Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Yağış nəinki Bakını, Bakıdan Şimala uzanan ödənişli yolu belə su altında gizlətdi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunu su basdı. Bu həqiqi mənada su basma idi. Avtomobillər belə suyun altında qaldı. Görüntülər də ürəkağrıdan oldu. Adətən bəzi məmurlar “basıb” pulu yeyirlər. Belə düşünür çoxları. İndi bu hadisəni necə adlandıraq? AAYDA-dan soruşaq: Bu hadisəyə necə qiymət verirsiz? Dərhal deyə bilərlər ki, dünyada da fəlakətlər olur. Amma bu yağış o fəlakətdən deyildi. Dünyada körpü tikən, yol salan nazir və ya rəislər, sədrlər Teymur Əliyevdə, Nabranda, Bilgəhdə olan villalara bənzər ev eşiyə, malikanələrə də sahib deyillər axı. Nə də onların, əzizlərinin sürdüyü avtomobillərin dəyəri milyonlarla ölçülmür.

Ödənişli yoldan dəfələrlə mən də istifadə etmişəm. Son dönəmdə Bakıdan üzü Qubaya keçidə yaxınlaşanda keçidin birinin sıradan çıxmasının şahidi olmuşdum. İşlək deyildi. Heç işləməyən bu nöqtəyə yaxınlaşanda xəbərdarlıq da yox idi ki, sürücü bu hissəyə daxil olmasın. Hamı məcbur olub geri qayıdır və digər bölmədən keçməli olurdu. Yola olan münasibət deyəsən elə o günlərdən başlamışdı. Amma düşündüm ki, Bu Bakı – Quba yolunun bəxti açılmır ki, açılmır...
1745567864_2.jpg
Bakı-Quba yolunun ZİYAlı tarixi....Ölməz xatirəsi...
(Cavid adının mənası: ölməz-əbədi)

Hələ 2005-2010-cu illərdə bu yola 625,7 milyon manat vəsait xərclənmişdi. Əlavə olaraq 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə yönəldilmişdi. Ümumilikdə 641 milyon manata yaxın vəsait batdı getdi bu yolda. Əsas Qazıqumlaq yolu şümallaşdı, Teymur Əliyevdə olan ev eşik düzəldi, ZQAN Holding yarandı və sair və ilaxır. Hətta dedilər sabiq nazirin bağ evində çənləri “Ərikli” suyu ilə dolur. Xalq öz “qəhrəman”ına dastanlar qoşur axı. Ziya Məmmədova yaxın və o dönəmdə sədaqətli sayılan Cavid Qurbanov da var idi. Hətta gözəl xatırlayıram Ziya Məmmədovla Cavid Qurbanov telefonla danışırdlar. Ziya müəllim xəstələnmişdi. Cavid Qurbanovla olan mehriban danışığı zamanı həsədlə bu dostluğa baxıb bir anlıq halal olsun da dedim. Sonra zaman gəldi hər iki dost arasında elə nazirlikdə kabinetdə mübahisə düşdü. Bu mübahisələr ölkənin məşhur restoranlarınn birində ikili arasında gedən müzakirələrdə də davam etmişdi. Nəticələr isə bəllidir.
1745567864_3.jpg
İndi Ziya müəllim namaza başlayıb. Allah qəbul eləsin. Oğlu Anar Amerikada zəhmətlə cəfakeş həyat sürür. Bir sıra yaxınları isə Anardan küsüb. "Bizim evimizi o yıxdı, dağıtdı gül kimi səltənətimizi" deyirlər. Cavid müəllim isə çəkilib səssizliyə.....
1745567959_1.jpg
Bakı-Quba yoluna əməli SALEH biri lazımdır

Maraqlı bir təsadüf də var. Bu asfalt işinə kim baxırsa qonşu olmaq da talelərinə yazılır deyəsən. AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da məşhur Teymur Əliyev küçəsində yaşayır. Bu küçənin bir başlanğıcında Ziya Məmmədov, digər başlanğıcında isə bir qədər içəri məhəllədə Saleh müəllim yaşayır. Yolları bir nöqtədə kəsişir. Talelərini deyə bilmərəm.
1745567990_1.jpg
Maraqlıdır ki, 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan, 2023-cü ildə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu niyə bu günə qaldı. Bu yol istifadəyə veriləndə, təhvil-təslim aktı imzalananda heç bir araşdırma aparılmadımı? Bu yolda 40 yol ötürücüsü və körpü, 52 alt keçid var. Bəs bu yol tikiləndə relyefi, sel basma təhlükəsi, ərazinin iqlim şəraiti necə nəzərə alınmamışdı?
1745568023_1.jpg
Bu yağış bir gün çəkdi. Bəs intensiv olaraq bir neçə gün yağsa nə baş verərdi? Ödənişli yol biyabırçı hala düşdü. Hanı mühəndis? Haradadır təhvil-təslimə qol çəkənlər? Saleh müəllim açıqlama versə nə gözəl olardı. Bir zaman deyirdi bu yolda sürətlə sürün.

Deyirəm Saleh müəllim: “Mən yola çıxanda gərək maşının yük yerində (baqajda) ən azı 600 min olsun. Yoxsa uzaq yola çıxa bilmirəm”.... deyibən bu yola çıxıb yağışlı havada sürətlə avtomobil sürə biləydik.....

Tural Müseyibov
ajans.az
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti