onun mallarını İrana keçirməkdən boyun qaçırıb. Daha doğrusu, “edəcəm” deyib, yoxa çıxıb. Şikayətçi bildirib ki, İlqar Əliyev onun telefon zənglərinə cavab belə vermir. “Bir aydan çoxdur ki, yüklərin İrana çatdırılması üçün pul ödənilib. Vaqonlar hazırda Astara dəmiryolu stansiyasındadır. Lakin İlqar Əliyevi tapmaq mümkün deyil. Nə telefonlara cavab verir, nə də malımı keçirir”. Sahibkar deyir ki, bu yubanma sayəsində ona, həm maddi, həm də mənəvi ziyan dəyib. “Yükün keçirilməsinin yubanmasına görə, mən davamlı çalışdığım adamların yanında etibarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Maddi ziyan isə günbəgün artır. Həm vaqonlara görə ödəniş edirəm, həm də malın pulunu alaraq, digər işlərimi görə bilmirəm”.
Şikayətçi bildirir ki, analoji vəziyyətılə üzləşən təkcə o deyil. Onun sözlrinə görə, “Ref Logistics”in rəmisi İlqar Əliyev ondan başqa, daha bir neçə nəfərdən də eyni işlərin görülməsi adı altında pul alıb. Amma heç kimin işini icra etməyib.
Onlar dəqiqləşdiriblər ki, İlqar Əliyev maşın həvəskarıdır və mütəmadi olaraq aldığı avtomobilləri yeniləri ilə əvəzləyir. “Bizəd olan məlumata görə, bir neçə nəfərdən aldığı pulla özünə yeni maşın alıb. “Ref Logistics”in işləri ilə isə ümumiyyətlə, məşğul olmur. Bəzi məlumatlarda isə deyilir ki, başqa sahibkarlara qarşı da eyni hərəkət etdiyindən borclu qalıb və bizdən aldığı pullarla onları bağlayıb. İndi də əlində vəsait yoxdur ki, yüklərin keçidi üçün nəzərədə tutulan rüsumları ödəsin”. Adının çəkilməsini istəməyən sahibkar “Ref Logistics”in rəhbərliyindən və rəsmi qurumlardan yardım istəyib.
“Ref Logistics”lə bağlı araşdırma apararaq müəyyən etdik ki, sözügedən şirkət Türkiyədə təsis edilib. 20 ildir yükdaşıma sahəsində təcrübəsi var. Əsasən Rusiya və Rusiyadan yüklərin müxtəlif ölkələrə daşınması üzrə daha çox ixtisaslaşıb. Lakin şirkətin nümayəndəsi İlqar Əliyev haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Qarşı tərəfi də dinləməyə hazırıq. Tribunainfo.az
Şikayətçilərdən birinin sözlərinə görə, Firudin Cavadov ondan aldığı illik təhsil haqqını universitetə ödəməyib. Hətta onu imtahandan keçirəcəyinə söz verərək əlavə pul da alıb. İqtisadiyyat.az xəbər verir ki, digər bir şikayətçi isə deyir ki, o, imtahan zamanı universitetdə qeydiyyatda olunmadığını öyrənib.
"Tələbə biletimi verib, məndən ödəniş tələb etdi. Əlavə olaraq imtahanları Bakıda verməyim öçün də pul ödədim. İkinci kursun birinci semestrində təhsil haqqını ödəsəm də, dərsləri oxuya bilmirdim. Soruşanda da sistemdə problemin olduğunu demişdi. Ümumilikdə 2100 manat pulum batıb", - zərərçəkən bildirib.
Qeyd edək ki, Firudin Cavadovun müxtəlif insanları aldadaraq pullarını mənimsədiyinə dair mətbuatda dəfələrlə xəbərlər yayımlanıb. İddialarla bağlı Firudin Cavadovla əlaqə saxlanılıb.
O, haqqında səsləndirilən fikirlərin yalan olduğunu deyərək iddiaları təkzib edib.
Ağcabədi rayon sakini Hüseynov Adışirin Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi haqsızlığa uğradığını bildirir:
“Mən, Hüseynov Adışirin Sabir oğlu, yazaraq bildirirəm ki, 10 ildir dializ xəsdəsiyəm, böyrəklərim işləmir. Bu səbəbdən də 1-ci qrup əlilliyim var.
Xeyli vaxt idi qolumdan dializ olunurdum. Qoluma qoyulan “fistal” xarab olduğu üçün, onu dəyişmək lazım gəldi. Özəl xəstəxanaya göndərdilər ki, yeni "fistal" qoyulsun. Həmin xəstəxanada pulsuz etmədilər ki, dövlət bizə onu pulsuz vermir. Məcbur qalıb, pulunu verdim, boyun nahiyəmdən qoydurdum.
1 ilə yaxındır ki, onunla dializ olunuram. Amma qolumda dəhşətli ağrılar səngimək bilmirdi. Bu səbəbdən göndərişlə “İstanbul NS” klinikasına yönləndirdilər. Orada həkim İlqar Hüseynovun qəbulunda oldum. "Anju" əməliyyatı olundum. Əməliyyat uğursuz oldu. Barmaqlarımı hərəkət etdirə bilmirəm. Ora qoyulan "fistal"ı da bərpa etmək əvəzinə, xarab etdilər.
Həkim İlqar Hüseynov "2 həftə sonra gəl" dedi. Həmin vaxt getdikdə isə qəbul etmədi. Bildirdi ki, "get, özünə başqa həkim tap, sənin əməliyyatını sığorta qalşılamır". Hətta bildirdi ki, mənim əməliyyatıma görə onun əmək haqqından 1900 manat pul tutulub. Bu səbəblə də bizi başqa həkimə yönləndirdi.
Hazırda boyun nahiyəmdən də dializ ola bilmirəm, vəziyyətim yaxşı deyil. Boynumdakının yerini dəyişib, qolumu yenidən əməliyyat etmək lazımdır. Ağcabədi Rayon Xəstəxanasından Bakı şəhərində yerləşən bir neçə xəstəxanaya sorğu göndərilib, lakin imtina cavabı verirlər.
“İstanbul NS” klinikasının həkimi İlqar Hüseynov məni səhv əməliyyat edib. Bu gün də onun fəsadını çəkirəm. Sizin sayt vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edirəm ki, biz xəstələrin öldürülməsinə və şikəst qalamsına imkan verməyin".
Jale FAMİLQIZI
Redaksiyadan: Yazıda adı qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
Xırdalan şəhər 2 saylı tam orta məktəbin kollektivi keçmiş riyaziyyat müəllimi Vəfa Həziyevandan narazıdır. Onlar sosial şəbəkədə onun tərəfindən şantaj və təhqir olunduqlarını bildirirlər. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl V.Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanın onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyi və ləyaqətini alçaltdığı iddiası ilə məhkəməyə müraciət edib. Lakin onun təqdim etdiyi sənəd və sübutlar yetərli olmayıb. Bu səbəbdən müəllimin şikayət ərizəsi icraata qəbul edilməyib. Fotoda: Vəfa Həziyeva Bundan sonra V.Həziyeva ilə məktəbin kollektivi arasında qalmaqal daha da böyüyüb. Belə ki, keçmiş müəllim verilən qərarla razılaşmayıb və öz Votsap statuslarında ardıcıl olaraq məktəb və orada çalışan müəllimlərin ünvanına hədə-qorxu, şantaj xarakterli fikirlər səsləndirib və qeyri-etik ifadələr işlədir. Müəllim yoldaşları V.Həziyevanın sosial şəbəkələrdəki qeyri-etik paylaşımlardan narahat olduqlarını bildiriblər. Ətraflı videoda...
Nəsimi rayonunda yerləşən 240 nömrəli məktəbdə baş verən bəzi hadisələr valideynlər arasında ciddi narahatlığa səbəb olub. Valideynlər məktəbdə rüşvət, qeyri-qanuni fəaliyyətlər və təhsil keyfiyyətinin aşağı olması ilə bağlı narazılıqlarını bildirirlər. Valideynlərin iddialarına görə, məktəb direktoru Esmira Məmmədovanın ailə üzvləri eyni məktəbdə müxtəlif vəzifələrdə çalışırlar. Onun bacısı qızı Mətanət Səmədova sinif rəhbəri, bacısı isə texniki işçi kimi fəaliyyət göstərir.
İddialara əsasən, Mətanət Səmədova özünü əməkdar müəllim kimi təqdim edir, lakin onun sertifikasiya imtahanından cəmi 33 bal topladığı və bunun müəllimlik üçün minimal tələblərə cavab vermədiyi bildirilir. Həmçinin onun məvacibinin də 1500 manat olması deyilir. Lakin topladığı bala görə bu qədər məvacibin verilməsidə ciddi şübhələr doğurmaqdadır. Buna baxmayaraq, o, valideynlərdən topladığı vəsaitlə hazırlıq keçdiyi iddia edilir. Həmçinin, onun valideynlər tərəfindən gətirilən hədiyyələri yalnız brend markalara aid olduğu halda qəbul etdiyi söylənilir.
