Ardını oxu...
Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, 35 ünvanında yerləşən park məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Ardını oxu...
Sakinlər öz hesablarına ərazidə ağac əkib, yaşıllıq salıblar, amma indi həmin ağacları suvara bilmirlər. Sakinlər deyirlər ki, demək olar, hər gün əraziyə yeni ağaclar əkirlər. Amma ağacları suvarmaq mümkün deyil. Çünki su xətti bilərkədn kəsilib. Parkın bütün təmizliyini isə küçədə yerləşən iaşə obyektlərinin işçiləri edir. Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Ardını oxu...
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı agentliyindən bildirildi ki, ictimai əhəmiyyətli ərazinin su ilə təmin olunması üçün abonentlər ilk olaraq yaşıllaşdırma təsərüffatı birliyinə müraciət etməlidirlər. Məhz bundan sonra məsələyə baxılacaq. Sakinlərin bildirdiyinə görə ətrafda ağacların kəsilib obyekt tikintisi adi hal alıb. Burada eyni qaydada ağaclar kəsilməsi ehtimal olunur.
Ardını oxu...
Qeyd edək ki, 2019-cu ildən Xətai icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir və Bakı şəhər icra hakimiyyətində olan müşavirələrdə Eldar Əzizov dəfələrlə bu bərədə ona xəbərdarlıq edib.\\XALQ.AZ

Ardını oxu...
Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

"DogruXeber.az" XALQ.AZ -a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Ardını oxu...

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.

Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib. Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.

Ardını oxu...

Pərvanə Mirzəyevanın fotosunu təqdim edirik:

Ardını oxu...

Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.
Ardını oxu...

DogruXeber.az: - Ağcabədi rayonu Hindarx qəsəbəsi Xanoğlan Həsənov adına 2 saylı Tam orta məktəbimdə anarxiya hökm sürür.Məktəbin direktoru Elminaz Hüseynova ilə təsərrüfat işləri üzrə direktor müavini Minarə Ağalarova birləşərək məktəbi baxımsız hala gətiriblər.

AzTimes.az saytına müraciət edən Ağcabədi rayon Hindarx qəsəbə sakini , şəhid Xanoğlan Həsənovun qardaşı Nəbi Həsənov bildirir ki, qardaşımin məktəbin həyətində olan büstü yararsız vəziyyətə düşüb. Bununla bağlı dəfələrlə direktorun qəbulunda oldum. Mənim şikayətlərinə məhəl qoymadığını gördükdən sonra mediada isiqlandirdim. Bundan sonra təcili hərəkətə keçdi.Elminaz Hüseynova və Minarə Ağalarovanın birləşərək texniki işçilərin maaş kartını alaraq hər il altı ayın maaşını mənimsəməsi ilə bağlı səs yazısına aydınlıq gətirmək üçün hormətli direktorla əlaqə saxlasaq da suallarımız cavabsız qaldı.(AzTimes.az)

 

 
Ardını oxu...
Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

"Xəstəxananın direktoru Kamil Hacıyevin aptek bölməsində çalışan həyat yoldaşı İlhamə Hacıyeva tərəfindən ötən il oktyabrın 14-də tibb işçilərinin "WhatsApp” qrupuna yazılan və daha qorxunc bir fakt ortalığa çıxıb. İlhamə Hacıyevanın yazdığı bildirilən yazıda qeyd edilir: "Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq". Məlumata əsasən, bu müraciətdən sonra yaranan mübahisələrdən sonra tibb işçilərinin "WhatsApp” qrupu İlhamə Hacıyevanın göstərişilə bağlanıb".

Qlobal.az məsələ ilə bağlı TƏBİB-dən mövqe öyrənə bilməyib.

Qarşı tərəf mövqe sərgiləyə bilər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs tərəfindən heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması əlaqədar 11.02.2025-ci il tarixində keçirilmiş açıq tenderə yekun vurulub və “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. MMC ilə 466.690,00 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, bu Qida Təhlükəsizliyi İnstitutunun sözügedən MMC ilə ilk işbirliyi deyil. İnstitut xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması üzrə 25.07.2024-cü ildə “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 460.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tenderin şərtlər toplusuna görə “Plastprof” MMC İnstitutu 100.000 cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə, 350.000 cüt isə iribuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə təmin etməli olub.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.

Göründüyü kimi Qida Təhlükəsizliyi İnstitutu ötən il “Plastprof” MMC ilə ümumi dəyəri 1 050 164 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hazırda 466.690,00 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması da gözlənilir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC Qida Təhlükəsizliyi İnstitutunun verdiyi müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Bunlardan əlavə Qida Təhlükəsizliyi İnstitutu Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarının tələblərini də ciddi şəkildə pozub. Belə ki, keçirilən müsabiqədə maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na demək olar əməl olunmayıb.

Qeyd edək ki, “Plastprof” MMC qısa müddətdə dövlət qeydiyyatına alınmasına baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə dərman, sarğı ləvazimatları və materiallarının satınalınması və bioloji aktivlərin alınması üzrə iki müqavilə, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün pestisid və gübrələrin satınalınması üzrə 126.357,79 manat məbləğində satınalma müqavilələri bağlayıb.

MMC ötən ilin dekabrında “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi ilə xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə vaksinlərin satınalınması üzrə 797.614,96 manat məbləğində, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə ting və toxmacarların yetişdirilməsi, salınmış yaşıllıqlara düzgün agro texniki qulluq göstərilməsi üçün tələb olunan gübrələrin və dərman preparatlarının satın alınması üzrə 99.938,1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi “Plastprof” MMC ayrı-ayrı dövlət qurumlarının keçirdiyi müxtəlif satınalmaların qalibi olub. Maraqlıdır Qida Təhlükəsizliyi İnstitutunu nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlə işbirliyi qurmağa sövq edən nədir?

Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun direktoru Əli Nəbiyevdir. 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Əli Nəbiyev Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə çalışıb. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Aktualinfo.org
 
Ardını oxu...
"Laser Beauty Clinic"ası ilə bağlı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic"in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Lakin bundan sonra məlum olub ki, nazirliyin qərarına baxmayaraq, "Laser Beauty Clinic" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

"Laser Beauty Clinic"lə bağlı qalmaqallı məsələlərdən biri də odur ki, həkimlərin sertifikasiyası prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin bu klinkada həkim kimi fəaliyyət göstərməsidir.

Sertifikasiya məsələsindən öncə qeyd edək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra - 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetinin Farmakalogiya (Киевский национальный университет (КНУ) Фармация, промышленная фармация) ixtisası üzrə təhsil aldığı qeyd edilib.

Əslində isə vəziyyət tamami ilə fərqlidir. Belə ki, Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa - daha nüfuzlu universitetin adını göstərib.

İstənilən Ukrayna universitetinin diplomunu bu sayt vasitəsi ilə diplom nömrəsini daxil etməklə yoxlaya bilərsiz: İnfo.edbo.gov.ua

Nigar Rüfətin diplomunun saxta olması barədə deyilənlər kifayət qədər ciddi iddialardır və vacib bir məsələdir. Səhiyyə sisteminin etibarını qorumaq və pasiyentlərin təhlukəsizliyini təmin etmək üçün bu cür iddialar obyektiv şəkildə araşdırılmalı və qərarlar qəbul edilməlidir.

Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.

Qeyd edək ki, Nigar Rüfətin adı tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamada deyilir:

"Mediadan daxil olan müraciətlərdə "Laser Beauty Clinic"də həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.

Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "Lazer Beauty Clinic" adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və "Lazer Beauty Clinic" adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib".

Göründüyü kimi, Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçmədiyi halda uzun müddət adıçəkilən klinikada qanunsuz olaraq çalışıb və onlarla, bəlkə də yüzlərlə pasiyentə qanunsuz olaraq tibbi xidmət göstərib. Bunun üstü isə yalnız mediada barəsində yazılandan sonra açılıb. Buna baxmayaq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi barədə məlumatlar var.