Bəzi valideynlər isə bildirirlər ki, Mətanət Səmədova sinifində oxuyan uşaqların məktəbdə çalışan bacının yanına hazırlıq gəlmələri üçün məcbur edilirlər. Hazırlıq qiymətinə nəzər saldıqda isə bir uşaq üçün aylıq 80-100 manat tələb olunur deyə mənbə bildirib. Məktəbin sinif otaqları elə məhs bu kimi repititorluq fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə verilir.həmin icrəyə verilən otaqlardan aylıqlar alınmaqdadır. Hazırlıqda alınan vəsaitlərin adam başına görə 30% direktora verildiyi deyilir.
İddialara əsasən, Mətanət Səmədova hərbi liseylərə getmək istəyən şagirdləri fikirlərindən daşındırır və onlara Azərbaycanda qalıb təhsil almaqdansa, xaricə getməyə üstünlük vermələrini tövsiyə edir. Buna misal olaraq isə Qabil Məmmədovu misal göstərdiyi azyaşlıların isə bunu valideynlərinə müəlliməm belə deyir deməsi ilə böyük narazılıqa səbəb olub.
Məktəbə yeni təyin olunmuş müavin Arifə Məmmədovanın isə 3 illik pedaqoji təcrübəsi olmadığı və 6 ay müddətində Kürdəmir rayon məktəblərində adının getdiyi özünün isə həmin məktəbin yolunu belə tanımadığı deyilir. Arifə Məmmədova direktor Esmira Məmmədova tərəfindən müavin vəzifəsinə gətirildiyi və bu təyinatın hansı əsasla aparıldığı sual altındadır. Sual alıtında olanlara hamıya hayqıraraq necə vəzifəyə gəldiyini əslində Arifə xanım deyib. Bu barədə növbəti yazımızda geniş məlumat veriləcək. Keçək əsas məsələlərə Arifə xanımın gənc yaşda bu qədər sərgüzəştlərə atılması birazda bizi təcübləndirdi. Axı oliqarx ailənin vaxtı ilə gəlini olduğu iddia edilən bir xanım bu gün qanuna zidd fəaliyyətin ortasında rəhbərlik nümayişi heçdə bir mənalı qarşılanmayıb.
Bundan əlavə, valideynlər iddia edirlər ki, 10-11-ci siniflərdə şagirdlərin məktəbə gəlmədən repetitor yanına getməsinə şərait yaradılır və hər şagirddən 3.000-3.500 manat alınaraq dərs davamiyyətinə göz yumulur. Rus sektorunda isə birinci sinifə qəbul üçün 1.500 manat tələb edildiyi iddia edilir. Hələ bu harasıdır bir məktəbdə üç vəzifə bu ştatların mövcudluğu nəyə və kimə xeyir verilməsinə hesablanıb? (Esmiralda Heydərli Sədul qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini, Vəfa Həsənova Zahid qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini, nəhayət adı çəkilən Arifə Məmmədova Arif qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini) 240 nömrəli məktəbdə üç eyni vəzifə və müəyyən yaşlarda şəxslər həmin vəzifəni icra edir. Lakin Təlim-tərbiyə işləri üzrə direktor müavini olan Arifə Məmmədova necə olur ki qısa müddət əvvəl təyin edildiyi məktəbdə 10-11 ci siniflərin davamiyyətinə nəzarəti əlinə alır və bu nəzarətə hitabəndə davamiyyət sıfıra enir? Təqdim etdiyimiz rəsmi məlumatda isə Arifə xanımın ilk fəaliyyəti 13.09.2024 başladığını deyir. Şəxs bu təqdim etdiyi məlumatı ilə necə müavin vəzifəsinə təyin edilə bilib? Diplomsuz müəllimlər və Maliyyə pozuntularının tüğyan etdiyi iddiaları isə durmadan artmaqdadır. Qeyd edək ki, bu iddialara cavab verəcək şəxslərin mövqeyi də bizim üçün maraqlı olacaqdır. Etibarlı mənbədən verilən məlumatda deyilir: “məktəbdə diplomu olmayan şəxslər müəllim kimi fəaliyyət göstərir. Həmçinin, bəzi siniflərdə şagird sayının süni şəkildə artırıldığı və bu yolla siniflərin bağlanmasının qarşısının alındığı deyilir. Bu iddialarında sübutları mövcudur ki danılmaz fakt hesab edilməkdədir.