Daha bir məqamı qeyd edək: Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi ötən il sorğuya cavab olaraq bildirib ki, Nigar Rüfət adlı şəxs tibb işçilərinin sertifikasiya prosesində iştirak etməyib, "Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri"ndə adı olmayıb. Bu fakt da onun Bakıdakı məşhur klinikalardan birində uzun müddət qanunsuz fəaliyyət göstərdiyini sübut edir.
qaynarinfo.az
 
Ardını oxu...
Əvvəli burda:
əvvəli burda:
“Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili” sərlövhəli tənqidi məqaləmiz işıq üzü görəndən sonra mart ayının ilk günlərindən başlayaraq GundemXeber.Az saytında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdur. Qeyd edək ki, mətni kifayət qədər uzun olan şikayətnamənin dərc olunmuş birinci və ikinci hissələri elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.
Xatırladaq ki, şikayətin 14 bəndlik iki hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.
İndi isə Şikayətnamənin ardını təqdim edirik:
15. Xəstələrin diaqnozları sığortadan gələn bonusa uyğunlaşır - yəni, müvafiq Bundle sistemi öyrənilərək şöbə müdiri Pərviz Axundov tərəfindən, çünki əvvəl o sığorta şöbəsinin müdiri vəzifəsində çalışıb, hansı diaqnoza daha çox pul gəlirsə onu təyin edir və öz həkimlərinə tövsiyə edir, onlar da xəstənin diaqnozunu dəyişdirirlər ki, daha çox bonus alsınlar. Əks göstərişləri olan onkoloji xəstələr fizioterapevtik müalicəyə yatırılır - bonus və əlavə qazanc naminə.
16. Azərbaycan Respublikasının qənunvericiliyinə əsasən şöbə müdiri vəzifəsində çalışan şəxslər stasionar şəraitdə xəstə aparmamalıdılar, lakin bütün şöbələrin müdirləri xəstə aparır. Boş vakant şöbə müdiri vəzifələri isə mövcud kadrlardan seçilmir.
17. Sertifikasiya imtahanlarından keçməyən həkimlərə xəstə aparmağa icazə verilir. Yaxud, sənədlərdə başqa həkimlərin adı gedir, faktiki isə xəstəni sertifikatı olmayan həkim aparır. Tibbi xidmətin keyfiyyəti artıq şübhə yaradır. Yüksək dərəcəli peşəkar həkimlərə, ən əsası Səhiyyə nazirinin 07.03.2023-cü il tarixli, 3-28/3-1-68/2023 nömrəli əmrinə və o əmrin 1 nömrəli əlavəsinə əsasən Səhiyyə naziri tərəfindən seçilən mütəxəssis ekspertlərinə hörmətsizlik və xəstə verilməməsi, lakin qazinin epikrizini cıran və buna görə töhmət alan həkimə verilməsi çox gülünc və acınacaqlı haldır.
18. İnstituta gələn xəstələr ehtiyac olmadan, eyni zamanda müxtəlif mütəxəssislərə və həddindən artıq lazımsız bahalı müayinələrə yönəldilir, xəstələrin əllərində təzə müayinələr ola-ola, yenidən institut daxili müayinələrə göndərilir - bu da həm dövlət budcəsinə ziyandır, həm institutun avadanlığının lazımsız aşınmasıdır, həm institutun kabinetlərində və dəhlizlərində daimi sıxlığa və müxtəlif virusların yüksək yoluxma dərəcəsinə səbəb olur, təsdiq edilməmiş süni əks göstərişlər uydurulur, aylarla, illərlə bu institutda mütəmadi müalicə olunan və əlilliyi olan xəstələrin müalicə olunmağına maneə törədilir. Amma ödəniş müqabilində onları qəbul edirlər - necə olur ki, həmin xəstələrdə əks göstəriş pul verəndə yoxa çıxır? Bəzi xəstələrin doğrudan da əks göstərişi olanda fizioterapiyaya, onların o əks göstərişləri “itirilir”, xəstəlik tarixçələrinə qoyulmur rüşvət müqabilində, lakin onlara rüşvət almaqda mane olan bəzi həkimlər institutda aparılan və falsifikasiya edilən yalnış analiz cavablarına görə cəzalandırılırlar. Stasionar şəraitdə müalicə üçün növbə gözləyən xəstələr nə hikmətdirsə, pul, rüşvət verməyəndə aylarla, hətta illərlə növbə gözləyir, rüşvət verənlər isə şöbə müdirinə, dərhal qəbul olunur. Qəbul komissiyasında böyük pozuntular baş verir.
19. Respublikamızda tibb elminə heç bir xeyiri olmayan, yüksək maddiyyət tələb edən əhəmiyyətsiz tədbirlər keçirilir, o tədbirlərə büdcədən pul ayrılır, lakin işçilərin o tədbirlərdə öz hesablarına iştirak etməyə məcbur olunurlar. Tədbirlərdə iştirakı güya elmi fəaliyyətin yüksəlməsinə yönəlib, yalandan kurs, təlim, konfrans adı ilə pullar xərclənir, elə həmin artıq büdcəsi institutun hesabından ayrılan tədbirə farm-şirkətlərdən də əlavə pullar alınır. Görün, nə gözəl alqoritm qurulub, deyilmi?
20. Rəhbərlik güya elmi çıxışa görə, ya da kurs keçməyə görə öz yaxın çevrəsindən olan həkimləri xaricə ezamiyyə xərcləri qarşılanaraq göndərir, lakin bizim dəfələrlə xaricdə mötəbər təlimlər və kurslar keçməyə getməyimizə ezamiyyə xərclərinin qarşılanmayacağı və iş vaxtı icazə verilməyəcəyi bildirilir. Nəticədə biz məcbur olub məzuniyyətimizi kurs keçməyə sərf edirik və öz cibimizdən bu təlimlərə qatılırıq. Amma hesabat dövründə bu qazandığımız təcrübəni və sertifikatları rəhbərlik öz hesabına çıxır, çünki Səhiyyə Nazirliyinə elmi faəliyyəti bizim hesabımıza göstərə bilir.
21. Qarabağın işqaldan azad olunmuş rayonlarında yaşayan həmvətənlərimiz o qədər dəyərsizdilər ki, sertifikatları olmayan həkimləri göndərirlər onları müayinə və müalicə etməyə?! Praktik fəaliyyətlə məşğul olmaq üçün Şəhadətnaməsi olmayan həkimlər niyə müəssisədə qalıb? Niyə pasient aparır? İnstitutun kameraları tam açılıb bütün bu pozuntular yoxlanmalıdır. Niyə onların fəaliyyətinə Səhiyyə Nazirliyi icazə vermədiyi halda Böyük Qayıdış proqramına qatılmağa və orda xəstələrə müayinə və müalicə etməyə imkan yaradır?
22. Direktor çevrəsindən ona yaxın olan həkimlərlə birlikdə hüquqlarını tələb edən həkimlərə qarşi çirkin əməllər qururlar. İnstitutda müalicə almış xəstələrə zənglə evlərindən xəstəxanaya çağırıb və ya stasionar müalicə dövründə axşam növbəsində onlara yaxınlaşıb təlimatlandıraraq, həkimə qarşi şikayət ərizəsini yazmaga sovq edirlər. Beləliklə, böhtan ataraq, onlara "lazımsız" həkimləri uzaqlaşdırmaga çalışırlar. Savadlı həkimləri xəstələrin gözündə alçaldırlar, ictimai nüfuzlaranı yerə salırlar. Müdrik rəhrbər işçisinin şərəf və ləyaqətini qorumağa borcludur. Əvəzində direktorumuz tabeliyində olanlar arasında intriqa yaradır. Haqlarını tələb etməyə çalışan savadlı və təcrübəli əməkdaşlara qarşı süni təxribat yaratmaga çalışan direktor, rəfiqəsi оlаn şöbə müdirinin kobud səhvlərini ört-basdır etdi. Yuxarıda sadalanan noqsan və iradlar bizim şərəf və ləyaqətimizə toxunur, Azərbaycanın elmi genefonduna zərər verir. Biz həm maddi, həm fiziki, həm də mənavi ziyan çəkirik, biz haqqımızı istəyirik. Bizə yardım edin. Biz Sizə böyük ümidlə müraciət edirik.
23. Həddindən artıq əmək münasibətləri pozuntuları mövcuddur. İşçinin əvəzinə alınan əmək haqqılar, ''virtual əmək haqqı kartları", уаlnış hesblanan və verilməyən məzuniyyətlər, ezamiyyətlər, bonuslar, mukafatlar, əvəzçilik üzrə maaşlar və kompensasiyalar... Əmək müqaviləsinə qərəzli şəkildə qeyri-qanuni dəyişikliklər edilir, kollektiv müqavilə nəzərə alınmır, qeyri-qanuni şəkildə işçinin razılığı olmadan əmək şəraiti “zərərli”dən “normal”a dəyişdirilir, əmək haqqı azaldılır, aylıq sabit mükafatlar silinərək qeyd edilmir müqavilədə, aydın dildə yazılan Ьinngnalt qanunvericilik və əmrlər qeyri-adi formatda ozünəməxsus formada interpretasiya edilərək nə hikmətdirsə ancaq rəhbərliyə sərf edən şəkildə, işçinin qazancını isə azaldan şəkildə izah olunur.
Cənab Prezident, Sizdən xahiş edirik ki, bizim institutda ədalətin bərpasına köməklik edəsiniz, çünki institutumuz xaosun, qanunsuzluğun hökm sürməməli oldugu dovlət qurumudur. Xahiş edirik, institutun baş direktoru Mətanət Əfəndiyeva, baş həkimi Nurlana Əliyeva, şöbə mildiri Pərviz Axundov bu institutda rəvac verdikləri hökmranlıq və vəzifələrindən sui-istifadə, rüşvətxorluq, dövlət büdcəsini mənimsəmə və işçilərin haqqına girmənin qarşısının alınması üçün işdən azad edilsinlər.