İddialara görə, bir müddət əvvəl 05.12.2024 cü il tarixində Esmira Məmmədovanın 67 yaşının tamam olmasına münasibəti ilə hər sinifdən 30-40 manat yığılaraq ümumilikdə 3.000 şagirddən pul toplanır və bu pulların məktəb rəhbərliyinə verildiyi bildirilir. Hər sinif rəhbərinin hansı sinifdən nə yığdığı nnəqədər olmasını məruzə etdikdən sonra direktora təqdim edildiyi bildirilir. 3000 şagirdin hamınıdı deyil 2500 götürsək bunuda 30 manatdan hesab etdikdə 75.000 manat vəsait edir ki, buda bir adgünü üçün çox böyük bir rəqəm deməkdir. Hazırda məktəbin tək problemləri bu cür iddiallarla bitmək bilmir. 75 min manat vəsaitin yığılması məhs orta məktəbin təhsil müəssisəsi deyil biznes mərkəzi olmasından xəbər verir desək yanılmarıq. Valideynlər uzun müddətdir ki, məktəbdə baş verən bu hadisələrlə bağlı Təhsil Nazirliyinə şikayət etdiklərini, lakin heç bir nəticə əldə olunmadığını bildirirlər. Onlar məktəbin şəffaf yoxlanmasını və qanunsuz hallara son qoyulmasını tələb edirlər.
Araşdırmamız davam edir. Məqaləmizdə gedən iddiallara Elm və Təhsil nazirliyinin, Bakı şəhər üzrə Təhsil idarəsinin və məqalədə adları keçən şəxslərin mövqeyni dinləyib dərc etməyə hazırıq.
GƏLƏN YAZIMIZDA:
- Ruhəngiz Quliyevanın fəaliyyəti nədən ibarətdi.., müəllimlik yoxsa hədə qorxu dolu pafoslu çıxışlarla niyyətə çatmaq...? - Bir neçə sinifə eyni vaxtda rəhbərlik Təhsil haqqında qanun hansı maddəsində müəlliməyə səlahiyyət verir? - İbtidai sinif müəllimlərindən Pəri, Durdanə və Könül hansı ixtiyarla azyaşlıları hazırlıqlara cəlb edir və bu cəlb etmələrin 100 manat vəsaitə başa gəlməsi...gələn yazımızda
Azərbaycanda fəaliyyət göstərən bəzi biznes subyektlərinin vergidən yayınmaları, müxtəlif maliyyə maxinasiyaları etmələri barədə dəfələrlə ölkə mediasında məlumatlar tirajlanıb. Son illər ölkədə vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri daha da sərtləşdirildiyinə görə bu sahədə olan neqativ halların aradan qalxmasına xeyli təsir edib. Lakin atılan maarifləndirici və hüquqi tədbirlərə baxmayaraq, hələ də dövlət büdcəsindən külli miqdarda vergi yayındıran müəssisələr, iş adamları var. Dövlət büdcəsindən külli-miqdarda vəsait yayındıran biznes subyektlərindən biri də Xırdalan dairəsinin yaxınlığında fəaliyyət göstərən “Evrohome” İnşaat Malları bazarıdır. “Evrohome” bazarında bəzi adlar altında mağaza icarədarlarından yığılan vəsaitlər qanuniləşdirilmir.
Belə ki, bazar rəhbərliyi tərəfindən mağaza icarədarlarından hər ay yığılan “kommunal vergi” bütünlüklə dövlət vergisindən yayındırılır. Bazar rəhbərliyi tərəfindən mağazalara sahələrinə görə müəyyənləşdirilən kommunal vergilər ortalama 50-70 manat civarındadır. “Evrohome” bazarında hazırda təxminən irili-xırdalı 240 mağaza var. Hər ay bazarın mühasibatlığının işçiləri tərəfindən mağaza icarədarlarından zorla toplanan bu vəsaitlərin ümümu məbləği 10-15 min manat arasındadır. Mağaza icarədarlarından kommunal vergi adı altında hər ay alınan pullar üçün heç bir qəbz verilmir. Bazarda rəhbərlik tərəfindən “kommunal vergi”nin hansı kriteriyalara görə hesablandığı isə məlum deyil. Qeyd edək ki, “Evrohome” bazarı m.şhur iş adamı Azay Möhnətova məxsusdur. Azay Möhnətovun “Evrohome” adı altında Bakının Dərnəgül və “28 may” ərazisində daha iki bazarı var. Xatırladaq ki, 50 min manatdan yuxarı məbləğdə vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməlinə görə vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. AzFakt.com Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu iddia olunur.
XALQ.AZ Oxu.az-a istinadla xəbər verir ki, iddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb.
Lukoyl-Azərbaycan QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev məsələnin araşdırıldığını bildirib:
“Hazırda sözügedən yanacaqdoldurma məntəqəsinin rəhbəri məsələ ilə məşğuldur. Araşdırma aparır. Sürücü ilə əlaqə yaratmağa çalışırıq. Qeyd edim ki, həmin sürücü bizim qaynar xəttə müraciət etməyib. Müştərilərimizdən xahiş edirik ki, hər hansı sualları olsa, bizim 012 497 41 90 qaynar xəttimizə müraciət etsinlər”.