P.S. Şikayətçilər 3 nəfərdən çoxdur. Amma ərizəni imzalamaga ehtiyat etdilər.
1. Məmmədova Mərziyyə Yusif qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu (ЕТТВİ) Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Etik Komitənin katibl, Əziz Əliyev аdınа Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya vg Klinik Neyrofiziologiya kafedrası assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (Səhiyyə Nazirinin 07.03.2023-cü il tarixli 3-28/3-1-68/2023 nomrəli əmrinə və о əmrin 1 nömrəli əlavəsinə əsasən).
2. Sadıqova Gülzar Sabir qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.
3. Babayeva Samirə Nəriman qızı, Elmi-Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.

GundemXeber.Az
P.S. Baxmayaraq ki, Redaksiyamıza ünvanlanan şikayət məktubunda ittiham olunan Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş direktorunun və digər rəhbər şəxslərin də mövqelərini dinləməyə hazırıq.
 
Ardını oxu...
Zaman-zaman rayon-şəhər icra hakimiyyəti orqanları başçılarının qanunsuzluqlarına və digər korrupsioner əməllərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülsə də bu, Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev üçün əhəmiyyət daşımır.

Belə ki, rayonun Sulutəpə qəsəbəsində yaşayan və işləyən bir qrup sahibkar Gununsesi.info-ya müraciətində icra başçısının onların başına açdığı oyundan danışıb.

Qəsəbənin Xocalı prospektində onlara məxsus mağazalar və digər ictimai iaşə obyektlərinin olduğunu vurğulayan sahibkarlar deyir ki, icra başçısı obyektlərin qarşısındakı reklam lövhələrinin və fasad üzlüklərinin dəyişdirilməsini tələb edir: “Halbu ki, həm rekmlar, həm də üzlüklər vizual olaraq yaxşıdır. Bir neçə zamandır ki, icra başçısının adından gəlib deyirlər ki, fasad üzlükləri və reklamları dəyişdirin. Bütün mağalar demək olar ki, öz fasadlarını keyfiyyətli keromoqranitlə , yaxud da aqlay üzlüklə üzləyib. Hərəyə bir söz deyirlər. Bildirirlər ki, bunu sökün, biz sizə firma deyəcəyik, oradan alın. Eyni sözləri də reklamlarla bağlı deyirlər. Prinsipcə buna razılaşanlar olur. Amma icra hakimiyyətinin işçiləri deyir ki, reklamları bir kv üçün bizim dediyim firmaya 90 manat ödəyin. Fasadların rənglənməsi üçün isə 1 kv metrə görə 15 manat istıyirlər. Bunları özümüz onlar deyən qiymətdən 2-3 dəfə aşağı edə bilərik. Amma tələb qoyulur ki, biz deyın firmalarla etməlisiniz.

Kasıb adamlarıq, ailələrimizi çətinliklə saxlayırıq. Mediadan xahiş edirik ki, bu problemi ictimailəşdirəsəniz, bəlkə, Elxan Allahverdiyə “dur” deyən tapılsın”.

Məsələ ilə bağlı icra başçısının rəsmi (012) 5622120 və icra hakimiyyətinin (0125628588) nömrələrinə zəng etsək də telefonların dəstəyini qaldıran olmadı.
 
Ardını oxu...
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini olan Pərvin Ağasiyev onlarla şagirdi təshildən yayındırıb.Daha doğrusu həmin şagirdlərin məktəb və təhsildən yayınmasına ya vasitəçilik edib ya da bu barədə birbaşa tapşırıq verib.

Daha ətraflı “7Times.az”-ın hazırladığı reportajda:

 
Ardını oxu...
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (“DOST”) PHŞ-nin elan etdiyi tender yekunlaşıb.
Agentliyin elan etdiyi tenderin qalibi “B2B Group” MMC (VÖEN: 1005873041) olub və tərəflər arasında 3.374.723,3 AZN dəyərində müqavilə imzalanıb.

Məlumata əsasən, Agentlik MMC-dən, hökumət buludu layihəsi çərçivəsində müxtəlif növ texnoloji avadanlıqlar və lisenziyalar satın alacaq.

Bu tərəflər arasında imzalanan ilk milyonluq müqavilə deyil. Dövlət satın almaların vahid interent portalından əldə etdiyimiz məlumatlara əsasən tərəflər arasında daha öncə də dəfələrlə dəyəri milyon manatdan çox olan müxtəlif müavilələr imzalanıb.

Həmin müqavilələri təqdim edirik:

– 18 dekabr 2020-ci ildə DOST mərkəzlərində 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması ilə bağlı 1.415.247,16 AZN,

– 20 sentyabr 2023-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən lisenziyaların satın alınması ilə bağlı 4.440.163,62 AZN,

– 19 fevral 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə bağlı 5.389.546,16 AZN,

– 13 avqust 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Naxçıvan DOST Mərkəzi üçün texnoloji avadanlıqların satın alınması ilə bağlı 1.769.829,25 AZN,

– 24 oktyabr 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən proqram təminatı və zəmanətlərin satınalınması ilə bağlı 1.876.388,8 AZN və yuxarıda bəhs etdiyimiz 3.3 milyonluq müqavilə.

Bundan əlavə mediada şirkətin daha bir neçə böyük məbləğli tenderlərin qalibi olması barədə məlumat gedib.

Məlumata görə MMC təkcə 2023-cü ildə dövlət qurumları tərəfindən keçirilən 15 böyük məbləğli tenderin qalibi olub. 2023-cü ilin yalnız may ayında şirkət ümumi maliyyə dəyəri 56.811.186 manat olan 7 tenderin qalibi olub.

Bunlardan savayı MMC, Agentliyin yarım milyon manatdan çox bir neçə tenderinin də qalibi olub. Tərəflər arasında indiyə qədər 20 satın alma müqaviləsi imzalanıb.

Toplamda isə yaradıldığı gündən bəri MMC, 182 tenderin qalibi olub.

“B2B Group” MMC, “DOST”dan başqa bir neçə dəfə də digər qurumlar tərəfindən elan edilən və dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi olub.

Şirkət müxtəlif vaxtlarda

Dövlət Sosial Müdafiə Fondunun 1.151.945,97 AZN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1.348.576,81 AZN, 1.712.028,96 AZN, 1.730.674,58 AZN və 1.186.976,99 AZN, “Azərbaycan Dəmir Yolları” QSC-nin 1.127.075,11 AZN, Dövlət Gömrük Komitəsinin 12.037.630,71 AZN, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1.253.806,88 AZN, Müdafiə Nazirliyinin 1.898.940,96 AZN dəyərində tenderlərinin qalibi olub.

Qeyd edək ki, MMC, 19 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 10 AZN nizamnamə kapitalına malik şirkətin qanu təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb.

“B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir.

Elçin Əliyev də “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib.

/Nocomment.az

Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.
 

Dünyapress TV

Xəbər lenti